Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aechmea prava
Aechmea prava (lat. Aechmea prava) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Rum Pravaslav Patrikxanası
Konstantinopol Pravoslav Kilsəsi (yun. Πατριαρχεῖον Κωνσταντινουπόλεως, Patriarhion Konstandinupoleos, türk. Rum Ortodoks Patrikhanesi, İstanbul Ekümenik Patrikhanesi) — VI əsrdən etibarən Xristianlıq dünyasında mühüm rol oynamağa başlamış dini mərkəz. Konstantinopol Ortodoks Kilsəsi Şərq Ortodoks Kilsəsi məzhəbinin əsas mərkəzlərindən biri hesab olunur. 1453-cü ildə İstanbul şəhərinin fəth olunmasından sonra sultan II Mehmed şəhərdə yaşayan qeyri-müsəlman əhalinin toxunulmazlığı haqqında fərman vermişdir. Bununla da Konstantinopol Ortodoks Kilsəsi Osmanlı imperiyasının vaxtında belə rəsmi şəkildə fəaliyyət göstərmişdir. II Gennadiosun patriarx seçilməsindən sonra Kilsənin idarə mərkəzi şəhərdə ikinci böyük kilsə olsan Həvari kilsəsinə köçürülmüşdür. Həmin dövrdə Həvari kilsəsi şəhərdə olan ən qədim kilsələrdən hesab olunurdu. Min il əvvəl inşa olunmuş kilsənin bağçasında, Bizans İmperiyası imperatorlarının məzarları da vardı. Şəhərdə xristian əhalinin sayı azaldığından və təhlükəsizlik səbəbindən Konstantinopol Pravoslav Kilsəsinin idarə mərkəzi 1455-ci ildə yenidən köçürülmüşdür.
Arava
Арaba (Аrava, Vadi-əl-Ərəb) (ivr. ‏הערבה‏‎, ərəb. وادي عربة‎) — səhra və vadi İordaniya və İsrail ərazisində yerləşir. Araba səhrası şimaldan Ölü dənizindən Aqaba körfəzinə qədər uzanan ərazidə yerləşir. Elədə böyük olmayan ərazi İordaniya çökəkliyini özündə ehtiva edir. Səhra Arava vadisinin daxilinə doğru 166 km uzanır. Bu ərazi Kiçik Asiya ilə Mərkəzi Afrika sınma zolağı boyunca uzanır. Səhranın ərazisi düzənlikdir. Bu iri vadi edom dağları ilə şərqdən və Neqeva ön dağlığı ilə şərqdən əhatələnir. Nə zamansa ərazi dənizin dibini təşkil etmişdir.
Prada
Prada — İtalyan geyim brendi. 1913-cü ildə Mario Prada tərəfindən yaradılmış geyim brendidir. Mərkəzi qərargahı Milan şəhərindədir. == Tarixi == Şirkət 1913-cü ildə Mario Prada və onun qardaşı Martino tərəfindən İtaliyanın Milan şəhərində yaradılıb. Mario Prada qadınların biznesdə rolunun olması lazım olduğuna inanmırdı və buna görə də qadın ailə üzvlərinin onun şirkətinə daxil olmasına mane olurdu. Qəribədir ki, Marionun oğlunun bu işə marağı yox idi, ona görə də Marionun yerinə gələn və təxminən iyirmi il Pradaya rəhbərlik edən Marionun qızı Luisa idi. Həmçinin Luizanın qızı Miuccia Prada 1970-ci ildə şirkətə qoşuldu Miuccia şirkəti 1978-ci ildə miras aldı və Bertelli ilə yanaşı biznes meneceri kimi Miuccia şirkətin dizaynlarında öz yaradıcılığı ilə fərqlənirdi. O, 1979-cu ildə ilk kürək çantalarını dizayn etdi və satışı baş tutdu. Onlar babasının buxar gəmisi üçün örtük kimi istifadə etdiyi sərt hərbi təyinatlı qara neylondan hazırlanmışdı. İlkin uğur dərhal olmadı, çünki reklamın olmaması və yüksək qiymətlərə görə onları satmaq çətin idi .
