Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jefferson Parish
Jefferson County və ya Jefferson Parish (fransız: Paroisse de Jefferson, ispan: Parroquia de Jefferson) — Amerika Birləşmiş Ştatlarının Luiziana ştatında yerləşən bir mahaldır. 2010-cu il siyahıyaalınması məlumatlarına əsasən vilayətin əhalisi 440,781 nəfər təşkil etmişdir. Vilayətin idarə etmə mərkəzi Qretna şəhəridir.
Peris Hilton
Peris Vitni Hilton (17 fevral, 1981, Nyu-York) — amerikalı müğənni, fotomodel və aktrisa. Amerikalı fotomodel və aktrisa, dünyanın ən nəhəng "Hilton" otellər şəbəkəsi ailə biznesinin keçmiş varisi Peris Vitni Hilton 17 fevral 1981-ci ildə Rik və Keti Hiltonların ailəsində doğulub. O, "Hilton" otellər şəbəkəsinin təməlini qoyan Konrad Hiltonun nəticəsidir. Peris ailənin böyük övladıdır, onun bir kiçik bacısı və iki qardaşı var. O, Nyu-Yorkda "Dwight School" məktəbini bitirib. Kollecə qəbul olunan Peris oradan qovulsa da, orta təhsil haqqında şəhadətnamə ala bilib. Peris Hilton 2000-ci ildə Donald Trampın "T Managment" model agentliyi ilə müqavilə bağlayır və peşəkar model olur. Rəfiqəsi Nikol Riçi ilə birgə oynadığı "Sadə həyat" teleserialı və qalmaqallı həyat tərzi onu məşhurlaşdırır. 2006-cı ildə Peris Hilton "Axıradək iç" və "Sarışın şokoladda" filmlərində baş rolları ifa edir. 2008-ci ildə ekranlara çıxan "Gözəl və eybəcər" filminə görə Peris 3 Qızıl Moruq Mükafatı qazanır.
Su pərisi
Su pərisi – belindən yuxarısı dişi bir insan görünümündə olan amma eyni zamanda bir balıq quyruğuna sahib mifoloji varlıq. Həmçinin bir heraldika məxluqudur. Obrazı "Min bir gecə" nağıllarında da var. Eləcə də Varşava və Norfolk (ABŞ) şəhər gerblərində təsvir edilib. Susulu Sirena Undina Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Güllər Pərisi
Güllər Pərisi (1790, Faxralı – 1925, Faxralı, Gürcüstan Sovet Sosialist Respublikası[d]) — XIX əsrdə fəaliyyət göstərmiş azərbaycanlı qadın aşıq və şairə. == Həyatı == Güllər Pərisi 1790-cı ildə Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. Həyatı və fəaliyyəti çox az məlumat bəlli olsa da, onun kənddə və uzun ömür ömür yaşadığı bilinməkdədir. Bəzi rəvayətlərdə onun 135 il yaşadığı iddia edilməkdədir. Mütəxəsislər dövrümüzə qədər gəlib çatan əsərlərinə əsasən onun şair və aşıq olaraq yüksək bacarığa sahib olduğunu bildirməkdədirlər. Onun dövrümüzə gəlib çatan şeirlərinin bəzilərindən anlaşıldığı qədərilə qardaşı məişət mövzusunda problemlər yaşamış və Osmanlı hakimiyyəti altında olan Qarsa qaçmağa məcbur olmuşdur. Bu hadisə Güllər Pərisinin şeirində də öz əksini tapmışdır: Güllər Pərisi qardaşının əhv edilməsi üçün Rusiya imperiyasının Qafqaz canişinin yanına da getmişdir.
Kiçik Su pərisi
Kiçik Su pərisi - "Kiçik Su pərisi" cizgi filminin seriyalarını ehtiva edir.
Merisa
Merisa (merissa və ya marissa) Cənubi Sudanda məşhur olan ənənəvi fermentləşdirilmiş içki növüdür. Merisa Sudan ölkəsinin sakinləri üçün gəlir mənbəyidir. Merisanı qadınlar hazırlayır. Merisa taxıl, darı və kalış (darıyabənzər dənli bitki) yetişdiyi tarixlərdə hazırlanır. Hazırlama prosesi Qərb şərab istehsal standartları tərəfindən bütün mərhələləri ilə kompleks surətdə təsvir edilmişdir Merisa içkisinin hazır olması — fermentəmələgəlmə (fermentasiya) prosesi 8–10-saatlıq bir prosesdir; hazır içkinin tərkibində alkoholun (spirtin) miqdarı 6%-ə qədər olur. Şimali Sudanda merisa içmək və ya satmaq qanundankənar hesab edilir. Belə qeyri-qanuni hərəkətlər Müsəlman Şəriət qanunlarına görə 40 şıllaq, cərimə ilə cəzalandırılır. Bu qanun pozuntusuna görə hətta həbsxana cəzası da kəsilir. Lakin məlumdur ki, Sudanda babuinlər, təklif edildikdə, merisa içirlər.
