Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Crocodylus porosus
Daraqlı timsah və ya Duzlu su timsahı (lat. Crocodylus porosus) — əsl timsahlar sinfinə daxil olan, çağdaş dövrdə yaşayan ən böyük sürünən. Öz dəstəsinin ən böyük nümayəndəsi, eləcə də ən böyük quru və ya sahil yırtıcısı. Bu növün erkəkləri təxminən iki ton kütləsi ilə yeddi metr uzunluğa çata bilir. 5.2 metr uzunluğa müntəzəm böyüyən yeganə müasir timsah növüdür. Digər tərəfdən, dişi daraqlı timsahlar erkəklərə nisbətən daha kiçikdir. Daraqlı timsah duzlu suda yaşaya bilən, lakin ümumiyyətlə manqrov bataqlıqlarında, deltalarda, laqunlarda və çayların aşağı axarlarında yaşaması ilə seçilirlər. Digər çağdaş timsah növlərindən daha geniş ərazidə yayılmışdır. Arealı Hindistanın şərq sahillərindən başlayaraq, Cənub-Şərqi Asiyanın əksəriyyət ərazilərindən Cənubi Avstraliyaya qədər uzanır. Keçmişdə bu nöçün nümayəndələri Afrikanın şərq sahillərində və Yaponiyanın cənub sahillərində belə yayılmışdı.
Paraseiulus porosus
Paraseiulus porosus (lat. Paraseiulus porosus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraseiulus cinsinə aid heyvan növü.
Typhlodromus porus
Typhlodromus porus (lat. Typhlodromus porus) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus porus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Cornus
Zoğal (lat. Cornus) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinə aid bitki cinsi. Zoğal Böyük və Kiçik Qafqaz dağlarının ətəklərindəki meşəliklərdə yabanı halda yayılmışdır. Azərbaycanda Şəki – Zaqatala, Quba – Qusar zonalarında, eləcə də Kür – Araz çayları ətrafındakı rayonlarda ona çox təsadüf olunur. Bundan başqa, zoğal respublikamızın bir çox rayonlarının həyatyanı bağlarında becərilir. Zoğal ağacının ən çox meyvələrindən istifadə olunur. Meyvələrini tam yetişəndə yığır, həm təzə-təzə, həm də qurudub istifadə edirlər. Zoğalın meyvəsində 20-25 % şəkər (qlükoza, fruktoza, saxaroza), 10-11 % üzvi turşular (limon, alma, kəhraba və s.) 8-8 % aşı maddəsi, karotin və C, B vitaminləri, boyayıcı və pektin maddələri və s. vardır. Zoğalın təzə dərilmiş meyvəsindən və şirəsindən xalq təbabətində şəkər xəstəliyi zamanı sərinlədici və ürək yanğısının qarşısını alan vasitə kimi istifadə edirlər.
Corvus
Qarğa (lat. Corvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinə aid heyvan cinsi. Bədəninin uzunluğu 22—23 sm, kütləsi 150—200 q-dır. Düz və iri dimdikləri var. Bədən ölçülərinə nisbətən iri beyni var. Bu nisbət insan və insan beyni nisbətindən bir az aşağıdır. Tükü yumşaqdır. Rəngi metal parıltılı qara, döşü bozumtul-qara, ağ və ya qara olur. Boynunda yarımhəlqəvi ağ zolaq var. Adi dolaşa Avropa, Asiya və Şimal-Qərbi Afrikada yaşayır.
Korpus
Korpus (hidrovasitə) — gövdə, bir gəmi və ya qayığın alt hissəsini formalaşdıran hidroizolyasiyalı hissə. Korpus (hərbi) — 3-4 diviziyadan ibarət olan hərbi vahid.
Porsuq
Porsuq (lat. Meles meles) — dələkimilər fəsiləsindən heyvan. Bədəninin uzunluğu 90 sm-dək, çəkisi 30 kq-dək olur. Beli və yanları gümüşü-boz rəngdədir. Bədəninin alt hissəsi qaramtıldır, başının yanlarında burnundan qulaqlarına qədər uzanan qara zolaqlar var. Avropa və Asiyanın qarışıq və tayqa meşələrində, steplərdə və yarımsəhralarda, həmçinin Azərbaycanda yayılmışdır. Yeraltı yuvalarda yaşayır. Şimal rayonlarında qışda fəallığı azalır və qış yuxusuna gedir, cənub rayonlarında isə bütün il boyu fəal olur. Bitki və heyvan mənşəli yemlərlə qidalanır. Piyinin müalicəvi xassəsi var.
