Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qızılbaş
Qızılbaş (fars. قزلباش‎ Qezelbāš) — XV əsrin sonlarından başlayaraq Cənubi Azərbaycan, Anadolu, Ermənistan yaylası, Qafqazda çiçəklənən və Səfəvilər sülaləsinin qurulmasına töhfə verən, əsasən türkman (azərbaycanlı) şiə təmayüllü müxtəlif hərbi massivli qruplar.Qızılbaşlığın mənası haqqında müxtəlif fikirlər mövcuddur. Bir rəvayətə görə Məhəmməd peyğəmbər Uhud döyüşündə yaralanır, başından axan qanlar onun başını qızıl bir baş halına gətirir və bundan sonra Əli başında qırmızı tac ilə müharibələrdə iştirak etmişdir və qızılbaşlar bu adı burdan almışlar. Digər bir rəvayətə görə Şah İsmayıl İkinci Bəyazid dövründə öz əsgərlərini Anadoludan Suriyaya keçirəndə bu əsgərlərin də başında qırmızı təkkələr varmış və bundan sonra şiələrə qızılbaş deməyə başlamışlar.Alman alimi Brokelmana görə isə atasının ölümündən sonra Şeyx Heydər öz təriqətinə yeni bir şəkil verdi ki, bu da öz ifadəsini yeni bir baş örtüyündə tapmışdır. Bu qırmızı başlıq 12 imama işarət edən və 12 dilimli bir Heydəri baş örtüyü idi == Tarixi == Qızılbaşlar Səfəvilər dövlətində hakim mövqe tuturdular. Səfəvilər dövlətinin həm də "Qızılbaşlar dövləti" adlandırılması bununla əlaqədar idi. Qızılbaşlar əvvəlcə Şamlı, Rumlu, Ustaclı, Təkəli, Əfşar, Qacar, Zülqədər, Varsaq, Qaradağlı (Qaradağ sufiləri), sonralar isə Bayat, Qaramanlı, Baharlı, Alpaut, Ərəşli, Qazaxlı və başqa türkdilli tayfaları birləşdirirdi. Talışlar qızılbaşların tərkibində yeganə irandilli xalq idi.Qızılbaşlar tayfa ittifaqına daxil olan ellərdən bəziləri: Şamlı eli Ustaclı eli Türkman eli Təkəli eli Əvşar eli Qacar eli Zülqədər eli Qaramanlı eli Qaradağlı eli Bayat eli Rumlu eli Varsaq eli == Əfqanıstan qızılbaşları == Özbək və türkmənlərdən sonra Əfqanıstanda üçüncü ən böyük türk qrupu qızılbaşlardır. 4 yanvar 2004-cü ildə qəbul edilmiş konstitusiyanın I bölmə, IV maddəsinə əsasən qızılbaşlar etnik qrup kimi Əfqanıstan dövləti tərəfindən tanınır. XVIII əsrdə Nadir şah Əfşar tərəfindən Əfqanıstana köçürülüblər.
Qızılbaş tayfası

Şahtac Qızılbaş
Şahtac Qızılbaş — Pakistanlı qadın hüquqları müdafiəçisi idi.Şahtac Qızılbaş Qadın Fəaliyyəti Forumunun(Women's Action Forum) təsisçi üzvü idi.Şahtaj Qızılbaş Pakistanın Pəncab əyalətində olan Lahor şəhərinin nəcib Qızılbaş ailəsinə mənsub idi və Müzəffər Əli xan Qızılbaş onun əmisi idi.
