Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qırıqlı
Qırıqlı (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Qırıqlı (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Dönük Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Qırıxlı (Sarvan) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Qırıxlı
Qırıqlı, Qırıxlı—Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Qırıqlı oyk., düz. Goranboy r-nunun Goranlı i.ə.v.-də kənd. Korçayın (Kürək çayı¬nın qolu) sahilində, düzənlikdədir. Oykonim türkdilli qırıqlı tayfasının adı ilə bağlıdır. Tədqiqatlara əsasən, qırıqlı tayfaları XIII əsrdən Yaxın Şərqdə məşhur idilər. Sonralar əfşar tayfasının tərkibində olmuşdular. Səfəvilər dövründə də qmqlılar əfşarların bir qolu kimi göstərilir. Türkiyə ərazisində Qırıqlı kəndinin olması tayfanın orada da yaşamasım göstərir. Qınqlılar XIX əsrin əvvəllərində Qazax və Borçalı mahallarında yaşamışlar.
Qırıcı
Qırıcı — hərbi təyyarədir, əsasən hava hədəflərini vurmaq üçün nəzərdə tutulub. Yüksək manevrli sürətlidir. Hava hədəflərini vurmaqla yanaşı, həm də bombardmançıları və mülki aviasiyanı müşayiət etmək, yerdəki obyektləri düşmənin aviasiyasından qorumaq və nadir hallarda yerdəki və sudakı obyektləri vurmaq üçün nəzərdə tutulub. Qırıcılar müdafiə silah növünə aid olunur. Amma müasir dövrümüzdə qırıcı təyyarələr müasirləşdikcə onların rolu konflikt zonalarında artır və bu çərçivədən çıxır. Onlar həm qırıcı, həm də bombardman təyyarələrinin xüsusiyyətlərini özlərində cəmləşdirir. Bəzi fərziyyələrə görə qırıcılar gələcəkdə pilotsuz təyyarələr ilə əvəz oluna bilər. Artıq belə təyyarələr yerdəki obyektləri vurmaqda uğurla istifadə olunur. Bu insan itkisinin sayını azalda, təyyarələri daha yüngül və ucuz edə bilər. Сəbhə qırıcısı - düşmənin aviasiyasını manevrli hava döyüşündə sıradan çıxardıb, havada üstünlüyü ələ keçirtmək üçün nəzərdə tutulub.
Qırılı
Qırılı — Azərbaycan Respublikasının Ağstafa rayonunun Qırılı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı qərarı ilə Ağstafa rayonunun Qırılı kəndi Kalininkənd qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qırılı kənd Soveti yaradılmışdır. Qırılı kəndi Ağstafa rayonunun ən qədim kəndlərindən biridir. Kənddə ilk insanlar Həsənsuçayının sol sahilində məskunlaşmışlar. Buna sübut olaraq köhnə qəbiristanlığın orada yerləşməsini göstərmək olar. Sonradan çayın sağ tərəfinə (indiki Tanrıverdilər məhəlləsinə) köçərək burada məskən salmışlar. Deyilənlərə görə bu kəndə gəlib ilk dəfə məskunlaşanlar Yuxarı Göycəli kəndindən köçüb gələnlər olub. Elə bu səbəbdən kəndin adı Qırılı (yəni Yuxarı Göycəli kəndindən qırılıb ayrılmışlar) adlandırılıb. Bir başqa deyimə görə kəndin adı Dədə Qorqud kitabında və bir neçə Oğuz türklərindən bəhs olunan əsərlərdə sözü gedən "qurulu" tayfasından götürüldüyü bildirilir. Kənd ərazisi Birinci Qarabağ müharibəsi və İkinci Qarabağ müharibəsində şəhid olmuş kənd sakinlərinin əziz xatirəsinə verilmiş küçələrdən və bir çox məhəllələrdən ibarətdir: 1.
Qırtıc
Qırtıc (lat. Poa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Çırtıqlı (Həştrud)
Çırtıqlı (fars. چرتقلو‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 593 nəfər yaşayır (113 ailə).
