Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mustafa Qafalı
Mustafa Qafalı (1 yanvar 1934, Konya – 28 avqust 2019, Ankara) — türkiyəli tarixçi alim, professor və türk millətçiliyinin tanınmış şəxslərindən biri. == Həyatı == Mustafa Qafalı 1934-cü ildə Konyada anadan olmuşdur. Hüseyn Nihal Atsızın tələbələrindən olan Mustafa Qafalı Türkiyədə türk millətçiliyinin tanınmış simalarından olmuşdur. Həmçinin, Türkiyə tarixşünaslığının Orta Asiya və türk-monqol tarixi üzrə ən məşhur tarixçilərindən olmuşdur.2019-cu ilin avqust ayının 29-da vəfat etmiş, 30 avqustda isə Ankarada dəfn edilmişdir. Ölümündən sonra Maral Akşənər, Ümid Özdağ, Mansur Yavaş və s. kimi tanınmış millətçi siyasi xadimlər tərəfindən başsağlığı verilmişdir. === Təhsili === Ali təhsilini Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinin Tarix bölümündə bitirmişdir. 1965-ci ildə doktorantura təhsilini tamamlamışdır. == Elmi fəaliyyəti == 1960-cı ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Ümumi Türk Tarixi bölməsində asistant olaraq çalışmağa başlamışdır. "Ötəmiş Hacıya görə Cuci ulusunun tarixi" adlı doktorluq mövzusunu 1965-ci ildə müdafiə etmişdir.
Qafarlı
Qafarlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Qaralı
Yaşayış məntəqələri AzərbaycandaQaralı (Sabirabad) — Sabirabad rayonunda kənd.Oxşar toponimlərBirinci Qaralı — Neftçala rayonunda kənd. İkinci Qaralı — Neftçala rayonunda kənd.İrandaQaralı (Bukan) — Qaralı (Meşkinşəhr) — == Həmçinin bax == Qaralılar — Beyləqan rayonunda kənd.
Qayalı
KəndlərQayalı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Qayalı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qayalı (Şörəyel) — Ermənistan Respublikasının Şörəyel mahalında kənd. Qayalı (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonun ərazisində kənd.BələdiyyələrQayalı bələdiyyəsi —DigərQayalı (Kəkildağ) düşərgəsi Qayalı dağlar — Şimali Amerika Kordilyer dağlarının şimalında dağ sistemi.
Birinci Qaralı
Birinci Qaralı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kəndin adı əvvəllər Qaralı olmuşdur. Sonralar İkinci Qaralı kəndi yarandıqdan sonra Birinci Qaralı adlandırılmışdır (1917). Etnotoponimdir. == Coğrafiyası və iqlimi == Kənd Salyan düzündə yerləşir. == Din == Kənddə "İmam Əli" məscidi dini icması fəaliyyət göstərir.
Elçin Qafarlı
Elçin Hacıağa oğlu Qafarlı (d. 5 oktyabr 1961, Bakı, Azərbaycan SSR, SSRİ) — əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındaki daimi nümayəndəsi (2008-ci ildən).
Qafarlı (Qəmərli)
Qafarlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == İrəvan quberniyası İrəvan qəzasındakı Oğurbəyli kənd icması tərkibində, Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, azərbaycanlılar yaşamış kənd. Gərni çayından axan arxın yanında yerləşirdi. 1918-ci ildə kəndin əhalisi qovulduqdan sonra kənd dağılmışdır. == Toponimi == Toponim türk mənşəli qazaxların çobankərə tayfasından olan qafarlı etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Qazaxların Qafarlı tayfası məskunlaşması nəticəsində yaranmışdır. Tayfanın adı isə mənşəcə xəzərlərin erkən orta əsrlərdə Kabar tayfasının adının danışıqda fonetik dəyişikliyə uğramış formasıdır. == Əhalisi == Kəndd 1831-ci ildə 652 nəfər, 1873-cü ildə 515 nəfər, 1886-cı ildə 435 nəfər, 1897-ci ildə 105 nəfər, 1908-ci ildə 540 nəfər, 1914-cü ildə 594 nəfər, 1916-cı ildə 273 nəfər azərbaycanlı yaşamışdır.
Qafarlı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qalalı (Kəleybər)
Qalalı (fars. قلعه لو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 38 nəfər yaşayır (8 ailə).
