Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oxatan
Oxatan (astrologiya) Oxatan (bürc) — Zodiacal bürc.
Karma (oxatan)
Karma (6 iyun 1990) — Butanlı oxatan. Karma Butanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Karma birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Rusiya nümayəndəsi Tuyana Daşidorjiyeva ilə üz-üzə gəldi. Həmin görüşdə Karma rəqibinə 3:7 hesabı ilə uduzdu.
Oxatan (astrologiya)
(lat. Sagittarius). Oxçu üçün Latın adı oxçu rəmzi isə stilizə olunmuş bir oxdur. Oxatan ümumiyyətlə bir yay çəkən bir kentavr şəklində təmsil olunur. Qərbdə Ophiuchus ilə şərqdə Oğlaq arasında yerləşir. Şimal yarımkürəsindən göründüyü kimi, bürcün parlaq ulduzları 'Çaydan' olaraq bilinən asanlıqla tanınan bir asterizm meydana gətirir. Ulduzlar və Sgr (Kaus Media), ɛ Sgr (Kaus Australis), 7 Sgr (Ascella) və p Sgr (Nanto) qazanın bədənini təşkil edir; A Sgr (Kaus Borealis) qapağın nöqtəsidir; y2 Sgr (Alnasl) - mələfənin ucu; və o Sgr (Nunki) və t Sgr qolu Süd Yolu Oxatan yaxınlığında ən sıx yerdədir, çünki qalaktik mərkəzin yerləşdiyi yerdir. Nəticə etibarı ilə Oxatan, A Sagittarii yaxınlığında Lagoon Dumanı (Messier 8) də daxil olmaqla bir çox tanınmış dumanlıqdan ibarətdir; Scutum ilə sərhədə yaxın olan Horseshoe Dumanı və ya Swan Dumanı olaraq da bilinən Omega Dumanı (Messier 17). 22 noyabr - 21 dekabr Ünsürü – od Rəmzi – kentavr Rəngi – mavi Himayəçi planeti – Yupiter Uğurlu günləri-Çərşənbə Uğurlu rəqəmi-3,5 Uğurlu daşı-Firuzə Aparıcı motivi – məsləhət və rəhbərlik Rəmzi görkəmi ilə insanın qanını təsəvvürə gətirir. Müsbət xüsusiyyətləri – fəal, sərbəst, səmimi, şən, qəlbitəmiz, dostcanlı və ədalətlidir.
Oxatan (bürc)
Oxatan (lat. Sagittarius) — Zodiacal bürc.
Oxatan (dəqiqləşdirmə)
Oxatan (astrologiya) Oxatan (bürc) — Zodiacal bürc.
Aleksey Nikolayev (oxatan)
Aleksey Nikolayev (24 aprel 1987) — Rusiyalı oxatan. Aleksey Nikolayev Rusiyanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Aleksey Nikolayev birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 120-ci yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Karlos Ximenez (oxatan)
Karlos Ximenez (10 aprel 1982) — İslandiyalı oxatan. Karlos Ximenez İslandiyanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Karlos Ximenez birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 206-c; yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Robert Peterson (oxatan)
Robert Peterson (15 yanvar 1962) — Yeni Zelandiyalı oxatan. Robert Peterson Yeni Zelandiyanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Robert Peterson birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 162-ci yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Yan Zapletal (oxatan)
Yan Zapletal (14 mart 1994) — Çexiyalı oxatan. Yan Zapletal Çexiyanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Yan Zapletal birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 140-cı yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Aratan
Aratan — qədim türkcə ər "kişi", "igid", "sərrast atıcı", və tən "bərabər", "sanki özü", "elə bil" sözlərindən; ümumi mənası: "igid kimi", "sanki igid", "igidə tay" və s. Qədim türkcə təng (sonunda qovuşuq "nq" fonemi ilə) öz inkişafında eyni mənalı iki söz yaratmışdır: tən və tək. Azərbaycan dilində bu sözlərin ikisi də vardır. Məsələn, Aytən qız adı "Ay kimi", "Sanki ay" mənasını verir; tək sözü isə, məsələn, "aslan tək döyüşdü", yəni "şair kimi döyüşdü" ifadəsində qalır. Bu söz dilimizdə təkin formasında da işlənir. == Tarixi == Aratan- İrəvan xanlığının Karpibasar mahalında kənd adı. XIX əsrin II yarısından etibarən adı çəkilmir. Musa Kalankatlının "Alban tarixi"ndə Albaniyanın Arsak bölgəsində Tancik (yəni "Kiçik Tan"), Bulu-Tan (1828-ci ildə İrandan gəlmə ermənilər yerləşdikdən sonra təhrif olunmuş Plıtans şəklindədir) yəni "Ulu (böyük) Tan" və 1727-ci il arxiv sənədinə görə orada Müsəlman-Tan kənd adları ilə sıra təşkil edir. 1949-1950-ci illərdə kəndin əhalisi Azərbaycana köçürülmüşdür.