Prana
Prana (Skt. प्राण prāṇa — "nəfəs" və ya "həyat") — yogada, ənənəvi hind tibbində ezoterik — həyati enerji, həyat anlayışı. Yoqada, prana, gözlərə görünməməsinə baxmayaraq, bütün kainatı əhatə etdiyinə inanılır. Yoqilər inanırlar ki, prana, nadi adlanan ən kiçik kanallar sistemi vasitəsilə bir insanın (və ya heyvanın) pranik bədənini hər nəfəsi ilə doldurur ; Kşurika Upanishad və Hatha Yoqa Pradipika 72 min nadi olduğunu bildirir; Prapanchasara Tantra və Goraksha-Paddhati — 300 min; Shiva-samhita — 350 min nadi olduğunu bildirir. Bir-birinə qarışan nadilər çox sayda enerji mərkəzini — çakraları meydana gətirir. On əsas nadi var və bunlardan üçü xüsusi ilə vacib hesab olunur: ida, pinqala və suşumna. Bu üç kanal (nadi), yoqalara görə, birbaşa onurğa boyunca yerləşir və insan həyatında mühüm rol oynayır. Eyni zamanda altı əsas çakraları (muladhara-dan ajna-ya qədə) birləşdirirlər. Qeyd edək ki, Suşumna muladhara-dan sahasrara qədər keçir və kundalini atəşi üçün bir kanaldır. Tibet tibbində eyni anda iki anlayışdan istifadə olunur — həm prana, həm də çi.
Praqa
Praqa (çex. Praha, ing. Prague) — Çex Respublikasının paytaxtı. 31 dekabr 2007-ci il məlumatına əsasən əhalisi 1.212.097 nəfər (meqapolisdə 2.300.000 nəfər), sahəsi 496 km²-dir.Praqa zəngin tarixə və Roma, Qotika, İntibah və Barokko memarlıqlarına malikdir.Mərkəzi Avropanın siyasi, mədəni və iqtisadi mərkəzidir.Praqa, Bohemiya Krallığının paytaxtı və bir neçə Roma İmperatorlarının, xüsusən də IV Karlın (1346-1378-ci illər) iqamətgahı olmuşdur.Praqa, Habsburq monarxiyası və Avstriya-Macarıstan İmperiyası üçün əhəmiyyətli bir şəhər idi.Şəhər Bohemiya və Protestant İslahatlarında, Otuz İllik Müharibədə və 20-ci əsr tarixində Dünya Müharibələri ilə müharibədən sonrakı kommunist dövrü arasında Çexoslovakiyanın paytaxtı kimi böyük rol oynamışdır.Praqada bir çox tanınmış mədəni abidələr var, onların bir çoxu 20-ci əsr Avropasının təcavüz və dağıntılarından sağ çıxıb. Əsas görməli yerlərə Praqa qalası,Karl körpüsü, Praqa astronomik saatı olan Köhnə Şəhər Meydanı, Yəhudi Məhəlləsi, Petrin təpəsi və Vişehrad daxildir. 1992-ci ildən Praqanın tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Şəhərdə çoxsaylı teatrlar, qalereyalar, kinoteatrlar və digər tarixi eksponatlar ilə yanaşı ondan çox böyük muzey var. Geniş müasir ictimai nəqliyyat sistemi şəhəri birləşdirir. Burada Mərkəzi Avropanın ən qədim universiteti olan Praqadakı Çarlz Universiteti də daxil olmaqla bir çox dövlət və özəl məktəblər yerləşir.GaWC araşdırmalar mərkəzinə görə Praqa "Alfa-" qlobal şəhəri kimi təsnif edilir.2019-cu ildə şəhər Mercer tərəfindən dünyanın 69-cu ən yaşana bilən şəhəri seçildi.Elə həmin il PICSA İndeks şəhəri dünyanın 13-cü ən yaşana bilən şəhəri kimi qiymətləndirdi. Zəngin tarixi onu məşhur turizm məkanına çevirdi və 2017-ci ilə qədər şəhər hər il 8,5 milyondan çox beynəlxalq ziyarətçi qəbul etdi.
Pravda
Pravda (qəzet) — qəzet. Pravda (jurnal) — Pravda — 3 iyul 1998-ci ildə adı dəyişdirilərək Qılıncbəyli adlandırılmış kənd.
