Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Viktor Pelevin
Viktor Oleqoviç Pelevin (rus. Ви́ктор Оле́гович Пеле́вин, 22 noyabr 1962) — Rusiya yazıçısı. Viktor Oleqoviç Pelevin 1962-ci il, 22 noyabrda Moskvada anadan olub. 31 nömrəli xüsusi ingilis məktəbini bitirmiş, 1985-ci ildə Moskva Energetika Universitetini bitirmişdir. İxtisasca mühəndis-elektromexanikdir. Br neçə il “Elm və Din” jurnalının əməkdaşı olan yazıçı şərq mistikası ilə əlaqədar müxtəlif məqalələr yazmışdır. Bir çox pyesləri Moskva teatrlarında uğurla səhnələşdirilmişdir. İlk yaradıcıllıq məhsulu “Cadugər İqnat və insanlar” olmuşdur (Колдун Игнат и люди). OpenSpace.ru saytının 2009-cu ildə apardığı sorğuda, Viktor Pelevin Rusiyanın görkəmli intelektuallarından seçilmişdir.
Pelenin milli komandada vurduğu qolların siyahısı
Pele bütün zamanların qəbul edilən ən yaxşı oyunçularından biridir. O, 114 matçda Braziliya milli futbol komandasının şərəfini qorumuşdur ki, bunlardan 92 görüş tam bir beynəlxalq matçı idi və millinin tərkibində 95 qola imza atmışdır. O, həmçinin Braziliya milli komandasının bombardiridir. Hesablar və nəticələr ilk olaraq Braziliya olaraq göstərilib.
Hektor Bellerin
Hektor Bellerin "Arsenal" klubunun və İspaniya milli futbol komandasının Müdafiəçisi .
Hippotion celerio
İri tənək hafı (lat. Hippotion celerio ) — pulcuqluqanadlılar dəstəsinin haflar fəsiləsinə aid növ. Nəsli kəsilməkdə olan növdür. Qanadları açıq halda 75 mm-dir. Ön qanadlar qəhvəyimtil-qonur olub, zirvədən əsasa doğru çəpinə xətt keçir, orta hücrənin zirvəsində ağ halqa ilə haşiyələnmiş qara nöqtə vardır. Arxa qanadlar çəhrayı rəngdədir, xarici kənarı tünd haşiyələnmişdir, əsasında da tünd rəngli xətt vardır. Qanadların damarları qaraya çalır. Cənubi Avropa, Kiçik Asiya, Şimali Afrika, Malay Arxipelaqı, Avstraliya, Kanar adaları, Orta Asiya, Cənubi Qafqaz, Azərbaycanda — Talış (Zuvand). Evritop növdür. Kəpənək iyunda uçur, yeganə fərdə yalnız Zuvandda rast gəlinmişdir.
Jak Pelleqrin
Jak Pelleqrin (fr. Jacques Pellegrin; 17 iyun 1944, Eks-an-Provans[d] – 7 aprel 2021, Eks-an-Provans[d]) — müasir fransız rəssamı.
Mererin gündəliyi
Mererin gündəliyi — Böyük Xeops ehramının tikintisində iştirak edən işçilərin gündəlik həyatını təsvir edən 4500 il əvvəl yazılan mətndir. 2013-cü ildə Əl-Cərf Vadisi mağarasında papirus üzərində yazılmış halda aşkar edilmişdir. Bu papirus tapılan ən qədim papirusdur. Mererin gündəliyi Firon Xeopsun hakimiyyətinin 27-ci ilinə təsadüf edir. Burdakı yazılar 3 ay ərzində əhəng daşlarının Toradan Cizəyə daşınmasını təsvir edir.
Nikolay Penqrin
Nikolay Penqrin (7 avqust 1984-cü ildə anadan olub) — Hücumçu kimi çıxış edən Qazaxıstanlı kişi futzalçıdır. Qazaxıstan milli futzal komandasının bir üzvüdür. O, UEFA Futzal Avro 2016-da iştirak etmişdir. 2016-cı ildən Qazaxıstanın Astana-Tulpar MFK futzal klubunda çıxış edir.
