Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Portuqaliya
Portuqaliya (port. Portugal) ya da Portəgiz, rəsmi olaraq Portuqaliya Respublikası (port. República Portuguesa) — Avropanın qərbində dövlət, İspaniya ilə həmsərhəddir. Avropa ölkəsidir. Portuqaliya roman əsilli dövlətdir və portuqal dili roman dillərinə daxildir. Portuqaliya Respublikası Cənubi Avropada Piriney yarmadasının qərbində yerləşir, sahəsi 92,391 km²-dır. Ölkə qərbdən Atlantik okeanı şərqdən isə İspaniya ilə həmsərhəddir. Portuqaliya ərazisindən axan ən uzun çay Taxo çayıdır ki, məhz paytaxt Lissabon bu çayın sahilində yerləşir. Portuqaliya yerləşdiyi bölgəyə xas olan subtropik iqlimə malikdir. Ən yüksək nöqtəsi Azor adaları qrupuna daxil olan Piku adasında olan Ponta-du Piku (2351 m) dağıdır.
Fayl (Portuqaliya)
Fayl (port. Fail) — Portuqaliyada Vizeuya (fregeziya) daxil olan şəhərlərindən biridir. Vizeu bələdiyyəsinin əsas hissəsidir.
Ermənistan–Portuqaliya münasibətləri
Portuqaliya—Ermənistan münasibətləri — Portuqaliya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ölkələrdə daimi səfirliklər yoxdur. Ermənistan Portuqaliyadakı maraqlarını onun İtaliyanın Roma şəhərindəki səfirliyi vasitəsilə həyata keçirir. Portuqaliya isə Moskvadakı səfirliyi vasitəsilə Ermənistanda təmsil olunur. Bundan əlavə Portuqaliya Ermənistanda İrəvanın Nalbandyan küçəsindəki Fəxri Konsulluğu vasitəsilə təmsil olunur. Konsul — Samuel Samuelyandır. Portuqaliya 10 avqust 1920-ci ildə Ermənistan Demokratik Respublikasının müstəqilliyini rəsmən tanıdı və "yalnız hörmət deyil, həm də Ermənistanın ərazi bütövlüyünün və siyasi müstəqilliyinin xarici təcavüzündən qorunması barədə təntənəli bir müqavilə imzaladı …". Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının üzvüdür. == Portuqaliyalı məşhur ermənilər == Portuqaliyada yaşayan ən məşhur ermənilərdən biri Qalust Gülbənkiyan idi. Lissabonu işinin mərkəzi qərargahına çevirən varlı bir erməni iş adamı və xeyriyyəçi olmuşdur.
Gümüş top (Portuqaliya)
Gümüş top (por. Bola de Prata) — Portuqaliya Premyer Liqasının mövsüm ərzində bombardir olmuş oyunçusuna təqdim edilən mükafat. Əgər mükafata eyni anda 2 və ya daha çox futbolçu namizəd olarsa bu halda mükafat daha az oyun keçirmiş futbolçuya təqdim edilir. Mükafat ilk dəfə olaraq idman qəzeti sayılan A Bola tərəfindən 1952/53 mövsümünün sonunda sahibinə təqdim edilmişdir.
Gürcüstan–Portuqaliya münasibətləri
Gürcüstan–Portuqaliya münasibətləri — Gürcüstan Respublikası və Portuqaliya arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulmuşdur. == Siyasi əlaqələr == Gürcüstan 1991-ci ildə müstəqillik qazandıqdan sonra Portuqaliya yeni dövlətin müstəqilliyini tanıyır. 23 may 1992-ci ildə iki ölkə arasında birbaşa diplomatik əlaqələr qurulur. Portuqaliyanın Gürcüstandakı ilk səfiri 1996-cı ildə akkreditə olunmuş Juan Paşenku Luis Qomes olur. Portuqaliya hələ Tiflisdə daimi bir səfirlik açmayıb və Türkiyənin paytaxtı Ankaradakı səfirliyi vasitəsilə ikiqat akkreditasiyaya malikdir. Lakin Portuqaliyanın fəxri konsulluğu Tiflisdə yerləşir. Gürcüstanın Portuqaliyadakı səfirliyi Lissabonda, Rua Fernão Soares No. 6-A ünvanındfadır. Bu ünvanda Gürcüstanın Portuqal Dilli Ölkələr Birliyi ilə əlaqələr bürosu da var.