Cavanşir-Qızılbaş tayfası
Cavanşir-Qızılbaş tayfası — Nadir şahın Xorasana sürgün etdiyi Cavanşir elinin qalığı. Cavanşirlər Xоrasanın Sərəxs yörəsində məskunlaşdılar. Nadir şah Cavanşir elindən bir çоx bəyləri yanına çağırıb əhəmiyyətli vəzifələrə təyin etdi. Əmir xan Yağləvəndli-Cavanşir Kəşmirin hakimi, Fəzləli bəy Sarıcalı-Cavanşir eşikağası оldu. Оnlardan başqa bir neçə Cavanşir bəyi sarayda fərraş, külahdar, gülabdar, teştdar və sairə vəzifələri tuturdular. == Əfqanıstanda == Ən yüksək vəzifəyə nail оlmuş Cavanşir əmiri Əmir xan Nadir şahın ölümündən sоnra Kəşmiri müstəqil idarə etməyə başladı. Bir sürə sоnra, 1773-cü ildə Əfqanıstanın şahı Teymur şah Dürraniylə düz dоlanmadığından savaşmağa məcbur оldu. Öncə qalib gəlsə də, sоnradan bəlluçların satqınlığı nəticəsində əsir düşdü. Cavanşir eli Əfqanıstanda, Kabil şəhəri civarında yerləşmişdi. Əfqanlar çоx zaman оnları qızılbaş adlandırırdılar.
Fateh Əli xan Qızılbaş
Fateh Əli xan Sərdar Nisar Əli xan oğlu Qızılbaş — nəvvab. == Həyatı == Fateh Əli xan Sərdar Nisar Əli xan oğlu Qızılbaş 1862-ci ildə Pəncab əyalətində anadan olmuşdu. 1897-ci ildə Pəncab ali şurasının üzvü olmuşdu. 1902-ci ildə rəsmi qonaq kimi Dehliyə dəvət edildi. O, Britaniya imperiyasının Hindistandakı şirkətlərinə pul yatırırdı. 1904-cü ildə general-qubernatorun qanunvericilik şurasının üzvü seçildi. 1911-ci ildə yenidən rəsmi qonaq kimi Dehliyə dəvət edildi. Fateh Əli xan Qızılbaş Britaniya Hindistanının iri maliyyə maqnatlarından idi. Fateh Əli xan Sərdar Nisar Əli xan oğlu Qızılbaş 1923-cü ildə vəfat edib.
Müzəffər Əli xan Qızılbaş
Müzəffər Əli xan Fateh Əli xan oğlu Qızılbaş — Pakistanın maliyyə naziri. == Həyatı == Müzəffər Əli xan Fateh Əli xan oğlu Qızılbaş 1908-ci ildə Pəncab əyalətində anadan olmuşdu. 1958-ci ildə Qərbi Pakistanın baş naziri olmuşdu. Müzəffər Əli xan 1969–1971-ci illərdə Pakistanın maliyyə naziri olub.
Bolqarıstan qızılbaşları
Bolqarıstan qızılbaşları (bolq. български къзълбаши) — Bolqarıstan ərazisində yaşayan qızılbaş icması. Onların çoxu ya könüllü olaraq, ya da XV–XVII əsrlərdə Osmanlı hakimiyyəti tərəfindən Anadoludan deportasiya olunaraq Dobrucaya yerləşiblər. Qızılbaş camaatı Ludoqoriyedə də mövcuddur.Qızılbaşların çoxusu əslində kim olduqlarını gizlədirlər, ölkədə yaşayan türk və ya bolqarlara ortodoks sünni olduqlarını və ya kimin müraciət etdiyinə görə dəyişərək bəktaşi olduqlarını iddia edirlər. 1992-ci il əhalinin siyahıya alınmasına görə Bolqarıstanda 85,773 şiə yaşayırdı. == İstinadlar == == Əlavə ədəbiyyat == AHMED, Şabanali. DALKILIÇ, MEHMET (redaktor). BULGARİSTAN’DA ALEVİLİK (Yablanovo Örneği) (PDF) (türk). İSTANBUL: İSTANBUL ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ TEMEL İSLAM BİLİMLERİ. 2012. Кулов, Георги.
