Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prospekt
Prospekt – 1)şəhərdə böyük enli küçə; 2)nəşr olunmağa hazırlanan, gələcək elmi əsərin, dərs vəsaitinin, jurnalın və s. ətraflı, müfəssəl planı, məzmunu; 3)nəfis tərtibatlı broşur formasında çap reklamı və kommersiya təbliğatı vasitəsi. Bir qayda olaraq, prospekt yüksək poliqrafik səviyyədə hazırlanır və reklam verən, onun əməkdaşları və buraxılan məhsullar haqqında məlumatları özündə əks etdirir. Təbliğat prospektləri də mövcuddur; 4)nəyi isə reklam edən gözəl nəşr. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Altıncı prospekt (Manhetten)
Altıncı prospekt (ing. Sixth Avenue; rəsmi adı Avenü Amerik (ing. Avenue of the Americas) olmasına baxmayaraq Nyu-Yorklular bu adı çox da işlətmirlər) — Nyu-York şəhəri Manhetten borosunun əhəmiyyətli yolu, burada nəqliyyat şimala və ya kənar bölgələrə hərəkət edir. Altıncı prospekt Kanal Strit küçəsindən 4 kvartal aşağıda başlayır, şimala doğru gedərək Mərkəzi Parkda bitir. Küçə Soho və Qrinviç Villic rayonların yolunu kəsərək, təxminən Çelsini Fletayron və NoMaddən ayırır, Dərzi dairəsini keçir və Midtaundan keçərək Teatr kvartalının uc hissəsində dövrə vurur. Altıncı prospektin Mərkəzi Parkın şimalından keçən hissəsi 1887-ci ildə Lenoks prospekti adlandırıldı.
Beşinci Prospekt hoteli
Beşinci Prospekt hoteli (ing. Fifth Avenue Hotel) — 1859-1908-ci illərdə Nyu-York şəhəri Manhetten rayonunun Beşinci prospektində mövcud olmuş lüks hotel. Onun Medison Skverin cənub-qərb kənarında, 23 və 24-cü küçələr arasında bütöv fasad bloku var idi. == Sökülməsi == Beşinci Prospekt hoteli 4 aprel 1908-ci il tarixində gecə yarısı bağlanmış və sökülmüşdür. Bildirilmişdir ki, son iş günündə hotel barını ziyarət edənlər içkiyə 7000 dollar xərcləmişdilər.Onun yerində 1909-cu ildə Beşinci prospekt binası (sonradan Oyuncaq Mərkəzinə çevrildi) kimi tanınan bir ofis binası peydə olmuşdur. 2007-ci ilə qədər burada Beynəxalq Oyuncaqlar Mərkəzi yerləşirdi, hansı ki fevralda keçirilən oyuncaqlar yarmarkası zamanı toptancılarla dolu idi.Hazırda binanın yerində Oyuncaq Mərkəzi yerləşir. Oraya qoyulan lövhələrin biri hotelə həsr edilmişdir.
Beşinci Prospekt oteli
Beşinci Prospekt hoteli (ing. Fifth Avenue Hotel) — 1859-1908-ci illərdə Nyu-York şəhəri Manhetten rayonunun Beşinci prospektində mövcud olmuş lüks hotel. Onun Medison Skverin cənub-qərb kənarında, 23 və 24-cü küçələr arasında bütöv fasad bloku var idi. == Sökülməsi == Beşinci Prospekt hoteli 4 aprel 1908-ci il tarixində gecə yarısı bağlanmış və sökülmüşdür. Bildirilmişdir ki, son iş günündə hotel barını ziyarət edənlər içkiyə 7000 dollar xərcləmişdilər.Onun yerində 1909-cu ildə Beşinci prospekt binası (sonradan Oyuncaq Mərkəzinə çevrildi) kimi tanınan bir ofis binası peydə olmuşdur. 2007-ci ilə qədər burada Beynəxalq Oyuncaqlar Mərkəzi yerləşirdi, hansı ki fevralda keçirilən oyuncaqlar yarmarkası zamanı toptancılarla dolu idi.Hazırda binanın yerində Oyuncaq Mərkəzi yerləşir. Oraya qoyulan lövhələrin biri hotelə həsr edilmişdir.