Peloria linaria
Adi mahmızca (lat. Linaria vulgaris) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin mahmızca cinsinə aid bitki növü. Antirrhinum commune Lam. Antirrhinum genistifolium Lapeyr. Antirrhinum glandulosum Lej. Antirrhinum linaria L. Antirrhinum linaria var. peloria With. Antirrhinum linarioides L. Antirrhinum ochroleucum Salisb. Linaria linaria (L.) H.Karst. [Invalid] Linaria vulgaris var.
Peçorin Kərimov
Kərimov Peçorin Müzəffər oğlu (23 fevral 1939-cu il Azərbaycan Respublikası Zəngilan rayonu Keçikli kəndində) – kimya üzrə fəlsəfə doktoru, dosent – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) – aparıcı elmi işçisidir. Amorf polimerləri özündə həll edən yeni plastifikatorlar-, dizel yanacaqları üçün yeni antioksidantlar kəşf etmişdir. Yaponiyanın, İtaliyanın və başqa dünya ölkələrinə, həmçinin Azərbaycan Respublikasına valyuta ilə satdığı kimyəvi reagentləri əvəz edən yeni və effektli yerli Azərbaycan reagentlərini – kəşf etmiş və sənayedə tətbiq eləmişdir. D. H. Mendeleyev adına ümumi ittifaq kimya cəmiyyəti tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur. P. M. Kərimov 23 fevral 1939-cu ildə Azərbaycan Respublikasının Zəngilan rayonunun Keçikli kəndində ziyalı ailəsində — (onun atası Kərimov Müzəffər Abış oğlu Köhnə Koryağın, indiki Füzuli rayonunda yerləşən 4 illik gimnaziyanı bitirmişdir) anadan olmuşdur. Onun atasının arxa cəbhədə kolxoz sədri işləməsi üçün Müvafiq Komitə tərəfindən "BROUN" icazəsi olmağına baxmayaraq, könüllü surətdə 2-ci dünya müharibəsində fəal iştirak etmiş və 1943-cü ildə Krımda Kerç çayında həlak olmuşdur. (Qeyd etmək lazımdır ki, həmin gün Almanların göydən tökdükləri öldürücü silahların təsirindən çoxlu Azərbaycanlı döyüşçüləri vətən yolunda şəhid olmuşlar. P. M. Kərimov 1958-ci ildə həmin rayonun mərkəzində olan Pirçivan orta məktəbini qızıl medalla bitirmiş, həmin ili də Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1964-cü ildə isə AMEA NKPİ-nin əyani aspiranturasına daxil olmuşdur. P. M. Kərimov 1971-ci ildə kimya elmləri namizədi alimlik adını almaq üçün "Etilenqlikolun hidroksil-, xlortərkibli efirlərinin sintezi və onların plastifikatorluq xassələrinin yoxlanılması" mövzusunda dissertasiya müdafiə etmişdir. Ona SSRİ Nazirlər Sovetinin Ali Attestasiya Komissiyasının qərarı ilə kimya üzrə fəlsəfə elmləri doktoru adı verilməklə bərabər həm də SSRİ Dövlət plan komitəsinə göstəriş verildi ki, P. M. Kərimovun kəşf etdiyi plastifikatorlar həm yeni, həm də effektli olduğu üçün Volqodon şəhərində yerləşən "Volqodon kimya kombinantı nəzdində sənaye qurğusu onun şəxsi iştirakı ilə tikilsin.
Teleriq xan
Teleriq xan (bolq. Телериг; 706 – 777, Konstantinopol) — Bulqar xanı. 768-777ci illərdə hakimiyyətdə olmuşdur. Paqan xandan sonra taxta keçmişdir. 774-ci ilin oktyabrında V Konstantinə məğlub olmuşdu. Müharibə imperatorun sonrakı il ölməsi ilə səngimiş, imperator IV Leo Xəzərin yanına qaçmış, xristian dininə keçib 776-cı ildə imperatriça Afinalı İrenenin əmisi qızı ilə evlənmiş, patrisiata qəbul olunmuşdu.
Pelexia falcata
Cephalanthera falcata (lat. Cephalanthera falcata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin cephalanthera cinsinə aid bitki növü. Cymbidium falcatum (Thunb.) Sw. Epipactis falcata (Thunb.) Sw. Limodorum falcatum (Thunb.) Kuntze Pelexia falcata (Thunb.) Spreng. Serapias falcata Thunb.
