Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bidgənə partlayışı
Bidgənə partlayışı — 12 noyabr 2011-ci il saat 12:50-də İranın Modərres qarnizonundakı (Əmirəlmomenin qarnizonu) silah anbarında baş vermiş hadisə.
Bidqəne partlayışı
Bidgənə partlayışı — 12 noyabr 2011-ci il saat 12:50-də İranın Modərres qarnizonundakı (Əmirəlmomenin qarnizonu) silah anbarında baş vermiş hadisə.
Kembri partlayışı
Kembri partlayışı — Kembri dövrünün başlanğıcında (təxminən 542 milyon il əvvəl) Dünyadakı canlı müxtəlifliyində yaşanan ani artımdır. Kembri dövründən əvvəlki dövr Yer tarixinin ən uzun dövrüdür və Yer kürəsinin ilk meydana gəldiyi zaman olan 4.6 milyard il əvvəlindən, 542 milyon il əvvəlinə qədər davam etmişdir. Bu, dünyanın dövrümüzə qədərki bütün ömrünün 88%-ə bərabərdir. Canlılıq (ilk konservatlar), Yer kürəsinin meydana gəlməsindən təxminən 600–800 milyon il sonra, 3.8–4 milyard il əvvəl ortaya çıxmışdır. Çox uzun illər (Kembri dövrünə qədər) dünyaya yalnız tək hüceyrəli bakteriyalar hökm etmişdir. Ən qədim bakteriyalar 3.8–3.46 milyard il əvvəlinə aiddir. İlk çox hüceyrəli canlılara isə ilk dəfə təxminən 700–900 milyon il əvvəl rast gəlirik. Təxminən 160–360 milyon il ərzində, ilk çox hüceyrəli canlılar yumşaq bədən formalarıyla təkamülləşmişdir. Bundan 542 milyon il əvvəl isə ilk dəfə sərt qabıqlı canlılar təkamülləşməyə başlamışdır. Kompleks quruluşlu və çox hüceyrəli ən qədim fosil 600–580 milyon il əvvəlinə aiddir.
İnformasiya partlayışı
İnformasiya partlayışı (ing. information explosion, rus. информационный взрыв, türk. bilgi patlaması) – bəşər tarixinin hazırkı dövrünə aid işlədilən geniş yayılmış termin; bu dövr onunla səciyyəvidir ki, informasiyaya yiyələnmək və onu yaymaq mexanikləşdirmə və sənayeləşdirməni çəmiyyətin hərəkətverici qüvvəsi kimi sıxışdırdı. Bu termin həm də bu gün kütləvi informasiyanın həcminin sürətlə artmasını göstərir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. http://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=991165 Conceptualizing Information Systems and Cognitive Sustainability in 21st Century 'Attention' Economies (Includes Syllabus) http://www.sims.berkeley.edu/research/projects/how-much-info-2003/ How Much Information?
Fevral 2016 Ankara partlayışı
2016 Ankara hücumu (türk. 2016 Ankara saldırısı) — 2016-cı ilin 17 fevral tarixində Türkiyənin paytaxtı Ankara vilayətinin Kızılay səmtində yerli vaxtla saat 18:30-da baş vermiş bombalı hücumu. Terror aktı nəticəsində ən azı 28 nəfərin həlak olduğu və 61 nəfərdən çox şəxsin yaralandığı bildirilir.
Mart 2016 Ankara partlayışı
2016 Güvenpark hücumu (türk. Mart 2016 Ankara saldırısı) — 2016-cı ilin 13 mart tarixində Türkiyənin paytaxtı Ankara vilayətinin Kızılay səmtində yerli vaxtla saat 18:45-da baş vermiş bombalı hücumu. Terror aktı nəticəsində ən azı 30 nəfərin həlak olduğu və 125 nəfərdən çox şəxsin yaralandığı bildirilir.
Ankara partlayışı (fevral, 2016)
2016 Ankara hücumu (türk. 2016 Ankara saldırısı) — 2016-cı ilin 17 fevral tarixində Türkiyənin paytaxtı Ankara vilayətinin Kızılay səmtində yerli vaxtla saat 18:30-da baş vermiş bombalı hücumu. Terror aktı nəticəsində ən azı 28 nəfərin həlak olduğu və 61 nəfərdən çox şəxsin yaralandığı bildirilir.