Yeddinci prospekt (Manhetten)
Yeddinci prospekt (ing. Seventh Avenue) — Manhetten borosunun Vest Sayd rayonunda yerləşən küçə. Yeddinci prospekt Varik və Klarkson küçələrinin kəsişməsindəki Qrinviç Villicdə başlayır, Mərkəzi Parkın cənub sərhədi olan 59-cu küçə ilə məhdudlaşır və şimaldan parkın sərhədi olan 110-cu küçə boyunca davam edir və Harlem çayı üzərindəki Makomba dambasında bitir. Mərkəzi Parkın cənubundan küçədəki yol hərəkəti bir tərəflidir və şimaldan cənuba yönəlib, parkın şimalından isə ikitərəflidir. Yeddinci prospekt və Brodveyin kəsişməsində Tayms-skver yerləşir. Prospektin şimal hissəsinə Adam Kleyton Pauell kiçiyin Bulvarı (ing. Adam Clayton Powell Jr. Boulevard) adı verilib. == Tarixi == Yeddinci prospekt 1811 Manhettenin baş planına uyğun olaraq inşa edilmişdir. Əvvəlcə küçənin cənub sərhədi 11-cü küçə sayılırdı.
Üçüncü prospekt (Manhetten)
Üçüncü prospekt (ing. Third Avenue) — Manhetten borosunun İst Sayd rayonunda və Cənubi Bronksda yerləşən küçə. Üçüncü prospekt Aşağı Manhettendaki Kuper Skverdən başlayır, eyniadlı körpüyə qədər davam edir, Cənubi Bronksu keçir və Fordem Roud magistral yolu ilə kəsişmədə bitir. Üçüncü prospekt, Cənubi Bronksun sosial-mədəni nüvəsi olan "Hab"ı təşkil edən dörd küçədənbiridir. 1960-cı ilin iyul ayından Kuper Skverdən 24-cü küçəyə qədər Üçüncü prospekt ikitərəfli yoldan ibarətdir. Sonra Üçüncü prospekt körpüsünə qədər küçədəki yol hərəkətı birtərəfli olur və cənubdan şimala yönəlir. Körpüdə hərəkət də birtərəflidir, ancaq şimaldan cənuba yönəlir. Bronksda prospekt bütövlüklə ikitərəflidir. 19-cu əsrdə Üçüncü prospekt boyunca estakada dəmir yolu tikildi. O, 1878–1955-ci illərdə Manhettendə və 1973-cü ilə qədər Bronksda fəaliyyət göstərmişdir.
On Birinci prospekt (Manhetten)
On Birinci prospekt (ing. Eleventh Avenue) — Nyu-York şəhərinin Manhetten borosunun ən qərb hissəsində, Hudzon çayı yaxınlığında yerləşən şimal-cənub avtomobil yolu. On birinci prospekt, Qansevoort küçəsi, Qrinviç Vilic və Vest Villic məhəllələri ilə qonşuluqda yerləşən Mitpekinq rayonunda başlayır; On Birinci prospekt, Onuncu prospekt və Vest küçəsinin kəsişdiyi yerdə. 22-ci küçə ilə Qansevoort küçəsi arasındakı Vestsayd şossesinin bir hissəsi hesab olunur. 59-cu və 107-ci küçələr arasında prospekt Vest End prospekti kimi tanınır. Vest End prospekti və On birinci prospekt eyni yolun bir hissəsi hesab olunurlar. == İctimai nəqliyyat == On birinci prospekt, 2015-ci ilin sentyabr ayından bəri 34-cü küçənin altındaki stansiyada tikilən və 7-ci metro genişləndirilməsinin hissəsi olaraq qurulan Nyu-York metropoliteninin 7 və <7> qatarları tərəfindən xidmət göstərilir.M12 marşrutu 2014-cü ilin sentyabr ayından bu prospektdə işləyir; avtobus marşrutu planları 2014-cü ilin əvvəlində tərtib edilmişdir.
