Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Parça
Düz xətt parçası – düz xəttin üst-üstə düşməyən 2 nöqtəsi və bu nöqtələr arasında qalan hissəsi adlanır. İki A {\displaystyle \;A} və B {\displaystyle \;B} nöqtələrini birləşdirən düz xətt parçası ya [ A ; B ] {\displaystyle [\;A;\;B]} , yaxud A B {\displaystyle \;A\;B} kimi işarə olunur. A {\displaystyle \;A} və B {\displaystyle \;B} nöqtələri A B {\displaystyle \;A\;B} düz xətt parçasının uc nöqtələri, onlar arasındakı nöqtələr isə daxili nöqtələri adlanır. A B {\displaystyle \;A\;B} düz xətt parçasının uc nöqtələri arasındakı məsafə onun uzunluğu adlanır və | A B | {\displaystyle \;|AB|} kimi işarə olunur. Düz xətt üzərində n sayda nöqtə olduqda həmin düz xətt üzərində parçaların sayı (N) kimi işarə olunur.
Pambıq
Pambıq — pambıq kolundan ( Gossypium ) yığılan liflər toplumu. Becərilməsinə ilk dəfə Hindistanda başlanılmışdır. Hindlilər pambıqdan möhkəm, eyni zamanda elə nazik parça toxuyurdular ki, ondan tikilmiş don balaca üzükdən keçirilə bilirdi. Yetişərkən koldakı qutucuq açılır. Onun içindəki liflər əl və ya xüsusi maşınlarla yığılaraq pambıq məntəqələrinə toplanır və oradan pambıq zavodlarına daşınaraq liflər toxumlardan ayrılır. Uzun liflər: 20–25 mm ayrılaraq parça toxunmasına istifadə edilir. Kiçik liflər isə tibb üçün və partlayıcı maddələrin hazırlanmasında istifadə edilir. == Mənbə == Узбекский центр сертификации хлопкового волокна «SIFAT» Arxivləşdirilib 2019-10-18 at the Wayback Machine Русское Хлопковое Сообщество Arxivləşdirilib 2021-03-05 at the Wayback Machine Виды хлопка и материала из него Хлопковая одиссея — статья из № 25/1999 газеты «География» издательского дома «Первое сентября». Мировой рынок хлопка — обзор состояния и перспектив мирового рынка хлопка.
Parça Xələc
Parça Xələc — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Parça bozbaş
Bozbaş və ya Bozartma - Azərbaycanın milli yeməyi. Azərbaycan mətbəxinin şah yeməklərindən sayılan bozbaş sözü heç də bəzilərinin düşündüyü kimi "boz" və "baş" sözlərindən yaranmayıb. Qədimdə bütün yeməklərə "aş" deyilirdi. Əslində "bozbaş" sözü == Tərkibi == 1 nəfərlik 150 qr qoyun əti, 15 qr ərinmiş yağ, 30 qr noxud, 100 qr kartof, yarım baş soğan, 15 qr tomat püre, quru nanə və tam üçün duz, istiot == Hazırlanma qaydası == Bozbaş üçün qoyun ətindən 50 – 60 qr – lıq 2 – 3 tikə ət götürülür. Noxud arıtlanıb 3 – 4 saat ərzində soyuq suda isladılır. Ət və noxud qazana qoyulub üstünə soyuq su tökülür və bişirilir. Kəfi alınır. Xörəyin hazır olmasına bir az qalmış içinə doğranmış baş soğan, soyulub doğranmış kartof və yağda qızardılmış tomat – püre qatılaraq bişirilir. Süfrəyə verilən zaman bozbaşın üstünə quru nanə səpilir. "Aşpaz" sözü də əslində "aşpəz" sözündən meydana gəlib.
Tafta (parça)
Tafta — ipəkdən hazırlanan parça növü. Saya və naxışlı olur. "Tafta" sözünün izahını İranda olan yer adı ilə bağlayırlar, ehtimal ki, parçanın adı da burdan götürülüb. Tafta, sapının zərif tovluluğu, sıxlığı, davamlılığı, naxışlarının sadəliyi, rəng harmoniyasının ifadəli həlli ilə həmnövlərindən fərqlənən, xalq məişətində istifadə olunan ipək toxumadır. Azərbaycan milli toxumalarından olan tafta hələ XV-XVII əsrlərdə Avropa və Rusiyada böyük şöhrət tapmışdı. XIX əsrdə Şuşa, Şamaxı və onun ətraf kəndləri tafta parça istehsalında Zaqafqaziyada birinci yeri tuturdu. Bu zaman Şamaxıda ən çox qırmızı, sarı, yaşıl, göy və s. rəngli zolaq və millərdən ibarət dama-dama naxışlı tafta parçalar daha çox istehsal edilirdi. Ən sıx toxumada dörd əriş sap götürülürdü. Bu cür kip toxunuşlu tafta parça xalq arasında "Çarta tafta" adlanırdı.
