Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tələmxan (Həştrud)
Tələmxan (fars. تلم خان‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 244 nəfər yaşayır (52 ailə).
Zəlimxan
Zəlimxan — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 iyun 1999-cu il tarixli, 680-IQ saylı Qərarı ilə Ağstafa rayonunun Zəlimxan kəndi Aşağı Kəsəmən kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Zəlimxan kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == == Tarixi == == Əhalisi == Əhalisi 1163 nəfərdir.
Qəzəlxan
Qəzəl – klassik Şərq şeiri növüdür. Qəzəl ərəb ədəbiyyatında yaranıb. Yazılı ədəbiyyatda klassik janrlardan biridir. Lirik növdədir. Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya, həmçinin Azərbaycan poeziyasının ən çox işlənən formasıdır. Əruz vəzninin müxtəlif bəhrlərində yazılır. Qəzəl, əsasən, 5-12 beytdən ibarət olur. Qəzəlin ilk beyti mətlə, son beyti məqtə adlanır. (iki misra "beyt" adlanır) Qəzəlin ən yaddaqalan beyti şah beyt və ya beytül qəzəl adlanır. Mətlənin hər iki misrası həmqafiyə olur.
Kələman
Kələman — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Kələman oyk. Gədəbəy r-nunun Poladlı i.ə.v.-də kənd. Kələman çayının (Zəyəm çayının qolu) dərəsində, dağlıq ərazidədir. Yerli əhali arasında Kalaman kimi tələffüz olunur. Yaşayış məntəqəsi el arasında Kalaman adlanan və "qala, istehkam yeri" mənasında izah olunan qədim yaşayış yerində salındığı üçün belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 431 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kələxan
Kələxan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Kələxan kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimiyası == "Kələxan" sözü "Qalaxan" sözündən götürülüb (Lənkəran qəzasının sosial-iqtisadi vəziyyəti. 19-cu əsrin sonları-20-ci əsrin əvvəlləri. Leyla Məcidova. Səh.98-99), mənası "Xan qalası" deməkdir. Kənd əhalisi "Qala" sözünü ləhcə ilə "Qələ" kimi səsləndirir. Bunu ərazidə mövcud olan "Kələ, Qələ, Kəl və s." sözləri ilə başlayan toponimlərdə də görmək olur (Qələvər, Kələkli, "Qala" və s.). Qala dağında dağıdılmış qalanın qalıqları var. == Əhalisi == Kələxan kəndinin əhalisi türk tayfalarıdır.
Hətəmxan Babayev
Hətəmxan Quliyev
Hətəmxan Məti oğlu Quliyev (24 mart 1990; Sumqayıt, Azərbaycan — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hətəmxan Quliyev 1990-cı il martın 24-də Sumqayıt şəhərində anadan olub. Əslən Cəbrayıl rayonundan idi. 1997-2006-cı illərdə Sumqayıt şəhərində 4 nömrəli tam orta məktəbdə, 2006-2008-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Hətəmxan Quliyev 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Hətəmxan Quliyev 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb. Azərbaycan Ordusunun kapitanı olan Hətəmxan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hətəmxan Quliyev sentyabrın 29-da Madagizin azad edilməsi zamanı şəhid olub.
Qədimxan (Bicar)
Qədimxan (fars. قديم خان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 170 nəfər yaşayır (39 ailə). Əhalisini kürdlər təşkil edir.
Səlimxan Bayramov
Səlimxan Bayramov (Bayramov Səlimxan Vüqar oğlu; 13 iyul 1998, Sumqayıt – 19 oktyabr 2020, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra, "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı və "Cəsur döyüşçü" medalı ilə təltif edilib. == Həyatı == Bayramov Səlimxan Vüqar oğlu 13 iyul 1998-ci il tarixində Sumqayıt şəhərində dünyaya göz açıb. 2005–2015-ci illərdə həmin şəhərin 3 nömrəli orta məktəbində təhsil alib. Məktəbi bitirdikdən sonra təhsilini xaricdə davam etdirmək qərarına gələn Səlimxan, 2015–2019-cu illərdə Gürcüstan Dövlət Texniki Universitetinin tələbəsi olub. == Hərbi xidməti == Təhsilini bitirib doğma Azərbaycana qayıtdıqdan sonra, vətənpərvərlik və milli dəyərlərimizə olan sevgisi ilə hərbi xidmətə yollanır. 2019-cu ilin oktyabrın 28-i Sumqayıt şəhərindən hərbi xidmətə yollanan Səlimxan, Qusarda xidmətin davam elətdirir. Əsgər yoldaşlarının tez bir zamanda sevimlisinə çevrilən Səlimxan, zabitlərin yanında da özünə məxsus hərəkətləri ilə, hamının sevgisini qazanır. 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gədən döyüşlərə yollanmış və Füzüli, Cəbrayıl, Xocavənd rayonlarında gədən döyüşlərdə çox yüksək şücaətlə iştirak etmiş, 3 nəfər döyüş yoldaşları ilə erməni təcavüzkarlarından post almış və o posta oz doğma şəhəri Sumqayıtın adın vermişdir. 19 oktyabr 2020-ci il tarixində Xocavənd rayonu uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb.
