Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qalaxaləsə (Marağa)
Qalaxaləsə (fars. قلعه خالصه‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 623 nəfər yaşayır (161 ailə).
Qalaxaç (Çaldıran)
Qalaxaç (fars. قلعه خاچ‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 229 nəfər yaşayır (40 ailə).
Qalaxudat
Qalayxudat — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qalayxudat kəndi Quba rayonunun dağlıq ərazisində yerləşən qədim yaşayış məskənidir. Qalayxudat oyk., miir. Quba r-nunun Xınalıq i.ə.v.-də kənd. Qudyalçayın sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Bu ad ilk dəfə XVI əsrə aid mənbədə xatırlanır. Fars dilinin qrammatik normalan əsasında yaranmış Qalaye-Xudat formasından təhrifdir. Fars dilindəki qala (“ye” izafət göstəricisidir) və xudat (“hakim, hökmdar” qədim mənası “Allah”) sözlərindən ibarət olub, “hökmdar qalası, hakim qalası” məna¬sını bildirir. Quba xanlığının ilk iqamətgahı olmuşdur. Kənddə məskunlaşmış əhalinin çox böyük əksəriyyəti hazırda qışlaq və yaylaq şəraitindən istifadə etməklə heyvandarlıqla məşğul olur.
Malax
Aşağı Malax — Azərbaycan Respublikasının Qax rayonunun Qaşqaçay inzibati ərazi vahidində kənd. Malax çayının sahilindədir. Keçmışdə bu zonada Malax adlı üç kənd mövcud idi. Onlar yaxınlıqlarındakı kəndlərin adları ilə Ləkit Malax, Baş Malax və Aşağı Malax adlanırdı. XI əsrə aid mənbədə Şəki zonasında Maluq qalasının adı çəkilir. Toponimikada Malax kəndinin adının Maluq qalasının adından götürülməsi ehtimalı var. Tədqiqatçıların məlumatına görə, bu kənd Dağıstanın Zeyxur kəndindən çıxmış saxurlar tərəfindən salınmışdır. Təxminən XVI əsrin ortalarında saxurlar bu zonaya köçüb gəlmiş və Malax kəndinin əsasını qoymuşlar.[mənbə göstərin] Ərazidəki Malaxlar adlı dağın olması bu toponimin etnotoponim olmasından xəbər verir. Qafqaz dillərində malax/malux "az, bir az, bir hissə" mənasını bildirir. Oykonim "Aşağıda yerləşən Malax kəndi" deməkdir.
Qalal
Qalal — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əli Bayramlı, Qas Əzgilli və Qarqay kəndləri ilə birlikdə Əli Bayramlı bələdiyyəsinin tərkibindədir.
Qalas
Qalas (osman. قلاص, türk. Kalas, alm. Galatz‎, mac. Galac, rum. Galaţi), Rumıniyanın şərqində Boğdan bölgəsində yer alan İbrail şəhəri və Moldova sərhədində yer alan bir şəhərdir. Son resmi rəqəmlərə görə 304.340 nəfərlik əhaliyə sahib şəhərdir, Rumıniyanın 7-ci büyük şəhəridir.
Qalat
Qalat (Qəzvin)
Qalay
Qalay (Sn), (lat. Stannum) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 50-ci element. Bitkilərdə qalay 1855-ci ildə kəşf olunmuşdur. O bitkilərdə geniş həddə dəyişir, daha çox qalay günəbaxan və noxud toxumlarında olur. Qalay zəhərli ultramikroelementlərə aiddir. Tərəvəzlərdə qalayın miqdarı çox olmayıb 1 mkq/q və daha az olur. Heyvanların orqanizmində qalay bitkilərdə olduğundan çoxdur. Belə ki, məsələn, yağlı balıqda onun miqdarı 130 mkq/q – a qədər ola bilər. Insan orqanizmində qalay toxumlarda 0,5-dən 4,0 mkq/q – a qədər olur. Daha çox qalay diş minasında (95 mq/kq), dırnaqlarda (12 mq/kq) və sümüklərdə (1,4 mkq/q-a qədər) olur.