Tül (parça)
Tül — qapı, pəncərə və digər yerlərdən asılan, yüngül olmaqla setka toxunuşlu parça növü.
Şal (parça)
Şal — xalçaya oxşar sıx yun parça növü, zərif yundan və yaxud dəvə yunundan əllə yer hanasında toxunur. Şal nazik, yumşaq yun parça növüdür. Vaxtı ilə Hindistanın Kəşmir vilayətindən gətirilən zərif, yuşaq və spesfik naxışlı yun şal (parça) Kəşmiri şal adlandırılırdı.
Pambıq (bitki)
Pambıq kolu (lat. Gossypium) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Pambıq çoxillik bitkidir. Bu sahədə tanınmış alim F. M. Mauyerin təsnifatına görə pambığın Asiya, Amerika, Afrika və Avstraliyanın tropik və subtropik rayonlarında bitən 35 növü var. Pambıq Azərbaycanda "ağ qızıl" adlanır. Pambıq isti və işıq sevən bitkidir. Vegetasiya müddətində (110–145 gündür) pambığın yetişməsi üçün orta faydalı temperaturun cəmi 2500–3000 selsidən az olmamalıdır. Becərilən pambıq əsas texniki bitkidir. Dünya toxuculuq sənayəsi üçün lazım olan lifin təxminən 50%-i pambıqdan alınır. 100 kq xam pambıqdan orta hesabla 30–35% lif alınır.
Pambıq işi
Pambıq işi (rus. хлопковое дело, özb. paxta ishi) və ya özbək işi (rus. узбекское дело, özb. o'zbek ishi) — Şərəf Rəşidovun rəhbərliyi altında olan Özbəkistan SSR-də və həmçinin SSRİ-n başqa yerlərində 70-ci illərin axırında və 80-ci illərində araşdırılan korrupsiya və iqtisadi sui-istifadələr ilə bağlı bir sıra cinayət işləri. == Arxa plan == Leonid Brejnevin SSRİ-n Baş Katibi olduğu dövründə korrupsiya adi hal idi. Amma, hətta o dövrün standartlarına görə, Özbək SSR-dəki korrupsiyanın səviyyəsi çox yüksək dərəcəyə çatmışdı.XX əsrin ortasında Mərkəzi Asiya Respublikaları və özəlliklə Özbəkistan, əsas hissəsi RSFSR-in Avropa hissəsində yerləşən SSRİ-n yüngül sənayəsi üçün xammal olan pambıq isehsalın mərkəzinə çevirmiş. 70-ci illərin əvvəlində artıq Özbəkistanın bütün əkilə bilən torpaqları pambıqçılıq üçün işlənilirdi. Mərkəzi Asiyada artıq yığılan pambığın miqyasını artmaq mümkünsüz idi, amma eyni zamanda, SSRİ-n dövlət planı (pambığın idxalının qarşısını almaq üçün) hər beşillik Özbəkistan və başqa Mərkəzi Asiya Respublikalarının pambıqçılığı üçün artıq onsuz da qeyri-realistik hədəfləri şişirdirdi. Monokultura ilə toksik gübrələrin və pestisidlərin presedentsiz işlətməsi və məhsulun rotasiyasından imtina ekologiyada fəlakətə gətirirdi.
Pambıq kolu
Pambıq kolu (lat. Gossypium) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Pambıq çoxillik bitkidir. Bu sahədə tanınmış alim F. M. Mauyerin təsnifatına görə pambığın Asiya, Amerika, Afrika və Avstraliyanın tropik və subtropik rayonlarında bitən 35 növü var. Pambıq Azərbaycanda "ağ qızıl" adlanır. Pambıq isti və işıq sevən bitkidir. Vegetasiya müddətində (110–145 gündür) pambığın yetişməsi üçün orta faydalı temperaturun cəmi 2500–3000 selsidən az olmamalıdır. Becərilən pambıq əsas texniki bitkidir. Dünya toxuculuq sənayəsi üçün lazım olan lifin təxminən 50%-i pambıqdan alınır. 100 kq xam pambıqdan orta hesabla 30–35% lif alınır.
