Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Heşin
Heşin (Ermənistan)
Pekin
Pekin (çin. 北京, pinyin Běijīng) – Çin Xalq Respublikasının paytaxtı. 21 milyondan artıq əhalisi ilə dünyanın ən çox əhalisi olan paytaxt şəhəri və Çinin Şanxaydan sonra ən çox əhalisi olan şəhəridir. Şimali Çində yerləşir və 16 şəhər, şəhərətrafı və kkənd rayonları ilə Dövlət Şurasının birbaşa nəzarəti altında bir bələdiyyə kimi idarə olunur. Pekin cənub-şərqdə qonşu Tyantszin istisna olmaqla, əsasən Hebei ilə əhatə olunub; birlikdə, üç bölmə Jing-Jin-Ji metropolitan ərazisini və Çinin Milli Paytaxt Bölgəsini təşkil edir. Pekin qlobal şəhərdir və mədəniyyət, diplomatiya, siyasət, maliyyə, biznes və iqtisadiyyat, təhsil, tədqiqat, dil, turizm, media, idman, elm-texnologiya və nəqliyyat sahəsində dünyanın aparıcı mərkəzlərindən biridir. "Şimali Paytaxt" anlamı verən Çin dilində 北京 və Pinyin çevirmə sistemində yazılan Běijīng sözü Beycin [beɪ̯˨˩˦t͡ɕiŋ] dinlə kimi tələffüz olunur. Rus dilində yerli dil qaydalarına və çin dilinin səslərin analoqu olmadığına görə Пекин (Pekin) kimi qəbul olunub və eyni şəkildə büyün Sovet xalqlarının dillərinə keçib. Qeyd etmək olar ki, tarixi türkdilli mənbələrdə bu şəhər Xanbalıq kimi adlanıb. Məhz Pekin şəhəri əsasda qalalarla əhatə iki şəhərdən ibarətdir: Daxili Şəhər sərhədləri içində qalan keçmiş İmperiya Şəhərinin bir hissəsi olan "Yasaq Şəhərdə" İmperiya Sarayı yer alır.İç Şəhərin düz şimal-cənub xətti üzərində qurulu olan simmetrik və düzbucaqlı planı, son dərəcə maraqlıdır.
Peyin
Peyin — Torpağın münbitliyini və məhsuldarlığını artırmaq üçün torpağa verilən gübrədir. Bu gübrələr uzaq məsafələrə göndərilməyib yalnız istehsal olunduğu yerdə işlənildiyindən onlara yerli gübrələr də deyilir. Hazırkı intensiv əkinçilik sistemində peyin nəinki bitkilərin qidalanmasını yaxşılaşdırır, eyni zamanda o, torpaq əmələgəlmə prosesində münbitləşməyə təsir göstərən ən güclü ekoloji təmiz vasitədir Peyinin tərkibi bitkilərin qidalanması üçün lazım olan azot, fosfor, kalium, kalsium, maqnezium və kükürd kimi qiymətli elementlərlə zəngindir. Təzə peyində orta hesabla 75% su, 25% quru maddə, 0,5% azot, 0,25% fosfor, 0,6% kalium, 0,35% əhəng, 0,15% maqnezium olur. Göstərilən elementlərin orta hesabla miqdarı mal-qaranın növündən, yemlənməsindən və peyinin saxlanmasından asılı olaraq dəyişə bilər.Ən çox nəmliyə malik peyin qaramaldan ifraz olunur. Bu peyində bitki üçün lazım olan qida maddələrinin faizi nisbətən azdır. At və qoyun peyinin tərkibində nəmlik faizi qaramal peyininə nisbətən az olur, qidalı maddə ilə zəngindir. Burada əsasən azot və kaliumun miqdarı 0,67% −0,89%-ə qədər çatır. Donuz peyini qaramal və ata görə orta səviyyədə durur. Peyinin zənginliyi qidalı elementlərin hansı formada olmasından da çox asılıdır.
Pişin
Pişin (İran) — İranın Sistan və Bəlucistan ostanının Sərbaz şəhristanının Pişin bəxşində şəhər və bu bəxşin mərkəzi.