Zəlimxan (ad)
Zəlimxan — Azərbaycanlı adı. Zəlimxan Yaqub — Azərbaycanın xalq şairi Zəlimxan Məmmədli — Haqq Ədalət Partiyası Ali Məclisinin sədri Zəlimxan Əhmədov — Zəlimxan Yandarbiyev Digər Zəlimxan — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd.
Zəlimxan Məmmədli
Zəlimxan Adil oğlu Məmmədli və ya Zəlimxan Adil oğlu Məmmədov (17 iyul 1957, Kosalı, Qardabani rayonu) — Haqq Ədalət Partiyası Ali Məclisinin sabiq sədri, Borçalı İctimai Cəmiyyətinin sabiq sədri, Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sabiq sədri, Azərbaycan Sambo Federasiyasının sabiq prezidenti, Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Azərbaycan Xalq Cəbhəsinin sabiq sədr müavini. == Həyatı == Zəlimxan Məmmədli 17 iyul 1957-ci il tarixində Gürcüstan Sovet Sosialist Respublikasının Qardabani rayonunun Kosalı kəndində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1996-cı ildə isə Qərb Universitetinin Beynəlxalq siyasət və iqtisadiyyat fakültəsini bitirmişdir. 1982-ci ildən etibarən 6 saylı şəhər poliklinikasında həkim-stomatoloq olaraq çalışır. Ailəlidir, 2 qızı və 1 oğlu var. == Elmi fəaliyyəti == 1998-ci ildə ABŞ-nin Beynəlxalq Elm, Təhsil, İncəsənət və Sənaye Akademiyasının üzvü seçilmişdir. 2017-ci ildə Gürcüstanın Cumber Lejava adına Beynəlxalq Akademiyasının akademiki seçilmişdir. Zəlimxan Məmmədli "Vraç pokarivşiy Kafkaz miloserdiem" – "Qafqazı xeyirxahlıqla fəth etmiş həkim"(rus dilində), "İdman böyük diplomatiyadır", "Borçalı dastanı", "İnsan" kitablarının müəllifi, "Başkeçid qolunu saldı boynuma" kitabının həmmüəllifi, prof. Camal Mustafayevin "Fəlsəfi tarixi araşdırmalar" kitabının redaktorudur.
Zəlimxan Məmmədov

Zəlimxan Yandarbiyev
Zəlimxan Əbdülmüslüm oğlu Yandarbiyev (çeç. Яндарбин Абдулмуслиман-кIант Зелимхан Yandarbin Abdulmusliman-khant Zelimxan, rus. Зелимхан Абдулмуслимович Яндарбиев; 12 sentyabr 1952 – 13 fevral 2004, Doha) — Çeçenistan İçkeriya Respublikasının 1996-1997-ci illərdəki prezidenti, yazıçı. Yandarbiyev 2004-cü ildə Qətər Respublikasının paytaxtı Doha şəhərində sui-qəsd nəticəsində öldürülmüşdür. == Həyatı == Əvvəlcə ədəbiyyatşünas alim, şair və uşaq ədəbiyyatı yazarı Yandarbiyev Sovet İttifaqı dağılmağa başladıqda çeçen millətçi hərəkatının lideri oldu. 1989-cu ilin iyulunda Qafqaz etnik qruplarının "Rus imperializminə" qarşı birliyini təbliğ edən dünyəvi demokratik bir partiya olan Bart (Birlik) Partiyasını qurdu. 1990-cı ilin mayında müstəqil Çeçenistana bağlı olan ilk çeçen siyasi partiyası olan Vaynax Demokratik Partiyasını (VDP) qurdu və rəhbərlik etdi. VDP Çeçenistanın Rusiya Sovet Federativ Sosialist Respublikasından müstəqilliyini elan etməsindən sonra parçalanana qədər həm çeçen, həm də inquşları təmsil edirdi. 1990-cı ilin noyabrında Cövhər Dudayevin rəhbərlik etdiyi və Sovet dövründəki rəhbərliyi devirən Çeçen Xalqının Ümummilli Konqresinin sədr müavini oldu. Dudayevlə birlikdə inquş liderlər ilə Çeçen-İnquş respublikasını ikiyə bölən müqavilə imzaladı.