Perikl
Perikl (yun. Περικλῆς, περί + κλέος — "şöhrətlə əhatələnmiş"; təxminən E.ə. 495 və ya E.ə. 494 — E.ə. 429) — Afinalı dövlət xadimi, Afina demokratiyasının banilərindən biri, məşhur natiq və sərkərdə. Perikl Afinada aristokrat ailəsində doğulub. Aktiv siyasi fəaliyyətinə Alkmeonların qrupuna başçılıq etməklə başlayıb. Aristokrat mənşəyinə baxmayaraq, demokratiya tərəfdarı kimi tanınıb. Aristokrat qrupunun başçısı Kimonla mübarizədə ona xalqın dəstəyi lazım idi. E.ə 461-ci ildə Kimonun qovulmasına nail olan Perikl, Afinanın ən nüfuzlu siyasətçilərindən birinə çevrildi və Afina polisinin demokratikləşdirilməsində mühüm əhəmiyyət kəsb edən bir sıra islahatlar həyata keçirdi.
Period
Period — bir tam rəqsə sərf olunan zamandır. Düsturla ifadəsi belədir: T = 1 f {\displaystyle T={\frac {1}{f}}} T = t N {\displaystyle T={\frac {t}{N}}} burada T - period, t - zaman, N - rəqslər sayı, f isə tezlikdir.
Perlis
Perlis — Qərb Malayziya nın (Malaya) şimal-qərbində yerləşən əyalət (Negeri). Tayland ilə Kedah əyaləti arasında yerləşir. Cənub-qərbdə Andaman dənizi tərəfə kiçik sahil var. 795 km²-lik sahəsi ilə Qərb Malayziya əyalətlərinin ən kiçiyi və ən şimalda olan ərazisidir.
Pernis
Arıyeyən (lat. Pernis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Purism
Dil təmizliyi — ədəbiyyat dilində başqa dillərdən alınma sözlərin milli sözlərlə əvəz edilmə prosesi. Dil təmizliyi və ya linqvistik purizm (lat. purus “saf”) - ədəbi dili toxunulmaz saxlamaq, xarici sözlərdən təmizləmə cəhdi, ümumiyyətlə, dili yeni sözlərdən – neologizmlərdən, təhriflərdən və s. dən təmizləmə cəhdində ifrata varma kimi başa düşülür. Ədəbi dilin qaydalarından kənara çıxmamaqla ifadə olunan nitq təmizdir. Kənar elementlərin təsiri dildə nə qədər güclü olsa da, daxili imkanlar həmişə aparıcı xarakter daşıyır. Dilin təmizliyi digər keyfiyyətlər kimi nitq sahibinin dil vahidlərindən istifadə bacarığı ilə düz mütənasibdir. Bir purist qrammatik səhvlər, jarqon, neologizmlər və xarici mənşəli sözlər daxil olmaqla, bir dildə olan bəzi arzuolunmaz xüsusiyyətləri aradan qaldırmaq arzusunu ifadə edən kimsədir. Dilçilik nöqteyi-nəzərindən dil təmizliyi, nitqin təmizliyi müasir ədəbi dilin normalarını bilməyi və ona möhkəm, həm də sərbəst yiyələnməyi nəzərdə tutur. O, nitqin üslubca gözəlliyini, yəni hazırda istifadə etdiyimiz üslublara əsaslanaraq, fikri ifadə edən dil vasitələrinin xüsusiyyətini nəzərə almalıdır.
Heris
Heris və ya Heriz — İranın Şərqi Azərbaycan ostanının şəhərlərindən və Heris şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıyaalınması əsasında bu şəhər 9,513 nəfər və 2,359 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər həm bölgədə, həm də xaricdə öz gözəl Heris xalıları ilə tanınır. == Zəlzələlər == 2012-ci il tarixində baş verən zəlzələlər zamanı şəhərdə xeyli sayda insan həlak olmuşdur. == Heris xalçaları == Heriz Xalçaları dünya səviyyəli keyfiyyəti üçün tanınır və olduqca davamlı və dayanıqlıdır.
