Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Quest Pistols
Quest Pistols — ukraynalı pop qrup, "Quest" adlı rəqs baletində çalışan Anto Savlepov, Nikita Qoryuk və Konstantin Borovski tərəfindən yaradılmışdı. Qrup şəklində onların ilk çıxışı 1 aprel 2007-ci ildə baş tutmuşdu. 1 aprel 2007-ci il - «Quest Pistols» qrupunun ad günü hesab olunur. Məhz bu gün, Anton, Nikita və Kostya özlərinin bütün güclərini tolayıb ukrayna televiziyasında yayımlanan «Şans» proqramında yeni ampluada çıxış etməyə qərar verdilər. «Shocking Blue» qrupunun «Long and lonesome road» adlı mahnısına Quest Pistols qrupu yeni «Я устал» adlı kover versiya yaradır və bu yenilənmiş sinql teleefiri partladır. Onların çıxışına seyircilər 60 000 səs verirlər və beləliklə də Quest Pistols Ukraynada populyarlıq qazanır. Quest Pistols qrupunun tərkibi Cədvəldə ★ işarəli mahnılara klip çəkilib.
Pistolochia angustifolia
Bristol
Bristol — İngiltərənin şimal-şərqində iri şəhər. == Tarixi == Bristol şəhərinin yerləşdiyi ərazidə Roma İmperiyası dövründə Abona adlı hərbi baza yerləşirdi. Britaniyanın Anqlolar tərəfindən məskunlaşmasından sonra ərazi Braykqstov adlandırılmağa başladı. Hansıki bu söz körpü yaxınlığında olan yer mənasını verir. XI əsrdə Eyvon çayı üzərindən keçid Norman feodalları tərəfindən möhkəmləndirildi və onlar bu ərazidə qərbi İngiltərədə olan ən möhtəşəm saraylardan birini tikdilər. == Coğrafiyası == Şəhər 109 км² sahəyə malikdir və Bristol körfəzi sahilində yerləşir. Şimalda serimonial qraflıq olan Qlosterşirlə, cənubda isə digər serimonial qraflıq Somersetlə sərhəddə malikdir. Köhnə şəhər Eyvon çayının sahilində, şəhərətrafı əraziləri-Redklif və Klifton isə sol sahilindəki dik təpələrdə yerləşir.
Histos
Toxuma (yun.histos lat.tela) — mənşə və quruluş oxşarlığına malik olan, müəyyən funksiya yerinə yetirən hüceyrə və hüceyrəarası maddələr qrupu. Xarici mühitlə vəhdət təşkil edən tam orqanizm tərkibində, ümumi quruluşa və sinir sisteminin bilavasitə təsiri altında davam edən vəzifəyə və inkişafa malik olan tarix boyu meydana çıxmış histoloji elementlər sistemi. == Toxumaların növləri == Hazırda insanlarda və heyvanlarda dörd qrup toxuma ayırd edilir: epiteli birləşdirici əzələ sinir === Epiteli toxuma === Epiteli və yaxud örtük toxuması orqanizmi həm xaricdən, həm də daxili səthdən örtür. Hüceyrələri isə sitoplazmatik atmalarla bir-birinə sıx birləşmiş vəziyyətdə olur. Epiteli toxuma əsasən heyvanların dırnaqlarında, buynuzlarında, vəzilərdə, tənəffüs yollarında olur Epiteli toxuması təkqatlı və çoxqatlı olmaqla iki qrupa bölünür. Təkqatlı epiteli toxuması birsıralı və çoxsıralı olur. Təksıralılardan yastı (mezoteli) epiteli hüceyrələrinin hamısı bir formalıdır. Təksıralı epiteli toxumalardan biri də kubşəkillidir. Təksıralı epiteli toxumasının üçüncü forması silindr şəkillidir. Çoxqatlı epiteli toxumasına üç formada rast gəlinir: yastı qərniləşmiş (buynuzlaşmış), yastı qərniləşməmiş (buynuzlaşmamış) və keçid (aralıq forma).
Misool
Misool (ind. Pulau Misool) — Raja Ampat adalarının ən böyük 4 adasından biri. Salavati, Batanta və Vayqeo ilə birlikdə "4 kral" adlandırılırlar. Sahəsi 2,034 km²-dir. Ən yüksək nöqtəsi 561 metrdir Əsas yaşayış məntəqələri adanın şimal sahilində yerləşən Vaiqama və Lilintadır. Adadakı sakinlər biqa və matbat dillərində, eləcə də İndoneziya dilində danışırlar. Holland müstəmləkə imperiyasının bir hissəsi olmuşdur. 1942-də Yaponiya tərəfindən işğal edilmişdir. 1945-ci ilə qədər Yaponiya İmperator Dəniz Qüvvələrinin bazası olmuşdur. Echymipera kalubu, ümumi tikanlı bandikut Echymipera rufescens Dorcopsis muelleri Phalanger orientalis Spilocuscus maculatus Petaurus breviceps Macroglossus minimus Melanotaenia flavipinnis və Melanotaenia misoolensis, Misool göy qurşağı balığı Nyctimene aello Pteropus conspicillatus Aselliscus tricuspidatus Pipistrellus papuanus Allen, G. 1996.