Praya
Praya (port. Praia — «çimərlik») — Kabo-Verde ada dövlətinin paytaxtı və ən iri şəhəri. Santyaqu adasında yerləşir. Əhalisi — 113 min nəfər (2005). == Yaranma tarixi == XV əsrin sonunda salınıb. 1770-ci ildə Praya əvvəlki məskəndə su ehtiyatı bitdikdən sonra arxipelaqın mərkəzinə köçürülür. Paytaxt seçimi yerin uğurlu olması ilə bağlı idi. Müstəqillik dovründə şəhər xeyli genişlənmişdir. == İqtisadiyyat == Apeisin, şəkər və kofe ixrac edilir. Dəniz marşrutlarının kəsişdiyi nöqtədə yerləşir.
Priva
Priva (lat. Priva) — minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Arava Kimura
Arava Kimura (8 iyul 1931, Hiroşima – 21 fevral 2007, Kanaqava prefekturası) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib, 1 qol vurub.
Conyza parva
Kanada xırdaləçəyi (lat. Erigeron canadensis) — xırdaləçək cinsinə aid bitki növü. == Sinonim == Conyza parva Cronquist Erigeron canadensis L. Erigeron pusillus Nutt. Leptilon canadense (L.) Britton Leptilon pusillum (Nutt.) Britton Conyza canadensis var. canadensis (L.) Cronquist Conyza canadensis var. glabrata (A. Gray) Cronquist Conyza canadensis var. pusilla (Nutt.) Cronquist Erigeron canadensis var. glabratus A. Gray Erigeron canadensis var.
Drava çayı
Drava çayı— Mərkəzi Avropada Dunay çayının qoludur. == Axdığı ərazilər == Çayın uzunluğu 710 km, mənbəyini İtaliya sərhədlərində olan dağlardan götürür və ardıcıl olaraq Avstriya, şimali Sloveniya və Xorvatiya ərazilərindən axır. Uzunluğuna görə Tisza, Sava, Prut, Mureş və ola bilər ki, Siret çaylarından sonra Dunay çayının beşinci və ya altıncı çayıdır. Çayın mənbəyi İtaliyada Cənubi Tyrol əyalətinin Puster vadisində bazar şəhəri olan İnniçen (San Kandido) şəhərinin yaxınlığında yerləşir. Drava çayı şərqə Avstriyada Şərqi Tirol və Karintiadan Sloveniyanın Stryria regionuna doğru axır. Daha sonra cənub-şərqə doğru dönərək Xorvatiyaya keçir və əsas qolu olan Mur çayı ilə birləşdikdən sonra Dunay çayına qovuşmadan Osijek yaxınlığında Xorvatiya və Macarıstan sərhədinin böyük hissəsini yaradır (95 km).
Mokşen pravda
Mokşen pravda (rus. Мокшень правда; mokş. Мокшанская правда) — Mordoviyada nəşr olunan mokşa dilində qəzet. Sahibləri Rusiya hökuməti və Mordoviya Dövlət Məclisidir. Həftədə bir dəfə nəşr olunur. Tirajı 4500 nüsxədir. 1970-ci illərdə tiraj 8 min nüsxə idi. Qəzet respublikada baş verən ictimai, siyasi və iqtisadi hadisələrlə bağlı materiallar dərc edir, həmçinin mokşa dili və mədəniyyəti ilə əlaqədar məsələləri işıqlandırır.
Praqa (tort)
Praqa — xüsusilə də, SSRİ dövründə Rusiya və digər postsovet ölkələrində məşhur olan şokoladlı tort. == Tarixi == Bu tortun adı Praqa olduğundan çoxumuz elə bilirik ki, Çexiya mətbəxinə aiddir. Lakin, "Praqa" tortunun Praqaya heç aidiyyatı yox imiş. Tortun müəllifi “Quş südü” kimi onlarla məşhur sovet reseptlərinin yaradıcısı olan rus kulinarı Vladimir Quralnikdir. == Hazırlanması == === Ərzaqlar === ==== Krem üçün: ==== Kərə yağı – 200 qr. Qatılaşdırılmış süd – 0,5 banka Kakao – 1 x.q. ==== Qlazur üçün ərzaqlar: ==== Kərə yağı – 50 qr. Şəkər tozu – 4 x.q. Süd – 3 x.q. Kakao – 1 x.q.
