Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oxatan
Oxatan (astrologiya) Oxatan (bürc) — Zodiacal bürc.
Oxşama
Oxşama — Azərbaycan şifahi xalq ədəbiyyatında ananın körpə uşağı yuxudan oyanarkən onu əzizləmək, nazlamaq məqsədilə oxuduğu nəğməyə deyilir. Bu xüsusiyyətinə görə oxşamaya "nazlama" da deyilir. Oxşamalar çox zaman "Bu balama qurban" misrası ilə bitir. Məsələn: Bu oxşamaların ilk üç misra beşhecalı, son misrası isə altıhecalıdır. Qafiyə sistemi aaab-dir.
Oşakan
Oşakan - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km məsafədə yerləşir. Kəndin ilk adı Uşakan olmuşdur. 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə Uşakan formasında, Qafqazın 5 verstlik xəritəsində Uşakan və Oşaqan formalarında qeyd edilmişdir. Yerli əhali - azərbaycanlılar kəndin adını Üşəyən formasında işlədirdilər. Toponim türk dilində «düz, hamar» mənasında işlənən üşəg sözünə -ən şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir.
Xoşalan (Urmiya)
Xoşalan (fars. ‎‎‎خوش الان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 281 nəfər yaşayır (51 ailə).
Yaşayan əfsanə
Yaşayan əfsanə — mükəmməl fəaliyyətinə görə hələ sağ ikən həddən artıq məşhur olan şəxs. Yaşayan əfsanə olmaq həmin insan üçün şərəf hesab edilə bilər. Bunun özü də qarışıq duyğulara səbəb olur. Bu ifadə müsbət konotasiyaya malikdir və ümumən möhtərəm xüsusiyyətlərlə əlaqələndirilir. Bəzi insanlar hətta özlərini yaşayan əfsanə adlandırırlar. Onların arasında peşəkar idmançılardan Useyn Bolt və Zlatan İbrahimoviç də var.
Karma (oxatan)
Karma (6 iyun 1990) — Butanlı oxatan. Karma Butanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Karma birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Rusiya nümayəndəsi Tuyana Daşidorjiyeva ilə üz-üzə gəldi. Həmin görüşdə Karma rəqibinə 3:7 hesabı ilə uduzdu.
Oxatan (astrologiya)
(lat. Sagittarius). Oxçu üçün Latın adı oxçu rəmzi isə stilizə olunmuş bir oxdur. Oxatan ümumiyyətlə bir yay çəkən bir kentavr şəklində təmsil olunur. Qərbdə Ophiuchus ilə şərqdə Oğlaq arasında yerləşir. Şimal yarımkürəsindən göründüyü kimi, bürcün parlaq ulduzları 'Çaydan' olaraq bilinən asanlıqla tanınan bir asterizm meydana gətirir. Ulduzlar və Sgr (Kaus Media), ɛ Sgr (Kaus Australis), 7 Sgr (Ascella) və p Sgr (Nanto) qazanın bədənini təşkil edir; A Sgr (Kaus Borealis) qapağın nöqtəsidir; y2 Sgr (Alnasl) - mələfənin ucu; və o Sgr (Nunki) və t Sgr qolu Süd Yolu Oxatan yaxınlığında ən sıx yerdədir, çünki qalaktik mərkəzin yerləşdiyi yerdir. Nəticə etibarı ilə Oxatan, A Sagittarii yaxınlığında Lagoon Dumanı (Messier 8) də daxil olmaqla bir çox tanınmış dumanlıqdan ibarətdir; Scutum ilə sərhədə yaxın olan Horseshoe Dumanı və ya Swan Dumanı olaraq da bilinən Omega Dumanı (Messier 17). 22 noyabr - 21 dekabr Ünsürü – od Rəmzi – kentavr Rəngi – mavi Himayəçi planeti – Yupiter Uğurlu günləri-Çərşənbə Uğurlu rəqəmi-3,5 Uğurlu daşı-Firuzə Aparıcı motivi – məsləhət və rəhbərlik Rəmzi görkəmi ilə insanın qanını təsəvvürə gətirir. Müsbət xüsusiyyətləri – fəal, sərbəst, səmimi, şən, qəlbitəmiz, dostcanlı və ədalətlidir.
Oxatan (bürc)
Oxatan (lat. Sagittarius) — Zodiacal bürc.
Oxatan (dəqiqləşdirmə)
Oxatan (astrologiya) Oxatan (bürc) — Zodiacal bürc.
