Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Portiçi
Portiçi (it. Portici) — İtaliyanın Kampaniya regionunda şəhər.
Pariti
Hibiskus (lat. Hibiscus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Bombycidendron Zoll. & Moritzi Bombycodendron Hassk. Brockmania W. Fitzg. Pariti Adans. Wilhelminia Hochr.
Aglaia parksii
Aglaia parksii (lat. Aglaia parksii) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliyakimilər fəsiləsinin aqlaiya cinsinə aid bitki növü.
Domen parkinqi
Domen parkinqi— domendən təyinatı üzrə istifadə etmədən (veb saytların yaradılması üçün) parkinq xidməti göstərən DNS serverlərində domen adının qeydiyyatıdır. Domen parkı istifadə olunmamış domen adını sahibinə rezerv etməyə (saxlamağa) imkan verir. == Xidmət təsviri == Domen parkinqi həm tamamilə qeyri-kommersiya xidməti kimi, həm də pul münasibətləri əsasında təqdim edilə bilər. Qeyri-kommersiya parkı siz onlardan domen aldığınız zaman bir çox domen adı qeydiyyatçıları, həmçinin adətən "domeninizi əlavə edin" adlı xidməti təqdim edən hostinq provayderləri tərəfindən təmin edilir. Bundan əlavə, qeyri-kommersiya domen parkı üçün üçüncü tərəf İnternet xidmətləri var. Belə pulsuz xidmətlərə misal olaraq park edilmiş domeni idarə etmək üçün çox geniş xidmətlər təklif edən MyDomain.com-u deyə bilərik. (2012-ci il iyulun 1-dən xidmət pullu oldu və bir domenin saxlanması üçün 1 dollar alınır). Yerli xidmətlər arasında isə ən məşhur olan "Yandex DNS Hosting"-dir. Qeyri-kommersiya domen parkının əsas məqsədləri müvəqqəti istifadə olunmayan domeni rezerv etmək və ya onu aktiv sayta yönləndirməkdir. Kommersiya əsaslı domen parkı adətən reklamla, həmçinin kiberskvottinq, domenləşdirmə və bu hadisələrə qarşı mübarizə ilə əlaqələndirilir.
Pankisi dərəsi
Pankisi dərəsi (gürc. პანკისის ხეობა, Pankisis Xeoba) — Gürcüstanın şimal-şərqində Rusiya Federasiyasının subyekti Çeçenistan Respublikası ilə sərhəddə yerləşən vadi, dərə. İnzibati cəhətdən Kaxeti mxaresinin Axmeta bələdiyyəsi ərazisinə daxildir. Dərə əhalisinin 75%-i çeçenlərin subetnik qrupu sayılan kistlərdir.
Rudini Markisi
Rudini Markisi (tam adı: Antonio Starabba, Marchese di Rudinì; d. 16 aprel 1839, Palermo - ö. 7 avqust 1908, Roma, İtaliya) — İtaliyanın dövlət xadimi və baş naziri (1891-92; 1896-98).
Saadet Partisi
Səadət Partiyası — Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Səadət Partiyası 2001-ci il iyul ayının 20-də Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın başçılığı ilə Millî Görüş hərəkatı daxilində Fəzilət Partiyasının davamçısı olaraq yaradılmışdır. Fəzilət Partiyasının Türkiyə Böyük Millət Məclisindəki üzvlərinin bu partiyaya keçməsilə Səadət Partiyası parlamentdə təmsil olunmuşdur. Partiyanın parlament qrup sədri ilahiyyatçı Nihat Hatipoğlunun qardaşı Ömər Hatiboğlu olmuşdur. Nəcməddin Ərbakanın siyasi fəaliyyətinə qadağa tətbiq edildiyi üçün o, partiya sədrliyindən istefa vermiş, 2003-cü ildə Rəcai Qutan sədr seçilmişdir. Daha sonra Numan Qurtulmuş partiya sədri seçilsə də, 2011-ci ildə parlament seçkiləri ərəfəsində p, partiyadan ayrılaraq hakim Ədalət və İnkişaf Partiyasına (AKP) üzv olmuşdur. 2011-ci ilin Mart ayında Mustafa Kamalak partiyaya sədr seçilmişdir. 2002-ci il seçkilərində seçicilərini təxribat yolu ilə AKPyə uduzaraq 2% səs almış, TBMMdən kənarda qalmışdır. 2007-ci ildə də eyni nəticəni göstərib. 2013-cü ildə Bingöl Bələdiyyəsi və AKP Bingöl təşkilatı tam tərkiblə Səadət Partiyasına qatılmışdır.
