Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Portiya Dabldey
Portiya Enn Dabldey (ing. Portia Ann Doubleday; 22 iyun 1988, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası.
Persiya–Roma müharibələri
İran–Roma müharibələri və ya Persiya–Roma müharibələri — Roma (sonralar Bizans) ilə Parfiya (sonralar Sasanilər) dövlətləri arasında baş tutan bir sıra müharibələrin ümumi adı. Birinci müharibələr ardığıllığı Parfiya ilə Roma arasında baş tutmuş, sonralar 226-cı ildə Parfiyanın ərazisində Sasanilər sülaləsinin hakimiyyətə gəlməsi ilə ikinci mərhələyə keçmişdir.Bu müharibələr dörd əsr ərzində davam etsə də, tərəflərdən heç biri əhəmiyyətli uğur əldə edə bilməmişdi. Hər iki imperiya sözügedən döyüşlərlə eyni vaxtda öz sərhədləri daxilində başqa müharibələr aparmış, həmçinin mürəkkəb daxili problemlərlə məşğul olmuşdur. Əsas əməliyyatlar Ermənistan və Mesopotamiya kimi sərhədyanı bölgələrdə aparılmış, buradakı şəhərlər, istehkamlar, vilayətlər tez-tez ələ keçirilir, talan edilir və əl dəyişdirirdi. Sərhəd II əsrdə Dəclə çayının yuxarı axınına keçdi və bundan sonra bir neçə dövr oldu ki, Ermənistanda və Qafqazda sərhəd kifayət qədər uzun müddət stabil qalmışdı. İran–Roma müharibələri zamanı resursların ifrat dərəcədə sərf edilməsi hər iki imperiya üçün son nəticədə fəlakətli olmuşdu. Bu müharibələrə üçüncü tərəf, yəni Ərəb xilafəti son qoymuşdur. Ərəb istilaları VII əsrin ortalarında İranı darmadağın etmiş və VII–X əsrlərdə Bizans-ərəb müharibələrinə çevrilmişdir.
Corciya
Corciya (ing. Georgia) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Atlanta şəhəridir. Sahəsi 152,6 min km2 -dir. == Əhalisi == Əhalisi 9,7 mln. (2010). İnzibati mərkəzi. Atlanta şəhəridir. == Coğrafiyası == Ərazisinin çox hissəsini alçaq dəniz yanı düzənlik tutur. Şimal və şimal qərbdə Appalaç dağlarının ətəkləri və qolları yerləşir.
Formiya
Formiya (it. Formia) — İtaliyada şəhər, Lasio regionunda yerləşir, Latina inzibati mərkəzinə tabedir. Əhalisi 36 842 nəfərdir (2005-ci il), əhalinin sıxlığı 505 nəfər / km²dir. 73 km ² ərazini əhatə edir. Poçt kodu 04023. Telefon kodu 0771. == Tarix == Formiya qədim zamanlarda Laconi tərəfindən yaradılıb və Yunanıstan, Ὁρμίαι (hormiai, "açılış yeri") və daha sonra erkən Latın, Ormiae adlandırıldı. Qədim Roma dövründə Formiya (Hormia və Ormiai-dən çıxarılıb, mükəmməl açılış üçün) adlanırdı. İmperator dövründə məşhur bir kurort idi. Siseron M.Ö 43-ci ildə şəhərin kənarında yerləşən Appian Yolu üzərində qətlə yetirilmiş və məzarı kiçik bir turizm obyekti olaraq qalmışdır.
Kordiya
Kordiya (lat. Cordia) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinə aid bitki cinsi.
Korsika
Korsika (fr. Corse [kɔʀs], korsikaca. Corsica) — Aralıq dənizinin şimal hissəsində ada. Fransa ərazisidir. Sah. 8,7 min km². Şimal sahili hamar, qərb sahili rias tiplidir, körfəzlərlə kəskin parçalanmışdır. Maksimal hündürlüyü – 2710 m (Mon-Sento dağı). Qranit və gilli şistlərdən təşkil olunmuşdur. Adanı Apenin yarımadasından Korsika boğazı, Sardiniya adasından isə Bonifaco boğazı ayırır.
