Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəst
Bəst — Orta Şərqdə tətil və sığınacaq anlayışı. Adətən bəst yeri kimi müqəddəs məqbərələr, pir yeri, məscid və yaxud camaat tərəfindən hörmətlə yanaşılan bir yer seçilirdi. Bəst məhkəməyə qədər insanların özbaşına olaraq cəzalandırılmasının qarşısını alırdı. Burada hətta quldurlar da sığınacaq tapırdı. Bəst həm də etiraz əlaməti kimi bazarların, emalatxanaların və karxanaların bağlanmasına da deyilirdi. == Bəst 19 əsrdə == Bəst 19 əsrdə. 19 əsrdə Orta Şərqdə bəst kimi xarici ölkələrin səfirliklərini, teleqraf və poçt stansiyalarını da istifadə edirdilər. 19 əsr görkəmli Orta Şərq siyasi xadimi Mirzə Tağı xan Əmir Kəbir bəsti ləğv etmək üçün müəyyən tədbirlərə əl atmışdı. Belə ki, onun 1848–1851 illərdə keçirdiyi islahat tədbirləri ruhanilərin narazılığına səbəb olmuşdu və onun ruhanilərlə ilk qarşıdurması, Təbrizdə, şeyx-ül-islam Əli xan Əfşarın bu şəhəri "on ikinci imamın şəhəri" elan etməsindən sonra baş vermişdi. Bu o demək idi ki Təbriz bütün vergilərdən azad olunur.
Abrest
Abrest (fr. Abrest) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Cənubi Kyusse kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03001. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2659 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1648 nəfər (15–64 yaş) arasında 1153 nəfər iqtisadi fəal, 495 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70,0%, 1999-cu ildə 70,2%) idi. Fəal 1153 nəfərdən 1045 nəfər (571 kişi və 474 qadın), 108 nəfəri işsizdir (65 kişi və 43 qadın). Aktiv olmayan 495 nəfər arasında şagird və ya tələbə, 177 nəfər pensiyaçı, 186 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Asbest
Asbest — şəhər
Pakdəşt
Pakdəşt (farsca: پاکدشت) — İranda şəhər, Tehran ostanının Pakdəşt şəhristanının inzibati mərkəzi. Tehran şəhərindən 25 km cənub-şərqdə yerləşir. 2006-cı il siyahıyaalınmasına əsasən əhalisi 32.625 ailədə 126.281 nəfərdir.
Patent
Patent (lat. patere, patent – açıq qoymaq) — hər hansı bir ixtiraya verilmiş məhdud tətbiq hüququna malik olan ən yüksək hüquq qoruyucusudur. O edilmiş xeyirli ixtira və ya sənaye modelinə müəlliflik hüququnu göstərən sənəd.
Povest
Povest — danışıq, təhkiyə deməkdir. Povest rus dilində danışıq, təhkiyə, nağıl etmək mənasında işlənən "povestvovanie" sözündəndir. Povestə bəzən böyük hekayə deyilir. Çünki povestlə hekayə bir-birinə yaxın janrlardır. Hekayədən fərqli olaraq, povestdə bir yox, bir neçə əhvalatdan bəhs olunur və təsvir olunan surətlərin sayı da hekayədəki surətlərin sayından bir neçə dəfə çox olur. Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları", Ə. Vəliyevin "Gülşən", M. Hüseynin "Kin", Mir Cəlalın "Dağlar dilə gəldi" və başqa əsərləri Azərbaycan ədəbiyyatında povest janrının gözəl nümunələri hesab olunur. Povestdə obrazların sayı hekayədə iştirak edənlərin sayından xeyli artıq, həyat hadisələrinin əhatə dairəsi geniş, surətlərin təsviri daha dolğun olur. Məsələn, Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsini "Danabaş kəndinin əhvalatları" əsəri ilə müqayisə etdikdə birincidə obrazların (Novruzəli, xan, poçt işçisi) sayının ikincidəki obrazlardan (Məhəmmədhəsən əmi, onun oğlu, Xudayar bəy, Zeynəb, onun oğlu Vəliqulu, qızları Fizzə və Ziba, Kərbəlayi Cəfər, Axund və s.) qat-qat az olduğu aydın görünür. Azərbaycan ədəbiyyatında ilk povest Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" əsəri sayılır. Hekаyə ilə roman arasında orta mövqe tutan, hekаyədən böyük, romandan kiçik epik əsərlər povest adlandırılır.
