Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Blossom
Blossom burnu
Wedding Peach
Wedding Peach (yap. 愛天使伝説ウェディングピーチ, azərb. Sevgi Mələyinin Əfsanəsi: Toy Şaftalısı‎) — Kunihiko Yuyama tərəfindən yaradılmış yapon anime serialı.
Bleyk Blossom
Bleyk Blossom (ing. Blake Blossom; 14 fevral 2000[…], Kaliforniya) — amerikalı pornoaktrisa. == Karyerası == Blossom 20 yaşından sonra porno sektoru ilə maraqlanmağa başladı. Bleyk ilk öncə 2020-ci ilin yazında dostunun vasitəsi ilə Hussie Models rezervasiya agentliyindən Ryan ilə əlaqəyə keçdi. Porno aktrisası olaraq ilk filmi 17 aprel 2020-ci ildə yayımlanan Exploited Collage Girls adlı səhnə idi. Bang Bross, Brazzers, Naughty America, SeeHimFuck, TeamSkeet, Vixen Media Group (Deeper, Blacked, Tushy) kimi şirkətlərdə masturbasiya, ənənəvi və lezbiyən seks səhnələrində çəkildi. 2020 dekabr ayında Penthouse jurnalı tərəfindən "Ayın Ulduzu" adlandırıldı. 2021 oktyabr ayında NightMoves jurnalının editorları tərəfindən "Ən Yaxşı Yeni Starlet" adı altında NightMoves Mükafatı qazandı. IAFD veb saytına görə Bleyk, 2021-ci il oktyabr ayına qədər 100-dən çox film və səhnədə rol almışdır.
Blossom burnu
Blossom burnu (Vrangel)
Plum Blossom
Plum Blossom (kiçik hərflərlə) — ABŞ müğənnisi mxmtoon-un debüt mini-albomu. 7 dekabr 2018-ci ildə AWAL tərəfindən buraxılıb.
Blossom burnu (Alyaska)
Blossom burnu (ing. Cape Blossom) — Alyaskanın Bolduin yarımadası ərazisində yerləşən buru. Burun Kosebu körfəzinin daxilinə doğru uzanır. Kosebu şəhərindən 18 km cənubda yerləşir. Burun 1826-cı ildə Kral dəniz donanmasının kapitanı Frederik Vilyam Biçi tərəfindən onun HMS «Blossom» gəmisi şərəfinə adlandırılmışdır. Alyaskada yerləşən Blossom burnunu Vrangel adasında yerləşən Blossom burnu ilə səhv salmaq lazım deyil.
Blossom burnu (Vrangel)
Blossom burnu — Çukot Muxtar Dairəsinə daxil olan Vrangel adasısın cənub-qərbində yerləşir, Fom burnundan 20 km cənubda yerləşir. Şərqi Sibir dənizi və Çukot dənizi arasında yerləşir. Burun dənizin içərilərinə doğu irəliləmişdir. Maksimal hündürlüyü 2 metr təşkil edir. == Tarixi məlumat == 1881-ci ildə leytenant Berri tərəfindən "Blossom" gəmisinin şərəfinə adlandırmışdır. Gəmi 1828 ildə Frederik Uilyam Biçinin ekspedisiyasının gəmisi olmuşdur.. 1911-ci ildə İvan Semyonvun ekspedisiyası zamanı əraxidə olmuşdur.. 1941–1973 ildə Blossom gəmisində Qütb stansiyası fəaliyyət göstərirdi. Hazırda burada stasionar stansiya fəaliyyət göstərir..
Leach
Vilyam Elford Liç (ing. William Elford Leach 2 fevral 1790, Plimut, Devon qraflığı – 25 avqust 1836 və ya 26 avqust 1836) — İngiltərə zooloqu və dəniz bioloqu. == Çap olunmuş işləri == Zoological Miscellany (1814–1817) Monograph on the British Crabs, Lobsters, Prawns and other Crustacea with pendunculated eyes (1815–1817) Systematic catalogue of the specimens of the indigenous Mammalia and birds in the British Museum (1816) (1882-ci il nəşri) Synopsis of the Mollusca of Great Britain (circulated 1820, but not published until 1852).