Varniçi burnu
Varniçi burnu (rus. Варничный) — Barens dənizinə daxil olan Kola körfəzinin şərqində yerləşən burun. Murmansk şəhərinin mərkəzi hissəsində yerləşir. Burunda 1575-ci ildə Yakov və Qriqori Stroqanovlar dəniz suyundan duz hasil edən müəssisəni işə salırlar. 1579-cu ildə duz sexi Peçenqski monastrına verilir. XVII əsrdə isə sex fəaliyyətini dayandırmışdır. 1916-cı ildə hərbi gəmilərin bura yan alması üçün priçallar mövcud idi. Burada emalatxanalar vardı. 1934-cü ildə həmin müsissələr Murmansk balıqçılıq limanına çevrilmişdir. Burunun cənub hissəsindən körfəzə Varniçi axarı tökülür (kollektrlaşdırılmış).
Kakiçi Mitsukuri
Kakiçi Mitsukuri (箕作 佳吉, Mitsukuri Kakiçi, 15 yanvar 1857, Edo – 16 sentyabr 1909) – Yaponiya zooloqu. == Həyatı == Kakiçi Mitsukuri 1857-ci ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur. O, Tsuyama klanının xidmətçisi olan Şuheyin üçüncü oğlu idi. Keyo və Tokio universitetlərinin sələfləri olan təhsil müəssisələrində oxumuşdur. 1873-cü ildə ABŞ-yə gedərək Yel Universitetinə daxil olmuş və 1879-cu ildə universitetin fəlsəfə doktoru dərəcəsini almışdır. Daha sonra İngiltərənin Kembric Universitetində təhsil almışdır. Yaponiyaya qayıtdıqdan sonra 1881-ci ildə Tokio Universitetinin zoologiya üzrə ilk yapon professoru olmuşdur. 1883-cü ildə Con Hopkins Universitetinin fəlsəfə doktoru dərəcəsini almışdır. 1901–07-ci illərdə universitetin fizika fakültəsinin dekanı vəzifəsini tutmuşdur. O, Yaponiya Elmlər Akademiyasının üzvü olmuş, Dəniz Məhsulları Bürosu və Dəniz Tədqiqatı İnstitutu təşkilatlarını qurmuşdur.
Sakiçi Toyoda
Sakiçi Toyoda (豊田 佐吉, Toyoda Sakiçi, 19 mart 1867, Fuçi rayonu[d], Şizuoka prefekturası – 30 oktyabr 1930, Naqoya) – Yaponiya ixtiraçısı və sənayeçisi. Toxucu dəzgahlar sahəsindəki töhfələrinə görə tanınır. Onu "Yaponiya ixtiraçılarının kralı" adlandırırlar. Sakiçi Toyoda 1867-ci ildə Yaponiyanın Şizuoka prefekturasında doğulmuşdur. O, İkiçi və Ey Toyoda cütlüyünün birinci oğlu idi. Atası fermer olmaqla yanaşı, dülgərliklə də məşğul olurdu. Sakiçi ibtidai məktəbdən məzun olduqdan sonra atasının yanında işləməyə başlamışdır. Toyoda milli məsələlərlə maraqlandığı üçün həyatını ixtiralara həsr etmək qərarına gəlmiş və toxucu dəzgahları inkişaf etdirməyə başlamışdır. 1890-cı ildə Tokionun Ueno bölgəsində keçirilmiş Üçüncü Sənaye Təşəbbüskarlığı Sərgisində maşınların çoxunun xaricdə istehsal olunduğunu görmüş və yerli maşınların istehsalının vacib olduğunu düşünmüşdür. O, insan gücü ilə işləyən toxucu dəzgahın dizaynını mükəmməlləşdirmiş, həmin dəzgahın məhsuldarlığını və istehsal etdiyi məhsulların keyfiyyətini artırmışdır.
Corco Parizi
Corco Parizi (it. Giorgio Parisi; 4 avqust 1948, Roma) — 2021-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülən italyan fiziki.