Feşin
Nikolay İvanoviç Feşin (26 noyabr (8 dekabr) 1881, Kazan – 5 oktyabr 1955[…], Santa-Monika, ABŞ) — rus və amerikalı rəssam, qrafika rəssamı, heykəltaraş, oymaçı, impressionizm və modern üslüblarının nümayəndəsi. 1900-cü ildə Feşin Kazan Rəssamlıq Məktəbini bitirdi və İmperator Rəssamlıq Akademiyasına daxil olmaq üçün Sankt-Peterburqa yollandı. 1903-cü ildə Feşin — Akademiyada və tələbələr arasında ən populyar olan İ. E. Repinin emalatxanasına daxil oldu. Repinin yanında təhsilin birinci ilinin sonunda yaratdığı "İbadətdən sonra katakombalardan çıxış" maarifləndirici eskizi Akademiya Şurası tərəfindən yüksək qiymətləndirildi və rəssam birinci mükafatına layiq görüldü. İmperator Rəssamlıq Akademiyasının nəzdində Ali Rəssamlıq Məktəbini İ. E. Repinin emalatxanasında bitirdikdən sonra Kazana qayıtdı və indi onun adını daşıyan Kazan Rəssamlıq Məktəbində dərs deməyə başladı. 1916-cı ildə İmperator Rəssamlıq Akademiyasının akademiki seçildi. 1923-cü ildə ailəsi ilə birlikdə ABŞ-yə mühacirət etdi və 1955-ci ilə qədər orada yaşadı. Nikolay İvanoviç Feşin Akademiyanı xaricə səyahət etməyə imkan verən mükafatla bitirdi (ona rəssam adının verilməsi haqqında qərar 30 oktyabr 1909-cu ildə verildi). 1910-cu ilin yazında Feşin Berlin, Münhen, Verona, Venesiya, Milan, Padua, Florensiya, Roma, Neapol və Vyananı ziyarət edərək həyatında ilk dəfə Rusiyanı tərk etdi. Səyahətini Parisdə başa çatdırdı.
Seşin
Seşin (pol. Cieszyn, polyak: [ˈt͡ɕɛʂɨn] ( dinlə); çex. Těšín [ˈcɛʃiːn] ( dinlə); alm. Teschen‎; lat. Tessin) — Polşada şəhər. Olza çayı sahilindədir. Elektrotexnika, metal emalı, yeyinti, trikotaj sənayesi var. Dəri-qalantereya məmulatı istehsal olunur. Şəhər kommunası statusuna malikdir. Sahəsi 28,61 km2, əhalisi 34,778 nəfərdir (2018).
Heşin (Ermənistan)
Heşin — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 14 km şərqdə, Elpinçayın sağ qolu olan Heşin çayının sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Fikrimizcə, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə adı çəkilən Meşin kəndi ilə Heşin kəndi eyni kəndlərdir. Toponim türk dilində "yaşayış məntəqəsi" mənasında işlənən keş sözünə, türk dilində (daxma, koma, mağara) mənasında işlənən in sözünün birləşməsi əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 1727-ci ilə aid mənbədə Heşin kəndində 3 azərbaycanlı ailəsinin yaşadığı qeyd olunur. Kənddə 1831-ci ildə 62 nəfər, 1873-cü ildə 174 nəfər, 1886-cı ildə 272 nəfər, 1897-ci ildə 229 nəfər, 1904-cü ildə 237 nəfər, 1914-cü ildə 260 nəfər, 1916-cı ildə 311 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar öz yurdlarına dönə bilmişdir.
Heşin (İran)
Heşin (fars. هشين‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (538 ailə).
Mixail Perşin
Mixail Perşin (19 oktyabr 1989-cu ildə anadan olub) — Müdafiəçi kimi çıxış edən Qazaxıstanlı kişi futzalçıdır. Qazaxıstan milli futzal komandasının bir üzvüdür. O, UEFA Futzal Avro 2016-da iştirak etmişdir. 2016-cı ildən Qazaxıstanın Kayrat AFK futzal klubunda çıxış edir.
Nikita Perşin
Nikita Fyodoroviç Perşin (rus. Никита Фёдорович Першин; 13 yanvar 2002-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Çertanovo-2 Moskva klubunda yarımmüdafiəçi kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. Perşin öz peşəkar karyerasında debütünü 18 iyul 2018-ci ildə Çertanovo-2 Moskva klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Murom klubuna qarşı oyunda etmişdir.
