Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baqaj
Baqaj — istənilən sərnişinin yüküdür. Bu yükün daşındığı hər hansı nəqliyyat vasitəsi və ya yük yeri baqaj kimi müəyyən edilə bilər. Sərnişin avtomobillərində yüklərin yerləşdirildiyi yerdir. Baqaj deyildikdə Türk dilində və Azərbaycan dilində daha çox avtomobillər yerləşdirilmiş olan yük və malların qoyulduğu kupe nəzərdə tutulur.
Poçt
Poçt (rus. Почта, lat. posta) — rabitə və məktub, açıqca, kiçik əşyalar və bəzən insanların nəql edilməsi. Nəqliyyat vasitələri ilə mütamadi olaraq məktub, dövri mətbuat, pul köçürmələri, banderolun göndərilməsini təmin edir. Daha çox dövlət müəssisəsi olurlar. Tarixən məktub, kitab, məhsul nümunələri və pul göndərilməsi nəticəsində yaranıbdır. Bir çox poçt təçkilatları Beynəlxalq Poçt İttifaqının üzvləridir. == "Japan Post" == Yapon poçtu sürətli və keyfiyyətlidir. 70-ci illərdə kredit xidmətinin təqdimatı da poçta həvalə edildi. "Japan Post" 30% paya malik olaraq nəhəng bank və sığorta şirkətini özəl sektora vermək niyyətindədir.
E-poçt
Elektron poçt (ing. electronic mail) və ya imeyl — ünvan sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən elektron poçt, mətn göndərişləri. E-mail hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. Əsasən qarşısına (@) ət işarəsi qoyulur == Tarixi == İlk elektron poçt da bir çox texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1960-cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan Rels Tomlinson ilk olaraq 1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata keçirmişdir. Tomlinson "The Times" qəzetinə müsahibəsində deyirdi: "İlk e-mail`imdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir addım, insanoğlu üçün isə böyük bir sıçrama idi." E-mail 1990-cı illərə qədər çox inkişaf etdi.
Elektron poçt

Poçt (Gəncə)
Poçt — Azərbaycan Respublikasının Gəncə şəhərinin inzibati ərazi vahidində qəsəbə.
Poçt indeksi
Poçt indeksi - yazışmaların çeşidlənməsini asanlaşdırmaq məqsədilə poçt ünvanına əlavə edilən hərf və ya rəqəm ardıcıllığı. Hazırda dünyadakı poçt xidmətlərinin əksəriyyəti, o cümlədən Azərbaycan Respublikasında poçt xidmətlərini həyata keçirən "Azərpoçt" MMC poçt indekslərindən istifadə edir.
Poçt kodları

Poçt kodu

Poçt markaları
Poçt markası — poçt ödəniş nişanı. Markanın yaranması və onun poçt ödəniş nişanı kimi istifadəsinin tarixi barədə müxtəlif fikirlər dolaşmaqdadır. Bəzi mütəxəssislər poçt markasının avstriyalı Lourens Kaşmir, bəziləri isə ingilis Ceyms Çalmers tərəfindən yaradıldığını iddia edirlər, lakin bir sıra faktlar onu göstərir ki, poçt markası məhz Roumend Hillin öz layihəsini təcrübədən keçirdikdən sonra İngiltərədə yaranıb.1840-cı ildə Londondakı İngilis Poct İdarəsinin sonradan idarəçisi olan Sir Rovland Hill, maraqlı bir hadisəyə şahid olmuşdu. Şotlandiyaya etdiyi bir səfər əsnasında, gənc bir qızın daşıma ödənişini ödəyə bilmədiyi üçün nişanlısından gələn məktubu poçtalyona öncə verdiyini gördü. Bunun üzərinə ödənişi özü ödədi. Gənc qız ona təşəkkür etdi və bu pula ehtiyac olmadığını söylədi. Çünki, zərfin üzərindəki ünvanda bir tənzimləmə edərək, nişanlısından gələn məktubu pul ödəmədən də ala biləcəyini bilirdi. Bu hadisəyə şahid olan Hill, məktub yollanırkən, pul ödənməsini zəruri edəcək bir üsul inkişaf etdirilməsi lazım olduğunu düşündü. Daşıma haqqının, zərfin üstünə yapışdırılan kiçik bir etiket əvəzi olaraq, məktubu göndərən tərəfindən ödənilməsi prinsipini təklif etdi. Bu üsul İngilis Hökuməti tərəfindən qəbul edildi.