Bayan (Portuqaliya)
Bayan (port. Baião) — Portuqaliyada şəhər tipli qəsəbə, Portu dairəsində eyni adlı munisipalitetin mərkəzi. Keçmiş inzibati bölgüyə əsasən Doru-Litopal əyalətinin tərkibinə daxil idi. Bayan qəsəbəsi Şimal regionuna daxil olan Tameqa iqtisadi-statistik subregionun tərkibinə daxildir. Əhalisinin sayı 2,8 min məfərdir (2006). Sahəsi 175,71 km².-dir. Qəsəbənin himayəçisi Müqəddəs Varfolomey (portuqaliya dilində:São Bartolomeu) hesab olunur. Qəsəbədə Müqəddəs Varfolomey bayramı 24 avqustda keçirilir. == Coğrafi mövqeyi == Bayan qəsəbəsi Portu şəhərindən 49 km şimalda yerləşir. Munisipalitet şimalda Amarante munisipaliteti, şərqdə Pezu-da-Requa, Mezan-Fruy munisipalitetləri, cənubda Rezende, Sinfaynş munisipalitetləri, qərbdə Marku-de-Kanavezeş munisipaliteti ilə əhatə edilmişdir.
Portuqaliya Hindistanı
Portuqaliya Hindistanı (port. Estado Português da Índia, Índia Portuguesa) — Portuqaliyaya məxsus olmuş və Hindustan yarımadasında yerləşən müstəmləkə. Portuqaliya Hindistanı Harırda Hindistana məxsus olan Qoa. Dadra və Naqar-Xaveli, Daman və Diu, üstəlik Mumbay şəhərləri daxil idi. Mombay adnı Portuqallar «Bom Bay» və ya «Bom Beyn» — «yaxşı körfəz» adlandırmışlar. Portuqaliya Hindistanını bəzi hallarda Qoa deyə adlanfırırlar. Hindistana ilk dəniz yolunu 1498-ci ildə portuqaliyalı dənizçi Vasko da Qama kəşf etmişdir. Portuqaliyalılar uzun sürən dəniz səyahətindən sonra afrikanı dolaşaraq Kəlküttə şəhərinə gəlirlər. 1511-ci ildən şəhər portuqalların koloniyasına çevrilir. 1510 ildə hersoq Afonsu d'Albukerki portuqaliyanın ilk koloniyadının əsasını qoyur.
Portuqaliya Konqosu
Kabinda (port. Cabinda) — Anqolanın əyalətlərindən biri, anklav vəziyyətindədir. Müstəqilliyə qədər Portuqaliya Konqosu adlanırdı. Ərazisi — 7270 km², əhalisi — təqribən 716 076 nəfər (2014). Anqolanın 18 mahalından biri. Ərazi Anqolaya məxsus olsa da, Konqo Respublikasının sərhədləri daxilində yerləşir. Kabindanın statusu siyasi baxımdan mübahisə doğurur. FLEK adlı terror təşkilatı Anqola Silahlı Qüvvələrinə qarşı Kabindanın müstəqilliyi uğrunda uzun illərdir ki, mübarizə aparır. Kabinda mahalının ərazisi 7.270 km² olmaqla, Anqolanın şimalında yerləşir. Ərazini Anqoladan dar su keçid ayırır.
Portuqaliya Krallığı
Portuqaliya Krallığı (port. Reino de Portugal e dos Algarves) — Portuqaliya ərazisində mövcud olmuş krallıq.
Portuqaliya Kuboku
Portuqaliya Kuboku (port. Taça de Portugal) — 1938-ci ildən təşkil olunan yarışdır.
Portuqaliya Respublikası
Portuqaliya (port. Portugal) ya da Portəgiz, rəsmi olaraq Portuqaliya Respublikası (port. República Portuguesa) — Avropanın qərbində dövlət, İspaniya ilə həmsərhəddir. Avropa ölkəsidir. Portuqaliya roman əsilli dövlətdir və portuqal dili roman dillərinə daxildir. Portuqaliya Respublikası Cənubi Avropada Piriney yarmadasının qərbində yerləşir, sahəsi 92,391 km²-dır. Ölkə qərbdən Atlantik okeanı şərqdən isə İspaniya ilə həmsərhəddir. Portuqaliya ərazisindən axan ən uzun çay Taxo çayıdır ki, məhz paytaxt Lissabon bu çayın sahilində yerləşir. Portuqaliya yerləşdiyi bölgəyə xas olan subtropik iqlimə malikdir. Ən yüksək nöqtəsi Azor adaları qrupuna daxil olan Piku adasında olan Ponta-du Piku (2351 m) dağıdır.
Portuqaliya bayrağı
Portuqaliya bayrağı — Portuqaliyanın Dövlət bayrağı.Bayraqda yaşıl rəng keçmiş kralın sevimli rəngi idi.Qırmızı rəng isə şəhid qanını ifadə edir.Yaşıl və qırmızı rəng arasındakı 4 qalxan fiqurunun xaç şəklində olması və qıraqlarındakı haşiyə ölkədə xristianlığın qan ilə qazanılması və qorunması ilə bağlıdır. Portuqaliyanın dövlət bayrağı rəsmi olaraq 1911-ci ildə qəbul edilib. Parametrləri 2:3 nisbətindədir. Bərabər olmayan 2 şaquli zolaqdan təşkil olunub: yaşıl və qırmızı. Yaşıl zolaq bayrağın təxminən 1/3 hissəsini tutur. Zolaqların kəsişdiyi yerdə Portuqaliyanın gerbi təsvir olunub. Yaşıl rəng səyahət və yeni torpaqların kəşfinin rəmzidir. Qırmızı rəng inqilabı (1910-cu ildə Portuqaliya respublika elan edilib) tərənnüm edir.
