Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Plazma
Tibbi termin üçün bax qanın plazmasıPlazma - müsbət və mənfi yüklü sərbəst zərrəciklərdən, neytral və ya qismən ionlaşmış atomlardan təşkil olunmuş elektrik cəhətdən neytral olan sistem. Yüksək dərəcədə ionlaşmış qaz halına da plazma deyilir. Terminini fizikaya 1923-cü ildə İrvinq Lənqmür daxil etmişdir. Müsbət yüklər müsbət ionlardan, mənfi yüklər isə əsasən elektronlardan (bəzən mənfi ionlardan) ibarətdir. Qaz atomlarının ionlaşması zərrəciklərin zərbəsi, elektromaqnit şüalanmasının təsiri və s. nəticəsində baş verir və ionlaşma dərəcəsi ilə xarakterizə olunur. Termodinamikasına və bir sıra digər xassələrinə görə plazma iki qrupa ayrılır: alçaq temperaturlu (qaz boşalması və ya qeyri-izotermik) plazma və yüksək temperaturlu (təbii və ya izotermik) plazma.
Plazma ekran
Plazma ekran bir göstərmə paneli növüdür. 30 düyüm (76 sm) və daha yuxarı ölçüdəki ekranlar üçün məsləhət görülür. Ümumi strukturlarını içlərində sıxışdırılmış ionlu qaz olan elektrik yüklü görünüş hüceyrələri meydana gətirir. == Ümumi xüsusiyyətlər == Plazma ekranlar görünüşü birbaşa ekran hüceyrələrindən yayırlar. Bu xüsusiyyət sayəsində ekran üzərinə enən görünüş kadrı üzərində detal itkisi və ya kəskinlik meydana gəlmir. Görünüş parçacıqları eyni anda birbaşa yayımlandığı üçün xüsusilə hərəkətli görünüşlərdə gözlə görünən bir axıcılıq meydana gəlir. Bununla birlikdə ekranın izlənmə bucağı 175 dərəcəyə qədər yüksəldiyi kimi rəngdə və kontrastda itkilər meydana gəlmir. Plazma ekranlar LED ekranlara görə daha çox enerji xərcləyərkən, LED ekranlarla eyni nisbətdə güc sərf edir. Plazmalarda bir piksel işıqlanması üçün tək bir plazma hüceyrəsinin işıqlanmasına ehtiyac duyulur. Qara görünüş o hüceyrənin sönməsi ilə təmin edildiyi üçün qara rənglər gerçəyə çox yaxın görünür.
Plazma kimyası
Plazmokimya plazmada gedən prosesləri öyrənir. Plazma ionlaşmış qarışıqdır. Az ionlaşmış və ya aşağı temperaturlu və yüksək temperaturlu plazmaya bölünmə var. Plazmokimyəvi proseslər 1000-100000C temperatur intervalında aparılır. Bu proseslər yüklənmiş və ya həyəcanlanmış hissəciklərin toqquşması ilə baş verir və yüksək sürətə malikdir. Plazmokimya proseslərində kimyəvi rabitənin yenidən paylanması yüksək sürətlə baş verir. Kimyəvi çevrilmənin elementar aktları təqribən 10−6 saniyə ərzində baş verir və dönməyən proseslərdir. Belə reaksiyalar adi zavod treaktorlarında, dönər proseslər səbəbindən, min və milyon dəfələrlə zəifləyir. Plazmokimya prosesləri yüksək məhsuldarlığı ilə seçilir. Metan plazmotronu 65 sm uzunluğu və 15 sm diametri olmasına rəğmən gündə 75 ton asetilen istehsal edir.
Plazia
Plazia (lat. Plazia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Plazia cheiranthifolia Wedd. Plazia daphnoides Wedd.
Plazia pinnifolia
Gypothamnium (lat. Gypothamnium) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Gypothamnium pinifolium Phil.SinonimPlazia pinnifolia (Phil.) O.Hoffm.
Enterprise Plaza
Enterprise Plaza - Hyustonda yerləşən 230 mərtəbəli binadır. Qüllə Hyuston şəhərinin mərkəzində 1980-ci ildə tikilmişdir. Tikilən zaman Hyustonun ən böyük qülləsi hesab edilirdi. Bu qüllədən sonra 305 mərtəbəli JPMorgan Chase Tower qülləsi tikilərək, onu qabağlayır.
Heritage Plaza
Heritage Plaza - Hyustonda yerləşən 232 m hündürlüyü olan binadır. Qüllə Hyuston şəhərinin mərkəzində 1984-ci ildə tikilmiş, 1987-ci ildə başa çatdırılmşdır.