Qayalı (Bərdə)
Qayalı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Qayalı (Qubadlı)
Qayalı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qayalı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 31 avqust 1993 - ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020 - ci ildə Azərbaycan və Ermənistan dövlətləri arasında bağlanmış atəşkəs müqaviləsinə əsasən Azərbaycana geri verilmişdir. Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2 Qayalı kəndinin qədim adı Qarıkahası olub. XIX əsrdə Zəngəzurun Sisyan rayonunda mövcud olmuş Qayalı kəndindən zəirxanlı, alıxlı, eyvazlı və xələfli nəsilləri köçüb burada məskunlaşdıqdan sonra kənd Qarıkahalı Qayalı adlanmışdır. Bir müddət keçəndən sonra kəndin adındakı Qarıkahalı komponenti ixtisara düşmüşdür. Azərbaycanda "qaya" termini ilə bağlı çoxlu oronimlər mövcuddur. "Qaya" sözü "sıra dağlardan ayrılmış qol", "dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer" mənasındadır. Qayalı toponimi "qaya" və "-lı" komponentlərindən ibarətdir.
Qayalı (Şörəyel)
Qayalı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. == Tarixi == Toponim qaya sözünə -lı şəkilçisinin qoşulması ilə əmələ gəlib «daşlı, qayalı yerdə olan kənd» mənasını ifadə edir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 3.ll.1950-ci il fərmanı ilə dəyişdirilib Noraber qoyulmuşdur.
Qayalı Dağlar
Qayalı dağlar — Şimali Amerika Kordilyer dağlarının şimalında dağ sistemi. Sakit okean və Atlantik okeanı arasında suayırıcı. Kanada və ABŞ ərazisindədir. Uzunluğu təqribən 3200 km, eni 700 km-ə, hündürlüyü 4399 m-ə qədərdir (Elbert dağı). Əsasən, arxeozoyun kristallik süxurlarından, şimal hissədə isə paleozoyun çökmə süxurlarından ibarətdir. Qeyzerlər və termal bulaqlar var. Zəlzələlər olur. Qayalı Dağların ətəklərində iynəyarpaqlı meşələr, yuxarılarda subalp və alp çəmənləri, mərkəzi və cənub hissədə çöl bitkiləri yayılmışdır. Qayalı dağlarda zəngin kömür, mis, molibden, qızıl, gümüş, neft yataqları, milli parklar (qoruqlar) - Casper, Robson, Banf (Kanadada) və Yellouston (ABŞ-də) var.
Qayalı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qağalı (Xudafərin)
Qağalı (fars. قاقالو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (25 ailə).
Qapalı sistemlər
Qapalı sistemdə qarşılıqlı münasibətin və ya informasiya alış verişinin olmaması və ya buna səd çıkilməsi əsasdır. Şirkətlərdəki əməliyyatlardan əyani misal çəksək, AR-GE(Tədqiqat və təkmilləşdirmə) bölümü, müəyyən ölçüdə satınalma və finans bölümlərində informasiya çıxışının önlənməsi üçün qapalı bir sistem mexanizmi mənimsənir.
Qapalı çarşı
Qapalı çarşı — İstanbul şəhərində yerləşən dünyanın ən köhnə və böyük qapalı bazarı. == Ümumi məlumat == Qapalı çarşıda 64 Prospekt və Küçə, 16 Xan vardır. 22 ədəd qapısı vardır. 45.000 m² bağlı sahə üzərində qurulmuşdur, 3600 dükanı vardır. 97 ədəd məmulat satılmaqdadır. 1 ədəd İnternet portalı vardır.(www.kapalicarsi.org.tr) Sağlamlıq Mərkəzi vardır. Polis bölməsi vardır. Bütün Bank Şöbələri vardır. Poçtu vardır. Özünə aid Xüsusi Təhlükəsizlik Təşkilatı vardır.
Qapalı şəhər
Qapalı şəhər, səyahət və ya yaşayış məhdudiyyətlərinin tətbiq olunduğu, ziyarət və ya qalmaq üçün xüsusi bir icazə tələb olunduğu yaşayış məntəqəsidir. Bu cür yaşayış məntəqələri ənənəvi hərbi bazadan daha çox yer və ya azadlıq tələb edən həssas hərbi obyektlər və ya gizli tədqiqat institutları ola bilər. Qapalı şəhərlərdə əsasən, bu müəssisələrdə işləyən işçilər yaşayırlar. Qapalı şəhərlər ağır dərəcədə hərbiləşdirilmiş ölkələrin və ya gizli rejimlərin bir xüsusiyyətidir və hal-hazırda Sovet İttifaqının varisi olan ölkələrin bəzilərində mövcuddur. Bu gün Rusiyadakı bu cür yerlərə rəsmi olaraq “qapalı inzibati zona formasiyaları” deyilir (закрытые административно-территориальные образования zakrıtıye administrativno-territorialniye obrazovaniya və ya qısaca ЗАТО ZATO).