Takiçi Nişiyama
Takiçi Nişiyama (西山太吉, Nişiyama Takiçi, 10 sentyabr 1931, Şimonoseki, Yamaquçi prefekturası – 24 fevral 2023, Kitakyuşu, Fukuoka prefekturası) – Okinava adasının 1972-ci ildə ABŞ tərəfindən Yaponiyaya qaytarılması zamanı tərəflər arasında imzalanmış gizli paktı tapıb yaydığı üçün həbs olunmuş Yaponiya jurnalisti. Nişiyama 1933-cü ildə Yaponiyanın Yamaquçi prefekturasının Şimoneseki şəhərində doğulmuşdur. "Mainichi Shimbun" qəzetinin siyasi jurnalisti olan Nişiyama ABŞ və Yaponiya arasında imzalanmış gizli paktın varlığını Okinava adasının qaytarılmasından bir il öncə — 1971-ci ildə yazdığı qəzet məqaləsində bildirmişdi. O, dövlətin gizli sənədlərini əldə etmək üçün Xarici İşlər Nazirliyinin qadın işçisina yaxınlaşmış və aralarındakı intim münasibətlərdən istifadə etmişdir. Dövlətin gizli sənədlərini yaymaqla ittiham olunaraq 1972-ci ildə həbs olunmuşdur. Tokio Rayon Məhkəməsi 1974-cü ildə onun günahsız olduğunu bildirsə də, apellyasiya məhkəməsi bu hökmü rədd edərək onun barəsində qəti həbs qərarı çıxarmışdır. Nişiyamanın günahkar olması barədə son qərar 1978-ci ildə ali məhkəmə tərəfindən verilmişdir. Nişiyama qəzetdəki işindən 1974-cü ildə çıxmışdır. Qəzetdən çıxdıqdan sonra Fukuoka prefekturasının Kitakyuşu şəhərində qohumuna məxsus olan meyvə şirkətində işləmişdir. Okinava adasının Yaponiyaya qaytarılması barədə rəsmi sənədlərin 2000-ci illərdə ABŞ-də yayımlanmasından sonra Nişiyama hökumətə qarşı məhkəmə işi başlatmışdır.
Aparıcı
Aparıcı — radioda, televiziyada, əyləncə məkanında proqramı təqdim edən, izah edən, nümayiş edən və elan edən bir insandır. Spiker (bu sözün əsli ingilis dilindəki <<spiker>> sözündən götürülmüşdür) yerinə görə diktor, şərhçi və aparıcı da adlanır. Aparıcılar yalnız xəbər bülletenləri, reklam yazıları, tanıtım və şərh mətnlərini oxumurlar; Həm də radio və televiziya tərəfindən təşkil edilən müsabiqələr, oyunlar və buna bənzər əyləncə proqramlarını təqdim edir və idarə edirlər. Bu proqramlarda yazılı bir mətn oxumaq əvəzinə onu danışırlar. Əslində klassik aparıcılıq getdikcə daha çox tarixə çevrilir və müasir dövrün aparıcıları daha cəlbedici və aktiv iş sahələrinə üz tuturlar: Teatrlar, musiqi salonları, qumarxanalar və s. Bu tip yerlərdə aparıcıların gördüyü iş daha çox şərh etmək və ya təqdim etməkdir. Radio və televiziya təşkilatları da, dinləyicilərin və tamaşaçıların bir idman yarışmasını və ya bir mərasimi daha yaxşı izləyə, yaxud dinləyə bilmələri üçün aparıcı diktorlardan faydalanırlar.
Arakici
Arakici Tiflis quberniyasının Tianeti qəzasında (indi Oçamçiri rayonunda) kənd adı. == Toponimkası == Arakici- Tiflis quberniyasının Tianeti qəzasında (indi Oçamçiri rayonunda) kənd adı. Göyçə gölü ilə Gədikçay arasında bir dağ və Göyçə gölünün cənub-qərb hövzəsində bir çay Araqi adlanır. Ehtimal ki, ya türk dillərində irək - "dağ belinin şaquli səthdə təkrarlanan dirsəkləri", ya da monqol dilində ereq - "sıldırım sahil", "yarğan" sözündəndir.
