Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səlibçi dövlətlər
Səlibçi dövlətləri və ya xaçlı dövlətlər — Orta Şərqdə 1098-ci ildən 1291-ci ilə qədər mövcud olan dörd Roma-Katolik xristian feodal dövləti. Bu dövlətlər Birinci Səlib yürüşünün latın katolik liderləri tərəfindən fəth və siyasi hiylə vasitəsilə yaradılmışdır. Bu dörd dövlət Edessa qraflığı (1098–1150), Antioxiya knyazlığı (1098–1287), Tripoli qraflığı (1102–1289) ve Yerusəlim krallığı (1099–1291) idi. Yerusəlim krallığı indiki İsrail, Cisiordaniya, Qəzzə zolağını və ətraf bölgələri əhatə edirdi. Digər şimal dövlətləri indiki Suriyanı, Türkiyənin cənub-şərqini və Livanı əhatə edirdi. "Səlibçi dövlətləri" adı yanıltıcı ola bilər, çünki 1130-cu ildən etibarən firəng əhalinin çox az bir hissəsi səlibçi idi. Xristianlar 1098-ci ildə Suriyadan keçərək silahlı bir şəkildə Yerusəlim (Qüds) şəhərinə səyahət etdi. Səlibçi Bulonlu Boduen dövlət çevrilişi ilə Edessanın yunan pravoslav hökmdarının taxtına çıxmış və Tarantolu Boemund tutulan Antioxiya şəhərində hakim şahzadə olaraq qalmışdır. 1099-cu ildə Yerusəlim şəhəri mühasirədən sonra alınmışdır. Bundan sonra Tripolinin alınması da daxil olmaqla ərazi konsolidasiyası izlənilmişdir.
Gəlinbacı
Gəlinbacı — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, toy günlərində, eləcə də digər vaxtlarda, əsasən qızlar və gəlinlər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Qədim zamanlardan qız-gəlinlərin toylarında "Gəlinbacı" oyunu icra olunardı. Gəlin köçən gün qızlar gəlinin başına toplaşır, əllərinə dəmir sinilər alıb gəlinin dilindən mahnı oxuyub ona sataşırlar. Bu adət sonralar uşaqlar arasında oyuna çevrilmişdir. == Oyunun qaydaları == Bir dəstə uşaq (əsasən qızlar) yığışıb oyuna başlayırlar. Oyuna başlamazdan əvvəl onlar dairə şəkili alır, hamıdan yaşca böyük olan oyunçu uşaqlardan (qızlardan) birinə oyunu başlamağı tapşırır. Həmin oyunçu oyuna başlayır və oyunu növbəti oyunçu davam etdirir. Oyun bu ardıcıllıqla davam edir. Söz tapa bilməyən iştirakçı sırada dayanıb əl çalmaqla kifayətlənir.
Gəlincik
Gəlincik (lat. Mustela) — dələlər fəsiləsinə aid heyvan cinsi.
Qəribli
Qəribli — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Şahmar Qəribli — azərbaycanlı rejissor, aktyor. İslam Qəribli — f.e.d, yazıçı-ədəbiyyatşünas, Kəndlər Qəribli (Tovuz) — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Qəribli (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Təqibçi
Təqibçi (lat. Porzana) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinə aid heyvan cinsi.
Belici
Belici (kənd) — Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Belici (qəsəbə) — Dağıstan Respublikasının Dərbənd rayonunda qəsəbə. Belici (stansiya) — Dağıstan Respublikasının Dərbənd rayonunda stansiya.