Pera Plaza
Pera Plaza — İstanbulun Bəyoğlu ilçəsində yerləşən muzey və otel. Otelin tikintisi 1892-ci ildə başlanıb 1895-ci ildə isə bitib. Otel Taksim-Bəyoğlunun Pera ərazisində yerləşir. Atatürk Beynəlxalq Hava Limanından 20 km uzaqlıqdadır. Bərpa üçün 2006-cı ildə bağlanıb 1 sentyabr 2010-cu ildə yenidən istifadəyə verilmişdir. == Tarixi == Pera Plazanın tarixi 19-cu əsrin sonunda başlamışdır. Şərq ekspresi 1888-ci ildən etibarən Paris-İstanbul səfərlərinə başladı. Sərnişinlərin İstanbulda qala biləcəyi yüksək səviyyəli otel yox idi. Bu səbəbdən Pera Plazanın tikintisinə başlandı. Otelin tikintisi 1892-ci ildə başlayıb 1895-ci ildə bitdi.
Total Plaza
Total Plaza (əvvəlki adları Entex Building, Louisiana Place, və United Gas Building) — Texasın Hyuston şəhərində yerləşən göydələn, Allen Center kompleksinin blokundan biridir. Binanın tikintisi 1971-ci ildə başa çatmışdı, 1981-ci və 1996-cı illərdə tikinti yenilənmişdi. Hər mərtəbədə təxminən 2,200 m² var, bütün mərtəbələri cəmləsüy 78,710 m² olar.
CenterPoint Energy Plaza
CenterPoint Energy Plaza — Hyustonda yerləşən 226 m hündürlüyü olan 47 mərtəbəli binadır. Qüllənin tam tikilməsi 1996-cı ildə başa çatdırılmışdır.
One Shell Plaza
One Shell Plaza - Hyustonda yerləşən 218 mərtəbəli binadır. Qüllə Hyuston şəhərində 1971-ci ildə tikilmişdir.
Plaza de Cibeles
Plaza de Cibeles — (azərb. ‎: Kibele meydanı) - neoklassik üslubda mərmər heykəllərdən düzəldilmiş bulaq ilə Madridin ən vacib simvollarından biridir. Meydan şərq və qərbdə Calle de Alcala, şimalda Paseo de Recoletos və cənubda Paseo del Prado küçələri ilə həmsərhəddir. Əsl adı Plaza de Madrid (Madrid meydanı) olduğu halda, Madrid bələdiyyəsi yerin adını 1900-cü ildə Plaza de Castelar (Castelar Meydanı) olaraq dəyişdirdi və nəhayət indiki adını aldı. == Kibele fəvvarəsi == Kibele çeşməsi Madridin ümumiyyətlə Paseo de Recoletos adlanan hissəsində tapılmışdır. Bu fəvvarənin adı Frigian tanrıçası Kibele. Bulaqda ənənəvi olaraq Real Madrid C.F. Komanda kapitanlarının heykəlinə Real Madrid bayrağı və eşarp qoyaraq komandanın qələbələrini qeyd edir. == Kibele sarayı == Plaza de Kibelesdəki binaların ən gözə çarpan yeri, Madrid şəhər şurasının yerləşdiyi Kibele sarayıdır (əvvəllər Rabitə Sarayı).
Reliant Energy Plaza
Reliant Energy Plaza - Texasın Hyuston şəhərində yerləşən göydələndir. Hündürlüyü 158 metrdir, binanın sahəsi 74,000 m². Bina 2001-ci ildən 2003-cü ilə qədər tikinirdi. Göydələndə 36 mərtəbə var, hündürlüyünə görə şəhərdə 27-ci yeri tutur.
San Felipe Plaza
San Felipe Plaza - Hyustonda yerləşən hündürlüyü 46 mərtəbəli binadır.
Wells Fargo Plaza
Wells Fargo Plaza — Hyustonda yerləşən 302,4 m hündürlüyü olan binadır. Qüllə Hyuston şəhərinin mərkəzində 1979-ci ildə tikilmiş, 1983-cü ildə açılışı olmuşdur. Lakin qasırğa nəticəsində binanın bir sıra pəncərələri sınmışdır. Bina öz adını Wells Fargo kampaniyasından götürür.