Oxuyan qaratoyuq
Oxuyan qaratoyuq (lat. Turdus philomelos) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Oxuyan sərçələr
Oxuyan sərçələr (lat. Passeri) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.
Oxuyan qırğı
Oxuyan qırğı (lat. Melierax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Oxuyan qırğılar
Oxuyan qırğılar (lat. Melieraxinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Dövləti olmayan xalqlar
Dövləti olmayan xalqlar (ing. Stateless nation) — adətən azlıq etnik qruplardır ki, öz ərazi və toprağlarına siyasi nəzarəti və suverenliyi yoxdur və əraziləri iki və ya daha çox qonşu dövlətlər arasında bölünüb və ya müstəmləkə hakimiyyət tərəfindən bir ölkə daxilində milli suverenliyi pozulmuşdur. Məsələn, İranda Azərbaycanlılar, İspaniyada katalanlar, Çində Şərqi Türküstanlılar ilə Tibetlilər, Şri-Lankada Tamillər və s. misal gətirmək olar. == Mənbə == Keating, Michael, Nations Against the State: The New Politics of Nationalism in Quebec, Catalonia and Scotland () (Second), Palgrave, 2001 Levinson, David, redaktorEthnic Groups Worldwide: A Ready Reference Handbook, Phoenix, AZ: The Oryx Press, 1998, ISBN 1573560197 Minahan, James, redaktorEncyclopedia of the Stateless Nations: Ethnic and National Groups Around the World, Westport: Greenwood Press, 2002, ISBN 0313316171 == Xarici keçidlər == Map of European Stateless Nations Arxivləşdirilib 2006-06-23 at the Wayback Machine, published by the advocacy group Eurominority Map of European Stateless Nations By Astur.tk.
Kəskin olmayan maskalama
Kəskin olmayan maskalama –( eng.unsharp masking ) tonal keçidlərin kontrastlığını gücləndirmək hesabına böyük kəskinliyə nail olmaq üçün fotoqrafik görüntünün işlənməsi üsulu. Peşəkar iş üçün nəzərdə tutulmuş proqram məhsullarının əksəriyyətində bu texnika gerçəkləşdirilib. Bu üsuldan lentli fotoqrafiyada da istifadə olunurdu. Ancaq XX əsrin başlanğıcında böyük zəhmət tələb edən bu işin nəticəsi, görüntülərin emalının müasir üsullarından istifadənin nəticələri ilə müqayisə oluna bilməz. Doğrusu, kəskin olmayan maskalama görüntünün kəskinlik dərəcəsini yüksəltmir. O, görüntünün yaradılması prosesinin müxtəlif mərhələlərində (çəkiliş, darama, ölçünün dəyişdirilməsi, poliqrafik canlandırma) itirilmiş detalları bərpa etmir. Kəskin olmayan maskalama görüntünün elə hissələrində lokal kontrastlığı gücləndirir ki, həmin hissələrdə əvvəldən rəngin dərəcələrinin kəskin dəyişiklikləri var idi. Bunun nəticəsində görüntü vizual olaraq daha kəskin qəbul olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yayı olmayan il
"Yayı olmayan il" (ing. “Poverty Year”, “The Summer that Never Was”, “Year There Was No Summer”) — 1816-cı il Şimali Amerikada və Qərbi Avropada çox soyuq keçdiyindən həmin il tarixdə bu adla qalmışdır. Meteoroloji müşahidələrin başlandığı dövrdən bəri ən soyuq il olmuşdur. ABŞ-də 1816-cı ili, həm də “Eighteen hundred and frozen to death” (“Min səkkiz yüz və ölümcül şaxta”) adlandırırlar. == Səbəbləri == 1920-ci ildə amerikalı iqlim tədqiqatçısı Uilyam Hamfreys “Yayı olmayan ili” izah edə bilmişdir. O iqlimdə baş verən dəyişiklikləri Sumbava adlı İndoneziya adasında yerləşən Tambora vulkanının püskürməsi ilə izah etmişdir. Bu püskürmə tarixən müşahidə edilmiş ən güclü vulkan püskürməsi sayılır. 1815-ci ildə baş vermiş bu püskürmə VEİ şkalası üzrə 7 bal gücünə malik idi və atmosferə atılmış 150 km3 kül növbəti illərdə şimal yarımkürəsində vulkanik qış effekti yaratmışdı. Başqa bir məlumata görə, 1809-cu ildə tropiklər ərazisində daha bir vulkan püskürməsi baş vermişdi və onun barəsində yazılı qeydlər olmasa da, onun püskürmə gücü Tambora vulkanı ilə müqayisə edilən idi. Bu iki püskürmənin nəticəsində növbəti onillik (1810-1819) son 550 il ərzində ən soyuq onillik kimi tarixdə qalmışdı .