Pelexia japonica
Cephalanthera falcata (lat. Cephalanthera falcata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin cephalanthera cinsinə aid bitki növü. Cymbidium falcatum (Thunb.) Sw. Epipactis falcata (Thunb.) Sw. Limodorum falcatum (Thunb.) Kuntze Pelexia falcata (Thunb.) Spreng. Serapias falcata Thunb.
Acanthobdella peledina
Acanthobdella peledina (lat. Acanthobdella peledina) — acanthobdella cinsinə aid heyvan növü.
Aleksander Ceferin
Aleksander Çeferin (13 oktyabr 1967, Lyüblyana) — Sloveniyalı hüquqşünas. UEFA-nın 7-ci prezidenti (14 sentyabr 2016-cı ildən). Lyublyana Universitetindən məzun olduqdan sonra Ceferin ailəsinin yanına qayıdaraq ailəsinə məxsus hüquq şirkətində çalışmışdır. Bir müddət çalışdıqdan sonra atasının yerinə şirkətin direktoru vəzifəsinə keçmişdir. Ceferinin futbola olan həvəskar marağı onu 2005-ci ildə yerli futzal komandası olan Litijada idarə heyəti üzvlüyünə gətirmişdir. Aleksander Ceferin 2011-ci ildə Sloveniya Futbol Federasiyası prezidenti seçilib. 14 sentyabr 2016-cı ildə Yunanıstanın paytaxtı Afinada keçirilən Konqres çərçivəsində baş tutan seçkilərdə Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin rəqibi Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praqa qalib gələrək UEFA-nın 7-ci prezidenti seçilmişdir. O, 55 mümkün səsdən 45-ni toplamışdır.
Aleksey Temerin
Aleksey Temerin — SSRİ operatoru. Aleksey Temerin 1 oktyabr 1923-cü ildə anadan olub. Aktyor və operator kimi çalışıb.
Celeria graveolens
İyli kərəviz (lat. Apium graveolens) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin kərəviz cinsinə aid bitki növü. Apium celleri Gaertn. Apium decumbens Eckl. & Zeyh. Apium dulce Mill. Apium graveolens var. bashmensis Hosni Apium graveolens var. butronensis D.Gómez & G.Monts. Apium graveolens subsp.
Ageratina seleri
Ageratina seleri (lat. Ageratina seleri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Cypripedium peteri
Paphiopedilum dayanum (lat. Paphiopedilum dayanum) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. Kyu Kral Botanika Bağının məlumatına əsasən : Cypripedium spectabile var. dayanum Lindl. 1860 basionym Cypripedium dayanum (Lindl.) Rchb.f. 1862 Cypripedium petri Rchb.f. 1880 Cypripedium ernestianum L.Castle, 1887 Cypripedium peteri Rchb.f., 1887, orth. var. Paphiopedilum petri (Rchb.f.) Pfitzer 1894 Paphiopedilum dayanum var.
Dyssodia seleri
Gymnolaena seleri
Peleqi adaları
Peleqi adaları (yun. πέλαγος, pélagos;it. Isole Pelagie) — Aralıq dənizində Tunis ilə Malta arasında yerləşən adalar qrupu. Peleqi adalarına üç ada daxildir: Lampedusa, Linosa və Lampione adaları. Adaların idarə mərkəzi və əsas adası Lampedusa adasıdır. İtaliyanın ərazisi hesab olunan Peleqi adalar qrupu Siciliya bölgəsinin tərkibinə daxildir.
Psychotria peteri
Psychotria peteri (lat. Psychotria peteri) — boyaqotukimilər fəsiləsinin psixotriya cinsinə aid bitki növü.
Elula Perrin
Elula Perrin (31 mart 1929, Hanoy – 22 may 2003, Paris) — vyetnaməsilli Fransa yazıçısı. O, 1969-cu ildə Emi Mori ilə birlikdə Parisdə qadınlar üçün ilk gecə klubu olan "Katmandou"nu qurmuşdur. Məkan 1989-cu ildə bağlanmışdır.