Alamo Plaza tarixi bölgəsi
Alamo Plaza tarixi bölgəsi — Texas ştatı, ABŞ-nin mərkəzində yerləşən San-Antonio şəhərinin tarixi bir bölgəsidir. 1977-ci ildə tarixi yerlərin milli reyestrinə daxil edildi. Buraya ayrıca qeydiyyata alınmış tarixi yer və ABŞ-nin milli tarixi məkanı olan Alamo daxildir. Alamo Plazanın düzeni və abadlaşdırılması 19-cu əsrin sonlarında şəhər bələdiyyə üzvü Anton Vulff tərəfindən hazırlanmış və nəzarət edilmişdir. Sahə adından gördüyü işlərə görə yerli iş adamları ona təşəkkür sözləri ilə həkk olunmuş qızıldan hazırlanmış gəzinti çubuğunu təqdim etmişdilər.
Platya-de-Palma
Platya-de-Palma (kat. Platja de Palma, isp. Playa de Palma) — kurort qəsəbə və çimərlik. Malyorka adasının cənubunda 6 km məsafədə uzanır. == Ümumi məlumat == Aralıq dənizi sahili boyunca S'Аrenal, Kan-Pastilya, Kan-Pere-Antoni, El-Kol-den-Rabassa, Les-Meraveles və El-Molinar kimi yaşayış məntəqləri yerləşir. Kotolonca Platya-de-Palma, ispanca isə Playa de Palma adlanır. Sahilinin 300—500 metri mehmanxana və otellərlə zəngindir. Hansı ki, burada 250 nəfərdən 50 min nəfərə qədəri ayarlamaq olar. Qış möhsümü çimərlikdə fəaliyyət göstərən barlar və otellər işini dayandırır.
Planea
Planea (lat. Planea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Plazmid
Plazmid, öz özünü kopyalaya bilən, xomosomdan ayrı bir DNT hissəsidir. Tipik olaraq dairəvi və cüt sarmallıdır. Ümumiyyətlə bakteriyalarda, bəzən eukariotlarda da tapılır. Bir hüceyrədə böyük bir plazmidin bir surəti, daha kiçik boy plazmidlərin isə yüzlərlə kopyası ola bilər. Hətta, yüksək kopya sayına sahib olması məqsədi ilə seçməyə məruz qalmış bəzi süni plazmidlərin minlərlə nüsxəsinə rast gəlmək olur. Çoxu plazmid içində olduqları bakteriyaya selektif üstünlük təmin edən, bakteriyanı bir antibiotikə müqavimətli etmək kimi xüsusiyyətlər təmin edən genlər və ya gen qrupları daşıyırlar. Hər plazmid xromosomdan müstəqil olaraq kopyalanmasını təmin edən, bir DNT qovluğuna malikdir. Plazmid termini Amerikalı molekulyar bioloq Coşua Lederberq tərəfindən 1952-ci ildə ilk dəfə istifadə edilmişdir.
Prizma
Prizma (yun. prisma – mişarlanmış) — iki üzü (oturacaqları) ixtiyari bərabər çoxbucaqlı, qalan üzləri (yan üzləri) isə paraleloqram olan çoxüzlü. Oturacaqları paralel müstəvilər üzərindədir və konqruyentdir. Yan üzləri oturacaq müstəvisinə perpendikulyar olan prizma düz prizma, Yan üzləri oturacaq müstəvisinə maili olan prizma mail prizma adlanır. Oturacağı düzgün çoxbucaqlı olan düz prizma düzgün prizma adlanır. Prizmanın həcmi oturacağının sahəsi ilə hündürlüyü (oturacaqlar arasındakı məsafə) hasilinə bərabərdir Yan səthin sahəsi: S y a n = P o t ⋅ l {\displaystyle S_{yan}=P_{ot}\cdot l} Tam səthin sahəsi: S t a m = P o t ⋅ l + 2 S o t {\displaystyle S_{tam}=P_{ot}\cdot l+2S_{ot}} Həcmi: V = S o t ⋅ l {\displaystyle V=S_{ot}\cdot l} V-Həcm Syan-yan səthin sahəsi Stam-tam səthin sahəsi Sot — oturacağın sahəsi Pot-oturacağının perimetri h-silindrin hündürlüyü olarsa l = h {\displaystyle l=h} Dioqonalı=√h kvadratı+ dioq.ot.
Vyazma
Vyazma — Rusiya Federasiyasında yerləşən şəhər. Smolensk vilayətinə daxildir.
Əlyazma
Əlyazma — əl ilə yazılmış mətn, kitab və s. Məsələn, əlyazmaları fondu - əlyazmaları toplayan, saxlayan, bərpa edən yer, idarə, şöbə.
