Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Purus çayı
Purus (port. Rio Purus) — Amazon çayının sağ qolunu təşkil edən və uzunluğu 3200 km olan çay. Çayın mənbəyi Perunun And dağlarının şərq ətəklərindən başlayır. Sonradan Braziliya ərazisinə keçərək Amazon düzənliyinə keçir. Yağışlar mövsümündə çay daşır. Gilli sahilləri asanlıqla yuyulur. Mənsəbə 2000 km qalmış dərinliyi 15 metrə çatır. Mənsəbdə hündürlük okean səviyyəsindən 33 metrdə yerləşir. Bu səbəbdən çay gəmiçilik üçün əlverişlidir. Burada astanalara rast gəlinmir.
Vecihi Hürquş
Vecihi Hürquş (6 yanvar 1896 - 16 iyul 1969) — türk pilot və mühəndis. Türk aviasiya tarixinin ən önəmli şəxslərindən biridir. == Həyatı == Vecihi Hürquş 6 yanvar 1896-cı ildə İstanbulda anadan olub. O, Birinci Dünya Müharibəsində iştirak etmişdi. Yaralandıqdan sonra İstanbula dönərək Yaşılköydəki Təyyarə məktəbinə daxil olaraq pilot kimi məzun olmuşdur. Birinci Dünya Müharibəsində pilot lisenziyası alaraq Aviasiya bölükləri tərkibində 7-ci Təyyarə bölüyündə ruslara qarşı hərakata qatılan Vecihi bəy uğurlu kəşfiyyat və bombardman uçuşları keçirmiş və bu arada girdiyi bir hava müharibəsində bir rus təyyarəsini vurmuşdur. Vecihi Hürquş təyyarə vuran ilk türk təyyərəçisidir. Daha sonra ruslara əsir düşən Vecihi bəy Xəzər dənizində yerləşən Nargin adasından (Böyük Zirə) üzərək İran vasitəsi ilə qaçmağı bacarmış və Türkiyəyə dönərək 1918-ci ilin yay aylarında Yaşılköydə yerləşən 9-cu Hərbi Təyyarə bölüyündə vəzifəyə başlamışdır. Bu bölükdə vəzifəli ikən bir qırıcı təyyarə layihəsini çəkən Vecihi bəyin bu proyekti Mudros müqaviləsinin imzalanması ilə yarımçıq qalmışdır. Qurtuluş Savaşına qatılan Vecihi bəy, xüsusilə İnönü və Sakarya savaşı müddətində çox bacarıqlı kəşfiyyat və dəstək uçuşları keçirməkdən əlavə bir yunan təyyarəsini də vurmuşdur.
Percu Frey Kendall
Percu Frey Kendall (15 noyabr 1856 – 19 mart 1936) — ingilis geoloqu, London Kral Cəmiyyətinin üzvü. Tomas Henri Huxleyin tələbəsi, 1904-cü ildən 1922-ci ilədək Lids Universitetinin geologiya elmləri üzrə professoru olmuşdur. 1909-cu ildə London Geologiya Cəmiyyətinin geologiya elmi sahəsində yüksək nailiyyətlərə görə təsis edilmiş "Layell" medalı ilə təltif edilmişdir.
Circus
Belibağlı (lat. Circus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Curcas
Yatrofa (lat. Jatropha) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi.