2019 Xolo kafedralında bomba partlayışı
2019 Xolo kafedralında bomba partlayışı — 27 yanvar 2019-cu ilin səhərində Filippinin Sulu əyalətinin Xolo şəhərində yerləşən Roman katolik kafedral olan Karmel dağının Müqəddəs Mariya kafedralında baş vermiş bomba partlayışı. AFP Qərbi Mindanao Komandirliyi (AFP WestMinCom) törədilən terror aktında 15 nəfər sivil əhali və 5 əsgər olmaqla 18 nəfərin həlak olduğunu, 70 nəfər sivil əhali, 2 polis məmuru, 17 əsgər və 2 sahil mühafizəçisi olmaqla 82 nəfərin isə yaralandığını açıqlamışdır. Filippin Milli Polisinin (PNP) əvvəlki açıqlamasında 20 ölünün və 111 yaralının olduğunu bildirmişdir. == Zəmin və motivasiya == Partlayışlar Banqsamoro Muxtar Regionunun yaradılması üçün keçirilən referendumdan bir həftə sonra baş vermişdir. Xolonun ən güclü terror təşkilatı olan Əbu Səyyafın da ərazisində olduğu Sulu əyalətində referendumun əleyhinə qarşı 163,526 nəfər (54.3%), lehinə isə 137,630 (45.7%) səs vermişdir. Bu qruplaşma İraq Şam İslam Dövləti terror təşkilatının bir qolu hesab olunur. Nəticələrə baxmayaraq, digər əlayətlər lehinə yetərincə səs verdikləri üçün Sulu əyaləti Banqsamoro regionun ərazisinə daxil edilmişdir. Hücumların həmçinin bölgədə səlahiyyətlərini itirən yerli cinayətkarların, quldurların, Banqsamoro hökumətinin referendum qərarından sonra uzun müddətdir ki, qarşıdurma zonalarında ASG vasitəsilə narkotik vasitələrin satışını həyata keçirənlərin, odlu silahlarla və ya silahlı qüvvəylə xüsusi təyinatlılara qarşı mübarizə aparanların da həyata keçirə biləcəklərinə inanılır. Lakin bir çox mənbə hadisənin Əbu Səyyaf tərəfindən reallaşdırıldığını təsdiqləyir. Onlar son vaxtlarda Xolo şəhərində aktivləşmiş, il ərzində partlayışlar, insan qaçırtma başlıqları ilə gündəm olmuşdular.
İstanbulda bomba partlayışı (mart, 2016)
İstanbulda bomba partlayışı — 2016-cı ilin 12 martda, yerli vaxt ilə saat 10:55-də İstiqlaliyyət küçəsində Türk əsilli hücumçunun özünü partlatması. Bu yer turistlər arasında məşhur olan eyni adlı Taksim meydanına yaxındır. Hadisə nəticəsində 5 nəfər ölüb, 36 nəfər isə yaralanmışdır.
İstanbulda bomba partlayışı (12 mart 2016)
İstanbulda bomba partlayışı — 2016-cı ilin 12 martda, yerli vaxt ilə saat 10:55-də İstiqlaliyyət küçəsində Türk əsilli hücumçunun özünü partlatması. Bu yer turistlər arasında məşhur olan eyni adlı Taksim meydanına yaxındır. Hadisə nəticəsində 5 nəfər ölüb, 36 nəfər isə yaralanmışdır.
İstanbulda bomba partlayışı (12 yanvar 2016)
İstanbulda bomba partlayışı — 2016-cı ilin 12 yanvarda, yerli vaxt ilə saat 10:20-də Sultanəhməd meydanında Suriya əsilli hücumçunun özünü partlatması. Bu yer turistlər arasında populyar olan eyni adlı Göy məscidinə yaxındır. Hadisə nəticəsində 11 nəfər ölüb, 15 nəfər isə yaralanmışdır.
Partlayışlar
Partlayış — qısa müddət ərzində kiçik həcmdə enerjinin əhəmiyyətli dərəcədə ayrılması ilə baş verən və partlayış məhsullarının yüksək sürətlə genişlənməsi nəticəsində ətraf mühitə zərbə, vibrasiya və istilik təsirlərinə səbəb olan sürətli fiziki və ya fiziki-kimyəvi proses.