Doqquzuncu prospekt xətti, Ay Ar Ti
Doqquzuncu prospekt xətti, Ay Ar Ti (ing. IRT Ninth Avenue Line) — Manhetten və Bronks borolarında Ay Ar Ti şirkəti tərəfindən idarə olunan Nyu-York metropoliteninin keçmiş estakada xətti. 1870-ci illərdə inşa edilmiş, 1940-cı ildə demək olar ki tamamilə bağlanmışdır, nəhayət 1958-ci ildə tam bağlandı. Betteri Parkdan Kortland küçəsinə qədər olan ilk sahə 1868-ci ildə kanat tramvayı prinsipilə işləyən eksperimental birxətli xətt kimi istifadəyə verildi. Çoxsaylı texniki problemlər üzündən xətt 1870-ci ildə dayandırıldı və sonra yenidən satılaraq buxar dəmir yolu kimi yenidən quruldu. 1903-cü ildə xətt elektrikləşdirildi; elə həmin ildə mövcud sahədə elektrik liftləri olan xəttin ən yüksək (küçə səviyyəsindən 20 m yüksəklikdə idi) "110-cu küçə" stansiyası quruldu. 1917-ci ildə xətt üzərində ekspress qatarlar üçün üçüncü bir yol inşa edildi. Xətt 1940-cı ildə, şəhər rəhbərliyi metronun bütün hissələri birləşdirildikdən dərhal sonra bağlandı. 1958-ci ilə qədər işləyən son stansiya Polo Qraunds ("115-ci küçə" stansiyası yaxınlığında yerləşən o vaxt məşhur olan stadionun şərəfinə) adlanırdı.
Üçüncü prospekt xətti, Ay Ar Ti
Üçüncü prospekt xətti, Ay Ar Ti (ing. IRT Third Avenue Line) — Manhetten və Bronks borolarında "Ay Ar Ti" şirkəti tərəfindən idarə olunan Nyu-York metropoliteninin keçmiş stansiyası. 1878—1920-ci illərdə tikilmişdir, cənub hissəsi 1955-də, şimal hissəsi isə 1973-cü ildə bağlanmışdır. 1916—1917-ci illərdə xətt üzərində sürətli qatarlar üçün üçüncü bir yol inşa edildi. Yeraltı xətlərin çəkilməsinə başladıqdan sonra estakadalar köhnəlmiş elan edildi və söküldü. Bu xəttin digərlərindən daha uzun müddətdə fəaliyyətdə qaldı, çünki onu yeraltı İkinci prospekt xətti ilə əvəzlənməsi planlaşdırılırdı. Lakin bu yeraltı xəttin tikintisi maliyyə problemləri üzündən təxirə salındı ​​və nəticədə estakada xətti digərlərindən sonra söküldü. 1973-cü ilə qədər onun Bronksdaki şimal hissəsi Ay Ar Ti estakada xəttindən qalan fəaliyyətdə olan son hissə idi.
İkinci prospekt xətti, Ay Ar Ti
İkinci prospekt xətti, Ay Ar Ti (ing. IRT Second Avenue Line, digər adı İkinci prospektin estakada xətti) — 1878-1942-ci illərdə ABŞ-nin Nyu-York şəhəri Manhetten borosunda mövcud olmuş estakada dəmir yolu. 1940-cı ilə qədər "Interborough Rapid Transit Company" tərəfindən idarə olunsa da, daha sonra "IRT" (oxunuşu: Ay Ar Ti) keçdi. 57-ci küçədən şimal istiqamətində olan marşrut 11 iyun 1940-cı ildə bağlandı, xəttin qalan hissəsi isə 13 iyun 1942-ci ildə bağlandı. == Tarixi == 1875-ci ildə "Sürətli Tranzit Komissiyası" (ing. Rapid Transit Commission) "Gilbert Elevated Railway Company" şirkətinə Beteri Parkdan İkinci prospekt boyunca Harlem boğazınadək dəmir yolu çəkmək hüququnu verdi. Ayrıca komissiya "Gilbert Elevated Railway Company"-yə Altıncı prospekt xətti üzərində idarəçilik hüququnu verdi və qısa müddət sonra " Gilbert Elevated Railway" adını "Metropolitan Elevated Railway" olaraq dəyişdirdi. Təxminən 1900-cü ildə xətt elektrikləşdirildi. 1914-1916-cı illər arasında pik saatlarında xəttdə sürətli xidmətlər göstərmək üçün üçüncü yol inşa edilirdi. Ekspres xidmət 17 yanvar 1916-cı ildə başladı.