Cürcis
Müqəddəs Georgi — xristianlıqda müqəddəs, əzabkeş, xristian dünyasının ən məşhur müqəddəslərindən biri. Onun həyatının həm kanonik, həm də apokrifik versiyaları var. Kanonik versiyaya görə, o, imperator Diokletian dövründə Böyük təqiblər zamanı əziyyət çəkmiş və səkkiz günlük ağır işgəncədən sonra 303-cü ildə (və ya 304-cü) başı kəsilmişdir. Onun möcüzələrinin ən məşhur biri "Georginin ilan haqqında möcüzəsi"dir. == Qeydlər == == İstinadlar == == Əlavə ədəbiyyat == Ковалёв-Случевский К. П. Георгий Победоносец. Жизнеописание и деяния (серия ЖЗЛ). — М.: Молодая гвардия, 2020. — 360 с. Васильев, Павел Петрович. Георгий святой, великомученик, победоносец // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Nurnus
Nurnus - İrəvan əyaləti, Qırxbulaq nahiyəsi, İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzası, sovet dövründə Ellər rayonu (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı erməni mənbələrində Nornus formasında da qeyd edilir. Toponim monqol dilində «göl» mənasında işlənən nur//nor sözündən və ərəb dilində «ucu şiş minarəli tikinti» mənasnda işlənən naus (>nus), sözündən əmələ gəlib «göl, arx, kənarında tikinti» mənasını bildirir. Toponim tərkibindən nur / nor sözü Azərbaycan dilində nohur (arx, gölməçə) formasında işlənir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 372 nəfər, 1886-cı ildə 416 nəfər, 1897-ci ildə 550 nəfər, 1904 - cü ildə 457 nəfər, 1914 - cü ildə 512 nəfər, 1916-cı ildə 642 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və Türkiyədən ermənilər köçürülərək kənddə yerləşdirilmişdir.
Placus
Blumea (lat. Blumea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Sinonim == Placus Lour. Bileveillea Vaniot Leveillea Vaniot Blumea sect. Apterae DC. Conyza subg. Blumea (DC.) DC. ex Miq.
Prunus
Gavalı (lat. Prunus) — gülçiçəyikimilər fəsiləsinin prunoideae yarımfəsiləsinə aid bitki cinsi. Dəfnəgilənar (lat. Laurocerasus Duham.) Dərman dəfnəgilənarı və ya Aptek dəfnəgilənarı (lat. Laurocerasus officinalis M. Roem.)Şaftalı lat. Persica Adi şaftalı (P. vulgaris) Qansun şaftalısı (P. kansuensis) Davud şaftalısı (P. dawidiana) Potanin şaftalısı (P. potanini) Qəribə şaftalısı (P. mira). === Quru qara gavalı === Quru qara gavalının bağırsaqları işlədici təsiri məlumdur. Tərkibində olan zəngin kalium və maqneziuma görə, ateroskleroz, hipertoniya, böyrək, qaraciyər, və revmatizm xəstəliyi olanlara məsləhətdir. Güclü antioksidant xüsusiyyətlərə malikdir. Sümükləri möhkəmləndirir.
Quercus
Palıd (lat. Quercus) — fıstıqçiçəklilər sırasının fıstıqkimilər fəsiləsinə aid bitki cinsi.Palıd ağacından odun yayılmış hesab olunur. == Təbii yayılması == Palıdın təbii yayılma sahəsi Şimal Yarımkürəsinin mülayim iqlimli əraziləridir. Yayılma ərazisinin cənub sərhədlərini tropik hündür dağlar təşkil edir. Dünya florasının tərkibində fıstıq fəsiləsinin 9 cinsi, 900-ə qədər növü yayılmışdır. Bunların əksəriyyəti ağac, nadir hallarda kol olub, yer kürəsinin bütün ərazilərində yayılmışdır.Palıd qiymətli dərman, aşı, boyaq, texniki, yem və bəzək bitkisidir. Azərbaycanda isə 12 növünə rast gəlinir. Onun 3 növü mədəni hala keçirilərək yaşıllaşdırma məqsədilə geniş istifadə edilir. Respublikamızın ərazisində palıd növləri uzunömürlü olub, hündürlükləri 12–40 m-ə çatır. Palıd növləri ən çox şimal yarımkürəsinin mülayim tropik zonalarında yayılmışdır.
Ruscus
Bigəvər (lat. Ruscus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi.
Turdus
Qaratoyuq (lat. Turdus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaratoyuqlar fəsiləsinə aid heyvan cinsi.