Partlayış

Partlayıcı maddələr
Barıt
Böyük Partlayış
Böyük partlayış — müşahidə edilə bilən kainatın məlum olan ən erkən dövrlərindən, sonrakı genişmiqyaslı təkamülünə qədər araşdıran kosmoloji model və nəzəriyyə. Nəzəriyyə kainatın çox yüksək sıxlıq və yüksək temperaturun təsiri ilə necə böyüdüyünü təsvir edir, işıq elementlərinin çoxluğu, radiasiya, genişmiqyaslı struktur, Habbl qanunu (qalaktikalar nə qədər uzaq olsa, Yerdən daha sürətli uzaqlaşırlar) və kosmik mikrodalğa arxa plan şüalanması (CMB — cosmic microwave background) daxil olmaqla geniş hadisələr üçün hərtərəfli izahat verir. Müşahidə olunan şərtlər fizikanın məlum qanunlarından istifadə edərək vaxtında geri ekstrapolyasiya edilsə, proqnoz yüksək sıxlıq dövründən əvvəl Böyük partlayış ilə əlaqələndirilən heçlik və ya sinqulyarlıq olduğunu göstərir. Cari biliklər sinqulyarlığın primordial olduğunu müəyyən etmək üçün yetərsizdir. Corc Lemetr 1927-ci ildə ilk dəfə olaraq genişlənən kainatın zamanla yaranan tək nöqtə ilə izlənilə biləcəyini qeyd etdi. Bu nəzəriyyəni "ibtidai atom" nəzəriyyəsi adlandırdı. Bir zamanlar elmi ictimaiyyət Böyük partlayış tərəfdarları və "stasionar vəziyyət" tərəfdarları (Böyük partlayış olmadığına, həmişə stabilliyin olduğuna inananlar) olaraq 2 fərqli model tərəfdarları arasında bölünmüşdü. Lakin, bir sıra geniş empirik sübutlara əsasən hal-hazırda əksəriyyət hamı tərəfindən qəbul edilən Böyük partlayış tərəfdarıdır. Qalaktik qırmızı yerdəyişmələr əsasında aparılan analizlərə görə, Edvin Habbl 1929-cu ildə qalaktikaların bir-birindən ayrıldığı nəticəsinə gəldi; bu genişlənən kainat üçün olduqca əhəmiyyətli müşahidə dəlilidir. 1964-cü ildə Böyük partlayış modelinin lehinə olan çox önəmli bir hadisə, Kosmik mikrodalğa arxa plan şüalanması hadisəsi kəşf edildi.
Demoqrafik partlayış
Demoqrafik partlayış — sosial-iqtisadi və ekoloji həyat şəraitinin dəyişilməsilə növün fərdlərinin, o cümlədən əhalinin kəskin artması. == Ümumi məlumat == Demoqrafik partlayış əhalinin sayının durmadan artması yarandığı vaxtdan bəşəriyyət üçün xasdır. Eramızın əvvəlində planetdə əhalinin sayı 180 milyona yaxın idi, 1500-cü ildə say 425 milyon nəfərə çatdı. == Səbəbləri == Tarixçi-demoqraf Aydın Məmmədov yazır ki, tarixi baxımdan demoqrafik artım bioloji cəhətdən yox, qanunauyğunluq nöqteyi-nəzərincə qiymətləndirilir. Burada bir neçə dövr fərqləndirilir. Birinci dövr neolit dövrü adlanır. Bu dövr aşağı səviyyədə doğum, yüksək səviyyədə ölümlə fərqlənirdi. Bu dövrdən sonra ikinci dövrdə sosial-iqtisadi şərait dəyişmiş və əhalinin yüksək doğum və yüksək ölümlə səciyyələnən təkrar istehsalı baş vermişdir. Üçüncü dövr əhalinin təkrar istehsalı aşağı səviyyədə doğum və aşağı səviyyədə ölüm prinsipi üzrə baş vermişdir. İndiki dövrün özünəməxsus xüsusiyyəti yüksək iqtisadi, elmi-texniki, mədəni sürətinin çox aşağı və bəzən sıfıra yaxınlaşmasından və əksinə, iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdə əhali sayının çox sürətlə (demoqrafik partlayış) artmasından ibarətdir.