Pekin Universiteti
Pekin Universiteti (çin. 北大) — Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. Pekin Universiteti xalq arasında "Beyda" adlandırılır. Pekin Universiteti 1898-ci ilin dekabrında Yüz Gün İslahatları dövründə yaradılıb və ilkin olaraq İmperiya Paytaxt Universiteti adı ilə fəaliyyət göstərib. 1902-ci ildə universitetin hazırda Pekin Pedaqoji Universiteti kimi tanınan pedaqogika fakültəsi açılıb. 1912-ci il Sinxay inqilabından sonra İmperiya Paytaxt Universiteti Pekin Milli Universiteti adlandırılır. 1917-ci il yanvarın 4-də tanınmış alim Tsay Yuanpey bu ali təhsil ocağının rəhbəri təyin edilir. Onun təşəbbüsü ilə Pekin Milli Universiteti 14 departament və 2000-dən artıq tələbəsi ilə ölkənin ən böyük ali təhsil ocağına çevrilir. Alman akademik təhsil modelindən ilhamlanmış Tsay universitetə Hu Şi, Çen Duxui və Lu Sin kimi şəxsləri dəvət edir. 1919-cu ilin mayında Dördüncü May Hərəkatı iştirakçılarının əsas hissəsini Pekin Milli Universitetinin tələbələri təşkil edirlər.
Pekin operası
Pekin operası - XVIII əsrin sonu-XIX əsrin əvvəllərində təşəkkül tapmış Çin operası. Musiqi, vokal hissələr, pantomima, rəqslər və akrobatikanı özündə birləşdirən opera. Çinin paytaxt operası üçün Tszinsi adından da istifadə edilir.(京戲). 2010-cu ildən YUNESKO-nun qeyri-maddi mədəni irsinə daxil edilib. XVIII əsrin sonunda Çin ənənəvi teatrının bütün məxsusi xüsusiyyətlərini qəlib cilasında qəbul edərək təşəkkül mərhələsinə qədəm qoyur və yalnız XIX yüzilin ortasında tam şəkildə işlənib formalaşır. Bir tarixçəyə əsasən 1790-cı ildə imperator Tsyənlun 80 illiyini qeyd edirmiş. Bu münasibətlə saraya Ənhoydan 4 huəydyao opera truppası - Sançin, Sısi, Çuntay, Heçun truppaları - təşrif buyurur. Deyilənə görə aktyorların oyunu-oxusu imperatora o qədər xoş təsir bağışlayır ki, o, bu truppaların sarayda qalıb öz sənətlərini inkişaf etdirməsi üçün əmr verir. Həmin dövrdən ta bugünə qədər Pekin operasının mərkəzi şəhərləri, təbii ki, Pekin və Şanxaydır; harada ki, cacüy, kün-süy və digər opera məktəbləri bir araya gəlib bu-gün bizim tanıdığımız keyfiyyətcə çox mükəmməl Pekin operasını yaradırlar. Çinlilər ona jinqju deyirlər.
Pekin teleqülləsi
Mərkəzi Radio & Teleqüllə mərkəzi və ya Pekin teleqülləsi (çin. 中央广播电视塔) — Pekində yerləşən müşahidə və televiziya qülləsi. Şəhərin ən hündür strukturu, dünyanın dördüncü ən yüksək teleqülləsidir. 238 metr (781 ft) hündürlüyündə müşahidə göyərtəsi var. Telüqüllənin restoran və müşahidə göyərtəsindən şəhərin panoramik mənzərəsi açılır. Dünya Böyük Qüllələr Federasiyasının üzvüdür. Qüllə 1980-ci illərin sonunda Paulus Snoeren tərəfindən planı hazırlanmış və Çin Mərkəzi Televiziyası üçün yayım avadanlığı ilə təchizatı 1992-ci ildə başa çatdırılmışdır. Teleqüllə Pekinin Haidian rayonunda , Gongzhufen metro stansiyası və Yuyuantan Parkı yaxınlığında yerləşir . Qüllənin ən yuxarı hissəsinə 1484 addım məsafə var ki,hər il bu məsafəyə yarış keçirilir. İctimaiyyətə açıq olan 4 mərtəbəsi var.
Pekin ördəyi
Pekin ördəyi (lat. Anas platyrhynchos domestica), (Anseriformes) dəstəsindən bir quş növü.