Pəncab qızılbaşları
Pəncab qızılbaşları (Əli Rza Xanın ailəsi) — bir zamanlar Əfqanıstan və Pəncabda böyük nüfuza malik olan, əslən Şirvan ərazisindən olan qızılbaş əsilli ailə. Nəslin ən tanınmış nümayəndələrindən biri Əli Rza Xan Qızılbaş olmuşdur. O, Birinci ingilis-əfqan müharibəsi və hindistanda ingilislərə yardımı ilə seçilmişdir. == Nəslin tarixi == Sərdar Əli Xan Rza Əli Xanın babası olmuşdur. O, Xəzər dənizi sahilində yerləşən Şirvan elini tərk edərən bölgəyə gəlmişdir. Onun babaları uzun zamanlar Şirvanda hakim mövqedsə olmuşlar. Nadir şah Əfşar Xorasanı ələ keçirdikdən sonra, 1738-ci ildə hindistana hücuma hazırlaşır. Bu zaman Əli Xanı və bir çox qızılbaş hakimlərinin onun səfərdə olmasından istifadə edərək çaxnaşma təşkil edəcəyindən ehtiyat edərək onlarıda Hindistana aparır. Əli Xan kompaniya müddətində orduda olur. Hindistandan qayıtdıqdan sonra Nadir şah onu Qəndəhara vali təyin edir.
Qızılbaşlar
Qızılbaş (fars. قزلباش‎ Qezelbāš) — XV əsrin sonlarından başlayaraq Cənubi Azərbaycan, Anadolu, Ermənistan yaylası, Qafqazda çiçəklənən və Səfəvilər sülaləsinin qurulmasına töhfə verən, əsasən türkman (azərbaycanlı) şiə təmayüllü müxtəlif hərbi massivli qruplar.Qızılbaşlığın mənası haqqında müxtəlif fikirlər mövcuddur. Bir rəvayətə görə Məhəmməd peyğəmbər Uhud döyüşündə yaralanır, başından axan qanlar onun başını qızıl bir baş halına gətirir və bundan sonra Əli başında qırmızı tac ilə müharibələrdə iştirak etmişdir və qızılbaşlar bu adı burdan almışlar. Digər bir rəvayətə görə Şah İsmayıl İkinci Bəyazid dövründə öz əsgərlərini Anadoludan Suriyaya keçirəndə bu əsgərlərin də başında qırmızı təkkələr varmış və bundan sonra şiələrə qızılbaş deməyə başlamışlar.Alman alimi Brokelmana görə isə atasının ölümündən sonra Şeyx Heydər öz təriqətinə yeni bir şəkil verdi ki, bu da öz ifadəsini yeni bir baş örtüyündə tapmışdır. Bu qırmızı başlıq 12 imama işarət edən və 12 dilimli bir Heydəri baş örtüyü idi == Tarixi == Qızılbaşlar Səfəvilər dövlətində hakim mövqe tuturdular. Səfəvilər dövlətinin həm də "Qızılbaşlar dövləti" adlandırılması bununla əlaqədar idi. Qızılbaşlar əvvəlcə Şamlı, Rumlu, Ustaclı, Təkəli, Əfşar, Qacar, Zülqədər, Varsaq, Qaradağlı (Qaradağ sufiləri), sonralar isə Bayat, Qaramanlı, Baharlı, Alpaut, Ərəşli, Qazaxlı və başqa türkdilli tayfaları birləşdirirdi. Talışlar qızılbaşların tərkibində yeganə irandilli xalq idi.Qızılbaşlar tayfa ittifaqına daxil olan ellərdən bəziləri: Şamlı eli Ustaclı eli Türkman eli Təkəli eli Əvşar eli Qacar eli Zülqədər eli Qaramanlı eli Qaradağlı eli Bayat eli Rumlu eli Varsaq eli == Əfqanıstan qızılbaşları == Özbək və türkmənlərdən sonra Əfqanıstanda üçüncü ən böyük türk qrupu qızılbaşlardır. 4 yanvar 2004-cü ildə qəbul edilmiş konstitusiyanın I bölmə, IV maddəsinə əsasən qızılbaşlar etnik qrup kimi Əfqanıstan dövləti tərəfindən tanınır. XVIII əsrdə Nadir şah Əfşar tərəfindən Əfqanıstana köçürülüblər.