Paris
Paris (fr. Paris, tələf. Paği) — Fransanın paytaxtı və ən çox əhalisi olan şəhəri, 1 yanvar 2023-cü il rəsmi hesablamada 105 km2-dan çox bir ərazidə 2,102,650 sakinin yaşadığı şəhər, bu da onu Avropa İttifaqının 4-cü ən çox əhalisi olan şəhəri edir, beləki 2022-ci ildə dünyanın ən sıx məskunlaşmış 30-cu şəhəridir. Şəhər Paris hövzəsinin mərkəzində, təxminən dəniz səviyyəsindən 65 m hündürlükdə yerləşmişdir. Parisin yaşayış məhəllələri 36 km-lik dairəvi yolla əhatələnmişdir. Parisin ərazisinə həmçinin şəhərdən qərbdə yerləşən Bulon və şərqdə yerləşən Vensen meşələri də aiddirlər. Şəhərin sahəsi 87 кm², adı çəkilən meşə zolaqları ilə birlikdə 105 кm²-dir. İndiki sərhədlər 1860-cı ildə qurulub. Şəhər sərhədi əsasən Periferik dairəvi yol boyunca uzanır, onun xaricində şərqə və qərbə doğru şəhərin bir hissəsi olan Bois de Vincennes və Boulogne var. Fransız xəritələrində uzun müddət Paris meridianı 0 meridian kimi göstərilmişdir.
Penis
Kişi cinsiyyət üzvü və ya Penis (lat. penis; yun. phallos) — xarici cinsiyyət orqanı olub, vəzifəsi spermanı (toxumu) və sidiyi ifraz etməkdir. Bu mağaralı toxumadan təşkil olunmuş bir cüt penisin mağaralı cismindən — lat. corpora cavernosa penis və bir ədəd penisin süngəri cismindən — lat. corpus spongiosum penis (corpus cavernosum urethrae - BNA) ibarətdir. Penis qasıq nahiyəsində xayalığın önündə asılaraq üç hissəyə bölünür: 1) arxa hissə — penis kökü — lat. radix penis qasıq sümüklərinə bağlanmışdır; 2) orta hissə — penis cismi — lat. corpus penis; 3) ön hissəsi — penis başı — lat. glans penis (yun.
Persi
Persi - İrəvan quberinyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Rayon mərkəzindən 68 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Bizə görə, toponim «açıq çöl, bozqır» (rus. открытая степы) mənasında işlənən par(pər) sözü ilə bağlıdır. «Per» sözü İran toponimlərinin tərkibində «dağ», «sıra dağlar» mənasında işlənir. Kənddə 1831-ci ildə 76 nəfər, 1873 - cü ildə 225 nəfər, 1886-cı ildə 229 nəfər, 1897-ci ildə 266 nəfər, 1908-ci ildə 323 nəfər, 1914 - cü ildə 345 nəfər, 1916-cı ildə 285 nəfər, 1918-ci ildə 323 nəfər, 1919 - cu ildə 124 nəfər azərbaycanlı yaşamışdır. 1918-1919 - cu illərdə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və xaricdən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. İndi ermənilər yaşayır. Pərsi kəndində 1918-ci ildə 400 nəfər əhalisi olmuşdur.
Periqö (rayon)
Periqö (fr. Périgueux) — Fransanın Akvitaniya regionun rayonlarından biri (fr. Arrondissement). Departamenti — Dordon. Suprefektura — Periqö. Rayon əhalisi 2006-cı ildə 181 182 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 54 nəf / km². Rayon ərazisi — 3337 km².
Pernis apivorus
Adi arıyeyən (lat. Pernis apivorus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin arıyeyən cinsinə aid heyvan növü. Adi arıyeyən qarğadan iridir. Havada boynu görünmür. Quyruğu uzundur və üzərində 3 enli zolaq var. Qanadlarının altı zolaqlıdır. Bel tərəfi tutqun qonur, qarın tərəfi ürəkşəkilli, naxışlıdır. Alınında və gözləri ətrafındakı lələklər ilan pulcuğuna oxşayır. Avropada və Qərbi Asiyada nəsil verir, Afrikada qışlayır. Azərbaycanda düzənlik və dağətəyi rayonlarda yayılmışdır.
