Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jerar Pike
Jerar Pike — İspaniyanın "Barselona" klubunun,Sabiq Müdafiəçisi
Xerard Pike
Jerar Pike — İspaniyanın "Barselona" klubunun,Sabiq Müdafiəçisi
Pikes Peak
Pikes Peak, Amerika Birləşmiş Ştatlarının Kolorado əyalətindəki Rocky Dağlarında yerləşən bir zirvədir. Dağ Colorado Springsdən 19.3 km cənubda yerləşir və 4.302 metr hündürlükdədir. Amerikalı tədqiqatçı Zebulon Pikenin adını daşıyır. Pikes Peak, xüsusilə illik Pikes Peak International Hill Climb avtoyarışı ilə məşhurdur. Dağ həm də xizək kurortuna ev sahibliyi edir. Pikes Zirvəsi 1961-ci ildən Milli Tarixi Abidə elan edilmişdir.
Pikey (film, 2014)
PK 2014-cü ildə çəkilmiş elmi fantastika komediya janrında olan filmdir. Bu filmin rejissoru Rajkumar Hirani, prodüseri Hirani və Vidhu Vinod Çopra, ssenari müəllifi isə Hirani və Abhicat Coşi olmuşdur. Filmdə baş rollarda Aamir Khan, Anushka Sharma, Sushant Singh Rajput, Boman Irani, Saurabh Shukla və Sanjay Dutt çəkilib. Film tədqiqat missiyası üçün yer üzünə gələn yadplanetlinin hekayəsindən bəhs edir.
Sterna pikei
Qütb susüpürəni (lat. Sterna paradisaea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Nike
Nike (Nayk) – idman geyimləri istehsal edən dünya şöhrətli ABŞ şirkəti. Mənzil qərargahı Biverton şəhəri, Oreqon ştatı. Adını yunan mifologiyasındakı zəfər tanrıçası Nikedən alır. Air Jordan və Nike Golf kimi alt markaları ilə yanaşı, Converse kimi müstəqil markaların da sahibidir. Şirkət istehsalının hardasa hamısını uzaq şərqdəki fabrkilərdə istehsal etməkdədir.Şirkət dünya səviyyəsində 25,000 işçiyə malikdir və (2007)-ci ildə 10,9 milyard təmiz gəlir açıqlamışdır. Nike bir çox futbol komandasına və milli komandaya sponsor olaraq, futbol dünyasına ağırlığını qoymağa çalışmaqdadır. Nike həmçinin Braziliya, Portuqaliya, Niderland, ABŞ, Mançester Yunayted, Arsenal, Barselona, İnter Milan, Yuventus, Şaxtyor, Portu, Styaua Buxarest kimi dünyanın aparıcı futbol klublarına və bəzi sponsorluq etdiyi klublar Qırmızı Ulduz, Boka Xuniors, Korintians Paulista, Trabzonspor, Klub Amerika, Aston Villa, Seltik və PSV. Dünyanın ən tanınmış markalarından biri olan Nike, uşaq işçiləri işlətmək və təbiətə zərər vermək kimi mövzularda davamlı məhkəməlik olmaqda və imicini zədələməkdədir. Stanford Universitetində işləyən Phil Knight tərəfindən 1972-ci ildə qurulan Nikenin swoosh deyilən məşhur simvolu, bir universitet şagirdi tərəfindən 35 dollara çəkilmişdir.Simvolun gətirdiyi fövqəladə müvəffəqiyyətdən sonra1983-ci ildə Carolyn Davidsona (ictimaiyyətə açıqlanmayan miqdarda) şirkət hissəsi verilmişdir.
Pide
Pide, Türk və Orta Şərq mətbəxlərində məşhur olan yastı bir çörək növüdür. == Çörək olaraq istifadəsi == Pide somun çörəklər kimi gündəlik süfrələrdə istifadə edilməsinin yanında kabab salonlarının imtina edilməz çörəyidir. Dönər, Adana kababı, İskəndər kababı kimi kabab yeməklərinin üzərinə dördbucaqlı şəklində kəsilmiş parçalar halında qoyularaq xidmət edilər. Pide xüsusilə Ramazan aylarında iftar və sahur süfrələrində seçilən bir çörək növüdür.