Pambıq mənənələri
Pambıq mənənələri — əsl mənənələr fəsiləsindən cücülər. Pambığa ən çox zərər vuran bostan və ya pambıq mənənəsidir (Aphis gossypii). Qanadsız dişilərin bədəni yumurtavarı olub uzunluğu 1,25—2,1 mm, rəngi sarı, yaxud yaşıl və şirə borucuqları qaradır. Polifaqdır. Təpə tumurcuğunun və yarpağın şirəsini sorur. Erkən yazda partenogenez yolla çoxalır. Bir mövsümdə 20-dək nəsil verir. Dişi fərdlər 20—60-dək sürfə qoyur. Pambığa, həmçinin yonca, yaxud akasiya mənənəsi (Aphis laburni), böyük pambıq mənənəsi (Acyrthosiphon gossypii) də zərər verir. Pambıq mənənələrinə qarşı profilaktik, bioloji və kimyəvi mübarizə aparılır.
Pambıq sovkası
Pambıq yağı
Pambıq yağı — pambıq toxumundan (çiyiddən) presləmə və ya eksqraksiya üsulu ilə alınan alifatik yağ. Çox işlədilən bitki yağlarındandır. Pambıq yağının keyfiyyəti və rəngi tərkibindəki qossipol piqmentindən asılıdır. Təmizlənməmiş pambıq yağı qırmızı-qonur, bəzən qaramtıl rəngdə, spesifik iyli, acıtəhər, təmizlənmişi isə, samanı-sarı rəngdə mayedir. Tərkibi və xassələri pambığın çeşidi, bitdiyi ərazi və becərilmə şəraitindən asılıdır. Onda alifatik turşulardan 40—48% linol, 30—35% olein, 20—22% palmitin, 2%-ə qədər stearin, 1,3% araxin, 0,3—0,4% miristin turşusu olur. Əlif isteh-salında, təmizlənmişi isə xörəkdə, konserv, marqarin, bəzi yağ çeşidləri və s. hazırlanmasında işlədilir. Azərbaycanda hər il min tonlarla pambıq yağı istehsal edilir.
Pambıq (dəqiqləşdirmə)
Pambıq
Parça döşəmə plov
== Tərkibi == Qoyun əti–221 q, düyü–150 q, əridilmiş yağ–50 q, kişmiş–30 q, ərik qurusu –25 q, şabalıd–50 q, zəfəran–1 q, zirə–0,1 q, baş soğan–20 q, darçın–0,1 q, istiot– 0,1 q, duz == Hazırlanma qaydası == Qoyun əti bütöv tikə şəklində qovurulur və sümükdən ayrılır. Yağda qızardılmış soğan, təmizlənmiş şabalıd, zirə və bulyon əlavə edilib hazır vəziyyətə gətirilir. Ayrıca bişirilmiş düyü boşqaba təpəcik şəklində tökülür, üstünə qoyun əti, şabalıd və qazmaq qoyulur. Yağ tökülüb darçın səpilir.
Adi pambıq kolu
Adi pambıq kolu (lat. Gossypium hirsutum) - pambıq kolu cinsinə aid bitki növü. == İstinadlar == == Xarici keçidlər == Cotton Botany at Cotton Inc.
Dəmyə Pambıq (1953)
Pambıq (film, 1933)
== Məzmun == Təbliğat filmi Azərbaycanın kolxozlarında pambığın yeni aqrotexniki qaydalarla becərilməsinə həsr olunmuşdur. == Film haqqında == Film saxlanılmayıb.
Pambıq (film, 1938)
== Məzmun == Film Azərbaycan pambıqçılıq təsərrüfatının inkişafından və qabaqcıl pambıq ustalarından bəhs edir. == Film haqqında == Film saxlanılmayıb.
Bir parça keks (mahnı)
Bir parça keks — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri Azər Şirinə, musiqisi isə Elçin Cəfərova aiddir. Aygün Kazımova mahnını ilk dəfə olaraq 28 may Respublika Günü münasibətilə keçirilən konsertdə ifa etmişdir.
Antisosialist Pambıq Xadimləri İttifaqı
Antisosialist Pambıq Xadimləri İttifaqı — Belçikanın keçmiş həmkarlar ittifaqı təşkilatlarından biri. Hazırkı varisi Xristian Həmkarlar İttifaqı Konfederasiyasıdır. == Tarixi == 1886-cı ildə yaranmışdır.