Ləmbəlidə partlayış
Ləmbəlidə partlayış — 4 sentyabr 1994-cü ildə Ermənistanın şimalında, Tavuş mərzinin Ləmbəli kənd bazarında baş vermiş partlayış. Partlayış nəticəsində 14 nəfər (iki hücumçu da daxil olmaqla) həlak olmuş və 46 nəfər yaralanmışdır. Buna baxmayaraq, ilkin məlumatlarda 10 nəfərin həlak olması və 26 nəfərin yaralanması qeyd edilmişdir. Ləmbəli kəndi Gürcüstan–Ermənistan sərhədində, Azərbaycandan çox da uzaq olmayan böyük kənddir. 10,000 azərbaycanlının yaşadığı Sadaxlı kəndi Gürcüstanla sərhəddə yerləşir. 1990-cı illərdə Sovet İttifaqının dağılmasından sonra ərazi "xüsusilə qara bazarda yanacaqla məşğul olan mafioz dəstələrin mərkəzi"nə çevrilmişdi. Azərbaycan və Ermənistan Birinci Qarabağ müharibəsində qanlı münaqişəyə cəlb olunmuşdular. Partlayışı Bakıdan olan İmran Hüseynov və Gürcüstanın Marneuli bələdiyyəsinin Bula kəndindən Türkmən Cəfərov törətmişdilər. Hər ikisi etnik azərbaycanlı idi. Yerli rəsmilərin dediyinə görə, "partlayıcı qurğu kodlu çantada yerləşdirilmişdir".
2013 Reyhanlı partlayışları
2013 Reyhanlı partlayışları (türk. 2013 Reyhanlı saldırıları) - 2015-ci ilin 11 may tarixində Türkiyənin Hatay vilayətinin Reyhanlı mahalında yerli vaxtla saat 13:55-da baş vermiş bombalı intihar hücumu. Terror aktı nəticəsində 52 nəfərin həlak olduğu və 146 nəfərdən çox şəxsin yaralandığı bildirilir.
2015 Ankara partlayışları
2015 Ankara partlayışları (türk. 2015 Ankara saldırısı) - 2015-ci ilin 10 oktyabr tarixində Türkiyənin paytaxtı Ankara vilayətinin Ulus səmtində yerli vaxtla saat 10:04-da baş vermiş bombalı intihar hücumu. Terror aktı nəticəsində ən azı 80 nəfərin həlak olduğu və 126 nəfərdən çox şəxsin yaralandığı bildirilir.
2016 Brüssel partlayışları
2016 Brüssel partlayışları (ing. 2016 Brussels bombings) — 2016-cı ilin 22 mart tarixində Belçikanın paytaxtı Brüssel şəhərində yerli vaxtla saat 08:00-da və 09:11-də baş vermiş terror aktları.
Bakı metrosunda partlayışlar
Bakı metrosunda partlayışlar — 1994-cü il martın 19-da və iyulun 3-də Bakı metropolitenində baş vermiş terror aktları. Partlayışlarda ümumilikdə 27 nəfər həlak olmuş və 91 nəfər yaralanmışdır. == 20 Yanvar metrostansiyasında partlayış == === Hadisələrin xronikası === 1994-cü il mart ayının 19-u saat 13:00-da 20 Yanvar metrostansiyasında partlayış baş verdi. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayanandıqdan sonra partlayıb. Partlayış nəticəsində 14 nəfər həlak olmuş və 49 nəfər yaralanmışdır. Həlak olanların arasında terror hücumunun icraçısı Oktay Qurbanov və Azərbaycan Respublikasının xalq artisti Rafiq Babayev də var idi. === İstintaq === Prezident Heydər Əliyev terrorizmin araşdırılmasına aid Bakı Dövlət Komitəsini təyin edən fərman imzalayır. Cinayət törətmək şübhəsiylə, ləzgi xalqının azadlığı adı altında terrorçu fəaliyyətlə məşğul olmuş separatçı Sadval təşkilatının üzvləri həbs olunur. İstintaqa əsasən, terror aktının təşkilatçıları və təqsirləndirənlər Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqələr qurmuş və 1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyətçə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi-terror təxribat hazırlığı keçmişdir. Ermənistan Milli Təhlükəsizlik Baş İdarəsi onların təşkilat kimi formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak edib.
Kirmanda partlayışlar (2024)
3 yanvar 2024-cü ildə İranın şərqindəki Kirman şəhərində Qasım Süleymaninin öldürülməsinin ildönümü mərasimi iki bomba partlayışı ilə pozuldu. Hücumlarda uşaqlar da daxil olmaqla ən azı 94 nəfər ölüb, 284 nəfər yaralanıb. İran hökuməti partlayışları terror aktı elan edib. Hadisə 1978-ci ildə Reks hücumundan bəri ölkədə baş verən ən ölümcül hadisədir. Ertəsi gün İŞİD hücuma görə məsuliyyəti üzərinə götürüb. Reuters-in məlumatına görə, ABŞ Kəşfiyyat Cəmiyyəti hücumun İŞİD-in Əfqanıstan qolu olan İŞİD-X tərəfindən həyata keçirildiyi qənaətinə gəlib. == Arxa plan == Qasim Süleymani, 3 yanvar 2020-ci ildə ABŞ-ın İraqda pilotsuz uçuş aparatı hücumu ilə öldürüldü. Süleymani İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) Qüds qüvvələrinin komandiri idi. İranda mühüm təsir gücünə malik Süleymani, dini lider Ayətullah Əli Xameneidən sonra ölkədə ikinci ən güclü ad hesab edilirdi. İnqilab Keşikçiləri Korpusunun xaricdəki əməliyyat qolu olan Qüds Qüvvələrinin komandanı kimi o, İranın bölgədəki siyasətinin formalaşmasında mühüm rol oynayıb.