Pernis ptilorhynchus
Pernis ptilorhynchus (lat. Pernis ptilorhynchus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin arıyeyən cinsinə aid heyvan növü.
Kiçik Su pərisi (personajlar)
Kiçik Su pərisi - 1989-cu ildə istehsal edilmiş cizgi filmidir. Onun ardınca daha iki seriyası çəkilmişdir. Bu siyahıda "Kiçik Su pərisi" cizgi filminin personajları haqqında məlumat verilmişdir. == Personajlar == === Ariel === Ariel - Kral Tritonun ən kiçik qızıdır. Altı bacısı vardır: Akvata, Alana, Arista, Attina, Adela və Andriana. Onun çoxlu dostları vardır, amma ən yaxşı dostu kiçik balıq Flaunderdir. Arielin gözəl səsi vardır və yaxşı mahnı ifa etmək bacarığına malikdir. Onu ən çox insan dünyası maraqlandırır. Arielin yaşıl quyruğu vardır. Ariel personajı "Disney qadın personajlarının kraliçası" siyasında birincidir.
Kiçik Su pərisi (seriyalar)
Kiçik Su pərisi - "Kiçik Su pərisi" cizgi filminin seriyalarını ehtiva edir.
Kiçik su pərisi (heykəl)
Kiçik su pərisi (dan. Den lille Havfrue) – Danimarkanın Kopenhagen şəhərindəki qayanın üzərində nümayiş etdirilən heykəl. == Haqqında == Hündürlüyü 1,25 metr və çəkisi 175 kiloqramdır. Heykəl 1960-cı illərin ortalarından bəri müxtəlif səbəblərdən dəfələrlə zədələnmiş və deformasiyaya uğramış, lakin hər dəfə bərpa edilmişdir. == Tarixi == Heykəltəraş Edvard Eriksen 23 avqust 1913-cü ildə açılışı olan bürünc heykəli yaratmışdır. Balerina çılpaq şəkildə modelləşdirməyə razı olmadığı üçün heykəltaraşın həyat yoldaşı Eline Eriksenin bədən fiqurlarından istifadə olunmuşdur.
Kiçik Su pərisi: Arielin başlanğıcı
Kiçik Su pərisi: Arielin başlanğıc hekayəsi (ing. The Little Mermaid: Ariel's Beginning) — 2008-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. == Məzmun == Cizgi filmində ilk seriyasından əvvəl baş verən hadisələr əsas yer tutur. Dəniz hakimi Kral Triton həyat yoldaşının vəfatından sonra musiqiyə qadağa qoymuşdur.
Xeris
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən — Iris pseudacorus L., Florensiya süsəni — I. florentina L., Almaniya süsəni — I. germanica L., solğun süsən — I. pallida Lam. və s. növlərindən istifadə olunur.
Kiçik Su pərisi (cizgi filmi, 1989)
Kiçik Su pərisi (ing. The Little Mermaid) - 1989-cu ildə "Volt Disney" şirkəti tərəfindən istehsal olunmuş musiqili fantaziya janrlı cizgi filmidir. Cizgi filminin rejissorları Ron Klements və Con Maskerdir. Cizgi filminə Alan Menken bəstəkarlıq etmişdir. Bu cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 28-ci qısametrajlı filmidir. Cizgi filmi Danimarka yazıçısı Hans Xristian Andersenin "Kiçik Su pərisi" hekayəsi əsasında hazırlanmışdı. == Məzmun == 16 yaşını ötmüş Su pərisi Ariel Triton adlı şahın ən kiçik qızıdır. Əqrəb Sebastyan tərəfindən hazırlanmış bayram şənliyində Ariel mahnı ifa etməliydi. Lakin bunu unutmuş Ariel macəra axtarışındadır. Ariel və dostu Flaunder çoxlu zinət əşyaları yığaraq şəxsi otağına gətirir.
