Məmməd Qazax

Məmməd Qazax və ya Gülməmməd Gülməmmədov(1899, Qazax rayonu1970, Amasya) — Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki.

Gülməmməd Gülməmmədov
Gülməmməd Məmmədağa oğlu Gülməmmədov
Şəxsi məlumatlar
Digər adı Məmməd Qazax
Doğum tarixi
Doğum yeri Salahlı, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Amasya, Türkiyə
Vətəndaşlığı
Həyat yoldaşı Semiha xanım
Uşaqları Əyyub, Qiymət, Zəkiyyə
Atası Məmməd ağa
Anası Qiymət xanım
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Cümhuriyyəti (1918-1920)
Türkiyə Türkiyə
Qoşun növü Azərbaycan Cümhuriyyəti Quru Qoşunları
Türkiyə Quru Qoşunları
Xidmət illəri 1918
Rütbəsi Albay
Döyüşlər Qarabağ və Zəngəzur döyüşləri (1918-1920)
Əsgəran döyüşü
Tərtər üsyanı (1920)
Qarabağ üsyanı (1920)
Türkiyə İstiqlaliyyət Müharibəsi (1920-1923)
Şeyx Səid üsyanı (1925)
Təltifləri

Qarabağ və Zəngəzur döyüşlərində, Əsgəran döyüşündə, Aprel işğalından sonra işğala qarşı baş tutmuş Tərtər üsyanıQarabağ üsyanlarında iştirak edib.

Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. İllərlə Türkiyə Silahlı Qüvvələrində xidmət edib.

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Gülməmməd Gülməmmədov 1899-cu ildə Qazax mahalının Salahlı kəndində anadan olub.[1] Salahlıda ibtidai məktəbi yaxşı qiymətlərlə başa vurduqdan sonra təhsilini Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasında davam etdirib. 1917-ci ildə təhsilini bitirib vətənə qayıdıb. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti elan olunduqdan sonra Azərbaycan ordusuna qoşulan ilk könüllülərdən olub. Hərbi xidmətə Gəncədə polkovnik Süleyman bəy Əfəndiyevin komandanlıq etdiyi hərbi hissədə başlayıb.[2]

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Şamxor döyüşü

[redaktə | mənbəni redaktə et]

Fevral İnqilabından sonra Zaqafqaziya Komissarlığının tələbi ilə Cənubi Qafqazı tərk edən rus hərbi hissələri silahlarını təhvil verməli idilər, lakin bir çox hallarda rus qoşun hissələri silahları təhvil vermək istəmirdilər. 1918-ci ilin yanvar ayının 9-da Gürcüstandan Azərbaycana keçən rus ordusuna aid hərbi eşelonların silahları təhvil verməməsi Şamxor hadisəsinə səbəb oldu. Döyüşdə konüllü dəstələrlə birgə Gülməmməd Gülməmmədovun da xidmət keçdiyi V Yelizavetpol nişançı alayı da iştirak edib.[3] Tərksilah edilmiş rus ordusundan 20 ədəd top, 70 ədəd pulemyot, 15000 ədəd tüfəng ələ keçirilərək Müsəlman Korpusunun tabeliyinə verildi.[4]

Azərbaycan Cümhuriyyətində

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın istiqlaliyyəti elan olunduqdan sonra Gülməmməd Gülməmmədov 1918-ci ilin iyun ayının 1-də Gəncə şəhərində açılmış Gəncə Podpraporşiklər Məktəbinə daxil olub.[5] Burada təhsilini tamamladıqdan sonra mülazimi sani rütbəsi ilə Azərbaycan Cümhuriyəti Ordusunun Tatar Atlı Alayında hərbi xidmətə başlayıb.[6]