Portuqaliya cərəyanı
Portuqaliya cərəyanı — Atlantik okeanının şimal-şərq hissəsindən keçən zəif, sakit isti dəniz cərəyanı. Cənuba doğru istiqamətlənən cərəyan Portuqaliya sahillərindən başlayaraq Kanar adalarının şimalına doğru uzanır. Burada Azor və Kanar cərəyanı ilə birləşir. Bischof, Barbie; Arthur J. Mariano; Edward H. Ryan. "The Portugal Current System" (html). Ocean Surface Currents. University of Miami Rosenstiel School of Marine and Atmospheric Science. 2003. İstifadə tarixi: 2008-12-08.
Portuqaliya eskudosu
Eskudo Portuqaliyanın rəsmi valyuta olaraq avronu 1999-cu ildən etibarən istifadəsinə qədərki rəsmi valyutası idi. Eskudonun istifadəsi 2002-ci ildən etibarən tamamilə dayandırılmışdır. Beynəlxalq valyuta kodu PTE idi. Eskudonun işarəsi dollar işarəsinə çox oxşardır. Lakin dollar işarəsindən fərqli olaraq yuxarıdan aşağıya doğru iki sətirdən ibarətdir. Eskudo ilk dəfə 1911-ci ildə istifadə edilmişdir. Avro keçidində istifadə olunan paritet 1 Avro=200 Eskudo olmuşdur. Dəmir pullar olaraq dövriyyədə: nadir olan 1, 5 və 10 eskudo və müntəzəm istifadə edilən 20, 50, 100 və 200 eskudo mövcud idi. Kağız pullar formasında isə dövriyyədə 500, 1000, 2000, 5000 və 10 000 eskudo mövcud idi.
Portuqaliya gəmiciyi
Portuqaliya imperiyası
Portuqaliya imperiyası (port. Império Português) — tarixdə birinci qlobal imperiya.
Portuqaliya mətbəxi
Portuqaliya mətbəxi — ənənəvi Portuqaliya mətbəxi, ölkədə və bütün dünyada çox məşhurdur. Daha çox milli yeməkləri ilə tanınır. Portuqaliyanın müxtəlif regionlarında müxtəlif növ yemək hazırlanır. Qeyd etmək olar ki, Portuqaliya mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. Portuqaliya mətbəxi dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Portuqaliya mətbəxi insanlar arasında dəniz yeməkləri mətbəxi adı ilə məşhurdur. Portuqaliya mətbəxi – kontinentin ən qərb mətbəxi. Portuqaliya böyük kəşflər və dahi dənizçilərin ölkəsidir. Onun müasir mətbəxi bir tərəfdən, işğalçıların (Romalılar və ərəblər), diqər tərəfdən isə, Yeni Dünyaya təşkil edilən ekspedisiyalardan gətirilən ekzotik ədviyyatların tə’siri altında formalaşıb. Portuqal xörəklərin sadəliyi və ekzotik ədviyyatların istifadəsi qeyri-adi duet yaradır.
Portuqaliya palıdı
Portuqaliya palıdı (lat. Quercus faginea) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. Aralıq dənizinin qərb sahil ərazilərində, Piriney yarımadasında və Balear adasında yayılmışdır. Flora Europaea: Quercus faginea Chênes: Quercus faginea Bean, W. J. (1976). Trees and shrubs hardy in the British Isles 8th ed., revised. John Murray.
Portuqaliya rabitəsi
Portuqaliya regisidi
Portuqaliya regisidi, həmçinin Lissabon regisidi (1 fevral 1908-ci il) — Portuqaliya kral ailəsinin Lissabon meydanında, kralın siyasətindən və ölkədəki ümumi vəziyyətdən narazı respublikaçı terrorçular tərəfindən atəşə tutulması. Hadisə, 44 yaşlı Kral I Karluş və böyük oğlu 20 yaşlı hersoq Luiş Filipe öldürüldü. Xalqın Portuqaliya monarxiyasından narazılığı uzun müddətdir, əvvəlki 2–3 onillikdə alovlanır. Bu prosesə müəyyən bir qatqı 1890-cı il İngilis ultimatumu, Jacobin və respublika ideyalarının insanlar arasında , xüsusən də böyük şəhərlərdə artan populyarlığı tərəfindən verildi. Uzun müddət Portuqaliyada regisidə münasibət son dərəcə birmənalı deyildi}. Qurtarılan II Manuel yeni kral elan edildi, lakin musiqiyə və sənətə həvəs göstərdi, siyasət və ordu ilə qətiyyən maraqlanmadı, bu səbəbdən 1910-cu ildə inqilab nəticəsində Portuqaliya Krallığı 771 ildir mövcudluğunu dayandırdı . 1910–1926-cı illərdə Birinci Portuqaliya Respublikası ilə əvəz olundu. Убийство португальского короля (Новое время со ссылкой на Санкт-Петербургское телеграфное агентство). 3 февраля (21 января) 1908.
