PISS

piss1

n sidik; to have a ~ siymək, işəmək; to go for a ~ siyməyə / işəməyə getmək

piss2

v işəmək, siymək; to ~ oneself (laughing) işəyib özünü batırmaq (gülməkdən)

PIRATE
PISTOL
OBASTAN VİKİ
Piss Christ
Piss Christ - 1987-ci ildə ABŞ rəssam və fotoqrafı Andres Serrano tərəfindən çəkilmiş foto əsəridir. Əsərdə fotoqrafın sidiyinin içinə salınmış kiçik plastik çarmıx təsvir edilmişdir. Əsər, ABŞ hökumət agentliyi olan, məzmunu təftiş edilmədən sənət layihələrinə dəstək üçün nəzərdə tutulmuş Milli Sənət Fondunun qismən sponsorluğu ilə Cənub-Şərq Müasir İncəsənət Mərkəzi tərəfindən təşkil edilmiş “Təsviri sənətlər mükafatı”na layiq görülmüşdür. Fotoda sarı mayenin dibinə çökmüş kiçik plastik çarmıx görünür. Sənətkar mayenin onun stəkana yığılmış sidiyi olduğunu bildirmişdir. Bu foto Serranonun klassik heykəl formalarının süd, qan, sidik kimi müxtəlif mayelərə salmaqla çəkdiyo xüsusi fotolar seriyasına aiddir. Əsərin tam adını sənətkar “Immersion (Piss Christ)” kimi qeyd edir. 150x100 sm ölçülü olan foto Ilfochrome nəşridir. Onun parlaqlığı və rəngləri dərin doymuşluq təsiri bağışlayır. Qızılı-çəhrayı təsvirdə kiçik şarlar gözə dəyir.
Kamil Pissarro
Kamil Jakob Pissarro (ing. Camille Pissarro; 10 iyul 1830[…], Şarlotta Amaliya, Sen-Tomas, Danimarka Qərbi Hindistanı – 13 noyabr 1903[…], Paris) — fransız boyakarı. İmpressionizmin yaradıcılarından biri. == Həyatı == Kamil Pissarro 1855–1861-ci illərdə Parisin Süis Akademiyasında oxumuşdur. Yaradıcılığına K. Koro, C. Konstebl, J. F. Millenin təsiri olmuşdur. Mənzərələrində havanın şəffaflığını və nəmliyini, yenicə yağmış yağışı, yaxud yaxınlaşan yağış havasını bütün incəliyi ilə vermişdir ("Luvesyendə poçt arabası", 1870, İmpressionizm muzeyi, Paris). İmpressionistlərin çoxundan fərqli olaraq Pissarro daha aydın və tam kompozisiya quruluşuna, forma plastikliyinə meyil etmişdir. Rəsm, akvarel, ofort və litoqrafiyaları da var. == Əsərləri == "Luvesyendə poçt arabası", 1870, İmpressionizm muzeyi, Paris "Şumlanmış torpaq", 1874, Puşkin adına Təsviri Sənət Muzeyi, Moskva "Parisdə Monmartr bulvarı", 1897, Ermitaj, Leninqrad == Qalereya == == Ədəbiyyat == ASE, VII cild, Bakı, 1983. səh.
Pissaladiera
Pissaladiera (Pissaladière) — Fransanın Nitsa bölgəsindən pitsa çeşidi. Xəmiri marqarita pitsa xəmirindən biraz qalın olur. Pitsanın üstündəki əlavələr soğan, qara zeytun, hamsi və istəyə bağlı olaraq pissalat (bir növ balıq əzməsi) olur.
Pissaladière
Pissaladiera (Pissaladière) — Fransanın Nitsa bölgəsindən pitsa çeşidi. Xəmiri marqarita pitsa xəmirindən biraz qalın olur. Pitsanın üstündəki əlavələr soğan, qara zeytun, hamsi və istəyə bağlı olaraq pissalat (bir növ balıq əzməsi) olur.
Senecio pissisii
Senecio pissisii (lat. Senecio pissisii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Xristofor Pisserides
Xristofor Pisserides (yun. Χριστόφορος Αντωνίου Πισσαρίδης; ing. Christopher Antoniou Pissarides; 20 fevral 1948, Nikosiya, Nikosiya rayonu[d]) — Kiprli iqtisadçı. Əməyin iqtisadiyyatı, makroiqtisadiyyat, iqtisadi artım və iqtisadi siyasət mövzularında tədqiqatlar aparmışdır. 2010-cu ildə Qoşalaşdırma nəzəriyyəsi ilə bağlı tədqiqatlarına görə Piter Daymond və Deyl Martinsenlə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Xristofor Pisserides 20 fevral 1948-ci ildə Kiprdə anadan olub. O, Böyük Britaniyanın Essex Universitetində 1970-ci ildə bakalavr, 1971-ci ildə isə magistr dərəcəsinə yüksəlmişdir. Xristofor Pisserides 1973-cü ildə elmi rəhbəri olan Miçio Morişimanın nəzarətində doktorluq dərəcəsinə yüksəlmişdir. Hal-hazırda London İqtisadiyyat məktəbində işləyir. 2005 — İZA Əməyin İqtisadiyyatı mükafatı (ing.