Cumhuriyet Halk Partisi
Cümhuriyyət Xalq Partiyası (türk. Cumhuriyet Halk Partisi) — 9 sentyabr 1923-cü ildə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiyadır. Partiyanın nizamnaməsinə görə, onun rəsmi abreviaturası “CHP”dir. Onun simvolu Altı Oxdur. Türkiyə Böyük Millət Məclisində 133 deputatla ana müxalifəti təmsil edən partiyadır. Onun sədri Özgür Özəl. 22 may 2010-cu il tarixində CXP-nin XXXIII qurultayında CXP sədri Kamal Kılıçdaroğlu seçilmişdir. Onun namizədliyini 1200 qurultay nümayəndəsi dəstəkləmişdir ki, bu da CXP üçün rekord rəqəmdir. Qurultaydan əvvəl mətbuatın dili ilə ona "Qandi Kamal" (türk. Gandi Kemal) ləqəbi verilmişdir.
Demokratik Sol Partisi
Demokratik Sol Partisi (Demokratik Sol Partiyası, DSP), Türkiyə Respublikasındakı siyasi partiyalardan biridir. Hal-hazırda Önder Aksakal partiyanın başındadır. Partiya Türkiyənin keçmiş baş nazirlerinden Bülent Ecevitin həyat yoldaşı Rahşan Ecevit tərəfindən 14 noyabr 1985 tarixində qurulub. Partiyanın ideolojisi demoktratik soldur.
Milliyetçi Hareket Partisi
Milliyətçi Hərəkat Partiyası (türk. Milliyetçi Hareket Partisi, qısa MHP kimi tanınır) – Türkiyədə mövcud olan siyasi partiya. MHP 8–9 fevral 1969-cu ildə Adanada keçirilən ümumi qurultayda quruldu, Cümhuriyyətçi Kəndli Millət Partiyası adını Milliyyətçi Hərəkat Partiyası olaraq dəyişdirdi. Böyük Konqresdən sonra ilk ümumi idarə heyəti iclasında və eyni zamanda MHP Gənclik Qolları ("Ülkü Ocaqları") üçün partiyanın emblemi "Üç Aypara" olaraq qəbul edildi. MHP 1969 və 1973 ümumi seçkilərində böyük bir müvəffəqiyyət qazana bilmədi. Suat Hayri Ürgüplü kabinetində "Türkeşçi" olaraq təyin olunan üç nazir vardı: Mehmet Altınsoy, Hazım Dağlı, Mustafa Kepir. 1965-ci il seçkilərində partiya 2,2% səs aldı. Milli Balans sistemi ilə 11 deputat seçildi. Bir senatoru var idi. 1968-ci ildə 14 millətvəkilindən dördü partiyadan istefa etdi.
Pankisi vadisi böhranı
Pankisi vadisi böhranı — 2000-ci illərin əvvəllərində Gürcüstanda meydana gələn hərbi səviyyəli siyasi böhrandır. Gürcüstan Rusiya və ABŞ tərəfindən Pankisi vadisindəki Əl-Qaidə təhdidlərini dəf etmək üçün təzyiq altında idi. Əbu Musab əz-Zərkavinin Əl-Qaidənin varlığının güclü olduğu Çeçenistana baxmayaraq, niyə Pankisi vadisinə köçməyi seçdiyi bilinmirdi. 2003-cü ilin əvvəllərində İraq müharibəsi zamanı Birləşmiş Krallıq, Fransa və İspaniyada yüzlərlə Şimali Afrika mənşəli şəxs (əsasən, əlcəzairli) risin və digər kimyəvi silah hazırlamaqda ittiham edildi. Sergey İvanov İspaniya şübhəlilərinin Pankisi vadisində Əl-Qaidə terrorçuları tərəfindən təlim gördüyünü və hətta, Usama Bin Ladenin Axmeta bələdiyyəsində bir yerdə gizlənmiş ola biləcəyini bildirdi. Bundan əlavə, risin istehsal edən bir neçə Əl-Qaidə labarotoriyasının varlığı haqqında iddialar da var idi. Bununla birlikdə, risin istehsalı Gürcüstanda yetişdirilməyən böyük miqdarda Hind lobyası gərəkdirdiyindən iddialar əsaslı deyildi. ABŞ komandırlərin rəhbər olduğu gürcü terrorla mübarizə bölmələri onlarla ərəb yaraqlını vadidə zərərsizləşdirdi. Əməliyyatın sürətli və şiddətli forması bölgədəki çeçen yaraqlıların gizlənməsinə səbəb oldu. Gürcülər və ABŞ vadini dolduran yaraqlılara ciddi təzyiq tətbiq edərək naməlum sayda yaraqlını ələ keçirdi.