Portuqaliya şəhərləri
Bu siyahı Portuqaliyadakı şəhərlərin siyahısıdır. Portuqaliyada şəhər (Portuqal dili: cidade) əhali vəziyyəti və infrastrukturu kimi bəzi meyarlara söykənərək müəyyən məskunlaşma yerlərinə verilən şərəf bir termin olaraq istifadə edilməkdədir. 1980-ci illərdə Portuqaliyadakı əhali hərəkətləri səbəbiylə bir çox qəsəbə şəhər mərtəbəsinə keçirilmişdir və hal-hazırda 151 məskunlaşma yeri şəhər olaraq tanınmaqdadır. Portuqaliyada şəhər inzibati bir bölünmə içində iştirak etmədiyindən hər bələdiyyə (Portuqal dili: concelho) şəhər sayılmadığı kimi, bəzi bələdiyyələrdə birdən çox şəhər vardır, əhalisi az olan bələdiyyələrdə isə heç şəhər ol/tapılmamaqdadır. Yenə şəhər, Portuqaliyadakı ən kiçik inzibati vahid olan bucaq ilə də (Portuqal dili: freguesia) ekvivalent deyil. Bəzi şəhərlər birdən çox bucaqdan meydana gəldiyi kimi kiçik olan şəhərlər tək bir bucaqdan da meydana gələ bilər. Bir bələdiyyənin mərkəzi və rəsmi dairələri ümumiyyətlə o bələdiyyənin ən əhəmiyyətli şəhər ya da qəsəbəsində iştirak edər. 1910-cu ilə qədər bir yerləşəm yerinin şəhər elan edilməsi kraliyet buyruğu ilə olmaqda idi. 25 dəfə kraliyet buyruğu çıxarılaraq qəsəbələr şəhər olmuşdur. Portuqaliyaın birinci respublika dövründə bu vəzifə parlamentə verildi və bu dövrdə üç qəsəbə şəhər elan edildi.
Vizey (Portuqaliya)
Portuqaliya Futbol Federasiyası
Portuqaliya Futbol Federasiyası — 1914-cü ildə yaranıb. 1923-cü ildən FİFA-nın, 1954-cü ildən UEFA-nın üzvüdür.
Portuqaliya Mərkəzi Bankı
Banco de Portugal Portuqaliyanın mərkəzi bankıdır. Bank 1846-cı ildə Portuqaliya kraliçası II Maria dövründə Portuqaliyada yaradılmış ilk bank olan Banco de Lisboa və Companhia Confiança Nacionalın birləşməsi ilə kral nizamnaməsi ilə formalaşmışdır. O, dünyanın ən qədim müntəzəm işləyən banklarından biridir və 100% dövlət nəzarətindədir. Avrosistem və Avropa Mərkəzi Bankının üzvüdür. Bankın sədri Karlos Kostadır.
Portuqaliya Qızıl Topu
Portuqaliya Qızıl Topu (portuqal dilində: A Bola de Ouro) futbol mükafatı Portuqaliya idman qəzeti sayılan "A Bola" tərəfindən hər il Portuqaliya Premyer Liqasında ən yaxşı oyun sərgiləmiş futblçuya təqdim edilən mükafatdır. Mükafatın ilk sahibi isə 1991-ci ildə artq futbolu tərk etmiş əfsanəvi Eysebio olmuşdur. Mükafatın təqdim olunduğu ilk mövsümündə, bu karyerası parlaq olmuş futbolçuya təqdim edilmişdir. Lakin 1991-ci ildən sonra mükafat liqanın ən yaxşı futbolçusuna təqdim edilməyə başladı. 2001 - 2008-ci illər aralığında mükafat təsis edilməmişdir.
III Con (Portuqaliya kralı)
III Con (port. João III de Portugal) və ya Dindar Con (port. João o Piedoso) (d. 7 iyun 1502 — ö. 11 iyun 1557) — Portuqaliya kralı. Atası Aviz sülaləsinə mənsub I Manuel, anası isə Kastiliyalı İzabella və Araqonlu Ferdinandın qızı Mariya idi. Atasının vəfatının ardından 1521-ci ildə hələ 19 yaşında ikən taxta çıxdı. Onun səltənət illərində Portuqaliya krallığı Asiyada və Yeni dünyada olan ərazilərini genişləndirdi. Hindistandan gələn ədviyyat yolu portuqalların nəzarəti altına düşdü. Üstəlik, ilk dəfə onun səltənətində Çindəki Min sülaləsi və Yaponiya krallıqları ilə diplomatik əlaqələr quruldu.