Çində yaşayan xalqlar
Çində rəsmən 56 millət yaşayır. === Çindəki Türk xalqları === Çin XR-da 11 türk əsilli etnik qrup yaşamaqdadır : uyğurlar, qazaxlar, qırğızlar, salarlar, yuğurlar, abdallar, özbəklər, tatarlar, tuvalar, İli türkləri,yakutlar və Fuyu qırğızları. 2000-ci ildə aparılmış siyahıyaalmanın elan olunmuş rəsmi nəticələrinə əsasən Çində 8.399.393 nəfər uyğur, 1.250.458 nəfər qazax, 160.823 nəfər qırğız, 104.503 nəfər salar, 13.719 nəfər yuğur, 12.370 nəfər özbək və 4.890 nəfər tatar olmaqla 9.946.156 nəfər türk kökənli əhali yaşayır. Ölkədəki uyğur, qazax və qırğızların əksəriyyəti, həmçinin tuvalar Sintzyan-Uyğur Muxtar Rayonunda məskunlaşmışdırlar. Çində muxtariyyət almış Türk xalqları Uyğurlar : Sintszyan-Uyğur Muxtar Rayonu Qazaxlar : Ardunsüykedə,Dulanda,Haysidə,Aksayda və Sintszyan - Uyğur muxtar bölgəsində yaşayırlar. Qırğızlar : özlərini "Kırqızdar" adlandırırlar, 2000-ci il siyahıya almasına əsasən Çində 160.823 (158,775 nəfəri Sintszyan-Uyğur Muxtar Rayonunun ərazisində yaşamışdır) nəfər qırğız məskunlaşmışdır. Sintszyan–Uyğur Muxtar Rayonunda yaşayan qırğızların əksəriyyəti - 124.533 nəfəri və ya 78%-dən çoxu Qızılsu-Qırğız Muxtar Dairəsinin (2000-ci il s.a.-na görə M.D. əhalisi 281.306 nəfəri uyğur, 124.533 nəfəri qırğız, 28.197 nəfəri çinli, 4.662 nəfəri tacik, 432 nəfəri dunsyan, 558 nəfəri digər millətlər olmaqla cəmi 439.688 nəfər olmuşdur.) Akto, Akçi və Vüqia (türkcə əsl adı Uluqçat) qəzalarında, qalan 34.242 nəfər isə Aksu dairəsinin Uşi (türkcə əsl adı Uçturfan) və Bayçen (türkcə əsl adı Bay və ya Bəy) qəzalarında, İli-Qazax Muxtar Dairəsinin Çjaosu (türkcə əsl adı Monqolkürə-dir, mənası uyğur dilində "Monqol Məbədi" deməkdir) və Tekes qəzalarında yaşamaqdadır. Tuvalar : özlərini "Tıvalar" adlandırırlar, 1999-cu ilə aid olan tədqiqatlara görə Çindəki tuvaların sayı təxminən 2.400 nəfərdir. Öz milli dillərini və milli türklük şüurlarını qorumuşdurlar. Bununla belə onların 90%-i qazax dilində, 30%-ə qədəri də monqol dilində (kalmık dialekti) danışa bilir, həmçinin çin dilində yaza və oxuya bilirlər.
Şahmat oynayan ölüm
«Şahmat oynayan ölüm» (isv. Döden spelar schack) — rəssam Albertus Piktorun təqribən 1480-ci illərdə çəkdiyi, özünün və İsveçdəki Töbü kilsəsinin ən məşhur freskası. == Tarixi == Töbü kilsəsinin inşaat prosesi XIII əsrin axırlarında sona çatmışdır. Kilsənin keşiş cübbələrinin saxlandığı yeri XIV əsrdə tamamlanmış, tağtavanı isə XV əsrin ortalarında yenilənmişdir. Kilsənin dörd dənə qövsşəkilli tağı var. 1480-ci illərdə Albertus Piktor onların üzərində rəsm əsərləri çəkmişdir. Kilsənin freskaları 1787-ci ildə, daha sonra isə 1992–1993-cü illərdə restavrasiya edilmişdir. İkinci restavrasiya zamanı freskaların komponentləri üzərində ətraflı şəkildə araşdırma aparılmışdır.«Şahmat oynayan ölüm» freskası kilsənin pilləkənlərinin üzərində, orqanın da yerləşdiyi tağtavanının qərb hissəsindədir. Bu freskanın müəllifi Albertus Piktor və onun beş nəfərlik atelyesidir. == Qalereya == == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Svanberg, Jan med bidrag av Öberg, Jan.