Poçt markası

Poçt yolları
Poçt yolları — Azərbaycanda tarixən daxili və xarici iqtisadi (xüsusil ticrət) və mədəni münasibətlərinin əlaqələndirilməsinə xidmət edən vasitələrdən biri. == Haqqında == Ölkənin iqtisadi və mədəni həyat səviyyəsinin yüksəlməsində böyük rol oynayan poçt yolları təkcə ayrı-ayrı yaşayış məntəqələri arasındakı əlaqənin deyil, Azərbaycanın başqa ölkələrlə əlaqəsinin möhkəmlənməsində də müstəsna əhəmiyyətə malik olmuşdur. Orta əsr ərəb coğrafiyaşünas-səyyahlarının (İbn Xirdadbeh, əl-İstəxri, İbn Havqəl, əl-Müqəddəsi və s.) məlumatlarına görə, IX əsrin ortalarından Azərbaycandan keçən mühüm yol qovşaqlarında 50-dən artıq poçt-gömrük məntəqəsi vardı. Yolçular atlarını bu məntəqələrdə dəyişir, poçt baratlarını bu və ya digər yerə aparan qasidlər burada təyin edilir, gömrükxanalar burada olurdu. Tədqiqatlardan və etnoqrafik şahidlərdən aydın olur ki, qədim yolların əsasında salınması poçt yolları təkcə minik və yük heyvanları üçün yox, həm də təkərli nəqliyyat vasitəsinin hərəkəti üçün əlverişli idi. Bakıdan Tiflisə doğru uzanan poçt yolu Şamaxıdan və Şirvan ərazisindən keçən yeganə magistral yolu olduğundan, Şirvan iqitsadiyyatın şah budağı hesab olunurdu. Yerli əlaqə yollarını, demək olar ki, hamısı, hətta təsərrüfat əhəmiyyətli xırda yolların çoxu həmin magistrala qovuşurdu. Ona görə də Şirvanı iqtisadi və mədəni həyatı üçün bu yolun müstəsna əhəmiyyəti vardı. Bakı-Tiflis poçt yolu Azərbaycan ərazisini bütünlüklə kəsib keçərək Ağstafada iki qola haçalanırdı. Bu yolun bir qolu Dilican- İrəvan-Naxçıvan-Culfa vasitəsilə Təbriz və İranın içərilərinə, digər qolu isə Tiflisə, oradan da Aleksandropola və Qarsa gedirdi.
Poçt ünvanı
Poçt ünvanı, ünvan — şəxsin yaşadığı və ya müəssisə və ya idarənin yerləşdiyi yer. Coğrafi mənada — Yer səthində nəyinsə yerləşmə koordinatları.
Azərbaycanın poçt və poçt markaları tarixi
Azərbaycanın poçt və poçt markaları tarixi Azərbaycanın tərkibində olduğu dövlətlərin (Rusiya imperiyası və SSRİ), XX əsrin əvvəllərində mövcud olan müstəqil dövlət qurumlarının və müstəqil Azərbaycan Respublikasının (1992-ci ildən bəri) poçt sistemi ilə əlaqədar olaraq müxtəlif dövlərə bölünür. Azərbaycanda poçtun tarixi Səfəvilər dövründən başlayır. Poçt sisteminin əsas inkişaf dövrü isə Azərbaycanın Rusiya imperiyasının və SSRİ-in tərkibinə daxil olduğu dövr, XIX–XX əsrlərdir. SSRİ-in dağılması ilə müstəqil Azərbaycanda poçt rabitəsinin inkişafında gerilik müşahidə olunur. Azərbaycan 1992-ci ildə özünün ilk poçt markalarını çıxarır. Azərbaycan 1 aprel 1993-cü il tarixindən Ümumdünya poçt ittifaqının üzvüdür, 2002-ci ildən isə WADP Nömrələmə Sisteminin iştirakçısıdır. İlk standart poçt markası 20 oktyabr 1919-cu ildə, ilk poçt-xeyriyyə markası 22 oktyabr 1921-ci ildə, ilk poçt bloku 1 fevral 1993-cü ildə, ilk kommemorativ poçt markası 23 sentyabr 1993-cü ildə buraxılmışdır. == Erkən dövr == === Orta əsrlər === Azərbaycanda poçt xidmətlərinin tarixi qədim dövrlərə gedib çıxır. Həmin dövrlərdə yazılı informasiyanın mübadiləsi üçün qasidlər, çaparlar, dəvə karvanları və digər rabitə yolları istifadə edilirdi. Lakin poçt rabitəsinin nizamlı dövrü 1501-ci ilə təsadüf edir.