Parçi (Xoy)
Parçi (fars. پارچي‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 485 nəfər yaşayır (107 ailə).
Fontene-an-Parizi
Fontene-an-Parizi (fr. Fontenay-en-Parisis) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Lüzarş. Əhalisi — 1 710 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 23 km şimalında, Serji belediyyənin 29 km şərqində yerləşir.
Kormey-an-Parizi
Kormey-an-Parizi (fr. Cormeilles-en-Parisis) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Arjantöy, kanton — Kormey-an-Parizi. Əhalisi — 21.503 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 18 km şimal-qərbdə, Serji belediyyənin 12 km cənubi-şərqdə yerləşir.
Dərviş Parisi partladır
Dərviş Parisi partladır — Azərbaycan filmi. == Məzmunu == Filmdəki hadisələr XIX əsrin ortalarında Qarabağda cərəyan edir. Tanınmış fransız botanika alimi Müsyö Jordan (Sergey Yurski) mülkədar Hətəmxan ağanın (Adil İsgəndərov) qonağı olur. O, ev sahibinin qardaşı oğlu Şahbaz bəyi (Ənvər Həsənov) özü ilə Parisə aparmaq, orada onu oxutdurmaq istəyir. Lakin feodal-patriarxal ənənələrə kor-koranə riayət edən qohumlar bu səfərin qarşısını almaq üçün hər cür hiyləyə əl atırlar. Əsərdə olduğu kimi, filmdə də XIX əsr feodal Azərbaycanında hökm sürən ətalət və gerilik ifşa edilir, eyni zamanda sakit patriarxal mühitində mütərəqqi meyllərin yaranmasından danışılır, gənclər biliklərə yiyələnməyə dəvət olunur. İctimai elmlər, o cümlədən təbiətşünaslıq elmi təbliğ edilir. == Film haqqında == Film dramaturq Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" klassik komediyasının motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Əsərin müəllifi: Mirzə Fətəli Axundov Ssenari müəllifi: Ədhəm Qulubəyov Quruluşçu rejissor: Kamil Rüstəmbəyov, Şamil Mahmudbəyov Quruluşçu operator: Zaur Məhərrəmov, Arif Nərimanbəyov Quruluşçu rəssam: Nadir Zeynalov Geyim rəssamı: Elbəy Rzaquliyev Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Əziz Şeyxov Rejissor: Akif Rüstəmov Təcrübəçi rejissor: Ziyafət Abbasov Operator: Vaqif Muradov Dekor rəssamı: Fikrət Ələkbərov Qrim rəssamı: V. Bereznyakov Montaj edən: Lidiya Vyalsova Redaktor: Fərman Kərimzadə Rejissor assistenti: Ziya Şıxlinski, T. Atakişiyev Operator assistenti: T. Əlizadə Rəssam assistenti: A. Stepanova Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Çalır: Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Simfonik Orkestri Dirijor: R. Məlikaslanov Filmin direktoru: Nazim Ələkbərov === Rollarda === Sergey Yurski — Müsyö Jordan Mirzə Babayev —Dərviş Məstəli şah Adil İsgəndərov — Hətəmxan ağa Leyla Bədirbəyli — Şəhrəbanu Səfurə İbrahimova — Sənəm Mömünat Qurbanova — Şərəfnisə Ənvər Həsənov — Şahbaz bəy Həsənağa Turabov — Rəşid bəy S. Bağırova — Gülçöhrə Fazil Salayev — Qulaməli Kamil Məhərrəmov — Qəmbər Ramiz Əzizbəyli — nökər V. Marianbey Fikrət Ələkbərov Osman Həqqi — bəy A. Məmmədzadə Bahadur Əliyev — bəy N. Məhərrəmov Gümrah Rəhimov — bəy Arif Mədətov — bəy (titrlərdə yoxdur) Yaqub Məmmədov (xanəndə) — Xanəndə === Filmi səsləndirənlər === Əliağa Ağayev — Hətəmxan ağa (Adil İsgəndərov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Şahbaz bəy (Ənvər Həsənov) (titrlərdə yoxdur) Yusif Vəliyev — Dərviş (Mirzə Babayev) (titrlərdə yoxdur) (Xuraman Hacıyeva) — Şərəfnisə (Mömünat Qurbanova) (titrlərdə yoxdur) Sadıq Hüseynov (aktyor) — Bəy (Arif Mədətov (aktyor)) (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред.