Boom Beach
Boom Beach — "Supercell" şirkəti tərəfindən iOS və Android platformaları üçün yaradılmış real zamanlı strategiya oyunu. İlk olaraq 11 noyabr 2013-cü ildə Kanadada, ardınca 26 mart 2014-cü ildə dünya miqyasında buraxılmışdır. == Qərargah == Qərargah oyunun ən vacib binasıdır. Bir ada bazasının qərargahı dağıdıldığı anda o baza məhv edilir. Qərargah yüksəldikcə; O, yeni bölmələr, yeni qayıq xüsusiyyətləri və yeni binalar tikmək imkanı kimi bir çox xüsusiyyətləri təmin edir. 18 avqust 2020-ci ildə gələn yeniləmə ilə artırıla bilən maksimum səviyyə 23-dən 24-ə yüksəldi. == Haqqında == Boom Beach, digər düşmən adalarına hücum etmək üçün qoşun toplamaq və gücləndirmək, digər oyunçuların hücumlarına müqavimət göstərmək üçün müdafiə binalarını tikmək və təkmilləşdirməyə əsaslanan bir oyundur. Bu cəhətlərinə görə oyun digər Supercell oyunu olan Clash of Clans-a bənzəyir. Bununla belə, Boom Beach hekayəsi nəhəng bir arxipelaqda baş verir. == Müdafiə binaları == Snayper Qülləsi: Oyunda inşa edilən ilk müdafiə binasıdır.
Plastic Beach
Plastic Beach — Böyük Britaniya virtual musiqi qrupu Gorillaz-ın üçüncü studiya albomu. 3 mart 2010-cu ildə Parlophone və Virgin Records tərəfindən buraxılıb.
Satellite Beach, Florida
Satellit Biç, ABŞ-nin Florida ştatındakı Brevard dairəsində yerləşən bir şəhərdir. Şəhərin əhalisi 26 noyabr 2009-cu il tarixində 10.109 nəfər olmuşdur. == Demoqrafiya == === 2010-cu il siyahıyaalması === 15 Mart 2010-cu il tarixində aparılmış siyahıya alınmaya görə, şəhərdə 11.487 nəfər, 5.176 ev və 3.207 ailə var. Şəhərin əhali bölgüsünə görə əhalinin 79.0% Ağ, 11.3% Afroamerikalı, 0.3 Yerli Amerikalı, 5.2% Asiya mənşəli, 0.1% Sakit okean adaları mənşəli, 1.1% digər qruplardan ibarət olduğu müəyyən edilmişdir.
The Beach Boys
The Beach Boys (az: Çimərlik oğlanları) — 1961-ci ildə yaradılan ABŞ mənşəli rok qrupu. Dünyanın ən yaxşı vokal qruplarından biridir. Bu qrup üç qardaş və məktəb dostlarının yaratdığı Pendletones adı ilə musiqiyə başlamışdır. 1961-ci ildə oxuduqları Surfin adlı mahnı 1959-cu ildə bir təyyarə qəzasında dünyasını dəyişən Badı Holinin xatirəsinə ilk dəfə səhnəyə çıxmışdır. 1966-cı ilə qədər 11 albom çıxardan qrup, 1966-cı ildə bütün dünyada gəlib-keçmiş ən yaxşı albom olaraq qəbuk olunan Pet Sounds albomunu çıxardaraq The Beatlesın hegemonluğuna son qoymuşlar.