Benish GPS
Benish GPS kompaniyası dünya bazarında 26 ildən artıq, avtomobil parkının effektiv və əməli istismar, dispetçerləşdirilmə və GPS bazasında təhlükəsizliyinin təmin edilməsi və video texnologiyalar üçün həllər və sistemlər sahəsində lideridir. == Layihələr == Bizim kompaniya həmin sahədə ən geniş və kompleks layihələri tətbiq edir: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi. Ukrayna DİN: DYP Departamentinin yol-patrul xidmətinin iş avtomobillərinin monitorinqi və idarə edilməsi üçün Apparat-proqram kompleksinin işlənməsi və tətbiq edilməsi (4 000-dən çox nəqliyyat vasitələri həmin kompleks ilə təchiz edilib), həmçinin, nəzarət altında olan şəxslərin monitorinq sistemi üzrə nadir layihə (elektron qolbaqlar); Ukrayna Dövlət gömrük xidməti üçün tranzit yüklərin qeydiyyatı və monitorinqi sistemi (2 500-dən artıq BeniLock elektron qıfıllar); "Ukrzaliznıtsya" Dövlət şirkəti: GPS / QLONASS texnologiyaları əsasında bütün lokomotivlərin nəzarət və qeydiyyatı üçün Avtomatlaşdırılmış sistemin tətbiq edilməsi (3 200-dən çox nəqliyyat vasitələri həmin sistem ilə təchiz edilib); Ukrayna ekologiya və təbii sərvətlər Nazirliyi: nəqliyyat vasitələrin və heyətin geoinformasiya kontrolu, monitorinqi və idarə edilməsi üçün Avtomatlaşdırılmış sistemin tətbiq edilməsi (3 300-dən çox obyekt); "Ukrpoçta" Ukrayna dövlət poçt rabitəsi müəssisəsi: GPS / GSM texnologiyaları əsasında nəqliyyat vasitələrinin vəziyyətlərinin (statuslarını) müəyyən edilməsi üçün Peyk sisteminin proqram-apparat kompleksinin tətbiq edilməsi və müşayiəti (4 000-dən çox nəqliyyat vasitələri həmin kompleks ilə təchiz edilib); "Kiyevpastrans" kommunal müəssisəsi: Kiyev şəhərində şəhər yerüstü nəqliyyat vasitələrinin hərəkətinin dispetçerlər vasitəsilə idarə edilməsi üçün Avtomatlaşdırılmış sistemin işlənməsi və tətbiq edilməsi, dayanacaqlarda və "Kiyevpastrans" KM-nin nəqliyyat vəsitələrinin salonlarında videomüşahidə sisteminin quraşdırılmasi (2 500-dən çox nəqliyyat vasitələri həmin sistem ilə təshiz edilib); "Qorelektrotrans" Xarkov kommunal müəssisəsi: nəzarət sisteminin hərəkət edən heyət və xüsusi texnika xəttində daxil olunması və xidməti – şəhər kommunal sərnişin nəqliyyat vasitələrinin və fərdi yük daşıyıcılarının hərəkət edən heyəti obyektlərinin avtomatlaşdırılmış dispetçer idarəsi (2 000-dən artıq nəqliyyat vasitələrinə quraşdırılıb); Ukrayna İnfrastruktura Nazirlik üçün nəqliyyat vasitələrinin nəzarəti və qeydiyyatı sistemi 3 000-dən artıq nəqliyyat vasitələrinə quraşdırılıb); "Ukrzerno" Ukrayna Dövlət ərzaq-alıcı üçün Benish AGRO proqramlar kompleksi (1 800-dən artıq nəqliyyat vasitələrinə quraşdırılıb); Aşağıda göstərilmiş ticarət strukturlar üçün həllər: British American Tobacco, Henkel Bautechnic Ukraine, DHL Ukraine, Kraft Foods Ukraine, CC Roshen, ATB supermarketlər şəbəkəsi, "Teva", "Farmak", Ukrayna Avtomobil korporasiyası (UkrAVTO), Gedeon Richter, AAT PHARMA LTD, Nycomed, Obolon, Ukrros-trans, TH Elite, Budpostach, Wirtgen, Vinkor, Grinko Group, Vesma, "Regal Petroleum Corporation Limited" DP, Sumitek, RABEN, MSD, Novo Nordisk, "Borispol" beynəlxalq hava limanı" dövlət şirkəti, Nikomed, Rekordati – "FİC Medical", Abril Farma və s. (on minlərlə nəqliyyat vasitələri təchiz edilib); Maliyya strukturlar üçün həllər (on minlərlə nəqliyyat vasitələri təchiz edilib): lizinq kompaniyaları: "Raiffeisen Leasing Aval", "VAB Leasing", AVIS (FDI "VIP-RENT"), "Euro Leasing", Budget ("Rental Group"), "First Leasing