1918-ci il sentyabrın 15-də Bakı işğaldan azad olunduqdan sonra[7] 1918-ci il sentyabrın 23-də Qarabağ hərəkatı başlayıb.[8] Qarabağ hərəkatına qatılan qüvvələrə 9-cu və 106-cı türk alayları, milli könüllü birliklər və I Azərbaycan diviziyası daxil idi.[9] Gülməmməd bəy bu döyüşlərə öz əmisi, Tatar Atlı Alayının zabiti olan Osman ağa Gülməmmədovun komandiri olduğu atlı bölüyün tərkibinə qatılıb.[6] Qafqaz İslam Ordusu oktyabr ayının 4-də Ağdamdan başlayaraq Şuşa istiqamətində hücuma keçmiş, 8 oktyabr 1918-ci ildə Şuşa şəhəri bütünlüklə erməni–daşnak qüvvələrindən təmizlənmişdir.[6][10]

1918-ci ilin noyabr ayından etibarən Azərbaycan Cümhuriyyəti Ordusunda yeni hərbi birliklərin yaradılmağına başlandı. Belə hərbi birliklərdən biri də I Atlı Diviziyası idi. Tatar Atlı Alayının əsasında yaradılan diviziyaya I Tatar Atlı Alayı, II Qarabağ Atlı Alayı, III Şəki Atlı Alayı daxil idi. 1918-ci il noyabrın 18-də I piyada diviziyasının I Cavanşir piyada alayı komandirinin sərancamına həqiqi hərbi xidmətini davam etdirmək üçün göndərilib.[5] I piyada diviziyasının baş adyutantı kapitan Baqirağa Bexterevin 1919-cu il martın 1-də imzaladığı xidmət xidmət dəftərçəsinə əsasən Gülməmməd Gülməmmədov 1918-ci il noyabrın 22-də I piyada diviziyasının rabitə rəisi vəzifəsini icra etmək üçün diviziya qərargahına ezam edilir.[5] Hərbi nazirin 1919-cu il martın 22-də verdiyi 139 №-li əmrə əsasən növbəti “praporşik (piyada üzrə)” hərbi rütbəsi alır. 09 iyul 1919-cu il iyulun 9-da hərbi nazirin 320 №-li əmri ilə xidmət yeri süvari diviziyasının I Tatar süvari alayına dəyişdirilir.[5] Sonradan 1919-cu ildən yeni formalaşdırılmış III Şəki Atlı Alayında[11] xidmət etməyə başlayıb.[12]

1920-ci ilin martın 21-də erməni-daşnak qüvvələri Əsgəranda yerləşən Cavanşir Piyada Alayının mövqelərinə qəfil hücum edərək, Əsgəran keçidini ələ keçirib üsyana başladılar.[13] Hücumun ilk günündə milli ordunun zabiti Gülməmməd Gülmməmmədovun da sıralarında olduğu III Şəki Atlı Alayı Tərtər istiqamətində hücuma keçərək Çaylı və Bürcü kəndlərini tutdular. Aprelin 2–də Talış kəndi istiqamətində hücuma keçdilər. İlk hücum uğursuzluqla nəticələnsə də ikinci hücumda Talış, daha sonra isə Göyarx kəndləri də tutulur.[14] Əsgəranda başlayan şiddətli döyüşlər Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşır. Aprel ayının ortalarına qədər davam edən döyüşlərdə düşmən qüvvələri bütünlüklə məhv edilir.[15]

Soldan: Məmməd Ağpolad, Baba bəy Behbud, Məmməd Qazax. Oturanlar, sağdan: Osman Qazax, Əyyub Sayqın