Radest
Bizant (q.yun. Βισάνθη), daha sonra Rodost (q.yun. Ῥαίδεστον) və ya Radest (lat. Rhaedestum) — Qədim Frakiyada, Propontida sahilində tarixi şəhər. Şəhər indiki Təkirdağ yaxınlığında yerləşirdi. Şəhər samoslular tərəfindən salınmışdır. Bizant e.ə. IV əsrdə Odris çarlığının tərkibində idi. IV əsrdə Bizans imperatoru Yustinian şəhəri bərpa etməyə səy göstərir. Buna baxmayaraq, şəhər bulqarlar tərəfindən 813-cü və 1206-cı illərdə məhv edilir.
Abeşe
Abeşe (fr. Abéché, ərəb. أبشي‎) — qədim Ouaddai krallığının köhnə paytaxtı olmuşdur. Çadın şərqində indiki Ouaddai regionunda yerləşir və Sudanla sərhəddi var. Maşın ilə paytaxt Ncamenadan 2 günlük məsafədədir. 2012-ci il məlumatına əsasən əhalisi 76 492 nəfərdir..
Paket
Paket (packet) – ümumi anlamda: şəbəkədə bir qurğudan başqasına ötürülən informasiya vahidi. Paket kommutasiyası şəbəkəsində bu termin belə təyin olunur: göndərilmək üçün nəzərdə tutulmuş ikilik rəqəmlərdən ibarət olan müəyyən olunmuş maksimal ölçülü verilənlər yığını; burada həm verilənlər, həm də idenfikator-nömrə, göndərənin və alanın ünvanı və bəzən xətalara nəzarət verilənləri olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 623 s.
Asbest (dəqiqləşdirmə)
Asbest — şəhər
Asbest (şəhər)
Asbest — Rusiya Federasiyasında yerləşən şəhər Sverdlovsk vilayətinə daxildir. == Etimologiya == Şəhər adını burada inkişaf etmiş asbest sənayesinə görə alıb. == Tarixi == 1889-cu ildə Kudelka (rus. Куделька) adı ilə qurulub. 1933-cü ildə şəhər statusu və indiki adını alıb.
Cəmilə (povest)
Cəmilə — 1958-ci ildə yazıçı Çingiz Aytmatov tərəfindən yazılan povest. == Süjeti == Budur, mən yenə sadə bir haşiyəyə salınmış bu kiçik şəklin qabağındayam. Sabah səhər ailə getməliyəm, ancaq ona baxmaqdan hələ də doya bilmirəm. Elə bil şəkil mənə xeyir-dua verəcəkdir. Onu hələ heç bir sərgiyə verməmişəm. Bundan başqa, qohumlarim aildən yanima gəldikdə də onu gizlətməyə çalişiram. Şəkildə utanmalı bir şey yoxdur, ancaq, bununla belə, o, sənət əsəri olmaqdan çox uzaqdır. Şəkil onda təsvir olunmuş torpağın özü qədər sadədir. Şəklin dərinliyində boz payızın səmasının bir parçası təsvir olunmuşdur. Uzaq dağ silsilələrinin üzərində külək ala buludları sürətlə qovalayır.
Judas Priest
Judas Priest — 1969-cu ildə İngiltərədə yaranan heavy metal qrupudur. == Qrupun tarixi == 1969-ci ildə KK Downing və Ian Hill tərəfindən qurulan "Metal Gods" (Metal Allahı) ləqəbli İngilis Heavy Metal qrupu. Qrupa gitarist Glenn Tipton'ın sonradan iştirakı ilə birlikdə tarixdə bir dönüş nöqtəsi yaşanmış və cüt gitaralı ilk Heavy Metal qrupu qurulmuş oldu. "New Wave of British Heavy Metal"-ın təməlini atan Judas Priestin ilk vokalisti Al Atkins'dir, lakin qrup, rəsmi albom qeydlərinə Rob Halford (The Metal God) ilə başlamışdır. Qrupun Al Atkins ilə hər hansı bir albomu yoxdur. Qrupa "Metal Gods" ləqəbini qazandıran hadisə isə 1980-ci illərdə çıxan "British Steel" albomundakı "Metal Gods" mahnısı idi. 1974–1992-ci illər arasında qrupun vokalisti olaraq vəzifə yerinə yetirən Rob Halford, "Painkiller" albomu sonrası artıq fərqli şeylər etmək istədiyini açıqlayıb qrupdan ayrılmışdır. Rob Halford, qrupdan ayrıldıqdan sonra solo qrupu olan Fight'ı quraraq daha fərqli bir musiqi hazırlamışdır. Judas Priest'in bütün albomları "Qızıl Val" mükafatı almışdır. Musiqili olaraq bir çox qrupa liderlik edən Judas Priest, Heavy Metalın ən böyük qrupu olaraq bir çox musiqi növlərini də kəşf etmişdir.
