Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pigging
Boru təmizləmə qurğusu (ing. Pipeline Inspection Gauge) — həm də “pigs” kimi tanınan qurğu borularda müxtəlif istismar əməliyyatları yerinə yetirmək üçün istifadə olunan təhcizatlara aiddir. Bu qurğudan boruda axan məhsulu dayandırmadan istifadə edilir. Bu qurğunun funksiyaları yalnız boruda təmizləmə və yoxlama ilə məhdudlaşmır. Onunla həm də boruda axının təzyiqi və sürəti barədə də məlumat almaq olar. Pigging uzun illər neft sənayesində böyük diametrli boru kəmərlərinin təmizlənməsi üçün istifadə olunmuşdur. Pigging nəqletmə prosesinin, demək olar ki, istənilən bölməsində üçün istifadə edilə bilər. Məsələn, doldurma və ya saxlama kimi sistemlərdə. Pigging sistemləri artıq kosmetologiya və ərzaq məhsulları tullantısı, sürtkü yağı, boya, kimya kimi müxtəlif emal sənayesində quraşdırılır. Piglər həmçinin boruların təmizlənməsi üçün neft və qaz kəmərlərində istifadə olunur.
Backing vocal
Bek vokal — Əsas vokalisti və ya digər bek vokalistləri uyğunluq təmin edərək arxa fonda müşayiət edən müğənni.
Backing vocalist
Bek vokal — Əsas vokalisti və ya digər bek vokalistləri uyğunluq təmin edərək arxa fonda müşayiət edən müğənni.
Google hacking
Google dorkinq — veb-saytların istifadə etdiyi konfiqurasiya və kompüter kodunda təhlükəsizlik boşluqlarını tapmaq üçün Google Axtarış və digər Google proqramlarından istifadə edən haker texnikası. == Əsaslar == Google dorkinq, boşluqları olan veb-saytlarda mətnin xüsusi bölmələrinin, məsələn, həssas Veb proqramlarının xüsusi versiyalarının tapılması üçün Google axtarış sistemindəki operatorlardan istifadə etməyi nəzərdə tutur. intitle:admbook intitle:Fversion filetype:php kimi axtarış sorğuları başlıqlarında "admbook" və "Fversion" sətirləri olan PHP veb səhifələrini tapacaq ki, bu da o səhifələrdə kod inyeksiyası boşluğu olan PHP əsaslı guestbook olan Admbook-dan istifadə edildiyini göstərir. Tətbiqlərin defolt quraşdırmalarının yaratdığı hər bir səhifədə versiya nömrəsini göstərməsi normaldır, məsələn, həssas versiyaları işləyən veb-saytları axtarmaq üçün "Powered by XOOPS 2.2.3 Final" sözü istifadə edilə bilər. İnternetə qoşulmuş cihazları da tapmaq mümkündür. Məsələn inurl:"ViewerFrame?Mode=" axtarmaq açıq olan veb-kamera interfeyslərini tapacaq. == Tarixi == "Google Hacking" anlayışı 2002-ci ilin avqustunda Kris Sullonun Nikto boşluq skanerinin 1.20 buraxılışına "nikto_google.plugin" əlavə etdiyi vaxta təsadüf edir. 2002-ci ilin dekabrında Coni Lonq həssas sistemləri və/yaxud həssas məlumatların açıqlanmasını aşkar edən Google axtarış sorğularını toplamağa başladı və onları googleDorks adlandırmağa başladı. Google Dorks siyahısı 2004-cü ildə orijinal Google Hacking Database (GHDB) şəklində təşkil edilmiş böyük sorğu lüğətinə çevrildi. Google hacking-də aşkar olunmuş bu anlayışlar Bing və Shodan kimi digər axtarış sistemlərinə də şamil edilib.
Pişkin tüməni
Pişkin tüməni — inzibati vahid. Elxanilər dövləti Azərbaycan vilayətinin tüməni. H.Qəzvininin “Nüzhət əl qülub” əsərində verilmiş məlumatların təhlili göstərir ki, Pişkin Azərbaycan vilayətinin tərkibində bir tümənə çevrilmişdir. Belə ki, əsərin VIII bölümündə Azərbaycan vilayətinin tərkibindəki tümənliklər sırasında Təbriz, Ərdəbil, Pişkin, Xoy, Sərab, Marağa və Mərəndlə yanaşı Naxçıvanın da adı çəkilmişdir. Pişkin tüməni öz növbəsində mahallara bölünmüşdü. Tümən əmir tərəfindən, mahal isə mahal hakimi tərəfindən idarə edilirdi.