Andraşi prospekti
Andraşi prospekti (və yaxud Andarşşi, mac. Andrassy út) — Macarıstanın parad prospekti. Onun möhtəşəm zərif görünüşünə görə, prospekt, Budapeştin Yelisey bağları adlanır. Avstriya-Macarıstan Xarici İşlər naziri Dyüla Andraşının adını daşıyır. Andraşi prospektində, kontinental Avropanın ən qədim metrosunun ilk xətti çəkilmişdir. Andrassi prospekti, 1896-cı ildə memar Mikloş İblin möhtəşəm layihəsinə əsasən, Edön Lexner də daxil olmaqla, həmin dövrün bir çox görkəmli memarlarının iştirakı ilə, vətənlərinin Macarlar tərəfindən əldə edilməsinin minilliyin qeyd olunması ilə əlaqədar olaraq inşa edilmişdir. 1956-cı ilin inqilabi ilində Molodezinin prospektinə çevrilib, sonra 1989-cu ilədək Xalq Cəbhəsi adlandırıldı. 2002-ci ildə Andrassi prospekti UNESCO-nun Dünya İrs Siyahısına yazılmışdır. == Əsas görməli yerləri == Macar dövlət opera teatrı Dreksler sarayı Paris univermağı Terror muzeyi Ferens List adına Memorial və Araşdırma Mərkəzi Budapeşt kukla teatrı == Ədəbiyyat == Венгрия. Издательство "Вокруг света", 2009 ISBN 978-5-98652-226-5 Михаэль Херл.
Azadlıq prospekti
Azadlıq prospekti (Rusiya)
Buyonnovski prospekti
Budyonnovski prospekti — Rostov-na-Donu şəhərində yerləşən mərkəzi prospektlərdən biri. Bolşoy Sadovaya küçəsi ilə kəsişərək, paralel şəkildə Voroşilov prospektinə çıxır. Əvvəllər müxtəlif cür adlandırılmışdır: Taqanroq yolu (XVIII əsr), Taqanroq küçəsi (XIX əsr), Taqanroq prospekti (XX əsr). == Tarixi == Küçə Semyon Mixayloviç Buyonnovskinin şərəfinə sdlandırılmışdır. O, sovet hərbi rəhbəri dövlət və partiya xadimi olmuşdur. Rusiyada baş vermiş vətəndaş müharibəsi zamanı 1-ci atlı ordusunun komandanı olmuşdur. Bolşoy Sadovnaya küçəsi ilə birləşən hissədə, ev 32 ünvanında barelyef qoyulmuşdur. Budyonnovski prospekti ilə Puşkinskaya küçəsinin kəsişməsində Budyonnovskiyə abidə ucaldılmışdır. == Coğrafiyası == Nömrələr cənubdan şimala doğru artır. Prospektdə yerləşir: Resker və Xosudovskinin gəlirli binası, Budyonnovski 10 (sökülmüşdür).
Emissiya prospekti
Emissiya prospekti - (ing. Prospectus)- Müəyyən qiymətli kağızın yeni buraxılışı (emissiyası) zamanı qiymətli kağızlar bazarının buraxılışının tənzimləməsi üzrə səlahiyyətli quruma təqdim edilən, emitent və buraxılan kağız haqqında məlumatlar əks olunan sənəd.