Company" (ALDAUTOMOTIVE), "Hypo Alpe-Adria-Leasing", "Credit Europe Leasing", "Nico Leasing", "LD-Leasing" və s. Çoxlu başqa Ukrayna dövlət və kommersiya strukturları; Nəqliyyat vasitələrinin, heyətin və yüklərin GPS monitorinqi sahəsində Benish GPS kompleks həllərinin tətbiq edilməsi idarəetmə, nəzarət və müştəri-müəssisədə hesabat proseslərinin optimallaşdırılmasını həyata keçirməyə kömək edir, həmçinin, nəqliyyat vasitələrini istismarı ilə bağlı xərclərin azaldılmasında və şirkətin mənffətliyinin artmasında müəyyən müsbət rol oynayır. == Məhsul == http://www.benishgps.com/az/products/sputnikovaya_sistema_monitoringa_transporta/ NƏQLIYYAT VASITƏLƏRININ MONITORINQI ÜÇÜN PEYK SISTEMI Sizin avtoparkınızın effektiv idarı edilməsi! Müasir sünyada şirkətin uzunmüddətli və rəqabətə layiq inkişafı yeniaçılmış peyk texnologiyalarının və pozisiyalaşdırma sistemlərinin istifadəsi olmadan mümkün deyil. Həmin şərtlərin yerinə yetirilməsi avadanlaqların qüsursuz və etibarlı istismarınıbütün istifadə müssəti ərzində təmin edir. Belə həllərin istifadəsi zamanı alınan üstünlüklərin parlaq ifadəsi benish GPS şirkəti ilə təqdim olunan yeganə avtomatlaşdırılmış GPS-monitorinqi sistemidir. Həmin sistem aşağıdakıları mümkün edir: Real zaman rejimində işçilərin iş avtomobillərinin hara olduqlarını bilmək və onların hərəkətini izləmək; Şirkət işçiləri ilə iş vaxtının səmərəsi və effektiv istifadəsini yoxlamaq: iş günü nə zaman başlayır və sona çatır, məntəqələrə gün ərzində gəlmə zamanı və s.; İş və istirahət zamanı nəqliyyat vasitələrinin hərəkəti haqqənda məlumatları almaq və onlara nəzarət etmək, alışqan və sürtkü materiallarının limitlərini azaltmaq, nəqliyyat vasitələrinin məqsədəuyğun olmayan istifadəsinin qabağını almaq, işçilərin intizam səviyyəsini yüksəltmək; Sürət rejiminin pozulmalarına nəzarət etmək, və bununla yol hərəkərinin bütün iştirakçılarının, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizlik səviyyəsini yüksəltmək; Sistemi müştərilərin istəklərinə uyğun olaraq dəyişmək.
Berisu (Sərdəşt)
Berisu (fars. بريسو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 367 nəfər yaşayır (61 ailə).
Rudolf Perina
Rudolf Perina — ABŞ diplomatı. Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri olmuşdur.
Vaccinium pedris
Cır qaragilə (lat. Vaccinium uliginosum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin qaragilə cinsinə aid bitki növü. Myrtillus uliginosus (L.) Drejer Vaccinium gaultherioides Bigelow Vaccinium occidentale A. Gray Vaccinium pedris Holub Vaccinium pubescens Wormsk. ex Hornem. Vaccinium uliginosum var. album J.Y. Ma & Yue Zhang Vaccinium uliginosum subsp. gaultherioides (Bigelow) S.B. Young Vaccinium uliginosum var. gaultherioides (Bigelow) Bigelow Vaccinium uliginosum subsp. occidentale (A. Gray) Hultén Vaccinium uliginosum var. occidentale (A. Gray) H. Hara Vaccinium uliginosum var.
İnsan penisi
Kişi cinsiyyət üzvü və ya Penis (lat. penis; yun. phallos) — xarici cinsiyyət orqanı olub, vəzifəsi spermanı (toxumu) və sidiyi ifraz etməkdir. Bu mağaralı toxumadan təşkil olunmuş bir cüt penisin mağaralı cismindən — lat. corpora cavernosa penis və bir ədəd penisin süngəri cismindən — lat. corpus spongiosum penis (corpus cavernosum urethrae - BNA) ibarətdir. Penis qasıq nahiyəsində xayalığın önündə asılaraq üç hissəyə bölünür: 1) arxa hissə — penis kökü — lat. radix penis qasıq sümüklərinə bağlanmışdır; 2) orta hissə — penis cismi — lat. corpus penis; 3) ön hissəsi — penis başı — lat. glans penis (yun.