Butan poçt markaları və poçt tarixi
Butanın poçt və poçt markalarının tarixi 1962-ci ildən başlayır, bu ildən etibarən poçt şöbələrinin açılması və özünə məxsus poçt markalarının nəşr edilməsi başlanıldı. Butan krallığı 1969-cu ildən Ümumdünya poçt birliyinin üzvüdür. Butanda markaların emissiyası müqavilələr əsasında aparılır, bu müqavilələr xarici filatelistik aqentliklər ilə imzalanır (Yaponiya, İtaliya, Böyük Britaniya və başqaları). Markaların emissiyası ölkə poçtunun tələbindən qat-qat çox olur. Butanın filatelistik tarixində Bert Kerr Todd əhəmiyyətli şəxsiyyət idi. Güman edilir ki, Bert Kerr Todd Buran krallığına ayaq basmış ilk amerikalıdır. Butanın poçt markalarının nəşrinə aid proyektin həyata keçirilməsində köməklik göstərirdi. Berr Toddun səyi nəticəsində Buran öz qeyri ad markaları ilə tanınmış oldu. Bert Todda fikirləşirdi ki, bu markalar bütün dünyada böyük marağa səbəb olacaq. == Poçtun inkişafı == Cənubi Asiyanın Şərqi Himalay dağlarında Butan krallığın 1949-cu ilə kimi Böyük Britaniyanın protektorat statusu var, 1949-cu ildən etibarən Hindistan ilə xüsusi müqavilələri olduğundan azad dövlətə çevrildi, bu müqavilələrdə hind protektoratı nəzərdə tutulurdu.
Gürcüstanın poçt markaları və poçt tarixi
Poçt markaları və Gürcüstan poçtunun tarixi— Bu poçt markalarına və Gürcüstan poçtunun tarixinə bir baxışdır. Gürcüstan Avrasiyanın Qafqaz bölgəsində yerləşir. Şərqi Avropa ilə Qərbi Asiyanın qovşağında yerləşir, qərbdə Qara dənizlə, şimalda Rusiya ilə, cənubda Türkiyə və Ermənistanla, şərqdə isə Azərbaycanla həmsərhəddir. Gürcüstan 69.700 km² ərazini əhatə edir və 4.385 milyon əhalisi var. XIX əsrin əvvəllərində Gürcüstan Rusiya İmperiyasına birləşdirildi. 1917-ci il Rus İnqilabından sonra qısa bir müstəqillik dövründən sonra, 1921-ci ildə Bolşevik orduları tərəfindən işğal edilmiş və 1922-ci ildə Sovet İttifaqına daxil edilmişdir. 1991-ci ildə Gürcüstanın müstəqilliyi bərpa edildi. == İlk markalar == Gürcüstan Demokratik Respublikası olaraq Gürcüstanın ilk markaları 26 may 1919-cu ildə buraxıldı. Növbəti seriya 1921-ci ildə çıxdı. == Gürcüstan Sovet Sosialist Respublikası == 1922-ci ilin yanvar və fevral aylarında Gürcüstanın Sovet Respublikasına üzvlüyünə dair beş markalı seriya buraxıldı.