Xurcun
Xurcun - Bu məişət əşyası əsasən müxtəlif rəngli yun ipdən (bəzən iplikdən) xalça texnikası ilə toxunur, qotazlarla bəzədilir. İki gözdən və şol hissədən ibarət olur. Ağız hissəsinə gözək salınır, gözəyin içərisindən keçən qotazlı bağ dartılarkən xurcunun ağzı bağlanır. Xurcun müxtəlif olçüdə olur. Əsasən kənd təsərrüfatı məhsulları və sair daşımaq üçün istifadə olunur. Qədim dövrlərdən qonşu Şərq və Qafqaz xalqlarının, o cümlədən azərbaycanlıların məişətində mühüm yer tutmuşdur.
Aureus
Aureus və ya aurey (lat. aureus) — qədim Roma qızıl sikkəsi. Adı latın dilindəki "aurum" – qızıl sözündən gəlir. İkinci Pun müharibəsi zamanı dövriyyəyə buraxılmışdır. Bu, ilk növbədə qələbələrə görə mükafat olaraq qoşunlara paylanmaq üçün yalnız mükafatlı sikkə kimi istifadə edilmişdir. Beş yüz ildən artıq dövriyyədə olmuş və bu müddət ərzində dəfələrlə devalvasiyaya uğramışdır İmperator Konstantin tərəfindən həyata keçirilən son devalvasiyadan sonra bu, solid (lat. solidus) kimi tanınmışdır == İstinadlar == == Əlavə ədəbiyyat == Cohen. Description historique des monnaies frappé essous l’Empire Romain. Paris-London, 1859—1868 Cohen. Description générale des monnaies de la République Romaine Paris-London, 1857 Lenormant.
Panthera pardus pardus
Afrika bəbiri (lat. Panthera pardus pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Curcu
Curcu (rum. Giurgiu) — Rumıniyada şəhər. == İdman == Ployeştidən köçən "Astra" futbol klubu 2012-ci ildən Curcuda məskən salıb. Klub ev oyunlarını Curcunun 8500 tamaşaçı tutumuna malik Marin Anastasoviçi stadionunda keçirir.
Gürcü
Gürcülər və ya Kartvellər (gürc. ქართველები) — Gürcüstan, Türkiyə, Rusiya, Azərbaycan, İran və bir sıra Avropa ölkələrində yaşayan və özlərini "kartveli" adlandıran millət. == Formalaşması == Kartvelilərin mənşəyilə bağlı elmi araşdırmalar XIX əsrdə başlamışdır. İlk olaraq Kartvelilerin əcdadlarının qədim dövrlərdə indiki Gürcüstanın daha cənubunda yaşadıqları və Qafqaza nisbətən gec köçdükləri düşüncəsi irəli sürüldü. XX əsrdə edilən elmi araşdırmaların nəticəsində, Kartvelilerin Qafqaza miqrasiya etməsi düşüncəsinin səhv olduğu ortaya çıxdı. İndiki vaxtda ümumi qəbul edilən fikrə görə Kartvelilerin əcdadları ən köhnə çağlardan bəri Qafqazda yaşamaqdadırlar. Kartveli tayfaları indiki Gürcüstandan daha geniş bir ərazidə yaşayırdılar. Bütün Kartveluri tayfalarının təxminən dörd min il əvvəl tək bir dildə danışdıqlarına dair fikirlər var. Daha sonra müxtəlif səbəblərlə bu dil bir neçə dialektə (ləhcəyə) ayrıldı. Bu dialektlərin təməlləri üzərində Gürcü (Kartuli), Svan (Svanuri) və Meqrel (Megruli) dilləri inkişaf etdi.
Kuruş
Kuruş - (öncədən quruş) bir çox ölkələrdə fərqli zamanlarda istifadə edilen pul vahidi. Osmanlı vaxtında Kuruş, Türkiyədə ilk dəfə 1687 (hicri 1099)-ci ildə sultan II Süleyman'ın dönəmində istifadə edilmişdir.
Müçüş
Müçüş- İranın Kürdüstan ostanının Kamyaran şəhristanının Müçüş bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,950 nəfər və 769 ailədən ibarət idi.