Pekin şəhəri
Pekin (çin. 北京, pinyin Běijīng) – Çin Xalq Respublikasının paytaxtı. 21 milyondan artıq əhalisi ilə dünyanın ən çox əhalisi olan paytaxt şəhəri və Çinin Şanxaydan sonra ən çox əhalisi olan şəhəridir. Şimali Çində yerləşir və 16 şəhər, şəhərətrafı və kkənd rayonları ilə Dövlət Şurasının birbaşa nəzarəti altında bir bələdiyyə kimi idarə olunur. Pekin cənub-şərqdə qonşu Tyantszin istisna olmaqla, əsasən Hebei ilə əhatə olunub; birlikdə, üç bölmə Jing-Jin-Ji metropolitan ərazisini və Çinin Milli Paytaxt Bölgəsini təşkil edir. Pekin qlobal şəhərdir və mədəniyyət, diplomatiya, siyasət, maliyyə, biznes və iqtisadiyyat, təhsil, tədqiqat, dil, turizm, media, idman, elm-texnologiya və nəqliyyat sahəsində dünyanın aparıcı mərkəzlərindən biridir. "Şimali Paytaxt" anlamı verən Çin dilində 北京 və Pinyin çevirmə sistemində yazılan Běijīng sözü Beycin [beɪ̯˨˩˦t͡ɕiŋ] dinlə kimi tələffüz olunur. Rus dilində yerli dil qaydalarına və çin dilinin səslərin analoqu olmadığına görə Пекин (Pekin) kimi qəbul olunub və eyni şəkildə büyün Sovet xalqlarının dillərinə keçib. Qeyd etmək olar ki, tarixi türkdilli mənbələrdə bu şəhər Xanbalıq kimi adlanıb. Məhz Pekin şəhəri əsasda qalalarla əhatə iki şəhərdən ibarətdir: Daxili Şəhər sərhədləri içində qalan keçmiş İmperiya Şəhərinin bir hissəsi olan "Yasaq Şəhərdə" İmperiya Sarayı yer alır.İç Şəhərin düz şimal-cənub xətti üzərində qurulu olan simmetrik və düzbucaqlı planı, son dərəcə maraqlıdır.
Pelin Əsmər
Pelin Əsmər (1972, İstanbul) — Türkiyəli rejisor, prodüser və ssenarist. Boğaziçi Universitetinin İncəsənət və Ədəbiyyat fakültəsinin, Sosiologiya bölumunun məzunu olub. Pelin Əsmər 1972-ci ildə İstanbulda anadan olub. Atası əslən Türkiyənin Antaka şəhərindəndir. Boğaziçi Universiteinin məzunudur. Boğaziçi Universitetini bitirdikdən sonra Yavus Özkanın "Z1 Film Atölyesi"ndə bir il kino fakültəsində oxuyub. 1995-ci ildən başlayaraq Türkiyədə və xaricdə rejissor köməkçisi olaraq uzun və sənədli filmlər çəkmişdir. Rejissor köməkçisi kimi çəkilişində iştirak etdiyi filmlər arasında "Cumhuriyet " (rejissor: Ziya Öztan), "Gönlümdeki Köşk" (rejissor: Elisabeth Rygard) və "Deliyürek" (rejissor: Osman Sınav) kimi filmlər var, bunlardan əlavə çoxlu sayda kommersiya filmləri çəkib. Pelin xanım həm də "Kadir Has Universiteti"nin Radio, Televiziya və Kino şöbəsində sənədli film haqqında mühazirələr oxuyub. Pelin xanım karyerasına 1998-ci ildə Ziya Öztənin çəkdiyi "Cümhuriyyət" filmində rejissor köməkçisi olaraq başlayıb.
Pepin gölü
Pepin gölü (ing. Lake Pepin) — ABŞ-nin Minnesota və Viskonsin ştatlarında və Missisipi çayının ən geniş yerində yerləşən təbii göl. Gölün yaranması dənizlə əlaqəli olmayıb, Missisipi çayına qovuşan Çippeva çayının gətirdiyi məhsulların Rids Lendinq yaxınlığında yığılması səbəb olmuşdur. Gölün Viskonsinə aid hissəsinin şimalında Baysiti şəhəri, cənubunda Pepin şəhəri yerləşir. Gölün Minnesota tərəfində isə Frontenak Ştat Parkı yerləşmişdir. Gölün sahilində ən böyük şəhər Leyk Sitidir (Minnesota). Gölün üzərində Leyk Sitidə olan Leyk Siti və Hansen Harbor və Pepində olan Dans Pepin adlı 3 yaxt limanı mövcuddur. Yayda bura gələn turistlər yaxt sürürlər. Qışda isə göl tamamilə donmuş vəziyyətdə olur. Göllə bağlı ilk məlumatlar Byuharnoys qəsri ilə bağlıdır.