Mərdəkan Prospekti
Mərdəkan prospekti — Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən ən uzun prospekt. Prospekt öz başlanğıcını Heydər Əliyev prospektinin sonundan götürür və Mərdəkan qəsəbəsinə qədər uzanır. Prospektin uzunluğu 8.40 km,eni isə 30 m-dir. Bəzi yerlərdə prospektin eni 55m-ə qədər genişlənir.
Mətbuat prospekti
Mətbuat prospekti — Bakı şəhərinin Yasamal rayonunda prospekt. Prospektdə Azərbaycan nəşriyyatı (əvvəlki Kommunist nəşriyyatı) yerləşdiyindən belə adlandırılmışdır. Mətbuat prospekti Abbas Mirzə Şərifzadə və Zahid Xəlilov küçələrinə paraleldir. == Haqqında == == Kəsişdiyi küçələr == Mətbuat prospekti Mikayıl Müşfiq küçəsindən başlayır və Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişmədə bitir. Yasamal parkında bitən prospektin davamı olaraq Həsən bəy Zərdabi küçəsi başlayır. Seyfəddin Dağlı küçəsi Abbas Mirzə Şərifzadə küçəsi Ayna Sultanova küçəsi Məmməd Rahim küçəsi Bəxtiyar Vahabzadə küçəsi İsfəndiyar Zülalov küçəsi Şəhriyar küçəsi == Mühüm ünvanlar == № ? — Yasamal qəbiristanlığı № ? — Azərbaycan nəşriyyatı № 23 — Beynəlxalq Mətbuat Mərkəzi № 25 — Kaspi Təhsil Mərkəzi № ? — Bakı Dövlət Universitetinin yataqxanaları № ?
Neftçilər prospekti
Neftçilər prospekti — Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən, iki istiqamətli 5 zolaqlı küçədir. Küçə öz başlanğıcını Azneft meydanından götürür, Bakı bulvarı boyunca uzanaraq, Yusif Səfərov küçəsi səviyyəsində Nobel prospektinə keçir. Küçənin uzunluğu 3,3 km-dir.
Paulista prospekti
Avenida Paulista və ya Paulista prospekti (port. Avenida Paulista) — Braziliyanın San-Paulu şəhərinin məşhur prospekti.
Rustaveli prospekti
Rustaveli prospekti (gürc. რუსთაველის გამზირი) — keçmişdə Qolovin küçəsi kimi bilinən, daha sonralar isə orta əsr gürcü şairi olmuş Şota Rustavelinin xatirəsinə adlandırılan Tbilisinin mərkəzi prospektidir. Prospekt Azadlıq meydanından başlayır və təxminən 1.5 km Kostava küçəsinə kimi uzanır. Rustaveli tez-tez Tbilisinin bir çox hökumət, ictimai, mədəni və biznes binalarının yerləşdiyi hissəyə çıxış üçün əlverişli ara yol hesab edilir. Gürcüstanın keçmiş Parlament binası, Gürcüstan milli Opera Teatrı, Rustaveli teatrı, Gürcüstan milli Elmlər Akademiyası, Kaşveti kilsəsi, Gürcüstan dövlət muzeyi (Gürcüstan milli muzeyinin bir hissəsi) və Tbilisi Biltmor oteli məhz Rustavelidə yerləşir. 1989-cu ildə on minlərlə gürcü parlament binasından öncə məhz Rustavelidə toplandı. Sovet spetsnaz qüvvələri tərəfindən hücuma məruz qalmış etirazçıların bir hissəsi 9 Aprel faciəsində burada qətlə yetirilmişdir. 2007 və 2011-ci illərdə prospekt anti-hökumət etirazlarının mərkəzi olmuşdur. == Yaxınlaşma == Tiflis metropoliteni və avtobuslarla buraya gəlmək mümkündür. Bura Tbilisinin ikinci tarixi hissəsi sayılan - Aqmaşenebeli prospektindən sadəcə 1 metro stansiya aralıda yerləşir.
