Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Glock
Glock — Avstriya istehsalçısı "Glock Ges.mb" tərəfindən dizayn edilmiş və istehsal edilmiş polimer çərçivəli, qısa geri çəkilmə ilə idarə olunan, kilidli arxa yarımavtomat tapança markası. Silah etibarlılıq və təhlükəsizlik testlərində ən yüksək nəticə əldə etdikdən sonra 1982-ci ildə Avstriya hərbi və polis qüvvələrinin xidmətinə verilmişdir. Glock tapançaları şirkətin ən gəlirli məhsuluna çevrilib və ən azı 48 ölkədə milli silahlı qüvvələrə, təhlükəsizlik agentliklərinə və polis qüvvələrinə tədarük edilib. Glock həm gizli, həm də açıq daşımada istirahət və güllə atıcılığı, evdə və özünümüdafiə üçün mülki şəxslər arasında məşhur odlu silahdır. 2020-ci ildə Glock 19 "GunBroker"də ən çox satılan tapança idi. Şirkətin ilk və şirkəti tanıdan əsas silahı "Glock-17" tapançasıdır. Gaston Glock tərəfindən hazırlanan bu tapança 1980-ci illərdə Avstriya ordusu tərəfindən təşkil edilən bir yarışmada qalib olur. Bundan sonra 80-ci illərin əvvəllərindən kütləvi şəkildə istehsal olunur. Hal-hazırda 30-dan çox ölkədə istehsal edilir.
Plank
Maks Karl Ernst Plank (alm. Max Karl Ernst Ludwig Planck‎; 23 aprel 1858[…], Kil, Holşteyn-Qlükştadt, Almaniya ittifaqı – 4 oktyabr 1947[…], Göttingen, İşğal Almaniyası) — görkəmli alman fiziki, Fizika üzrə Nobel mükafatı laureatı (1918). Kvant nəzəriyyəsinin banisi kimi XX əsrin əvvəllərindən fizika elminin inkişafı istiqamətini müəyyənləşdirmişdir. Maks Plank övladlarının tərbiyə və fərdi inkişafına həddindən artıq diqqət göstərən prusiyyalı alim və hüqüqşünaslar ailəsində dünyaya gəlmişdir. Münhendə gimnaziyada oxuduğu illərdə bir çox fənnlərdə qeyri-adi istedad və yüksək əməksevərlik nümayiş etdirir. Fizik olmaq qərarına gəlməsi də bu səbəbdən asan olmamışdır. Plankı fəlsəfə və musiqi də maraqlandırıdı. Fizikanı isə Berlin və Münhendə oxumuşdur. Dissertasiyasını müdafiə etdikdən sonra 1885-ci ildən 1889-cu ilə qədər Kildə, 1889–1926-cı illər aralığında isə Berlində dərs demişdir. 1930-cu ildən 1937-ci ilə qədər isə Kayzer Vilhelm adına fizika cəmiyyətinə (hal-hazırda isə alimin öz adını daşıyır) rəhbərlik etmişdir.
Pluto
Pluton (134340 Pluto; simvolı: , və ya ) — Günəş ətrafında dövr edən ən kiçik cırtdan planetlərdən biri. Kəşf edildiyi 1930-cu ildən 2006-cı ilədək planet kimi qəbul edilən Pluton, hal-hazırda Koyper qurşağında Eridadan sonra ikinci böyük obyekt hesab edilir. 1930-cu ildən 2006-cı ilədək Pluton Günəş sistemində doqquzuncu planet kimi qəbul edilirdi. Ancaq XX əsrin sonları və XXI əsrin əvvəllərində Günəş sistemində plutonsayağı xeyli səma cismi kəşf edildi. Onlardan Erida kütlə baxımından Plutondan 27% böyükdür. 24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı özünün XXVI assambleyasında ilk dəfə olaraq "planet" anlayışına tərif verdi. Pluton bu tərifdə deyilən əsaslara uymadığından o planet kateqoriyasından kənarda qaldı. NASA 19 yanvar 2006-cı ildə Plutonun kəşfi üçün "New Horizons" adlı qurğunu kosmosa göndərdi. Həmin qurğu 9 il sonra yəni, 14 iyul 2015-ci ildə Plutona 12000 km yaxınlaşaraq planetin fotosunu çəkib. Xatırladaq ki, Plutonun fotosu dünyadan 5 milyard km uzaqda çəkilib.