Yaşadan, yaşayan Yaşar
== Məzmun == Filmdə böyük Azərbaycan aktyoru Yaşar Nurinin həyat və yaradıcılığından söhbət açılır. Sənət dostları onun itkisi ilə barışa bilmirlər. == Film haqqında == Film "Birinci zəng...", "İkinci zəng...", "Üçüncü zəng..." adlanan hissələrdən ibarətdir. Filmdə "Uşaqlığın son gecəsi", "Bir cənub şəhərində", "Qəzəlxan", "Yol əhvalatı", "Yaramaz", "Nə gözəldir bu dünya...", "Bəyin oğurlanması", "Pəncərə", "Qonşu qonşu olsa...", "Göz həkimi", "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz", "Yarımştat", "Ac həriflər", "Yollar görüşəndə...", "Kişilər", "Ömrün yolları", "Evləri köndələn yar", "Kökdən düşmüş piano", "Topal Teymur", "Qatarda", "Yaşıl eynəkli adam", "Nigarançılıq", "Fatehlərin divanı", "777 №-li iş", "Ordan-burdan" film və televiziya tamaşalarının kadrlarından istifadə edilmişdir.
Yaşayan ölülərin gecəsi
Yaşayan ölülərin gecəsi (ing. Night of the Living Dead) — Corc Romero tərəfindən yaradılan, 1968-ci ildə ABŞ istehsalı olan kult filmlərindən biridir. Filmdə baş qəhrəmanlar-Ben (Dueyn Cons) və Barbara (Cudit O'Di) ilə birlikdə yeddi adamın sirli bir şəkildə həyata dönən zombilərdən xilas olmaq üçün Pensilvaniyanın çöl seqmentindəki bir ferma evinə sığınmaları və burada həyatda qalmaq üçün mübarizə aparmalarından danışılır.Romeronun 114 min dollarlıq büdcə ilə tamamladığı film sonrakı illər boyunca bir neçə dəfə televiziyada göstərildikdən sonra ABŞ-də 12 milyon dollar, digər ölkələrdə isə 30 milyon dollar hasilat əldə etmişdi. 2008-ci ildə isə filmin hasilatı $689 716 923 milyona çatmışdır. Bu film 1968-ci ildə ilk dəfə nümayiş etdirilən zaman şiddət səhnələrinin açıqlığı səbəbiylə film kəskin şəkildə tənqid olunmuşdu. Lakin "Yaşayan ölülərin gecəsi" filmi 1999-cu ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir. Film ilk dəfə 2005-ci ildə artıq ağ-qara filmi kimi yox, rəngli film kimi nümayiş olunmuşdur. Filmin gəliri 2009-cu ildə isə $256,147,434 milyon dollara çatmışdır.Vyetnam müharibəsi dövründə nümayişə girən "Yaşayan ölülərin gecəsi" filmi 1960-cı illərin sonunda ABŞ cəmiyyətinə yönəltdiyi bilavasitə tənqidlər səbəbiylə cığır açan bir film olaraq qiymətləndirildi. Bir tarixçiyə görə film "xeyli çox istiqamətdən dağıdıcı idi". İlk zombi filmi olmasa da, "Yaşayan ölülərin gecəsi" filmi zombi fəlakətinin ilk nümunələrindən biri idi.
Aminat Şayan
Aminat Şayan (29 oktyabr 1993) — Maldiv adalarını təmsil edən üzgüçü. Aminat Şayan Maldiv adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aminat Şayan birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qadınlar 50 m kəpənək stildə, yarımfinalda iştirak etdi. 34.30 saniyəlik nəticəsi ilə 10-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi. == Olimpiya Oyunları == Aminat Şayan birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 32.23 saniyəlik nəticəsi ilə 64-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Aminat Şayan Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində də iştirak etdi. Burada isə 1:05.71 saniyəlik nəticəsi ilə 46-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Şayan Qadınəfəndi
Şayan Qadınəfəndi (d. 4 yanvar 1853 — ö. 15 mart 1945) — 33. Osmanlı sultanı V Muradın üçüncü xanımı. == Həyatı == Şayan xanım 1853-cü ildə əslən çərkəz olan Batir Zanın qızı olaraq dünyaya gəldi. Əsl adı Safiyədir. Ailəsi doğulduğu torpaqlardan İstanbula köç etmiş, çox keçmədən yeganə qızları olan Safiyəni Osmanlı sarayına təslim etmişdir. Burada mükəmməl təhsil almış, daha sonra 5 fevral 1869-cu ildə Dolmabağça sarayında dövrün Osmanlı sultanı Əbdüləzizin qardaşı oğlu Şahzadə Muradla evləndirilmişdi. Bir neçə ay sonra isə Şayan xanım hamilə qaldı. Ancaq saray ənənələrinə görə, vəliəhd şahzadənin yalnız 1 övladının olmasına icazə verilirdi.
