TUMTURŞ
TUMURCUQLANMA
OBASTAN VİKİ
Müşfiq Tumurcuq
Müşviq Faiq oğlu Şahverdiyev (1983, Lənkəran) — azərbaycanlı komediya aktyoru, teleaparıcı, ssenarist və rejissor. Şahverdiyev Müşviq Faiq oğlu 1983-cü ildə Lənkəranda anadan olmuşdur. "Maşın" realiti-şousunun 11-ci "Revanş" sürətinin qalibi kimi bahalı avtomobil qazanmışdır. "My name is İntiqam" milli komediya filminin layihə rəhbəri və baş rolun ifaçısıdır. Xatırladaq ki, komediya filmi 2014-cü ilin 28 Noyabrından kinoteatrlarda nümayiş olunub. Azərbaycan müstəqil olduqdan sonra yerli filmlər arasında kinoteatrlarda ən çox tamaşaçı toplamış film kimi tarixə düşmüş və rekordu təzələmişdir. Yanmış körpülər (film, 2007) Niyə? (film, 2007) Niyə?
Tumurcuq Teatrı
Tumurcuq Teatrı — 2018-ci il iyun ayından İsveçin Stokholm şəhərində fəaliyyət göstərən Avropada ilk Azərbaycan Dram Teatrı. Teatr 2018-ci il dekabr ayında İsveç Krallığının Stokholm şəhərinin Vergilər İdarəsindən rəsmi qeydiyyatdan keçmişdir. İlk dəfə peşəkar İsveç səhnəsinə Türk teatrının uşaq oyunçusu 12 yaşlı azərbaycanlı Məhəmməd Əli Nəzərli "Bir qazinin anıları" adlı tamaşayla çıxmışdır. Məhəmməd Əli Nəzərlinin rolundan sonra Azərbaycan Dram Teatrının yaranması ideyası yaranmışdır. Teatrın bədii rəhbəri və rejissoru İsveçdə yaşayan diaspor fəalı Sevinc Nəzərlidir. Tumurcuq Teatrı Stokholm Türk Teatrının rejissoru Burcu Ada Soysopun təşəbbüsü ilə yaradılıb və "Kardeş teatro" adı altında bərabər iş birliyinə başlayıb. 2019-cu il 15 aprel ayından etibarən İsveç xalq teatrı "Riksteater" ilə bərabər çalışma anlaşması vardır və o teatrın rəsmi bir hissəsidir. Şəhərin mərkəzində "Teaterverket" adlı teatrda yer ayrılıb və məşqlər həmin teatrda aparılır. Teatrın premyerası 2 iyun 2019-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin 101 illik yubileyi ilə əlaqədar "101 uşağın nəvələri" adlı tamaşayla olmuşdur. Tamaşaların rejissoru və ssenari müəllifi Sevinj Nəzərlidir.
Tumurcuq fırfırası
Tumurcuq fırfırası (lat. Spilonota ocellana F.) — Buğumayaqlılar tipinin Kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ. Kəpənəyin qanadları açılmış halda 14–18 mm-dir. Ön qanadları ağ-sarımtıl olmaqla kənarlarına yaxın parlaq gözcük yerləşir. Tırtılı boz-qəhvəyi rəngdə olub, 9–12 mm-dir. Pupu açıq qəhvəyidir, uzunluğu 7–10 mm-dir. Zərərverici orta yaşlı tırtıl mərhələsində ağac gövdəsinin qabığı altında ağ baramacıq içərisində qışlayır. Yazda aprel ayının axırlarında havanın orta temperaturu 10–12oC olduqda qışlama yerlərindən çıxan tırtıllar əvvəlcə tumurcuqlarla, sonra isə təzəcə açılmış yarpaqların damarsız hissəsi ilə qidalanırlar. Tırtılların qidalanması 15–20 gün çəkir. May ayının axırlarında, ağacların çiçəklənməsi dövründə, tırtıllar budaqların qabığı altında, bəzən də bir neçə yarpağın saplaqlarının birləşdiyi yerdə, möhkəm hörülmüş ağ barama içərisində puplaşırlar.
Tumurcuq çəhrayı ağcaqanadı
Tumurcuq çəhrayı ağcaqanadı (lat. Dasyneura ignorata) — Buğumayaqlılar tipinin İkiqanadlılar dəstəsinin Fır əmələ gətirən ağcaqanadlar fəsiləsinə aid olan növ. Yetkin dişi fərdləri qonur-qara kürəkciyə və nəhayətindən nazilən yoğun çəhrayı rəngli qarıncığa malikdir. Gözləri başın əsas hissəsini tutur. Bığcığı təsbehvarı olub, 14 buğumludur. Qanadları şəffafdır və seyrək qara tükcüklərlə örtülmüşdür. Uzunluğu 1,5–2 mm-dir. Yumurtası siqar formasındadır, şəffaf və parlaqdır, çəhrayıdır. Uzunluğu 0,3 mm, eni isə 0,88 mm-dir. Axırıncı yaşda olan sürfələr moruq, yaxud çəhrayı rəngində olur.

Значение слова в других словарях