Pampers
Pampers - 1961-ci ildə Procter & Gamble şirkəti tərəfindən yaradılmış uşaq bezləri. Pampers yumşaq, birdəfəlik və rahat olduğu üçün istehlakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Pampers brendi Procter & Gamble şirkətində çalışan kimya mühəndisi Viktor Mils tərəfindən yaradılmışdır. ABŞ-də XX əsrin ikinci yarısından etibarən evdar qadınlar öz körpələrinin baxımı üçün birdəfəlik və rahat olacaq bezlərə çox ehtiyac duyurdular. Layihənin üzərində 1950-ci illərdən etibarən işləməyə başlayan Mils, yaratdığı yeni brendi ilk dəfə nəvəsinin üzərində sınamış və uğurlu nəticə əldə etmişdir. Pampers sözü bolqar dilindən olan (bolq. Памперси) sözündən götürülmüş, tərcüməsi (azərb. uşaq bezi) deməkdir.
1966-cı ildə Pampersə Wingfold dizaynı əlavə edilir və 1969-cu ildə isə müxtəlif yaşlı,bədən ölçülü körpələrə uyğun üçünçü ölçü yaradılır. 70-ci illərin əvvəllərində Pampers bezlərindən Amerika Birləşmiş Ştatlarında geniş istifadə olunurdu.