Viking metal
Vikinq metal — 1980-ci illərin sonunda black metal qrupu Bathorynin işıq üzü görən Hammerheart albomunun black metaldan uzaq olması nəticəsində ortaya çıxmışdır. Beləliklə Bathory ilk viking metal qrupu olmuş bundan sonra vikinq metala yönəlmişdir. Növün mənşələri black metal və heavy metala söykənən, folk metal birləşmə növlərindən biri olaraq qəbul edilir. vikinq rok isə vikinq metalın alt musiqi növü olaraq qəbul edilir. Viking metalda digər Metal musiqi növləri kimi ağırlıqlı olaraq elektro gitar, bass gitara, bateri, sərt vokallar istifadə edilir, ayrıca bəzən klaviatura və bəzi fərqli təsirlər yaratmaq üçün yerli skandinav çalğı alətləri musiqidə istifadə edilir. Mahnılarda ümumiyyətlə Viking Dövrünün mifologiyası, tragediyası izah edilir. Ayrıca mahnılara, əksəriyyətlə qəhrəmanlıq, döyüş və dramatik mövzular işlənir. Xarakteristikası Viking metal, ümumiyyətlə gurultulu, nizamsız qəmləri ilə birlikdə klaviatura melodiyalarıyla birlikdə əksəriyyətli qəmli və kədərli bir musiqi növüdür. Viking metalda ayrıca vərdiş edilməyən akustik, yerli skandinav çalğıları istifadə edilməsi musiqiyə rəng qatır. Tarixi Bathorynin 1990-cı ildə nümayiş etdirdiyi Hammerheart adlı albomu şimaldakı Viking metal axınının başlanğıcı olaraq və ilk Viking metal albomu olaraq qəbul edilir.
Norman Fucking Rockwell!
Norman Fucking Rockwell! — amerikalı müğənni Lana Del Reyin 30 avqust 2019-cu idə Polydor və Interscope Records tərəfindən buraxılan altıncı studiya albomu. Prodüserliyini əsasən Lananın özü və Jack Antonoff etmişdir, həmçinin Zak Daues, Andrew Wyatt və onun əvvəlki işlərinə töhfələr verən Rick Nowels dəstək olmuşdur. Norman Fucking Rockwell! soft rok, psixodelik rok və pianolu mahnılardan ibarətdir. Albom rəssam Norman Rokvellin adını daşıyır. Üz qabığında Lana və Cek Nikolsonun nəvəsi Duke Nicholsonun yelkənli qayıqda çəkdirdiyi şəkil yer alıb.
Hacking to the Gate
"Hacking to the Gate" (azərb. "Keçidi qırmaq"‎) — 27 aprel 2011-ci ildə 5pb. və Frontier Works səsyazma studiyaları tərəfindən yayımlanmış sinql. == Haqqında == Sinql "Steins;Gate" anime serialının bütün seriyaları boyunca açılış mahnısı kimi istifadə olunmuşdur. Mahnı Çiyomaru Şikura tərəfindən yazılmış və bəstələnmiş, İsoe Toşimiçi tərəfindən qaydaya salınmış və Kanako İto tərəfindən ifa olunmuşdur. Funimation Entertainment tərəfindən mahnının ingilis versiyası hazırlanmışdır.
Pirsinq
Pirsinq (ing. to pierce [pɪəs] — "deşmək, dəlik açmaq", bu söz daha erkən dövrlərdə köhnə fransız dilində bir zamanlar işlədilmiş percier, həmçinin loru latın dilindəki *pertusiare və klassik latın dilindəki pertundere, pertusus sözlərinin köməyi ilə yaranmışdır) – bədən modifikasiyasının bir forması, bədənin bir sıra yerlərində deşiyin yaradılması və oraya bəzək və ya zinət əşyalarının taxılması. Pirsinqin edilməsi və ya edilməməsinin bir çox səbəbi ola bilər. Bir sıra insanlar pirsinqi dini və ya mənəvi səbəblərdən, digərləri isə özünüifadə ehtiyacı ilə, estetik dəyərlərlə, öz seksual həyəcanlarını yaxşılaşdırmaqla, özünü hərhansısa bir submədəniyyətə aid etməsi və ya ona etirazı ilə tənzimlənir. Təhsil müəssisələri, işəgötürənlər və dini icmalar adətən pirsinqdən istifadəni məhdudlaşdırırlar. Bir sıra insanlar isə pirsinqin ekstremal növlərini praktikada işlədirlər. Ginnesin Rekordlar Kitabında, bədənində yüzlərlə və hətta minlərlə pirsinq deşiklərinə sahib olan insanların adları qeyd edilib. Əslində pirsinq – invaziv prosedurdur və pirsinq zamanı bədəndə allerqik reaksiya, kəsik və ya çapıq izlərinin yaranması və ümumilikdə orqanizmin görünmədən reaksiya ehtimalı böyükdür. Ancaq müasir qaydalar və ehtiyat kimi tibbi tədbirlər yuxarıda adı çəkilən risklərin yaranmasını minimuma salır. Pirsinq olunan yerin sağalması deşiyin harada olmasından asılıdır: belə ki, genital pirsinqin sağalması 1 aydan az çəkərkən, göbək pirsinqi 2 ilə tam sağalır.