Pastel
Pastel (fr. pastel; it. pastello; pasta – xəmir) — boyakarlıqda üzlüksüz quru, yumşaq (rəngli) karandaşla işləmə üsulu; Bu texnika ilə yaradılmış boyakarlıq əsəri. Pastel karandaşları ilə rəsm nahamar (çox vaxt rəngli) kağız, karton, səthinə rəng astarı çəkilmiş kətan, zamşa, perqament üzərində işlənir. Pasteldə ştrixlərdən geniş istifadə olunması onu qrafikaya yaxınlaşdırır. Pastelin işıqlı və təmiş rəngləri özünün ilkni təravətini və gücünü, rəng təbəqəsinin səthi isə zərifliyini saxlayır. ASE, VII cild, Bakı, 1983. səh. 481.
Pirrol
Pirrol (C4H5N) – beşüzvlü bir azot atomundan ibarət heterotsiklik aromatik birləşmədir. Zəif turşu xassəsinə malikdir.Sümük yağında (heyvan mənşəli sürtkü yağı), eləcə də daşkömür qatranında olur . Pirrol həlqələri hemoqlabin tərkibində də vardır. Qarışıq pirrollar Paal-Knorr reaksiyasına əsasən alınır. Yəni 1,4 diketonların amonyakla və ya aminlərlə reaksiyası nəticəsində alınır.Laboratoriyada ammonium duzlarının turş (qalaktozanın oksidləşməsindən asanlıqla alınır) mühitdə pirolizindən alınır: Rəngsiz, xloform iyli, havada tündləşən , yüngül hidroskopik , suda qismən, lakin üzvi həlledicilərdə yaxşı həll olan maddədir. Qələvi metallar və onların amid duzları ilə maye ammonim mühitində reaksiyaya daxil olur. Qrinyar reaktivləri ilə analoji reaksiyalar baş verir. Nəticədə N-maqnezium duzları əmələ gəlir. RX+Mg → RMgX Pirrol zəif turş –NH- (pKa17,5 suda) xassəyə malikdir. Hidratlaşma nəticəsində pirolidin əmələ gəlir.
Piskop
Piskop (fr. Piscop) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Ekuan. Əhalisi — 755 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 18 km şimalda, Serji belediyyənin 21 km şərqdə yerləşir.
Pisten
Pistoya
Pistoya (it. Pistoia) — İtaliyanın Toskana regionunda şəhər.
Pistən
Ristola
Ristola (fr. və oks. Ristolas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Eqyuiy kantonuna daxildir. INSEE kodu — 05120. 2008-ci ildə əhalinin sayı 96 nəfər təşkil edirdi. 2007-ci ildə 66 yaşda (15-64 yaş arasında) 59 nəfər iqtisadi cəhətdən fəal, 7 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 89,4%, 1999-cu ildə 89,8%). Fəaliyyət göstərən 59 nəfərdən 58 nəfər (29 kişi və 29 qadın) işləyir, 1 nəfər işsizdir.
Sistola
Sistola (yun. sistoli – yığılma yaxud qısalma) — ürək dövrünün fazası, ürək vurğusu zamanı ürəyin sağ və sol mədəciklərinin əzələsinin yığılması nəticəsində qan sağ mədəcikdən ağciyər arteriyasına, sol mədəcikdən isə aortaya qovulur. Bu zaman ürəyin aorta və ağciyər arteriyası qapaqcıqları açılır, sol ikitaylı və sağ üçtaylı qapaqcıqlar qapanmış olurlar. Nəticə etibarilə yaranan təzyiq sistolik təzyiq adlanır. Sistolik təzyiq ürək əzələsinin qüvvəsindən və onun qovduğu qanın həcmindən, eyni zamanda damar divarlarının müqavimətindən asılıdır. Adətən ürək dayanmaları diastola fazasında baş verir. Yalnız hiperkalimiyalı (qan zərdabında K++ ionunun miqdarının normadan artıq olması) ürək dayanmaları sistola fazasında baş verir. Sistola fazasının başlanması: Fonoqrafiyada və auskultasiyada: I tonun eşidilməsi; Exo: Aorta və ağciyər arteriyasının aypara qapaqcıqlarının açılması; EKQ: R dişciyinin əmələ gəlməsi. Sistola fazasının bitməsi: Fonoqrafiyada və auskultasiyada: II tonun eşidilməsi; Exo: Aorta və ağciyər arteriyasının aypara qapaqcıqlarının qapanması; EKQ: T dişciyinin əmələ gəlməsi.
