Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pampass pişiyi
Pampass pişiyi (lat. Leopardus pajeros) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü.
Lampas
Lampaslar - Şalvarın yan tərəflərinə tək və ya çüt şəkildə, enli və ya dar formada tikilən dekorativ parça zolağıdır. Lampaslardan ilk dəfə skiflər tərəfindən istifadə olunmuşdur.. Orta əsrlərdə lampaslar Fransada hərbi geyimlər üçün istifadə olunurduı. Müxtəlif hərbi hissələrin geyimləri və lampasları rəngləri, eni və tikiş tərzi ilə fərqlənirdi. Prussiya ordusunda 1832-ci ildən generalların lampasları qırmızı, ikiqat, Baş Qərargah zabitlərinin lampasları bənövşəyi rənglərdə idi. Rusiya ordusunun hərbi mundirlərində lampaslar ilk dəfə 1783-cü ildə general Qriqori Potyomkin tərəfindən keçirilən islahatın gedişində meydana çıxmış, lakin tezliklə Rusiya imperatoru I Pavel tərəfindən keçirilən növbəti hərbi islahat nəticəsində ləğv olunmuşdur. 1803-cü ildə rus ordusunda yenidən, əvvəlcə ulanlardan ibarət hərbi hissədə, sonralar isə digər hərbi hissələrdə tətbiq olunmuşdur. Rusiyada çar ordusunda lampaslar bu və ya digər formalarda 1917-ci ilədək mövcud olmuşdur. Rusiya imperiyasında lampaslar sülh dövründə də kazak hərbi hissələrinin hərbi mundirlərinin ayrılmaz tərkib hissəsi olmuşdur. Kazak hərbi hissələrinin fərqlənmə rənglərinə uyğun tək cərgəli geniş lampaslardan istifadə edirdilər.
Pampa
== Pampa == Pampa (isp.bamba sözünün transformasiyası)-Cənubi Amerikada Amazon çayından cənubda yerləşən meşəsiz geniş çöllərə verilmiş addır. Çaydan şimalda yerləşən çöllərə isə lyanos (lianos) adlanır. Hal-hazırda pampa əkinçilikdə, maldarçılıqda geniş istifadə edildiyindən, təbii ot örtüyü demək olar ki, qalmamışdır.
Senecio pampae
Senecio pampae (lat. Senecio pampae) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Kampus
Kampus — müvafiq maddi-teхniki bazaya və infrastruktura malik təhsil kоmpleksi və ya şəhərciyidir.
Kompas
Kompas (it. com-passo — qövs yolu; XX əsrin əvvəllərinə aid mənbələrdə qiblənüma, az.-əbcəd قبله نما‎) — fəzada istiqaməti təyin etmək üçün tətbiq olunan ölçü cihazıdır. XI əsrdə Çin alimi Şen Qua kompasın bir neçə növünü icad etdi. Bu kompasların əsas üstünlüyü əqrəbin istiqaməti suda yox, havada göstərməsi idi. Çünki su ilə müqayisədə hava əqrəbə az müqavimət göstərir və nəticədə, əqrəb istiqaməti daha dəqiq müəyyən edirdi. Digər tərəfdən, Şen Quanın icad etdiyi bu kompaslar müasir kompaslara daha yaxın idi. == Tarixi == Hərfi mənası italyan dilində "com-passo", yəni, "qövs yolu" deməkdir. Bu cihazın ən qədim forması istiqaməti yerin maqnit sahəsi əsasında müəyyən edən maqnit kompasıdır. Kompas ilk dəfə eradan əvvəl təqribən 3–2-ci əsrlərdə Çində icad edilmişdir. İlk kompas qayıqvari maqnitdən ibarət idi.
Pallas
Peter Simon Pallas (alm. Peter Simon Pallas‎; 1741–1811) — XVIII–XIX əsrlərdə yaşamış alman və rus alim-ensiklopediyaçısı, təbiətşünası, coğrafiyaşünası və səyyahı.