Virginia Beach, Virciniya
Virciniya Biç, Verciniya-Biç, Virqiniya-Biç (ing. Virginia Beach [və(r)ˈdʒɪniə ˈbiːtʃ]) — ABŞ-nin Virciniya ştatında yerləşən bir şəhərdir. Virginia Beach City heç bir dairədən asılı olmayan müstəqil bir şəhərdir. South Hampton Roads (Cənubi Hampton Yolları) bölgəsində, Chesapeake körfəzinin Atlantik Okeanı ilə qovuşduğu yerdə yerləşir. Onun şəhər daxilində əhalisi (2010-cu il Əhali siyahıyaalmasına görə) 437994 nəfərdir. Əhalisi ilə ABŞ-nin 39-cu ən böyük şəhəridir. 1.288.1 km² ərazidə inşa edilmişdir. Lakin bu şəhərlə əlaqəli şəhərləşmiş şəhərətrafı zonaları ilə metropoliya Virciniya Siti əhalisi (2010 siyahıyaalma məlumatlarına görə) 1,672.319 nəfərdir. Əksəriyyəti şəhərətrafı olsa da, Virjiniyada ən sıx şəhərdir və millətin ən sıx yaşadığı 44-cü şəhəridir. Hampton Roads metropol ərazisinə daxildir.
Bilgah Beach Hotel
"Bilgah Beach Hotel" — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhəri, Bilgəh qəsəbəsində beşulduzlu otel. "Absheron Hotel Group"a məxsusdur. "Bilgah Beach Hotel" kompleksi dünyanın 12 ölkəsində beşulduzlu otellərin sahibi olan "Jumeirah Group"un MDB məkanında ilk hoteli idi. Dörd ilə tikilən hotelin inşasında 5 min nəfərədək qədər işçi çalışmışdır. Kompleksin 14 mərtəbəsində 175-i deluks, 37-si isə suit olmaqla 212 nömrə yaradılmışdır. Eyni vaxtda 475 nəfərə xidmət etmək iqtidarında olan kompleksdə ümumi ərazisi 5 min 150 kvadratmetr olan Aqua-Park da yaradılmışdır. Burada, həmçinin tennis kortu, mini futbol, voleybol və basketbol meydançaları vardır. Kompleksin ərazisində mətbəxi, zalı, 3 yataq otağı və eyvanı olan ikimərtəbəli 14 kottec tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri 28 dekabr 2011-ci il tarixində "Jumeirah Bilgah Beach Hotel" kompleksinin açılışında iştirak ediblər.
Cocoa Beach, Florida
Kokoa Biç ABŞ-nin Florida ştatında yerləşən Brevard dairəsində yerləşən şəhərdir. Əhalisi 2010-cu il siyahıyaalma nəticələrinə görə 11.231 nəfər təşkil edir.
Building Our Peace
Building Our Peace – Azərbaycan müğənnisi Tünzalə Ağayevanın dördüncü studiya albomu.
Dalğa Beach-Aqua Park
"Dalğa Beach-Aqua Park" — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən ailəvi istirahət mərkəzi. Ərazisinə görə bu, Azərbaycanda ən böyük Aqua Parkdır. “Dalğa Beach-Aqua Park” xidmətin müxtəlifliyi və quruluşunun cazibədarlığı ilə fərqlənir. “Dalğa Beach-Aqua Park”ın ümumi sahəsi 68 min kvadratmetrdir. Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzi nəfis tərtibatda, orijinal üslubda inşa olunub. İstirahət kompleksində ümumi sahəsi 12 min kvadratmetr olan 7 hovuz yaradılıb. Bu hovuzlarda qonaqlar süni dalğalar vasitəsilə sörfinqlə məşğul ola bilərlər. Hovuzlarda 7 su attraksionu quraşdırılıb. Burada balacaların mənalı istirahəti üçün 700 kvadratmetr sahəsi olan hovuz və digər əyləncə qurğuları yaradılıb. İstirahət edənlərə xidmətin ən müasir səviyyədə təşkili üçün kompleksdə çoxlu sayda restoran və xidmət obyektləri inşa edilib.