Qaralı (Bukan)
Qaralı (fars. قرالي‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 192 nəfər yaşayır (35 ailə).
Qaralı (Meşkinşəhr)
Qaralı (fars. قره لو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 228 nəfər yaşayır (47 ailə).
Qaralı (Sabirabad)
Qaralı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Qaralı oyk., sadə. Sabirabad r-nunun Surra i.ə.v.-də kənd. Kürün sahilində, Şirvan düzündədir. Ehtimal olunur ki, yaşayış məntəqəsini Qəzvin mahalından köçüb gələnlər salmışlar. Kənd XIX əsrdə Birinci Qaralı Qəzvinli adlanırdı. Xalq arasında Qaralu kimi də işlənir. Oykonim “Qaralı nəslinə mənsub yaşayış yeri” mənasındadır.
Ramazan Qafarlı
Ramazan Oruc oğlu Qafarlı — folklorşünas, alim, filologiya üzrə elmlər doktoru, professor. == Həyatı == Ramazan Qafarlı 1951-ci ilin iyun ayının 17-də Şəki şəhərində sənətkar ailəsində anadan olub. Atası Oruc kişi dabbaq idi. O, bu qədim peşəni övladlarına ötürməklə davam etdirmək niyyətində idi. Lakin sovet rejiminin sərt və qeyri-insani qanunları ona mane oldu. Fəaliyyətini xüsusi mülkiyətçilik hesab edib xalq sənətkarını bir neçə dəfə həbs etdilər. Oruc kişi peşəsini yaşada bilmədi. Müharibədə yaralanandan sonra uzun müddət xəstə yatdı və 1956-cı ildə vəfat etdi. Böyük külfəti dolandırmaq həyat yoldaşı Zərifə Məhəmməd qızının üzərinə düşdü. Ramazan Qafarlı beşinci sinfə qədər Şəki şəherində yerləşən 7 saylı orta məktəbdə oxumuşdur.
İkinci Qaralı
İkinci Qaralı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsi rayonun ərazisində məskunlaşmış qaralı tayfasının saldığı kəndlərdən biridir. == Coğrafiyası və iqlimi == Kənd Cənub-Şərqi Şirvan düzündədir.
Əlihüseyn Qafarlı
Əlihüseyn Əbdülrəhim oğlu Qafarlı (15 mart 1911, Bakı – 5 oktyabr 1961, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1960). == Həyatı == Əlihüseyn Əbdülrəhim oğlu Qafarlı 15 mart 1911-ci ildə Bakıda dənizçi ailəsində anadan olub. Yeddiillik təhsil alıb. On altı yaşında Bakı Dənizçilər Evinin nəzdindəki dram dərnəyinə üzv olub. 1929-cu ilin payız teatr mövsümündə Bakı Türk İşçi Teatrının truppasına aktyor götürülüb. Yeni forma və üslub, məzmun və ifadə vasitələri sorağı ilə eksperimentlər aparan, həm uğur qazanan, həm müvəffəqiyyətsizliyin acısını dadan teatr bütün təzadlara baxmayaraq formalaşmaya doğru inamla addımlayırdı. Teatrın repertuar simasını müəyyənləşdirən tamaşalarda Əlihüseyn Qafarlı da oynayırdı. Bu kollektiv 1933-cü ildə Gəncə şəhərinə köçürülüb. Əlihüseyn Qafarlı on ilə yaxın Gəncə Dövlət Dram Teatrında çalışıb. 1942-ci ildən ömrünün sonuna qədər (az fasilə ilə) Azərbaycan Dövlət Musiqili Komediya Teatrında və kollektivin ansambl kimi fəaliyyət göstərdiyi truppada aktyor işləyib.