Pampers
Pampers - 1961-ci ildə Procter & Gamble şirkəti tərəfindən yaradılmış uşaq bezləri. Pampers yumşaq, birdəfəlik və rahat olduğu üçün istehlakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Pampers brendi Procter & Gamble şirkətində çalışan kimya mühəndisi Viktor Mils tərəfindən yaradılmışdır. ABŞ-də XX əsrin ikinci yarısından etibarən evdar qadınlar öz körpələrinin baxımı üçün birdəfəlik və rahat olacaq bezlərə çox ehtiyac duyurdular. Layihənin üzərində 1950-ci illərdən etibarən işləməyə başlayan Mils, yaratdığı yeni brendi ilk dəfə nəvəsinin üzərində sınamış və uğurlu nəticə əldə etmişdir. Pampers sözü bolqar dilindən olan (bolq. Памперси) sözündən götürülmüş, tərcüməsi (azərb. uşaq bezi‎) deməkdir. == Pampersin sonrakı illəri və bu günü == 1966-cı ildə Pampersə Wingfold dizaynı əlavə edilir və 1969-cu ildə isə müxtəlif yaşlı,bədən ölçülü körpələrə uyğun üçünçü ölçü yaradılır. 70-ci illərin əvvəllərində Pampers bezlərindən Amerika Birləşmiş Ştatlarında geniş istifadə olunurdu.
Papuas
Papuaslar — Yeni Qvineya adasının və İndoneziyanın bəzi rayonlarının ən qədim əhalisidir. Papua-Yeni Qvineya dövlətinin əsas əhalisidir. Antropolojı tip üzrə melaneziyalılara yaxındırlar, amma onlardan dil üzrə fərqlənirlər. Bütün papuas dilləri öz aralarında qohum deyillər. Papua-Yeni Qvineyada papuasların ümummilli dili — İngilis əsasında tok-pisindir. Əksəriyyət milli inamlara tərəfdardır, amma indi xristianlıqda yayılmışdır; bütün kəndlərdə kilsələr var. == Yerləşdirilmə ərazisi == Papuasların yerləşdirilməsi əsas zonası — Yeni Qvineya adasıdır, hansının ki, şərq hissəsi — sərbəst dövlətidir — Papua-Yeni Qvineya amma qərb İndoneziyanın tərkibinə daxildir, harada çox onillik bölmə üçün güclü hərəkət gedir. Alor, Timor, Halmahera adalarında və Melaneziyada qismən yaşayırlar. Müxtəlif mütəxəssislərin fikrincə, papuas xalqları və dilləri 300-dən 800-ə qədər hesablanır, çünki ayrı dilin və dialektin arasında fərqin qurulması əhəmiyyətli çətinliyi təqdim edir. Bəzi xırda tayfalar 100-dən az insandan ibarətdir.
Parnas
Parnas (it. Parnaso) —İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri.Rafel əsəri 1511-cu ildə çəkmişdir.Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Parnas əsəri hal-hazırda Vatikanda saxlanılır.
Patras
Patras (q.yun. Πάτραι, yun. Πάτρα, lat. Patrae) və ya Baliyabadra (türk. Balyabadra) – Yunanıstanda şəhər. == Tarixi == === Antik era === === Feodal dövrü === === Yeni dövr === === Müasir dövrü === == Coğrafiya == == Əhali == === Din === == İqtisadiyyat == == Mədəniyyət == === Musiqi === == Təhsil == == Tanınmış şəxsləri == Konstantinos Stefanopulos — 1995-2005-cı illərdə Yunanıstanın prezidenti.
PayPal
PayPal İnternet üzərindən çalışan online bir ödəmə sistemidir. Kredit kartı istifadə edərək və ya istifadə etməyərək, internet üzərindən etibarlı alver edilməsini ya da istənilən adama yalnız bir e-poçt ünvanı vasitəsilə pul göndərilməsini təmin edir. Paypal Belçika, Almaniya, Avstriya, Fransa, İsveçrə, İngiltərə, Amerika Birləşmiş Ştatlarında yerli veb saytları istifadəyə verərək, bu ölkələrdə problemsiz çalışır. Paypal ilə ABŞ dolları və Yen kimi birdən çox pul vahidini istifadə edərək ödəniş edilə bilər. Bu pul vahidləri arasındakı dəyişmələri Paypal öz valyuta kurslar ilə avtomatik olaraq edər. Paypalın Valyuta kurslarını paypal saytından öyrənə bilərlər. Ukrayna, Azərbaycan, Belarus, Qırğızıstan, Tacikistan, Türkiyə (2018-ci ildə qadağan olunub), Türkmənistan və Özbəkistan sakinlərinə PayPal-akkaunta vəsait qəbul etmələri qadağandır. == SMS-lə ödəmə == PayPal hesabı, cib telefonu xətti ilə əlaqələndirildiyində razılaşmalı firmalara SMS vasitəsilə ödəniş edilə bilər.