Əfqanıstan qızılbaşları
Əfqanıstan qızılbaşları (fars. افغانستان قزلباش‎) — Azərbaycan türklərinə daxil olan etnoslardan biri, Əfqanıstan əhalisinin bir etnik qrupu, ölkənin bir etnik azlıqlarından biri. Əfqanıstan qızılbaşları həmçinin əfşarlar olaraq da adlandırılırlar. «Sovet etnoqrafiyası», Böyük Rusiya ensiklopediyası və Joshua Projectə görə Əfqanıstan qızılbaşlarının əsas dili Daridir. Kabil ətrafı (şimal hissədə), paytaxtın Çandavul rayonu, Herat şəhərində yaşayan qızılbaşlar azərbaycan türkcəsinin xüsusi bir şivəsində danışırlar. Əfqanıstan mənbələrinə görə qızılbaşlar Kabil, Qəzni, Qəndəhar və digər iri şəhərlərdə cəmləşmişlər. Təhsilli etnik qrup olması səbəbindən tarixən məmur təbəqəsində önəmli yer tutmuşlar. == Struktur == Qızılbaşlar başlarına qırmızı rəngli baş geyimi taxan 7 türk qəbiləsinin (şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, zülqədər, baharlı) nümayəndələrinə deyilirdi. Əfqanıstan qızılbaşları bir necə qrupa bölünürdü: əfşarlar, cavanşirlər və muradxanlılar, həmcinin bayatlar, şahsevənlər, şamlılar, ənsarlı və şah ağası. Cavanşirlər Şuşa əsillidirlər və Əfqanıstan qızılbaşlarının əsas hissəsini təşkil edirlər.
Qızıldaş
Qızıldaş (Qaradağ) — Bakı şəhəri Qaradağ rayonunda şəhər tipli qəsəbə. Qızıldaş — Bakı şəhəri, Qaradağ rayonu ərazisində dağ; Qızıldaş — Laçın rayonu ərazisində dağ; Qızıldaş (dağ, Şuşa) — Şuşa rayonu ərazisində dağ. Hündürlüyü 1960 m.; Qızıldaş (dağ, Zəngilan) — Zəngilan rayonu ərazisində dağ. Hündürlüyü 1700 m.
Qızıldaş (Qaradağ)
Qızıl Daş — Azərbaycanın Qaradağ rayonunda qəsəbə. == Mədəniyyəti == Qəsəbə ərazisində 180 saylı orta məktəb və 8 saylı peşə məktəbi, 1 məscid, 2 aptek, 1 poliklinika, mədəniyyət evi, poçt məntəqəsi, futbol stadionu, 2 park, 2 şəhid abidəsi vardır.[mənbə göstərin] == Coğrafiyası və iqlimi == Qəsəbə dağlarla əhatə olunub. Şimalda və şərqdə Xəzər dənizi, cənubda daş karxanaları ilə əhatə olunub. Qəsəbə ərazisinin bir hissəsi Abşeron rayonu ərazisində yerləşir. == Əhalisi == Əhalisi 12.000 nəfərdir. qəsbədə 26 çoxmərtəbəli , 64 ikimərtəbəli, 907 həyət evi vardır.[mənbə göstərin] == İqtisadiyyatı == Qəsəbə ətarfında daş karxanaları yerləşir, fermer toyuq təsərrüfatları vardır. Sement zavodu inşa edilir. Zavod Qaradağ rayonu ərazisində, Səngəçal Neft Terminalından 2,6 kilometr şimalda tikilir. Norm MMC-nin sifarişi ilə tikilən zavodda istehsal gücü gündə 5,000 ton klinker, ildə 2 milyon ton sement təşkil edir. Zavodun tikintisi təxminən 400 milyon ABŞ dollarına başa gələcək.
Qızıldaş bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qızıldaş qəsəbəsi
Qızıldaş (Qaradağ) — Bakı şəhəri Qaradağ rayonunda şəhər tipli qəsəbə. Qızıldaş — Bakı şəhəri, Qaradağ rayonu ərazisində dağ; Qızıldaş — Laçın rayonu ərazisində dağ; Qızıldaş (dağ, Şuşa) — Şuşa rayonu ərazisində dağ. Hündürlüyü 1960 m.; Qızıldaş (dağ, Zəngilan) — Zəngilan rayonu ərazisində dağ. Hündürlüyü 1700 m.
