Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lisse
Lisse (nid. Leiden)-Niderlandın Cənubi Hollandiya əyalətinin qərbində yerləşən şəhər. == Turizm və görməli yerləri == Lisse ən məşhur görməli yerləri Koykenhof bağıdır ki, fəqət yayda lalələr çiçəklənən zaman açıqdır.
Le-Plesse-Lüzarş
Le-Plesse-Lüzarş (fr. Le Plessis-Luzarches) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Lüzarş. Əhalisi — 140 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 28 km şimalda, Serji belediyyənin 30 km şərqdə yerləşir.
Pliosen
Pliosen — Lyayell, 1841 neogen sisteminin üst şöbəsi. Beynəlxal stratiqrafik şkalaya görə, 3 mərtəbəyə bölünür: alt –zankl, orta-plasenz və üst — gelaz. Xəzər hövzəsində məhsuldar qat (alt) və aqcagil (üst), Qara dəniz hövzəsində kimmeri və kuyalni, Aralıq dənizi hövzəsində – zankl, plasenz və gelaz mərtəbələrinə bölünür. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Pliska
Pliska — Bolqarıstanda şəhər. Şəhər 681-864 cü illərdə I Bolqar Dövlətinin paytaxtı olmuşdur.
Qlasse
Qlasse (fr. glacé — dondurulmuş, soyudulmuş) — dondurma əlavə edilmiş qəhvə əsaslı soyuq içki. == Hazırlanma qaydası == Bir fincan üçün Dondurma (vanilli şokoladlı və ya kofeli) — 100 qr Şokolad şirəsi (sirop) — 2 xörək qaşığı Qaymaq (şirin və çalınmış)- 2 xörək qaşığı Monpası konfətləri (sümürulən şüşə konfet) 1 xörək qaşığı Kofeni dəmləyin ve soyudun. Azacıq soyudulmuş qaymağı çalın və şəkər kirşanı əlavə edin. Fujerlərə dondurma doldurun və uzərinə şokolad şirəsi(sirop) əlavə edin. Daha sonra ehtiyatla soyudulmuş kofe əlavə edin. Bundan sonra hər fujerin ustunə bir xörək qaşığı çalınmış qaymaq yerləşdirib üstünə monpası ovuntusu tökun.
Please Please Me (albom)
Please Please Me — Böyük Britaniyanın "The Beatles" rok qrupunun birinci studiya albomu.
Alissa Yaqi
Alissa Yaqi (八木 アリサ, Yaqi Arisa, 31 iyul 1995, Sapporo) və ya Arisa Yaqi – Yaponiya modeli və aktrisası. 2008-2012-ci illərdə "Nicola" jurnalının ekslüsiv modeli olmuşdur. 2012-ci ildən "Vivi" dəb jurnalının ekslüsiv modelidir. 2013-cü ildə "De ki, səni sevirəm" filmində Mequmi Kitaqava rolunda çıxış edərək aktrisa kimi debüt etmişdir. == İlk illəri == Alissa Yaqi 31 iyul 1995-ci ildə Yaponiyanın Hokkaydo prefekturasında anadan olmuşdur. Atası fransız, anası yapondur. İngilis və yapon dillərində səlis danışır, koreya və çin dillərini də öyrənib. == Karyerası == Yaqi Hokkaydoda qurulmuş Actors Studio agentliyi ilə əməkdaşlıq edərək Teardrops qız qrupunda debüt etsə də, 2006-cı ilin oktyabrında oranı tərk etmişdir. "Qızıl kompas" filminin yaponca dublajı üçün sınaqlara qatılmış və müsabiqənin finalçısı olmuşdur. Bu zaman "Nicola" jurnalı tərəfindən kəşf edilmişdir.
Alt pliosen
Bulbophyllum elisae
Bulbophyllum elisae (lat. Bulbophyllum elisae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Elissa (müğənni)
Elissa (əsl adı İlisar Zəkəriyya Xuri; ərəb. إليسار زكريّا خوري‎, ALA-LC transkripsiyası: Ilīsār Zakariyyā Khūrī; 27 oktyabr 1972, Deyr əl-Əhmər[d], Bəəlbək-əl-Hirmil mühafəzəsi) — Livan müğənnisi. == Kariyeri == Kariyerinə 1998-ci ildə çıxardığı "Baddi Doub" ilk albomundan sonra qısa zamanda Ərəb musiqi dünyasının ən güclü səslərindən biri olan müğənni, albomlarından birində mahnılarının yarısını Türk dilində mahnıların aranjmanlarından ibarət idi. 2000-ci ildə Çelik Erişcinin "Unutamam" mahnısına Fransızca və İspanca vokallar oxumuşdur. Ayrıca Livan adına Pepsi reklamında oynayan ilk Livanlı qadın sənətçi olmuşdur. "Ahla Dounya" albomu ilə 31 avqust 2005-ci ildə Hollywooddakı Kodak Teatrında Orta Şərq və Şimali Afrikanın 2005-ci ilin "Ən yaxşı Ərəb müğənnisi" və "Ən Çox Satış Ödülü"nü almışdır. Son olaraq Ceb Məmi ilə birlikdə "Kont Fi Sertak" adlı mahnınıı səsləndirmiş, mahnı qısa zamanda geniş ilgi görmüşdür. Elissa bir çox Türk sənətçiyə də mahnılar vermişdir.