Praqa Loretası
Praqa Loretası (çex. Pražská Loreta) - Çexiyanın paytaxtı Praqa şəhərinin Hradçanı rayonunun Loreta meydanının şərq hissəsində yerləşən roma-katolik kilsəsi. Barokko üslubunda inşa olunmuş kilsə eyni anda müqəddəs Məryəmin daxmasını və Loreta xəzinəsini də özündə birləşdirən Loreta monastır kompleksinin tərkibinə daxildir. Bu dini ziyarətgah İtaliyada yerləşən eyniadlı şəhərin şərəfinə adlandırılmışdır. 1626-ci ildə yarandığı ilk gündən başlayaraq, Praqa Loretası insanlar tərəfindən ziyarət olunan əsas yerlərdən birinə çevrilmişdir. Bütün bu dini kompleksin mirvarisi Casa Santa'nın (yəni Müqəddəs Evin) surəti sayılır. Əfsanəyə görə Nazaretdə yerləşən məhz bu evdə müqəddəs Məryəm yaşayırdı və XIII əsrdə mələklər bu evi İtaliyaya öz qanadlarında aparmışdılar. == Tarixi == Loreta dini kompleksin tikintisi Çexiyalı aristokrat qadın, Lobkovitzli Katerjina tərəfindən başladılmışdı. O əfsanələrə o qədər inanırdı ki, doğma Praqa şəhərində də Casa Santa'nın tikintisinə qəra verdi. Gələcək monastırın memarlıq tərtibatı Mikulovda yerləşən Müqəddəs evdən ilhamlanmışdı.
Praqa Qradı
Praqa Qradı (Praqa kremli) — (Çex dilində - Pražský hrad) Çexiyanın paytaxtı Praqada yerləşən qala. Dünyanın ən böyük qalalarından biri olan Praqa qalası, Ginnesin Rekordlar Kitabına görə, dünyanın ən böyük antik qəsridir. == Tarixi == Qalanın ilk hissələrinin yaradılması IX əsrə qədər gedir. İlk inşa edilən hissəsi kilsə binası olmuşdur. Georgios Bazilikası və Vitus Bazilikası X əsrdə inşa edilmişdir. Bohemya dövründə bir monastır Georgios Bazilikasının yanına əlavə edilmişdir. Romanesk memarlıq üslubundakı bir saray da XII əsrdə əlavə olunmuş, XIV əsrdə də saray qotik üslub ilə yenidən inşa edilmiş, qalada gücləndirmə işləri aparılmışdır. Həmçinin Vitus Bazilikaya aid hissəsinin tikintisi ancaq altı əsr sonra tamamlanmışdır. Qala Bohemya müharibələri və sonrakı dövrlərdə, 1485-ci ilə qədər istifadə edilməmişdir. 1485-ci ildə kral Ladislaus II Jagello qalanın inşasını davam etdirmişdir.
Praqa baharı
"Praqa baharı" (çex. "Pražské jaro", slovak. "Pražská jar") - Çexoslovakiyada 1968-ci il yanvarın 5-dən avqustun 20-dək cəmiyyətdə gedən kütləvi siyasi liberallaşma prosesi. Sovet İttifaqı və Varşava Müqaviləsi Təşkilatının qoşunlarının ölkəyə yeridilməsi ilə bu prosesin qarşısı alınmışdır. == Tarix == 5 yanvar 1968-ci ildə Aleksandr Dubçekin Çexoslovakiya Kommunist Partiyası rəhbərliyinə gəlməsi ilə Çexoslovakiya açıq şəkildə SSRİ-dən asılı olmadığını nümayiş etdirməyə başladı. "İnsan sifətli sosializm" yaratmaq məqsədi ilə Dubçek və onun həmfikirləri tərəfindən həyata keçirilən siyasi islahatlar 1956-cı ildə Macarıstanda olduğu kimi əvvəlki siyasi xətdən tam imtina xarakteri daşımırdı. Lakin Sovet İttifaqının və Avropadakı bəzi sosialist dövlətlərin rəhbərləri Çexoslovakiyadakı islahatları sosialist dövlət quruluşunun əsaslarına və "sosialist bloku"nun bütövlüyünə qarşı yönəlmiş təhlükə kimi qəbul edirdilər. Belə ki, ölkədə senzura kifayət qədər məhdudlaşdırılmış, sərbəst ictimai diskussiyalar genişlənmiş, çoxpartiyalı sistemə keçid başlamışdı. Tam şəkildə söz, toplaşma və hərəkət azadlığı veriləcəyi, dövlət təhlükəsizlik orqanları üzərində nəzarətin gücləndiriləcəyi, şəxsi müəssisələrin açılmasına icazələrin asanlaşdırılacağı və istehsal üzərində dövlət nəzarətinin məhdudlaşdırılacağı bəyan olunmuşdu. Bundan əlavə, ölkənin federasiyaya çevrilməsi və ÇSSR-in tərkibinə daxil olan Çexiya və Slovakiyanın hakimiyyət orqanlarına verilən səlahiyyətlərin artırılması planlaşdırılmışdı.