Splunk
Splunk Inc. — ABŞ proqram təminatı şirkəti. Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşir. Veb üslublu interfeys vasitəsilə maşın tərəfindən yaradılan verilənlərin axtarışı, monitorinqi və təhlili üçün proqram təminatı istehsal edir. Onun proqram təminatı axtarış edilə bilən anbarda real vaxtlı verilənləri tutmağa, indeksləşdirməyə və əlaqələndirməyə kömək edir. Ondan qrafiklər, hesabatlar, xəbərdarlıqlar, tablolar və vizualizasiyalar yaratmaq mümkündür. Firma verilənlər nümunələrini müəyyən etmək, ölçüləri təmin etmək, problemlərin diaqnostikası və biznes əməliyyatları üçün kəşfiyyat məlumatı vermək üçün maşın məlumatlarından istifadə edir. Bu, proqramların idarə edilməsi, təhlükəsizlik və uyğunluq, həmçinin biznes və veb-analitika üçün istifadə olunan üfüqi texnologiyadır. 2023-cü ilin sentyabrında "Splunk"un "Cisco" tərəfindən 28 milyard ABŞ dollarına tam nağd sövdələşmədə satın alınacağı elan edilmişdir. Əməliyyat 18 mart 2024-cü ildə tamamlanmışdır.
Im Wartesaal zum großen Glück
Im Wartesaal zum großen Glück (azərb. Böyük xoşbəxtlik üçün gözləmə otağı‎) — Almaniyanın 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Valter Andreas Şvarç alman dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyil.
Luik
Luik — Estoniya soyadı. Leyla Luik — Estoniya idmançısı. Liina Luik — Estoniya idmançısı. Lili Luik — Estoniya idmançısı.
Pack
Pack (azərb. sıxlaşdırmaq‎) — informasiyanı yığcam formada saxlamaq. Sıxlaşdırma zamanı artıq boşluqlar və onun kimi başqa simvollar uzaqlaşdırılır. Verilənlərin sıxlaşdırılması üçün başqa xüsusi sıxlaşdırma üsullarından da istifadə oluna bilər. Bəzi proqramlarda fiziki yaddaşa (istər operativ, istərsə də sərt diskdə və ya digər informasiya daşıyıcılarında) olan tələbatı minimuma endirmək üçün sıxlaşdırmadan istifadə olunur. Sıxlaşdırılmış verilənlər insan üçün mənasız olduğundan onları istifadə zamanı açmaq və beləliklə də, informasiyanın ilkin şəklini bərpa etmək lazım gəlir. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 622 s.
Bettina Plank
Bettina Plank Avstriya-lı karateçi. Bettina Plank 24 fevral 1992-ci ildə anadan olmuşdur.2015-ci ildə o, Bakı-da keçirilən 2015-ci il Avropa Oyunları yarışında gümüş medal qazandı. Finalda Türkiyə-li Serap Özçelik-ə məğlub oldu.Elə həmin ildə Türkiyə-nin İstanbul şəhərində təşkil edilən 2015 Avropa Karate Çempionatında qadınlar arasında 50 kq kumite kataqoriyası üzrə qızıl medal qazandı.2017-ci ildə Polşa-nın Wrocław şəhərində təşkil edilən 2017 Dünya Oyunlarında qadınlar arasında kumite 50 kq kataqoriyası üzrə yarışında medal qazanmadan yarışdı. Seçmə mərhələdə bir maçda qələbə qazandı və iki görüşdə məğlub oldu buna görə də yarımfinalda mübarizə apara bilmədi.2019-cu ildə Belarusiya-nın Minsk şəhərində təşkil olunmuş 2019 Avropa Oyunlarında qadınlar arasında kumite 50 kq çəki kataqoriyası üzrə qızıl medal qazandı.