Dönük Qırıqlı
Dönük Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Dönük Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XVIII əsrin axırlarında Düz Qırıqlı kəndindən köçüb gəlmiş ailələr salmışlar. Oronimin ikinci komponenti (qırıqlı) oğuz tayfalarından birinin adı ilə bağlıdır. Dönük komponenti isə düz sözünun qarşılığı kimi "əks tərəf" və ya qədim türk dilinin dil vahidi olan tanuq sözünun ifadə etdiyi "dik" mənası ilə əlaqədardır. 1917-ci ildə həmin komponent Danuk variantında qeydə alınmışdır. Dönük Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd Gəncə-Qazax düzənliyində yerləşir. Nurlan Sultanov — Vətən müharibəsi şəhidi. Əhalinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq və maldarlıqdır. Əkinçilikdə suvarma əkinçiliyindən istifadə olunur. Əsasən kartof və taxıl istehsalına üstünlük verilir.
Düz Qırıqlı
Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. Oykonim düz və qırıqlı (oğuz tayfalarından biri olan qırıqların adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib. Kənd düzənlikdə salındığına görə və Dönük Qırıqlı kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. Düz Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd Gəncə-Qazax düzənliyində, Kür çayının cənub–şərqində, İpək yolunun üzərində ("Qırıq ocaq" adlandırılan yerdə) yerləşir. Qənirə Paşayeva — jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin üzvü. Qəzənfər Paşayev — Filologiya elmləri doktoru və professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi. Bədirov Nəcməddin Nurəddin oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Əliyev Asim Nuru oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Salmanov Sahil Vüqar oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Kəndin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.
Onlayn yırtıcı
Onlayn yırtıcı (ing. Online predator) — İnternet üzərindən uşaqların cinsi istismarıyla məşğul olan insan.
Qırıqlı-Muğanlı
Qırıqlı-Muğanlı — Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. Qırıqlı-Muğanlı- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. Muğanlı tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. Muğanlı kəndlərinin bir-birindən fərqləndirmək üçün "qırıqlı kəndi yaxınlığında yerləşən Muğanlı kəndi" mənasındadır.
Qırıqlı (Goranboy)
Qırıqlı — Azərbaycan Respublikasının Goranboy rayonunun Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Qırıqlı kəndi Goranlı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qırıqlı kənd Soveti yaradılmışdır. Oykonim türkdilli qırıqlı tayfasının adı ilə bağlıdır. Tədqiqatlara əsasən, qırıqlı tayfaları XII əsrdən Yaxın Şərqdə məşhur idilər. Sonralar əfşar tayfasının tərkibində olmuşdular. Səfavilər dövıündə də qırıqlılar acarların bir qolu kimi göstərilir. Türkiyə ərazisində Qırıqlı kəndinin olması tayfanın orada da yaşamasını göstərir. Qırıqlılar XIX əsrin əvvəllərində Qazax va Borçalı mahallarnda yaşamışlar. Nadir şah Əfşar (XVIII əsr) da mənşəcə həmin tayfadan olmuşdur. Kənd Korçayın (Kürək çayının qolu) sahilində, düzənlikdə yerləşir.
Qırıqlı (Göygöl)
Qırıqlı, Qırıxlı—Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Qırıqlı oyk., düz. Goranboy r-nunun Goranlı i.ə.v.-də kənd. Korçayın (Kürək çayı¬nın qolu) sahilində, düzənlikdədir. Oykonim türkdilli qırıqlı tayfasının adı ilə bağlıdır. Tədqiqatlara əsasən, qırıqlı tayfaları XIII əsrdən Yaxın Şərqdə məşhur idilər. Sonralar əfşar tayfasının tərkibində olmuşdular. Səfəvilər dövründə də qmqlılar əfşarların bir qolu kimi göstərilir. Türkiyə ərazisində Qırıqlı kəndinin olması tayfanın orada da yaşamasım göstərir. Qınqlılar XIX əsrin əvvəllərində Qazax və Borçalı mahallarında yaşamışlar.
Qırıqlı bələdiyyəsi
Qırıqlı bələdiyyəsi (Goranboy) — Goranboy rayonunda bələdiyyə. Qırıqlı bələdiyyəsi (Göygöl) — Göygöl rayonunda bələdiyyə.
