1. Heç kəs görmədən, gözə görünmədən; xəlvəti. Gizlicə görüşmək. Gizlicə danışmaq.
– Deyirlər tüstüsüz bir şair yanar; Qəlbi öz dərdini ağlar gizlicə; Bəzən gözlərində gəlib dayanar; Sevdiyi çəmənlər, dağlar gizlicə.
2. Heç kəs bilmədən, heç kəsin xəbəri olmadan; məxfi.
Uzaqdan bir kölgə [Səlim və Mehribanı] pusur, gizlicə təqib edirdi.
Bayandır xan … [quldurların] üstünə gizlicə göz qoydurmuşdu.
Mənə gizlicə baxır; Qəzəblə dolu gözlər.