Qızıldaş (dağ, Zəngilan)
Qızıldaş — Zəngilan rayonunun ərazisində dağ. Ermənistanla sərhəddədir. Hündürlüyü 1700 m. Dağın adı qızıl (“qırmızı” mənasında) və daş sözlərindən ibarətdir. Dağ buradakı qırmızıya çalan vulkan mənşali daşa (qayaya) görə belə adlandırılmışdır. Eyniadli oronim (Qızıldaş) Ermənistanın Mehri rayonunda da mövcuddur.
Qızıldaş (dağ, Şuşa)
Qızıldaş — Şuşa rayonunun ərazisində dağ. Qarabağ silsiləsinin şimal-şərq yamacında yerləşir. Hündürlüyü 1960 metrdir.
Qızıldaş-i Süfla (Xoy)
Qızıldaş-i Süfla (fars. قزلداش سفلي‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Qızıldaş-i Ülya (Xoy)
Qızıldaş-i Ülya (fars. قزلداش عليا‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Qızıldağ
Qızıldağ (Azərbaycan) — Şahbuz rayonu ərazisində dağ (hünd. 1319,1 m).
Qızıllar
Qızıllar — Ağsu rayonunun Nüydü kəndi yaxınlığında IX-XIII əsrlərə aid yaşayış yeri. Nüydü düzü adlı antik dövr abidəsinin təqribən 1 km Cənubunda iri təpənin yamacındadır. Qızıllar yaşayış yerindən Orta əsrlər üçün xarakterik olan şirli və şirsiz saxsı qab məmulatı tapılmışdır. Qablar nəbati və həndəsi naxışlarla bəzədilib.
Qızıloba
Qızıloba (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. (əvvəlki adı: Qarmiravan və ya Karmiravan) Qızıloba (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd.
Qızılqaz
Qızılqaz (lat. Phoenicopterus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılqazkimilər dəstəsinin qızılqazlar fəsiləsinə aid heyvan cinsi. == Növləri == Qızılqazlar (qırmızı flaminqolar) nadir, sayı azalmaqda olan, qışlayan və köçəri növdür. Afrikadan tutmuş, Orta Şərq, Qafqaz, Avropanın Aralıq dənizi sahillərində yayılmışlar. Xəzərdə və bütün iri daxili su hövzələrində qışlayırlar. Ən stabil qışlama yerləri – Qızılağac körfəzi, Abşeron yarımadasının Şıx sahilləri, Dəvəçi limanı, Şirvan qoruğu, Kürün deltasından cənubda, Ağgöl, Sarısu və Kür-Araz düzənliyinin digər iri gölləri. Eləcə də İranda Urmiya və Maharlı göllərində. Duzlu göllərdə və dəniz körfəzlərində məskunlaşması yüksək duzluluğu olan sularda balıqların yoxluğu şəraitində qızılqazların əsas qidası xərçəngkimilərinin geniş yayılmasıdır. Dəniz körfəzlərinin açıq dayaz sahillərində, plankton və bentosla zəngin göllərdə yaşayır. == Çoxalması == Nadir hallar istisna olmaqla Azərbaycanda yuvalamır.
Qızılquş
Qızılquş (lat. Falco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Qızılyar
Qızılyar (rus. Кизля́р, qum. Qızıl-yar / Къызыл-яр) — Dağıstanın qərbində yerləşən şəhər. Şəhər əhalisinin sayı 50 mindir. Qızılyar şəhəri Qızılyar rayonunun mərkəzidir. Çeçenistanla sərhəddə yerləşir. Şəhərdə şərabçılıq yüksək şəkildə inkişaf etmişdir.