Plessi döyüşü
Plessi döyüşü, 23 iyun 1757-ci ildə baş vermişdir. Döyüş Yeddi İllik Müharibənin bir hissəsi kimi baş vermişdir. Döyüşün sonunda Robert Klayvın başçılıq etdiyi ingilislər Benqal navabını və onların fransız müttəfiqlərini məğlub etmiş və beləliklə də Şərqi Hindistan şirkətinə Benqal üzərində nəzarəti ələ keçirməyə və Hindistanda mühüm hərbi və siyasi gücə çevrilməyə nail olmuşdurlar. Benqal ərazisi Şərqi Hindistan şirkəti tərəfindən ilhaq edilmişdir. Beləliklə, Hindistanda şirkət idarəçiliyi 1757-ci ildə Plessi döyüşü ilə effektiv şəkildə başlamış və 1858-ci ilə qədər davam etmişdir. Sipahilər üsyanının gedişatı zamanı, yəni 1858-ci ildə qəbul edilən "Hindistan Hökumət Aktı" ilə administrasiya Müstəmləkə Hindistanına keçmişdir.
Typhlodromus elisae
Typhlodromus elisae (lat. Typhlodromus elisae) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus elisae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Ulysse Nardin
Ulysse Nardin — İsveçrə lüks saat istehsalçısı. == Tarixi == 1846-cı ildə İsveçrənin Le Locle şəhərində qurulmuş İsveçrə lüks saat şirkətidir. 1983-cü ildə şirkət Rolf W. Schneider tərəfindən alındı ​​və onu gəlirli biznesə çevirdi. 2014-cü ildən bəri Fransanın lüks mallar qrupunun Kering törəmə şirkətidir.
Bliss adası
Blis adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Arxipelaqın mərkəzində yerləşir. Ondan 700 metr qərbdə Pritçett adası, 3 km şimal-şərqdə isə Brays adası yerləşir. Brays adasından Sadko boğazı ilə ayrılır. == Təsviri == Uzunsov formaya malikdir. Uzunluğu 6 km, eni 3 km-dir. Adanın böyük hissəsini hündürlüyü 300 m olan buzlaq yerləşir. Blis adasının cənub qutaracağında yerləşən Beresford brnundan 50 m aralıda Zub adası yerləşir.
Cibril Sisse
Cibril Aruun Sisse (fr. Djibril Cissé, Fransızca tələffüz: [dʒibʁil sise]; 12 avqust 1981, Arl, Fransa) — Kot-d'İvuar mənşəli Fransa futbolçusu, İsveçrə futbol klubu olan "İverdon Sport" FK-un hücumçusu. 2002–2010-cu illərdə Fransa milli futbol komandasının tərkibində olaraq dünya çempionatlarında iştirak etmişdir. 2005-ci ildən bəri ləqəbi "Frodşam Mülk Lordu"dur. Sisse, Kot-d'İvuardan Fransaya köçən bir müsəlman ailəsində anadan olmuşdur. Ailənin yeddinci və ən kiçik uşağı idi. Onun atası Manqe Sisse (1945–2009) peşəkar bir futbolçu idi. 1970-ci ildə Afrika Millətlər Kubokunda, Kot-d'İvuar milli futbol komandasının kapitanı olmuşdur. 1974-cü ildə Manqe ailəsi ilə birlikdə Cibrilin anadan olduğu Fransaya köçmüşdür. Cibril Sisse futbol karyerasına 8 yaşında, "Arl-Avion" FK-da başlamışdır.