Pilinq
Pilinq və ya aşındırma (ingiliscə peel — "təmizləmək", "qabığı çıxarmaq") – kosmetologiyada dərinin keratinləşdirilmiş yuxarı təbəqəsinin çıxarılması, aşındırılması. Pilinq dərinin təmizlənməsi üsullarından biri kimi qədim Misirdə ortaya çıxdı. Orta əsrlərdə şərab kimyəvi qabıq kimi, tartar turşusu isə aktiv maddə kimi istifadə olunurdu. Asiyada peeling orta əsrlərdə də tətbiq olunmağa başladı və burada bu prosedurun yerli təcrübəsi yüz ildən çoxdur. Dəriyə təsir üsuluna və dərinliyinə görə pilinqlər təsnif edilir. Təsir yolu ilə: kimyəvi (üzvi turşular ən çox istifadə olunur) fiziki (lazer, radio dalğası, ultrasəs) bioloji (enzimatik) Təsir dərinliyi: səthi — epidermisin dənəvər və stratum corneum daxilində median — epidermisə təsir edir və dermisin papilyar (papilyar) təbəqəsinə çatır. dərin — dermisin retikulyar (mesh) təbəqəsinə təsir göstərir İstənilən növ pilinq buynuz təbəqəni incələşdirir, kiçik komedonları çıxarır, dərinin daha dərin təbəqələrinə daxil olmağı asanlaşdırır, məsamələri genişləndirir və dərini yumşaldır, bu da tez-tez pilinqi sonrakı prosedurlar üçün hazırlıq prosesi edir. Pilinq həm də bazal təbəqədə hüceyrə bölünməsini gücləndirir və dəri hamar və parlaq olur, daha gənc və sağlam görünüş əldə edir. Mexanik aşındırma üçün əzilmiş badam qabıqları, şəkər və ya duz kristalları, pemza və aşındırıcı materiallar (lif qabı) olan skrablardan istifadə olunur. Bu cür skrablar ümumiyyətlə mövcuddur, pərakəndə satışda satılır və evdə istifadə edilə bilər.
Korset (pirsinq)
Korset — bel nahiyyəsində edilən pirsinq növü. == Xüsusiyyət == Pirsinq 18—20 ga (0,8—1,0 mm) ölçüdə iynələrlə (yaxşı olar ki, bunu titan, polad və ya plastik materiallardan istifadə edilsin) fiksasiya olunur, sağalma prosesi 2-3 ay davam edir. Həmçinin beldə gələcək pirsinq dəliklərinin edilməsi üçün düzgün işarələnməsi vacibdir. Sağalma gedişində dərini xlorgekdsidinlə (miramistinlə) və antiseptik mazla (levomekol) təmizləmək olar.
Tunel (pirsinq)
Tunel — qulağın sırğalıq nahiyyəsinə taxılan halqa şəklində və böyük ölçüdə olan bəzək əşyası. Adi sırğadan dəliyin böyük diametri ilə fərqlənir. Həmçinin sonradan həmin dəliyin bağlanma prosesi Plaq (ing. plug — «tıxac») adlanır. Tunel və Plaqlar hələ qədim dövrlərdən məlum idi, çünki qulaqların modifikasiyası hələ Afrika kontinentində yaşayan erkən insanlar tərəfindən təcrübələnirdi. Xalqların Afrika materikindən yeni ərazilərə köçməsi ilə tunel də Avrasiya və digər kontinentlərə də yayıldı. Arxeoloji qazıntılar tunellərin Qədim Misirdə, İnd vadisi mədəniyyətində, Hind-Çində və Mezoamerika mədəniyyətlərində geniş istifadəsini təsdiqləyir. Mohenco-Daroda aparılan arxeoloji qazıntılarda çoxlu sayda qulaq dəliklərini genişləndirmək üçün istifadə edilən alətlər və halqalar aşkar edilmişdi. İnd vadisi boyunca yaşayan xalqlarda tunel və plaqlar kundala (sanskr. कुण्डलिन्; “halqalarla bəzədilmiş qulaqlar”) adlanırdı.
