POROŞOK
PORSİYA
OBASTAN VİKİ
Erigeron porsildii
Erigeron porsildii (lat. Erigeron porsildii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Porsava
Porsova (Yardımlı)
Porsava (Cəlilabad)
Porsava (əvvəlki adı: Porsova) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Kurdlər kənd inzibati ərazi dairəsi tərkibindəki Porsova kəndi Porsava kəndi adlandırılmışdır. Kəndin keçmiş adı Kərgədi olmuşdur. 2001-ci ildən Porsava kimi rəsmiləşdirilmişdir. Kənd Burovar silsiləsinin ətəyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 208 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Porsche
Porsche AG — "Porsche" markası altında avtomobil istehsal edən Alman maşın istehsalat şirkəti. İstehsalat yeri və baş ofisi Almaniyanın Ştutqart şəhərində yerləşir. Şirkət 1947-ci ildə Ferdinand Porşenin oğlu Ferri Porşe tərəfindən qurulmuşdur. Qurulduğu ildən nəqliyyat vasitələri istehsalı ilə məşğuldur. Şirkət idman və yarış avtomobilləri da istehsal edir. Hazırda Boxster, Cayman, Cayenne 911, Panamera modellerini istehsal edir.
Porsche 904
Porsche 904 — alman avtomobil şirkəti Porsche tərəfindən 1960-cı illərdə istehsal olunan yarış avtomobili. Porsche tərəfindən 1964 və 1965-ci illərdə Almaniyada istehsal edilmiş avtomobildir. Porsche 901-in adının Porsche 911 olaraq dəyişdirilməsini tələb edən eyni ad hüququ probleminə görə o, rəsmi olaraq Porsche Carrera GTS adlandırılmışdı. 1962-ci il mövsümünün sonunda Formula 1-dən imtina etdikdən sonra Porsche yenidən idman avtomobil yarışlarına diqqət yetirdi. 904 1963-cü ilin sonunda, 1964-cü il yarış mövsümü üçün 1957-ci ildə təqdim edilmiş 718-in davamçısı kimi debüt etdi. Porsche GTS variantını müxtəlif beynəlxalq yarış tədbirlərində FIA-GT sinfində yarışmaq üçün dizayn etdi. Küçə-hüquqi versiya 1964-cü ildə debüt etdi, 3-cü qrup J homoloqasiya qaydalarına uyğun olaraq müəyyən sayda yol-gediş variantının fabrik tərəfindən satılmasını tələb etdi. Porsche gündə dörd və ya beş dəfə yüz altı 904 istehsal etdi siyahı qiyməti 7245 ABŞ dolları (FOB Stuttgart).Sifarişlər homologasiya qaydalarını ödəmək üçün yüz avtomobil tələbini çox ötdü və daha çox avtomobil satıla bilərdi. 904, dominant 917 ilə yekunlaşan bir sıra idman avtomobillərinin başlanğıcını qeyd etdi. 904-ün orta mühərrik quruluşu fabrikin aparıcı yarış avtomobili olan RSK (Rennsport = yarış, kurz = qısa) kimi tanınan 718-dən miras qalmışdır.
Porsche 911
Porşe 911 — Almaniya avtomobil istehsalçısı Porşe tərəfindən 40 ildən artıqdır ki, istehsal edilən idman avtomobilləri seriyasına aid avtomobil markası. Bu məşhur, fərqli və dayanıqlı modellər ilk çıxarıldığı 1964-cü ildən sonra davamlı bir inkişaf içində olmuşdur. İlk modeldən etibarən bütün vasitələr arxadan motorlu, arxadan çəkişli (1989-cu ildən sonra 4 çəkişli modellər edilmişdir), hava soyutmalı, boksyor motorludur. İlk modelindən etibarən 911-lər davamlı yarış dəstələri tərəfindən rallilər və digər yarış təşkilatlarında istifadə edilmiş, cəmi yarış qalibiyyəti sayı ələ alınınca da çox vaxt bütün zamanların ən müvəffəqiyyətli yarış vasitəsi olaraq xarakterizə edilmişlər. Porşe 911, Ford Model T, Mini, Sitroen DS və Volksvagen Beetleydən sonra ən çox mükafat qazanan avtomobil modelidir. Ardıcıl hərfləri (A, B, C, vs.); Porşe tərəfindən model ilini və kassa tipini ifadə etmək üçün istifadə edilmişdir. Yeni model ilini ifadə etmək üçün bəzən ardıcıl hərfi dəyişdirilmişdir. Məsələn ilk 911 modelləri A ardıcıllığı, ilk 993 modelləri isə R ardıcıllığı olaraq adlandırılmışdır. Bu maddədə modellər, Porşenin fabrik içi adlandırmalarına görə adlandırılmışdır (911, 964, 993, 996, 997); ancaq bütün modellər 911 adı altında satılmışdır. "Carrera", "GT3", "Turbo" kimi ibarələr modelin alt xüsusiyyətləri ilə əlaqəlidir, ancaq bütün vasitələr 911 seriyasıdır.