Parus
Arıquşu (lat. Parus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinə aid heyvan cinsi.
Picus
Yaşıl ağacdələn (lat. Picus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin ağacdələnlər fəsiləsinə aid heyvan cinsi.
Puçuq
Puçuq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Pucuq oyk., sadə. Quba r-nunun Qonaqkənd i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Keçmiş adı Pucuqqışlaq olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Quba qəzasının Gümür kənd icmasına mənsub ailələr onlara məxsus qışlaq yerində salmışlar. Sonralar toponimin tərkibindəki qışlaq sözü ixtisar edilmişdir. Toponimiyada puçuq/pucuq!puşuq •‘əkinə yararlı olmayan sahə”, “örüş sahəsi” mənalarını bildirir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 48 nəfər əhali yaşayır.
Quruş
Quruş — Dağıstanın Doqquzpara rayonunda kənd. Yaşayış məskəni kimi Quruş kəndi onun tərkibində tək formalaşmışdır. == Coğrafi mövqeyi == Quruş kəndi Şalbuzdağ dağının cənub-şərq yamacında, Usuxçay vadisində, Usuxçay kəndindən 17 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2002-ci ildə kənd əhalisinin sayı 804 nəfər, 2012-ci ildə isə 816 nəfər olmuşdur. Son illər kənd əhalisinin sayında eniş müşahidə olunur və bu ilə olan məlumata görə Quruş kəndində 787 nəfər yaşayır. Quruş kəndinin əhalisi tarixən iki nəsl şaxəsinə bölünür - tuxumlar (türkcə) və ya uymaxlar (ləzgicə): Xaytakar, Qilevar, Tetesar, Falakar, Kızırar, Kirtar, Misriyar, Zanqavar, Avurar, Kuldurar, Xebeşar, Çuvallar. Kənd bir neçə məhəlləyə bölünür: Paqvay kiler, Vene kiler, Kirtar və Kamavaybur. == Tarixi == 1886-cı ildə Quruş kəndində 718 həyət və 4761 nəfər var idi. Əhalinin 2536 nəfəri kişi, 2225 nəfəri isə qadın idi. 71451 baş qoyun, 1767 at və 2189 baş iri buynuzu heyavan mövcud idi.
Fucus
Fukus (lat. Fucus) — chromista aləminin gyrista tipinin phaeophyceae sinfinin fucales dəstəsinin fucaceae fəsiləsinə aid xromist cinsi.
Prius
Toyota Prius — dünyanın ilk seriyalı istehsal olunan hibrid avtomobilidir. 2005-ci ildə Avropada ilin avtomobili seçilmişdir. Ölçüsü, təchizatı və qiymətinə müvafiq orta sinif avtomobil qəbul edilir. Gələcəyin motor texnologiyası olaraq görülən hibrid sistemində benzinli və ya dizel bir motor ilə elektrik motoru eynizamanlı çalışır. Toyota, 1997-ci ildən indiyə qədər dünyada 613300 hibrid avtomobil satışı həyata keçirib. Prius satışları Avropada əhəmiyyətli ölçüdə bir artım göstərərək 2004-cü ildə 8136 ədəddən 2005-ci ildə 18886 ədədə çatmışdır.
Amblyseius tuscus
Amblyseius tuscus (lat. Amblyseius tuscus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius tuscus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Anacyclus aureus
Roma çobanyastığı (lat. Chamaemelum nobile) — chamaemelum cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Güclü qoxuya malik bitkidir. Gövdəsi 10—30 sm hündürlüyündə, dikduran yaxud şaxələnmiş olur. İyul-sentyabr aylarında çiçəkləyir. == Sinonimləri == Anacyclus aureus L. Anacyclus nobilis L. ex B.D.Jacks. Anthemis aurea DC. Anthemis nobilis L. basionym Anthemis santolinoides Munby Chamaemelum romanum Garsault, nom. inval. Chamomilla nobilis Godr. Ormenis nobilis (L.) J.Gay ex Coss.