Pika
Pika xəstəliyi — mərkəzi sinir sisteminin nadir, bir qayda olaraq xroniki və getdikcə şiddətlənən xəstəliyidir. Xəstəlik baş beyin qabığının əsasən alın və gicgah payının dağılması və atrofiyası ilə xarakterizə olunur. == Haqqında == Pika dünyada aşkar edilmiş on nadir xəstəlikdən biridir. Bu xəstəliyə tutulan insanlarda kağız, sabun, torpaq, təbaşir, gil, süngər kimi maddələrə meyl yaranır. Alimlər bu xəstəliyin mineral çatışmazlığından irəli gəldiyini yəqinləşdiriblər. Bu nadir xəstəlik, insanda yeyilməsi mümkün olmayan maddələri yemək istəyi oyadır. Bu xəstəlik əsasən hamilə qadınlar və kiçik yaşlı uşaqlarda müşahidə edilir. Yeyilməsi mümkün olmayan maddələrlə qidalanmaq - qanda hansısa maddələrin çatışmazlığından əmələ gəlir. Belə xəstələr ambulator müayinədən keçərək, qan analizi verməli və dəqiq müayinə olunmalıdırlar. Bundan sonra müalicəyə başlamaq olar.
Pize
Pize (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Spike
Spayk İsrail istehsalı 4-cü nəsil daşına bilən, atəş aç-unut prinsipi ilə işləyən tank əleyhinə idarəolunan raket kompleksidir (TƏİR). İsrailin "Rafael Advanced Defence Systems" şirkəti tərəfindən istehsal olunur. 2016-cı il məlumatlarına əsasən, Spayk ailəsinə aid təqribən 25,600 raket 25 ölkəyə satılıb ki, bu ölkələrdən biri də Azərbaycandır. Raket hədəfi avtonom şəkildə və ya operatorun nişan alması ilə də vura bilir. İkinci halda raketin operator pultuna göndərdiyi videosiqnal əsasında qərar qəbul edilir. Operator artıq havada olan raketin uçuşu korrektə edə bilər. Görünməyən hədəflərə zərbə endirmək üçün raketə əlavə informasiya daxil olmalıdır (məsələn peyk və ya dronlardan). == Variantları == Spayk-SR "Spayk" ailəsinin ən kiçik nümayəndəsi daşınan "Spayk-SR" (Short range- kiçik məsafə) kompleksidir. Raketin buraxılışı tank əleyhinə qumbaraatanlar kimi çiyin üstündən edilir. Silahın qısa məsafəli versiyası 2012-ci ildə təqdim olunub.
Pikə Axundova
Pikə Axundova (Talıblı; 1984, Bakı) — Bəstəkar-pianoçu, pedaqoq, prezident təqaüdçüsü, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Beynəlxalq müsabiqələr və "Gənclər Mükafatı" laureatı. == Həyatı == Pikə Mirzəağa qızı Axundova (Talıblı) 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, ilk musiqi təhsilini 4 yaşında ikən anasından almış, daha sonra fortepiano ixtisası üzrə, 1989-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin hazırlıq, 1990-cı ildə isə 1-ci sinfinə daxil olmuşdur. 2001-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini 3 şöbə üzrə (fortepiano, bəstəkarlıq, nəzəriyyə) əla qiymətlərlə bitirmişdir. 2001-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq və fortepiano şöbələrinə qəbul olmuşdur. Bəstəkarlıq ixtisası üzrə akademik Arif Məlikov, fortepiano ixtisası üzrə isə Dilarə Mirzəquliyevanın sinfində təhsil almışdır. 2005-ci ildə Magistr pilləsinə qəbul olmuş, 2007-ci ildə həm bakalavr, həm də magistr pilləsini fərqlənmə diplomları ilə bitirmişdir. 2007-ci ildə aspiranturaya qəbul olmuş və 2010-cu ildə yenə də fərqlənmə diplomu ilə bitirmişdir. Hal-hazırda Bülbül adına orta ixtisas musiqi məktəbində və G.Şaroyev adına 11 illik musiqi məktəbində bəstəkarlıq və fortepiano ixtisasları üzrə müəllim vəzifəsində çalışır. Bundan başqa Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi və doktorantıdır.Tarix üzrə fəlsəfə doktoru, AMEA akad.
Pik
Pik - İtiuclu dağ zirvəsidir
Chris Pine
Kris Payn(ing. Christopher Whitelaw Pine; d. 26 avqust 1980, Los-Anceles, ABŞ) — Amerikalı aktyor.