Şampan
Şampan şərabı — şərabın ikinci dəfə qıcqırıldılması nəticəsində alınan köpüklü şərab. Adı Fransanın Şampan vilayətinin adından götürülüb. 2011-ci ilin iyunuda Finlandiyanın Mariehamne şəhərindəki auksionda 170 il dəniz dibində qalmış iki şüşə şampan şərabının hərəsi 170 min avroya satışa çıxarılmışdı. == Ədəbiyyat == Л.Выскочков. Шампанское в культуре Петербурга в XIX — начале XX в. // Петербург в мировой культуре: СБ. статей. — СПб.: Изд-во С.-Петерб. ун-та, 2005, с. 147–155. == Mənbə == Vikianbarda Şampan şərabı ilə əlaqəli mediafayllar var.
Polypterus palmas palmas
Polypterus palmas palmas (lat. Polypterus palmas palmas) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çoxüzgəclikimilər dəstəsinin çoxüzgəclilər fəsiləsinin çoxüzgəcli cinsinin polypterus palmas növünə aid heyvan yarımnövü.
Hampa
Hampa (Tikantəpə)
Lampa
thumb|Mis gövdəli neft lampası (19-cu əsr) thumb|İşıq diodlu elektrik lampası Lampa — süni işıq mənbəsi və gövdəsidir. Bu anlayış 13-cü əsrdə qədim yunan dilində λαμπάς (lampás, lampádos) məşəl, işıq sözlərinə əsaslanan fransız sözü lampedən alınmışdır. Lampa sözü dedikdə çib fənəri, tavan lampası, masaüstü lampa və gecə lampası başa düşülür. Xalq arasında lampa həm də işıq kimi başa düşülür. Azərbaycan dilində lampaya həm də çıraq deyilir. Lampa əslində işıq saçan qurğu və ya məşəl kimi işlənməlidir. Lampanın üzərindəki çətir çox vaxt ətraf mühiti güclü işıq şülarından və ya istidən qoruyur. Neft lampasını (XIII əsr), qaz lampasını (XIX əsr) və elekriklə işləyən közərmə lampasını ixtira edənə qədər lampa gildən, daşdan və ya metaldan hazırlanmış qabıq formalı olub içərisinə bitki və ya hevan yağı ila islanmış fitil yerləşdirilirdi. Bu tipli lampalar ən qədim zamanlarda mövcud olmuşdur. Lampalara başqa misal kimi işıq saçan materialdan hazırlanmış boruları, hologen lampalarını, metal buxarı lampalarını, günəş enerjisi ilə işləyən lampalar, qövs lampalarını və işıq diodlarını göstərmək olar.
Papaq
Papaq — baş geyimi. Azərbaycanda XX əsrin əvvəllərinə qədər kişilər arasında populyar milli baş geyimi. Digər Qafqaz xalqları arasında da geniş yayılmışdır. Azərbaycanda papaq əsasən qoyun xəzi və ya qaragüldən hazırlanırdı. Onların müxtəlif formaları və yerli adları mövcüd idi. Araqçını kənddən kənarda papaqsız taxmaq ədəbsizlik hesab olunurdu, bu, yalnız uşaqlara icarə verilirdi. == Papağın növləri == Motal papaq — əsasən kənd əhalisinin yoxsul təbəqələri taxırdı. Uzuntüklü qoyun dərisindən hazırlayırdılar, konus formasında olurdu. Şələ papaq — forma etibarı ilə azca domba olub gen sağanağa malik idi. Ona "Yastı papaq", "Çoban papağı", "Yapba papaq", "Kopan papaq" da deyirdilər.
Papay
Ramas
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Tampa
Tampa — ABŞ-nin Florida ştatında yerləşən şəhər.
Tapas
Tapas (isp. Tapa) — İspaniya mətbəxində yer alan qəlyanaltı çeşidi. Soyuq və isti növləri mövcüddur. İspaniyanın seçilmiş restoranlarında tapas mürəkkəb bir yeməyə çevrilmişdir. Mərkəzi Amerika ölkələrində bokas kimi tanınır. Meksikada isə buna bənzər yeməklər botana adlanır.