Porsche 914
Porsche 914 — alman avtomobil istehsalçıları Volkswagen və Porsche tərəfindən istehsal olunan bir idman avtomobilidir. 1969-cu ildə Porsche 904-ün əvəzinə istehsal olunmağa başlandı. 1975-ci ildə istehsalı dayandırıldı.
Porsche 924
Porsche 924 — alman avtomobil istehsalçısı Porsche tərəfindən istehsal olunan yüksək performanslı bir idman avtomobilidir. İki qapılı, 2+2 kupe və ya kabriolet gövdəyə malikdir. 1976-cı ildə Porsche 914-ün əvəzinə istehsal edilmişdir. İstehsalı Porsche 944 ilə əvəz olunduğu 1988-ci ildə sona çatdı. Əvvəllər əsas seriya modellərində (356 və 911) hamısı arxada və ya ortada yerləşdirilmiş hava ilə soyudulan bir boksör mühərriki istifadə edən, Porsche üçün, 924 modelinin öndən quraşdırılmış su ilə soyudulmalı daxili mühərriki böyük bir dəyişiklikdir. Ardıcıl 4 silindirli mühərrikli, 2 litr həcmli, Audi tərəfindən hazırlanmış mühərrik istifadə edən orijinal model. Avropa bazarında təqdim edilən 2 litrlik turbo mühərrikli model. ABŞ-də bu dövrdə atmosferik modellər satışdaydı. 1985 sonrasında 944-ün motoruna sahib 924S seriyası istehsala buraxıldı. 1981-ci ildə Porsche, 924 seriyasının ən güclü versiyası 924 Carrera GTyi istehsal etdi.
Porsche 928
Porsche 928 — alman avtomobil istehsalçısı Porsche tərəfindən 1978–1995-ci illərdə istehsal olunan GT (grand tourer) avtomobildir. "Quruda köpək balığı" oxşatması pərəstişkarları tərəfindən edilmişdir. 1986-cı ildə ABŞ-nin Utah səhrasında keçirilən bir sınaqda 172 mil/saat (275 km/saat) sürət əldə etmişdir.
Porsche 944
Porsche 944 — alman avtomobil istehsalçısı Porsche tərəfindən istehsal olunan yüksək performanslı bir idman avtomobilidir. Porsche 924-ün əvəzinə 1982-ci ildə istehsal olunmağa başlandı. İstehsalı Porsche 968 ilə əvəz olunduğu 1991-ci ildə sona çatdı.
Porsche 968
Porsche 968 —alman avtomobil istehsalçısı Porsche tərəfindən istehsal olunan yüksək performanslı bir idman avtomobilidir. Porsche 944-ün əvəzinə 1992-ci ildə istehsal olunmağa başlandı. İstehsalı Porsche Boxster ilə əvəz olunduğu 1995-ci ildə başa çatdı.
Porsche Boxster
Porsche Boxster — Porşe şirkətinin istehsal etdiyi avtomobil. 2004-cü ildə ikinci nəsil avtomobil olan Porsche Boxster 1996-cı ildən istehsal olunan Porsche 968-in bazasında yaradılıb.
Porsova
Porsova (Yardımlı)
Porsova (Yardımlı)
Porsova — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Telavar, Şovut, Honuba, Honuba Şıxlar və Zeynələzir kəndləri ilə sərhəddaşdır. Hal hazırda kəndin əhalisi 851 nəfərdən ibarətdir.[mənbə göstərin] Gerçəkdəki Porsova adı Pirsova kəlməsinə dayanır. Böyük ehtimalla kəndin adı ərəb ya da fars mənşəylidir.[mənbə göstərin] Əhalinin çoxu heyvandarlıq və bitkiçiliklə məşğuldur. 1886-cı ilin ailə siyahılarına əsasən Şovut ilə Porsova, Telavarın qəsəbələridir. 1970-ci illərdə, Porsova Azərbaycan SSR, Yardımlı rayonunun, Porsova kənd sovetinə daxildir. Porsova kənd sovetinin başqa kəndləri - Honuba, Honuba Şıxlar, Gügəvar, Zeynələzir, Tiləkənd.