Mike Connors
Mike Connors (15 avqust 1925, Fresno, Kaliforniya – 26 yanvar 2017, Tarzana[d], Kaliforniya) — aktyor. == Həyatı == 15 avqust 1925-ci ildə anadan olub. 26 yanvar 2017-ci ildə vəfat edib.
Mike Dirnt
Maykl Rayan Pritçard (Michael Ryan Pritchard),yəni Mike Dirnt 1972-ci ilin 4 may tarixində anadan olmuşdur. Onun anası narkoman olduğundan o, uşaqlığını uşaq evində keçirmişdi. Amma Mayklın cəmi 7 yaşı olanda onun analığı və atalığı boşanmışdı. Əvvəllər Maykl atası ilə qalsa da, sonradan anası ilə yaşamağa məcbur oldu. "Həyatda hər şey baş verə bilər" Maykl deyir, " Mən 4-cü ya da 5-ci sinifdə oxuyanda anam bütün gecə evə gəlmirdi. Səhərisi gün isə o, hansısa kişi ilə evə qayıtdı və həmin kişi bizim evimizə köçdü. Mən də bununla barışa bilmirdim. Lakin mən məktəbi bitirəndən sonra onunla dostlaşdım. O, mənə hər şeyi verdi. O, mənim daxilimdə işçi ruhunu möhkəmləndirdi.
Mike Havenaar
Mayk Havenaar (d. 20 may 1987) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 17 oyun keçirib, 4 qol vurub.
Mike Kabo
Mike Kabo (30 mart 1986, Quda, Cənubi Hollandiya) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Mike Kabo, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Mike Pirompon
Mike Pirompon (tay ไมค์ ภิรมย์พร, ing. Mike Phiromphon; 8 iyul 1966) — Tailand musiqiçisi .
Nike, Inc.
Nike (Nayk) – idman geyimləri istehsal edən dünya şöhrətli ABŞ şirkəti. Mənzil qərargahı Biverton şəhəri, Oreqon ştatı. Adını yunan mifologiyasındakı zəfər tanrıçası Nikedən alır. Air Jordan və Nike Golf kimi alt markaları ilə yanaşı, Converse kimi müstəqil markaların da sahibidir. Şirkət istehsalının hardasa hamısını uzaq şərqdəki fabrkilərdə istehsal etməkdədir.Şirkət dünya səviyyəsində 25,000 işçiyə malikdir və (2007)-ci ildə 10,9 milyard təmiz gəlir açıqlamışdır. Nike bir çox futbol komandasına və milli komandaya sponsor olaraq, futbol dünyasına ağırlığını qoymağa çalışmaqdadır. Nike həmçinin Braziliya, Portuqaliya, Niderland, ABŞ, Mançester Yunayted, Arsenal, Barselona, İnter Milan, Yuventus, Şaxtyor, Portu, Styaua Buxarest kimi dünyanın aparıcı futbol klublarına və bəzi sponsorluq etdiyi klublar Qırmızı Ulduz, Boka Xuniors, Korintians Paulista, Trabzonspor, Klub Amerika, Aston Villa, Seltik və PSV. Dünyanın ən tanınmış markalarından biri olan Nike, uşaq işçiləri işlətmək və təbiətə zərər vermək kimi mövzularda davamlı məhkəməlik olmaqda və imicini zədələməkdədir. Stanford Universitetində işləyən Phil Knight tərəfindən 1972-ci ildə qurulan Nikenin swoosh deyilən məşhur simvolu, bir universitet şagirdi tərəfindən 35 dollara çəkilmişdir.Simvolun gətirdiyi fövqəladə müvəffəqiyyətdən sonra1983-ci ildə Carolyn Davidsona (ictimaiyyətə açıqlanmayan miqdarda) şirkət hissəsi verilmişdir.
Nikolae Dike
Nikolae Marius Dike (d. 9 may 1980, Pitești, Rumıniya) — rumın futbol yarımmüdafiəçisi. 2004-ci ildən məşqçi kimi fəaliyyət göstərir.