Azərbaycan poçt indeksləri
Azərbaycan poçt indeksləri — Azərbaycanın poçt indeksləri 4 simvoldan ibarətdir. Dörd simvollu poçt kodu AZNNNN formatındadır. İlk iki rəqəm Azərbaycanın bölgələrini müasir idarələrə, o cümlədən Naxçıvan Muxtar Respublikası və Dağlıq Qarabağa uyğun olaraq göstərir. == Tarixi == 1970–1991-ci illərdə Azərbaycan Sovet İttifaqının tərkibində olduqda, Sovet İttifaqının bütün ərazisi 37NNNN altı rəqəmli poçt kodunu istifadə etmişdir. Müstəqillik qazandıqdan sonra, Azərbaycan indiki 4 rəqəmli rəqəmli kod formatına keçmişdir. == Rayonlara görə indekslər == == Qeydlər == == İstinadlar == == Həmçinin bax == Poçt indeksi Azərpoçt Azərbaycanın telefon kodları ISO 3166-2:AZ Azərbaycanın inzibati bölgüsü Azərbaycanın poçt və poçt markaları tarixi == Xarici keçidlər == "Azərpoçt" (ingilis). "Azərbaycanın poçt kodları" (rus).
Beynəlxalq Poçt İttifaqı
Ümumdünya poçt ittifaqı (ing. Universal Postal Union) və ya qısaca: ÜPİ (ing. UPU) — Dünya üzrə ən ali poçt qurumu. 1874-cü ildə təşkil olunmuşdur. == Tarixi == ÜPİ-nın təşkil edilməsinə qədər, xaricə göndərilən korrespondensiyalara görə, göndərən şəxs tərəfindən öz dövlətinin sərhədinə kimi ödənilirdi Sonrakı xidmətlərə görə isə məktubu alan ünvan ödəyirdi. Təsəvvür edin hansı çətinliklər yaranırdı, əgər məktub tranzit olaraq bir neçə ölkənin ərazisini keçirdisə. Buda müxtəlif poçt tarifləri, müxtəlif qaydalar, müxtəlif pul sistemləri deməkdir. Bütün bu prblemlər də poçt işinin inkişafını çox ləngidirdi, buda bir çox dövlətlərdə mütəxəssisləri poçt tarif və qaydalarının unikllaşdırılması haqqında fikirləşməyə vadar edirdi. Ancaq praktikada Milli poçtlar arasında əməkdaşlığa çox az rast gəlinirdi. Universal avropa poçt hüququnun yaradılması haqqında ilk ciddi təklifi imperiya karolluğunun poçt xidmətinin nəzarətçisi Yozef Xext vermişdir.
Böyük Poçt Yolu
Böyük Poçt Yolu (ind. Jalan Raya Pos, ya da nid. De Grote Postweg) — Anyerlə Panarukanı birləşdirən, Yavadan keçən tarixi yolun adı. Bu yol Niderland Ost-Hindinin general-qubernatoru Herman Villem Daendels (1808–1811) dövründə minlərlə insanın həyatı bahasına başa gələn ödənişsiz məcburi əmək hesabına tikilmişdir. == İnşaat == La Grande Route Daendelsin adlandırdığı kimi Napoleon müharibələri zamanı o dövrdə Hollandiya krallığını idarə edən Kral Luiz Bonapart sərəncamı ilə inşa edilmiş hərbi yol idi. Fransa İngiltərə ilə müharibədə idi və bu yol da Yavanın müdafiəsini dəstəkləmək məqsədi daşıyırdı, yəni, əsgərlərin və təchizatların köçürülməsini asanlaşdırırdı. 1750-ci ildə yol çəkilməzdən əvvəl Bataviya (indiki Cakarta) Semaranq ilə, daha sonra Surabaya ar​​​​​​​​​asında bağlantılar mövcud idi. Surakarta və daha sonra Cokyakarta arasında şimal-cənub əlaqəsi də o zaman mövcud idi. Lakin güclü tropik yağışlar onları tez-tez məhv edirdi. Daendels yol tikintisinə başlayanda Niderland Ost-Hindində çətin şəraitlə üzləşdi.
Milli Poçt muzeyi
Milli Poçt muzeyi — XX əsrin əvvəllərində tikilib istifadəyə verilmişdir. Muzeyin binası ABŞ paytaxtının ən gözəl memarlıq nümunələrindən sayılır. ABŞ prezidentlərinin andiçmə mərasimi, bir qayda olaraq burada keçirilir.