III Pyotr (Portuqaliya kralı)
III Pyotr (port. Pedro III) və ya Qurucu Pyotr (port. Pedro o Edificador; 5 iyul 1717[…], Lissabon – 25 may 1786, Sintra[d], Lissabon dairəsi[d]) — Braqanza sülaləsinə mənsub altıncı Portuqaliya kralı. Qardaşı qızı olan I Mariya Fransiska ilə birlikdə ortaq monarx kimi ölümünədək Portuqaliyanı idarə etdi. Vəfatından sonra xanımı təkbaşına krallığı idarə etdi. == Mənbə == David Birmingham A Concise History of Portugal 2003 Page 205 "Pedro III 1777–86" Sousa 1741, Vol VIII, p.
II Con (Portuqaliya kralı)
II Con (port. João II) və ya Mükəmməl Şahzadə (port. o Príncipe Perfeito) (d. 3 mart 1455 – ö. 25 oktyabr 1495) — Aviz sülaləsinə mənsub dördüncü Portuqaliya kralı. == Mənbə == McKendrick, Melveena (2000). Playing the king: Lope de Vega and the limits of conformity. Tamesis. p. 55.
II Juan (Portuqaliya kralı)
II Con (port. João II) və ya Mükəmməl Şahzadə (port. o Príncipe Perfeito) (d. 3 mart 1455 – ö. 25 oktyabr 1495) — Aviz sülaləsinə mənsub dördüncü Portuqaliya kralı. == Mənbə == McKendrick, Melveena (2000). Playing the king: Lope de Vega and the limits of conformity. Tamesis. p. 55.
II Pyotr (Portuqaliya kralı)
II Pyotr (port. Pedro II) və ya Pasifik Pyotr (port. Pedro o Pacífico; 26 aprel 1648[…], Ribeyra sarayı, Lissabon, Portuqaliya – 9 dekabr 1706[…], Alkantara[d], Lissabon, Portuqaliya) — Braqanza sülaləsinə mənsub üçüncü Portuqaliya kralı. == Mənbə == Marsha, Linda Frey (1995), The Treaties of the War of the Spanish Succession, p. 335 Sousa, António Caetano de. História genealógica da Casa Real portuguesa (in Portuguese). Vol.
IV Con (Portuqaliya kralı)
IV Con (port. João IV) və ya Bərpaedici Con (port. João o Restaurador; 19 mart 1604, Vila-Visoza sarayı[d] – 6 noyabr 1656, Ribeyra sarayı) — Braqanza sülaləsinə mənsub ilk Portuqaliya kralı. == Mənbə == D. A. Brading (24 September 1993). The First America: The Spanish Monarchy, Creole Patriots and the Liberal State 1492–1866. Cambridge University Press. p. 213. ISBN 978-0-521-44796-6 Davenport, Frances Gardiner (2004). European Treaties Bearing on the History of the United States and Its Dependencies to 1648.
I Ferdinand (Portuqaliya kralı)
I Ferdinand (port. Fernando I de Portugal; 31 oktyabr 1345 və ya 31 oktyabr 1345, Santaren[d] – 22 oktyabr 1383 və ya 22 oktyabr 1383, Lissabon) — Portuqaliya krallığının IX kralı.
I Henri (Portuqaliya kralı)
I Henri (port. Henrique I de Portugal) (31 yanvar 1512 və ya 1512, Lissabon – 31 yanvar 1580, 29 yanvar 1580 və ya 1580) — Portuqaliya kralı və Roma-katolik kilsəsinin kardinalı. Din adamı olduğu üçün heç vaxt evlənməmiş və övladı olmamış, bu səbəblə özündən sonra varis qoymadığı üçün mənsub olduğu Aviz sülaləsi sonlanmışdır. 1580-ci ildə ölümünün ardından Portuqaliya taxt-tacı Habsburqların himayəsinə keçdi və 60 il boyunca Pireney yarımadası vahid imperiya altında birləşdi. 60 ildən sonra qardaşı Duartenin nəticəsi IV Con adıyla Portuqaliya taxt-tacını bərpa etdi. == Həyatı == == Mənbə == MacKay, Ruth (2012). The Baker Who Pretended to Be King of Portugal. University of Chicago Press. ISBN 978-0226501086 Disney, A. R. (2009). A History of Portugal and the Portuguese Empire, vol.
I Jozef (Portuqaliya kralı)
I Jozef (port. José I) və ya İslahatçı Jozef (port. José o Reformador; 6 iyun 1714[…], Lissabon – 24 fevral 1777[…], Lissabon) — Braqanza sülaləsinə mənsub beşinci Portuqaliya kralı. == Mənbə == Pereira, Alvaro S. The Opportunity of a Disaster: The Economic Impact of the 1755 Lisbon Earthquake. A Centre for Historical Economics and Related Research at York (CHERRY) Discussion Paper, University of York, 2006. pp.