1920-ci il martın 21-də Tərtərdə yerləşən 32-ci piyada diviziyasının 282-ci alayı yerini yeni gələn qızıl ordu hissələrinə verən zaman özləri ilə bərabər III Şəki Atlı Alayının atlarını da aparmağa cəhd etdikdə, alayın əsgərləri buna silahlı müqavimət göstərirlər.[12] Öz növbəsində 282-ci alay buna top atəşləri ilə cavab verdikdən sonra III Şəki Atlı Alayı hücuma keçib və 282-ci alayın əsgərlərini demək olar ki tamamilə qırıb.[16] 1920-ci il may ayının 24–dən 25–nə keçən gecə Gəncədə sovet işğalına qarşı üsyan başlayır.[17][18] Xəbəri dəqiqləşdirmək və Gəncə üsyanına kömək məqsədilə Yevlaxa yola düşən III Şəki Atlı Alayının komandiri Ehsan xan Naxçıvanski və onu müşayiət edən bir neçə hərbçi həbs edilirlər. Onları XI Qırmızı Ordunun Yevlaxda yerləşən qərargahına gətirərək orada öldürürlər.[19] Alay komandirlərinin də güllələnməsindən sonra III Şəki Atlı Alayı parçalanır.[19] Gülməmməd Gülməmmədov alayın 4 nəfər zabit və 27 nəfər əsgərdən ibarət olan 32 nəfərlik kiçik birliyi ilə Qarabağa doğru hərəkət edir.[20] Bərdənin sağ sahilinə keçdikdən sonra burada 1200–1500 nəfərlik yerli üsyançılarla birləşirlər. Burada üsyançılara rəhbərlik edərək Bərdənin sağ sahilindəki bolşevik qüvvələrini şəhərin kənarına sıxışdırıb Qarabağa hərəkət üçün ciddi strateji əhəmiyyət kəsb edən bu mövqeyi bir həftəyə qədər nəzarətdə saxlaya bilirlər.[21]

Qarabağ üsyanı

[redaktə | mənbəni redaktə et]

Bərdədən sonra üsyançılar Şuşa istiqamətində geri çəkilməyə məcbur olurlar. Gülməmməd bəyin əmisi Osman ağa I Tatar Atlı Alayının zabiti idi.[22] Gülməmməd bəy silahdaşları ilə geri çəkilərək I Tatar Atlı Alayı ilə,[23] daha sonra Cavanşir Piyada Alayı və digər hərbi birliklərlə birləşərək Nuru Paşanın komandanlığı altında Qarabağ üsyanına qatılıb.[24] İyun ayının 3-dən 4-ə keçən gecə Şuşaya girərək inqilabi komitənin üzvlərini və fəal kommunistləri həbs ediblər. İyun ayının 15-ə qədər davam edən üsyan əlavə güclərin gətirilməsi və düşmən təyyarələrinin bombardmanı ilə məğlubiyyətə uğrayır. Bundan sonra Gülməmməd Gülməmmədov Cümhuriyyət ordusunun atlı və piyada alaylarının sağ qalan əsgərləri ilə bərabər döyüşlərdə iştirak edərək QaryaginCəbrayıl istiqamətində geri çəkilib, Araz çayından keçərək İrana daxil olublar.[25]

Ayaq üstə duranlar, soldan sağa: Baba bəy Behbud, Gülməmməd bəy Qazax, Firudin Daryal, Dəmir bəy

Sovet işğalına qarşı baş qaldırmış üsyanlar məğlub olduqdan sonra Azərbaycan Cümhuriyyətinin Ordusunun qalan hərbçilərinin bir qismi Zəngəzuru keçərək Naxçıvana, bir qismi isə Xudafərin istiqamətindən İrana keçərək Türkiyəyə getdilər.[26] Türkiyə sərhədlərinə yaxınlaşanda Azərbaycan hərbçilərinə rəhbərlik edən Nuh bəy Sofiyev komandanlığı Səməd bəy Rəfibəyliyə təhvil verir. Səməd bəyin rəhbərliyi ilə onlar əvvəlcə Şərqi Bəyazidə, daha sonra isə iyun-iyul aylarında Həsənqala və Ərzuruma çatdılar.[27] Topçu batareya və piyadalardan ibarət dəstələr də digər tümənlərin tərkibinə qatıldı.[28] Bir müddət Ərzurumda qaldıqdan sonra Türkiyə Böyük Millət Məclisinin qərarı ilə bir atlı, bir piyada alayı və topçu batareyasından ibarət 1200 nəfərlik Azərbaycan birliyi Kazım Qarabəkir paşanın komandanlıq etdiyi Şərq ordusunun (XV kolordu) sıralarına qəbul olunur.[29] Məmməd Qazax 1200 nəfərlik Azərbaycan birliyinin tərkibində 56 nəfər zabitdən biri olub.[30]