Poçt Qutusu (1967)
== Məzmun == Burada ağasının tapşırığını yerinə yetirərkən avamlığı ucbatından kəndli Novruzəlinin (İsmayıl Osmanlı) başına gələn əhvalatlardan danışılır. Novruzəli (İsmayıl Osmanlı) həmişəki kimi kənddən xana (Ağasadıq Gəraybəyli) sovqat gətirir. Xan İrəvanda yaşayan dostuna məktub yazaraq ora arvadı ilə gələcəyini, qalacaqları evi səliqəyə salmağı, isitməyi təvəqqe edən məktub yazır.O, Novruzəlini məktubu poçt qutusuna salmaq üçün poçtxanaya yollayır. Və onu kimsəyə verməməyi tapşırır. Poçtun nə olduğunu bilməyən Novruzəli həyatında ilk dəfə qutuya məktub atır. Qaydaları bilmədiyindən qutunun yanında gözləyir.Poçt xidmətçisi (Viktor Kolpakov) qutudan məktubları götürəndə Novruzəli onun oğru olduğunu güman edərək onunla əlbəyaxa olur. Nəticədə polisə düşür. Xan Novruzəlini zaminə götürür. Az sonra Novruzəliyə üç ay həbs cəzası kəsilir... == Film haqqında == Film Cəlil Məmmədquluzadənin anadan olmasının 100 illiyinə ithaf edilmişdir.
Poçt muzeyi (ABŞ)
Milli Poçt muzeyi — XX əsrin əvvəllərində tikilib istifadəyə verilmişdir. Muzeyin binası ABŞ paytaxtının ən gözəl memarlıq nümunələrindən sayılır. ABŞ prezidentlərinin andiçmə mərasimi, bir qayda olaraq burada keçirilir.
Rusiyanın poçt markaları
== İlk poçt xidmətlərinin tarixi == Qeydlər 10-cu əsrdə kuryer sistemindən bəhs edir. İlk məktublar mum şəklində və ya qurğuşun möhürü ilə aparılırdı. Bu möhürlərin ən erkən məlum tarixi 1079-cu ildir ki, bu da Tmutarakan valisi Ratmutor'dan bəhs edir. Ən qədim zərf 1391-ci ildə La Tanadan (indiki Azov qalası) Venesiyaya göndərildi. 16-cı əsrə görə, poçt xidməti 1600 yerdən ibarət idi və 3 gün ərzində Moskvadan Novqoroda poçt aldı. 1634-cü ildə Polşa və Rusiya arasındakı müqavilə Varşavaya bir xətt qurdu. Bu, Rusiyanın ilk beynəlxalq müntəzəm xidməti oldu. I Petro poçt sistemini daha müntəzəm hala gətirən qanunlar verdi. Beləliklə, 1716-cı ildə Moskva və Sankt-Peterburqda ilk poçt şöbəsi açıldı. Rusiyanın ən qədim poçt xidməti emblemi 1765-ci ilə təsadüf edir.
Ümumdünya Poçt Günü
Oktyabr ayının 9-da bütün dünyada poçt sahəsi işçilərinin peşə bayramı - Ümumdünya poçt günüdür. Ümumdünya Poçt İttifaqının (ÜPİ) XIV konqresinin qərarı ilə Ümumdünya poçt günü 1874-cü ildə ittifaqın yaranması günü qeyd olunur. Bu münasibətlə "Azərpoçt" DM-si tərəfindən bir sıra tədbirlər həyata keçirilməkdədir. Ümumdünya Poçt Gününün qeyd olunması münasibəti ilə oktyabr ayının 5-də bütün poçt müəssisələrinin inzibatı binalarında, PŞ-lərdə və ətrafında səliqə-sahman, abadlıq işləri görülmüşdür. Hər bir poçt şöbələrində Ümumdünya poçt gününü xatırladan plakatlar asılmışdır.Bayramla əlaqədar zonalar üzrə vətəndaşların irad və təkliflərini dinləmək üçün Qusar rayonunda "Qaynar xətt" keçirilmişdir. O cümlədən "Azərpoçt" DM-nin Gənclər Təşkilatının heyəti bütün zonalar üzrə gənclərlə görüşlər keçirmiş və poçt haqqında geniş müzakirələr aparmışdır. "Azərpoçt" Dövlət Müəssisəsinin bütün şöbə və idarələrində toplantılar keçirilmiş, məruzələr dinlənilmişdir. "Azərpoçt" DM-nin rəhbərliyi tədbirlər planına əsasən orta məktəb şagirdləri ilə görüşlər keçirmiş, onlara poçtun yaranma tarixi, poçt xidmətləri və poçtun müasir zamanda rolu barədə məlumat vermişdir. Tədbirlər çərçivəsində Ümumdünya Poçt İttifaqının yaranmasının 134-cü ildönümü münasibəti ilə xüsusi təqvim ştempelləri hazırlanmış, 1 saylı PF-nin MPŞ-də poçt markalarından ibarət sərgi təşkil edilmiş, "Azərpoçt" DM-də və Poçt müəssisələrində Veteran Poçt işçiləri ilə görüşlər keçirilmişdir. 09.10.2008-ci il tarixdə Bayram ilə əlaqədar 3 Poçt Şöbəsinin açılışı olmuş, 5 Poçt Şöbəsi istifadəyə verilmişdir.