Qızılca
AzərbaycanQızılca (Culfa) — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Qızılca (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Yeni Qızılca — Azərbaycanın Göygöl rayonunda kənd. Qızılca (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd.İranQızılca (Xoy) — Qızılca (Salmas) — Qızılca (Şəbüstər) Qızılca Ərşad (Çaroymaq) Qızılca (Miyanə) Qızılca (Bicar) ‎Qızılca (Əbhər) Qızılca (İcrud) Qızılca (Mahnişan)Digər Qızılca (xəstəlik) — kəskin yoluxucu virus xəstəliyi. Qızılca (kəpənək) — göycələr fəsiləsinə aid kəpənək cinsi. Qızılca Dövlət Təbiət Yasaqlığı — 1984-cü ilin fevralında Gədəbəy meşə təsərrüfatında yaradılmış yasaqlıq.
Adi qızılqaz
Adi qızılqaz (lat. Phoenicopterus roseus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılqazkimilər dəstəsinin qızılqazlar fəsiləsinin qızılqaz cinsinə aid heyvan növü.
Bığlı qızılquş
Bığlı qızılquş (lat. Falco biarmicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Göyərçindən iridir. Başının üstü kürəndir. “Bığları” zəifdir. Bel tərəfi qonur, qarın tərəfi isə ağımtıldır və üzərində naxışlar uzanır. Quyruğu tünd bənövşəyi rənglidir və köndələn qonur zolaqlar var. == Yayılması == Afrikada, Aralıq dənizi ətrafında, Kiçik Asiyada, İraqda və Cənubi Qafqazda yayılıb. Azərbaycanda Qobustanda və Naxçıvan MR-də Şahbuz rayonu Dərəboğaz və Qızılqışlaq qayalığında nəsil verməsi göstərilib.
Cırtdan qızılquş
Cırtdan qızılquş (lat. Microhierax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Kiçik qızılqaz
Kiçik qızılqaz (lat. Phoeniconaias minor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılqazkimilər dəstəsinin qızılqazlar fəsiləsinin qızılqaz cinsinə aid heyvan növü.
Kiçik qızılquş
Kiçik qızılquş (lat. Polihierax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Kürənbaş qızılquş
Kərkincək qızılquş
Kərkincək qızılquş (lat. Falco vespertinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == 28–30 sm ölçüdə kiçik yırtıcı quşdur. Erkək fərdlər üçün bozumtul göy rəngli bel və qarın hissə, qırmızımtıl ayaqlar, dimdik və göz ətrafı halqa xarakterikdir. Dişilərdə sinə və qarın hissə narıncı rəngdədir. Göz ətrafı halqa qaradır. == Yayılması == Şərqi Avropada, Qərbi və Mərkəzi Asiyada yuvalayır. Qışlamaq üçün Afrika ölkələrinə köç edir. Azərbaycanda olduqca azsaylı növdür.
Qonur qızılquş
Qonur qızılquş (lat. Falco berigora) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Qırmızı qızılqaz
Qırmızı qızılqaz (lat. Phoenicopterus ruber) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılqazkimilər dəstəsinin qızılqazlar fəsiləsinin qızılqaz cinsinə aid heyvan növü.
Qızılabad (Çaroymaq)
Qızılabad (fars. قزل اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 266 nəfər yaşayır (51 ailə).
Qızılsəs
Qədir Qızılsəs ya da doğum soyadıyla Məmmədov (1956, Astraxanbazar rayonu) — azərbaycanlı müğənni. == Həyatı == Qədir Qızılsəs 1956-cı ildə Cəlilabad rayonunda anadan olub. 1977-ci ildə Bakı şəhərinə köçmüşdür. 1983-cü ildə ilk Audio Kasseti çıxıb. 2002-ci ildə Azərbaycan Tələbə Gənclər Təşkilatının respublika bütün müğənnilərin ifası üzrə keçirdiyi sorğuda "Qayıt" mahnısı ilə birinci yeri tutub. "Qızıl səs" Mükafatına layiq görülüb. == Albomları == 1. Ölürəm Bir Dəli Sevgidən Ötrü — 1999 2. Gəlmədin — 2000 3. Getmə — 2001 4.