Caminton Kampaz
Caminton Kampaz (24 may 2000-ci ildə Limpioda anadan olub) — Kolumbiya Premyera A təmsilçilərindən olan Deportes Tolima klubunda hücumçu kimi çıxış edən peşəkar Kolumbiyalı futbolçudur. == Klub karyerası == === Tolima === Kampaz Tolima akademiyası vasitəsilə inkişaf etmişdir. Kampaz öz peşəkar karyerasında debütünü 2 aprel 2017-ci ildə Tiqres klubuna qarşı oyunda etmişdir. O, 63-cü dəqiqədə Cader Obrian ilə əvəz olunmuşdur. Kampaz görüşdə 63-cü dəqiqədə qolla yadda qalmışdır. Həmin görüşdə Tolima liqa görüşündə rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 30 May 2017 tarixində yenilənib1Libertadores Kuboku görüşləri daxildir. 2Kolumbiya Superkuboku görüşləri daxildir.
Devi lampası
Devi lampası— tor arakəsmənin içində qapalı alov fitili lampadan ibarət alışqan atmosferə malik yerlərdə istifadə olunan təhlükəsiz lampalardır. 1815-ci ildə Hemfri Devi tərəfindən kəşf olunub. Əvvəllər onun yanmasında bitki yağından istifadə edilib. Bu daş kömür mədənlərində metan və digər alışan qazların olmasına görə partlayış təhlükələrini azaltmaq üçün yaradıldı. Devi lampası barədə xəbərlər noyabrın 3-də 1815-ci ildə Nyukaslda Kral Cəmiyyətinin görüşdə açıqlanıb və lampanı əks etdirən sənəd formal olaraq Noyabrın 9-də təqdim olunub. Bu kəşf üçün, Devi Cəmiyyətin Rumford Medalına layiq görülmüşdür. Bu lampadan sınaq üçün ilk dəfə 9 yanvar 1816-cı ildə Hebburnda istifadə edilib.
Elektrik lampası
Elektrik lampası — elektrik enerjisi ilə qidalanan işıqlandırma avadanlığı. XIX əsrin sonuncu onilliyində ilk olaraq Avropada, daha sonra isə bütün dünyada istifadə edildi. Elektrik işıqlandırılması elm və texnikanın tarixində çox mühüm hadisələrdən biri olmaqla, həm də böyük və cürbəcür nəticələrə gətirdi. Lampanın bu formasını Thomas Edison icad edib və bu icad digər icadları qabaqlayaraq bütün dünyaya uğurla yayılıb. Həmin dövrdə iki tip: közərmə və qövs elektrik lampası yaradılmışdı. Onların iş prinsipi Volta qövsünə əsaslanırdı: əgər güclü cərəyan mənbəyinin qütblərinə qoşulmuş iki naqilin əks uclarını bir‐birinə toxundurub sonra bir neçə millimetr məsafəyə uzaqlaşdırsaq, bu naqillərin həmin (toxundurulub uzaqlaşdırılan) ucları arasında parlaq işıq saçan alov yaranar. Metal naqillər əvəzinə ucları itilənmiş (iynə şəklinə salınmış) iki kömür çubuq götürüldükdə bu hadisə daha gözəl və daha parlaq olar. Bu çubuqları tətbiq olunan gərginliyin kifayət qədər böyük qiymətlərində onların ucları arasında gözqamaşdırıcı şiddətə malik işıq əmələ gəlir.
Gecə lampası
Gecə lampası — qaranlıq otaqların və ya bəzən qaranlıq olan otaqların (məsələn, gecə) işıqlandırılması üçün istifadə olunan kiçik dekorativ çıraq. Gecə lampası otaqda oriyentasiyanı yüngülləşdirir, zədələrdən qoruyuraq; eyni zamanda, o, otaqda yatmış insanları narahat etmək üçün kifayət qədər parlaq deyil.
Şamaş
Şamaş— Assuriya və Babil mifologiyasında Günəş tanrısının akkadca adı. Şumer mifologiyasındakı Utudan törəmişdir. Atası Sin (Nanna - Ay), əkiz bacısı ise İştardır (Şumerdə İnanna - Dünya).Ərəblər şəms-günəş adını bu tanrıdan götürüblər.