Qırıxlı (Sarvan)
Qırıxlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2002-ci ilin rəsmi siyahıya alınmasına görə , Qırıxlı kəndinin əhalisi 1262 nəfər olaraq, onların 100% Azərbaycan türkləridir. Kəndin adı Oğuz türklərinin Əfşar boyunun Qırıxlı tayfasının adından gəlir. Əhali əsasən əkinçilik, qoyunçuluq , maldarlıq və tərəvəzçiliklə məşğul olur. Kənddə Həzrət Fatiməyi-Zəhra adına məscid fəaliyyət göstərir.
Qırıxlı Məscidi
Qırıxlı məscidi — Gəncə şəhərində Qırıxlı məhəlləsində yerləşən məscid. Məscid 1650-cı ildə bəzi mənbələrə görə isə XVIII əsrdə tikilib. Sovet işğalından sonra fəaliyyətini dayandırsa da hazırda məscid kimi fəaliyyət göstərir. Məscid Gəncənin Qırıxlı məhəlləsində yerləşir. Ehtimal olunur ki, XVI əsrdə Gəncə Osmanlı qoşunları tərəfindən tutulduqdan sonra Qırıxlı tayfası şəhəri tərk ediblər. XVII əsrin ortalarında isə əvvəlki yerindən köçürülümüş şəhərə qayıtmış və burada yenidən məhəllə salmışlar. 1650-ci ildə isə burada Qırıxlı məscidini inşa ediblər. XIX əsrin 80-ci illərində isə məscid Hacı Qasımın vəsaiti ilə bərpa olunur. Bəzi mənbələrə görə isə məscid XVIII əsrə aiddir. Məscidin həyətində minarə, içərisində mehrab yoxdur.
Qırıxlı məhəlləsi
Qırıxlı məhəlləsi — Gəncənin qədim məhəllələrindən biri. Ehtimal olunur ki, məhəllə Əfşar elinin Qırıxlı qoluna mənsub insanlar tərəfindən XIII əsrdən salınıb. Qırıqlı məhəlləsi, şimaldan Qızılhacılı, Qazaxlar, şərqdən İtdilər, Çıraqlı, Yuxarı Ozan, Bala Bağman, cənubdan Carrılar, Talalı, qərbdən Bayan, Daş körpü məhəllələri ilə əhatələnib. Fərrux Əhmədova görə Qırıqlı məhəlləsinin sakinləri Borçalının Qırıxlıbəyazidli, Qazaxın Qırıqlı, Şəmşəddilin Dönük Qırıqlı, Düz Qırıqlı, Kürəkbasanın Qırıxlı kəndlərindən gəlmə deyillər. Məhəllə Gəncənin digər qədim məhəllələri kimi tam mərkəzdə Şah Abbas meydanı və İçqalaya yaxın yerləşir. Məhəllə sakinlərinin əcdadları ehtimal ki, Qızılbaşların Əfşar tayfasının Qırıxlı qoluna mənsub olub, hələ XIII əsrdən Gəncədə məhəllə salıblar. XVI əsrdə Gəncə Osmanlı qoşunları tərəfindən tutulduqdan sonra isə onlar şəhəri tərk ediblər. XVII əsrin ortalarında isə əvvəlki yerindən köçürülümüş şəhərə qayıtmış və burada yenidən məhəllə salmışlar. 1650-ci ildə isə burada Qırıxlı məscidini inşa ediblər. Məhəllədə Qara Müseyib dəyirmanı, Hacı Abdı Mehti oğlunun buzxanası mövcud olub.
Qırışlı itburnu
Qırışıqmeyvəli itburnu (lat. Rosa rugosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Rusiyanın qərbində, Çində, Yaponiyada və Koreyada yayılmışdır. Hündürlüyü 0,8-6 m-dək olan, düzdayanan, qalın budaqlı, əlverişli şəraitdə sıx, keçilməz budaqlar əmələ gətirən koldur. Qoca budaqları oduncaqlaşmış, qonur və çılpaq, cavan zoğları açıq yaşıl və sıx tükcüklüdür. Yarpaq yerləşməsi növbəli, saplaqdır. Yalançı zoğları enli, saplaqla bitişmiş, ucu biz, üstü çılpaq, alt tərəfi ağ tükcüklüdür. Xırda yarpaqları yeddi, bəzən beş və ya doqquz, yumru ellipsvaridən uzunsov ellipsvariyədək, uzunluğu 2,5-3 sm, eni 1,5-2 sm, üstü qırışlı, parlaq, alt tərəfi tükcüklü, boz keçəli, kənarları dişlidir. İyun-iyulda çiçəkləyir, əlverişli şəraitdə yenidən sentyabr-oktyabrda çiçəkləyə bilər. Çiçəkləri tək və ya iki-üç, iri, diametri 6-7 sm-dən, uzunluğu 1,5-2 sm olan çiçək saplağında, vəziçiçəklərlə örtülmüş, çiçək altlıqları yumurtavari, ucu bizdir.