I Mariya (Portuqaliya kraliçası)
I Mariya (port. Maria I) və ya Dəli Mariya (port. Maria a Louca; 17 dekabr 1734[…], Lissabon – 20 mart 1816[…], Rio-de-Janeyro) — Braqanza sülaləsinə mənsub ilk Portuqaliya və Braziliya kraliçası. Əmisi III Pyotrla evlənib, onunla birlikdə ölümünədək ortaq monarx kimi, onun vəfatından sonra isə təkbaşına krallığı idarə etdi. Donna Mariya Fransiska Portuqaliya kralı I Jozefin və İspaniya infantası Marianna Viktoriyanın ən böyük qızı idi. Taxtın varisi olaraq Braziliya şahzadəsi və Braqanza hersoqinası elan edildi. 1760-cı ildə əmisi İnfant Pyotrla evləndi və cütlüyün bu nikahdan 6 övladı dünyaya gəldi. Ancaq bunlardan yalnız üçü yetkinlik yaşına çatdı — İnfant Xose, İnfant Con, İnfanta Marianna Viktoriya. Atasının 1777-ci ildə vəfatının ardından 42 yaşlı Mariya taxta çıxdı. Əri İnfant Pyotr da krallığın de-yure kralı elan edildi.
Kastiliyalı Beatris (1242-1303) (Portuqaliya kraliçası)
Kastiliyalı Beatris (isp. Beatriz de Castilla) (1242, Saraqosa – 27 oktyabr 1303) — Portuqaliya kralı III Afonsonun ikinci xanımı, Portuqaliyanın kraliça-konsortu. Atası Kastiliya kralı X Alfonso, anası isə onun məşuqəsi Mayor de Quzmandır. Alqavra bölgəsi uğrunda Portuqaliya krallığı ilə sülhü təmin etmək üçün atası onu 1253-cü ildə Portuqaliya kralı III Afonsoyla evləndirdi. Sülh şərtlərinə görə, Kastiliya Alqavra bölgəsi üzərindəki bütün haqlarından əl çəkəcək, cütlüyün doğulan ilk oğlan uşağı 7 yaşına gəldikdə bölgənin hakimi elan olunacaqdı. Ancaq bu evlilik Portuqaliya sarayında skandala səbəb oldu. Belə ki, III Afonso hələ də ilk xanımı olan Bulonlu Matilda ilə evli idi. Xanımının 1255-ci ildə onu Roma papası IV Aleksandra şikayət etməsinin ardından, III Afonso 1258-ci ildə ikiarvadlılıqda təqsirli görüldü və onun ikinci evliliyi Roma-katolik kilsəsi tərəfindən tanınmadı. Üstəlik papanın istəyinə görə kral ilk xanımının cehizini geri qaytarmalı idi. Ancaq ertəsi il Bulonlu Matildanın vəfat etməsiylə bu məsələ həll oldu və kralın ikinci evliliyi kilsə tərəfindən tanındı.
Kastiliyalı Beatris (1293-1359) (Portuqaliya kraliçası)
Kastiliyalı Beatris (isp. Beatriz de Castilla) (8 mart 1293 – 25 oktyabr 1359, Lissabon, Portuqaliya krallığı) — Portuqaliya kralı IV Afonsonun xanımı, Portuqaliyanın kraliça-konsortu, Kastiliya infantası. Atası Kastiliya kralı IV Sanço, anası isə onun xanımı Mariya de Molinadır. == Övladları == İnfanta Mariya İnfant Afonso (d. 1315 - ö. 1317) İnfant Denis (d. 12 fevral 1317 - ö. aprel 1317) I Pedro İnfanta İzabella (d. 21 dekabr 1324 - ö. 11 iyul 1326) İnfant Con (d.
Kastiliyalı Urraka (Portuqaliya kraliçası)
Kastiliyalı Urraka (isp. Urraca de Castilla) (1186, Kastiliya krallığı – 3 noyabr 1220, Koimbra) — Portuqaliya kralı II Afonsonun xanımı, Portuqaliyanın kraliça-konsortu, Kastiliya infantası. Atası Kastiliya kralı VIII Alfonso, anası isə İngiltərə kralı II Henrinin qızı Elyanora Plantagenetdir. İlk başda Fransa kralı VIII Lüdoviklə evləndirilməsi planlaşdırılsa da, anası buna qarşı çıxdı. Onun yerinə kiçik bacısı Blanş Fransa sarayına gəlin olaraq göndərildi. 1206-cı ildə Urraka Portuqaliya kralı I Sançonun oğlu və vəliəhdi İnfant Afonsoyla evləndirildi. Ərinin 1212-ci ildə taxta çıxmasıyla Urraka Portuqaliya kraliçası oldu.Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi. Cütlük bir-birini o qədər çox sevirdi ki, II Afonso 1214-cü ildə hazırlanan vəsiyyətində övladlarını deyil, xanımını taxt varisi elan etdi. Ancaq Urraka kraldan öncə - 1220-ci ildə anidən vəfat etdi. == Övladları == II Sanço III Afonso Portuqaliyalı Eleonora İnfant Fernando (d.