Şanzelize prospekti
Şanzelize prospekti və ya Şanzelize Bulvarı (Fransız dili: Avenue des Champs-Élysées; qısaca Şanzelize, Champs-Élysées), Fransanın paytaxtı Paris in məşhur bir prospektidir. Parisin ən gözəl prospekti olaraq göstərilməkdədir və Fransızlar aralarında dünyanın ən gözəl bulvarı deyə xitab edərlər. Adını Yunan mifologiyasında cənnət olaraq göstərilən Elysion düzənliklərindən götürmüşdür. == Mövqeyi == Şanzelize Parisin şimal qərbində, 8. bölgəsində var. Luksor Obeliski tapıldığı Concorde Meydanından başlar və Arc da Triomphe abidəsinin tapıldığı Charles də Gaulle Meydanında bitər (köhnə adı Ulduz Meydanı). 1950 metr uzunluğundakı bulvarın ilk kilometri düz, ikinci kilometri isə yoxuşludur. Genişliyi isə 70 metrdir. Yol boyu düz xəttli olduğu üçün sırasıyla Louvre Sarayı, Arc da triomphe du Carrousel, Tuileries Bağçası və Luksor Obeliski və bir az qərbdə Paris xaricində qalan Arche də la Défense düzülər. Fransız səlahiyyətlilər bu düz xəttli yola Axe Historique adını vermişlər.
Şoloxov prospekti
Şoloxov prospekti — Rostov-na-Donu şəhərində, Rroletarnı və Pervomayski rayonlsrı arasında yerləşir. Rostov-na-Donu şəhərində uzunluğuna görə ikinci küçədir == Coğrafiyası == Enegetiklər meydanından başlayaraq Aksay prospektinə qədər davam edir. Buradan federal əhəmiyyətli М-4 Don avtomagistralına çıxır. Prodpektin uzunluğu 7,8 km təşkil edir. Bir başa avtomagistrala çıxışı onun yükünü artırır. Küçədən avtomobil və troleybus nəüliyyatı hərəkət edir. == Adı == 3 iyul 1984-cu ildə SSRİ Nazirlər Sovetinin göstərişinə görə Oktyabrskaya küçəsinin adı böyük sovet yazıçısı Mixail Aleksandroviç Şoloxovun şərəfinə Şoloxov prospekti adlandırılmışdır. == Prospekdə yerləşən obyektlər == Rostov hava limanı. Köhnə avtovağzal - hazırda şəhər daxili məqsədlər üçün istifadə edilir. Sahəsinə görə şəhərin ən böyük parkı - Nikolay Ostrovski adına park, həmdə burada Aviatorlar parkı vardır.
Prosper Merime
Prosper Merime (fr. Prosper Mérimée; 28 sentyabr 1803 – 23 sentyabr 1870) — XIX əsr məşhur fransız yazıçısı, Fransa Akademiyasının üzvü. == Həyatı == Yenilik tərəfdarı, XVIII əsr ideyaları ruhuna sadiq olan kimyaçı alim və rəssam Jan Fransua Leonor Merimenin ailəsində doğulmuş Prosper erkən yaşlarından özündə gözəl zövq və incəsənət sevgisini inkişaf etdirməyə başlamışdır. Parisdə hüquq elmləri kursunu bitirən gənc Prosper əvvəlcə iyul monarxiyası dövrünün nazirlərindən qraf d’Artunun katibi olmuş, sonralar isə Fransa tarixi abidələrinin baş inspektoru təyin edilmişdir. 1830-cu ildə İspaniyaya ilk səfəri zamanı o, qraf Teba və onun xanımı ilə tanış olmuşdur. Gələcək Fransa imperatriçası Yevgeniya qraf Tebanın qızı idi. Fransada İkinci imperiya dövründə Merime qrafinya Montihonun ailəsinin köhnə dostlarından biri kimi Tüilrilərin sarayına yaxın adam hesab olunurdu. İmperatriça Yevgeniya və III Napoleon onunla dost idilər. 1853-cü ildə Merime senator dərəcəsi almışdır. == Ədəbiyyata gəlişi == Merimenin ədəbiyyat sahəsində ilk addımı 20 yaşında yazdığı "Kromvel" tarixi dramıdır.