Pide Nekuiye
Pide Nekuiye və ya Pidenkuiye İranın Kirman ostanının Ənbərabad məntəqəsində bir dağlıq məntəqədir.Bu sahədəki bəzi kəndlər 2006(1384 Hicri təqvimi| Hicri Şəmsi)ilin qışında bir qrup İran təhlükəsizlik quvvələr(kəşfiyyat agentləri)nin tərəfindən aşkar edilmişdir.İnsanları çılpaq və mağara adamıidilər və ağac yarpaqlar ilə qidalanırdırlar. Zuraki kəndi bu kəndlərin biridir ki əhalisi 2006(1384) ilinə qədər yeni dünya alətləri və konsepsiyalari (qəzet, teliviziya ,...) ilə tanış deyildirlər. Pide Nekuiye əhalisi farslardan ibarətdir və fars dilində danışırlar.
Pika sindromu
Pika sindromu — torpaq, gil, təbaşir, kömür kimi qeyri-qida materialları ilə qidalanma meyli.Adətən bədəndə dəmir, sink, kalsium əskikliyi pika sindromunun yaranmasına səbəb olur. Amma bu cür materialların qəbulu nəinki lazımi elementlər ilə təmir edir, həmçinin qəbizlik, bağırsaqlarda parazit, cinsi istək azalması, müxtəlif zəhərlənmələr və s. hallar ilə nəticələnir. == İşarələr və simptomlar == Pika, sabun, alçıpan və ya boya kimi əhəmiyyətli qida dəyəri olmayan maddələrin istehlakıdır. Yeyilən maddəyə görə aşağıdakı növləri xarakterizə olunur: Akufagiya (kəskin əşyalar) Amilofagiya (qarğıdalı kimi təmizlənmiş nişasta) Kautopireiofagiya (yanmış kibrit) Koniofagiya (toz) Koprofagiya (nəcis) Emetofagiya (qusma) Geomelofagiya (xam kartof) Geofagiya (torpaq, qum, gil, təbaşir) Hyalophagia (şüşə) Liqnofagiya (ağac) Litofagiya (daşlar) Metallofagiya (metal) Mukofagiya (selik) Paqofagiya (buz) Plumbofagiya (qurğuşun) Trixofagiya (saç, yun və digər liflər) Urofagiya (sidik) Hematofagiya (vampirizm) (qan) Ksilofagiya (ağac və ya kağız kimi ağac məhsulları)Pika zamanı diaqnostik meyarına cavab vermək üçün bu yemək nümunəsi ən azı bir ay davam etməlidir. == Səbəblər == Pika hazırda Psixi Pozğunluqların Diaqnostik və Statistik Təlimatı (DSM-5) tərəfindən psixi pozğunluq kimi tanınır. DSM-5-ə əsasən, mineral çatışmazlıqlar bəzən pika ilə əlaqələndirilir, lakin bioloji anormallıqlar nadir hallarda aşkar edilir. Geofagiya, paqofagiya və amilofagiya kimi pika formaları ilə məşğul olan insanlarda qan azlığı və ya aşağı hemoglobin konsentrasiyası, qırmızı qan hüceyrələrinin (hematokrit) və ya plazma sink səviyyəsinin aşağı olması ehtimalı daha yüksəkdir. Xüsusilə, geofagiya ilə məşğul olmaq daha çox anemiya və ya aşağı hemoglobin ilə əlaqələndirilir. Paqofagiya və amilofagiya ilə məşğul olmaq daha çox anemiya ilə əlaqələndirilir.
Pika xəstəliyi
Pika xəstəliyi — mərkəzi sinir sisteminin nadir, bir qayda olaraq xroniki və getdikcə şiddətlənən xəstəliyidir. Xəstəlik baş beyin qabığının əsasən alın və gicgah payının dağılması və atrofiyası ilə xarakterizə olunur. == Haqqında == Pika dünyada aşkar edilmiş on nadir xəstəlikdən biridir. Bu xəstəliyə tutulan insanlarda kağız, sabun, torpaq, təbaşir, gil, süngər kimi maddələrə meyl yaranır. Alimlər bu xəstəliyin mineral çatışmazlığından irəli gəldiyini yəqinləşdiriblər. Bu nadir xəstəlik, insanda yeyilməsi mümkün olmayan maddələri yemək istəyi oyadır. Bu xəstəlik əsasən hamilə qadınlar və kiçik yaşlı uşaqlarda müşahidə edilir. Yeyilməsi mümkün olmayan maddələrlə qidalanmaq - qanda hansısa maddələrin çatışmazlığından əmələ gəlir. Belə xəstələr ambulator müayinədən keçərək, qan analizi verməli və dəqiq müayinə olunmalıdırlar. Bundan sonra müalicəyə başlamaq olar.