Black Bullet
Black Bullet (ブラック・ブレット, Burakku Buretto, azərb. Qara güllə‎) — Saki Ukayın rəssamlığı ilə Şiden Kanzaki tərəfindən yazılan və ASCII Media Works nəşriyyatının Dengeki Bunko imprinti altında nəşr olunmuş ranobe seriyası. 10 iyul 2011-ci ildən nəşr olunur və 2014-cü ilin aprelinə qədər 7 cildi buraxılmışdır. Manqa adaptasiyası 27 avqust 2012-ci ildə ASCII Media Works nəşriyyatının "Dengeki Maoh" jurnalında nəşr olunmağa başlamışdır. 6 oktyabr 2013-cü ildə Dengeki Bunko imprintinin "Autumn Festival 2013" tədbirində Kinema Citrus və Orange studiyaları anime serialı adaptasiyası çəkəcəklərini anons etmişdir. Anime 8 aprel 2014-cü ildən 1 iyul 2014-cü ilə kimi yayımlanmışdır. Yaponiyadan xaricdə isə Crunchyroll vasitəsilə nümayiş etdirilmişdir. "Black Bullet" üç ölkədə lisenziyalaşdırılmışdır: anime Şimali Amerikada Sentai Filmworks tərəfindən, Böyük Britaniyada Animatsu Entertainment tərəfindən, Avstraliyada Hanabee tərəfindən lisenziyalaşdırılmışdır. Manqa və ranobe Şimali Amerikada Yen Press tərəfindən nəşr olunur. 2021-ci ildə qastreya adlı parazit virusu bütün dünyada yayılır və bütün bəşəriyyətə böyük fəlakət üz verir.
Black Falcons
Black Falcons (azərb. Qara Şahinlər‎) — Yeni Zelandiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Komanda 2000-ci ildə yaradılmışdır. Uçuşlar üçün 5 ədəd Aermacchi MB-339 istifadə olunurdu. Təqribən 1 ildən sonra komanda ləğv olunmuşdur. 2016-cı ilin yanvarında Qırmızı Damalar eskadronunun ləğvi ilə Black Falcons yenidən bərpa olundu. Yeni komanda uçuşlar üçün Beechcraft T-6 Texan II təyyarəsi istifadə edir.
Black Flag
Black Flag ([blæk flæg], azərb. qara bayraq‎) — 1976–1986 cı illər aralığında fəaliyyət göstərən Kaliforniyalı Hardakor pank qrup. İlk adı "Panic" olub. Kollektivin heyəti bütün fəaliyyət göstərdiyi illər boyu dəyişib, yeganə daimi üzvü gitarist Qreq Qrin olub.Yeni Hardkor pank mədəni-musiqili yön yaradaraq, çağdaş pank mədəniyyətinə böyük təsir göstəriblər. Meynstrim kommersiya musiqisinə, yəni böyük leybllar, prodüserlər tərəfindən dəstəklənən, tanınmış jurnallarda çap olunan ifaçılara əks olaraq Black Flag bundan imtina etdi və yeni DIY (do it yourself, "özün elə") pank submədəniyyətini, və, onların vinillərini buraxmaqda imtina alandan sonra, öz leyblları olan "SST Records" u yaratdılar. Musiqiçilər tam bağsız, heç bir musiqi şirkətindən asılı olmayaraq fəaliyyət göstərirdi. Qrup, gəıəcəldə metal və qranj janrlarında ifa edən bir çox kollektivlərə böyük təsir göstərib,bu siyahıya Nirvana, Melvins, Soundgarden, Slayer, Eyehategod və s. kimi qruplar daxildir. .