Zəlimxan Yaqub
Zəlimxan Yaqub (azərb. Zəlimxan Yusif oğlu Yaqubov‎; 21 yanvar 1950, Kəpənəkçi, Bolnisi rayonu – 9 yanvar 2016, Bakı) — Azərbaycanın xalq şairi (2005), ictimai xadim. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı (2000–2005) == Həyatı == Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmişdir. 1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb. 1995–2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur. İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda dərc edilib. 1983-cü ildən AYB-nın üzvü olub. 2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. 1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü olub.
Zəlimxan Yaqubov

Zəlimxan bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zəlimxan Əhmədov
Zəlimxan Əhmədov (1970, Urus-Martan – 2001, Qroznı) — 1994-2002-ci illərdə (ölümünə qədər) Çeçenistan Respublikasında birinci və ikinci müharibələrin fəal iştirakçısı. İkinci Çeçen müharibəsi illərində Qroznı camaatının əmiri. O, yüzlərlə adam öldürülməsi üçün məsuliyyət daşıyır, o cümlədən 18 2002-ci ilin aprel ayında qətlə çeçen polis. == Bioqrafiyası == Zəlimxan Əhmədov 1975-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Urus-Martan şəhərində anadan olmuşdur. Əhmədovlar nəslinin ən kiçiyi idi. Birinci Çeçenistan müharibəsi başlayandan sonra o, çeçen separatçılarına qoşulur və qardaşı Ramzanın komandanlığı altında Urus-Martan Cəbhəsinin tərkibində döyüşür. Müharibələrarası dövrdə Əhmədov qardaşları Urus-Martan şəhərini nəzarətə götürürlər. Onlar şəhərinin meri Zərqan Malsaqov ilə yanaşı, şəhər kadısını vəzifəsindən azad edirlər. İkinci Çeçen müharibəsi zamanı, qardaşının ölümündən sonra, Qroznı camaatı başçılıq edir. Burada rus qoşunları ilə mübarizə aparır..
Zəlimxan Hüseynov
Zəlimxan Teci oğlu Hüseynov (13 iyul 1981; Xasavyurt, Rusiya SFSR) — 1999–2001-ci illərdə Rusiyanı, 2008–2013-cü illərdə isə Azərbaycanı təmsil edən sərbəst güləşçi, 2009-cu il Avropa Çempionatının qalibi. == Karyerası == Zəlimxan Hüseynov 1999-cu ilin fevralında Rusiya Çempionatının qalibi olub. Həmin ilin aprelində Belarusda baş tutan Avropa Çempionatında mübarizə aparsa da, turniri 16 idmançı sırasında 15-ci pillədə başa vurdu. İyunda isə Zəlimxan Hüseynov Riqa şəhərində (Latviya) baş tutan gənclər arasında Dünya Çempionatının qızıl medalına sahib oldu. Daha sonra Zəlimxan Hüseynov 2000-ci ildə Rusiya Çempionatını gümüş medalla başa vurdu. 2001-ci ildə isə Zəlimxan Hüseynov gənclər arasında Dünya Çempionatının bürünc medalına sahib oldu. Noyabrda isə o, Dünya Çempionatlarında debüt elədi və turniri 33 idmançı sırasında 8-ci pillədə başa vurdu. Həmin illərdə Rusiya yığmasının lideri Afina Olimpiadasının qalibi Mavlet Batirov idi və Zəlimxan Hüseynov nüfuzlu beynəlxal turnirlərdə mübarizə apara bilmirdi. 2008-ci ildə Azərbaycan Güləş Federasiyası (AGF) Zəlimxan Hüseynovu Azərbaycan yığmasına dəvət elədi. Nəticədə Zəlimxan Hüseynov həmin dəvəti qəbul elədi və 2008-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə aparmağa başladı.
Qəzəlxan (film)
"Qəzəlxan" — Əliağa Vahidin həyatı və yaradıcılığından bəhs edən Azərbaycan filmi. Şahmar Ələkbərovun quruluşçu rejissor kimi kinoda son işi hesab olunur. == Məzmun == Film dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yadigarı-qəzəlxan, lirik şair Əliağa Vahidə həsr olunmuşdur. Burada vahid bir süjet xətti yoxdur. Buna baxmayaraq şairin həyatı xronoloji ardıcıllıqla izlənilir. Müəlliflər Vahidi əhatə edən adamların da adlarını dəqiq göstərmirlər. Onlar ustad şairin çətin keçən həyat yolunun ayrı-ayrı məqamlarını lentə almaqla onun ümumiləşdirilmiş bədii obrazını yaratmağa çalışmışlar. == Film haqqında == Filmdə çoxlu lirik mahnılar, muğamlar və təsniflər oxunur. Film aktyor Əhməd Əhmədovun kinoda son işidir. Filmdə Əliağa Vahidin sağlığında lentə alınmış səsi də yer almışdır.