Mina (partlayıcı qurğu)
Mina — partlayıcı qurğu olub, hərbi əməliyyatlar zamanı istifadə edilir. Minalar müxtəlif olur: piyada əleyhinə, tank əleyhinə, dəniz minası, nüvə minası və s. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdə mina partlaması nəticəsində həlak olanların və yaralananların sayı çoxdur. Atəşkəs müqaviləsindən sonra da mina insidentləri baş verir. Mütəxəssislərin fikrincə, Azərbaycan ərazisinin böyük bir hissəsində mina və digər partlayıcı qurğular basdırılıb ki, onların təmizlənməsi üçün 10-15 il tələb olunur. Fransada hələ Birinci dünya müharibəsindən qalan minaları təmizləməyin qeyri-adi üsulundan istifadə edirlər. Bu işdə insanlara qoyunlar kömək edir. Ölkənin şimalındakı Vimi şəhərində 1917-ci ildə böyük döyüş olub. İndi isə həmin ərazi otlaqdır. Qoyunlar isə istehkamçı rolunda çıxış edirlər.
Əldəqayırma partlayıcı maddələr
Əldəqayırma partlayıcı maddələr — partlayış üçün təyin olunmamış bir sıra digər təyinatlı maddələrdən (müxtəlif gübrələr, dərman preparatları, turşular, metal tozları və s.) düzəldilən partlayıcı maddələrdir. Əldəqayırma partlayıcı maddələr müxtəlif kimyəvi maddələrin birləşməsindən düzəldilir. Digər partlayıcılardan əsas fərqi isə, hər kəs tərəfindən düzəldilə bilinməsidir. Bu partlayıcıların gücü digər populyar sənaye partlayıcılarının gücünün- yəni trotil ekvivalentinin 60-90%-ni təşkil edir. Əldəqayırma partlayıcıların gücü qarışıqların tərkibinə görə dəyişir. Qarışığa sənaye istehsalı olan partlayıcılardan, xüsusi güc artıran qarışıqlardan qatılmaqla gücü artırıla bilər.
Böyük partlayış nəzəriyyəsi
Böyük partlayış — müşahidə edilə bilən kainatın məlum olan ən erkən dövrlərindən, sonrakı genişmiqyaslı təkamülünə qədər araşdıran kosmoloji model və nəzəriyyə. Nəzəriyyə kainatın çox yüksək sıxlıq və yüksək temperaturun təsiri ilə necə böyüdüyünü təsvir edir, işıq elementlərinin çoxluğu, radiasiya, genişmiqyaslı struktur, Habbl qanunu (qalaktikalar nə qədər uzaq olsa, Yerdən daha sürətli uzaqlaşırlar) və kosmik mikrodalğa arxa plan şüalanması (CMB — cosmic microwave background) daxil olmaqla geniş hadisələr üçün hərtərəfli izahat verir. Müşahidə olunan şərtlər fizikanın məlum qanunlarından istifadə edərək vaxtında geri ekstrapolyasiya edilsə, proqnoz yüksək sıxlıq dövründən əvvəl Böyük partlayış ilə əlaqələndirilən heçlik və ya sinqulyarlıq olduğunu göstərir. Cari biliklər sinqulyarlığın primordial olduğunu müəyyən etmək üçün yetərsizdir. Corc Lemetr 1927-ci ildə ilk dəfə olaraq genişlənən kainatın zamanla yaranan tək nöqtə ilə izlənilə biləcəyini qeyd etdi. Bu nəzəriyyəni "ibtidai atom" nəzəriyyəsi adlandırdı. Bir zamanlar elmi ictimaiyyət Böyük partlayış tərəfdarları və "stasionar vəziyyət" tərəfdarları (Böyük partlayış olmadığına, həmişə stabilliyin olduğuna inananlar) olaraq 2 fərqli model tərəfdarları arasında bölünmüşdü. Lakin, bir sıra geniş empirik sübutlara əsasən hal-hazırda əksəriyyət hamı tərəfindən qəbul edilən Böyük partlayış tərəfdarıdır. Qalaktik qırmızı yerdəyişmələr əsasında aparılan analizlərə görə, Edvin Habbl 1929-cu ildə qalaktikaların bir-birindən ayrıldığı nəticəsinə gəldi; bu genişlənən kainat üçün olduqca əhəmiyyətli müşahidə dəlilidir. 1964-cü ildə Böyük partlayış modelinin lehinə olan çox önəmli bir hadisə, Kosmik mikrodalğa arxa plan şüalanması hadisəsi kəşf edildi.