Kastiliyalı Yuanna (Portuqaliya kraliçası)
Kastiliyalı Yuanna (kat. Juana de Castilla) və ya Yuanna la Beltran (28 fevral 1462, Madrid, Madrid vilayəti[d] – 12 aprel 1530, Lissabon) — Portuqaliya kralı V Afonsonun ikinci xanımı, Portuqaliyanın kraliça-konsortu. Atası Kastiliya kralı IV Henri, anası isə Portuqaliya kralı I Eduardın qızı Yuannadır. Ancaq atasının kimliyi ilə bağlı bəzi saray şayələri vardı. Şayələrə görə atası kral yox, anasının sevgilisi Alburkerke qrafı Don Beltran idi. == Mənbə == Hunt, Jocelyn. Spain 1474–1598. Routledge, 2013, ISBN 9781136759093 González, Juan B. (2007). España estratégica: Guerra y diplomacia en la historia de España (in Spanish). Madrid: Sílex ediciones.
Marianna Viktoriya (Portuqaliya kraliçası)
Marianna Viktoriya (isp. Mariana Victoria de Borbón; port. Mariana Vitória) (31 mart 1718, Madrid – 15 yanvar 1781, Ajuda sarayı[d]) — Portuqaliya kralı I Jozefin xanımı. Atası İspaniya kralı V Filipp, anası isə onun ikinci xanımı Elizabet Farnesidir. Hələ 7 yaşında ikən Fransa kralı XV Lüdoviklə nişanlansa da, yaş etibarilə bu evlilik baş tutmadı. 1729-cu ildə Portuqaliya kralı V Conun varisi İnfant Jozeflə evləndirildi. Ərinin ömrünün son illərində və ardından taxta çıxan qızı Mariyaya naibə olaraq xidmət etdi. == Mənbə == Armstrong. Edward: Elisabeth Farnese: The Termagant of Spain, 1892 Myrl. Jackson-Laufer.
Osmanlı-Portuqaliya müharibəsi (1538-1557)
Osmanlı-Portuqaliya müharibəsi (1538-1557) — 1538-1557-ci illərdə Portuqaliya Krallığı ilə Osmanlı imperiyası arasında silahlı qarşıdurma. Müharibə ərzində döyüş əməliyyatları Hind okeanı, Qırmızı dəniz, Şərqi Afrika, Hindistanda aparılmışdır. Müharibə hər iki tərəfin fərqli üstünlüyü ilə keçmişdir. Müharibə tərəflərin ciddi uğuru olmadan bitmişdir. XV əsrin sonlarındakı böyük coğrafi kəşflər, Portuqaliya zadəganlarının və ticarət elitassının güclü fəaliyyəti nəticəsində Portuqaliya dəniz imperiyasına çevrildi. İnfant Gəmiçi Henrinin himayəsi altında Portuqaliyalı dənizçilər, Afrika ətrafında dəniz yolu ilə Hindistana çatmaq istəyən yeni torpaqlar kəşf etməyə başladılar. 1497-1499-cu illərdə, Afrika sahilini dolanan Vasko da Qama komandanlığında dörd gəmidən ibarət bir donnanma Hindistan sahillərinə çatdı. Portuqallar onun sahilində bir neçə ticarət məntəqəsi qurdular. Hind okeanında portuqallar Misir Məmlüklərinin maraqları ilə toqquşdular. Bu da Portuqaliya-Misir müharibəsinə gətirib çıxardı.
Ost-Hind şirkəti (Portuqaliya)
Portuqaliya Ost-Hind şirkəti — İspan-Portuqaliya tacının Hind Okeanı hövzəsi ölkələri ilə ədviyyə ticarəti mövzusunda inhisar verdiyi böyük bir dövlətin iştirak etdiyi müstəmləkə bir şirkət olan 1628–1633-cü illər arasında yalnız 5 il davam. İskandinav ölkələrindən fərqli olaraq İspaniya və Portuqaliyada müstəmləkələrlə ticarət dövlət əhəmiyyətli bir məsələ olaraq qəbul edildi və nəticədə bu ticarət növündə dövlət inhisarı quruldu. Müstəmləkə işləri, demək olar ki, hər il sözdə olanları təchiz edən Hindistan Ticarət Evinə rəhbərlik edirdi. Hindistan armada. XVI əsrin sonlarında dövlət suverenliyini itirən və İspan Habsburqlarının əlinə keçən Portuqaliya İmperiyası, Hollandiyadan və İngiltərədən özəl Şərqi Hindistan şirkətlərinin rəqabətinə tab gətirmək getdikcə çətinləşdi. Yerli merkantilistlər ticarətə kapital cəlb etmək üçün Hollandiyanın imicində və bənzərində xüsusi bir şirkət yaratmağı təklif etdilər. Bir çox yüksək səviyyəli şəxsin müqavimətinə baxmayaraq, nazir Olivaresin məsləhəti ilə kral bu təcrübəni qəbul etdi. Ancaq şirkət zərərli olduğu ortaya çıxdı və 5 ildən sonra bağlanıldı .