Mehman (povest)
Mehman — Süleyman Rəhimovun yazdığı böyük əsər, povest. Əsər əsasında "Qanun naminə" adlı film çəkilmişdir. Burada Mehman adında bir oğlan rayonda prukror olur. Mehman qatı cinayətlər törədənlərə qarşı mübarizədə canını qurban verməli olur.
Mumu (povest)
Mumu — rus yazıçısı İvan Turgenyevin 1852-ci ildə yazdığı povest. Əsər ilk dəfə Sovremennik jurnalında çap olunub. Povestin baş qəhrəmanları Gerasim adlı lal-kar nökər və onun itidir. Film 1959-cu ildə Mumu adlanırdı. Amma 1998-ci ildə Mu–Mu adlandırıldı. Bu əsərdə Gerasim adlı rus kəndlinin taleyindən söz açılır. Gerasim lal və kar olsa da çox güclü adam olur. Rusiyanın kəndində yaşayır. Bir gün kəndə imkanlı bir qadın gəlir. Qadın kənddən gedəndə mindiyi arabanın təkəri palçığa batır.
Oxşar (povest)
Oxşar (rus. Двойник) — Fyodor Dostoyevskinin qələmə aldığı povest. Əsər ilk dəfə 30 yanvar 1846-cı ildə "Oteçestvennye zapiski" qəzetində işıq üzü görmüşdür. Daha sonra Dostoyevski əsər üzərində yenidən işləmiş və əsər 1866-cı ildə yenidən nəşr olunmuşdur. Əsərin qəhrəmanı 9-cu dərəcədən məmur olan Yakov Petroviç Qolyadkin xeyirxah, sadə, yumşaq xarakterli bir insandır. Bir dəfə Yakov Petroviç onunla eyni ad və soyadda olan bir nəfərlə — əkizi ilə qarşılaşır, lakin onun oxşarı ondan fərqli olaraq yalançı, yaltaq və əclaf adamdır. Əsərdə də Yakov Petroviçin öz oxşarı ilə mübarizəsindən bəhs olunur. Dostoyevskinin bu fikirləri onun sonrakı əsərlərində də öz yerini tapır. Bu Dostoyevskinin ikinci əsəridir, fəqət əsər həmin dövrdə o qədər də yaxşı qarşılanmamışdır. Dostoyevski "Bədbəxt insanlar" əsəri kimi bu əsərinin də tənqidçilər tərəfindən müsbət qarşılanacığını gözləsə də, bu belə olmur.
Pakdəşt şəhristanı
Pakdəşt şəhristanı (fars. شهرستان پاکدشت‎) — Tehran ostanında inzibati ərazi vahidi. İnizbati mərkəzi Pakdəşt şəhəridir. 2006-cı il siyahıyaalınmasına əsasən əhalisi 61.234 ailədə 240.841 nəfərdir.
Patent hüququ
Patent hüququ – hüquq sahəsi; bu sahənin normaları ixtiralara patent verməklə onların hüquqi mühafizəsi sistemini müəyyən edir. İxtiralarla əlaqədar hüquq münasibətlərini nizamlayan xüsusi qanunlar patent hüququnun əsas mənbəyidir; Patent hüququ patent sahibinə texniki yeniliyin təcrübədə tətbiqinə sərf etdiyi məsrəfləri ödəmək, habelə qoyulmuş kapitaldan mənfəət götürmək imkanı verir. Patent hüququnun əsas məzmununu patent sahibinin hüquqlarını, onların bütünlükdə və ya bir hissəsinin başqasına verilməsi qaydasını, həmçinin hüquqların pozulması nəticələri-ni müəyyən edən normalar təşkil edir. Patent hüququ həmçinin patent almaq üçün sifariş vermə qaydasını və patent haqqında mübahisələrin həlli qaydasını nizamlayır. Patent hüququnun əsas mənbəyi ali qanunverici orqanın qəbul etdiyi xüsusi qanunlardır. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Patent trollu
Patent trollu (ing. Patenttroll)-patent sahiblərinə qarşı iddialarının təqdim edilməsində ixtisaslaşmış fiziki və hüququ şəxsdir. Patent trollu əslində özünün istehsal etmədiyi, özünün əmək sərf etmədiyi texnologiyada hüquqi açıqlardan faydalanaraq, bir az hiyləgərlik, bir az da texniki bilgi sayəsində ixtiranı öz adına patentləşdirir, sonra isə bu texnologiyadan istifadə edən hər kəsdən yüksək patent lisenziyaları tələb edib böyük qazanc əldə edirlər. Trollar əsasən hüquq şirkətləri şəklində qarşıya çıxırlar. Patent trolları özlərini daha çox patent holdinqi, və ya patent "dileri" (ing. Patent dealer) adlandırmağa üstünlük verirlər. "Patent trollu" termini 1993-cü ildə çox agressiv patent təqibi aparan şirkəti təsvir etmək üçün istifadə edilmişdir. Patent trollu ilk dəfə 1994-cü ildə universitetlərdə, dövlət müəssisələrində, şirkətlərdə yayilan " patent videosunda" təsvir olunmuşdu. Bunlara əvvəl patent qəsbkarı adı verilmişdi. Bu videofilmdə heç nədən şübhələnməyən patent sahibləri özlərini patent gəlirlərindən renta almalı olan şəxs kimi qələmə verən trolların qurbanı olduğu göstərilirdi.