Qəzəlxan (film, 1991)

Telimxan
Telim xan Teymur xan oğlu Türkman (1757, Mərağey[d], Mərkəzi ostanı – 1830, Savə, Mərkəzi ostanı) — el şairi. == Həyatı == Telim xan 1742-ci ildə Savə vilayətinin Mərağey kəndində anadan olmuşdur. 14-15 yaşlarında şeir yazmağa başlamışdır. Çox gözəl şeirlər yazdığı və mükəmməl aşıqlığından dolayı onun "Haqq aşığı" olduğuna inanılmışdır. Telim xan gənclik illərində əmisi qızı Mehri xanıma aşiq olmuş, onun ardınca Şiraza getmiş, orada yeddi il qalaraq yəhər-səmər işləriylə, sərraclıqla məşğul olmuşdur. O, nakam bir eşq yaşamış, çox sevdiyi Mehri xanıma qovuşa biməmışdir. Amma son nəfəsinə qədər Mehri xanımı sevmişdir. Telim xan bir şerində 60 yaşına, başqa bir şerində isə 90 yaşına çatdığına işarə etmişdir. Onun doxsan yaşında öldüyü qəbul edilsə də, şair hicri-qəməri 1245-ci ildə, yəni miladi 1829-cu ildə vəfat edib. Telim xanın oğullarından biri Qulamhüseyn bəydir.
Qışlaq (Kələxan, Lerik)
Qışlaq — Azərbaycan Respublikasının Lerik rayonunun Kələxan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lerik rayonunun Qosmalyan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qışlaq kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Qışlaq kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Dizac-i Hətəmxan (Çaypara)
Dizac-i Hətəmxan (fars. ‎‎ديزج حاتمخان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 297 nəfər yaşayır (69 ailə).
Zəlimxan dastanı (film, 2007)
Gələxana (Bostanabad)
Gələxana (fars. گله خانه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 160 nəfər yaşayır (32 ailə).
Elimxan Cəfərov
Elimxan Cəfərov Süleyman oğlu - Azərbaycan alimi, biologiya elmlər doktoru == Həyatı == 9 aprel 1955-ci ildə Ermənistan SSR Kalinino rayonunun Soyuqbulaq kəndində ziyalı ailəsində anadan olmuşdur. 1972-ci ildə orta məktəbi qızıl medal ilə, 1977-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirmişdir. O, 1981-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Bioloji Tədqiqatlar Elmi Mərkəzində elmi fəaliyyətə başlamış və həmin ildə də təcrübəçi – tədqiqatçı qismində SSRİ EA-nın Kimyəvi-fizika İnstituna (Moskva ş.) ezam edilmişdir. Ezamiyyət müddəti bitdikdən sonra E.Cəfərov həmin İnstitutun əyani aspiranturasına daxil olmuş və 1986-cı ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək namizədlik dissertasiyası müdafiə etmişdir. E.Cəfərov aspiranturanı bitirdikdən sonra öz elmi fəaliyyətini Azərbaycan SSR EA-nın Fizika İnstitunun “ Fiziki – kimyəvi biologiya” sektorunda kiçik elmi işçi kimi davam etdirmişdir. İşlədiyi sektorun Azərbaycan EA-nın Botanika İnstitunun tabeçiliyinə verilməsi ilə əlaqədar olaraq, 1988-ci ildən həmin İnstitutun "Radiobiologiya və radiokimya" şöbəsində əvvəlcə böyük, sonra isə aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarına əsasən "Radiobiologiya və radiokimya" şöbəsi yeni yaradılmış Radiasiya Problemləri İnstitutunun strukturuna daxil edilmiş və E.Cəfərov həmin tarixdən İnstitutun aparıcı elmi işçisi olmuşdur. Elmxan Cəfərov 1 mart 2003-cü il tarixindən etibarən İnstitutun "Radiobiologiya" laboratoriyasının rəhbəri vəzifəsində çalışır. == Əsas elmi fəaliyyəti == E.Cəfərovun rəhbərlik etdiyi laboratoriya kiçik dozalı radiasiyanın bioloji təsir mexanizminin araşdırılması ilə məşğul olur. Onun elmi işlərinin nəticələri bir çox nüfuzlu beynəlxalq konfranslarda dinlənilmiş və beynəlxalq jurnallarda çap edilmişdir.
Gələxar (Urmiya)
Gələxar (fars. گله خر‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 175 nəfər yaşayır (35 ailə).
Hisar Gərmxan
Hisar Gərmxan — İranın Şimali Xorasan ostanının Bocnurd şəhristanının Gərmxan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 716 nəfər və 182 ailədən ibarət idi.
Məşədi Hətəmxan ağa Yağləvəndli-Cavanşir