Praqa hücumu
Praqa hücumu və ya Praqa strateji hücumu - (rus. Пражская стратегическая наступательная операция) Qızıl Ordunun II. Dünya Müharibəsində son strateji hücum hərəkatıdır. Praqaya yönələn Qızıl Ordu hücumu və Praqa döyüşü 5 - 11 May 1945-ci il tarixləri arasında baş vermişdir. Bundan başqa, döyüş Praqa qiyamı ilə birlikdə müşayiət edilməsi səbəbindən də əhəmiyyətlidir.
Praqa prosesi
Praqa prosesi (ing. Prague Process) — 2004-cü ildən etibarən Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında Dağlıq Qarabağ münaqişəsi üzrə birbaşa danışıqlar. == Tarixi == ATƏT-in Minsk qrupunun həmsədrləri 2002-ci ilin mart ayında bölgəyə səfərləri zamanı danışıqlar prosesinin Azərbaycan və Ermənistan prezidentlərinin xüsusi nümayəndələri səviyyəsində davam etdirilməsi təklifini irəli sürdülər. Bu təklif hər iki dövlət başçısı tərəfindən qəbul olundu. 13-15 mart və 29-30 iyul 2002-ci il tarixlərində Praqa yaxınlığında hər iki dövlət başçısının xüsusi nümayəndələrinin iki görüşü keçirildi. 2004-cü il aprelində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Praqada keçirilən görüşü sonradan çoxraundlu danışıqlar sürəcinə çevrilməklə «Praqa prosesi» adlanmağa başladı. Sonra bu prosesə digər elementlər əlavə olundu. Praqa prosesinin ilk mərhələsi 2006-cı ilin fevralında Paris yaxınlığındakı Rambuye qəsrində keçirilən və geniş beynəlxalq ajiotaja rəğmən nəticəsiz qalan danışıqlarla yekunlaşdı. 2007-ci ilin noyabrında, həmsədrlər Praqa prosesinin ilkin nəticəsi kimi Madriddə Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşdə tərəflərə nizamlamanın baza prinsiplərinə dair layihə təqdim etdilər. O vaxtdan danışıqlar prosesi Madrid prinsipləri ətrafında gedir.
Praqa qəsri
Praqa Qradı (Praqa kremli) — (Çex dilində - Pražský hrad) Çexiyanın paytaxtı Praqada yerləşən qala. Dünyanın ən böyük qalalarından biri olan Praqa qalası, Ginnesin Rekordlar Kitabına görə, dünyanın ən böyük antik qəsridir. == Tarixi == Qalanın ilk hissələrinin yaradılması IX əsrə qədər gedir. İlk inşa edilən hissəsi kilsə binası olmuşdur. Georgios Bazilikası və Vitus Bazilikası X əsrdə inşa edilmişdir. Bohemya dövründə bir monastır Georgios Bazilikasının yanına əlavə edilmişdir. Romanesk memarlıq üslubundakı bir saray da XII əsrdə əlavə olunmuş, XIV əsrdə də saray qotik üslub ilə yenidən inşa edilmiş, qalada gücləndirmə işləri aparılmışdır. Həmçinin Vitus Bazilikaya aid hissəsinin tikintisi ancaq altı əsr sonra tamamlanmışdır. Qala Bohemya müharibələri və sonrakı dövrlərdə, 1485-ci ilə qədər istifadə edilməmişdir. 1485-ci ildə kral Ladislaus II Jagello qalanın inşasını davam etdirmişdir.