Black Sabbath
Black Sabbath — 1968-ci ildə Birminhem, İngiltərədə qurulmuş ilk heavy metal qrupudur. Qrupun öz adını daşıyan "Black Sabbath" albomunu ilk heavy metal albomu hesab etmək olar. Bu albom doom metal musiqisinin sonrakı inkişafı üçün bönövrə qoymuşdur. Qrup bir çox üzv dəyişməsi yaşamış olmasına baxmayaraq, illər boyunca qrupun tək dəyişməyən üzvü Tony Iommi olmuşdur. Ümumilikdə 22 musiqiçi ən az bir dəfə olmaqla Black Sabbath-da fəaliyyət göstərmişdir. Qrupun 9 albomu Böyük Britaniya albom siyahılarında ilk onluğa daxil olmuşdur. Artıq 2000-ci ildə Black Sabbath albomlarının ümumi tirajı 100 milyona yaxınlaşdı. 1995-ci ilə qədər qrup yeni albom buraxmırdı və 1970-ci illərin "klassik" tərkibi ilə yalnız konsertlərdə bir araya gəlirdi. Qrup üzvlərinin əksəriyyəti solo fəaliyyətiylə məşğul olurdular. Beləliklə, 2011-ci il 11 noyabr tarixində əfsanəvi Los-Anceles klubu olan "Whisky a Go Go"-da keçirilən mətbuat konfransında Ozzi Ozborn, Toni Ayomi, Qizer Batler və Bil Uord yeni albomu öz sevənləri ilə paylaşır.
Black metal
Black Metal heavy metalın bir alt növü olub, 1980-ci illərdə yaranmağa başladı. Bu illərdə proto-black metal qrupları, etdikləri növün 'black metal' olaraq adlandırılmaqdan bir az uzaq olsa da, black metalın ayrı bir növ olaraq ortaya çıxmasına liderlik etmiş qruplardır. Bu musiqi janrı adını Venom musiqi qrupunun 1982-ci ildə yayımladığı Black Metal albomundan alır. Proto-black, thrash metal və black metal arasında bir keçid formasıdır. İlk Proto-black qrupu Venom hesab edilir. Venomun musiqisi ilə indiki black metal arasındakı fundamental oxşarlıqlar; narahat edici vokallar ilə sürətli və aqressiv musiqi. Venomun 1982 çıxışlı Black Metal adlı albomu növə adını verən albomdur. İsveçli Quorthon (Tomas Forsberg)'un bir nəfərlik fəaliyyəti Bathory, Venomun musiqisini sürətləndirib daha sərt vokal və qaranlıq bir atmosfer işlədərək black metalın demək olar ki ayrıca bir növ olaraq ortaya çıxmasını təmin etmişdir. Digər proto-black qrupları Hellhammer, Celtic Frost və Mercyful Fate'dir. 1990-cı illərdə bəzi Death metal qruplarından da ilham alaraq inkişafını sürətləndirib.
Cef Plumb
Cef Plumb (6 oktyabr 1974) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Cef Plumb Avstraliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Chuck (serial)
"Chuck" — Joş Sxvartz və Kris Fedakın ekranlaşdırdığı döyüş komediya, casus dram janrında televiziya serial. Chuck Bartowski (Zachary Levi) iyirmi yaşının ortalarındadır və Buy More, Burbank, Kaliforniya, istehlakçı-elektronik mağazalar şəbəkəsində işləyir. O, ağıllı, lakin həvəssiz, kompüter xidməti üzrə mütəxəssisdir və ən yaxşı dostu Morgan Grimes (Coşua Qomez) ilə birlikdə işləyir. O, Stenford Universitetindən dərslərinin birində aldatdığına dair saxta ittihamlarla qovulmuşdu və bu, çox güman ki, sürücülüyünə və mənəviyyatına xələl gətirmişdi. O, bacısı Elli (Sarah Lancaster) və onun sevgilisi Devon "Kapitan Awesome" Vudkombla (Ryan McPartlin) birlikdə yaşayır, onlar daim Çakın peşəkar və romantik həyatında irəliləyiş əldə etməyə təşviq edən həkimlərdir. Çakın Stenford Universitetində keçmiş otaq yoldaşı və hazırda Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti olan Bryce Larkin (Metyu Bomer) CIA və Milli Təhlükəsizlik Agentliyinin (NSA) birləşmiş bütün verilənlər bazası olan Intersect-i oğurlayır və onu saxlayan kompüteri məhv edir. Sağ qalan yeganə nüsxə Bryce-dən e-poçtu açanda kodlaşdırılmış şəkillər vasitəsilə Chuck-ın beyninə subliminal şəkildə daxil olur. NSA-nın mayoru Con Keysi (Adam Bolduin) və Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Sara Uoker (Yvonne Strahovski) araşdırma aparmaq üçün göndərilir. Çak, indi malik olduğu biliklərdən sui-qəsdçilərin və beynəlxalq terrorçuların qarşısını almaq üçün istifadə edərək, onun əvvəllər adi həyatını yaxşılaşdırmaq üçün işə götürülür. The Intersect Çakın verilənlər bazasından məlumatların qeyri-ixtiyari "yanıb-sönməsi"ni almasına səbəb olur, bu, üzlər, səslər, obyektlər və açar sözlər kimi tətiklər tərəfindən aktivləşdirilir.