Pastor
Alasığırçın (lat. Pastor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Pesto
Pesto- əzilmiş reyhan və sarımsaq ilə duz, şam fıstığı, pendir və zeytun yağı qarışığından əldə edilən bir sousdur.Mənşəi İtaliyanın Liquriya regionunun mərkəzi olan Genuya şəhəridir
Piton
Əsl pitonlar (lat. Python) – pitonlar fəsiləsinə aid ilan cinsi.
Filip Apostol
Filipp (yun. Φίλιππος, Phílippos) — İsanın 12 həvarisindən biridir. Təxminən 80-ci ildə Hierapolis şəhərində çarmıxa çəkilərək edam edilmişdir. Məzarı 25 iyul 2011-ci ildə Hierapolis (Pamukqala) antik şəhərində, Şəhidlik təpəsində tapılmışdır.
Keyt Bristol
Keyt Bristol (ing. Kate Bristol, 1 may 1990, Dallas) — ABŞ aktrisası.
Misool adası
Misool (ind. Pulau Misool) — Raja Ampat adalarının ən böyük 4 adasından biri. Salavati, Batanta və Vayqeo ilə birlikdə "4 kral" adlandırılırlar. Sahəsi 2,034 km²-dir. Ən yüksək nöqtəsi 561 metrdir Əsas yaşayış məntəqələri adanın şimal sahilində yerləşən Vaiqama və Lilintadır. Adadakı sakinlər biqa və matbat dillərində, eləcə də İndoneziya dilində danışırlar. Holland müstəmləkə imperiyasının bir hissəsi olmuşdur. 1942-də Yaponiya tərəfindən işğal edilmişdir. 1945-ci ilə qədər Yaponiya İmperator Dəniz Qüvvələrinin bazası olmuşdur. Echymipera kalubu, ümumi tikanlı bandikut Echymipera rufescens Dorcopsis muelleri Phalanger orientalis Spilocuscus maculatus Petaurus breviceps Macroglossus minimus Melanotaenia flavipinnis və Melanotaenia misoolensis, Misool göy qurşağı balığı Nyctimene aello Pteropus conspicillatus Aselliscus tricuspidatus Pipistrellus papuanus Allen, G. 1996.
Pastor roseus
Adi alasığırçın (lat. Pastor roseus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin alasığırçın cinsinə aid heyvan növü. Lələklənməsinin əksəriyyəti çəhrayıdır. Başında kəkili vardır. Başı, boynu, qanadları və quyruğu qara rəngdə, metal parlaqlıdır. Cavan quşlarda kəkil olmur. Onların rəngi bozumtul-qonur, bədənin altı daha açıq rəngdədir. Sürü halında gəzirlər. Yerdə, ağaclarda və kollarda yemlənir. Çığırtısı və nəğməsi kəskin-cırıltılı və xırıltılı səslərdir.
Pavel Pestel
Pavel İvanoviç Pestel (rus. Па́вел Ива́нович Пе́стель; 24 iyun (5 iyul) 1793, Moskva – 13 (25) iyul 1826) — Cənub dekabrist cəmiyyətinin rəhbəri.
Peterburqski listok
Peterburqski listok (rus. Петербургский листок; 1864—1918) — Peterburq siyasi, ictimai və ədəbi qəzeti. Zarudnı qardaşıları tərəfindən təsis olunmuşdur, hansılar ki redaktor qismində yazıçı Aleksandr Afanasyev-Çujbinskini dəvət etmişdilər ki, o da 23 fevral 1864-cü ildə həftədə 4 dəfə (bazar, çərşənbə axşamı, cümə axşamı və şənbə) qəzet nəşr etmək üçün Peterburq Senzura Komitəsinə müraciət etmişdir. Elə həmin ilin sonunda (30.11.1864 tarixindən) o, vəzifəsindən imtina etdi və onun yerinə redaktor köməkçisi V. M. Sikeviç təyin olundu. Cəmi üç aydan sonra İlya Arsenyev redaktor oldu. Qəzetin ilk sayı 15 mart 1864-cü ildə çap olundu. O, Sankt-Peterburqdakı beşinci özəl qəzet idi. Qəzetin nəşrinə ilkin kapital P. V. Vasilyev və İ. A .Tatarinov tərəfindən qoyulmuşdur. Nəşrin ilk ilində qəzetdə Vsevolod Krestovskinin "Peterburq xarabalıqları" romanı nəşr olunmağa başlandı. 6 aprel 1865-ci ildə qəzet ilkin senzurasız yayımlanmağa başlandı; 1865-ci ilin sentyabr ayında qəzetə aylıq əlavələr dərc etməyə icazə verildi.