Yırtıcı kisəlilər
Yırtıcı kisəlilər (lat. Dasyuromorphia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi.
Yırtıcı quşlar
Yırtıcı quşlar — uçuşu zamanı şikarını ovlayan quşlar.
Yırtıcı jurnallar
Yırtıcı jurnallar — məqalələrin keyfiyyəti və etibarlılığı üçün sadəcə səthi yoxlama aparan və etibarlı akademik jurnalların təqdim etdiyi redaktə və nəşr xidmətlərini təqdim etmədən müəlliflərdən nəşr haqqının alınmasını nəzərdə tutan istismarçı akademik nəşriyyat biznes modeli. Yırtıcı jurnallarda rədd edilmə nisbəti aşağıdır, nadir hallarda isə sıfıra bərabərdir. "Açıq çıxışlı yırtıcı jurnallar" fenomeni ilk dəfə "ödəniş üçün istənilən məqaləni dərc etməyə hazır olan jurnallar"dan bəhs edən Cefri Bill tərəfindən istifadə edilmişdir. Habelə, "yırtıcı" sözü ilə də bağlı müxtəlif tənqidlər səsləndirilib. Bill tərəfindən başlanan qalmaqalın uzun icmalı "The Journal of Academic Librarianship"-də əlçatandır. Bu jurnallar tədqiqatçıları aldadaraq nəşr etdikləri üçün "yırtıcı" hesab olunurlar. Baxmayaraq ki, bəzi müəlliflər jurnalın keyfiyyətsiz və hətta saxta olduğunu bilsələr də, yenə də orada məqalə dərc edirlər. İnkişaf etməkdə olan ölkələrdən olan yeni tədqiqatçıların xüsusilə yırtıcı jurnallar tərəfindən aldadılma riski altında olduqları bildirilir. Aparılan bir araşdırmaya görə, yırtıcı jurnallarda dərc olunan məqalələrin 60%-i dərc olunduqdan sonrakı beş il ərzində heç bir istinad almır. Cefri Bell tərəfindən 2017-ci ilin yanvar ayına qədər beş il ərzində mütəmadi olaraq yenilənən "Beall's List" hesabatında jurnalları yırtıcı kimi təsnif etmək üçün meyarlar ortaya qoyulmuşdu.
Qırıcı təyyarə
Qırıcı — hərbi təyyarədir, əsasən hava hədəflərini vurmaq üçün nəzərdə tutulub. Yüksək manevrli sürətlidir. Hava hədəflərini vurmaqla yanaşı, həm də bombardmançıları və mülki aviasiyanı müşayiət etmək, yerdəki obyektləri düşmənin aviasiyasından qorumaq və nadir hallarda yerdəki və sudakı obyektləri vurmaq üçün nəzərdə tutulub. Qırıcılar müdafiə silah növünə aid olunur. Amma müasir dövrümüzdə qırıcı təyyarələr müasirləşdikcə onların rolu konflikt zonalarında artır və bu çərçivədən çıxır. Onlar həm qırıcı, həm də bombardman təyyarələrinin xüsusiyyətlərini özlərində cəmləşdirir. Bəzi fərziyyələrə görə qırıcılar gələcəkdə pilotsuz təyyarələr ilə əvəz oluna bilər. Artıq belə təyyarələr yerdəki obyektləri vurmaqda uğurla istifadə olunur. Bu insan itkisinin sayını azalda, təyyarələri daha yüngül və ucuz edə bilər. Сəbhə qırıcısı - düşmənin aviasiyasını manevrli hava döyüşündə sıradan çıxardıb, havada üstünlüyü ələ keçirtmək üçün nəzərdə tutulub.