Ümumdünya Poçt İttifaqı
Ümumdünya poçt ittifaqı (ing. Universal Postal Union) və ya qısaca: ÜPİ (ing. UPU) — Dünya üzrə ən ali poçt qurumu. 1874-cü ildə təşkil olunmuşdur. == Tarixi == ÜPİ-nın təşkil edilməsinə qədər, xaricə göndərilən korrespondensiyalara görə, göndərən şəxs tərəfindən öz dövlətinin sərhədinə kimi ödənilirdi Sonrakı xidmətlərə görə isə məktubu alan ünvan ödəyirdi. Təsəvvür edin hansı çətinliklər yaranırdı, əgər məktub tranzit olaraq bir neçə ölkənin ərazisini keçirdisə. Buda müxtəlif poçt tarifləri, müxtəlif qaydalar, müxtəlif pul sistemləri deməkdir. Bütün bu prblemlər də poçt işinin inkişafını çox ləngidirdi, buda bir çox dövlətlərdə mütəxəssisləri poçt tarif və qaydalarının unikllaşdırılması haqqında fikirləşməyə vadar edirdi. Ancaq praktikada Milli poçtlar arasında əməkdaşlığa çox az rast gəlinirdi. Universal avropa poçt hüququnun yaradılması haqqında ilk ciddi təklifi imperiya karolluğunun poçt xidmətinin nəzarətçisi Yozef Xext vermişdir.
İlk poçt markaları
1 may 1840-cı ildə İngiltərədə dünyada ilk poçt markaları -bir pennilik qara (″Penny Blacks″) və üzərində kraliça Viktoriyanın profili olan iki pennilik göy marka satışa çıxarılmışdır. Poçt göndərişlərinin ödənilməsi üçün markalardan istifadə edilməsi ideyasının müəllifi isə Roulend Hilldir (Rowland Hill).
Baqan
Paqan müasir Myanmanın ərazisində yerləşən qədim paytaxt şəhərdir. Şəhər İrivadi çayının qərb sahili boyunca 145 km cənubi-qərbdə Mandalaya, Maquey dairəsində Çauk şəhəri yaxınlığında yerləşir. Hazırda qədim şəhərin yerində arxeoloji zona məbədlər, monastırlar yerləşir. Aşkar mədəni və tarixi əhəmiyyətinə baxmayaraq, siyasi səbəblərdən YUNESKO-nun Dünya İrsi siyahısına salınmadı. == Tarixi == Paqan xarabalıqları 40 км² sahəni əhatə edir. Məbədlərin əksəriyyətinin XI-XIII əsrlərdə tikildiyi Paqan şəhəri Krallığın paytaxtı idi. Krallığın paytaxtını kral Pinbya 874-cü ildə Paqana köçürüb. 1287-ci ildə bu səltənət Monqollar tərəfindən işğal edilmişdir. Bu şəhər monqollar tərəfindən talan olunaraq çoxlu dini əşyalar oğurlandı.