Azərbaycan SSR pambıq ustası
Azərbaycan SSR pambıq ustası (azərb-kiril. Азәрбајҹан ССР памбыг устасы) — Azərbaycan SSR-də pambıq sənayesi sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad. == Əsasnaməsi == "Azərbaycan SSR pambıq ustası" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin (Azərbaycan SSR Baş Soveti Prezidiumunun) 23 may 1940-cı il tarixli fərmanı ilə təsis olunmuşdur.Fəxri adla Azərbaycan SSR-in pambıqçılıq sənayesində ən yeni aqrotexnikanı tətbiq edən, pambıq yığmaq işində xüsusilə fərqlənən kolxozçular, sovxoz fəhlələri, kənd təsərrüfatı mütəxəssisləri, elmi-tədqiqat pambıqçılıq və təcrübə idarələrinin işçiləri, eləcə də yüzsentnerçilər yarışında iştirak edənlər təltif olunurdu.Fəxri ad Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti (Azərbaycan SSR Baş Soveti) tərəfindən verilirdi və onu almış şəxslər Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı (Azərbaycan SSR Baş Soveti Prezidiumunun Fəxri Fərmanı) ilə təltif olunurdu.
Dəmyə pambıq (film, 1953)
Pambıq ağacı (Syerra-Leone)
Pambıq ağacı — Syerra-Leonenin paytaxtı Fritaunun tarixi simvolu olan ağac. Ceiba pentandra növünə məxsusdur. Əfsanəyə görə ağac 1792-ci ildə ABŞ İstiqlal müharibəsi zamanı Britaniya üçün döyüşüb müstəqillik qazanan və indiki Fritaun şəhərinin əsasını qoyan keçmiş Afrika amerikalı qullar üçün böyük əhəmiyyətə malik olmuşdur. "Yeni şotlandlar" və ya "Navatiyalılar" adlandırılan bu Qara sədaqətlilər 11 mart 1792-ci ildə Fritaun şəhərinin əsasını qoymuşdurlar. == Tarix == Əfsanəyə görə sahildə enmiş və körfəzin yuxarısında yerləşən nəhəng ağaca doğru getmişlər. Ağacın ətrafında yığışmış, dua edərək və himn oxuyaraq tanrıya minnətdarlıqlarını bildirmişlər. Ağacın tam yaşı bilinmir, lakin 1787-ci ildə mövcud olduğu məlumdur.Müsair dövrdə Pambıq ağacı Fritaun şəhərinin qədim hissəsində, Ali Məhkəmə binasının, musiqi klubunun və Milli Muzeyin yaxınlığında yerləşir. Syerra-Leonelilər bu ağacı Fritaun şəhərinin simvolu hesab edirlər.
Pambıq toxumçuluğu (film, 1980)
== Məzmun == Filmdə məhsuldar, uzun lifli pambıq toxumu yetişdirməkdə aqrotexnikanın yeni üsullarının tətbiqindən və səmərəsindən bəhs olunur. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Para Para
Para Para(yap: パラパラ) Yaponiya mənşəli bir qrup rəqsidir. Para Para, 1980-ci illərdən başlayaraq, Avropada İtalo-disko və Avro diskonun satılmağa başladığı dövrdən mövcud olmuşdur. Para Para və Avrobit bir-biri ilə sıx əlaqədədir. Avrobit sənətkarı Deyv Rocers, Para Para'nı Avrobitə qulaq asarkən rəqs edilə biləcək və əsasən çox cəld olan bir rəqs növü olaraq qeyd etmişdir.
Parma
Parma — İtaliyada Emilia-Romagna regionunda olan və eyni adı daşıyan Parma Rayonu mərkəzi olan bir şəhərdir. Parmanın Etrüsk mənşəli adı antik Romalılar tərəfindən də istifadə edilmiş və Roma ordularının istifadə etdiyi yumru qalxanlar da Parma olaraq anılmışlardır. Parma şəhərinin ortasında Parma Çayı adlı bir axar su keçir. Hal-hazırda Parma şəhəri jambonu (Prosciutto di Parma), xüsusi "Parmesan" pendiri (Parmıgiano-Reggiano), şəhərin çox gözəl və dəyişik arxitekturası və şəhərin ətrafındakı çöl sahənin gözəlliyi ilə tanınmışdır. Parmadan olan Parma Universiteti Avropanın ən köhnə universitetlərindən biridir.
Parçı
Xanlıqlar (Parçı) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Şərur rayonunun Eyniadlı i.ə.v. də kənd . Düzənlikdədir. Yaşayış məntəqəsi vaxtilə Naxçıvan xanlarına məxsus Xanlıq adlanan mülk yerinin ərazisində salındığı üçün belə adlanır.
Parsa
Parsa (farsca : پارسا pārsā) verilmiş ad və ya soyad kimi istifadə olunan, fars mənşəli, mənası "mömin, dindar" mənasını daşıyan sözdür.
Parla
Parla — İspaniyanın Madrid rayonunda yerləşən şəhərdir. Şəhərin ümumi əhalisi 164182+ nəfərdir.