Qazax
Qazax — Azərbaycanda şəhər, Azərbaycan Respublikasının Qazax rayonunun inzibati mərkəzi. Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur. 1909-cu ildən şəhər statusu almış, hazırda isə rayon mərkəzidir. Ehtimallara görə Qazaxın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən qoyulmuşdur. Bu yer haqqında VII əsr hadisələri ilə əlaqədar "Kasak" (Kasaq) kimi ərəb tarixçisi əl-Kufi (IX əsr) də məlumat vermişdir. Toponim özündə qıpçaq mənşəli "qazax" etnik birliyinin adını əks etdirir. Lakin qıpçaqların bir hissəsi bu zonaya sonralar da gəlmişdir. XI–XII əsrlərdə gürcü çarlarının hərbi qüvvə kimi istifadə etmək məqsədilə Şimali Qafqazdan Şərqi Gürcüstana kütləvi surətdə qıpçaq ailələri köçürdükləri məlumdur. Təkcə 1118–1120-ci illərdə gürcü carı IV Qurucu David 45 minlik süvari ordusu olan 225 min qıpcağı Gürcüstanda yerləşdirmişdi. Türkdilli əhali sayca çoxluq təşkil etdiyi üçün Şərqi Gürcüstan XI–XIII əsr gürcü mənbələrində Didi Türkoba (Böyük Türk obası) adlanırdı.
Qalaq
Qalaq (yığın) – qabaqcadan həcmi məlum olmayan verilənləri yerləşdirmək üçün proqrama ayrılmış yaddaş sahəsidir. Qalaq (verilənlər strukturu) — xüsusi şərtlərl çərçivəsində təşkil olunmuş ağac şəkilli verilənlər strukturuna deyilir. Qalaq sıralaması — massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır.
Qala
Qala — uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan və müstəqil idarə olunan strateji əhəmiyyətli məntəqə (şəhər, tikili). İbtidai icma cəmiyyətində ilk qalalar möhkəmləndirilmiş məskənlər şəklində idi. Bu məskənlər torpaq bəndlər, ağac, kərpic, daş və s. divarlarla əhatə olunurdu. Sonralar hasarların ətrafında adətən su ilə doldurulan dərin xəndəklər qazılırdı. İnşaat işlərinin təkmilləşməsi qədim şəhərlər ətrafında kvadrat və ya dairəvi şəkilli qüləvari divarlar çəkməyə imkan verdi. Divarların hündürlüyü 9–10 m-ə, bəzi hallarda 30 m-ə çatırdı. Divarların qalınlığı hündürlüyünün 1/3 hissəsini təşkil edirdi. Divarlarda mazğallar düzəldilir, yuxarısı dişvarı şəkildə hörülürdü. Qala bürcləri çoxmərtəbəli tikili şəklində olub mustəqil müdafiə üçün ucaldılırdı.
Cəfərli (Qazax)
Cəfərli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Cəfərli kəndi Ağstafa çayının sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. Yaşayış məntəqəsi sarıxanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Cəfərli oyk, sadə. Ağsu r-nunun Kəndoba i.ə.v.-də kənd. Şirvan düzündədir; Cəlilabad r-nunun Astanlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqələri muğanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır; İmişli r-nunun eyniadlı i.ə.v.-də kənd. Mil düzündədir.
Dəmirçilər (Qazax)
Dəmirçilər (Dəmirçilər, Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Dəmirçilər (Birinci Şıxlı, Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. 14 iyul 1998-ci ildə ləğv edilmişdir.