Quercus seleri
Quercus castanea (lat. Quercus castanea) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Qələbin
Qələbin — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 334 nəfərdir. Toponim qələ (qala) və bin (alt, dib) sözlərindən ibarət olub, “qala altı, qalanın dibi” mənasındadır. Kəndin yerləşdiyi coğrafi mövqe də bunu təsdiq edir. Kənd qədim Zəməqalanın ətəyində yerləşir. Yerli əhali arasında Qalaaltı da adlanır. Rayonun Mistan inzibati ərazi vahidində eyniadlı köçəbə də vardır.
Celerio hippophaes anatolica
Hyles hippophaes (lat. Hyles hippophaes) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sphingidae fəsiləsinin hyles cinsinə aid heyvan növü.
Karaş-Severin (judets)
Karaş-Severin judets (rum. Județul Caraș-Severin) — Banat tarixi bölgəsinin, Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. Sahə — 8520 km². Rumıniyanı qərbində yerləşən judetslər arasında sahəsinə görə ən böyük olan judets 3-cü yerdədir. Cənub-qərbdə — Serbiya ilə, şərqdə — Xunedoara və Qorj, şimalda — Timiş və cənub-şərqdə — Mexedintsi judetsləri ilə sərhəddir. 2007-ci ildə əhalinin sayı 327 579 nəfər təşkil edirdi, sıxlığı — 38,47 nəf./km². Judetsə 2 bələdiyyə, 6 şəhər və 69 kommuna daxildir.
Gələşin (Salmas)
Gələşin (fars. گله شين‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə‎ yaşayış yoxdur.
Kələkin (Piranşəhr)
Kələkin (fars. كله كين‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 808 nəfər yaşayır (140 ailə).
Portuqaliyanın Pərləri
Portuqaliyanın Pərləri (port. Rotores de Portugal) Portuqaliya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika komandasıdır. 1976-cı ildə əsası qoyulmuşdur. Komandada 5 pilot var və uçuşlar üçün 3 ədəd Aérospatiale Alouette III helikopteri istifadə olunur.
Pəvəris (Miyanə)
Pəvəris (fars. پاورس‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 183 nəfər yaşayır (36 ailə).
Qələbin şəlaləsi
Qələbin — Azərbaycannın Lerik rayonunda Veri ərazisinin Qələbin kəndində yerləşən şəlalə. Talış dağlarının zirvəsində olan şəlalə yuxarı və aşağı şəlalələrdən ibarətdir. Mənbəyi təqribən dəniz səviyyəsindən 1000 metr hündürdə yerləşən Talış dağları olan şəlalənin hündürlüyü təqribən 65–70 metrdir.
Sevərin (Sayınqala)
Sevərin (fars. صورين‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 657 nəfər yaşayır (146 ailə).
Tələbin elastikliyi
Tələbin elastikliyi—Hər hansı bir əmtəənin qiyməti aşağı düşdükdə, istehlakçıların gəlirləri artdıqca, əvəzedici əmtəələrin qiyməti qalxdıqda və ya tamamlayıcı əmtəələrin qiyməti azaldıqda istehlakçılar bu əmtəədən daha çox alırlar. Qeyd olunan dəyişənlərin dəyişməsinə istehlakçıların kəmiyyət etibarı ilə necə cavab verəcəyini ölçmək üçün iqtisadçılar elastiklik anlayışını istifadə edirlər. Tələb qanuna görə hər hansı əmtəənin qiyməti artdıqda ona olan tələbin həcmi artır. Tələbin qiymət elastikliyi tələbin həcminin qiymət dəyişməsinə hansı miqdarda cavab verdiyini ölçür. Əgər qiymət dəyişməsinə cavab olaraq tələbin həcmi çox dəyişərsə, bu əmtəəyə olan tələbin elastik olduğu deyilir. Əgər qiymət dəyişməsinə cavab olaraq tələbin həcmi az dəyişərsə, bu əmtəəyə olan tələbin qeyri-elastik olduğu deyilir.Hər hansı bir əmtəəyə olan tələbin qiymət elastikliyi, bu əmtəənin qiyməti qalxdıqca istehlakçıların bu əmtəədən imtina etməyə nə qədər həvəsli olduqlarını ölçür. Beləliklə, elastiklik istehlakçıların zövqünü müəyyən edən bir çox iqtisadi, sosial və psixoloji amilləri əks etdirir. Lakin təcrübəyə əsaslanaraq biz tələbin qiymət elastikliyinə təsir edən amillər haqqında bəzi ümumi qaydalara nəzər salaq. İstehlakçılar üçün əvəzedici əmtəələrin birindən digərinə keçmək asan olduğundan, yaxın əvəzediciləri olan əmtəələrin tələb elastikliyi daha çox olur. Məsələn, kərə yağı və marqarin asanlıqla əvəz oluna bilər.
