QAFALI
QAFİL
OBASTAN VİKİ
Mustafa Qafalı
Mustafa Qafalı (1 yanvar 1934, Konya – 28 avqust 2019, Ankara) — türkiyəli tarixçi alim, professor və türk millətçiliyinin tanınmış şəxslərindən biri. == Həyatı == Mustafa Qafalı 1934-cü ildə Konyada anadan olmuşdur. Hüseyn Nihal Atsızın tələbələrindən olan Mustafa Qafalı Türkiyədə türk millətçiliyinin tanınmış simalarından olmuşdur. Həmçinin, Türkiyə tarixşünaslığının Orta Asiya və türk-monqol tarixi üzrə ən məşhur tarixçilərindən olmuşdur.2019-cu ilin avqust ayının 29-da vəfat etmiş, 30 avqustda isə Ankarada dəfn edilmişdir. Ölümündən sonra Maral Akşənər, Ümid Özdağ, Mansur Yavaş və s. kimi tanınmış millətçi siyasi xadimlər tərəfindən başsağlığı verilmişdir. === Təhsili === Ali təhsilini Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinin Tarix bölümündə bitirmişdir. 1965-ci ildə doktorantura təhsilini tamamlamışdır. == Elmi fəaliyyəti == 1960-cı ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Ümumi Türk Tarixi bölməsində asistant olaraq çalışmağa başlamışdır. "Ötəmiş Hacıya görə Cuci ulusunun tarixi" adlı doktorluq mövzusunu 1965-ci ildə müdafiə etmişdir.

Значение слова в других словарях

заметка малоподе́ржанный сбра́живание смоляно́й ада́птер брать за́ сердце вы́везти день за́ день инти́мность помина́льщик посечённый разногла́зый самни́ты хомя́к свене фигля barogram Goto Archipelago prayer rug punky tower block undiscovered загар мизинец ограда