Gəncə-Qazax
Gəncə-Qazax iqtisadi rayonu — Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərləri əhatə etməklə Azərbaycanın qərbində yerləşir. İqtisadi rayon şərqdən Aran iqtisadi rayonuyla, şimal-şərqdən Şəki-Zaqatala iqtisadi rayonuyla, şimaldan Gürcüstanın Kaxeti diyarıyla, şimal-qərbdən Gürcüstanın Aşağı Kartli (Borçalı) diyarıyla, cənubdan Kəlbəcər-Laçın iqtisadi rayonuyla, Qərbi Azərbaycanın Göyçə mahalıyla, cənubdan və qərbdən Qərbi Azərbaycanın Tavuş bölgəsiylə qonşudur. Gəncə-Qazax iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Gəncədir. İqtisadi rayon əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi və sosial-mədəni potensialına görə, Gəncə-Qazax Abşeron iqtisadi rayonundan sonra respublikada ikinci yeri tutur. Onun ərazisinin ümumi sahəsi 12,48 min km² olmaqla ölkə ərazisinin 14,4 %-nə bərabərdir. Ərazisinin böyüklüyünə görə Aran iqtisadi rayonundan sonra 2-ci yeri tutur. Relyef xüsusiyyətlərinə qörə rayonun ərazisi 4 zonaya: maili düzənliklər, dağətəyi, orta dağlıq (dəniz səviyyəsindən 1000–2000 metr yüksəklikdə), yüksək dağlıq (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) zonalara ayrılır. Rayonun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. İqtisadi rayonun əlverişli təbii şəraiti və iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır.
Hüseynbəyli (Qazax)
Hüseynbəyli (əvvəlki adı: Əzizbəyli) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Əvvəlki adı Əzizbəyli olmuş və 29 may 1996-cı ildən dəyişdirilərək Hüseynbəyli adlandırılmışdır. Əzizbəyli oyk, sadə. Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Ağstafa çayının sol sahilində, Gəncə-Qazax düzənliyindədir. Kənd Məşədi Əzizbəyovun şərəfinə adlandırılmışdır. 2009-cu ilin əhalinin siyahıyaalınmasında kəndə 1574 nəfər əhali yaşayır. Əhalinin 796 nəfəri kişilər, 778 nəfəri qadınlar təşkil edir. Abdulla bəy Divanbəyoğlu (1883–1936) — yazıçı, nasir, pedaqoq, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dövlət arxivinin müdiri, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun tarix və etnoqrafiya şöbəsinin müdiri, Milli ədəbiyyatda nəsrin əsasını qoyanlardan biridir. Məmmədova Əsmər Vəli qizi (1913–1988)- Sosialist əmək qəhrəmani, üç dəfə Lenin ordeni medali ilə təltif edilmişdir.
Kommuna (Qazax)
Bala Çaylı (əvvəlki adı: Kommuna) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Qazax rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Kommuna kəndi Bala Çaylı kəndi adlandırılmışdır. Gəncə-Qazax düzənliyindədir. Çaylı kəndin yaxınlığında yerləşir və Çaylı Kommuna da adlanır. Çaylı Kommuna Qazax rayonunun Çaylı inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Kənd XIX əsrin 30-cu illərində Qıraq Kəsəmən və başqa kəndlərdən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Coğaz çayının sahilində yerləşən və Çaylı adlanan bu kəndin adına kollektivləşmə illərində rəmzi olaraq Kommuna (lat. "umumi" mənasında olan bu soz burada "icma" mənasında işlənmışdır) komponenti artırılmışdır. 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 1089 nəfər əhali yaşayır.
Kosalar (Qazax)
Kosalar — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Kəndin tarixi haqqında dəqiq məlumat verən mənbə hələ ki yoxdur. Onun tarixi diqqətlə və elmi şəkildə araşdırılmamışdır. Bir neçə fərziyyələr mövcuddur. Kəndin yaşlı və ağsaqqlarının dediyinə görə bu kənd Kosa Əli və onun kiçik qardaşı Canəli tərəfindən salınıb. Ona görə bu kənd hazırda Kosalar, yəni Kosa Alılar, qonşu kiçik kənd isə Canallı (Yəni Canəlidən törəyənlər) adlanır. Hazırda bu iki kəndin evləri tamamilə birləşmişdir. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. Yaşayış məntəqəsi kəndin əsasını qoymuş kosalar nəslinin adını daşıyır. Kənd Qazax rayonundan 5 kilometr şimal-şərqdə, Qazax-Tiflis yolunun şərq tərəfində yerləşir.