Arça
Arça və ya Arsk (tatar. Арча; rus. Арск) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Para
Para (port. Pará) — Braziliyanın şimalında yerləşən ştat. Şimalda Amapa ştatı, Qayana və Surinam, şərqdə Maranyan və Tokantins, cənubda Matu-Qrosu, qərbdə Amazonas və Rorayma ştatları ilə sərhədlənir. Şimal-şərqdən Atlantik okean ilə sərhədlənir. İnzibati mərkəzi Belen şəhəridir. Para sahəsinə görə Braziliyanın ikinci böyük ştatıdır. == Coğrafiyası == Ərazisinin böyük qismi düzənlikdən ibarətdir. Az bir qismi isə dağ çöllərinon payına düşür. Bu isə Qviana və Braziliya platosuna daxildir. Ən dayaz nöqtələrdə Amazon meşələri yayılmışdır.
Paça
Paça (mac. Pacsa) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Conyza parva
Kanada xırdaləçəyi (lat. Erigeron canadensis) — xırdaləçək cinsinə aid bitki növü. == Sinonim == Conyza parva Cronquist Erigeron canadensis L. Erigeron pusillus Nutt. Leptilon canadense (L.) Britton Leptilon pusillum (Nutt.) Britton Conyza canadensis var. canadensis (L.) Cronquist Conyza canadensis var. glabrata (A. Gray) Cronquist Conyza canadensis var. pusilla (Nutt.) Cronquist Erigeron canadensis var. glabratus A. Gray Erigeron canadensis var.
Fərruxru Parsa
Fərruxru Parsa (22 Mart 1922 – 8 May 1980) – 1968-1977-ci illərdə İranda nazir olub. == Həyatı == Lakin 1968-77-ci illərdə nazir olmuş Fərruxru Parsaini 1979-cu ildə İnqilab Məhkəməsinin qərarı ilə edam ediblər. == Həmçinçinin bax == İran == Xarici keçidlər == A photograph of Farrokhroo Pārsā in conversation with Amir-Abbās Hoveydā. An old photograph of the young family of Farrokh-Din Pārsā and Fakhr-e Āfāgh Pārsā.
Marca
Marca (isp. maɾka) — "Unidad" Redaksiyasına məxsus İspaniyada gündəlik yayımlanan idman qəzeti. Qəzet əsasən futbol, xüsusilə də Real Madrid, Atletiko Madrid və Rayo Valekanonun gündəlik fəaliyyətlərinə dair məlumatlar yayımlayır. Gündəlik qəzet satışına görə İspaniyada ən yüksək göstəriciyə sahib olan MARCA 2.500.000-dən çox gündəlik oxucuya malikdir.MARCA idman oxucularının yarıdan çoxunu əhatə edən qəzetdir. 2001-ci ilin fevral ayından etibarən, həmçinin, “Radio Marca”- adlı 24 saatlıq idman kanalına da sahibdir. 2010-cu ildə MARCA TV telekanalı işə düşsədə 2013-cü ildə o, bağlanmışdır. == Tarixi == MARCA 21 dekabr 1938-ci ildə, İspan Vətəndaş müharibəsinin pik nöqtəsində, milliyyətçi San Sebastian şəhərində qurulub. Onun ilk redaktoru Manuel Fernández Cuesta olmuşdur. 3 sentyabr 1987-ci ildə Luis Infante qəzetin redaktoru oldu.Punto Editorial SA Marca şirkətinin sahibi idi.1982-ci ildə Recoletos adlı Espacio Redaktoru MARCA nı qazandı. Şirkət 2007-ci ildə Unedisa ilə birləşərək MARCA nın sahibi olan Unidad Redaktoru adı altında fəaliyyət göstərməyə başladı.Qəzetin naşiri də Unidad Redaksiyasıdır.
Narca
Narca — Qax rayonu ərazisində dağ. == Haqqında == Narca - Qax rayonunun cənubunda Acınohur düzünü şimaldan əhatə edən dağın zirvəsidir. Hündürlüyü 444 metrdir. Narça variantında da qeydə alınmışdır. Tədqiqatçılara görə, oronim nar (bitki adı) sözündən və -ca (burada "yer, məkan" mənasında işlənmişdir) şəkilçisindən ibarət olub "nar kolları bitən yer, narlıq" deməkdir. Lakin bu söz Şərqi Sibir toponimiyasında nerça variantında "bələdçi", Ural toponimiyasında isə nar/ner/nör variantlarında "iti uclu dağ zirvəsi", "təpə, yüksəklik", "çıxıntı, burun" mənalarında işlənməkdədir.
Perca
Xanı (lat. Perca) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.