Lozanna univermağında partlayış
Lozanna univermağında partlayış (fr. Explosion dans un grand magasin à Lausanne) — 21 iyul 1981–ci ildə İsveçrənin Lozanna şəhərinin univermağındakı qadın geyimləri bölməsində baş verən partlayış. Partlayış nəticəsində 26 qadın yaralanmışdır. Terror aktına görə məsuliyyəti ASALA-nın terrorçu dəstələrindən biri olan "9 iyun təşkilatı" öz üzərinə götürür.
Parisdə partlayış (2019)
Parisdə partlayış — 12 yanvar 2019-cu il tarixində Paris şəhərinin IX dairəsindəki «Treviz» küçəsində baş vermiş partlayış hadisəsi. Partlayış hadisəsində iki yanğınsöndürən, bir İspaniya vətəndaşı turist və bir qadın həlak olmuş, 10-u ağır olmaqla 47 nəfər yaralanmışdır. Yerli prokuror Remi Heytsin verdiyi məlumata görə partlayışa səbəb qaz sızıntısı idi. Yağınsöndürənlər partlayışdan əvvəl əraziyə qaz sızıntısı təhlükəsi barədə məlumat aldıqdan sonra tədqiqat aparmağa gəlmişdilər. Partlayış hadisəsindən əvvəl yanğınsöndürənlər bir qaz sızıntısı barədə verilən məlumat əsasında çörək zavodunda tədqiqat aparırdılar. Partlayış ətraf tikililəri dağıdan və avtomobilləri işləksiz hala gətirən bir yanğına səbəb olmuşdur. Hadisə yerində olan mülki şəxslər partlayışın ətraf binalardakı insanların binalardan çıxa bilməməsinə və dağıntıların, eləcə də şüşə qırıntılarının küçəyə səpməsinə səbəb olduğunu bildiriblər. Hadisə yerinə 200-dən çox yanğınsöndürən, Fransa Daxili İşlər Naziri Kristof Kastaner, Fransa Baş Naziri Eduard Filipp və Paris şəhərinin meri Ann İdalqo gəlmişdi.
İrəvanda partlayış (2022)
2022-ci ildə İrəvanda partlayış — 14 avqust 2022-ci ildə yerli vaxtla saat 13:23-də Ermənistanın paytaxtı İrəvanın mərkəzində yerləşən "Sürməli" ticarət mərkəzində baş verən güclü partlayış. Partlayış geniş dağıntılara və yanğına səbəb olmuşdur. Bu zaman onlarla insan həlak olmuş və yaralanmışdır. 17 avqustda əldə edilən məlumata görə, hadisə nəticəsində 16 nəfər həlak olmuş, 63 nəfər yaralanmış, 9 nəfər itkin düşmüşdür. Ermənistanın paytaxtı İrəvandakı "Sürməli" ticarət mərkəzində atəşfəşanlıq anbarında partlayış baş vermişdir. Hadisə nəticəsində böyük yanğın baş vermiş və bazarın çox hissəsi məhv olmuşdur. Hadisə yerinə 200 yanğınsöndürən cəlb olunmuşdur. Hadisə nəticəsində zərərçəkənlərin adları ertəsi gün açıqlanmışdır. Baş nazir Nikol Paşinyan İrəvan meri Hraçya Sarkisyan, fövqəladə hallar naziri Armen Pambuxçyan, xilasetmə xidmətinin direktoru Armen Qasparyan və Müfəttişlik Orqanlarının Koordinasiya İdarəsinin rəhbəri Artur Asoyanla birlikdə hadisə yerinə baş çəkmişdir.
Bakı metrosunda partlayışlar (1994)