Eris
Eris və ya Ris — Təbrizə aid olan konfet. Süd, şəkər, vanil, püstə və kakao ilə hazırlanır.
Pers
Pers bir neçə mənada işlənilə bilər: qədim yunan mifologiyası və ədəbiyyatında (q.yun. Πέρσης): Pers (titan) — qədim yunan mifologiyasında kiçik titan, Kriya və Evribiyanın oğlu. Pers (Heliosun oğlu) — qədim Yunan mifologiyasında Tavrida padşahı, Helios və Perseidanın oğlu. Pers (Perseyin oğlu) — qədim yunan mifologiyasında Əhəmənin atası, Əhəmənilərin əcdadı, Persey və Andromedanın oğlu, farsların bir çox dillərdə yayılmış "pers" adı məhz bu qəhramanla bağlıdır. Pers — "İşlər və günlər" əsərində adı çəkilən Hesiodun qardaşı. Sen-Jon Pers (1887—1975) — Fransa şairi.
Həmidə Ömərova. Kinomuzun ilham pərisi... (film, 2012)
Həmidə Ömərova. Kinomuzun ilham pərisi... — 2012-ci ildə rejissor Elvin Vəlimətovun Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Film teatr, kino və dublyaj aktrisası, Azərbaycanın xalq artisi Həmidə Ömərovanın 55 illik yubileyinə həsr olunur. == Film haqqında == Filmdə "Qızıl uçurum", "Anlamaq istəyirəm", "Yol əhvalatı", "Babamızın babasının babası", "Qorxma, mən səninləyəm", "Əzablı yollar", "Nizami", "Gümüşü furqon", "Bayramda yağış", "Burulğan", "Şirbalanın məhəbbəti" filmləri, "Dədə Qorqud oğuznamələri" bədii televiziya filmi və "Tənha durna uçuşu" film-tamaşasındakı kadrlardan istifadə edilmişdir.
Pərdis
Pərdis (fars. پرديس‎‎) — İranda şəhər, Tehran ostanının Pərdis şəhristanının inzibati. Tehran şəhərinin 42 km şərqindədir. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 25,360 nəfər və 7,228 ailədən ibarət idi.
Pərisuz
Pərisuz və ya Parisos — orta əsr Azərbaycanında çarlıq, şəhər, qala və monastır adı. Onun mərkəzi Şəmkirçayın yuxarı hövzəsində, indiki Azərbaycanın Qalakənd kəndi yaxınlığında yerləşirdi. Pərisuz çarlığı X əsrdə Ermənistan yaylasının şərqində ən mühüm knyazlığa çevrilmişdir. Pərisuzun xarabalıqları tarixən Pərisuz adlanan, Şəmkirçayın qolu olan çayın sol sahilindəki qayanın üzərində yerləşir. Pərisuz həmçinin, Şəmkirçay hövzəsini əhatə edən ətraf mahalın və paytaxtı burada olan bir çarlığın adı idi. Pərisuz qala-şəhərinin IX əsrdə qurulduğu ehtimal olunur. Şəmkirçayın daha aşağı axınında, yaxınlıqdakı Girdman qalasını Şəmkirçay hövzəsinin mərkəzi kimi əvəz etmişdir. Pərisuz Girdmandan daha çətin coğrafi mövqeyə malik idi. Mahal əsasən əvvəlki Girdman ilə üst-üstə düşürdü. Yaxınlıqda Pərisuz adlı bir monastır da mövcud idi.
PVRIS
PVRIS — 2012-ci ildə ABŞ-nin Louel, Massaçusets bölgəsində yaranmış rok qrupudur. Qrup ilk olaraq 5 üzv ilə qurulmuşdur. Bunlar: Lyndsey Gunnulfsen, Alex Babinski, Brian MacDonald, Kyle Anthony, Brad Griffin. Ancaq sonradan bəzi səbəblərə görə Kyle Anthony 2012-ci ildə, Brad Griffin isə 2013-cü ildə qrupla yollarını ayırır və qrup karyerasına 3 üzvlə — Lyndsey Gunnulfsen, Alex Babinski, Brian MacDonald ilə davam etdirir. PVRIS qrupu rok musiqisinin əsasən 3 növündə: Alternativ rok, Elektronik rok (Sinti rok), Eksperimental rok növlərində çıxış edir. Qrupun hələki "White Noise" adlı 1 studiya albomu mövcuddur. Albomda əsasən "Smoke", "My House", "St. Patrick" və albomla eyni adlı "White Noise" trekləri önə çıxır.