Zərərin ödənilməsi
Kompensasiya müavinətdir, xüsusən də nağd pul şəklində olan müavinətidir ki, bu, ziyanları və ya məhdudiyyətləri kompensasiya etmək üçün ödənilir. Zərər (və ya Ziyan) anlayışı mülki qanunvericiliyə uyğun olaraq xüsusi hüquqi əməliyyatlar zamanı yaranmış belə itkilərə görə kompensasiyanı ifadə etdiyi halda, kompensasiya anlayışı ilk növbədə dövlət sektoru tərəfindən çatışmazlıqların ödənilməsini anlamaq üçün istifadə olunur (lakin vergi qanunvericiliyində kompensasiya ifadəsinə də baxın). Zərərin ödənilib-ödənilməməsi və nə dərəcədə ödənilməsi onun baş vermə xüsusiyyətindən asılıdır.Ümumilikdə isə dövlət vətəndaşa ancaq (iqtisadi) zərər vura bilər, o halda ki, müvafiq kompensasiya nəzərdə tutulur.Müsadirə qanunlarına görə, Almaniyanın Əsas Qanununda Şablon:Art. GG belə bir əlaqəni açıq şəkildə təmin edir.Digər hallarda isə dövlətin kompensasiya vermək öhdəliyi də mülkiyyətin qorunmasının əsas ideyasından irəli gəlir.
İtlərin döyüşü
İtlərin döyüşü — azərbaycanlı rəssam Əzim Əzimzadənin 1938-ci ildə çəkdiyi rəsm əsəri. 2007-ci ilin iyun ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Əzim Əzimzadəyə həsr olunmuş 2 poçt markası təqdim edilmişdir. Qiyməti 20 qəpik, tirajı isə 10000 ədəd olan həmin markalardan biri "İtlərin döyüşü" adlı rəsm əsərinə həsr olunmuşdur.
Şiələrin təqibi
Şiələrin İraq Şam İslam Dövləti tərəfindən soyqırımı (ərəb. الإبادة الجماعية الشيعية من قبل دولة العراق والشام‎, ing. Genocide of Shias by Islamic State of Iraq and al-Sham) və ya Şiələrin İraq Şam İslam Dövləti tərəfindən təqibi (ərəb. اضطهاد الشيعة من قبل دولة العراق والشام‎, ing. Persecution of Shias by Islamic State of Iraq and al-Sham) — 2014-cü ilin avqust ayından başlayaraq İŞİD-in idarə etdiyi Şimali İraqda şiələrin sistematik şəkildə öldürülməsinə verilən ad. Şiələrin İraqda əksəriyyəti təşkil etmələrinə baxmayaraq, onlar İŞİD tərəfindən kütləvi şəkildə öldürülürdülər. 12 iyun 2014-cü il tarixində İŞİD qüvvələri Speyşer düşərgəsi qətliamında ən azı 1,600–1,700 şiə kursamnt və məhbus öldürmüşdür. Şahidlərin dediklərinə görə, terror təşkilatının Mosul şəhərini almasından sonra, onlar sünni və şiə məhbusları ayırmışdılar. 650 şiə məhbus başqa bir yerə aparılıb öldürülmüşdür. Kürd vəzifəliləri buna bənzər bir hadisənin Ərbil şəhərində baş verdiyi barədə məlumat veriblər.