POST
POST (ing. Power-On Self-Test) — qurğu işə düşdüyü zaman, qurğunun aparat təminatını yoxlaması əməliyyatı. Bu əməliyyat ana platanın BIOS-una daxil olan proqramlarla yerinə yetirilir. == Natamam yoxlama == POST əməliyyatının natamam (qısa) yoxlama ardıcılıllığı: Daimi yaddaş qurğusundan istifadə edərək BIOS proqramlarının yoxlaması. Əsas idarəedicilər, sistem şinləri və qoşulmuş qurğuların (qrafik adapter, diskdaxilediciləri və s.) inisializasiyası, həmçinin qurğular və onları təmin edən BIOS-a daxil olan proqramların icrası. Əməli yaddaş və birinci seqmentin (64 kilobayt) ölçüsünü təyini və yoxlanması. == Tam yoxlama == POST əməliyyatının tam yoxlama ardıcıllığı: Prosessorun bütün registrlərinin yoxlanması; Daimi yaddaş qurğusunun yoxlanması; Sistem taymeri və səsli siqnalizasiya (IBM PC üçün — i8255 və ya analoq İnteqral sxemi) portunun yoxlaması; Yaddaşa birbaşa keçid idarəedicilərinin testi; Əməli yaddaş regeneratorunun testi; BIOS-da rezident proqramlarının proyeksiyalanması üçün əməli yaddaş qurğusunun altsahəsinin testi; Rezident proqramlarının yüklənməsi; Standart qrafik adapterinin (VGA) testi; Əməli yaddaşın testi; Əsas daxiletmə qurğularının testi; CMOS testi; LPT/COM-un əsas portlarının testi; Elastik maqnit disklərinin testi; Sərt maqnit disklərinin (Sərt disk) testi; BIOS-un funksional alt sistemlərinin avtodiaqnostikası; İdarənin əməliyyat sisteminə ötürülməsi.Kompüter qoşulduğu zaman POST-un tam və ya natamam yoxlanması əməliy yatını baza sisteminə giriş-çıxış tənzimləmələrindən yəni, BIOS Setupdan quraşdırmaq olar. ---Fərdi kompüterlərin əksəriyyətində POST əməliyyatı müvəffəqiyyətlə başa çatdıqda sistem dinamiki bir qısa səs siqnalını çıxarır. Bundan başqa bu siqnallar və kodlar yoxlanma zamanı baş verən xətanı müvafiq ardıcıllıqdan ibarət siqnallarla istifadəçiyə çatdırır. Həmçinin POST-card qurğusu ilə ana platanın diaqnostikası və yaranmış xətanın hansı sektorda olduğunu bilmək olar.
Pont
Pontus (Yunanca: Πόντος, Pontos) antik Yunanca "dəniz" anlamına gəlməsinin bəzən Amasiyalı Strabon tərəfindən etibarən Qaradənizin cənub sahilində yerləşən Şimali Anadolu sahillərinin qədim adı. Qədim çağdan bu yana Qaradəniz bölgəsinde insan məskənləri izlərinə rast gəlinir. Ən əski Yunan dastanı olan Arqonavatlar səyahətlərinə Qaradəniz sahilləri üzərindən Kolxiya ölkəsinə (Lazika) başlamışlar. Bölgəyə Yunan kololonistlərinin M. Ə. VII yüzildə başladığı və Sinop, Samsun, Girəsun, Rizə kimi əhalisi çox saylı şəhərlərin Yunan kolonistlər tərəfindən qurulduğu bilinir. Yunan kolonistlər özlərini Kolx olaraq adlandırılan Qafqaz mənşəli topluluqlar ilə birləşərək bölgənin yerli xalqını meydana gətirmişlər. M. S. VI yüzildə xristianlıq yörəyə Trabzon üzərindən yayılmış, Mitra tapınaqları yıxılmış, incil təsiriylə yerli dillər unudularaq Yunan dili ön yerə çıxmışdır. Səlcuqilər və Osmanlı dönəmlərində yerli xalqın İslama keçməsi və Türkmənlərin oturmaqları ilə XIX yüzil sonlarında bəziləri xaricində bölgədəki topluluqlar böyük ölçüdə müsəlman əhalidən olmuşdur. 1923-cü il Türkiyə-Yunanistan əhali dəyişməsinə qədər bu bölgədə bir yunan əhalisi yaşayırdı. == Pont çarlığı == Orta və şərqi Qaradəniz bölgələrində qurulan bir çarlıq (Miladdan əvvəl 302-Miladdan əvvəl 64). Qurucusu I Mitridat Ctist Böyük İskəndər sonrakı dönəmdə Mysiyadaki (Mysiya Mərmərənin cənubundan başlayaraq Bergamanın olduğu sahə, təxmini olaraq Karesi bölgəsi) Qrek Cius qəsəbəsinin İran satrapı xanədanın soyundan gelir.