Kiçik Su pərisi: Arielin başlanğıc hekayəsi (cizgi filmi, 2008)
Kiçik Su pərisi: Arielin başlanğıc hekayəsi (ing. The Little Mermaid: Ariel's Beginning) — 2008-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. == Məzmun == Cizgi filmində ilk seriyasından əvvəl baş verən hadisələr əsas yer tutur. Dəniz hakimi Kral Triton həyat yoldaşının vəfatından sonra musiqiyə qadağa qoymuşdur.
Kiçik Su pərisi 2: Dənizə qayıdış (cizgi filmi, 2000)
Kiçik Su pərisi 2: Dənizə qayıdış (ing. The Little Mermaid II: Return to the Sea) — 2000-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. == Məzmun == İllər keçdikdən sonra Ariel və Erikin Melodi adlı qız övladı dünyaya gəlir. Melodi daha çox su dünyasını xoşlayır. Bu səbəbdən hər gün Melodi anasından xəbərsiz dənizdə üzür. Melodi babası Trayton ilə görüşən zaman Ursulanın bacısı Morqana onu ələ keçirmək istəyir ki, Traytonu şantaj etsin, lakin Morqana bunu bacarmır.
Mixail Perşin
Mixail Perşin (19 oktyabr 1989-cu ildə anadan olub) — Müdafiəçi kimi çıxış edən Qazaxıstanlı kişi futzalçıdır. Qazaxıstan milli futzal komandasının bir üzvüdür. O, UEFA Futzal Avro 2016-da iştirak etmişdir. 2016-cı ildən Qazaxıstanın Kayrat AFK futzal klubunda çıxış edir.
Nikita Perşin
Nikita Fyodoroviç Perşin (rus. Никита Фёдорович Першин; 13 yanvar 2002-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Çertanovo-2 Moskva klubunda yarımmüdafiəçi kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. Perşin öz peşəkar karyerasında debütünü 18 iyul 2018-ci ildə Çertanovo-2 Moskva klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Murom klubuna qarşı oyunda etmişdir.
Pərdis şəhristanı
Pərdis şəhristanı (fars. شهرستان پردیس‎) — Tehran ostanında inzibati ərazi vahidi. İnizbati mərkəzi Pərdis şəhəridir. Şəhristan 29 dekabr 2012-ci ildə Tehran şəhristanının bir qismi hesabına təşkil edilib.
Pərili köşk
Pərili köşk (əslən Yusif Ziya Paşa köşkü olaraq tanınır və hal hazırda Borusan Holdinq və Borusan Contemporary incəsənət muzeyinin mərkəzi binasıdır) ― Türkiyənin İstanbul ilində, Sarıyer ilçəsinin Rumelihisarı məhəlləsində yerləşən tarixi abidə. 1911-ci ildə qırmızı kərpicdən tikilmiş vitray pəncərələri olan bu qəsrə bənzər malikanə Bosfor boğazının üzərindəki Fateh Sultan Mehmet körpüsünün yaxınlığında yerləşir. Bina 9 mərtəbəlidir və ümumi sahəsi təxminən 5 000 kvadrat metrdir. Konakın məşhur ləqəbi olan Pərili köşk (türk dilində "ruhların olduğu köşk" mənasını verir) inşasının uzun müddət qismən yarımçıq qalması (ikinci və üçüncü mərtəbələri on illərdir boş qalmışdır) nəticəsində yaranmışdır. Binanın xarici görünüşü memar Hakan Kıran tərəfindən 1995–2000-ci illər arasında orijinal dizaynına uyğun olaraq diqqətlə bərpa edilmiş və tamamlanmışdır. O, həmçinin köşkün içini də yeniləmişdir. Pərili köşk eyni zamanda türk yazıçı Ömər Seyfəddinin hekayəsinin adıdır. Köşk Osmanlının ABŞ-dakı səfiri, Osmanlı hökumətinin üzvü Yusif Ziya paşa tərəfindən ailəsi üçün tikilmişdir. Binanın inşası 1910-cu illərin əvvəllərində başlamış, lakin Osmanlı imperiyası Birinci Dünya müharibəsinə girdikdə sənətkarların silahlı qüvvələrə qoşulması ilə dayanmışdır. Yusuf Ziya paşanın ikinci həyat yoldaşı olan Nəbiyə xanım və onun birinci ərindən olan üç qızı 1926-cı ilə qədər malikanədə yaşamışdır.