Piku Ruyvu
Piku Ruyvu (port. Pico Ruivo) — Madeyra adasında yerləşən zirvə. Zirvənin hündürlüyü 1862 metr təşkil edir. Buradan adanın gözəl mənzərəsi açılır. Ancaq bu hava şəraitindən çox asılıdır.
Sike Aleksandresku
Sike Vasile Aleksandresku (rum. Sică Vasile Alexandrescu; 15 avqust 1896, Buxarest – 6 avqust 1973, Kann) — Rumıniya rejissoru. == Həyatı == Sike Vasile Aleksandresku 15 avqust 1896-cı ildə Buxarestdə anadan olmuşdur. O, 1913-cü ildən müxtəlif teatrlarda fəaliyyət göstərmişdir. Aleksandresku 1947–1967 illərdə Buxarestdəki Y. L. Karaçale adına Milli Teatrın baş rejissoru olmuşdur. O, 1967-ci ildən Braşov şəhərindəki dram teatrının direktorudur. Aleksandresku "Həyəcanlı gecə" (Y. L. Karaçale), "Adsız ulduz" (M. Sebastian), "Müfəttiş" (N. V. Qoqol), "Belçesku" (K. Petresku), "Matey Millo" (M. Ştefenesku) pyeslərini, J. B. Molyerin komediyalarını və s. əsərləri tamaşaya qoymuşdur. O, yaradıcılığında rumın teatrının realist ənənələrini inkişaf etdirmişdir. Sike Vasile Aleksandresku 6 avqust 1973-cü ildə Kann şəhərində vəfat etmişdir.
Spike Chunsoft
Spike Chunsoft (スパイク・チュンソフト, Supaiku Chunsofuto) — Yaponiya videooyun şirkəti. Şirkət Spike və Chunsoft şirkətlərinin birləşməsi nəticəsində yaranıb və ana şirkəti Dwango şirkətidir. == Oyunlar == === İstehsal olunmuş === Conception: Ore no Kodomo o Undekure! (PlayStation Portable, 2012) (ancaq nəşr olunub) Kenka Banchō Bros. Tokyo Battle Royale (PlayStation Portable, 2012) Danganronpa 2: Goodbye Despair (PlayStation Portable, PlayStation Vita, PlayStation 4, 2012) Danganronpa: Trigger Happy Havoc (Android, iOS, PlayStation Vita, PlayStation 4, 2012) Fushigi na Dungeon: Fūrai no Shiren 4 plus - Kami to Me to Akuma e so (Nintendo DS, PlayStation Portable, 2012) Pokémon Mystery Dungeon: Gates to Infinity (Nintendo 3DS, 2012) Conception II: Children of the Seven Stars (Nintendo 3DS, PlayStation Vita, 2013) StreetPass Battle / Warrior's Way (Nintendo 3DS, 2013) 999: Nine Hours, Nine Persons, Nine Doors (iOS, 2013) Attack on Titan: Humanity in Chains (Nintendo 3DS, 2013) J-Stars Victory VS (PlayStation 3, PlayStation Vita, 2014) Fossil Fighters: Frontier (Nintendo 3DS, 2014) Sekai Seifuku: Costume Fes.
Spike Lee
Şelton Cekson Spayk Li (20 mart 1957[…], Atlanta, Corciya, ABŞ) — amerikalı aktyor, rejissor, kino prodüseri, ssenarist və akademik. Emmi mükafatı və iki Oskar mükafatına namizəd olan Spike Linin filmləri çox vaxt sosial və ya siyasi xarakter daşıyır. Li həm də müəllimdir. O, həmçinin New York Knicksin sadiq fanatıdır. Knicksin hər oyununda Lini tamaşaçılar arasında görmək mümkündür.