Yevgeni Ptiçkin
Yevgeni Nikolayeviç Ptiçkin (rus.: Евгений Николаевич Птичкин) — rus bəstəkarı, RSFSR-in əməkdar incəsənət xadimi (1978), RSFSR-in xalq artisti (1988). Yevgeni Ptiçkin 1 iyun 1930-cu ildə Moskvada anadan olmuşdur. 1957-ci ildə Musiqili-pedaqoji institutunun kompozisiya sinfini bitirmişdir. Bir vaxtlar səs rejissoru çalışan Y. Ptiçkin sonralar peşəkar bəstəkara çevrilir. 1960-cı illərin əvvəllərindən kinoda çalışmışdır. Ona ən böyük şöhrəti 1970-ci ildə çəkilmiş "Mənim küçəm" filminə yazdığı mahnı gətirmişdir. Yevgeni Nikolayeviç Ptiçkinin musiqiləri 70-dən artıq bədii və animasiya filmlərində səslənmişdir. Bu mahnıları məşhur müğənnilər – Anna German, İosif Kobzon, Mayya Kristalinskaya, Lüdmila Qurçenko ifa etmişlər. Bəstəkar Yevgeni Nikolayeviç Ptiçkin 28 noyabr 1993-cü ildə doğulduğu Moskva şəhərində vəfat etmişdir.
Vikinq-metal
Vikinq metal — 1980-ci illərin sonunda black metal qrupu Bathorynin işıq üzü görən Hammerheart albomunun black metaldan uzaq olması nəticəsində ortaya çıxmışdır. Beləliklə Bathory ilk viking metal qrupu olmuş bundan sonra vikinq metala yönəlmişdir. Növün mənşələri black metal və heavy metala söykənən, folk metal birləşmə növlərindən biri olaraq qəbul edilir. vikinq rok isə vikinq metalın alt musiqi növü olaraq qəbul edilir. Viking metalda digər Metal musiqi növləri kimi ağırlıqlı olaraq elektro gitar, bass gitara, bateri, sərt vokallar istifadə edilir, ayrıca bəzən klaviatura və bəzi fərqli təsirlər yaratmaq üçün yerli skandinav çalğı alətləri musiqidə istifadə edilir. Mahnılarda ümumiyyətlə Viking Dövrünün mifologiyası, tragediyası izah edilir. Ayrıca mahnılara, əksəriyyətlə qəhrəmanlıq, döyüş və dramatik mövzular işlənir. Xarakteristikası Viking metal, ümumiyyətlə gurultulu, nizamsız qəmləri ilə birlikdə klaviatura melodiyalarıyla birlikdə əksəriyyətli qəmli və kədərli bir musiqi növüdür. Viking metalda ayrıca vərdiş edilməyən akustik, yerli skandinav çalğıları istifadə edilməsi musiqiyə rəng qatır. Tarixi Bathorynin 1990-cı ildə nümayiş etdirdiyi Hammerheart adlı albomu şimaldakı Viking metal axınının başlanğıcı olaraq və ilk Viking metal albomu olaraq qəbul edilir.
Vikinq proqramı
Vikinq proqramı — NASA tərəfindən Marsa göndərilən "Vikinq 1" və "Vikinq 2" kosmik zondlarından ibarət missiyadır. Bu, nə vaxtsa Mars üçün nəzərdə tutulan ən bahalı missiya idi, ümumi dəyəri təxminən 1 milyard $ təşkil edirdi. 1990-cı illərin sonu 2000-ci illərin əvvəllərində Mars planetinin səthi haqqında əsas məlumatların əldə edilməsində əvəzsiz rolu olmuşdur. "Vikinq 1" 20 avqust 1975-ci ildə, "Vikinq 2" isə 9 sentyabr 1975-ci ildə Yerdən uçuşa başlayıblar. Təxminən 9 ay sonra, yəni 19 may 1976-cı ildə "Vikinq 1", 7 avqust 1976-cı ildə isə "Vikinq 2" Mars atmosferinə daxil olur. Nəhayət, "Vikinq 1" 20 iyul, "Vikinq 2" isə 3 sentyabr 1976-cı ildə Mars səthinə uğurlu eniş etdilər.