Qəribi
Qəribi — XVI əsr Azərbaycan şairi, Səfəviyyə təriqətinin üzvü, I İsmayılın saray şairi. Qəribi irsi iqamətgahı olan Bozüyük mahalında Şeyx Səfiəddinin valisi Manteşə tayfasından olan Sufi Hacı Müslihəddin Əmir Xanın ailəsində doğulub. Şairin özünün dediyinə görə, atası savadlı və dindar olmaqla yanaşı, zəngin və xüsusi ictimai statusa malik idi. Qəribi mistik yola erkən girişi atasından almış, Osmanlı sultanı I Səlimin dövründə, Qəribinin on yaşı olarkən sünni üləmalarından olan atasının qızılbaşlar tərəfindən zülmə məruz qalaraq edam edilməsini ilə təlimi yarımçıq qalmışdır. Bundan sonra Qəribi Səfəvi ordeninə qoşularaq I Şah İsmayılın saray şairi olur. 1520-ci illərdə onun Osmanlı İmperatorluğunda olması onun bu torpaqlarda fəaliyyət göstərən Səfəvilərin bir qolu olduğunu göstərir. Qəribi I Şah Təhmasibə həsr etdiyi divanı və dini mübahisələrə dair Azərbaycan dilində “Hekayət-e Yohanna” (“Yunusun tarixi”; Yunus peyğəmbərin kitabı ilə qarışdırılmamalıdır) adlı risaləsi ilə tanınır. Əsərdə təriflər verilir, şahın hakimiyyəti, eləcə də onun atası I İsmayıl, onun məsihçi poeziyasını Qəribi dəfələrlə parafraz və müxəmməs şəklində təqlid edir. Əsər 1558-1576-cı illər arasında yazılmışdır. Qəribinin əsərinin ərəb ("Alzam ən-navaseb") və farsca ("Resala-ye Yohanna") başqa versiyaları da var, lakin onlar natamamdır və hər ikisinin sonu yoxdur.
Gəlincik (dəqiqləşdirmə)
Gəlincik (lat. Mustela) — dələkimilər fəsiləsinə aid heyvan cinsi. Gəlincik (oyuncaq) — insanı təsvir edən oyuncaq növü.
Gəlincik (heyvan)
Gəlincik (lat. Mustela) — dələlər fəsiləsinə aid heyvan cinsi.
Gəlincik (oyuncaq)
Gəlincik — insanı təsvir edən oyuncaq növü. == Gəlinciklərə İranda münasibət == İllər uzunu Qərb mədəniyyəti və xüsusən də kino və musiqisi populyarlığının artması İranın ruhani təsisatlarında narahatlığa səbəb olub. İranın baş prokuroru Qurban Əli Doru Nəcəfəbadi bu cür təsirə malik və son illər geniş yayılan belə oyuncaqların qarçısını almaq üçün tədbirlər görməyə çağırıb. Onun dediyinə görə, Barbi gəlincikləri, Bətmen, Spaydermen, Harry Potter kimi oyuncaqların kompüter oyunları və filmlərlə yanaşı axını mənfi sosial təsirə malikdir və bunun ağır mədəni nəticələri ola bilər. İran, deyib baş prokuror, oyuncaqlar idxalı üzrə dünyada üçüncü yerdə olsa da, bir çox oyuncaqlar ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir. Keçmişdə İran rəsmiləri Barbi və bu gəlinciyin Ken adlı oğlan dostunun populyarlığını azaltmaq üçün bir sıra cəhdlər etmişlər, hətta İran dəyərlərinə uyğun paltar geyinmiş Sara və Dara adlı gəlinciklərin istehsalına başlanmışdır.
Kiçik təqibçi
Kiçik təqibçi (lat. Porzana parva) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin təqibçi cinsinə aid heyvan növü.
Musa Qəribli
Osman qılıncı
Osman qılıncı — (digər adı Taklide-Seif və ya Qılınc Alayı), Osmanlı İmperiyasının sultanlarının taxta çıxma mərasimi zamanı istifadə edilən mühüm dövlət qılıncı. Qılınca Osmanlı İmperatorluğunun qurucusu Osman Qazinin adı verilmişdir. Tətbiqi ilk olaraq Osman Qazinin qayınatası Şeyx Edebalinin Osman Qaziyə qılınc bağışlaması ilə başladı. Bu qılıncın istifadəsi padşahın taxta çıxmasından 2 həftə içərisində edilməsi məcburi idi. Bunun üçün İstanbulda Körfəz üzərindəki Əyyub məzar külliyyəsində keçirilib. Yeni padşah Topqapı Sarayından Səltənət Qayığına minərək Körfəzdən Əyyuba gəldi. Əyyub qəbiristanlığı, Səhabə Əbu Əyyub el-ensarinin VII əsrdəki İstanbulun ilk Müsəlman mühasirəsi zamanı şəhid olması səbəbiylə Fatih Sultan Mehmet tərəfindən tikdirilmişdir. Bu mərasim çox rəmzidi: Əvvəlcə yeni padşahın qılınca əl ataraq bir döyüşçü olduğunu göstərməsi baxımından vacib idi. Konyadan bir mövləvi dərviş bu qılıncın taxılma prosesində iştirak edirdi. XIX əsrin sonlarına qədər Müsəlman olmayan nümayəndələrin Əyyub Məscidindəki mərasimi izləməsi qadağan idi.