Parçı
Xanlıqlar (Parçı) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Şərur rayonunun Eyniadlı i.ə.v. də kənd . Düzənlikdədir. Yaşayış məntəqəsi vaxtilə Naxçıvan xanlarına məxsus Xanlıq adlanan mülk yerinin ərazisində salındığı üçün belə adlanır.
Demokrasi ve Atılım Partisi
Demokratiya və Sıçrayış Partiyası (türk. Demokrasi ve Atılım Partisi) və ya qısaca DEVA — Türkiyədə keçmiş Baş nazir müavini Əli Babacan tərəfindən yaradılmış siyasi partiya. == Tarixi == Partiyanın adı və quruluş sənədi 9 mart 2020-ci il tarixində Türkiyə Daxili İşlər Nazirliyinə verilmişdir. Partiyanın təqdimat toplantısı 11 mart 2020-ci il tarixində keçirilmişdir. Təsisçilər heyətinin birinci toplantısında Əli Babacan səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. == Siyasət == Əli Babacan 11 mart 2020-ci il tarixində partiya proqramını açıqladığı toplantıda parlamentli sistem, hüququn üstünlüyü, mətbuat azadlığı, qadın hüquqları, peşəkar orduya keçid, kürd məsələsinin həlli, qaçqın probleminin həlli mövzularına toxunacaqlarını bildirmiş, Türkiyənin xarici siyasətində Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipinə əsaslanan yeni bir konsepsiyanı mənimsəyəcəyini vurğulamışdır. == Rəmzlər == Partiyanın məcəlləsinə görə rəsmi abreviaturası "DEVA", simvolu isə su damcısı və "DEVA" yazısıdır. Partiyanın abreviaturası olan "DEVA" türk dilindən tərcümədə "əlac" və ya "dərman" deməkdir. == Təsisçi heyət == Partiyanın təsisçiləri arasında Türkiyə Böyük Millət Məclisi deputatı Mustafa Yenəroğlu, keçmiş Ədalət naziri Səədullah Ərgin, keçmiş Balıkesir meri Əhməd Ədib Uğur, keçmiş Elm, Sənaye və Texnologiya naziri Nihad Ərgün və keçmiş Dövlət naziri Selma Aliyyə Kavaf var.
Citrus paradici
Citrus paradisi (lat. Citrus paradisi) – sitrus cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikanın subtropik rayonlarında geniş yayılmışdır. == Botaniki təsviri == Görünüşünə görə pompenusa çoх oхşayır. Ondan meyvəsinin хırda və basıqkürəvi olması, salхımda sıх yerləşməsi, həmçinin çiçək və yarpaqlarının хırdalığına görə də fərqlənir. Yarpaqlarının saplağı ürəkvarıdır, qanadlı deyildir, toхumları çoх rüşeymlidir. Meyvəsi çoх qalın qabıqlı, ləti isə ətirli, acıtəhərdir. == Ekologiyası == Şaxtaya davamsız, rütubətsevən bitkidir. Zəngin torpaqlarda yaxşı bitir. Azərbaycanda yayılması: Cənub zonasında mədəni halda rast gəlinir.
Dərviş Parisi Partladır (1976)
Formoz ardıcı
Formoz ardıcı (lat. Juniperus formosana) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Hindistan ardıcı
Hindistan ardıcı (lat. Juniperus indica) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Kaliforniya ardıcı
Kaliforniya ardıcı (lat. Juniperus californica) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Komarov ardıcı
Komarov ardıcı (lat. Juniperus komarovii) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Meksika ardıcı
Meksika ardıcı (lat. Juniperus ashei) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Pinçot ardıcı
Pinçot ardıcı (lat. Juniperus pinchotii) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Qafqaz ardıcı
Qazax Ardıcı
Qazax ardıcı (lat. Juniperus sabina) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Rusiya, Orta Asiya (Qazaxıstan, Qırğızıstan), Rumıniya, Bolqarıstan, Şimali Monqolustan, Çin (Tyan-Şan), Ukrayna və Ermənistanda yayılmışdır. Azərbaycanda yayılması: Naxçıvan MR və Quba rayonu ərazilərində rast gəlinir. Azərbaycanın nadir bitkisidir. NT. Azərbaycanda Quba rayonu meşələrində subalp və alp meşə qurşağında dəniz səviyyəsindən 2000–3000 m hündürlukdə daşlı-qayalı yamaclarda bitir. Azərbaycanda təbii ehtiyatı geniş deyildir. Asimmetrik çətirli, ikievli və ya birevli sürünən alçaqboylu, hündürlüyü 0,5–1 m-ə qədər olan koldur. Gövdəsinin qabığı sığallı və qırmızımtıl – sarı rənglidir. Hündürlüyü 1 m-ə çatir.