Soğanaqlı qırtıc
Soğanaqlı qırtıc (lat. Poa bulbosa) — qırtıckimilər fəsiləsinin qırtıc cinsinə aid bitki növü. Paneion bulbosum var. viviparum (Koeler) Lunell Poa alpina Pall. ex Roem. & Schult. [Invalid] Poa attenuata var. desertorum (Trin.) Griseb. Poa briziformis Trab. Poa bulbillifera Chrtek& Hadac Poa bulbosa subsp.
Qırılı bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çoxməqsədli qırıcı
Çoxməqsədli qırıcı — müharibə zamanı fərqli məqsədlər üçün istifadə edilən döyüş təyyarələri. Bu cür qırıcılar havadan kəşfiyyat, hava sahəsinə nəzarət və radioelektron mübarizə, bombardman, yaxın hava dəstəyi kimi tapşırıqları yerinə yetirirlər.
Qılıçlı
Qılınclı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd. Oykonimin etnotoponim olması ehtimali var. Bəzi mülahizələrə əsasən, qilicli (qilınclı) keçmişdə Azərbaycanın müxtəlif zonalarında yaşamış tayfalardan biridir. Odur ki, dağın adını "qilicli tayfasına məxsus yurd yeri" kimi mənalandırıb etnotoponim olduğunu qəbul etmək olar. Buna Azərbaycanın müxtəlif rayonlarında Qiliçli adlı obyektlərin olması da əsas verir. Yaşayış məntəqəsini Laçın rayonundaki Qilişli kəndindən köçmüş ailələr salmışlar. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Qılınclı kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Qılınclı Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
Yırtıcı (film, 1987)
Yırtıcı (ing. Predator) — 20th Century Fox kinokompaniyanın distribütorlik etdiyi 1987-ci ildə istehsal olunmuş ABŞ filmidir. Baş rolda Arnold Şvartsenegger iştirak edir. Film həmin ildə Saturn mükafatına layiq görülmüş və Oskar mükafatına namizəd göstərilmişdir. Filmin çəkilişi Meksikanın Palenke şəhərinə yaxın cəngəllikdə baş tutmuşdur. Kosmik fəzada Yer kürəsinin ətrafından elmə məlum olmayan kosmik gəmi keçir. Bu kosmik gəmidən kapsul ayrılır. Həmin ayrılan kapsul Mərkəzi Amerikanın cəngəlliyinə yaxınlaşmaq üzrədir... ABŞ-yə məxsus təyyarə Cənubi Amerikada qəzaya uğrayır. Sağ qalan əsgərlər əsir düşürlər.
Dağ Qılıçlı
Dalqılınclı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dalqılınclı kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Dağ Qılıçlı Kəlbəcər rayonunda kənd. Dikyurd yaylasının ətəyindədir. Oykonimin birinci komponenti (dağ) kəndin yerləşdiyi coğrafi movqeyi bildirir, ikinci komponent isə etnotoponimdir. "Dağlıq ərazidə, dağ ətəyində olan Qılıçlı kəndi" mənasındadır.
İsmət Giritli
İsmet Giritli (17 aprel 1924, Krım, SSRİ – 3 fevral 2007, İstanbul) — türk hüquq professoru və yazıçısı idi. 1924-cü ildə Krımda anadan olub. İbtidai təhsilini burada başa vurduqdan sonra Kabataş Oğlanlar Liseyində oxudu . Sonra İstanbul Universiteti Hüquq Fakültəsinə daxil oldu və 1964-cü ildə həmin fakültənin inzibati hüquq şöbəsində professor oldu. 1961 Konstitusiyasını hazırlayan elm adamlarından olan Giritli, Barolar Birliyinin Nümayəndəsi olaraq Təsis Məclisinin üzvü seçildi. Giritli həmçinin, Türk Milli Gənclər Təşkilatının başçısı və Birləşmiş Millətlər Təşkilatındakı Türk Nümayəndəliyində məsləhətçi olmuşdur. 1964–1968-ci illər arasında ilk TRT İdarə Heyətinin üzvü və sədri olmuşdur. Dr. Giritli, 1968-ci ilin yanvarında ilk televiziya yayımını edən komandanın başında idi. İsmet Giritli 1958–1959-cu illər arasında Nyu-Yorkdakı Kolumbiya Universiteti Hüquq Fakültəsində və 1968–1969-cu illər arasında Kolumbiya Universiteti Orta Şərq İnstitutunda qonaq professor olaraq çalışmışdır.