Elise Norvood
Elise Norvood (18 iyun 1981, Sidney) — Avstraliyanı təmsil edən su poloçusu. Elise Norvood, Avstraliya yığmasının heyətində 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Elise Norvood, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Für Elise
Für Elise— Əsasən, Für Elise kimi bilinir (Alman dilində: [fyːɐ̯ ʔeˈliːzə]), Azərbaycan dilində "Eliza üçün" kimi tərcümə olunur və Lüdviq Van Bethovenin ən məşhur bəstələrindən biridir. Adətən bir bagatelle kimi təsnif edilir, bəzən də Albumblatt adlanır. Əsər bəstəkarın həyatı boyunca yayınlanmamışdır və bəstəkarın ölümündən 40 il sonra Lüdviq Nohl tərəfindən üzə çıxaılıb. Mahnı təxminlərə görə adı Therese olan və Bethovenin evlənmək istədiyi xanım üçün 1810 - cu ildə yazılıb. Amma Therese onunla evlənmək istəməyib. == Tarix == Əsər 1867- ci ildə, Bethovenin vəfatından (1827 - ci il) 40 il sonra yayınlanıb. Əsəri kəşf edən Ludviq Nohl, orijinal imzalı, 27 aprel 1810 - cu il tarixli əlyazma (indi itib) olduğunu təsdiqlədi. Musiqi Nohlun Neue Briefe Beethovens (Bethovendən Yeni Məktublar) əsərinin bir parçası olaraq (səhifə 28-33) Stuttgartda Johann Friedrich Cotta tərəfindən çapa verilib. === Elizanın şəxsiyyəti === "Eliza"- nın kim olduğu dəqiq məlum deyil. Max Unger Ludviq Nohlun əsərin adını səhv tərcümə etdiyini və orijinal əsərin "Für Therese" olaraq adlandırıldığını və Therese Malfatti von Rohrenbach zu Dezzanın (1792–1851) şərəfinə yazdığını güman edir.
Manqe Sisse
Manqe Sisse Cibrila (fr. Mangué Cissé Djibrila, d. 17 oktyabr 1945 — ö. 30 sentyabr 2009, Abican, Kot-d'İvuar) — Müdafiəçi mövqeyində oynamış olan keçmiş Kot-d'İvuar futbolçusu. Manqe Sisse 17 oktyabr 1945 tarixində Fransanın koloniyalarından biri olan Kot-d'İvuarın Abican şəhərində anadan olmuşdur. 1970-ci ildə Afrika Millətlər Kubokunun yarı finalında oynamışdır. 7 uşağı olan Manqe Sisse, Fransa peşəkar futbolçusu Cibril Sissenin atasıdır. Manqe Sisse 30 sentyabr 2009 tarixində, 63 yaşında uzun çəkən bir xəstəlikdən vəfat etmişdir.
Prenam Pesse
Prenam Pesse (31 dekabr 1997) — Toqolu sprinter. Prenam Pesse Toqonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Prenam Pesse birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m məsafəyə qaçış yarışlarında 1-ci təsnifat mərhələsində 12.38 saniyəlik nəticə ilə 3-cü cığırda 4-cü yeri tutdu və mübarizəni dayandırdı.
Qlise 581c
Ekzoplanet Qlise 581C (ing. Gliese 581C) — Tərəzi bürcündə görünür. Qlise 581, ulduzunun planet sistemində yerləşir və bu sistemdə aşkar olunan 2-ci ekzoplanetdir. (Qlise 581B-dən sonra aşkar olunub). Ətrafında fırlandğı ulduz Qlise 581 adlanr. Ekzoplanet Günəşdən təxminən 20.5 işıq ili uzada yerləşir. == Fiziki xüsusiyyətləri == === Mövqeyi,Səthi və həyat üçün əlverişliyi === Bu planet,Qlise 581 sistemində 2-ci aşkar olunsa da,sistemin 3-cü planetidir və öz ulduzundan cəmi 11 mln km uzaqda yerləşir .Buna görə də, bir ili 13 günə(təxminən 312 saata) bərabərdir.Həmçinin,bu məlumata və ulduzun ölçülərinə əsaslanaraq alimlər aşkarlayıblar ki,Qlise 581C “Həyat zonası”-da yerləşir. Bu da deməkdir ki,planetin səthində su mövcud ola bilər.Lakin bu sübut olunmayıb.Çünki,bunun sübutu üçün spektral analiz etmək lazımdır (planetin səthində su buxarı tapmaq məqsədi ilə).Bu da, hələ ki mümkün olmayıb.Digər araşdırmalara əsasən,planetin səthində atmosfer də, ola bilər,amma bu atmosferin tərkibi bilinmir.Yəni,bu atmosfer həm həyat üçün əlverişli,həm də zəhərli olması mümkündür.Planetdə həyatın mövcud olmasına mane olan bir neçə dənə də amil var:Öz oxu ətrafında fırlanarkən planetin ulduza tərəf baxan hissəsi həttindən artıq qızır,əks tərəfi isə soyuq,orada yaşaya biləcək məxluqlar üçün əlverişsiz olur.Digər amil isə,Qlise 581 ulduzunun planeti tez-tez infraqırmızı şüalarla şüalandırmasıdır.Lakin,bütün bu amillərə baxmayaraq,alimlər bu planetdə həyatın mövcud olduğunu düşünürlər və gələcəkdə insanların yaşaya biləcəyi planetlər siyahısına daxil ediblər.Bu siyahıda həmçinin Qlise 581D və Qlise 581G planetləri də, var.Lakin,Qlise 581C-dən fərqli olaraq,bu planetlərin mövcudluğu sübut olunmayıb. === Səthinin tempraturu === Alimlərin hesablamalarına əsasən,əgər planetin albedosu(səthin şüaları əksetmə qabiliyyəti),Yer kürəsinin albedosu ilə eynidirsə, planetin səthindəki orta tempratur(soyuq hissəsi ilə isti hissəsi bir yerdə) +40 °C-yə yaxın, Veneranın albedosu ilə eynidirsə, +3--5 °C-dir.Əgər planetin atmosferi metandan və ya karbondioksiddən ibarətdirsə,səthinin orta tempraturu +100 °C ola bilər. === Ölçüləri === Qlise 581C planeti indiyə qədər aşkar olunan ekzoplanetlərdən ən kiçiyi olmasına baxmayaraq Yer kürəsindən 50-100 faiz böyükdür.Minimal həcmi 5.36 M⊕ ola bilər və Yer kürəsindən təxmini 5 dəfə daha həcmlidir.