Şəhərin sosiologiyası
Şəhərin sosiologiyası — şəhər həyatının müxtəlif aspektlərini tədqiq edən sosiologiyanın bir qolu. Şəhər sosiologiyası şəhəri bir icma növü kimi araşdırır (icmaların təsnifatı, bir növdən digərinə keçid və s.); şəhər həyatının xüsusiyyətlərini (istirahət, kütləvi mədəniyyət, ünsiyyət), şəhərin kiçik qruplarını və sosial qurumlarını, sosial-demoqrafik və irqi problemləri araşdırır. Şəhərin ilk sosioloji analizlərindən birini Maks Veber təklif etmişdir. Veber bütövlükdə şəhəri qonşularının cəmiyyətinə xas olan bir-biri ilə şəxsi tanışlığından məhrum olduğu qədər böyük olan bir-birinə bitişik evlərdən ibarət bir kənd kimi təyin edir. Weberdən əlavə, böyük şəhərlərin cəmiyyətdəki rolunu Karl Büxher və Georq Zimmel kimi Alman sosioloqları da öyrənmişlər. Marksizm klassikləri şəhər problemlərini kapitalist cəmiyyətdəki fəhlə sinfinin mövqeyinin araşdırılması kontekstində təqdim edirlər. Bu baxımdan sənaye və ya ticarət baxımından böyük şəhər, sinif mübarizəsinin ən cəmləşmiş şəkildə reallaşdığı yer olaraq görülür. Bununla birlikdə, şəhər sosiologiyasının əsl çiçəklənməsi Çikaqo Məktəbinin alimlərinin işində idi. Onun çərçivəsində şəhərin xarakterik problemlərinin əsas tədqiqatçıları Robert Park, Ernst Bercess və Luis Virt idi. Çikaqo Məktəbinin əsərləri tətbiqi istiqamətliliyi ilə seçilirdi.
Xəzərin hasarlanması
Hələbin işğalı
Hələbin işğalı - 1516-1517-ci illərdəki Osmanlı-Məmlük müharibəsinin mərhələlərindən biridir. 24 avqust 1516-cı ildə Mərcidabık döyüşündə Qansu Qavri komandanlığı altında olan Məmlük ordusunu ağır məğlubiyyətə düçar edən Yavuz Sultan Səlimin komandanlığındakı Osmanlı ordusu kampaniyanı davam etdirərək 28 avqust 1516-cı ildə Hələbi işğal etmişdir. Osmanlı ordusunun Mərcidabık qələbəsindən sonra Hələblilər Hələb qalasının qapılarını açaraq Yavuz Sultan Səlimi şəhər xaricində qarşılayaraq öz təbəəliklərini təqdim etmişdirlər. Osmanlı ordusu Hələb xəzinəsində olan bir milyon Misir Əşrəfi qızıl sikkə ilə bərabər və 200 okkadan çox olan külçə qızıl və həmçinin də ona bərabər olan zinət əşyaları, qiymətli parçalar və xəzlər ələ keçirmişdirlər. Yavuz Sultan Səlim Hələbdə 19 gün qalaraq şəhərdə Osmanlı inzibati təşkilatının yaradılmasının qayğısına qalmışdır. Bu çərçivədə Qaraca Əhməd Paşa Bəylərbəyi, Çömləkçizadə Kamal Çələbi isə Qazı təyin edilmişdir. Avqustun 29-u Cümə günü Böyük Hələb məscidində cümə namazını qılan Yavuz Sultan Səlim, xətibin onu Xadimül-Hərəmeyn əş-Şərəfeyn titulu ilə xatırlamasından sonra ona əynində olan min qızıl sikkə dəyərindəki kaftanını çıxardaraq hədiyyə etdiyi bildirilir (bəzi mənbələrdə bu hadisənin Şamda baş verdiyi bildirilir). Osmanlı ordusunun Mərcidabıkda qələbə qazanması və Hələbin Osmanlı ərazisinə birləşdirilməsindən sonra bu regiondakı Malatya, Divriği, Darende, Antakya və Kal'at-ür-Rum kimi digər Məmlük qalaları da döyüşmədən Osmanlılara təslim olmuşdurlar. Yavuz Sultan Səlim Hələbdə olarkən, (Mərcidabik döyüşündən əvvəl Osmanlı ordusuna qoşulan) Bığlı Məhəmməd Paşanı iyun ayından bəri Divanə Xosrov Paşanın mühasirəsinə müqavimət göstərən Mardinə göndərdi. 15 sentyabr 1516-cı ildə isə özü Osmanlı ordusunun başında Hələbi tərk edərək Şam istiqamətində hərəkət etmişdir.