Pivə
Pivə - taxıl (buğda, arpa və ya çovdar) və şərbətçiotu olan qarışığın qıcqırdılmasından alınan dünyanın ən çox içilən spirtli içkisidir. Qıcqırma prosesinin idarə olunması üçün mayadan (elmi adı Saccharomyces cerevisiae) istifadə edilir. Bundan əlavə qarışığa zövqə görə meyvələr, otlar və ədviyyat da əlavə edilir. Almaniya və Avstriyada normal pivə sortunun tərkibində olan alkoqolun həddi 4,5-6 % arasındadır. Pivə həm sərinləşdirici, həm də alkoqollu içkidir. Bu içkinin digərlərindən fərqi istifadə olunan məhlulun tərkibindəki şəkərin miqdarının yüksək olub, proses zamanı heç bir distillə, yəni saflaşdırma mərhələsindən istifadə edilməməsindədir. Şərabın istehsalında şəkər kimi bitkillərdən alınma və heyvan mənbələrindən əldə edilmiş (bal) şəkərlərdən istifadə edildiyi halda, pivə üçün ilkin mənbə nişasta götürülür. == Tarixi haqqında == Pivə hələ qədim Misirdən, Babilistandan, Çindən məlum olan içkidir. Fərziyyələrə görə insanlar Misirdə buğda və arpanı ilk zamanlarda yalnız pivə bişirmək üçün əkib becəriblər, çörək bişirmək isə sonralar yaranıb. Qazıntılar zamanı Misirdə ən qədim pivə bişirmək resepti tapılmışdır.
Azərbaycanda pivə
Azərbaycanda pivə populyar alkoqollu içkilərdən biridir. Pivəni Azərbaycanda "narıncı qızıl" da adlandırırlar. Carlsberg Azərbaycan ölkədəki ən böyük pivə istehsalçısıdır. 2014-cü ilin məlumatına əsasən Azərbaycan pivə istehlakına görə müsəlman ölkələri arasında dördüncü yerdədir. 2020-ci ildə Azərbaycanda 54,7 milyon litr pivə istehsal olunub və Azərbaycandakı arpa ehtiyatlarının cəmi 0,96 %-i (13.203 ton) pivə istehsalına sərf olunub. == Tarixi == === 1868–1960 === Azərbaycanda pivə istehsalının əsası XX əsrdə Yelenendorfda yaşayan almanlar tərəfindən qoyulub. Yelenendorfdakı alman icmasına mənsub olan Forer qardaşları 1868-ci ildə pivə zavodu tikdiriblər. Zavodun illik pivə istehsal əvvəlcə cəmi 12 min litr idi. Vaxt keçdikcə Azərbaycanda pivəyə olan təlabat artmış və 1911-ci ildə zavodda 21.900 vedrə pivə istehsal olunmuşdur. Bu zavod gücünə görə XX əsrin əvvəllərində Zığda yerləşən Bakı pivə zavodundan sonra ikinci yeri tuturdu.
Pivə qiyamı
Pivə qiyamı və ya Hitler-Lüdendorf qiyamı (alm. Hitler-Ludendorff-Putsch‎) — Münhendə 1923-cü il 9 noyabr tarixində Hitlerin rəhbərliyi altındakı nasional-sosialistlərin, "Kampfund" təşkilatı və general Lüdendorfun birgə səyi ilə təşkil edilmiş hakimiyyəti ələ keçirmək uğrunda uğursuz qiyam (putç). == Tarixi fon == 1920-ci illərin əvvəllərində NSDAP Bavariyada güclü təşkilatlardan birinə çevrilirdi. Partiyanın silahlı dəstələrinə Ernst Rem rəhbərlik edirdi. Partiyanın liderlərindən olan Hitler isə Bavariyada nəzərəçarpan və əhəmiyyətli şəxsə çevrildi. 1923-cü ildə Rur ərazisinin Fransa tərəfindən işğal edilməsi Almaniyada yeni gərginlik yaratdı. Əvvəlcə xalqı mübarizəyə səsləyərək ölkədə iqtisadi böhrana səbəb olan sosial-demokrat hökuməti, sonradan Fransanın tələblərini qəbul etməklə həm sağ təmayüllü qüvvələr, həm də kommunistlər tərəfindən tənqidlərə məruz qaldı. Bu şəraitdə nasistlər Bavariyada hakimiyyətdə olan sağ konservativ-separatçılarla ittifaqa girərək Berlindəki sosial-demokrat hökumətinə qarşı birlikdə çıxış etməyə qərar verdilər. Bavariya sağlarının rəhbəri və Bavariya torpağının diktator səlahiyyətlərinə malik olan komissarı fon Karr rəsmi Berlinin bəzi tələblərinə əməl etməkdən, xüsusilə də nasist dəstələrini buraxmaq və "Xalqın nəzarətçiləri" qəzetini (alm. Völkischen Beobachters) bağlamaqdan imtina etdi.