Pişin (İran)
Pişin — İranın Sistan və Bəlucistan ostanının Sərbaz şəhristanının Pişin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,477 nəfər və 1,832 ailədən ibarət idi.
Pişin rayonu
Pişin rayonu — Bəlucistan əyalətində rayon.1975-ci ilədək Kvetta rayonunun tərkibində olub.Daha sonra status qazanıb.Əhalisi 2005-ci 300,000 nəfər.Əhalinin 90 faizində çoxu Puştundur.
Yaroslav Veşin
Yaroslav Veşin (23 may 1860[…] – 9 may 1915, Sofiya, Bolqarıstan krallığı) - çex rəssamı. XIX əsrin sonları XX əsrin əvvələrində yaşayıb yaratmış Bolqarıstan incəsənətin görkəmli nümayəndələrinədən biri də Yaroslav Veşin olmuşdur.Yaroslav Veşinin yaradıcılığına böyük təsir göstərən amillərdən biri, həmin dövrun başıbəlalı dövləti olan Bolqarıstanın da iştirat etdiyi I Balkan (1912) müharibəsi olmuşdur. Veşin müharibəyə həsr etdiyi əsərində süngü, xəncərlərin təsvir olunduğu tabloda bolqar əsgərlərin qəhrəmanlığını göstərmək istəyirdi. Yaroslav Franti Veşin 23 may 1860-ci ildə anadan olmuş Bolqarıstanda işləmiş Çex rəssamı idi.O, portret janrın ustası kimi, Balkan müharibəsinə həsr etdiyi əsərində döyüş səhnələrini realistcəsinə təsvirini vermişdir. Veşin Çexiyanın Vraniya şəhərində dünyaya göz açmışdır, həmin şəhər indiki Mərkəzi Bohemiya regionun Kladno şəhəridir. O, ilk təhsilinin Praqa İncəsənət Akademiyasından alaraq sonra 1881-ci ildə təhsilini Münhen Rəssamlıq akademiyasında davam etdirmişdir.1883-cü ildə buranı bitirir. Ali təhsil alandan sonra Y.Veşin Münhendə və Slovakiyada işləməyə başlayır.Onun burada işlədiyi dövrdə Solvak kənd həyatı ilə bağlı gözəl rəsım əsərlərini yaradır. Y.Veşin 1897-ci ildə Bolqarıstana gəlir və ömrunun sonona kimi burda çalışmağa başlayır.1904-cü ilə qədər Sofiya Milli incəsənət Akademiyasında professor kimi rəssamlıq üzrə işləyir.Burada gözəl sənət əsərləri yaradır. "Kəndli" (1899), "Radomir" (1897), " Sofiyada" (1899) "At bazarı" (1899) və əsrləri omum bolqarıstanda yaşadığı dövrun məhsullarıdır. 1904-ci ildə Akademiyada Baş rəssam oldu.Ounu yaradıcılığın sonrakı əsərləri "Kömürçü" (1910), "Od doğrayanlar" (1910), "Ovçu və İtlər" (1911) və digərlərini göstərmək olar.
