Pekin
Pekin (çin. 北京, pinyin Běijīng) – Çin Xalq Respublikasının paytaxtı. 21 milyondan artıq əhalisi ilə dünyanın ən çox əhalisi olan paytaxt şəhəri və Çinin Şanxaydan sonra ən çox əhalisi olan şəhəridir. Şimali Çində yerləşir və 16 şəhər, şəhərətrafı və kkənd rayonları ilə Dövlət Şurasının birbaşa nəzarəti altında bir bələdiyyə kimi idarə olunur. Pekin cənub-şərqdə qonşu Tyantszin istisna olmaqla, əsasən Hebei ilə əhatə olunub; birlikdə, üç bölmə Jing-Jin-Ji metropolitan ərazisini və Çinin Milli Paytaxt Bölgəsini təşkil edir.
Pekin qlobal şəhərdir və mədəniyyət, diplomatiya, siyasət, maliyyə, biznes və iqtisadiyyat, təhsil, tədqiqat, dil, turizm, media, idman, elm-texnologiya və nəqliyyat sahəsində dünyanın aparıcı mərkəzlərindən biridir.
"Şimali Paytaxt" anlamı verən Çin dilində 北京 və Pinyin çevirmə sistemində yazılan Běijīng sözü Beycin [beɪ̯˨˩˦t͡ɕiŋ] dinlə kimi tələffüz olunur. Rus dilində yerli dil qaydalarına və çin dilinin səslərin analoqu olmadığına görə Пекин (Pekin) kimi qəbul olunub və eyni şəkildə büyün Sovet xalqlarının dillərinə keçib. Qeyd etmək olar ki, tarixi türkdilli mənbələrdə bu şəhər Xanbalıq kimi adlanıb.
Məhz Pekin şəhəri əsasda qalalarla əhatə iki şəhərdən ibarətdir: Daxili Şəhər sərhədləri içində qalan keçmiş İmperiya Şəhərinin bir hissəsi olan "Yasaq Şəhərdə" İmperiya Sarayı yer alır.İç Şəhərin düz şimal-cənub xətti üzərində qurulu olan simmetrik və düzbucaqlı planı, son dərəcə maraqlıdır.