Qasırğa (povest)
Qasırğa (ing. Storm) - Teodor Drayzer tərəfindən yazılmış povestdir. Povestdə ailə, məhəbbət, qadın həyatı kimi məsələlərə toxunulmuşdur. “Qasırğa” Drayzerin birbaşa orijinaldan Azərbay­can dilinə tərcümə edilmiş ilk əsəridir. Əsərin baş qəhrəmanı-İda,mühafizəkar ailədə böyüyüb. Atası Uilyam Zobel onları əhatə edən Amerika dünyasının yüngüllüyü və başıpozuqluluğu ilə heç cür barışa bilmirdi. O, İdanın böyüməsi və tərbiyəsi üçün sərt qaydalar tətbiq etdi. İdanı öz qaydaları ilə şəhər məktəblərindən seçilən, hətta bir qədər də dini məktəb hesab edilən məktəbdə oxutdurdu. Bunlara baxmayaraq, İda həyatın sevinc və ləzzətlərini duyurdu. İda şən və gümrah gəncləri görüb, valideynlərinin ona olan münasibəti ona darıxdırıcı gəlirdi.
Xəsənqata Qabəşi
Xəsənqata Qabəşi — tatar tarixçisi, din alimi, qazı. Xəsənqata Qabəşi 1863-cü il yanvarın 11-də Keçe Sılabaş kəndində molla ailəsində doğulmuşdur. Onun atası Möxəmməd və babası Kəlimulla Qobeydulla oğlu kənd təsərrüfatı işləri ilə məşğul olmaqla yanaşı, əlyazma kitablarının üzünü köçürmək və qəbir daşları üzərində ölənlər haqqında bilgi yazmaqla da məşğul olarlarmış. Xəsənqata da ilk təhsilini evdə atasından və babasından aldığından mədrəsədə ibtidai siniflərdə oxumayıb. Atası onu 1875-ci ildə Kazandakı Vəli həzrətləri mədrəsəsinə göndərib. Bu mədrəsə o dövrdə Üsul-i Qədim, yəni köhnə qaydalarla dərs verən təhsil ocağı sayılırdı. Avropanın təsiri ilə formalaşan, yeni üsulla dərs verən, yəni proqramında riyaziyat, coğrafiya, kimya və başqa fənlər tədris edilən, xarici dillər öyrədilən mədrəsələrlə Üsul-i Qədim adlandırılan mədrəsələr arasında bir qarşıdurma, açıq və gizli bir ziddiyət vardı. Ata və babası Xəsənqatanın mühafizəkar bir təhsil ocağında oxumasını istəsələr də, o, rus dilini, riyaziyyatı, coğrafiyanı, təbiət elmlərini, tarixi öyrənmişdir. Xəsənqata Qabəşi 12 il mədrəsədə oxumuş, 5 ildən çox da orada dərs demişdir. Kazan mühiti onun dünyagörüşünün formalaşmasına güclü təsir göstərmişdir.
M7 Priest
M7 105 mm KMO — İkinci Dünya Müharibəsi zamanı Amerika Ordusu tərəfindən istifadə edilən özüyeriyən haubitsa sinifində olan zirehli döyüş maşını idi. Priest ləqəbini İngiltərədə xidmətdə olarkən almışdır. İngilislərin bu dövrdə istehsal etmiş olduğu özüyeriyən haubitsaların hamısına dinlə bağlı adlar verilmişdir. Bunlar Priest (azərb. Kahin‎), Bishop (azərb. Yepiskop‎), Sexton (azərb. Kilsə xadimi‎) və Abbot (azərb. Baş kahin‎). Asqı sistemi helezon yay əsaslı olub, əməliyyat mənzili 193 km, maksimum sürəti isə magistral yolda 40 km/s, off-road yolda isə 24 km/s təşkil etmişdir. == Tarixi == İkinci Dünya Müharibəsi zamanı cəbhə xəttində olan Amerika Ordusunun konstrukturları piyada hissələrini atəş gücü ilə təmin etmək üçün özüyeriyən silahlara ehtiyac olduğunu başa düşmüşdülər.