Pinhol kamera
Stenop (fr. Sténopé) — obyektivsiz, əvəzində diafraqma şəklində kiçik dəlikdən və qarşısında işıq keçirməz qutudan ibarət fotoqrafik cihazdır. Obyektlərdən əks olunan işıq şüaları kiçik dəlikdən keçərək fotoapparatın divarinda tərsinə çevrilmiş təsvir yaradır. Müasir fotoqrafiyada "pinhol" (ing. Pinhole — "iynə dəliyi") adı da geniş yayılmışdır. Dəliyin diametri ilə dəliklə işığahəssas materialın arasındakı məsafənin nisbətinə əməl edildikdə daha çox sahə dərinliyi olan təsvir əldə edilir. Stenopun əsas üstünlüklərindən biri onun sonsuz sahə dərinliyinə malik olmasıdır. Dəliyin kiçik olması ilə əlaqədar olaraq ekspozisiya üçün saniələrlə, saatlarla hətta günlərlə vaxt tələb edilə bilər. Stenopdan yüxu gördüyümüz təsvirlərə bənzər landşaft şəkilləri çəkmək üçün də istifadə edilir. Stenoplar adətən fotoqraflar tərəfindən əldə düzəldilir.
Pistoya (vilayət)
Pistoya (it. Provincia di Pistoia) — İtaliyanın Toskana regionunda vilayət. Vilayətin inzibati mərkəzi eyniadlı şəhərdir . Vilayətin ərazisi 964.12 km2 sahəni əhatə edir, əhalisi isə 2015-ci ildə 291 788 nəfər olmuşdur. Vilayət düzən vadilər və dağların kombinasiyasından ibarətdir. Pistoyanın dağları və Abetone və Val-di-Lutz kurortları xizəkçi turistlər arasında populyar yerlərdir. Pistoyya şəhəri Lukkadan və Florensiyadan 40 km məsafədə yerləşir. Pistoya və Peşa şəhərləri güllərin və bitkilərin beynəlxalq bazarda satışı üçün yetişdirilməsində populyar yerlərdən bəziləridir. Kuarrata şəhər və kommunası isə taxta mebel istehsalı ilə məşhurdur. Vilayət 22 kommunaya bölünür.
Pustoy adası
Pustoy adası — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. Kara dənizində, Oktyabr İnqilabı adasından 700 metr qərbdə yerləşir. Jiloy yarımadası ilə Paris Kamunası yarımadası arasında kiçik adalar vardır: Kolosov adaları 9 km cənubda, Zabor 6,4 km cənubda və Blizkiy adası 4,5 km cənub-şərqdə yerləşir. Şimal-qərbdən cənub-şərqə 1,3 km uzunluğa, 800 metr enə malikdir. Hündülüyü böyük deyil. Ada alcaqboylu otlarla örtülü olur.
Sabine Postel
Sabine Postel (10 may 1954) — alman aktyor. 1982: Die Aufgabe des Dr. Graefe 1983: Engel auf Rädern 1984: The Brief 1986: Der Antrag 1986: Bankgeheimnisse 1987–1989: Ein Fall für zwei 1987: Großstadtrevier – Geleimt 1988: Wilder Westen inclusive 1988: Zwei alte Damen geben Gas 1989: Tatort: Der Pott 1989: Lindenstraße 1990: Das Erbe der Guldenburgs 1991: Leo und Charlotte 1992: Auf Achse 1992: Unser Lehrer Doktor Specht 1992: Schlafende Hunde 1993: Die schönsten Jahre unseres Lebens 1993–1996: Nicht von schlechten Eltern 1994: Ohne Schein läuft nichts 1994: Molls Reisen 1995: Alte Freunde küsst man nicht 1995: Die Kommissarin – Familienfest 1997: Frauen morden leichter 1997: Tatort als KHK’in Inga Lürsen, Folgen siehe 1998: Titus, der Satansbraten 1998: Der letzte Zeuge 1999: Pfeifer 1999: Heimatgeschichten 1999–2002: Nesthocker – Familie zu verschenken 2000: Die Cleveren 2001: Eiskalt 2001: Du bist mein Kind 2001: Ein mörderischer Plan 2004: Mein Mann und seine Mütter 2007: Erdbeereis mit Liebe 2007: Liebling, wir haben geerbt!
Pirgöl (Urmiya)
Pirgöl (fars. ‎پيرگل‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 257 nəfər yaşayır (50 ailə).