Morsilya
Morsilya (isp. morcilla) - ispansayağı qanlı kolbasıdır. Morsilli özünün regionla qaydasına görə hazırlanır. == Növləri == "Burqor morsilya" sı (isp. morcilla de Burgos) daha çox dünyada məşhurdur. Bu kolbasa donuz qanında, donuz piyindən, ətindən hazırlanır. Digər növü isə "yaşıl morsilya" (isp. morcilla de verduras) düyü və soğandan ibarətdir. Kanar adalarında "şirin morsilya" (isp. morcilla dulce) yayılmışdır.
Mursiya
Mursiya (isp. Murcia) — Pireney yarımadasının cənub-şərq hissəsində, Aralıq dənizi sahilində yerləşən İspaniyanın muxtar icması. Sahəsi 11.313 km²-dır və 2020-ci ilin əvvəlində əhalisi isə 1,511,251 nəfər idi. Əhalinin təxminən üçdə biri paytaxt Mursiyada yaşayır. 2,014 m yüksəklikdə yerləşən Revolkadores massivindəki Los Obispos zirvəsidir bölgənin ən yüksək nöqtəsidir.
Parfiya
Parfiya (q.fars 𐎱𐎼𐎰𐎺, Parθava; parf 𐭐𐭓𐭕𐭅, Parθaw; pəhl. 𐭯𐭫𐭮𐭥𐭡𐭥, Pahlaw) — Xəzər dənizinin cənub-şərqində yerləşən qədim vilayət. E.ə. 1500-cü ildən gec olmayaraq İrandilli tayfalar tərəfindən məskunlaşmışdır. E.ə. VI əsrdən Makedoniyalı İsgəndər tərəfindən fəth edilənə qədər Parfiya Əhəmənilər dövlətinin satraplıqlarından biri kimi siyahıya alınmış, sonra Selevkilər dövlətinin tərkibində olmuşdur. E.ə. 250-ci ildən b.e. 227-ci ilə qədər Parfiya ərazisində Parfiya dövləti mövcud olmuşdur. Selevkilər dövləti tənəzzül etdikcə Parfiya özü də güclənmiş və genişləmişdir.
Parsiyan
Parsiyan və ya Qavbəndi — İranın Hörmüzgan ostanının şəhərlərindən və Parsiyan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,549 nəfər və 2,377 ailədən ibarət idi.
Parusiya
Parusiya (yun. παρουσία."hüzur", "gəliş") – Əhdi-Cədiddə İsa Məsihin dünyanın sonunda gəlişini bildirən söz. Yunan dilində "parusiya" sözü həm "gəliş, gəlmə", həm də "hüzur, yanında olma" mənasını verməkdədir. Buna görə də parusiya dedikdə İsa Məsihin ikinci gəlişi ilə yanaşı Onun sirli "hüzuru" – möminlərin yanında, arasında olması da nəzərdə tutulurdu. Lakin ilk xristianlar bu sözü əksərən İsanın gələcək zühuru kimi başa düşürdülər. İsa Məsihin Özünün "təyin olunan vaxtları və tarixləri" bildirməməyinə və "o günün və o saatın" (dünyanın sonu nəzərdə tutulur) yalnız Ata Allaha məlum olan bir sirr olduğunu deməyinə baxmayaraq, ilk xristianlar parusiyanın tezliklə baş verəcəyini gözləyirdilər. İsa Məsih Özü "Tezliklə gəlirəm" deyirdi, lakin "Rəbb üçün bir gün min il kimidir, min ilsə bir gün kimidir" nöqteyi-nəzərindən tezliklə dedikdə əsrlər də nəzərdə tutula bilərdi. İsanın tezliklə gəlməyi, hökm gününün yaxın olmasını eləcə də bununla izah etmək olar ki, hər insanın ömrü qısadır və ondan sonra hər kəs Rəbbin qarşısında cavab verməyə hazırlanmalıdır. == İsanın gözlənilməyən və gözlə görünən ikinci gəlişi == İsa təkrar gələcəyindən dəfələrlə danışmışdır: Buna görə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək. Rəbbin günü oğru gecə gəldiyi kimi gələcək.
Persica
Adi şaftalı (lat. Prunus persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və Şimali Çində geniş yayılmışdır. == Botaniki təsviri == Adi şaftalı ağacının hünd. 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çiçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəkdir. Kütləsi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var. == Ekologiyası == == Azərbaycanda yayılması == Azərbaycanda bir neçə sortu yetişdirilir.