Sorbus
Quşarmudu (lat. Sorbus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanın dağ-meşə rayonlarında quşarmudunun 11 növü yayılmışdır.
Panthera pardus pardus
Afrika bəbiri (lat. Panthera pardus pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Boros
Adam Boroş (mac. Boros Ádám; 19 noyabr 1900[…], Budapeşt – 2 yanvar 1973, Budapeşt) — Macarıstan botaniki. Adam Boroş toxumlu bitkilər, mamırkimilər üzrə ixtisaslaşmışdır. Funaria hungarica Boros Cyndrichia mongolica Boros Hieracium praebiharicum Boros Marsupella hungarica Boros et Vajda Boros Á. Közép-és Nyugatmagyarország Sphagnum-lápjai növényföldrajzi szempontból / / A Debreczeni Tisza István tudományos társaság honismertető bizottságának kiadványai .- 1925–1926 .- II kötet, 5 fűzet .- P. 3–26. (Proceedings of the committee for the home geographical researches of the count Stephen Tisza scientifical society of Debrecen) Boros Á. A bustyaházai Csere-erdő florája / / Scripta Bot. Musei Transsilvanici, Cluj .- 1944 .- Vol. 3 .- P. 15–20. Rosa borosiana Degen Pinus borosianus Lyka Pulsatilla borosiana Wagner Melampyrum borosianum Soó Mentha borosiana Trautmann Sorbus borosianus Kárpáti Z. Placidum Adami Borosi Szatala. Мигаль А. В., Шевера М. В. Борош Адам / Энциклопедия Современной Украины. — Киев: 2004 .- Т. 3 .- С. 369–370.
Gorus
Gorus (erm. Գորիս) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən keçmiş Gorus rayonunun inzibati mərkəzi olmuş şəhər. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd olmuşdur. Erməni mənbələrində Gorusun XIII əsrdən xatırlandığı göstərilir. Erməni ədəbiyyatında Qoris Gerusi, Gorus formasında qeyd edilir. Toponim gorus (qoros, xoros) türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimidir. Quruluşca sadə toponimdir. İlk dəfə 1924-cü ildə, daha sonra isə 1934-cü ildə respublika tabeli şəhər kimi təsdiq olunub. Bazarçay (Vorotan) çayının sol tərəfində yerləşir.
Horus
Horus (və ya Horos, Hor), Qor - erkən Misir mifologiyasına görə baş tanrı sayılır. Ən qədim dövrdə göylər tanrısı, Horus bir (çox hallarda Hor) qədim Misir dilindəki Hr ("yüksəklik", "səma" mənasını daşıyır) sözünün latın dilindəki formasıdır. Bu ad, göy tanrısına aid edilir. Digər tanrıların adları kimi, bu ad da, qədimdən bir çox formalara malik olmuşdur: „Şərqi Hor" „Şenut Hor" „Hor-Anubis" „ Hierakonpolisli Hor" „Böyük Hor" „Butolu Hor" „Şimali Hor" „Mükəmməl Hor" Rəvayətə görə Horus Göy tanrısı hesab edilir. Günəş və Ay allah cismi kimi təsəvvür edilən göyün gözləri hesab edilir. Günəş tanrının sağ, ay isə sol gözü sayılır. Şahinin lələklərinin ucları göyün hüdudlarını göstərir. Horusun gözü qədim Misirdə simvolik əhəmiyyətə malik olmuşdur. Əfsanəyə görə, döyüşlərin birində Set tərəfindən burub çıxarılmış Horusun sol gözündən Ay yaranmışdır. Ayın fazası bu zədələnmə ilə izah edilir.
Moros
Moros (yun. πικρόχολος) qədim yunan mifologiyasında fəlakət tanrısı. Eyni zamanda Ereb ilə Niktanın oğlu və Tanatın qardaşıdır. Roma mifologiyasında Fatum olaraq tanınır.
Orhus
Orhus (dan. Aarhus) — Danimarkanın ikinci böyük şəhəri. Liman şəhəri olan Orhus, Yutlandiya yarımadasının şimal-şərqində yerləşir. Əhalisi 2004-cü il siyahıyaalmasına görə 228 547 nəfərdir. Şəhər düz, məshuldar və meşəlik bir yerdə qurulub. Kömür və dəmir alışında şəhərin limanının önəmi böyükdür. Şəhərin görməli yerləri arasında 13-cü əsrdən qalma, ölkənin və şimali Avropanın ən böyük kilsəsi olan kafedral kilsə, Danimarkalıların köhnə həyat tərzini canlandıran Den Gamle By ("köhnə səhər"), Botanika bağı, Tivoli Friheden əyləncə parkı və şəhərin sənət muzeyi ARoS-u göstərmək olar. Şəhərdə, həmçinin, ölkənin önəmli universitetlərindən biri yerləşir. Orta əsrlərdə şəhər islandiya salnamələrində Arus adlanırdı. Şəhər Aross kimi tanınırdı.