Praqa tort)
Praqa — xüsusilə də, SSRİ dövründə Rusiya və digər postsovet ölkələrində məşhur olan şokoladlı tort. == Tarixi == Bu tortun adı Praqa olduğundan çoxumuz elə bilirik ki, Çexiya mətbəxinə aiddir. Lakin, "Praqa" tortunun Praqaya heç aidiyyatı yox imiş. Tortun müəllifi “Quş südü” kimi onlarla məşhur sovet reseptlərinin yaradıcısı olan rus kulinarı Vladimir Quralnikdir. == Hazırlanması == === Ərzaqlar === ==== Krem üçün: ==== Kərə yağı – 200 qr. Qatılaşdırılmış süd – 0,5 banka Kakao – 1 x.q. ==== Qlazur üçün ərzaqlar: ==== Kərə yağı – 50 qr. Şəkər tozu – 4 x.q. Süd – 3 x.q. Kakao – 1 x.q.
Praqa tortu

Praqa şəhəri
Praqa (çex. Praha, ing. Prague) — Çex Respublikasının paytaxtı. 31 dekabr 2007-ci il məlumatına əsasən əhalisi 1.212.097 nəfər (meqapolisdə 2.300.000 nəfər), sahəsi 496 km²-dir.Praqa zəngin tarixə və Roma, Qotika, İntibah və Barokko memarlıqlarına malikdir.Mərkəzi Avropanın siyasi, mədəni və iqtisadi mərkəzidir.Praqa, Bohemiya Krallığının paytaxtı və bir neçə Roma İmperatorlarının, xüsusən də IV Karlın (1346-1378-ci illər) iqamətgahı olmuşdur.Praqa, Habsburq monarxiyası və Avstriya-Macarıstan İmperiyası üçün əhəmiyyətli bir şəhər idi.Şəhər Bohemiya və Protestant İslahatlarında, Otuz İllik Müharibədə və 20-ci əsr tarixində Dünya Müharibələri ilə müharibədən sonrakı kommunist dövrü arasında Çexoslovakiyanın paytaxtı kimi böyük rol oynamışdır.Praqada bir çox tanınmış mədəni abidələr var, onların bir çoxu 20-ci əsr Avropasının təcavüz və dağıntılarından sağ çıxıb. Əsas görməli yerlərə Praqa qalası,Karl körpüsü, Praqa astronomik saatı olan Köhnə Şəhər Meydanı, Yəhudi Məhəlləsi, Petrin təpəsi və Vişehrad daxildir. 1992-ci ildən Praqanın tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Şəhərdə çoxsaylı teatrlar, qalereyalar, kinoteatrlar və digər tarixi eksponatlar ilə yanaşı ondan çox böyük muzey var. Geniş müasir ictimai nəqliyyat sistemi şəhəri birləşdirir. Burada Mərkəzi Avropanın ən qədim universiteti olan Praqadakı Çarlz Universiteti də daxil olmaqla bir çox dövlət və özəl məktəblər yerləşir.GaWC araşdırmalar mərkəzinə görə Praqa "Alfa-" qlobal şəhəri kimi təsnif edilir.2019-cu ildə şəhər Mercer tərəfindən dünyanın 69-cu ən yaşana bilən şəhəri seçildi.Elə həmin il PICSA İndeks şəhəri dünyanın 13-cü ən yaşana bilən şəhəri kimi qiymətləndirdi. Zəngin tarixi onu məşhur turizm məkanına çevirdi və 2017-ci ilə qədər şəhər hər il 8,5 milyondan çox beynəlxalq ziyarətçi qəbul etdi.
Priva (rayon)
Priva (fr. Privas) — Fransanın Ron-Alp regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ardeş. Suprefektura — Priva. Rayon əhalisi 2006-cı ildə 82 679 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 47 nəf / km². Rayon sahəsi — 1742 km².
Priva auricoccea
Priva auricoccea (lat. Priva auricoccea) — minaçiçəyikimilər fəsiləsinin priva cinsinə aid bitki növü.
Priva socotrana
Priva socotrana (lat. Priva socotrana) — minaçiçəyikimilər fəsiləsinin priva cinsinə aid bitki növü.