Qotan Project
Gotan Project — Parisdən olan musiqi qrupu. Qrupun tərkibinə Filip Koen Solal (Fransa), Eduardo Makaroff (Argentina) və Kristof Müller (İsveçrə) daxildir.
SunStroke Project
SunStroke Project — Sergey Yalovitski (vokalist), Anton Raqoza (skripkaçı və bəstəkar) və Sergey Stepanovdan (saksofonçu) təşkil olunmuş Moldovalı musiqi triosu. Onlar Moldovanı 2010 və 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmələri ilə tanınırlar. Qrupun adını Anton Raqoza hərbi xidmətdə olarkən seçmişdir. == Qrupun heyəti == Anton Raqoza 6 yanvar 1986-cı ildə Dnestryanının Tiraspol şəhərində anadan olmuşdur. O qrupda skripkaçı olaraq fəaliyyət göstərir. Anton eyni zamanda qrupun ifa etdiyi mahnıların bəstəkarıdır. O daha Kişinyov orkestrində dirijor olaraq fəaliyyət göstərmiş və klassik musiqi sahəsində bir çox mükafatlar qazanmışdır. Anton Castin Timberleyk və Maykl Ceksonun onu musiqiyə ilhamlandıran şəxslər olduğunu bildirmişdir. Sergey Stepanov 3 sentyabr 1984-cü ildə Dnestryanının Tiraspol şəhərində anadan olmuşdur. O SunStroke Project qrupu tərkibində saksofonda çıxış edir.
Azadlıq Prospekti metrostansiyası
"Azadlıq Prospekti" metrostansiyası — Bakı metrosunda stansiya. == Xarakteristikası == "Azadlıq Prospekti" Azərbaycanda platforması sütunsuz olan ilk metrostansiyadır. "Azadlıq Prospekti"nin digər stansiyalardan əsas fərqi də bundan ibarətdir. Stansiyanın yerləşiyi yer layının süxurları əsasən əhəng daşından ibarət olduğundan platformanı sütunsuz inşa etmək mümkün olub. 15 metr dərinlikdə yerləşir. Stansiyanın memarı Elbəy Qasımzadədir. Stansiyanın daxili sistemlərinin qurulmasında Türkiyə, Rusiya, Almaniya və digər ölkələrdən gətirilmiş avadanlıqlardan istifadə olunub.Stansiya 30 dekabr 2009-cu ildə istifadəyə verilmişdir. Açılışında prezident İlham Əliyev iştirak etmişdir.
Azadlıq prospekti (Bakı)
Azadlıq prospekti — Bakı şəhərinin Səbail, Nəsimi, Nərimanov və Binəqədi rayonlarında, Səməd Vurğun və Süleyman Rüstəm küçələrinə paralel prospekt. Prospekt 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra bu adı daşıyır. Əvvəlki adı Lenin prospekti olmuşdur. Prospekt Bakı şəhərində ən uzun küçələrdən biridir. Prospektin 200/36 ünvanında 19 may 2015-ci ildə yanğın baş vermiş, 15 nəfər həlak olmuş 50-dən çox sakin xəsarət almışdır == Kəsişdiyi küçələr == Prospekt Neftçilər prospektindən başlayaraq Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki dəmiryolu körpüsündə bitir. Neftçilər prospekti Zərifə Əliyeva küçəsi Üzeyir Hacıbəyov küçəsi Xəqani küçəsi Nizami küçəsi 28 May küçəsi Dilarə Əliyeva küçəsi Süleyman Rəhimov küçəsi Şamil Əzizbəyov küçəsi Salatın Əsgərova küçəsi Mikayıl Rəfili küçəsi Ruhulla Axundov küçəsi Bakıxanov prospekti Ənvər Qasımzadə küçəsi Vaqif prospekti Mirqasımov küçəsi Feyzulla Qasımzadə küçəsi Abbas Səhhət küçəsi Nəsibbəy Yusifbəyli küçəsi Möhsüm Sənani küçəsi Həsən Əliyev küçəsi Maqsud Əlizadə küçəsi Məmməd Araz küçəsi Ziya Bünyadov prospekti Səttar Bəhlulzadə küçəsi Əcəmi Naxçıvani küçəsi Cəfər Xəndan küçəsi Məsud Davudoğlu küçəsi Süleyman Suni Axundov küçəsi == Mühüm ünvanlar == № 1 — Park Inn by Radisson Azerbaijan Baku Hotel (en) № 1B — Гостиница Hilton Baku (ru) № 3A — Средняя школа № 143 (ru) № 9 — 160 saylı məktəb № 18 — Бакинский филиал АТиСО (ru) № 27 — "28 mall" ticarət mərkəzi № 38 — Azərbaycan Dövlət Neft Akademiyası № 72 — Ресторан «Бочка» (ru) № 75 — Pantomima teatrı № 79 — 99 saylı məktəb № 83 — ABŞ səfirliyi № 106 — Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu № 143 — Кинотеатр «Измир» (ru) № 155 — AMEA-nın Genetik Ehtiyatlar İnstitutu № 183 — 115 saylı məktəb № ? — Bakı Dəmir Yolu Vağzalı № ? — Keçmiş Sabunçu Vağzalı № ?