Chuck Yeager
Çarlz Elvud Yeqer (ing. Charles Elwood Yeager; 13 fevral 1923, Mira[d], Qərbi Virciniya – 7 dekabr 2020, Los-Anceles, Kaliforniya) — amerikalı pilot. 1923-cü ildə Amerika Birləşmiş Ştatlarının Virciniya bölgəsində dünyaya gəlmişdir. İkinci dünya müharibəsi dövründə ABŞ Hərbi Hava Qüvvələrində xidmət etmişdir. Müharibə başa çatdıqdan sonra Hərbi hava qüvvələrindən ayrılmamış və test pilotu olmuşdur. 14 oktyabr 1947-ci ildə raketlərlə təchiz edilmiş Bell X-1 təyyarəsini test edərkən səs sürətini keçmiş ilk insan olmuşdur. Daha sonralar hərbi karyerasında general-mayor rütbəsinə qədər yüksəlmişdir. 1941–1975-ci illər ərzində ABŞ Hərbi Hava Qüvvələrində xidmət etmişdir. Vyetnam müharibəsi və İkinci dünya müharibəsində iştirak etmişdir.
Ebenezer Place
Ebenezer-pleys (ing. Ebenezer Place) — dünyanın ən kiçik küçəsi; uzunluğunun cəmi 2,06 metrdir və sadəcə bir evin divarını əhatə edir. Ebenezer-leys Böyük Britaniyada, daha dəqiqi Şotlandiyanın kiçik şəhəri olan Uikdə (ing. Wick) yerləşir. Divarını əhatə etdiyi evin inşası başa çatdıqdan sonra, 1883-cü ildə həmin ev heç bir küçəyə aid olunmadığından, bu ev üçün xüsusi olaraq bu küçəni salmışdırlar. Beləliklə də, Ebenezer-pleys ən kiçik küçə adını almışdır. Küçə yalnız 2006-cı ildə dünyanın ən kiçik küçəsi kimi Ginnesin Rekordlar Kitabına daxil ola bilmişdir.
Glock 17
Glock 17 (Qlok 17) — Glock şirkəti tərəfindən Avstriya ordusu üçün hazırlanmış tapançadır. Cari model həmin şirkət tərəfindən istehsal edilən ilk tapançadır. Əldə edilmiş məhsul uğurlu və rahat olduğu üçün P80 adı ilə Avstriya ordusunun istifadəsinə verilmişdir. Döyüş keyfiyyəti və etibarlılığına görə mülki müdafiə silahı kimi geniş şəkildə istifadə olunur. Fərqli seçimlərdə fərqli güllələr üçün istehsal olunur. 9×19 mm Parabellum, .40 S&W, 10 mm Auto, .357 SIG, .45 ACP və .45 GAP. Tapançanın əsas xüsusiyyəti təhlükəsizlik fitilinin olmamasıdır. Tapançanın əsas hissəsi möhkəm istiyə dözən 200 °C plastikdən hazırlanmışdır. Buna görə də Glock 17 yüngüldür və olduğca möhkəmdir. Glock 17 “götür və atəş aç” prinsipi ilə işləyir, ancaq atəş açmaq üçün tətiyi tam basmaq lazımdır. Cəmi 33 hissədən ibarətdir və ber neçə saniyə ərzində sökülüb yığıla bilər.