Aleksey Nikolayev (oxatan)
Aleksey Nikolayev (24 aprel 1987) — Rusiyalı oxatan. Aleksey Nikolayev Rusiyanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Aleksey Nikolayev birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 120-ci yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Karlos Ximenez (oxatan)
Karlos Ximenez (10 aprel 1982) — İslandiyalı oxatan. Karlos Ximenez İslandiyanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Karlos Ximenez birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 206-c; yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Robert Peterson (oxatan)
Robert Peterson (15 yanvar 1962) — Yeni Zelandiyalı oxatan. Robert Peterson Yeni Zelandiyanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Robert Peterson birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 162-ci yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Sayan
Şərqi Sayan Sayan dağları Sayan dağı — Ağsu rayonu ərazisində dağ. Hündürlüyü 1146 m.
Visayan dənizi
Visayan dənizi (isp. Visayan Mar) — Sakit okeanında Filippin arxipelaqına daxil olan (şimalda) Masbate, (şərq və cənub-şərqdə) Leyte, (cənubda) Sebu və Nerqos, (qərbdə) Panay adaları arasında yerləşir. Kamotes dənizi Kaniqao boğazı vastəsi ilə birləşir. Üstəlik dəniz Mindanao dənizi, Sibuyan dənizi, Sulu dənizi və Samar dənizi kimi dənizlərlə birləşir.
Axsadan baba türbəsi
Axsadan baba türbəsi — Bərdə rayonunda yerləşən və XIV əsrdə tikilmiş türbə. Axsadan baba türbəsi xüsusi tarixi əhəmiyyət kəsb edir. Türbənin yalnız yeraltı hissəsi qalıb. Sərdabənin altıpərli yastı günbəzi var. Pərlər kəsmə daşdan quraşdırılıb, zəngin ornamentlərlə bəzədilib. Taxçalardakı kaşı üzlüyündə çoxgüşəli və ulduzşəkilli naxışlar var. Kitabələri dağıdılıb. XX əsrin əvvəlində bolşevik-daşnak istilası dövründə Bərdənin əslən erməni olan rayon İcraiyyə Komitəsinin sədri Xaçımovun və bir erməni memarın göstərişi ilə Axsadan baba türbəsi tamamilə sökülüb, söküntüdən çıxan kərpicləri və qəbristanlıqdakı baş daşlarını əridib əhəngə çevirərək Bərdədə indi köhnə mehmanxana deyilən binanı tikiblər. Məlumata görə, Axsadan baba türbəsinin şəkli XX əsrin əvvəlində rus rəssamı tərəfindən çəkilmiş və indi Azərbaycan tarixi muzeyindədir. Buradakı İmamzadə məscidinin divarlarına bitişik bir sinə daşı da var.
Qərbi Sayan
Qərbi Sayan — Sibirin cənub hissəsində 650 km uzunluğa malik dağ sistemi. Qərbdən Şərqi Altayın Şapşal silsiləsi və Abakan silsiləsinin Kuznetsk Alatausu ilə məhdudlaşır. Şərqi Sayan silsilələri ilə qovşağa qədər 200-dən 80 km-ə qədər zolaqla eninə istiqamətdə uzanır. Minusinsk çökəkliyi şimaldan Qərbi Sayana, cənubdan isə Tuva çökəkliyinə bitişikdir. == İqlimi == Bölgənin iqlimi kontinentaldır. Kontinentallıq ərazinin dənizlərdən uzaqlığı və hündürlük zonallığı ilə əlaqədardır. Burada hər 150 m yüksəlişdə 1 ° temperatur azalır. Silsilələr və dağətəyi rayonlar arasında ilin isti dövrünün uzunluğudakı fərq təxminən 40 gündür. Qış uzun və şaxtalı keçir. Yaz gec gəlir.