Portuqaliya 2015 Avropa Oyunlarında
Portuqaliya — 12–28 iyun tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarındaki iştirakı. Portuqaliya 2015 Avropa Oyunlarında idmançı ilə idman növündə təmsil olundu. Portuqaliya 2015 Avropa Oyunlarında 3 qızıl, 4 gümüş bə 3 bürünc medal qazanaraq ümumilikdə 10 medal ilə medal sıralamasında 18-ci yeri tutdu.
Portuqaliya 2018 Qış Olimpiya Oyunlarında
Portuqaliya 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi və xizəklə yürüş olmaqla 2 idman növündə 2 idmançı ilə təmsil olunacaqdır. Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Portuqaliy «B» kateqoriyası üzrə 1 idmançı ilə təmsil olunacaqdır. Kişilər Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər. Təsnifata əasən Portuqaliya «B» kateqoriyası üzrə 15 km-lik yürüşdə iştirak hüququ əldə etmişdir. Ölkəsini təmsil etmək hüququ Lam ke Kuenə məxsusdur.
Portuqaliya Avroviziya Mahnı Müsabiqəsində
Portuqaliya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1964-cü ildə qoşulmuş və ümumilikdə 51 dəfə müsabiqədə iştirak etmişdir. Müsabiqəyə qoşulduğu ildən sonra Portuqaliya yalnız beş dəfə 1970, 2000, 2002, 2013 və 2016-cı illərdə Avroviziyada iştirakdan imtina etmişdir. 50 il ərzində Avroviziyada iştirak edən ölkə ilk dəfə 2017-ci ildə müsabiqədəki 49-cu iştirakında qələbə qazanmışdır. Avroviziyanı Portuqaliyada yeganə yayımlamaq hüququ olan RTP telekanalı Portuqaliyanın Avroviziya təmsilçilərini telekanalın 50 ildən artıq təşkil etdiyi Festival da Canção mahnı festivalı vasitəsilə seçir. Portuqaliya Avroviziyada ən az uğur qazanan ölkələrdən biridir. İştirak etdiyi 51 il boyunca ölkə yalnız altı dəfə ilk onluqda yer almışdır. 2017-ci ilədək Portuqaliyanın müsabiqədə əldə etdiyi ən yüksək nəticə 1996-cı ildə ölkə təmsilçisi Lusiya Monisin ifa etdiyi "O meu coração não tem cor" mahnısı ilə finalda altıncı yeri tutması olmuşdur. 2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra isə Portuqaliya doqquz dəfə yarımfinalda məğlub olmuşdur. Eyni zamanda Portuqaliya iki dəfə sıfır xalla ümumilikdə dörd dəfə müsabiqədə sonuncu yeri tutmuşdur. Ölkə Avroviziyada illərlə gözlənilən ilk qələbəsini Kiyevdə keçirilən müsabiqədə Salvador Sobralın ifa etdiyi "Amar Pelos Dois" mahnısı ilə qazanmışdır.
Portuqaliyalı
Portuqallar bə yaxud portəgizlər — Avropada xalq.
Portuqalca
Portuqal dili — bu dil iki yüz milyondan çox insan tərəfindən ana dili olaraq danışılır. Dünyanın ən çox yayılmış altıncı dilidir. Cənubi Amerikada təxminən 190 milyon insan (əhalinin 51% -i) və Latın Amerikası əhalisinin 34% -i danışır. Hind-Avropa dil ailəsinin İtalo-Celtic alt qrupunun Romantika şöbəsinə aiddir. İspan dilinə çox yaxın olmasına baxmayaraq, İspan dilindən daha yumşaq və daha melodikdir. Sözlükləri 70% ümumi olsa da, İspan dilində istifadə edilməyən burun səsləri Portuqal dilində çox yayılmışdır. Bu səslər vurğu edildikdə ã (coração: ürək), õ (corações: ürəklər) hərfləri; vurğusuz olduqda, sözün sonuna qoyulmuş m (bem: yaxşı) hərfi ilə göstərilir. İtalyan dili, Fransız dili və Rumın dilinə də çox bənzəyir. Portuqal dilinə ən yaxın dil İspaniyanın Qalisiya bölgəsində danışılan Qalis dilidir (Gallego). Dünyada yayılması 15 və 16-cı əsrlərdə Portuqaliyanın müstəmləkəçilik prosesi zamanı sürət qazandı.