Qərb ardıcı
Qərb ardıcı (lat. Juniperus occidentalis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Stendli ardıcı
Stendli ardıcı (lat. Juniperus standleyi) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Xarici agent
Xarici agent (rus. иностранный агент) — Rusiyada xaricdən dəstək alan və ya "xarici təsir" altında olan şəxslərə verilən status. Anlayış 2012-ci ildə "Qeyri-kommersiya təşkilatları haqqında" qanuna dəyişikliklərin qəbulundan sonra ortaya çıxdı. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və qanunun tərəfdarları qanunun ABŞ-nin FARA qanunundan(en) daha yüngül olduğunu bildirirlər. 29 iyun 2012-ci ildə təqdim olunan "Qeyri-kommersiya təşkilatları haqqında" qanuna dəyişikliklər 13 iyul 2012-ci il tarixində Rusiya Federasiyası Dövlət Duması tərəfindən qəbul edildi. 2 dekabr 2022-ci il tarixinə qədər "xarici agent" kimi tanınan rusların 18%-nə cinayət işi açılıb. 25 noyabr 2017-ci ildə ABŞ Ədliyyə Departamentinin Russia Today və Sputnik xəbər agentliklərinin xarici agent kimi qeydiyata almasına cavab olaraq Rusiya, kütləvi informasiya vasitələrinin xarici agent kimi qeydiyata alına biləcəyi qanunu təsdiqlədi."Xarici agent" anlayışı aşağıdakılara şamil edilmir: qeydiyyatdan keçmiş dini qurumlara dövlət korporasiyaları və dövlət şirkətləri, habelə onların yaratdığı QHT-lərə Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqında(ru), Ticarət və Sənaye Palatasında və digər biznes birliklərində çalışan əcnəbilərə İlya Varlamov(ru) Rövşən Əsgərov Maksim Qalkin(ru) Morqenştern(ru) Oxxxymiron Rusiyanın insan haqları üzrə müvəkkili Vladimir Lukin və bir sıra qeyri-hökumət qrupları qanunun konstitusiya müddəalarını pozduğunu iddia etdilər. Avropa Şurasının baş katibi Turbyorn Yaqland Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransı zamanı qanunla bağlı narahatlığını ifadə edərək bildirib ki, "Qanun QHT ictimaiyyətinə pis təsir göstərə bilər, xüsusən də bu qanun düzgün şəkildə tədbiq olunmazsa." Oxxxymiron — "Agent"(rus.
Surb Prkiç erməni xəstəxanası
Surb Prkiç erməni xəstəxanası — İstanbulun Zeytinburnu rayonunun Kazlıçeşme məhəlləsində yerləşən Kazaz Artin Amira Bezciyanın rəhbərliyi altında erməni icması tərəfindən yaradılmış olan şəxsi xəstəxanadır. Osmanlı sultanı olan II Mahmudun 1832-ci ildəki fərmanı ilə yaradılmış olan xəstəxana 1834-cü il may ayının 31-də tikinti və avadanlıq işlərini başa çatdıraraq xidmətə başlamışdır. Yeddiqüllə Surb Prkiç Erməni Xəstəxanası Fondu tərəfindən idarə olunur. İdarə Heyətinin hal-hazırkı sədri Bedros Şirinoğludur. Kompleksə həmçinin də Surb Prkiç Erməni xəstəxanası kapellası da daxildir.