Maks Plank
Maks Karl Ernst Plank (alm. Max Karl Ernst Ludwig Planck‎; 23 aprel 1858[…], Kil, Holşteyn-Qlükştadt, Almaniya ittifaqı – 4 oktyabr 1947[…], Göttingen, İşğal Almaniyası) — görkəmli alman fiziki, Fizika üzrə Nobel mükafatı laureatı (1918). Kvant nəzəriyyəsinin banisi kimi XX əsrin əvvəllərindən fizika elminin inkişafı istiqamətini müəyyənləşdirmişdir. Maks Plank övladlarının tərbiyə və fərdi inkişafına həddindən artıq diqqət göstərən prusiyyalı alim və hüqüqşünaslar ailəsində dünyaya gəlmişdir. Münhendə gimnaziyada oxuduğu illərdə bir çox fənnlərdə qeyri-adi istedad və yüksək əməksevərlik nümayiş etdirir. Fizik olmaq qərarına gəlməsi də bu səbəbdən asan olmamışdır. Plankı fəlsəfə və musiqi də maraqlandırıdı. Fizikanı isə Berlin və Münhendə oxumuşdur. Dissertasiyasını müdafiə etdikdən sonra 1885-ci ildən 1889-cu ilə qədər Kildə, 1889–1926-cı illər aralığında isə Berlində dərs demişdir. 1930-cu ildən 1937-ci ilə qədər isə Kayzer Vilhelm adına fizika cəmiyyətinə (hal-hazırda isə alimin öz adını daşıyır) rəhbərlik etmişdir.
Pennzoil Place
Pennzoil Place - iki 36 mərtəbəli göydələndən təşkil olan kompleks. Binalar Hyuston şəhərində yerləşirlər. Onların tikintisi 1975-ci ildə bitmişdi. Tikintilərin hündürlüyü 151 metrdir.
Place (Reddit)
Place — 2017-ci ilin Ümumdünya Gülüş Günündə başlayan və 2022-ci ilin Ümumdünya Gülüş Günündə beş ildən sonra yenidən canlandırılan sosial şəbəkə saytı Reddit-də təşkil edilən birgə layihə və sosial eksperiment idi. 2017 eksperimenti, r/place adlı subredditdə yerləşən onlayn lövhədən ibarət idi və qeydiyyatdan keçmiş istifadəçilər 16 rəngli palitradan tək bir pikselin rəngini dəyişdirərək lövhəni redaktə edə bilərdilər. Hər piksel yerləşdirildikdən sonra taymer istifadəçiyə 5 ilə 20 dəqiqə arasında dəyişən müddət ərzində daha çox piksel yerləşdirməyə icazə vermədi. Eksperiment ideyası Coş Uordl tərəfindən hazırlanmışdır.
Planck uzunluğu
Plank uzunluğu (ℓP), Planck birimləri olaraq bilinən təbii ədədlər sistemindəki uzunluq vahididir və Plank vaxtına çarpan vakuumda işıq sürətinə bərabərdir.