Oroys
Oroys — E.ə. I əsrdə Albaniyada hökmdarlıq etmiş çar. Yunan-roma mənbələrində Oroys adlandırılsa da, əsl adı Aruzdur.Onun hakimiyyəti dövründə Albaniya ərazisinə Roma ordusu soxulmuşdur. Pompeyin rəhbərlik etdiyi Roma ordusu ilə Aruzun rəhbərlik etdiyi Albaniya ordusu arasında E.ə. 66 – cı ildə döyüş olmuşdur.Daha sonra İberiyaya doğru irəliləyən Roma ordusu ikinci dəfə E.ə. 65-ci ildə Alazan çayı sahilində Aruzun qardaşı Sebərin (yunan-roma mənbələrində Kosis) rəhbərlik etdiyi Albaniya ordusu ilə toqquşmuş və böyük itki verərək İberiya ərazisinə keçmişdir. E.ə. I əsrin birinci yarısında Roma sərkərdəsi Pompey Şərqə doğru hərəkət etmiş və Cənubi Qafqaz üçün təhlükə yaratmışdı . Onun başçılığı ilə romalılar Xəzər dəniz sahillərini tutmaq Albaniya ərazisindən keçərək Hindistanla Qara dəniz sahillərini birləşdirən ticarət yolunu ələ keçirmək istəyirdilər . Qney Pompey VI Mitridatın ardınca hərəkət edərək, albanların ölkəsinə gəlib çatdı.
Parus
Arıquşu (lat. Parus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinə aid heyvan cinsi.
Portu
Portu (port. Porto) — Lissabondan sonra Portuqaliyanın ikinci böyük şəhəridir. Şəhər Atlantik okeanı sahilində yerləşmişdir. Ayrıca şəhərin ortasından Douro çayı keçməkdədir. Burada qədimi qaladan yenidən tikilmiş Kafedra qurultayı, Kleriqoş mərmər qülləsi, fransiskant kilsəsi San-Fransişku, Maşadu-de-Kaştru Yepiskop sarayını gəzmək maraqlı olardı. Portudan şimalda məşhur Braqa şəhəri yerləşir. Braqadan 55 km.-də Portuqaliyanın ziyarətgahı olan Bon-Jezuş-du-Monte yerləşir. Klisənin yanında balaca sovmələrlə (kiçik kilsələr) gözəl park, fəvvarələr və süni göllər yaradılıb. Şəhər özünün arxitektur abidələri – kilsələri, sarayları, balaca şəhərcikləri və fəvvarəli meydanları ilə fəxr edə bilər. Portu şəhəri həm də şərablarıyla məşhurdur.
Poruq
Poruq (lat. Stachys) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsin Yer kürəsinin mülayim iqlim qurşaqlarında və subtropik vilayətlərdə bitən 300 növə yaxın, Azərbaycanda isə 23 növ birillik və çoxillik bitkiləri məlumdur. Onlardan təxminən 15 növündən, o cümlədən aşağıdakı növdən yaşıllaşdırmada istifadə edilir: Yunlu poruq (S. lanata) azyarpaqlı gövdələri 60 sm hündürlüyə çatan kökümsovlu, çoxillik bitkidir. Gülləri yalançı çiçək köbəsindən ibarət sünbülşəkilli çiçək qrupunda yığılmışdır. İkidodaqlı çiçək tacı çəhrayı ya da çahrayımtıl-bənövşəyi rənglidir. Bu bitkinin vətəni Rusiyanın cənub rayonları, Zaqafqaziya Türkiyənin qərb vilayətləri və İranın şimalıdır. Yunlu poruq 1782-ci ildən gülçülükdə geniş istifadə olunur. Poruğu toxumlarla və kolun bölünməsi ilə çoxaltmaq olar. Bordürlərdə vaxtaşırı yararsız çiçəkləri kəsilərsə çox gözəl görünür.
Morus
Tut (lat. Morus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.