Dərviş Parisi partladır (film, 1976)
Dərviş Parisi partladır — Azərbaycan filmi. == Məzmunu == Filmdəki hadisələr XIX əsrin ortalarında Qarabağda cərəyan edir. Tanınmış fransız botanika alimi Müsyö Jordan (Sergey Yurski) mülkədar Hətəmxan ağanın (Adil İsgəndərov) qonağı olur. O, ev sahibinin qardaşı oğlu Şahbaz bəyi (Ənvər Həsənov) özü ilə Parisə aparmaq, orada onu oxutdurmaq istəyir. Lakin feodal-patriarxal ənənələrə kor-koranə riayət edən qohumlar bu səfərin qarşısını almaq üçün hər cür hiyləyə əl atırlar. Əsərdə olduğu kimi, filmdə də XIX əsr feodal Azərbaycanında hökm sürən ətalət və gerilik ifşa edilir, eyni zamanda sakit patriarxal mühitində mütərəqqi meyllərin yaranmasından danışılır, gənclər biliklərə yiyələnməyə dəvət olunur. İctimai elmlər, o cümlədən təbiətşünaslıq elmi təbliğ edilir. == Film haqqında == Film dramaturq Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" klassik komediyasının motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Əsərin müəllifi: Mirzə Fətəli Axundov Ssenari müəllifi: Ədhəm Qulubəyov Quruluşçu rejissor: Kamil Rüstəmbəyov, Şamil Mahmudbəyov Quruluşçu operator: Zaur Məhərrəmov, Arif Nərimanbəyov Quruluşçu rəssam: Nadir Zeynalov Geyim rəssamı: Elbəy Rzaquliyev Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Əziz Şeyxov Rejissor: Akif Rüstəmov Təcrübəçi rejissor: Ziyafət Abbasov Operator: Vaqif Muradov Dekor rəssamı: Fikrət Ələkbərov Qrim rəssamı: V. Bereznyakov Montaj edən: Lidiya Vyalsova Redaktor: Fərman Kərimzadə Rejissor assistenti: Ziya Şıxlinski, T. Atakişiyev Operator assistenti: T. Əlizadə Rəssam assistenti: A. Stepanova Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Çalır: Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Simfonik Orkestri Dirijor: R. Məlikaslanov Filmin direktoru: Nazim Ələkbərov === Rollarda === Sergey Yurski — Müsyö Jordan Mirzə Babayev —Dərviş Məstəli şah Adil İsgəndərov — Hətəmxan ağa Leyla Bədirbəyli — Şəhrəbanu Səfurə İbrahimova — Sənəm Mömünat Qurbanova — Şərəfnisə Ənvər Həsənov — Şahbaz bəy Həsənağa Turabov — Rəşid bəy S. Bağırova — Gülçöhrə Fazil Salayev — Qulaməli Kamil Məhərrəmov — Qəmbər Ramiz Əzizbəyli — nökər V. Marianbey Fikrət Ələkbərov Osman Həqqi — bəy A. Məmmədzadə Bahadur Əliyev — bəy N. Məhərrəmov Gümrah Rəhimov — bəy Arif Mədətov — bəy (titrlərdə yoxdur) Yaqub Məmmədov (xanəndə) — Xanəndə === Filmi səsləndirənlər === Əliağa Ağayev — Hətəmxan ağa (Adil İsgəndərov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Şahbaz bəy (Ənvər Həsənov) (titrlərdə yoxdur) Yusif Vəliyev — Dərviş (Mirzə Babayev) (titrlərdə yoxdur) (Xuraman Hacıyeva) — Şərəfnisə (Mömünat Qurbanova) (titrlərdə yoxdur) Sadıq Hüseynov (aktyor) — Bəy (Arif Mədətov (aktyor)) (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред.
Surb Prkiç Erməni xəstəxanası kapellası
Surb Prkiç Erməni xəstəxanası kapellası (erm. Սուրբ Փրկիչ Մատուռ) Türkiyənin İstanbul vilayətinin Zeytunburnu rayonunun Kazlıçeşme kvartalında yerləşən erməni kilsəsidir. Surb Prkiç erməni xəstəxanası kompleksində yerləşən kilsə 1834-cü ildə açılmışdır. Hovhannes Amira Serveryan və əsas memar Qarabed Amira Balyan tərəfindən layihələndirilmiş olan bina zamanla xarabalığa çevrilmiş və 1906-cı ildə memarlar Krikor Melidosyan və Yeğiazar Avedisyanın rəhbərliyi altında yenidən təmir edilmişdir. 1966-cı ildə təmir edilmiş olan kapella 2005-ci ildə yenidən təmir edilərək və müasir vəziyyətini almış və Erməni Patriarxı olan II Mesrob tərəfindən açılışı edilmişdir.