Port
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. == Limanlar və ekologiya == Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Balaj Cucak
Balázs Dzsudzsák ( hu ; D. 23 dekabr 1986, Debrecen ) — sol cinahda açıq mövqedə çıxış edən Macarıstan milli futbolçusu . == Klub karyerası == === İlk illər === Macarıstanın Nyírlugos şəhərində anadan olan Dzsudzsák kəndlilərə "vaxtının çox hissəsini futbol meydançasında keçirən oğlan" kimi tanınırdı. Onun istedadları erkən yaşda kəşf edilmiş və Olasz Focisuli tərəfindən Debreceni VSC- nin infrastrukturuna gətirilmişdir. 17 yaşında icarə əsasında 3-cü Divizion komandalarından biri olan "Létavertes"ə keçdi. Dzsudzsák 2005-ci ildə Debrecenidə debüt etdi. === PSV === Dzsudzsák 24 oktyabr 2007-ci ildə Eredivisie komandaları PSV ilə 5 illik müqavilə imzaladı. Bu transferi 2008-ci ilin yayında həyata keçirməyi planlaşdıran PSV, oyunçusu Kennet Peres komandadan ayrıldıqdan sonra 2008-ci ilin yanvarında transfer etməli oldu. Dzsudzsák Eredivisie-də debütünü 12 yanvar 2008-ci ildə etdi. "Feyenoord" la görüş PSV-nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 1-1 hesabı ilə başa çatan VVV-Venlo ilə növbəti matçda Dzsudzsák liqada ilk qolunu vurdu.
Baqa xaqan
Bağa xaqan — Göytürk xaqanlığının hökmdarı, Qara İssıq xaqanın ikinci oğlu idi. == Hakimiyyəti == Göytürk vətəndaş müharibəsi hələ davam edirdi. Tardu xaqan və onun dəstəklədiyi Apa xaqanla müharibəni davam etdirdi. Fars sərkərdəsi Bəhram Çubin tərəfindən Birinci Göktürk-Sasani müharibəsində məğlub edilib öldürülmüşdür.
Bağa Tarxan
Bağa Tarxan (?- 13.4.744) — Türgiş xaqanlığının hökmdarı. == Həyatı == Bağa Tarxan əvvəlcə sarı türgişlərin başçısı idi. Kül Çör kimi tanınırdı. Çumuğun tayfasının başçısı idi. Tarix səhnəsinə ilk dəfə 721-ci ildə çıxmışdır. Qəsr əl-Bahil mühasirəsində müvəffəqiyyətsiz olsa da, 729-cu ildə Kəmərcə mühasirəsində iştirak etmişdi. Daha sonra 737-ci ildə Xaristan döyüşündəki Sulukun məğlubiyyəti ona hakimiyyəti öz əlinə almaq üçün motivasiya verdi. 738-ci ildə əyanlardan başqa biri olan Tumutu ilə əlbir olaraq Suluk xanı öldürtdürdü. Onun bayrağı altına Fərqanə və Daşkənd hakimləri toplanmışdılar. Çin hakimlərindən bəziləri də ona söz vermişdilər.
Bağa xaqan
Bağa xaqan — Göytürk xaqanlığının hökmdarı, Qara İssıq xaqanın ikinci oğlu idi. == Hakimiyyəti == Göytürk vətəndaş müharibəsi hələ davam edirdi. Tardu xaqan və onun dəstəklədiyi Apa xaqanla müharibəni davam etdirdi. Fars sərkərdəsi Bəhram Çubin tərəfindən Birinci Göktürk-Sasani müharibəsində məğlub edilib öldürülmüşdür.
Bağa Şad
Bağa Şad - Göytürk şahzadəsi və diplomatı idi. İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 616-628 illəri arasında Çin səfiri olaraq xidmət göstərmişdi.