Uliss Qrant
Uliss Simpson Qrant (ing. Ulysses Simpson Grant, ilk adı Hayram Uliss Qrant; 27 aprel 1822[…] – 23 iyul 1885[…]) — Amerika Birləşmiş Ştatlarının 18-ci prezidenti (1869–1877). ABŞ hərbi və siyasi xadimi. Vətəndaş müharibəsi dövründə ABŞ ordusunun komandanlarından biri və 1866–1869-cu illərdə general olmuşdur. 50 dollarlıq əskinasın üzərində təsvir olunmuşdur. == Maraqlı Faktlar == Uliss Qrant atıyla qaydanı pozduğu üçün 24 dollar cərimə olunmuşdur.
Agence France-Presse
Agence France-Presse (AFP) mərkəzi Fransanın, Paris şəhərində olan beynəlxalq bir xəbər agentliyidir. 1835-ci ildə Havas olaraq qurulmuş, dünyanın ən qədim xəbər agentliyidir. AFP-nin Lefkoşa, Montevideo, Hong Kong və Washingtonda regional mərkəzi, dünyanın 151 ölkəsində və 201 məntəqəsində xəbər büroları mövcuddur. AFP hekayələri, videoları, fotoları və qrafikləri fransız, ingilis, ərəb, portuqal, ispan və alman dillərində paylaşır.
Gliese 504 b
Gliese 504 b (çox vaxt GJ 504 b olaraq qısaldılır) HiCIAO alətindən və AO188 adaptivindən istifadə edərək(Subaru Telescop) of Mauna Kea Observatory, Hawaii by Kuzuhara et al.) birbaşa görüntüləmə yolu ilə aşkar edilmiş 59 Virginis (GJ 504) günəş analoqu sistemindəki Jovian planeti və ya qəhvəyi cırtdandır. Vizual olaraq GJ 504 b bənövşəyi rəngə sahib planetdir.
Le-Plessi-Buşar
Le-Plessi-Buşar (fr. Le Plessis-Bouchard) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Boşam. Əhalisi — 7.666 nəfər (2008). Bələdiyyə Paris şəhərinin təxminən 19 km şimal-qərbdə, Serji belediyyənin 14 km şərqdə yerləşir.
Le-Plessi-Qasso
Le-Plessi-Qasso (fr. Le Plessis-Gassot) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Ekuan. Əhalisi — 75 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 21 km şimalda, Serji belediyyənin 26 km şərqdə yerləşir.
Klişe
Klişe (fr. Cliché) — uzun müddət istifadə edilmiş və artıq təsirini itirmiş ifadə, fikir və ya element. Mətbuatda termin, sonradan müxtəlif materiallar (kağız, parça, dəri və s.) üzərində çap etmək üçün metal və ya taxta parçası səthində qazılmış qabarıq təsvir üçün istifadə olunur.
Qissə
Qissə - rəvayət edilən doğru və ya uydurma hekayə, əhvalat; nağıl, hadisə, vaqiə, qəziyyə. == Nümunələr == Sorma bu gecə silsileyizülfi- siyahın; Tulani olan qissədi bu, müxtəsər olmaz. S.Ə.Şirvani. Molla bu qissədən pərişanhal; Evinə döncək övrət etdi sual.. M.Ə.Sabir. [Dəli Səməd] ..məzəli-məzəli qissələr nağıl eləyib eşidənləri də gülməyə vadar edirdi. Çəmənzəminli.