Azərbaycan prospekti (Sumqayıt)
Azərbaycan prospekti — Sumqayıt şəhərində mərkəzi küçələrdən biri. 1991-ci ilə kimi Lenin küçəsi (rus. Улица Ленина) adlanıb.Prospektin ümumi uzunluğu 1.43 km olmaqla, onun Heydər Əliyev prospekti ilə kəsişməsinə qədər olan 1 km hissəsi 4 zolaqlı, qalan hissəsi isə 2 zolaqlıdır. == Kəsişdiyi küçələr == Şimaldan cənuba doğru: Səməd Vurğun küçəsi Nəriman Nərimanov küçəsi Nizami küçəsi Heydər Əliyev prospekti Bakı küçəsi Koroğlu prospekti Kimyaçılar küçəsi (Azərbaycan prospektinin qurtardığı yerdən Kimyaçılar küçəsi başlayır) == Önəmli ünvanlar == № 9 — Sumqayıt şəhər İcra Hakimiyyəti № 21 — Sumqayıt Dövlət Dram Teatrı № 15 — Sumqayıt şəhər Mərkəzi Poçt Şöbəsi № 103 — Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya № 9/20 — Serafim Sarovski məbədi (Rus kilsəsi) № 22 — Cəfər Cabbarlı adına mədəniyyət evi № 184 — Sumqayıt şəhəri Rayonlararası Narkoloji Dispanser № ?
David Aqmaşenebeli prospekti
David Aqmaşenebeli prospekti (gürc. დავით აღმაშენებლის გამზირი) — Tbilisidə Çuqureti rayonunda, Saarbrücken meydanından Tsabadze küçəsinə qədər olan prospekt. Prospekt şəhərin əsas küçələrindən biri sayılır. == Tarixi == Prospektin ilk adı Mixaylovski Prospekti (1851) olmuşdur. Rusiya imperatoru I Nikolayın oğlunun şərəfinə, Avlabar qapısından keçən köhnə Avçal yoluna paralel olaraq salınmışdır. 1735-ci il şəhərin baş planında müasir Vaxuşti Baqrationi prospektinin əvvəlində Axalsopeli kəndi göstərilir. 1800-cü il baş planında kilsəsi olan Kukia kəndi bu yerdə göstərilir. Üstəlik ərazi qala ilə əhatə olunmuş və divarları, ətrafında geniş bir şəxsi bağ mövcud idi. 1818-ci ildə, burda əsasən kənd təsərrüfatı ilə məşğul olan, tərəvəz bağları üçün sahə şumlayan, hətta suvarma kanalı çəkən Vürttemberg alman kolonistlərinin Aleksanderdorf (Rusiya monarxı I Aleksandrın şərəfinə adlandırılan) qəsəbəsi yarandı. 1853-cü ildə ərazi şəhər sərhədlərinin bir hissəsi oldu.