Qaraquyruq gəlincik
Qaraquyruq gəlincik və ya Qaqum (lat. Mustela erminea) — dələkimilər fəsiləsinə, Gəlincik cinsinə aid və Azərbaycanda nəsli kəsilmək üzrə olan heyvan növü. Ölçüləri xırdadır: erkəklərin çəkisi 104 - 150 qr, dişilərinki 50 - 280 qr, bədənin uzuznluğu uyğun olaraq 20 - 40 və 17 - 27, quyruq 6.5 - 12 və 5.5 - 10.5 qulaq 1.5 - 2.4 və 1.4 - 2.3 sm-dir. Ölçülərində cinsi dimorfizm aşkar görünür. Bədəni uzunsov formalı və qısa ayaqlar üzərindədir. Xarici görünüşcə oxşar olan gəlincikdən daha iri ölçüləri, uzun quyruğu və ucunun qara olması ilə fərqlənir. Baş qısadır, girdə qulaq seyvanları vardır. Qışda xəzi sıxdır və qatı ağ rəngdədir (bəzən qarın hissəsi sarımtıl olur), yayda bəzən bədənin üst hissəsi qəhvəyi alt hissəsi ağ olur. Caynaqlar açıq rəngli və itidir. Qafqazda xırda ölçüləri və yay xəzinin kərpici-qəhvəyi rəngi ilə fərqlənən M. (M.) e.
Qismət qılıncı
Qismət qılıncı (pol. Miecz przeznaczenia) — Polşa yazıçısı Andjey Sapkovskinin fentezi janrında yazdığı və ümumi personaj – cadugər Riviyalı Geraldın iştirakı ilə birləşdirilən hekayələr toplusudur. Həm xronologiya, həm də yazılma vaxtına görə “Qismət qılıncı” Cadugər seriyasından olan ikinci əsərdir. Bu kitabda Geralt ilk dəfə Siri ilə qarşılaşır və qismətini tapır. Kitab ilk dəfə polyak dilində 1992-ci ildə nəşr edilmişdir. İngilis dilində ilk nəşr 2015-ci ilə aiddir. Antologiyaya daxil olan aşağıdakı hekayələr xronoloji olaraq bir-biri ilə az əlaqəlidir: Mümkün olanın sərhəddi (pol. Granica możliwości) Buz qəlpəsi (pol. Okruch lodu) Əbədi alov (pol. Wieczny ogień) Bir qədər qurban (pol.
Qılıccı (Miyanə)
Qılıccı (fars. قليج چي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 101 nəfər yaşayır (19 ailə).
Qəribli (Ağdaş)
Qəribli — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Qəribli kəndi Aşağı Nemətabad kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qəribli kənd inzibati ərazi vahidi yaradılmışdır.
Qəribli (Tovuz)
Qəribli — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. Yerli məlumata görə, kəndi vaxtilə Qərib adlı şəxs saldığına görə belə adlanmışdır. Əslində, bu tipli oykonimlər başqa yerdən gəlmiş, köçmüş ailələrin məskunlaşması ilə bağlıdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Zəyəmçayın sahilində, Haçaqaya dağının ətəyində yerləşir. Kənddə Qəribli kənd kitabxana filialı, Qəribli kənd klubu fəaliyyət göstərir. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənd ərazisində Haçaqaya ziyarətgahı yerləşir Kənddə Qəribli kənd həkim məntəqəsi yerləşir.
Qəribli bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aysel Qəribli
Aysel Nizami qızı Qəribli — Azərbaycanlı alim, ən gənc Filologiya üzrə elmlər doktoru (33 yaş), dossent, Türkologiya jurnalının məsul katibi. Azərbaycanda elmlər doktoru elmi dərəcəsini almaq üçün müdafiə edən ən gənc alim. == Həyatı == Aysel Nizami qızı Qəribli 6 mart 1990-cı ildə Qazax şəhərində anadan olub. 2007–2012-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr pilləsində təhsil alıb. 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsində elmi fəaliyyətinə başlayıb, 2013-cü ildə Tətbiqi dilçilik şöbəsinə keçib. 2012–2014-cü illərdə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsində magistr pilləsini oxuyub. 2013-cü ildə "Azərbaycan dili qloballaşan dünyada" adlı kitabı dərc olunub. 2014–2022-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsində çalışıb. 2015-cil ildə "Azərbaycan təriqət şeirinin leksikası" adlı kitabı nəşr edilib. 2017-ci ildə "XIX əsr təriqət şeirinin lüğət tərkibi" mövzusunda dissertasiya işini müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi adını alıb.