Patent trolu
Patent trolu (ing. patent troll) — termini, patent hüquqlarından sui-istifadə edən şirkətlərə və ya fərdlərə aid edilir. Bu cür təşkilatlar adətən özləri patentlə qorunan texnologiyaları və ya məhsulları inkişaf etdirmir və ya istehsal etmirlər, lakin onların əsas fəaliyyəti patent hüquqlarını məhkəmələrdə tətbiq etməklə digər şirkətlərdən böyük məbləğdə kompensasiya və ya lisenziya ödənişləri tələb etməkdir. == Xüsusiyyətləri == İnnovasiya etməmək Patent trolu adətən öz texnologiyasını və ya məhsulunu inkişaf etdirmir. Onlar ya köhnə patentləri alır, ya da çox vaxt qeyri-işlək və geniş şəkildə formulə edilmiş patentlər alırlar, lakin özləri heç bir məhsul istehsal etmirlər. Patentlərin kütləvi şəkildə əldə edilməsi Patent trolu strategiyası, çoxsaylı patentlərin alınması və bu patentlər əsasında digər şirkətlərə qarşı məhkəmə iddialarının qaldırılmasına əsaslanır. Bu patentlər adətən çox geniş şərtlərlə formalaşdırılmış olur ki, bu da onlara müxtəlif sahələrdə istifadə olunan texnologiyalara dair iddialar qaldırmağa imkan verir. Məhkəmə iddiaları və lisenziya ödənişləri Patent trolunun əsas fəaliyyəti, digər şirkətlərdən lisenziya ödənişləri və ya məhkəmələr vasitəsilə kompensasiya almaqdır. Onlar çox vaxt texnologiya sahəsində fəaliyyət göstərən və ya innovativ məhsul istehsal edən şirkətlərə qarşı iddia qaldırırlar, bu şirkətlərin isə yüksək məhkəmə xərclərindən qaçınmaq üçün məcburi lisenziya ödənişləri etmələri gözlənilir. Qorxutma və təzyiq strategiyaları Patent trolunun strategiyası çox vaxt məhkəmə sistemi üzərində təzyiq göstərərək şirkətləri sürətli həll yollarına getməyə məcbur etməkdir.
Best
Best (Urmiya) — İranda kənd. Best Buy — ABŞ-də yerləşən beynəlxalq elektronik pərakəndə satış həyata keçirən şirkət. Best Of '98 (albom) — The Best (mahnı) — Şəxslər Corc Best — Şiamli İrlandiya futbolçusu. Pit Best — İngilis musiqiçi.
Herman Abert
Hermann Abert (alm. Hermann Abert‎; 25 mart 1871[…], Ştutqart – 13 avqust 1927[…], Ştutqart) — Almaniya musiqişünası. O, qədim və orta əsrlər musiqisi, opera tarixi üzrə tədqiqatlar aparmışdır. Abert Volfqanq Amadey Motsart haqqında monoqrafiyanın müəllifidir.
Şah Əbdül Əzim məscidində bəst
Məşrutə inqilabı (1905-1911) dövründən epizod. Vətənpərvər ruhanilərin və ağsaqqalların məsləhəti ilə dekabrın 14-də kütlə Tehran yaxınlığındakı "Şah Əbdül Əzim türbəsinə" ziyarətgahına toplaşıb, etiraz əlaməti olaraq, bəstə oturdular. Baş nazir Eynüddövləin göndərişi ilə Əmir Bahadır bəstə oturanların üzərinə qoşun çəkdisə də, onları bəstdən çəkindirə bilmədi. Bəstə oturanların 8 maddədən ibarət tələbləri 1906-cı il yanvarın 10-da qəbul olunduqdan sonra bu aksiya dayandırıldı və bəstə oturanlar yanvarın 12-də bəstə oturanlar qalib qüvvə kimi təntənə ilə Tehrana döndülər. Az keçmədən dövlətin bəstə oturanlara güzəştə getməsinin hiylə olduğu bəlli oldu. Özündə göc toplayan rejim bəstə oturanları təqib etməyə, onları pərən-pərən salmağa başladı.