Conatan
Conatan — Ad. Conatan Li Riçes — Dünyanın ən maraqlı insanı. Conatan Teydor — ABŞ ssenaristi, prodüseri və rejissoruDigərConatan (tısbağa) — dünyanın ən yaşlı tısbağasi.
Kolatan
Kolatan (Astara) — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Bala Kolatan — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Böyük Kolatan — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Kolatan (Germi) == Həmçinin bax == Kolatağ — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd.
Oraban
Oraban (əvvəlki adı: Oravan) — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Kəldək kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Başa Küngüt kənd inzibati-ərazi vahidi tərkibindəki Oravan kəndi Oraban kəndi adlandırılmışdır. == Toponimikası == Rəvayətə görə Oraban sözünün etimologiyası "ora" və "ban" sözlərinin birləşməsindən ibarətdir. Köçəri tayfa, indiki orabanlıların əcdadları Oraban kəndinin yerləşdiyi əraziyə sübh tezdən, "ora" "xoruz banı" vaxtı çatıb məskən salmışlar və binə etdikləri kəndin adını da Oraban qoymuşdur. Digər tədiqatçılara görə, oykonim fars mənşəli oura (qala) və məkan bildirən- van komponentlərindən düzəlib, "qala olan yer, qala yeri" mənasındadır. == Tarixi == Oraban kəndi Şəkinin qədim yaşayış məskənlərindən biridir. Bunu kəndin yamac hissəsindəki qədim qəbristanlıq da sübut edir. Bu qəbristanlığın islamdan əvvəlki dövlərdə salındığı və buradakı qəbirlərin qədim alban tayfalarına məxsus olduğu ehtimal edilir. Bundan əlavə kəndin dağ hissələrinə iki alban kilsəsinin olduğuda bildirilir. Alban kilsələri kənd sakinlərinin həyətlərinə düşdüyündən zamanla dağıdılmışdır.
Oratağ
Aşağı Oratağ
Oxatma
Oxatma — qədim idman növü. Mənşəyi ovçuluq qədər köhnədir. Oxu bir yay vasitəsilə hədəfə göndərməyi məqsəd qoyan idmandır. Oxatma ilk dəfə 1904 Yay Olimpiya Oyunlarında olimpiya proqramına salınıb, 1972-ci ildən isə hər olimpiya oyunlarında idmanın bu növü üzrə yarış keçirlir. Burada 30, 50, 60, 70, 90 m məsafələrə ox atmada yarışırlar. İdman oxatması üzrə 45 ölkənin idmançıları Beynəlxalq Federasiyada (FİTA) birləşir. Bu federasiya 1931-ci ildən dünya çempionatları keçirir. Terminlərdən asılı olaraq oxatan hədəfə 30-dan 288-ə qədər ox atır. Yaylar ağacdan və metaldan müxtəlif formalı və çəkili (400-700 q) düzəldilir. Oxun gövdəsi ağacdan, metaldan, plastmasdan, ucluğu isə metaldan hazırlanır.
Oşakan
Oşakan - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km məsafədə yerləşir. Kəndin ilk adı Uşakan olmuşdur. 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə Uşakan formasında, Qafqazın 5 verstlik xəritəsində Uşakan və Oşaqan formalarında qeyd edilmişdir. Yerli əhali - azərbaycanlılar kəndin adını Üşəyən formasında işlədirdilər. Toponim türk dilində «düz, hamar» mənasında işlənən üşəg sözünə -ən şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir.
Xaltan
Xaltan — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Toponimikası == Xaltan oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Gilgilçayın sahilindəki Xaltan min. bulaqlarının adı ilə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 624 nəfər əhali yaşayır. Əhalisini tamamilə tatlar təşkil edir.[mənbə göstərin] == Coğrafiyası və iqlimi == Xaltan kəndi dağətəyi ərazidə yerləşir.
Xatman
Xatman — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Xatman Ağsu rayonunun Kalva inzibati ərazi vahidində kənd. Niyaldağ silsiləsinin ətəyindədir. Kəndin adı XVIII əsrin əvvəllərində Gilanın Lahican bölgəsindən köçüb gəlmiş tat ailələrin adı ilə bağlıdır. Ulu əcdadaları Lahıc Əhməd adı ilə Gilanda məşhur olmuşdur. Kəndin öz adı Hətəm adlı lahıclı şəxsin adı ilə bağlıdır(Hətəman- Hətəm şəxs adına -an cəmlik şəkilçisi ilə əlavə edilməklə yaranmış toponim).
Datan
Yuyçzülyü Datan (v. 429) - hakimiyyətə əmisindən sonra gəlmişdi, Yuyçzülyü Şelunun kiçik oğlu Yuyçzülyü Pixunun oğlu və jujanların üçüncü xaqanı idi. Hakimiyyətə gələndən sonra Şimal Vey sülaləsi ilə müharibəyə başladı. 429-cu ilə qədər apardığı müharibələrin sonunda Şimal Vey imperatoru Toba Taivu tərəfindən ağır məğlubiyyətə uğradılaraq öldürüldü. Taxta oğlu Vuti keçdi.