Nikolay Feşin
Nikolay İvanoviç Feşin (26 noyabr (8 dekabr) 1881, Kazan – 5 oktyabr 1955[…], Santa-Monika, ABŞ) — rus və amerikalı rəssam, qrafika rəssamı, heykəltaraş, oymaçı, impressionizm və modern üslüblarının nümayəndəsi. 1900-cü ildə Feşin Kazan Rəssamlıq Məktəbini bitirdi və İmperator Rəssamlıq Akademiyasına daxil olmaq üçün Sankt-Peterburqa yollandı. 1903-cü ildə Feşin — Akademiyada və tələbələr arasında ən populyar olan İ. E. Repinin emalatxanasına daxil oldu. Repinin yanında təhsilin birinci ilinin sonunda yaratdığı "İbadətdən sonra katakombalardan çıxış" maarifləndirici eskizi Akademiya Şurası tərəfindən yüksək qiymətləndirildi və rəssam birinci mükafatına layiq görüldü. İmperator Rəssamlıq Akademiyasının nəzdində Ali Rəssamlıq Məktəbini İ. E. Repinin emalatxanasında bitirdikdən sonra Kazana qayıtdı və indi onun adını daşıyan Kazan Rəssamlıq Məktəbində dərs deməyə başladı. 1916-cı ildə İmperator Rəssamlıq Akademiyasının akademiki seçildi. 1923-cü ildə ailəsi ilə birlikdə ABŞ-yə mühacirət etdi və 1955-ci ilə qədər orada yaşadı. Nikolay İvanoviç Feşin Akademiyanı xaricə səyahət etməyə imkan verən mükafatla bitirdi (ona rəssam adının verilməsi haqqında qərar 30 oktyabr 1909-cu ildə verildi). 1910-cu ilin yazında Feşin Berlin, Münhen, Verona, Venesiya, Milan, Padua, Florensiya, Roma, Neapol və Vyananı ziyarət edərək həyatında ilk dəfə Rusiyanı tərk etdi. Səyahətini Parisdə başa çatdırdı.
Pelin Yılık
Pelin Yılık (1980, Ankara ili) — mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Pelin Yılık 1980-ci ildə Ankarada anadan olub. Qazi Universiteti Beynəlxalq əlaqələr Bölməsindən məzun olub. Atılım Universitetində magistr, Qazi Universiteti Sosial Elmlər İnstitutunda isə PhD dərəcələri alıb. Bir sıra universitetlərdə sağlamlıq idarəçiliyi və sağlamlıq turizmi mövzularında mühazirəçi olub. Səhiyyənin idarə edilməsi sahələrində məqalələri dərc olunub. Özəl Göz Xəstəxanaları Dərnəyinin sədr müavini və TOBB Sağlamlıq Məclisində nümayəndə vəzifələrində çalışıb. Özəl xəstəxanada insan resursları meneceri və rəhbər vəzifələrdə təmsil olunub. Bir sıra özəl xəstəxanaların yaradılmasında yer alıb. 2014-2023-cü illərdə özəl xəstəxanaların rəhbəri olub.
Pekin Milli Stadionu
Pekin Milli Stadionu (çin. 北京國家體育場) — həmçinin "quş yuvası" kimi tanınan 2008 Yay Olimpiya Oyunlarının keçirilməsi üçün yaradılmış, üzgüçülük kompleksinin yanında yerləşən çoxfunksiyalı idman kompleksi. Bu stadionda idman yarışlarının olması ilə yanaşı, 2008-ci il Olimpiya Oyunlarının açılış və bağlanış mərasimləri də keçirilib. Stadionun inşası Herzog & de Meuron bürosunun layihəsinə əsasən 2003-cü ilin dekabrında başlamışdır. Stadionun açılışı 2008-ci ilin martında oldu. Stadion 2022 Qış Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinə də ev sahibliyi edəcək. Stadionun inşaat dəyəri 3,5 milyard yuan səviyyəsində qiymətləndirilir ki, bu da təxminən 325 milyon avro təşkil edir. Stadion olimpiya oyunlarından başqa İtaliyanın 2009, 2011 və 2012-ci il futbol üzrə İtaliya Superkubokunun Oyunlarına ev sahibliyi etmişdir. 2022-ci ildə stadionda 2022 Qış Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinin keçirilməsi planlaşdırılır. 2009-cu ildə stadionda avtomobil yarışının 2009 Çempionlar Yarışı karnavalı keçirildi.
Pekin Texnologiya İnstitutu
Pekin Texnologiya İnstitutu (çin. 北京理工大学) — Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən ali təhsil müəssisəsi. İnstitutun əsası 1940-cı ildə qoyulmuşdur. İnstitutun zəngin kitabxana fondu var.
Pekin hotellərinin siyahısı
Bu siyahıya Çinin Pekin şəhərində yerləşən otellər daxildir. Beijing Hotel China World Hotel, Beijing Diaoyutai State Guesthouse Fairmont Beijing Grand Hyatt Beijing Jingxi Hotel Lusongyuan Hotel Minzu Hotel Morgan Plaza Otellərin siyahısı – Ölkə tərəfindən indeksləşdirilmiş Otellərin siyahısı – Vikipediyada otel siyahı məqalələrinin indeksi Vikianbarda Pekin hotellərinin siyahısı ilə əlaqəli mediafayllar var. Vikianbarda Pekin hotellərinin siyahısı ilə əlaqəli mediafayllar var.
