VIKING

n tar. vikinq 1) qədim skandinav əsgəri; 2) dəniz qulduru

VIGOUR
VILE
OBASTAN VİKİ
Viking metal
Vikinq metal — 1980-ci illərin sonunda black metal qrupu Bathorynin işıq üzü görən Hammerheart albomunun black metaldan uzaq olması nəticəsində ortaya çıxmışdır. Beləliklə Bathory ilk viking metal qrupu olmuş bundan sonra vikinq metala yönəlmişdir. Növün mənşələri black metal və heavy metala söykənən, folk metal birləşmə növlərindən biri olaraq qəbul edilir. vikinq rok isə vikinq metalın alt musiqi növü olaraq qəbul edilir. Viking metalda digər Metal musiqi növləri kimi ağırlıqlı olaraq elektro gitar, bass gitara, bateri, sərt vokallar istifadə edilir, ayrıca bəzən klaviatura və bəzi fərqli təsirlər yaratmaq üçün yerli skandinav çalğı alətləri musiqidə istifadə edilir. Mahnılarda ümumiyyətlə Viking Dövrünün mifologiyası, tragediyası izah edilir. Ayrıca mahnılara, əksəriyyətlə qəhrəmanlıq, döyüş və dramatik mövzular işlənir. XarakteristikasıViking metal, ümumiyyətlə gurultulu, nizamsız qəmləri ilə birlikdə klaviatura melodiyalarıyla birlikdə əksəriyyətli qəmli və kədərli bir musiqi növüdür. Viking metalda ayrıca vərdiş edilməyən akustik, yerli skandinav çalğıları istifadə edilməsi musiqiyə rəng qatır. TarixiBathorynin 1990-cı ildə nümayiş etdirdiyi Hammerheart adlı albomu şimaldakı Viking metal axınının başlanğıcı olaraq və ilk Viking metal albomu olaraq qəbul edilir.
Vikinglər
Vikinqlər — azad kəndlilərdən toplanan və əsasən ticarət və quldurluq üçün dənizlərdə drakkarlarda üzən müxtəlif tayfalardan ibarət (əsasən skandinav mənşəli) sosial təbəqə. 810-cu ildən başlayaraq 300 il Skandinaviyada hökm sürüblər. 300 il ərzində vikinqlər bütün Avropaya yürüş ediblər. Avropanın çox yerində məskən salan vikinqlər Qrenlandiyanı kəşf edib, Xristofor Kolumbdan 500 il əvvəl Şimali Amerikaya ayaq basan ilk avropalılar olub, Fransada və Şotlandiyada öz dövlətlərini yaradıblar. Anqlo-sakslar və digər millətlər Skandinaviyanı tərk etdikdən sonra buraya danlar gəlib, 800-cü ildə öz dövlətlərini yaratdılar. 810-cu ildə şah Qotrrikın ölümündən sonra dövlət dağıldı və vikinqlər hakimiyyətə gəldilər. Buna səbəb vikinqlərin çoxsaylı gəmiləri və dənizdə güclü naviqasiyaya malik olmaları idi. 814-cü ildə Böyük Karlın qurduğu Frank dövləti vikinqlərin və ərəblərin hücümlarından sonra dağıldı. Amma vikinqlərin düşmənları birləşəndə və vikinqlərə hücüm edəndə sonuncular uduzurdular. Belə ki, vikinqlər 878-ci ildə İngiltərədə məğlub oldular.
бу́йволовый денота́тный доверша́ться обкра́дывать опло́шность подчёркнутый рифлёность дать жизнь казни́ть маслёнок не приведи́ бог подвы́в прямо... alkylate approbative clear-sighted incorporeal macrolinguistics power down revertase sun-parlour вытеснение кардиохирургия методология обоюдоострый