Poeziya
Poeziya (yun. ποίησις) — dilin məna, səs və ritm elementlərini müəyyən nizam içində istifadə; bir hadisəni, ya da bir romantik və fikri təcrübəsi sıxlaşmış və sıradanlıqdan uzaqlaşmış bir şəkildə ifadə etmə sənəti olaraq təyin oluna bilər. Şeirin tərifi üçün müxtəlif sənət anlayışlarına görə fərqli yanaşmalar edilmiş, hətta şeirin tanımlanamayacağı da qarşıya qoyulmuşdur. == Tərifi == Song Xanədanı dövründən qalma bir Çin şeiri nümunəsi: Cənnət dağına döndük. Türk dilində qarşılığı qaçış, xeyr, özün kimi sözlər önərilmişsə də heç biri məşhurluq qazana bilməmişdir. Hal-hazırda qaçış, nəzm qarşılığı olaraq istifadə olunsa da nəzm və şeiri bir-birinə qarışdırmamaq lazımdır. Birincisi yalnız bir izahat yoludur. Keçmişdə şeirin qafiyə, ölçü, nəzm formaları kimi forma-xüsusiyyətlərdən ayrı düşünülməməsi səbəbiylə şeirlə nəzm Eşanlamlı sayılmışsa da hal-hazırda bu düşüncə aşılmışsa da ədəbiyyatın şeirlə birlikdə başladığı düşüncəsində fikir birliyi meydana gəlmişdir. Yəhya Kamal Beyatlı şeiri "Bildiyimiz musiqidən fərqli bir musiqi" olaraq adlandırarkən, Cahit Sıtkı Tarancıya görə şeir "sözlərlə gözəl şəkillər yaratmaq sənətidir" Əhməd Haşim şeiri "Söz ilə musiqi arasında olan lakin sözdən çox musiqidə yaxın olan bir dil" olaraq təriflər. Nəcib Fazıl Kısakürək isə şeir üçün "Mütləq həqiqəti axtarış işidir" deyir.
Porsava
Porsova (Yardımlı)
Porsova
Porsova (Yardımlı)
Prusiya
Prussiya krallığı (alm. Königreich Preußen‎) — 1701–1918-ci illərdə mərkəzi Avropanın şimal və şərq hissəsini əhatə edən ərazilərdə mövcud olmuş müstəqil dövlət. Bu krallığa daxil olan ərazilər: Baltik dənizi sahillərindəki ərazilərin bir qismi daxildir ki, orta əsrlərdə bu ərazilər Şərqi Prussiya adlanırdılar. Brandenburq ərazisini əhatə edən və 1701-ci ildən başlayaraq almanların hakimiyyəti altına keçir. == Yaranması == XVII əsrdə Brandenburq və ətraf ərazilərin Hohentsollernlərin əlinə keçdikdən sonra müasir Prussiya dövləti meydana çıxdı. Hohentsollernlər Brandenburqda 1417-ci ildən hökmranlıq edirdilər. 1618-ci ildə Brandenburq kurfyurstu vərəsə kimi Prussiya hersoqluğuna sahib oldu. Prussiya protestant reformasiyasına qədər tevton cəngavərlərinə məxsus idi, bir zamanlar Tevton ordeninin baş sahibi Hohentsollern ailəsinin üzvü olmuşdu və protestantlığa keçdikdən sonra ordenin torpaqlarını "dünyəviləşdirmiş", özünü isə irsi hersoq elan etmişdi. Hersoqluq Prussiyasının dili və mədəniyyəti alman dili və alman mədəniyyəti idi. == Ərazisi == Pomeraniya və Brandenburq Müqəddəs Roma imperiyasının şərq tərəfdəki axırıncı torpaqları idi.
Rossiya
Rossiya (aviaşirkət) — Rusiyada fəaliyyət göstərən aviaşirkət. "Rossiya" açıq sənədli filmlər festivalı — Rusiyada hər il keçirilən kino festivalı.