Porsuk (Məhəmməd Təpərin generalı)
Porsuq ibn Porsuq və ya Bursuk ibn Bursuk (ö. 1116) — Səlcuqlu generalı və Həmədan şəhərinin əmiri. Özü kimi Səlcuqlu generalı olan və onunla yeni adı daşıyan Porsuqun oğludur. Səlcuqlu sultanı Məhəmməd Təpərə xidmət etmişdir. Həmədan əmiri olaraq 110-cu illərdə Səlib yürüşlərinə qarşı reallaşan səfərlərə qatılmışdır. Mardində olan Artuqlu bəyliyi hökmdarı İlqazi bəy Sultanın ordusunun ali komandanlarından olan Ağsunqur əl-Porsuqini 1114-c ildə məğlub etdi. Məhəmməd Təpər Porsuqu Ağsunqurun yerinə təyin etdi və bundan əlavə, onu səlibçilərə qarşı cihad ilə vəzifələndirdi. Mosul və Yuxarı Mesopotamiyada yeni bölmələri topladıqdan sonra Porsuq 1115-ci ildə əvvəllərində Suriyanı ələ keçirdi. Qısa müddət sonra Urfanı mühasirəyə aldıqdan sonra hərbi qərərgahını qurmaq istədiyi Hələbə yola düşdü. Hələbin xədim əmiri Lulu Porsuq qarşısında kömək istəyi ilə İlqazi bəy ilə Şam atabəyi Tuğtəkinə elçilər yolladı.
Porsuk çayı
Porsuk çayı (türk. Porsuk çayı) – Mərkəzi Anadolu regionunda axan çay. Aksu dağının şimal yamacında yerləşən Bayatçık dərəsi ilə Murat dağının şimal yamacında yerləşən Kızıltaş Suyunun birləşməsindən əmələ gələn Porsuq çayı Sakarya çayının ən uzun qoludur. Kütahya ovasından keçib Əskişəhər şəhərinin cənub-qərbində yerləşən Porsuk I (1948) və Porsuk II (1971) su anbarlarında toplandıqdan sonra Əskişəhər ovasından və Əskişəhər şəhərindən keçir. Yassıhöyük qarşısında Sakarya çayı ilə birləşir. Əsas qolları: Kokar çayı, Murat çayı, Çat dərəsi, Porsuk dərəsi, Dəyirman dərəsi, Felent çayı, Kuduzlu dərəsi, Kınık dərəsi, Kargın dərəsi, Musaözü dərəsi və Uludərə əsas cənub qollarıdır. Sarısu çayı, Sarısungur dərəsi, Mihalıççık dərəsi, Muttalip dərəsi və Pürtek dərəsi əsas şimal qollarıdır.
Porsuq
Porsuq (lat. Meles meles) — dələkimilər fəsiləsindən heyvan. Bədəninin uzunluğu 90 sm-dək, çəkisi 30 kq-dək olur. Beli və yanları gümüşü-boz rəngdədir. Bədəninin alt hissəsi qaramtıldır, başının yanlarında burnundan qulaqlarına qədər uzanan qara zolaqlar var. Avropa və Asiyanın qarışıq və tayqa meşələrində, steplərdə və yarımsəhralarda, həmçinin Azərbaycanda yayılmışdır. Yeraltı yuvalarda yaşayır. Şimal rayonlarında qışda fəallığı azalır və qış yuxusuna gedir, cənub rayonlarında isə bütün il boyu fəal olur. Bitki və heyvan mənşəli yemlərlə qidalanır. Piyinin müalicəvi xassəsi var.