Qayalı düşərgəsi
Qayalı (Kəkildağ) düşərgəsi — Azərbaycanda mustye mədəniyyəti dövrünə aid abidə. == Alətlərin xüsusiyyətləri == Qayalı (Kəkildağ) düşərgəsi Kəkildağın 2 km cənubunda sıldırım qayalığın üstünə yaxın yerdə salınmışdır. Qayalının inkişaf etmiş kompleksində daş məmulatının yan və üst tilləri iti, patinası isə zəifdir. Nüvələrin qalınlığı və ölçüləri kiçilir. Qoparmaların izləri, hazırlıqların özləri yastı və düzgün biçimlidir. Hazırlıq növlərinin alınmasında, ikinci işləmədə və tipologiyada müəyyən fərqlər gözə dəyir. Belə ki, materialın ölçüsü qısalır, en kəsiyi nazilir və vurma səthi kiçilir. Bir neçə qədim ikinci işləmə (iri dişli dişək) və bir sıra bəsit alətlər (çoppinq, iri dişli alətlər, massiv kəsərlər, klekton tipli dik gəzlər) aradan çıxır. == Alətlərin tipləri == Nüvələr aşağıdakı növlərə bölünür: şarşəkilli – 5, disk formalı – 8, bir vurma səthli aşel nüvəsi – 4, çaydaşından nüvə — 2, uzunsov oval – 3, düzbucaqlı uzunsov – 7, düzbucaqlı iki üzdən də qabarıq düzbucaqlı bir, iki və üç vurma səthli – 14, üçbucaqlı – 3, prizmaşəkilli – 4 və piramida formalı alət tərkibi bir neçə qrupa bölünür. Qaşovlar: bir yanı qabarıq belli – 7, sadə qabarıq ağızlı – 5, küplü — 2, xırda dişli qaşov – 5, eninə ağızlı – 3, iki ağızlı qabarıq – 4, alt üzdən dişəkli – 2 ədəddir.
Gavalı
Gavalı (lat. Prunus) — gülçiçəyikimilər fəsiləsinin prunoideae yarımfəsiləsinə aid bitki cinsi. Dəfnəgilənar (lat. Laurocerasus Duham.) Dərman dəfnəgilənarı və ya Aptek dəfnəgilənarı (lat. Laurocerasus officinalis M. Roem.)Şaftalı lat. Persica Adi şaftalı (P. vulgaris) Qansun şaftalısı (P. kansuensis) Davud şaftalısı (P. dawidiana) Potanin şaftalısı (P. potanini) Qəribə şaftalısı (P. mira). === Quru qara gavalı === Quru qara gavalının bağırsaqları işlədici təsiri məlumdur. Tərkibində olan zəngin kalium və maqneziuma görə, ateroskleroz, hipertoniya, böyrək, qaraciyər, və revmatizm xəstəliyi olanlara məsləhətdir. Güclü antioksidant xüsusiyyətlərə malikdir. Sümükləri möhkəmləndirir.
Adi gavalı
Adi gavalı (lat. Prunus domestica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Botaniki təsviri == Gavalını tərkibində müxtəlif orqanik turşular, karbohidratlar, 9-16% şikər, pektin (2% qədər), mineral maddələr, C,B vitamini, karotin, azot birləşmələri və rəngləyici maddələr vardır. B vitaminlərinin, eləcə də C və PP vitaminlərinin bolluğu ilə məşhurdur. == Təbabətdə == Orta əsr müəllifləri gavalının müalicəvi xüsusiyyətlərindən misallar gətirirlər. Məhəmməd Mömin yazır ki, gavalı qızdırmada, şiddətli titrəmə və baş ağrısında xeyirlidir. 460 q gavalını 0,7 suda qaynadaraq yaxşı işlətmə dərmanı əldə edirlər. Gavalı qurdqovucu təsirə malikdir. Ağızı yaxalamaq üçün yemiş həlimi, gavalının yarpaq və kökündən hazırlanan dərman angina və badamcıq şişi zamanı xeyirlidir və damağı möhkəmlədir. Gavalını yaxşı həzm etmək üçün, onu qızılgül ləçəklərindən bişirilmiş mürəbbə ilə yemək lazımdır.
Badamı gavalı
Cır gavalı
Cır gavalı (lat. Prunus divaricata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Qafqazda, Orta Asiyada, Türkmənistanda, Pamir Alatauda yayılmışdır. Qərbi Hindistan, İran və digər ölkələrdə çox qədimdən becərilir. == Botaniki təsviri == Hündürlüyü 10-15 m-ə qədər olan ağac, az-az hallarda isə koldur. Enli şarformalı çətirli, budaqları tikanlı, nazik, düzyönələn və ya sallaqdır. Cavan zoğların qabığı qırmızı-qonur, çoxillik budaqların qabığı tünd bozdur. Yarpaqları müxtəlif formalı-oval və ya oval-yumurtaşəkilli, oval-neştərvari, çılpaq və ya bir az tüklüdür. Tez çiçəkləyir, çiçəkləri yarpaqlardan tez açılır, çiçəkləri ağdır. Meyvələri müxtəlif formalı-yumru, yumurtaşəkilli, uzunsov-yumurtaşəkilli, müxtəlif rəngli – sarı, açıq qırmızı və ya çəhrayı, tünd qırmızıdır, tüklü deyil.
