Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Poladlı
Poladlı (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Poladlı (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Poladlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Poladlı (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Poladlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Poladlı (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd.
Poladlı (Ağcabədi)
Poladlı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Poladlı kənd inzibati ərazi dairəsində kənd.
Poladlı (Ağdam)
Poladlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Qasımlı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci ildə kənd Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Yaşayış məntəqəsi Ağdam rayonunda, Qasımlı inzibati-ərazi vahidində, Qarqar çayının sahilində yerləşir. "Oykonim şahsevənlərin şıxlı, əbubəyli, quzanlı, yurdçu, dursunxocalı, təklə və yekəli tirələrindən ibarət olmuş poladlı qolunun adı ilə bağlıdır. XIX əsrin əvvəllərində poladlılar 800 alaçıqdan ibarət olmuşlar". Türkəsilli şahsevənlərin poladlı qolunun adı çox güman ki, Polad şəxs adı ilə bağlıdır. Poladlı "Poladın nəslindən olanlar" anlamını verir. Polad farsca "boz rəngli bərk metal" deməkdir. "Ağdam rayonu".
Poladlı (Gədəbəy)
Poladlı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Kənd dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, poladlıların bir hissəsi vaxtilə Qarabağdan köçərək Böyük Qaramurad kəndində məskunlaşmış və kəndin indiki ərazisindən binə kimi istifadə etmişdir. Sonralar onların bir qismi burada daimi məskunlaşmışdır. Oykonim şahsevənlərin poladlı tayfasmın adı ilə bağlı olub, etnotoponimdir. Poladlılar əsasən Qarabağda yaşayırdılar. XIX əsrin əvvəllərində 800 alaçıqdan ibarət poladlıların şıxlı, əbubəyli, quzatlı, yurdçu, dursunxocalı təklə və yekoli tirələri haqqında məlumat verilir. Kəlamların tərkibində poladlı tirəsinin olması, keçmişdə Qarabağdakı Polad Ayrım adlı ərazidən bir qrup ailənin Qazax rayonunun ərazisinə köçməsi haqqında da məlumat var. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 281 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Poladlı (Qobustan)
Poladlı — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Kənd Pirsaat çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Oykonim şahsevənlərin poladlı tayfasmın adı ilə bağlı olub, etnotoponimdir. Poladlılar əsasən Qarabağda yaşayırdılar. XIX əsrin əvvəllərində 800 alaçıqdan ibarət poladlıların şıxlı, əbubəyli, quzatlı, yurdçu, dursunxocalı təklə və yekoli tirələri haqqında məlumat verilir. Kəlamların tərkibində poladlı tirəsinin olması, keçmişdə Qarabağdakı Polad Ayrım adlı ərazidən bir qrup ailənin Qazax r-nunun ərazisinə köçməsi haqqında da məlumat var. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1552 nəfər əhali yaşayır.
Poladlı (Qubadlı)
Poladlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dəmirçilər kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. Poladlı kəndi dağlıq ərazidə, Qarabağ silsiləsində yerləşir. Oykonim şahsevenlerin poladlı tayfasının adı ilə bağlı olub, etnotoponimdir. Poladlılar əsasən Qarabağda yaşayırdılar. XIX əsrin əvvəllərində 800 alaçıqdan ibarət poladlıların şıxlı, əbubəyli, quzatlı, yurdçu, dursunxocalı təklə və yekəli tirələri haqqında məlumat verilir. Kolanıların tərkibində poladlı tirəsinin olması, keçmişdə Qarabağdakı Polad Ayrım adlı ərazidən bir qrup ailənin Qazax rayonunun ərazisinə köçməsi haqqında da məlumat var. Akif Muradverdiyev. Zəngəzur.
Poladlı (Tərtər)
Poladlı — Azərbaycan Respublikasının Tərtər rayonunun Mamırlı kənd inzibati ərazi dairəsində kənd.
Poladlı (dəqiqləşdirmə)
Poladlı (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Poladlı (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Poladlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Poladlı (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Poladlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Poladlı (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd.
Poladlı bələdiyyəsi
Poladlı bələdiyyəsi (Ağcabədi) — Ağcabədi rayonunda bələdiyyə
Poladlı bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Poladlı bələdiyyəsi (Qobustan)
Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Poladlıquyu (Biləsuvar)
Poladlıquyu (fars. فولادلوقوئي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,702 nəfər yaşayır (390 ailə).
Saleh Poladı
Kolanlı
Kolanlı (Zəngibasar) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Zəngibasar (Masis) rayonu ərazisində kənd. Kolanlı (Vedi) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Aralıq Kolanlı — İrəvan quberniyasında kənd.
Palıdlı
Palıdlı (Xaçmaz)
Çolaqlı
Baqqal — Azərbaycan Respublikasının Şəki rayonunun Cəfərabad kənd inzibati ərazi dairəsində kənd.