Lazca
Laz dili, Çan dili — Lazların ana dili, Kartvel dil ailəsinə daxildir. Türkiyənin şimal-şərqində Qara dəniz sahilində və Gürcüstanın Sarpi kəndində yayılmışdır. Üç dialektə bölünür: atin, arxav və xop. Leksik tərkibində türk dillərindən keçmə sözlər üstünlük təşkil edir. Yazısız dildir. == Say == Laz dili Megrel dili ilə birlikdə Kolx və ya Zan dili adlandırılan dilin iki böyük dialektini əmələ gətirir . Laz dilində danışanlar Türkiyədə əsasən Rizə ilinin Pazar, Ardeşen, Çamlıhemşin və Fındıqlı ilçələrində, Artvin ilinin Arxavi, Hopa və Borçka ilçələrində yaşayırlar . 2012-ci ilədək Türkiyə Cümhuriyyətində 14 dəfə (1927, 1935, 1940, 1945, 1950, 1955, 1960, 1965, 1970, 1975, 1980, 1985, 1990, 2000 illərdə) əhalinin siyahıya alınması həyata keçirilmiş və 1927-1985-ci illər arasında aparılmış siyahıya almalarda əhaliyə bildikləri dillərə ("ana dili" və "bildiyim ikinci dil") dair suallar verilmişdir . Nəticələri elan olunmuş ən son siyahıya almaya (1965-ci il) əsasən Türkiyədə ana dili və ikinci dil olaraq gürcücə danışanların sayı 79.264 (ana dili olaraq 34.330 nəfər , ikinci dil olaraq 44.934 nəfər) nəfər , lazca danışanların sayı isə 81.165(ana dili olaraq 26.007 nəfər , ikinci dil olaraq 55.158 nəfər) nəfər olmuşdur (1965-ci ildə Türkiyənin ümumi əhalisi 31,391,421 nəfər idi) . 1945-ci ilin siyahıya alma yekunları ilə (Türkiyənin ümumi əhalisi 18.790.174 nəfər, ana dili olaraq lazca danışanlar 46.987 nəfər, ikinci dil olaraq lazca danışanlar 4.956 nəfər) 1965-ci ilin siyahıya alma yekunları müqayisə edilərkən (1945-ci ildə ana dili və ikinci dil olaraq lazca bilənlər 51.943 nəfər idi və bu ölkə əhalisinin 0.2764%-inə bərabər idisə, 1965-ci ildə iki göstəriciyə görə lazca bilənlər 81.165 nəfər və ya ölkə əhalisinin 0.2585%-i qədər idi) laz dilli əhalinin asimilyasiya olduğunu görülür .
Parma
Parma — İtaliyada Emilia-Romagna regionunda olan və eyni adı daşıyan Parma Rayonu mərkəzi olan bir şəhərdir. Parmanın Etrüsk mənşəli adı antik Romalılar tərəfindən də istifadə edilmiş və Roma ordularının istifadə etdiyi yumru qalxanlar da Parma olaraq anılmışlardır. Parma şəhərinin ortasında Parma Çayı adlı bir axar su keçir. Hal-hazırda Parma şəhəri jambonu (Prosciutto di Parma), xüsusi "Parmesan" pendiri (Parmıgiano-Reggiano), şəhərin çox gözəl və dəyişik arxitekturası və şəhərin ətrafındakı çöl sahənin gözəlliyi ilə tanınmışdır. Parmadan olan Parma Universiteti Avropanın ən köhnə universitetlərindən biridir.
Puaza
Puaza (fr. Poisat) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sen-Marten-d'Er kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38309. Kommunanın 2012-ci il üçün əhalisi 2105 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 214 ilə 724 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 5 km şimal-qərbdə yerləşir.
Qazma
Qazma — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin məşğuliyyətləri — Fındıq, Qoz, Qarğıdalı yığımı, maldarlıq, arıçılıq, Tütünçülük (son illərdə az sayda). == Tanınmışlar == Elnur Qebedov Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı. == Təhsil == Qazma 1 saylı kənd tam orta məktəbi — Məktəbdə 1–11 siniflərdə olmaqla 400-ə yaxın şagird təhsil alır. == Din == Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.
Ulama
Çаzmа
Çаzmа (xorv. Čazma) — Xorvatiyanın Belоvаrskо-Bilоqоrskаya bölgəsindəki bir şəhər və bələdiyyədir. == Demoqrafiyası == Şəhərin 2,801 əhalisi var, bələdiyyə isə cəmi 8,077 nəfərin yaşadığı 36 kənddən ibarətdir. 2011-ci il siyahıyaalınmasına əsasən əhalinin 98% xorvatlardır.