Vyaçeslav Lıçkin
Vyaçeslav Stepan oğlu Lıçkin (30 sentyabr 1973, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı futbolçu. Futbol üzrə Azərbaycan milli yığmasının üzvü olmuşdur. Azərbaycan futbolunun yetirməsi. 1989—1991-ci illərdə ikinci liqa klubu Termist klubunda oynuyurdu. 1991-ci ildə Neftçinin heyətində SSRİ birinci liqasında 3 oyun keçirtmişdir. 1992—1994-cü illərdə Dinamo Stavropol, Nart Çerkessk və Anji Mahaçqala kimi rus komandalarında çıxış edirdi. 1995—1996-cı il mövsümünü Neftçi də keçirtdi və öz etirafına görə, bu onun karyerasında ən yaxşı mövsümü idi. 1996/97 mövsümün əvvəlində Türkiyənin Trabzonspor komandasında oynuyurdu. Lakin legioner karyerası uğurlu alınmadı və o, tezliklə evə qayıtdı. 1997-ci ildə meneceri Ayvar Poxlakın köməyi ilə Finlandiyanın TPS klubuna keçdi və orada həmən əsas heyətin üzvü ola bildi.
Vikinq dövrü
Vikinq dövrü Avropa tarixində VIII əsrin sonundan XI əsrə qədər olan dövrdür. Bu dövr Şimali Avropa və Skandinaviya tarixini XI əsrin ortalarına qədər, xüsusən də German Dəmir dövründən sonrakı dövrü əhatə edən dövrdür. Bu dövrdə vikinqlər ticarət, basqın, müstəmləkəçilik və fəth üçün dənizlər və çaylar vasitəsilə Avropanı araşdırdılar. Vikinqlər Qrenlandiya, Nyufaundlend, Farer adaları, İslandiya, Norveç, İsveç, Şotlandiya, İngiltərə, İrlandiya, Hollandiya, Almaniya, Ukrayna, Rusiya və Türkiyədə məskunlaşmışdılar.
Şahzadə Albert (pirsinq)
Pirsinq Şahzadə Albert — kişi genital pirsinqin ən çox yayılmış növündən biri. Genital dəlik yaradılma ənənəsi Duq Malloyun Bədənin və genitaliyaların pirsinqi haqda məlumatı yayılması ilə ciddi şəkildə təhrif olunmuşdu. Onun məlumatlarında çox sayda şəhər əfsanələri vardır; məsələn Şahzadə Albert geyimi altında özünün cinsiyyət orqanının böyük ölçülərini gizlətmək üçün eyniadlı pirsinq növünü icad etmişdi. Quptalar dövrünə aid Kamasutrada penisin pülük nahiyyəsinə keçirilən biz və digər alətlərin seksual hisslərin artırılmasına səbəb olduğu haqda məlumatlar vardır. Borneo adasında yaşayan Dayaki xalqı öz seksual coşğunluğunu azalmaqla penis başını deşirlər. Deşilmə penisin pülük nahiyyəsindən uretraya kimi edilir. Əsasən bu növ pirsinqlər tez sağalır — bəzi hallarda isə deşik edildikdən sonra 2–3 gün müddətində sidik ifrazı zamanı qanaxma müşahidə oluna bilər. Əsa deyilən bəzək əşyası içi boş boru şəklindədir və ucunda açılabilən qapaqdan ibarətdir.
Şahzadə Albert (genital pirsinq)
Pirsinq Şahzadə Albert — kişi genital pirsinqin ən çox yayılmış növündən biri. Genital dəlik yaradılma ənənəsi Duq Malloyun Bədənin və genitaliyaların pirsinqi haqda məlumatı yayılması ilə ciddi şəkildə təhrif olunmuşdu. Onun məlumatlarında çox sayda şəhər əfsanələri vardır; məsələn Şahzadə Albert geyimi altında özünün cinsiyyət orqanının böyük ölçülərini gizlətmək üçün eyniadlı pirsinq növünü icad etmişdi. Quptalar dövrünə aid Kamasutrada penisin pülük nahiyyəsinə keçirilən biz və digər alətlərin seksual hisslərin artırılmasına səbəb olduğu haqda məlumatlar vardır. Borneo adasında yaşayan Dayaki xalqı öz seksual coşğunluğunu azalmaqla penis başını deşirlər. Deşilmə penisin pülük nahiyyəsindən uretraya kimi edilir. Əsasən bu növ pirsinqlər tez sağalır — bəzi hallarda isə deşik edildikdən sonra 2–3 gün müddətində sidik ifrazı zamanı qanaxma müşahidə oluna bilər. Əsa deyilən bəzək əşyası içi boş boru şəklindədir və ucunda açılabilən qapaqdan ibarətdir.