Boladı
Boladı — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati-ərazi vahidində kənd. Boladı çayının sahilində, Lənkəran ovalığındadır. Yerli tələffüz forması Bolədidir. Tədqiqatçılara görə, oykonim bol və Talış dilindəki di (kond) sözlərindən ibarət olub (-ə bitişdirici saitdir), "bolluq kəndi, varlı kənd" mənasındadır. Yaşayış məntəqəsi həqiqətən də rayonun ən varlı və böyük kəndlərindən biridir. == Tarixi == Mühüm yaşayış məntəqəsi kimi bu kəndin yaranması tarixi haqqında tam məlumat olmasa da , amma bir şey aydındır ki,ərazidə eramızdan əvvəl insanlar yaşayıb fəaliyyət göstərmişlər. Mühüm yaşayış məntəqəsi kimi bu kəndin yaranması tarixi haqqında tam məlumat olmasa da, amma bir şey aydındır ki,ərazidə eramızdan əvvəl insanlar yaşayıb fəaliyyət göstərmişlər. Bu, qədim yunan coğrafiyaşünası, tarixçi Strabonun "Coğrafiya" kitabında qeyd olunur. Müəllif öz əsərində Lənkaranın bir çox yaşayış məntəqələri sırasında Boladinin də adını çəkir. Mərhum tədqiqatçı-jurnalist Gülməmməd Məmmədzadə bu ərazidə yerləşən "Qarağac" ocağının 800 ildən çox yaşı olduğunu yazmışdır.
Polad
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirli Strukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
Elçin Poladov
Fuad Poladov
Fuad Ağarəhim oğlu Poladov (24 may 1948, Bakı – 4 may 2018, Bakı) — Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Azərbaycan SSR xalq artisti (1987). == Həyatı == Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. O, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967–1972-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. Həmin vaxtdan 1989-cu ilə qədər Akademik Milli Dram Teatrının truppasında çalışıb. 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.
Fuladlı (Urmiya)
Fuladlı (fars. فولادلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (13 ailə).
Fərhad Poladov
Kolanlı (Zəngibasar)
Kolanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Zəngibasar (Masis) rayonu ərazisində kənd olmuşdur. == Tarixi == 1937-ci ilə kimi Vağarşabad (Eçmiədzin) rayonunun tərkibinə daxil idi. Kəndin digər adı "Kolanlı Aralıq"dır. Toponim kolani türk etnoniminə mənsubluq bildirən -lı şəkilçisi artırmaqla əmələ gəlib "kolanı tayfasına məxsus yer" mənasını bildirir. Etnotoponimdir. Qııruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 284 nəfər, 1873-cü ildə 673 nəfər, 1886-cı il dç 701 nəfər, 1897-ci ildə 886 nəfər, 1904-cü ildə 768 nəfər, 1914-cü ildə 887 nəfər, 1918-ci ildə 768 nəfər, 1919-cu ildə 1118 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin sonlarında kənd sakinləri erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş, xaricdən (İran və Türkiyədən) köçürülən ermənilər kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz yurdlarına dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 224 nəfər, 1926-cı ildə 248 nəfər, 1931-ci ildə 294 nəfər azərbaycanlı yaşamışdır.
Kolaşlı (Kəleybər)
Kolaşlı (fars. كلشلو‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə kənddə yaşyış yoxdur.
Möhsün Poladov
Möhsün (Mövsüm) Musa oğlu Poladov (1 may 1905, Ağköynək, Qazax qəzası – 11 aprel 1966, Bakı) — dövlət xadimi, Uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun keçmiş rektoru. 1905-ci ildə Qazax qəzasının Ağköynək kəndində anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan az sonra o, Qazax Müəllimlər Seminariyasına daxil olmuşdur. Bir müddət Gəncədə müəllimlik etdikdən sonra isə Bakıya gəlmişdir. Burada o, Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin aparatında işləyərək Zaqafqaziya Pambıqçılar İnstitutunda təhsili davam etdirmişdir. İnstitutu aqronomluq ixtisası üzrə bitirdikdən sonra Möhsün Poladov Azərbaycan SSR Xalq Torpaq Komissarlığında kadrlar şöbəsində işləmiş, kənd təsərrüfatını mexanikləşdirməyə dair rayonlararası məktəbə rəhbərlik etmişdir. 1937-ci ildə Möhsün Poladov Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna direktor təyin edilmişdir. Böyük Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanaraq Sovet Ordusu tərkibində Krım cəbhəsində döyüşlərdə iştirak etmiş, "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilmişdir. 1938–1941 və 1953–1954-cü illərdə AKTİ-nin rektoru olmuşdur. Möhsün Poladov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.
Mövsüm Poladov
Möhsün (Mövsüm) Musa oğlu Poladov (1 may 1905, Ağköynək, Qazax qəzası – 11 aprel 1966, Bakı) — dövlət xadimi, Uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun keçmiş rektoru. 1905-ci ildə Qazax qəzasının Ağköynək kəndində anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan az sonra o, Qazax Müəllimlər Seminariyasına daxil olmuşdur. Bir müddət Gəncədə müəllimlik etdikdən sonra isə Bakıya gəlmişdir. Burada o, Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin aparatında işləyərək Zaqafqaziya Pambıqçılar İnstitutunda təhsili davam etdirmişdir. İnstitutu aqronomluq ixtisası üzrə bitirdikdən sonra Möhsün Poladov Azərbaycan SSR Xalq Torpaq Komissarlığında kadrlar şöbəsində işləmiş, kənd təsərrüfatını mexanikləşdirməyə dair rayonlararası məktəbə rəhbərlik etmişdir. 1937-ci ildə Möhsün Poladov Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna direktor təyin edilmişdir. Böyük Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanaraq Sovet Ordusu tərkibində Krım cəbhəsində döyüşlərdə iştirak etmiş, "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilmişdir. 1938–1941 və 1953–1954-cü illərdə AKTİ-nin rektoru olmuşdur. Möhsün Poladov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.
Polateli
Polateli (türk. Polateli) — Kilis ilinin ilçəsi. 1011 nəfərlik ilçə mərkəzi əhalisiylə Türkiyədəki ən kiçik ilçə mərkəzidir. İlçə statusu almadan öncə İspanaq və Güldüzü adlarıyla da bilinirdi. Böyük kəndə bənzəyir.