Indian Harbour Beach, Florida
İndian Harbor Biç, ABŞ-nin Florida ştatındakı Brevard qraflığında bir şəhərdir. 26 noyabr 2009-cu il tarixinə şəhərin əhalisi ümumilikdə 8.225 nəfərdir. == Demoqrafiya == === 2010-cu il siyahıyaalması === 15 Mart 2010-cu il tarixində aparılmış siyahıya almaya görə, şəhər əhalisinin 65.496 nəfər, 26.845 ev və 17.835 ailə olduğu müəyyən edilmişdir. Şəhərdəki əhali bölgüsünün 64.0% Ağ, 33.0% Afro-Amerikalı, 0.1% yerli Amerikalı, 1.2% Asiya mənşəli və 0.6% digər xalqlardan ibarət olduğu müəyyən edilmişdir. === 2000 siyahıyaalması === 1 aprel 2000-ci il tarixində aparılmış siyahıya almaya əsasən, şəhərin əhalisinin 57.537 nəfərdən, 23.685 evdən və 17.708 ailədən ibarət olduğu müəyyən edilmişdir. Şəhərdəki əhali bölgüsünün 64.0% Ağ, 33.0% Afro-Amerikalı, 0.1% hindu, 1.2% Asiya mənşəli və 0.6% digər xalqlardan ibarət olduğu müəyyən edilmişdir.
Jumeirah Bilgah Beach Hotel
"Bilgah Beach Hotel" — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhəri, Bilgəh qəsəbəsində beşulduzlu otel. "Absheron Hotel Group"a məxsusdur. "Bilgah Beach Hotel" kompleksi dünyanın 12 ölkəsində beşulduzlu otellərin sahibi olan "Jumeirah Group"un MDB məkanında ilk hoteli idi. Dörd ilə tikilən hotelin inşasında 5 min nəfərədək qədər işçi çalışmışdır. Kompleksin 14 mərtəbəsində 175-i deluks, 37-si isə suit olmaqla 212 nömrə yaradılmışdır. Eyni vaxtda 475 nəfərə xidmət etmək iqtidarında olan kompleksdə ümumi ərazisi 5 min 150 kvadratmetr olan Aqua-Park da yaradılmışdır. Burada, həmçinin tennis kortu, mini futbol, voleybol və basketbol meydançaları vardır. Kompleksin ərazisində mətbəxi, zalı, 3 yataq otağı və eyvanı olan ikimərtəbəli 14 kottec tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri 28 dekabr 2011-ci il tarixində "Jumeirah Bilgah Beach Hotel" kompleksinin açılışında iştirak ediblər.
Long Beach Polytechnic High School
Long Beach Polytechnic High School — Kaliforniya ştatının Lonq-Biç şəhərində, 1600 Atlantic Avenue ünvanında yerləşən dörd illik orta təhsil verən dövlət məktəbi. 1895-ci ildə “Long Beach High School” adı ilə təsis edilmişdir. Məktəb Biksbi-Knolls da daxil olmaqla Lonq-Biçin ətraf bölgələrinə, o cümlədən, Siqnal-Hill və Leykvud şəhərlərinin bəzi hissələrinə xidmət edir. Poly olaraq da tanınan bu məktəb “Long Beach Unified School District”-in əsas orta məktəbidir. Məktəbdə 4000-ə yaxın şagird təhsil alır.
Give Me Peace On Earth (Modern Talking)
Give Me Peace On Earth (azərb. Mənə sülh dünyası verin‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Five Finger Death Punch
Five Finger Death Punch — ABŞ metal qrupu. Qrup 2005-ci ildə Zoltan Bathori və Jeremi Spenser tərəfindən quruldu. 2006-cı ildə isə basçı Matt Snell və vokalist İvan Moody qrupa qatıldı. Qrupun qısa adı (FFDP vəya 5FDP) deyə adlandırılır. Qrupun ilk debüt "The Way of the Fist" adlı albomları 2007-ci ildə bıraxıldı. FFDP daha sonra Korn,Chimaira, All That Remains və Disturbed qrupları ilə birgə konsertlərə qatıldı.