Həsin
Həsin — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Həsin Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Pensər çayının sahilində, Lənkəran ovalığındadır. Tədqiqatçılar bu oykonimi "möhkəmləndirilmış yer" kimi izah edirlər.
Əsin
Kəsin (Vərziqan)
Kəsin (fars. كاسين‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,917 nəfər yaşayır (430 ailə).
Pesan (Urmiya)
Pesan (fars. ‎‎‎‎‎پسان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 402 nəfər yaşayır (76 ailə).
Səsin yüksəkliyi
Səsin yüksəkliyi (ing. pitch, rus. высота звука) — səsin qulağa təsiri ilə müəyyən edilib, subyektiv qiymətləndirilməsi. Qulağa gələn enerji axını nə qədər böyükdürsə, yüksəklik o qədər böyükdür. Səsin yüksəkliyini ölçmək üçün səsin intensivliyi əlverişlidir. Səsin yüksəkliyi desibel (dB) ilə ifadə edilir. Məsələn, yarpaqların xışıltısı 10 dB, pıçıltı 20 dB, küçədəki səs-küy 70 dB, ağrı yaradan hədd 120 dB, ölümcül səviyyə 180 dB olaraq qiymətləndirilir. İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti",2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,111 səh.
Beyin
Beyin - bütün onurğalı və bəzi onurğasızlarda sinir sisteminin mərkəzi vəzifəsini icra edən orqandır. Bir çox heyvanda beyin kəllə sümüyünün içində, ilkin duyğu orqanlarının və ağızın yaxınında yerləşir. Kompüter və digər cihazlardan fərqli olaraq insan beyninin yaddaşı sonsuzdur və heç vaxt dola bilməz. İnsan hər dəfə müəyyən bir şeyi yaddaşına qeyd etdikdə, beyin yeni hüceyrələr və sinir bağlantıları yaratmağa başlayır. Doğru qidalanmaq beyini inkişaf etdirir. Dəniz məhsullarından olan yeməklər beyin üçün ən faydalı yeməkdir və bu, yaddaşı 15% artırır. Eyni zamanda, müntəzəm edilən idman beyinin diqqətini və xoşbəxtlik duyğusunu artırmağa kömək edir. Onu da qeyd etmək lazımdır ki, uşaqların beyinləri məişət zorakılığına görə ciddi şəkildə zədələnir və bu, müharibə zamanı əsgərlərə dəyən eyni zərərə bərabərdir. Yüksək səslə kitab oxumaq və uşaqla daimi şəkildə danışmaq uşağın beyninin inkişafına yardım edir. İnsan beyni 40 yaşın sonuna qədər inkişaf edərək irəliləyir və ən yaxşı anlarına çatır.
Beçin
Beçin — Türkiyənin Muğla vilayətinin cənubunda, Milas şəhərində məhəllə. 2012-ci ildə YUNESKO-nun Ümumdünya İrs Müvəqqəti Siyahısına daxil edilmişdir. Beçin Roma, Məntəşəoğulları və Osmanlılar da daxil olmaqla, tarixi boyu bir çox fərqli sivilizasiyaya ev sahibliyi etmişdir. Beçin XIII əsrin axırlarında türkmənlərin qurduğu Məntəşəoğulları bəyliyi tərəfindən tutulmuşdur. Şəhər bəyliyin paytaxtı olmuş və sürətlə genişlənmişdir. 1333-cü ildə İbn Bətutə Beçini ziyarət etmiş, onu yeni qurulmuş bir şəhər kimi təsvir etmiş, evlərini və məscidlərini xatırlatmışdır. Orada qalan abidələrin əksəriyyəti XIV əsrə aiddir. Qəsəbə 1980-ci illərə qədər mövcud olmuşdur.
Beşik
Beşik — körpə uşaqlar üçün nəzərdə tutlmuş kiçik yataq - kiçik çarpayı və ya zənbil. Bəzən "Beşik" sözünü məcazi məna da da işlədirlər. Məsələn, "Azərbaycan muğam sənətinin beşiyidir" və ya "Qarabağ Azərbaycan musiqisinin beşiyidir".