Prius
Toyota Prius — dünyanın ilk seriyalı istehsal olunan hibrid avtomobilidir. 2005-ci ildə Avropada ilin avtomobili seçilmişdir. Ölçüsü, təchizatı və qiymətinə müvafiq orta sinif avtomobil qəbul edilir. Gələcəyin motor texnologiyası olaraq görülən hibrid sistemində benzinli və ya dizel bir motor ilə elektrik motoru eynizamanlı çalışır. Toyota, 1997-ci ildən indiyə qədər dünyada 613300 hibrid avtomobil satışı həyata keçirib. Prius satışları Avropada əhəmiyyətli ölçüdə bir artım göstərərək 2004-cü ildə 8136 ədəddən 2005-ci ildə 18886 ədədə çatmışdır.
Barnet borosu
Barnet borosu (ing. London Borough of Barnet) — 32 London borosundan biri. Böyük Londonun şimalında yerləşir. Rayon 1 aprel 1965 ildə yaradılmışdır.
Beksli borosu
Beksli borosu (ing. London Borough of Bexley) — Londonun 32 borosundan biri. Böyük Londonun şərqində yerləşir və sahəsi 60,56 km²-dir. 1965-ci ilədək London qraflığına daxil olmayan Kənar Londonun bir hissəsi olmuş, 1 aprel 1965-ci ildə yaradılmışdır. Londonun şəhərətrafı Beksli, Kreyford, İrit və qismən Sidkap qəsəbələrini əhatə edir. 2011-ci ilin məlumatına görə əhalisi 232 800 nəfər olmuşdur.
Brent borosu
Brent borosu (ing. London Borough of Brent) — Londonun 32 borosundan biri. Böyük Londonun şimal-qərbində yerləşir və sahəsi 43,24 km²-dir. 1965-ci ilədək London qraflığına daxil olmayan Kənar Londonun bir hissəsi olmuş, 1 aprel 1965-ci ildə yaradılmışdır. 2011-ci ilin məlumatına görə əhalisi 312 200 nəfər olmuşdur. Adını boronun ərazisindən keçən Brent çayından almışdır. Tarixi Middlseks qraflığının ərazisi olmuşdur. Brent şimal-qərbdə Harrou, şimal-şərqdə Barnet, Hammersmit və Fulhem, cənubda Kensinqton və Çelsi, həmçinin Vestminster borosu ilə həmsərhəddir. Barnet borosunun ərazisində məşhur Uembli stadionu yerləşir. Boro 1965-ci ildə Uembli və Uillesden rayonlarının birləşdiriməsi hesabına yaradılmışdır.
Cornus mas
Adi zoğal (lat. Cornus mas) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin zoğal cinsinə aid bitki növü. Zoğal cinsinin 4 növü məlumdur ki, bunlardan yalnız biri – adi zoğal yayılmışdır. Adi zoğal yabanı halda Qafqazda, Zaqafqaziya respublikalarında, Krımda, Orta Asiyada, Moldaviyada bitir. Azərbaycanda, Böyük və Kiçik Qafqaz sıra dağlarının ətəklərində, orta dağ döşlərində, açıq və güney yerlərdə balaca meşəliklər təşkil edir. Başqa meşə ağacları arasında da tək-tək bitir. Zoğal yarpaqlamazdan çox əvvəl fevral-martda çiçəkləyir. Sarı çiçəkləri bir yerə toplanıb çətir kimi sallanır. Meyvələri avqustun axırı və sentyabrda yetişir. Meyvələri yumru, oval, armudaoxşar və silindrik olur.
Corvus cornix
Boz qarğa (lat. Corvus cornix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü. Bəzən qara qarğa ilə eyni növə aid edilirlər. Buna müvafiq olaraq Qara qarğaya Corvus corone corone, Boz qarğaya isə Corvus corone cornix adı verilir. Bu canlıların başı, qanadı və quyruğu qara, bədəni isə boz rəngdə olur. Orta uzunluqları 50 sm, çəkisi isə 460—735 q, qanadları arasında məsafə 1 metrdir. Orta hesabla zağcadan daha böyük olur, lakin daha sıx qatlanmış, daha yüksək, güclü və sonucu nisbətən əyri bir dimdiyə sahibdir. Uçuşda onları rəngləri ilə yanaşı, daha geniş qanadları və aşağıya əyilmiş dimdiyinə əsasən fərqləndirçək mümkündür. Bədənləri boz, qanadları, başı, və ayaqları qara rəngdə olur. Gənclər mavi gözlər, çəhrayı ağız boşluğu ilə fərqlənirlər.