Death
Death — 1983-cü ildə 16 yaşındakı gitarist/vokalist Chuck Schuldiner, gitarist Rick Rozz və vurma alətlərdə Barney `Kam` Lee olmaqla Florida, Amerikada qurulan death metal qrupu. Qrupun ilk adı Mantas idi, amma daha sonra dəyişdirərək Death qərarını aldılar. Qrup Venom və Slayer'dan təsirlənmişdi amma fərqli bir şey etmək niyyətində idilər və Chuck`ın sərt vokalını istifadə etməyə qərar verdilər. 1987-ci ildə çıxardıqları «Scream Bloody Gore» albomu ilə bütün metal musiqi bazarını yerindən oynatdılar. Bu qədər sərt, iti ritmləri və vokalı olan bir musiqiyə insanlar vərdiş etməmişdilər, amma sonra bir çox vokalist Chuck'ın stilini təqlid edib death metal musiqisi hazırlamağa qərar verdilər. 1989-cu ildə əfsanəvi «Leprosy» albomunu çıxardıqları zaman artıq bütün dünya tərəfindən tanınmışdılar. İlk dəfə Amerika xaricinə çıxıb Avropa turnesinə çıxdılar. Albom böyük qalmaqal yaratmışdı. Bütün musiqi bazarı bu yeni musiqi stilini və yaradıcılarını heyranlıqla izləyirdi. 1990-ci il tarixli «Spiritual Healing» və 1991-ci il tarixli «Human» albomları ilə yerlərini yaxşıca sağlamlaşdırmışdılar.
Pesah
Pesah (ivr. ‏פֶּסַח‏‎) — Misirdən çıxışın xatirəsinə həsr olunmuş əsas yəhudi bayramı. Bu, nisan ayının bahar ayının on dördüncü günündə başlayır və İsraildə 7, İsraildən kənarda isə 8 gün qeyd olunur. Karaitlər, Samariyalılar və qismən də Məsihçi yəhudilər tərəfindən də hörmətlə qarşılanır. Tövrat bu bayram zamanı yəhudilərə çörək və mayalı taxıl olan hər hansı digər yeməkləri (İbranicə חָמֵץ hametz — "mayalı") yeməyi qadağan edir. Həmçinin, Tövrat (Pentateuch) bu günlərdə matzo (mayasız çörək) yeməyi əmr edir. Pesah, Sukkot və Şavuot ilə birlikdə üç "həcc bayramı"ndan biridir ("Şloşet ha-reqalim"). Bu bayramlarda Qüds məbədinin mövcud olduğu dövrdə yəhudilər Yerusəlimə qalxdılar. İsraildə Pesah bayramı 7 günlük tətildir, ilk və son günləri tam hüquqlu bayramlar və qeyri-iş günləridir. Aralıq günlərə chol ha-moed (həftəiçi tətillər) deyilir.
Phaca
Gəvən (lat. Astragalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
React
React (bəzən ReactJS və ya React.js) — istifadəçi interfeyslərinin qurulması üçün açıq mənbəli JavaScript kitabxanasıdır. Bu, "Facebook" və fərdi inkişaf etdiricilər və şirkətlər birliyi tərəfindən təmin edilir. Reaksiya tək səhifəli və ya mobil tətbiqetmələrin inkişafında baza kimi istifadə edilə bilər. Bununla yanaşı, "React" yalnız DOM-a məlumatların verilməsi ilə əlaqədardır və buna görə də "React" tətbiqetmələrini yaratmaq ümumiyyətlə dövlət idarəetmə və yönləndirmə üçün əlavə kitabxanaların istifadəsini tələb edir. "Redux" və "React Router" bu cür kitabxanaların müvafiq nümunələridir.