Plank sabiti
Plank sabiti kvant mexanikasına aid mühüm sabitdir və elektromaqnit şüalanma kvantının (yəni, fotonun) enerjisi ilə onun tezliyi arasındakı əlaqəni ifadə edir. Plank sabiti h hərfi ilə işarə edilir: h = 6.626 075 × 10 − 34 C ⋅ s {\displaystyle h=6.626\ 075\times 10^{-34}\ \mathrm {C\cdot s} } Plank sabitinin vahidi coul və saniyənin hasilindən ibarətdir – coul•saniyə (ingiliscə joule•seconds). Alman fizik Maks Plank (almanca Max Planck) 1900-cü il 14 dekabrda bu sabiti təqdim etmişdir. Həmin tarix kvant mexanikasının başlanğıcı hesab olunur. Bir çox hallarda Plank sabitinin derivativindən ħ istifadə edilir: ℏ = h 2 π = 1.054 571 × 10 − 34 C ⋅ s {\displaystyle \hbar ={\frac {h}{2\pi }}=1.054\ 571\times 10^{-34}\ \mathrm {C\cdot s} } Plank sabitinin tarixi qara cisim şüalanmasının öyrənilməsi ilə bağlıdır. “Qara cisim” şərti ifadədir və elə obyektə deyilir ki, o, üzərinə düşən bütün enerjini udur, müəyyən temperatura çatdıqdan sonra aldığı enerjini qaytarır. Qara cisim enerjini qaytararkən o həm də işıqlanır. Bu proses qara cisim şüalanması (ingiliscə blackbody radiation) adlanır. 1859-cu ildə alman fiziki Qustav Kirxhof qara cisimlə apardığı təcrübələrdən belə nəticəyə gəldi ki, qara cisim enerjini qaytaran zaman bu enerji cismin temperaturundan və ayrılan (qaytarılan) enerjinin tezliyindən asılı olur. E = J ( T , ν ) {\displaystyle E=J(T,\nu )} Bu asılılıqda enerjinin (işığın) dalğa təbiəti əsas rol oynayırdı.
Plank zamanı
Plank zamanı — Fizikada Plank zamanı ( t P {\displaystyle t_{P}} ) natural vahıdlər sistemində Plank vahidi kimi tanınan zaman vahididir. İşığın bir vakumda bir Plank uzunluğu məsafəni qət ediyi zamandır, təqribən 5 , 39 ⋅ 10 − 44 s {\displaystyle 5,39\cdot 10^{-44}s} Bu vahid onu ilk dəfə istifadə edən alim- Maks Plankın şərəfinə Plank zamanı adlandırılmışdır. Plank zamanı aşağıdakı düsturla hesablanır: t P ≡ ℏ G c 5 {\displaystyle t_{P}\equiv {\sqrt {\hbar G \over c^{5}}}} Burada: ℏ = h ⁡ / 2 ⁡ π {\displaystyle \hbar =\operatorname {h} /\operatorname {2} \pi } Plank sabiti (bəzən bu ifadədə ħ əvəzinə h da istifadə edilir) G- Qravitasiya sabiti c-işığın vakumdakı sürəti S- zamanın BS-dəki vahidi saniyədir. t P ≈ 5 , 39116 ( 13 ) ⋅ 10 − 44 s {\displaystyle t_{P}\approx 5,39116(13)\cdot 10^{-44}s} Mötərizə içərisindəki iki rəqəm təxmini qiymətin standart xətasını ifadə edir. Plank zamanı qravitasiya sabiti G-in, xüsusi relyativistik sabit-işıq sürətini c-in və kvant sabiti-Plank sabiti ħ-ın unikal kombinasıyasından ortaya çıxan sabit bir zaman vahididir. Çünkı Plank zamanı ölçü analizindən irəli gəlir. 1 Plank zamanı işıq sürəti ilə hərəkət edən bir fotonun bir Plank uzunluğundakı məsafəni qət etmə müddətidir. Nəzəri olaraq bu ölçülməsi mümkün olmayan ən kiçik zamandır.
Pluto (okeanida)
Pluto (yun. Πλουτώ) — yunan mifologiyasında mifik personaj, okeanida, titanlar Okean və Tefidanın qızı.
Pluto (personaj)
Pluto (ing. Pluto, ing. Pluto the Pup) — 1930-cu ildə "Walt Disney Animation Studios" şirkəti tərəfindən yaradılan cizgi filmi personajıdır.
Plоçe
Ploçe (xorv. Ploče) — Xorvatiyanın Adriatik dənizi sahilində yerləşən bir şəhərdir. Bölgə əhəmiyyətli bir limandır. Dybrovniçko-Neretvanskaya vilayətində yerləşir. Əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 10,135 nəfərdir.
