Dərviş Parisi partladır

Dərviş Parisi partladır — Azərbaycan filmi.[1]

Dərviş Parisi partladır
Filmin afişası. 1978-ci il.
Filmin afişası. 1978-ci il.
Janr komediya
musiqili
Rejissorlar Kamil Rüstəmbəyov
Şamil Mahmudbəyov
Əsərin müəllifi Mirzə Fətəli Axundov
Ssenari müəllifi Ədhəm Qulubəyov
Baş rollarda Sergey Yurski
Mirzə Babayev
Adil İsgəndərov
Leyla Bədirbəyli
Səfurə İbrahimova
Mömünat Qurbanova
Ənvər Həsənov
Həsənağa Turabov
Operatorlar Zaur Məhərrəmov
Arif Nərimanbəyov
Bəstəkar Tofiq Quliyev
Rəssam Nadir Zeynalov
İstehsalçı "Azərbaycanfilm" kinostudiyası
İlk baxış tarixi 11 fevral 1977
Filmin digər adları Müsyö Jordan və Dərviş Məstəli Şah
Filmin növü tammetrajlı bədii film
Müddət 68 dəq.
Ölkələr SSRİ SSRİ
Dil azərbaycanca
İl 1976
Texniki məlumatlar 7 hissə
1934 metr
genişekranlı
35 mm
Rəng rəngli
IMDb ID0321983

Filmdəki hadisələr XIX əsrin ortalarında Qarabağda cərəyan edir. Tanınmış fransız botanika alimi Müsyö Jordan (Sergey Yurski) mülkədar Hətəmxan ağanın (Adil İsgəndərov) qonağı olur. O, ev sahibinin qardaşı oğlu Şahbaz bəyi (Ənvər Həsənov) özü ilə Parisə aparmaq, orada onu oxutdurmaq istəyir. Lakin feodal-patriarxal ənənələrə kor-koranə riayət edən qohumlar bu səfərin qarşısını almaq üçün hər cür hiyləyə əl atırlar.

Əsərdə olduğu kimi, filmdə də XIX əsr feodal Azərbaycanında hökm sürən ətalət və gerilik ifşa edilir, eyni zamanda sakit patriarxal mühitində mütərəqqi meyllərin yaranmasından danışılır, gənclər biliklərə yiyələnməyə dəvət olunur. İctimai elmlər, o cümlədən təbiətşünaslıq elmi təbliğ edilir.

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Əsərin müəllifi: Mirzə Fətəli Axundov
Ssenari müəllifi: Ədhəm Qulubəyov
Quruluşçu rejissor: Kamil Rüstəmbəyov, Şamil Mahmudbəyov
Quruluşçu operator: Zaur Məhərrəmov, Arif Nərimanbəyov
Quruluşçu rəssam: Nadir Zeynalov
Geyim rəssamı: Elbəy Rzaquliyev
Bəstəkar: Tofiq Quliyev
Səs operatoru: Əziz Şeyxov
Rejissor: Akif Rüstəmov
Təcrübəçi rejissor: Ziyafət Abbasov
Operator: Vaqif Muradov
Dekor rəssamı: Fikrət Ələkbərov
Qrim rəssamı: V. Bereznyakov
Montaj edən: Lidiya Vyalsova
Redaktor: Fərman Kərimzadə
Rejissor assistenti: Ziya Şıxlinski, T. Atakişiyev
Operator assistenti: T. Əlizadə
Rəssam assistenti: A. Stepanova
Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev
Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev
Çalır: Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Simfonik Orkestri
Dirijor: R. Məlikaslanov
Filmin direktoru: Nazim Ələkbərov
Sergey Yurski — Müsyö Jordan
Mirzə Babayev —Dərviş Məstəli şah
Adil İsgəndərov — Hətəmxan ağa
Leyla Bədirbəyli — Şəhrəbanu
Səfurə İbrahimova — Sənəm
Mömünat Qurbanova — Şərəfnisə
Ənvər Həsənov — Şahbaz bəy
Həsənağa Turabov — Rəşid bəy
S. Bağırova — Gülçöhrə
Fazil Salayev — Qulaməli
Kamil Məhərrəmov — Qəmbər
Ramiz Əzizbəyli — nökər
V. Marianbey
Fikrət Ələkbərov
Osman Həqqi — bəy
A. Məmmədzadə
Bahadur Əliyev — bəy
N. Məhərrəmov
Gümrah Rəhimov — bəy
Arif Mədətov — bəy (titrlərdə yoxdur)
Yaqub Məmmədov (xanəndə) — Xanəndə

Filmi səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
Əliağa Ağayev — Hətəmxan ağa (Adil İsgəndərov) (titrlərdə yoxdur)
Əliabbas Qədirov — Şahbaz bəy (Ənvər Həsənov) (titrlərdə yoxdur)
Yusif Vəliyev — Dərviş (Mirzə Babayev) (titrlərdə yoxdur)
(Xuraman Hacıyeva) — Şərəfnisə (Mömünat Qurbanova) (titrlərdə yoxdur)
Sadıq Hüseynov (aktyor) — Bəy (Arif Mədətov (aktyor)) (titrlərdə yoxdur)
  1. Qiyas Ə. Mirzə Fətəli Axundov və "Dərviş Parisi partladır" filmi //Mədəniyyət.- 2008.- 9 may.- S. 13.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 257.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 144; 220–221.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]