Gavalı meyvəyeyəni
Gavalı meyvəyeyəni (lat. Laspeyresiya funebrana Tr.) — Buğumayaqlılar tipinin Pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Kəpənəyin qanadları açılmış halda 12-17 mm uzunluqdadır. Bədəni üst tərəfdən boz rəngdə, alt tərəfdən tutqundur. Ön qanadları üzərində köndələninə, dalğavari xətt uzunır. Qanadının zirvələri başqa hissələrinə nisbətən açıq rəngdədir. Həmin yerdə bir neçə qara xətt var. Yumurtası girdə və ağ rəngdə olub, böyüklüyü 1 mm-ə yaxındır. Tırtıl axırıncı yaşda 12-15 mm uzunluqdadır. İlk yaşlarda ağımtıl, sonrakı yaşlarda isə çəhrayı rəngdə olur.
Gavalı mənənəsi
Gavalı mənənəsi (lat. Hyalopterus pruni Geoffr.) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Gavalı mənənəsinin qanadsız yetkin formaları solğun yaşıl rəngdədir və bədəni üzərində uzununa doğru üç tutqun yaşıl zolaq var. Onun baş hissəsi uzunsov formada olub, üzəri ağ mum təbəqəsi ilə örtülmüşdür. Döşdə və qarıncıqda iki cərgədə ağ nöqtələr düzülmüşdür. Bədənin uzunluğu 2,5-3 mm-dir. Qanadlı fərdlərində baş və döş qaradır, mumabənzər boz təbəqə ilə örtülüdür. Qarıncığı yaşıldır. Sürfəsi yetkin fərdlərdən kiçikdir və xarici görünüşlərinə görə onlara bənzəyir. Yumurtası kiçik, qara rəngdə və uzunsov olur.
Gavalı povidlosu
Gavalı povidlosu - gavalı püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. Gavalı povidlosu insan orqanizmi üçün çox xeyirlidir, çünki gavalının tərkibində çoxlu pektin maddəsi tapılmışdır ki, insanda baş verən ateroskleroz xəstəliyinin müalicəsində istifadə edilir, orqanizmi zəhərli maddələrdən, ağır metallardan, radionuklidlərdən təmizləyir. Bundan başqa gavalının tərkibində insan sağlamlığı üçün çox mühüm əhəmiyyət kəsb edən kalium, kalsium, fosfor, maqnezium, manqan və s. makro və mikroelementlər, B qrupu vitaminləri, askorbin turşusu, karotinoid və s. vardır. == Həmçinin bax == Povidlo == Xarici keçid == Gavalı povidlosu Рецепт: Повидло из сливы - все рецепты России - allrecipes.ru Arxivləşdirilib 2017-11-09 at the Wayback Machine == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Gavalı sukatı
Gavalı sukatı - Gavalı dilimlərindən hazırlanmış quru mürəbbə == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Gavalı turşusu
== Hazırlanma qaydası 1 == 1 balon gavalı turşusunun hazırlanma qaydası: == Tərkibi == 2 kq gavalı 2x.q.duz 2x.q. üzüm sirkəsi 1ç.q. tünd sirkə (esensiya) 3 diş sarımsaq 1/2 ç.q. nanə qurusu 3 yarpaq dəfnə yarpağı 1 orta böyüklükdə acı bibər 5-6 ədəd qara istiot == Hazırlanma qaydası == Sterilləşdirilmiş 3 litrlik balona sarımsaq, nanə qurusu, acı bibər, qara istiot və dəfnə yarpağı yığılır.Üzərinə yuyulmuş və çəngəllə deşilmiş gavalılar yığılır. Duz, esensiya və üzüm sirkəsi əlavə edilir və qaynar su tökülür. Ağzı ehmalca bağlanılır və soyumasını gözləyirik. Soyumuş məhlul ehmalca boşaldılır və yenidən qaynadılır. Gavalılar təkrar balona tökülərək germetik yolla qapaqla bağlanılır. Bağlanmış balon ağzı üstə çevrilir və soyuyana qədər saxlanılır. == Hazırlanma qaydası 2 == == Tərkibi == Gavalı Dəfnə yarpağı Sarımsaq Ətirli istiot Duz Esensiya (70% sirkə) == Hazırlanma qaydası == Gavalını yuyub çəngəllə deşin, sarımsağı təmizləyin dilimlərə, istiotu və dəfnə yarpağını yuyun.
Gavalı yastıcası