İkirəng təqibçi
İkirəng təqibçi (lat. Porzana bicolor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin təqibçi cinsinə aid heyvan növü. Qaraquyruq çivdimdik Butan, Çin, Hindistan, Laos, Myanma, Tailand və Vyetnamda rast gəlinir. Onlar rütubətli tropik və ya subtropik dağ meşələrində təbii şəkildə yaşayırlar.
İsmayıl Qəribli
İsmayıl Cavanşir oğlu Qəribli (10 yanvar 1984, Axaməd, İliç rayonu) — Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VI çağırış deputatı. İsmayıl Qəribli 10 yanvar 1984-cü ildə Şərur rayonunun Axaməd kəndində anadan olmuşdur. 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini Hüquqşünaslıq ixtisası üzrə bitirmişdir. 2009-cu ildə Naxçıvan Dövlət Universitetinin Magistratura fakültəsini Dövlət hüququ ixtisaslaşması üzrə bitirmişdir. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların ixtisasının artırılması fakültəsini Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir. 2005–2006-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2007-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində sədrin köməkçisi vəzifəsində işləmişdir.2007–2009-cu illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarla iş şöbəsində məsləhətçi, 2009–2015-ci illərdə Ali Məclis Aparatının Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi və böyük məsləhətçi vəzifələrində işləmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 oktyabr 2015-ci il tarixli 325–04/S nömrəli sərəncamı ilə İsmayıl Cavanşir oğlu Qəribli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri vəzifəsinə təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 dekabr 2020-ci il tarixli 49-VI FR nömrəli fərmanı ilə İsmayıl Qəribli Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsinə təyin edilmişdir. 2009-cu ildən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin "Hüquq fənləri" kafedrasında müəllim, 2022-ci ildən baş müəllim işləyir.
Pandora (gəlincik)
Pandora (kukla) — yunan mifologiyasında qəhrəman qadın olan Pandoranın (yunancadan-hamıya bəxş edilmiş deməkdir) şərəfinə adlanıb və geyim modellərinin nümayişi üçün yaradılmışdır. 1640-cı illərdə Fransada modanın geniş yayılması ilə əlaqədar mumdan hazırlanan gözəl bir kukla ixtira etdilər. Bu kukla insan boyu ölçüsündə idi və yunan mifilogiyasının qadın qəhrəmanı olan Pandoranın şərəfinə adlanmışdı. Bu moda jurnallarının olmadığı və modanın düşünülmüş şəkildə yayılması üçün ilk cəhdlərdən biri olmuşdur. Düzdür həmin dövrdə “Zərif Merkuri (mifologiya)” adlı bir moda jurnalı olsa da, amma o, çox az tirajda nəşr olunurdu. Moda jurnalları ancaq XVI Lüdoviqin hakimiyyət illərinin sonlarında, daha doğrusu Böyük Fransa inqilabı zamanı tez satılmağa başlamışdı. Kuklanın özünün bütöv bir qarderobu, parfumeriya və aksessuarlar olan sandıqcaları vardı. Pandoralar 1860-cı illərə qədər mövcud olmuş və bundan sonra onları müasir manekenlər əvəz etmiş, moda jurnalları isə adi vətəndaşlar üçün də ələ keçilən olmuşdur. Pandora gəmilərdə, arabalarda, qayıqlarda bütüb avropa ölkələrini gəzmişdir. Buna görə, iki cür Pandora kuklası var idi: Böyük Pandora rəsmi geyindirilmiş və həmin dövrdə modada hakimlik edən; Balaca Pandora isə səhərlər geyinilən ev geyimini nümayiş etdirirdi.
Təqibçi (film)
Təqibçi (ing. It Follows) — Devid Robert Mitçellin yazıb rejissorluq etdiyi 2014-cü il qorxu filmi. Filmin baş rolunda Mayka Monro çəkilib, o maşında cinsi əlaqəyə girdikdən sonra naməlum varlıq tərəfindən təqib edilən qızı canlandırıb. Təqibçi — Internet Movie Database saytında.
Gəlirli (Qars)
Gəlirli — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 311 nəfərdir (2022).