Perca
Xanı (lat. Perca) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Peeco
Peeco (ピーコ, Piko, 18 yanvar 1945, Hodoqaya[d] – 3 sentyabr 2024, Kanaqava prefekturası) və ya doğum adı ilə Katsuaki Suqiura (杉浦 克昭) – Yaponiya televiziya xadimi və tənqidçisi. Əkiz qardaşı ilə "Osugi və Peeco" televiziya duetinin üzvü olmuşdur. == Həyatı == 1945-ci ildə Katsuaki Suqiura adı ilə Yokohama şəhərində doğulmuşdur. Bunka Moda Kollecindən məzun olduqdan sonra modelyer və tənqidçi kimi işləmişdir. 1975-ci ildə film tənqidçisi olan əkiz qardaşı Osugi ilə birlikdə əyləncə sektorunda debüt etmişdir. Onlar "Ohayo! Nice Day" (Fuji TV), "Sanji ni Aimasho" (TBS) və "Waratte Iitomo!" (Fuji TV) verilişlərində çıxış etmişdirlər. Peeco gey olduğunu açıqlamış, qadınsayağı nitqinə və açıq sözlülüyünə görə populyarlıq qazanmışdır. Dəb biliklərindən istifadə edərək küçədən keçən insanların geyimini tənqid edən veriliş seqmentinin aparıcısı olmuşdur. 40 yaşlarında Peeco-ya bədxassəli melanoma diaqnozu qoyulmuşdur.
Bleach
Bleach — ingilis dilindən tərcümədə Javel suyu deməkdir. O, aşağıdakı mənalara da gələ bilər: Bleach — Tayto Kubo tərəfindən yaradılan manqa seriyası. Bleach — Nirvana qrupunun debüt albomu.
Bloom (pəri)
Bloom -Cizgi qəhrəmanı. Yaşı-Winx club-a qatılanda 16 yaşı var. Fəsil 1-də 16,fəsil 2-də 17,fəsil 3-də 18 və fəsil 4-də 19 yaşı,5-də 20,6-da 21,7-də 22 yaşı var Gücü-Magix-nın ən güclü sehrinə Əjdər oduna malik olan qızdır.Od gücündən istifadə dir. Sonradan od qoruyucu pərisi olur. Ölkəsi-Dünyadan Alfea-ya gəldiyi bilinsədə əslində öksəsi Dominodur(Sparks). Sevgilisi-Sky. Pixie-si (mini pərisi)-Lockette-dir. Otağını yığışdırmağa nifrət edir. Blum problemləri, məktəb ilə bağlı öhdəlikləri,dostları və xəyalları ilə dünyadakı hər hansı bir gənc qızdan fəqsizdir. Hər gün səssiz, sakit keçməkdə olan yaşantısını sevməkdə,digər tərəfdən cadulu yerlərdən və sehirli varlıqlardan ibarət bambaşqa bir dünyanın varlığını xəyal etməkdədir.
Pənceh
Pənceh – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Pənceh kəndi «„Xili-Pənceh kənd sovetliyinə“» daxildir. == Əhali == Milli tərkibi: Azərbaycanlılar. Mono etnik kənddir. Dini baxımdan islam dininin şiə məzhəbində etiqad edirlər. 2010-cu ildə əhalisi 314 nəfər təşkil etmişdir.
Səcah
Səcah binti əl-Haris (ərəb. سجاح بنت الحارث‎) — İslama görə, o, 7-ci əsrdə İslamı qəbul edən bəzi ərəbləri yeni dindən uzaqlaşmağa təşviq edən yalançı peyğəmbər idi. == Bioqrafiyası == Səcah Taqlibitlər arasında böyüyür və buna görə də xristianlığa yaxşı bələd idi. Məhəmməd peyğəmbərin dövründə Səcah “buludların ağası” adlandırdığı Tanrı adından trans halında danışdığını iddia edirdi. O, xüsusi bir yüksəklikdən (minbər) “vəhylər” söyləyirdi. Üstəlik bir müəzzini vardı ki, oda: “Şəhadət verirəm ki, Səcah Allahın peyğəmbəridir” deyə bağırırdı. Onun “açıqlamaları” qafiyəli nəsr şəklini alırdı. Səcah bir qrup tərəfdarı ilə birlikdə İraqdan doğma Bənu Təmim qəbiləsinin ərazisinə köçür. 633-cü ildə ordusunun başında Səcah o vaxt başqa bir yalançı peyğəmbər Müseylimənin fəaliyyət göstərdiyi Yəmamaya hücum edir. Yəmamaya getdikdən sonra Səcah İraqa qayıdır və orada daha sonra tövbə edərək İslamı qəbul edir.