Oktan
Oktan (C8H18) — Alkanlar sinfindən doymuş karbohidrogen. == Xassələri == Spesifik iyə malik rəngsiz mayedir, oktan ədədi 17 – 19 -dur. == Alınması == Izooktanla və digər izomerlərlə birgə neftin, birbaşa qovmadan alınan benzinin (10%-ə qədər), həmçinin az miqdarda CO və H2-dən alınan sintetik benzinin tərkibində olur. Sənayedə oktanı rektifikasiya yolu ilə ayırırlar, sonra “molekulyar ələk”lərin köməyi ilə moçevina (karbamid) ilə təmizləyirlər. == Tətbiqi == Hidrogen iştirakında alümomolibden və ya alümoxrom katalizatorları üzərindən buraxıldıqda (500oC-də və 1-2 Mn/m2 və ya 10-20 kqs/sm2 təzyiq altında) oktan aromatik karbohidrogenlərin (o-ksilol və etilbenzol) qarışığına çevrilir. Bu dehidrotsiklləşmə reaksiyası – katalitik riforminq proseslərində əsas reaksiyalardan biridir. == Izomerləri == Oktanın 18 struktur izomeri var: oktan (n-oktan) 2-metilheptan 3-metilheptan (+ optik izomerləşmə) 4- metilheptan 3-etilheksan 2,2-dimetilheksan 2,3-dimetilheksan (+ optiki izomerləşmə) 2,4-dimetilheksan (+optiki izomerləşmə) 2,5-dimetilheksan 3,3- dimetilheksan 3,4- dimetilheksan (+optiki izomerləşmə (iki hiral mərkəz)) 2-metil-3-etilpentan 3- metil-3-etilpentan 2,2,3-trimetilpentan (+optiki izomerləşmə) 2,2,4-trimetilpentan (həmçinin izooktan kimi məlumdur) 2,3,3-trimetilpentan 2,3,4- trimetilpentan 2,2,3,3-tetrametilbutan == İstinad == http://www.cdc.gov/niosh/npg/npgd0470.html == Mənbə == Корольченко А. Я.,Корольченко Д.А. Пожаровзрывоопасность веществ и материалов и средства их тушения. Справочник: в 2-х ч. - 2-е изд., перераб. и доп.- М.: Асс.
Ostan
Oxtar
Oxtar (erm. Օխտար) və yaxud Oxdar — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində Qafan şəhərindən 15 km məsafədə yerləşən kənd. Kənd Oxtar çayının sol sahilində dağlıq-meşəlik ərazidə yerləşir. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində Zəngəzurda Oxtar adlı iki kəndin olduğu göstərilir: Yuxarı Oxtar, Aşağı Oxtar. Görünür, sonralar bu iki kənd birləşdirilməsindən Oxtar kəndi yaradılıb. == Etimologiyası == Toponim qədim türk dilində «boy, qəbilə» mənasını verən ox (> ok) sözünə dialekt və şivələrimizdə cəm şəkilçisi kimi işlənən -tar / -dar (Azərbaycan ədəbi dilində -lar, -lər) şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. «Tayfa», «tayfa ittifaqı» mənasını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Kəndin toponimləri == Yel piri Şərəfverdi Yalzəmi Midəm düzü Tumuyeri Sarıbayır Çömçəbulaq Zoğallar bulağı Çanqıllı Oğlannıca yaylağı və s.
Xaqan
Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu. "Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi. Monqol imperiyasında kaan şəklində idi. == İstifadəsi == Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər. 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları - xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər.
Xaran
Xaran (urdu خاران) — səhra Pakistanın Bəlucistan vilayətinin Xaran dairəsi ərazisinə daxildir. Dyunlarla zəngin olan səhrada daim hərəkət edirlər. Burada dyunların hündürlüyü 15-30 metr təşkil edir. Səhra Elburs silsiləsi ilə əhatələnir. Şimal hissədə səhranın hündürlüyü 1000 m, cənub-şərqdə isə 250 metrdir. Orta illik yağıntının miqdarı 100 mm azdır. Xaran səhrasında 28 may 1998-ci ildə Pakistan tərəfindən Atom sınağı həyata keçirilmişdir.
Xotan
Xotan (uyğ. خوتەن, uyğ. Xoten, uyğ. Хотән, çin. sadə. 和田市, pinyin: Hétián shì) — Çinin Sinszyan-Uyğur muxtar rayonunun cənub-şərqindəki Xotan mahalında vadi və şəhər qəzası. Təklə-Məkan səhrasından cənubda, Yarkənddən cənub-şərqdə yerləşir. Əhalisi 114 000 nəfərdir (2006) və əsasən uyğurlardan (uyğ. хотәнликләр, xotanlılar) ibarətdir. Xotan şəhər dairəsi 4 küçə komitəsinə, 2 qəsəbəyə və 6 mahala bölünür.