Ləkit Malax
Ləkit Malax — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən [[Tiflis quberniyası]]nın və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Ləkit Malax kəndində milli tərkibi ləzgilərdən ibarət 15 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 14 may - 17 dekabr [[1886-cı il]]də ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Zaqatala dairəsi, Qax şöbəsi, Ləkit kənd cəmiyyəti tərkibinə daxil olan Ləkit Malax kəndində 116 evdə [[sünni]] etiqadlı müsəlman [[avarlar]]dan ibarət 19 evdə 116 nəfər (61 nəfəri kişilər, 55 nəfəri qadınlar) əhali yaşayırdı. Müvafiq mənbədə dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər tatarlar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla avarlar olaraq göstərilmişdirlər. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik [[saxurlar]]dan ibarət hər iki cinsdən toplam 106 nəfər əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 39 təsərrüfatda hər iki cinsdən toplam 109 nəfər əhali yaşamaqdadır. Ləkit Malax oyk., mür. Qax r-nunun Ləkit i.e.v.-də kənd. Baş Qafqaz dağlannm ətəyindədir.
Məmməd Qazax
Məmməd Qazax və ya Gülməmməd Gülməmmədov(1899, Qazax rayonu – 1970, Amasya) — Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki. Qarabağ və Zəngəzur döyüşlərində, Əsgəran döyüşündə, Aprel işğalından sonra işğala qarşı baş tutmuş Tərtər üsyanı və Qarabağ üsyanlarında iştirak edib. Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. İllərlə Türkiyə Silahlı Qüvvələrində xidmət edib. Gülməmməd Gülməmmədov 1899-cu ildə Qazax mahalının Salahlı kəndində anadan olub. Salahlıda ibtidai məktəbi yaxşı qiymətlərlə başa vurduqdan sonra təhsilini Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasında davam etdirib. 1917-ci ildə təhsilini bitirib vətənə qayıdıb. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti elan olunduqdan sonra Azərbaycan ordusuna qoşulan ilk könüllülərdən olub. Hərbi xidmətə Gəncədə polkovnik Süleyman bəy Əfəndiyevin komandanlıq etdiyi hərbi hissədə başlayıb. Fevral İnqilabından sonra Zaqafqaziya Komissarlığının tələbi ilə Cənubi Qafqazı tərk edən rus hərbi hissələri silahlarını təhvil verməli idilər, lakin bir çox hallarda rus qoşun hissələri silahları təhvil vermək istəmirdilər.
Qalan Erilix
Qalan Erilix — müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri - 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. Piktlərin xronikasına əsasən Qalan Erilix Pikt kralları Drust Qurdinmoxla Fudrusun oğlu Drust arasında on beş il hakimiyyətdə olmuşdur. Хендерсон Изабель. Пикты. Таинственные воины древней Шотландии / Перевод с англ. Н. Ю. Чехонадской. — М.: ЗАО Центрополиграф, 2004 Anderson A.O. Early Sources of Scottish History, Vol. I. — 1922. Anderson M.O. Kings & Kingship in Early Scotland. — 1973.
Qalaq (yığın)
Qalaq (heap) – qabaqcadan həcmi məlum olmayan verilənləri yerləşdirmək üçün proqrama ayrılmış yaddaş sahəsidir. Proqram belə verilənləri saxlamaq üçün qalaqdan boş sahə istəyə bilər, bu yaddaşı öz bildiyi kimi istifadə edə, sonra isə boşalda bilər. C və Pascal proqramlaşdırma dillərində qalaqda işləmək üçün funksiyalar və prosedurlar nəzərdə tutulub. Ehtiyat üçün ayrılan digər yaddaş sahəsi stekdən (STACK) fərqli olaraq, proqramın tələbinə uyğun olaraq, müxtəlif ölçülü bloklarla bölüşdürülür; münasib ölçülü blok qalagın hansı yerində tapılırsa, o yer ayrılır. Nəticədə proqram işlədikcə qalağın fraqmentasiyası artır və onun sıxlaşdırılmasına zərurət yaranır; sıxlaşdırmada kiçik bloklar daha iri sahələrdə birləşirlər ki, bu da yaddaşın daha səmərəli istifadəsinə imkan verir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qalaq nizamlama
Qalaq sıralama alqoritmi (ing. heapsort) - massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır. İlk mərhələdə verilənlər ikilik qalaq qaydasında birincilik növbəsinə yığılır. İkinci addımda isə elementlər bir-bir növbədən götürülərək massivdə bunun nəticəsində boşalmış yerə yerləşdirilir.