Pülük
Sünnət - lat. circumcisio əməliyyatı. Penis dərisi penis boynuna çatarkən onun başını örtməmişdən əvvəl Pülük - lat. preputium adlanan dəri büküşünü əmələ gətirir. pülük penis başını xortum kimi azad bir surətdə örtür. Bunların arasında yarığa bənzər bir boşluq - lat. cavum preputii qalır. Həmin boşluqda lat. smegma s. sebum preputii adlanan xüsusi qoxulu və ağımtıl piy olur, bu piy pülüyün daxili təbəqəsində olan xüsusi piy vəzilərində - lat.
Liçk
Liçk — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd.
Plüm
Plüm - [lat. pluma-lələk] alt mantiyadan Yer qabığına qalxan mantiya şırnaqları; alt mantiya maddəsi olub, seysmoayrıcıdan (660 km yuxarı) nüvə-mantiya sərhədinədək yerləşən "isti", aşağı sıxlıqlı qatdan əmələ gəlir. Mantiya şırnaqları və "isti nöqtələr" konsepsiyası plitədaxili maqmatizm hadisəsini izah etmək üçün S.Vilson (1963–1965) və S. Morqan (1971) tərəfindən irəli sürülmüşdir. Konsepsiya belə bir fikirə əsaslanır ki, mantiya şırnaqları – plümlər mantiyanın çox dərin qatlarında yaranır və daha yüksək səviyyədə hərəkət edən litosfer plitələri sanki "yandıraraq" xətti vulkan silsilələri (okeanda-vulkanik adalar) əmələ gətirir və "qızmar (isti) nöqtələrlə" kəsişən plitələrin hərəkəti istiqamətində, qanunauyqun sürətdə onların yaşını get-gedə qədimləşdirir . Mantiya Yer qabığı Litosfer plitə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Püşk
Püşk (çöp) — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Novruz bayramı günlərində oynanılan oyunlarda başçı və oyunçuları təyin etmək vasitəsi. Püşk üçün çöp, dəmir pul, aşıq və s. nəsnələrdən, eləcə də sözdən istifadə olunur. Uşaqlar məhəllə, həyət meydançalarına toplaşırlar. Müəyyən bir oyun, misal üçün, gizlən qaç oyunu oynamaq istəyirlər. Bəs oyunu kim başlamalı, gözlərini kim yummalı, gizlənənləri kim tapmalıdır? Bunun üçün çoxsaylı nümunələrdən oxumaqla həmin oyunçunu müəyyənləşdirirlər: Oyunçuların sayı qədər bu püşkatma söyləməsi deyilir. "Çıx qırağa" hansı oyunçuya deyilirsə, o, gizlənənlər sırasına keçir. Sona qalan gözlərini yumub təyin olunmuş mərədə durur.
Luici Pulçi
Luici Pulçi (15 avqust 1432, Florensiya – 11 noyabr 1484, Padova) — XV əsr italyan şairi. Lorenso Mediçi və Ancelo Politsiano ilə birlikdə Luici Pulçi (1432–1484) Kvatroçento dövrünün Florensiya şairlərinin triumviratını (üçlük) təşkil edir. Bu şairin ən məşhur əsəri olan "Nəhəng Morqante" — yeni tipli epopeya Lorenso Mediçinin via Larqa adlı malikanəsində yazılmışdır. Görkəmli italyan şairi Luici Pulçi qədim qvelf ailəsində anadan olmuşdur. Gənc yaşlarından başlayaraq o, taleyini Mediçi ilə bağlamışdır. 1467-ci ildə Pulçi diplomatik missiya ilə Pizaya, sonra isə Neapol kralının sarayına getmiş, burada araqonluları türklər əleyhinə ittifaq bağlamağa dəvət etmişdir. 1473-cü ildə o, Lukretsiya dela Albitsi ilə evlənmiş, ancaq bu da onun narahat həyatına təsir etməmişdir. Onun səfərləri davam etmiş, bu səfərlərin birində o, Paduyada vəfat etmişdir. L.Pulçi öz gücünü müxtəlif janrlarda sınamışdır. O, 1469-cu ildə Lorensonun yarışda qələbəsi şərəfinə "Kostra Lorenso" adlı poema yazmışdır.