QƏLƏMDAN

is. [ ər. qələm və fars. …dan] Qələmqabı, qələm qoymaq üçün uzunsov qutu.
Məşədi Molla Həsən əvvəl eynəyi taxır gözünə, sonra qələmdanı açır. C.Məmmədquluzadə.
[Əhməd:] Sən elə yüz ildir gözünü bir qələmdan ilə bu kitaba dikibsən. Ə.Haqverdiyev.
Molla Fərzəli qələmi qələmdana qoydu… A.Şaiq.

Синонимы

  • QƏLƏMDAN qələmdan bax qələmqabı
QƏLƏMCİK
QƏLƏMDAŞ

Значение слова в других словарях