Qalaq sıralaması
Qalaq sıralama alqoritmi (ing. heapsort) - massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır. İlk mərhələdə verilənlər ikilik qalaq qaydasında birincilik növbəsinə yığılır. İkinci addımda isə elementlər bir-bir növbədən götürülərək massivdə bunun nəticəsində boşalmış yerə yerləşdirilir.
Qalat (Qəzvin)
Qalat (Qəzvin) (fars. قلات‎) iranın Qəzvin ostanının Takistan şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 344 nəfər yaşayır (113 ailə). Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Kəndin yaxınlığında İmamzadə Zeynalabdin türbəsi yerləşir.
Qalat (Soyuqbulaq)
Qalat (fars. قلات‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 33 nəfər yaşayır (5 ailə).
Qalat (Tarım)
Qalat (az-əbcəd. قالات‎, fars. قلات‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 607 nəfər yaşayır (184 ailə).
Qarapapaq (Qazax)
Qarapapaq — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Qarapapaq kəndi düzənlik ərazidə yerləşir. Toponim azərbaycanlıların etnoqrafik qrupu olan qarapapaqların adı ilə bağlıdır. Ta qədimdən Cənubi Qafqazda, xüsusilə Kvemo Kartli və Göyçə gölü ətrafında yaşayan qarapapaqların böyük əksəriyyəti siyasi hadisələrlə əlaqədar XIX əsrin əvvəllərində Türkiyə və İrana köçmüşdülər. Rusiyada qalan qarapapaqlar Qazax tayfa birləşməsinin tərkibində və Naxçıvanda yaşamışlar. Qarapapaq oyk., sadə. Qazax r-nunun Ağköynək i.ə.v.-də kənd. Düzənlikdədir. Bu toponim azərbaycanların etnoqrafik qrupu olan qarapapaq larin adı ilə bağlıdır. Qarapapaqlar türk tayfalarından birinin adıdır.
Qazax (dəqiqləşdirmə)
Qazax rayonu — Azərbaycan Respublikasında rayon. Qazax — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati mərkəzi. Qazax sancağı — Osmanlı inzibatı ərazisi. Qazax sultanlığı — Azərbaycanda tarixən mövcud olmuş sultanlıq. Qazax xanlığı — 1465-1847-ci illər mövcud olmuş türk dövləti. Qazax bələdiyyəsi — Azərbaycan Respublikasının Qazax şəhərində bələdiyyə. Qazaxlar — Qazaxıstan Respublikasının titul və əsas xalqı. Qazax dili — Türk dilləri ailəsinə aid dillərdən biri. Qazax distansiyası — Rusiya İmperiyası dövründə mövcud olmuş inzibati-ərazi vahidi. Qazax qəzası — Çar Rusiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə inzibati-ərazi vahidi.
Galaxy Nexus
Galaxy Nexus — (GT-I9250) Google və Samsung şirkətlərinin birgə əməkdaşlığı ilə yaradılan ağıllı telefon. Telefon və əməliyyat sistemi hər iki şirkətin birgə əməyi ilə istehsal edilmişdir. Bu telefon Google'ın üç nüvəli admiral gəmisidir. Bir nüvəli Nexus One, iki nüvəli isə Nexus S'dir. Galaxy Nexus HD (1280x720) Super AMOLED ekrana sahibdir. Cihaz mükəmməl bir kameraya sahibdir və Android Ice Cream Sandwich versiyası ilə istehsal olunmuşdur. Cihaz adı, Android ağıllı telefonların Samsung Galaxy və Nexus markalarının birləşməsidir. Amma cihaz Braziliyada Galaxy X kimi bilinir. Galaxy Nexus, 19 oktyabr 2011-ci ildə Hong Kong'da Google və Samsung tərəfindən satışa qoyuldu. 17 noyabr 2011-ci ildə Avropa sərbəst buraxıldı.