Versiya
Versiya (lat. versio — dəyişiklik) — hansısa faktın müxtəlif izahı. Versiya — cinayət işinin baxılmasında müstəntiqin və məhkəmənin düzgün qərar üçün təxmin etdiyi mülahizə. Versiya — 1)rəvayət, şayiə; 2)xəbər; 3)eyni hadisənin və ya faktın başqa variantda (bir-birindən fərqli), bir neçə cür ifadə və izah edilməsi; 4)müəyyən proqramlaşdırma dilinin hazırlanan və yayılan növbəti variantı; 5)ehtiyatların paylanması sisteminin əvvəllər alınmış ehtiyata (məsələn, yaddaş bloku, rabitə xətti və s.) qaytarılması; 6)proqram məhsulunun redaksiyası. Adətən, ədədlərlə ifadə olunur, məsələn 2.0 onu bildirir ki, bu, proqramın ilk buraxılışının ikinci redaksiyasıdır. == İstinadlar == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Soriya
Soriya (isp. Soria) — İspaniyada şəhər. Soriya vilayətinin mərkəzi. Duero çayının sahilində yerləşmişdir.
Adam Qarsiya
Adam Garcia (ing. Adam Garcia; Wahroonga, New South Wales) — ABŞ aktyoru.
Alfred Qarsiya
Alfred Qarsiya Kastiyo (isp. Alfred García Castillo; d. 14 mart 1997, El-Prat-de-Yobreqat, Kataloniya, İspaniya) — İspaniya müğənnisi. O, Amaya Romero ilə duet şəklində ifa etdiyi "Tu canción" mahnısı ilə İspaniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Alfred Qarsiya 14 mart 1997-ci ildə İspaniyanın Kataloniya muxtar vilayətində yerləşən El-Prat-de-Yobreqat şəhərində anadan olmuşdur. O, yeddi yaşından vokal və trombon dərsləri almağa başlamışdır. Qarsiya eyni zamanda gitara, təbil və sintezorda da ifa edə bilir. O, Unió Filharmònica del Prat musiqi filarmoniyasında musiqi təhsili almışdır. Qarsiya audiovizual kommunikasiya ixtisası üzrə təhsil alır. O, eyni zamanda Barselonada yerləşən Taller de Músics musiqi məktəbində caz və müasir musiqi ixtisasları üzrə təhsilinin üçüncü ilindədir.
Amygdalus-Persica
Badam (lat. Prunus subg. Amygdalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Badam yarımcinsinin 40 növə qədər ağac və kolu məlumdur. Azərbaycanda 4 növü yayılmışdır. Badam yabanı halda Orta Asiyada, Dağıstanda, Azərbaycanda bitir. Naxçıvanın dağlıq hissələrində yabanı badamlıqlar vaxtilə böyük sahələr tutmuşdur. "Badamlı" adını daşıyan suyu ilə məşhur olan kənd keçmişdə yabanı badamlıqla əhatə olunduğu halda, indi əl çatmayan yerlərdə azacıq badam ağacları qalmışdır. Qeyd etmək lazımdır ki, mədəni badam sortları yabanı badama çox yaxındır və ancaq meyvələrinin böyüklüyü, qabıqlarının nazikliyi ilə fərqlənirlər. Badam yarpaqlar əmələ gəlməmiş mart-apreldə (bəzən fevralda) çiçəkləyir.
Anisley Qarsiya
Anisley Navarro Qarsiya (19 yanvar 2002) — Kubalı suya tullanan. Anisley Qarsiya Kubanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Anisley Qarsiya birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 213.25 xal toplayaraq 22-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Anthemis persica
Anthemis persica (lat. Anthemis persica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Artemisia persica
Ağ yovşan (lat. Artemisia persica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyada, Azərbaycanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25-70 sm-ə çatan sıx tükcüklü, bozumtul yaşıl rəngli yarımkolcuqdur. Şırımlı olmayan gövdəsinin aşağı hissəsində yarpaqlar nisbətən xırdadır. Yarpaqları qısa saplaqlı 2-4,5 sm uzunluqda, 3-5 mm enindədir. Gövdənin aşağı yarpaqları üçər lələkvari parçalanmış, səbətləri sadə salxımlı, ensiz, süpürgələrdə yığılmışdır. Toxumu 1 mm uzunluğunda, uzunsov konus formalı, kənarı qeyri-bərabər haşiyələnmişdir. Avqust ayında çiçəkləyir, sentyabr ayında toxumları yetişir. == Ekologiyası == Qumlu təpəciklərdə rast gəlinir.