Porsuq (Məhəmməd Təpərin generalı)
Porsuq ibn Porsuq və ya Bursuk ibn Bursuk (ö. 1116) — Səlcuqlu generalı və Həmədan şəhərinin əmiri. Özü kimi Səlcuqlu generalı olan və onunla yeni adı daşıyan Porsuqun oğludur. Səlcuqlu sultanı Məhəmməd Təpərə xidmət etmişdir. Həmədan əmiri olaraq 110-cu illərdə Səlib yürüşlərinə qarşı reallaşan səfərlərə qatılmışdır. Mardində olan Artuqlu bəyliyi hökmdarı İlqazi bəy Sultanın ordusunun ali komandanlarından olan Ağsunqur əl-Porsuqini 1114-c ildə məğlub etdi. Məhəmməd Təpər Porsuqu Ağsunqurun yerinə təyin etdi və bundan əlavə, onu səlibçilərə qarşı cihad ilə vəzifələndirdi. Mosul və Yuxarı Mesopotamiyada yeni bölmələri topladıqdan sonra Porsuq 1115-ci ildə əvvəllərində Suriyanı ələ keçirdi. Qısa müddət sonra Urfanı mühasirəyə aldıqdan sonra hərbi qərərgahını qurmaq istədiyi Hələbə yola düşdü. Hələbin xədim əmiri Lulu Porsuq qarşısında kömək istəyi ilə İlqazi bəy ilə Şam atabəyi Tuğtəkinə elçilər yolladı.
Porsuq (Toğrulun generalı)
Porsuq və ya Bursuk — Böyük Səlcuqlu dövlətinə xidmət edən türk hərbi komandandır. Porsuqun atasıdır. Oğlu Məhəmməd Təpərə xidmət etmişdir. Sultan Toğrul Porsuqu 1059-cu ildə şahnəliyə, 1063-cü ildə isə hacibliyə təyin etmişdir. Sonrakı il Sultan Alp Arslan tərəfindən asılı dövlətlərdən vergi toplamaq vəzifəsi ona verildi. Malazgird döyüşünə qatıldığı deyilsə də, tarixçilər buna şübhə ilə yanaşırlar. 1077-ci ildə Sultan Məlikşah onu Anadolunun fəthinə göndərdi. Bizans imperiyasını Böyük Səlcuqlu dövlətinə 300.000 dinar xərac, birbaşa imperatoru da 30.000 dinar cizyə verməyə məcbur etmişdir. 1078-ci ildə Sultan Məlikşahın əmri ilə Qutalmışın oğulları arasındakı mübarizəyə müdaxilə etmişdir. Süleymanşah ilə ittifaq edərək Mnasuru kənarlaşdırdı.
Porsuq bəy
Porsuq bəy (?-?)— Səlcuqlular dövlətinə xidmət etmiş türk sərkərdəsi. Anadolu fatehlərindən Məlik Mənsur mərkəzdən boyun qaçırınca Sultan Məlikşah tərəfindən üzərinə Porsuq bəy göndərildi. Porsuq bəy Məlik Mənsuru öldürüb onun hakimiyətindəki Kütahya məntəqəsinə yerləşdi (1090).
Porsuq çayı
Porsuk çayı (türk. Porsuk çayı) – Mərkəzi Anadolu regionunda axan çay. Aksu dağının şimal yamacında yerləşən Bayatçık dərəsi ilə Murat dağının şimal yamacında yerləşən Kızıltaş Suyunun birləşməsindən əmələ gələn Porsuq çayı Sakarya çayının ən uzun qoludur. Kütahya ovasından keçib Əskişəhər şəhərinin cənub-qərbində yerləşən Porsuk I (1948) və Porsuk II (1971) su anbarlarında toplandıqdan sonra Əskişəhər ovasından və Əskişəhər şəhərindən keçir. Yassıhöyük qarşısında Sakarya çayı ilə birləşir. Əsas qolları: Kokar çayı, Murat çayı, Çat dərəsi, Porsuk dərəsi, Dəyirman dərəsi, Felent çayı, Kuduzlu dərəsi, Kınık dərəsi, Kargın dərəsi, Musaözü dərəsi və Uludərə əsas cənub qollarıdır. Sarısu çayı, Sarısungur dərəsi, Mihalıççık dərəsi, Muttalip dərəsi və Pürtek dərəsi əsas şimal qollarıdır.
Porsuqlu
Porsuqlu (Susuz) — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. Porsuqlu (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Porsuqlu (Miyanə)
Porsuqlu (fars. پورسخلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 307 nəfər yaşayır (64 ailə).
Porsuqlu (Susuz)
Porsuqlu — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 27 km, Susuz ilçəsinin inzibati mərkəzi Susuz qəsəbəsindən 7 km uzaqlıqda yerləşir. 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 451 nəfər daimi əhali yaşayır. Əhalisini azərbaycan türkləri və kürdlər təşkil edir.
Porsyo-Amblanyo
Porsyo-Amblanyo (fr. Porcieu-Amblagnieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38320. Kommunanın 1999-cu il üçün əhalisi 1251 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 191 ilə 395 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 80 km şimal-qərbdə yerləşir.

Значение слова в других словарях