Gülməmməd bəy 1920-ci ilin payızından başlayaraq, 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun ermənilərdən təmizlənməsi ilə sona çatan Şərq hərəkatında iştirak etmiş, Sarıqamışın, Qarsın, İğdırın, Kağızmanın, Gümrünün geri alınması uğrunda döyüşlərə qatılıb .

Qurtuluş Savaşından sonra 1925-ci ildə Şeyx Səid üsyanının, 1926-cı ildə I Ağrı, 1927-ci ildə II Ağrı üsyanlarının yatırılmasında iştirak edib.[24]

1928-ci ildə İstanbulda hərbi məktəbə daxil olub. 1929-cu ildə hərbi məktəbdən məzun olduqdan sonra üst teğmən rütbəsi ilə Türkiyə Silahlı Qüvvələrində xidmətini davam etdirib.[24]

1934-cü il iyunun 21-də Türkiyədə qəbul edilmiş Soyad qanunundan[31] sonra Gülməmməd Gülməmmədov özünə Məmməd Qazax ad soyadını götürüb.[1]

Uzun illər orduda xidmət etdikdən sonra albay rütbəsində olarkən təqaüdə çıxıb.[24]

Məmməd Qazax 1970-ci ildə Amasya şəhərində dünyasını dəyişib və orada dəfn edilib.[32]

Məmməd Qazaxın toy mərasimindən bir fotoşəkil

Gülməmməd Gülməmmədov 5 yaşında olarkən atası Məmməd ağa, bir müddət sonra isə anası Qiymət xanım vəfat edib. Anası Qiymət xanım Vəkilovlar nəslindən olub. Hər iki valideynini itirdikdən sonra əmisi Əhməd ağa Gülməmmədovun himayəsində böyüyüb[1].

Məmməd Qazax Amasya şəhərində xidmətdə olduğu zaman orada əslən Qazaxın Aslanbəyli kəndindən olan din xadimi Hacı Mahmud Əfəndinin nəvəsi Veyis Əfəndinin oğlu İbrahim Karanın qızı Semiha xanım ilə ailə qurub[33]. Semiha xanımın anası əslən Daş Salahlıdan olan Gülsəba xanım Mustafa ağa qızı Miralayevadır, 1920-ci ildə qardaşları Yasin bəy və Nəsib bəylə birlikdə Türkiyəyə mühacirətə getmişdir. Polkovnik Məmməd Qazaxın Semiha xanımla evliliyindən Əyyub, Qiymət və Zəkiyyə adlı övladları olub[33]. Həyat yoldaşı Semiha xanım isə 1996-cı ildə Amasyada vəfat edib və yoldaşı Məmməd bəyin yanında dəfn edilib[32].

  1. 1 2 3 Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 114. ISBN 978-9952-5513-4-1.
  2. "Salahlıdan Amasyaya - polkovnik Məmməd Qazaxın izi ilə". 2018-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-22.
  3. Mehman Süleymanov. Azərbaycan Ordusunun tarixi: I cild: 1917-1918. Bakı: Maarif. 2018. səh. 172. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-17.
  4. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 371. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  5. 1 2 3 4 Şahbazov, Atamalı. Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabit və hərbi məmurları (az.). Bakı: Maarif nəşriyyatı. 2020. 182. ISBN 978-9952-37-141-3. 2023-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-14.
  6. 1 2 3 Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 116. ISBN 978-9952-5513-4-1.
  7. Nəsiman Yaqublu. Qafqaz İslam Ordusu Azərbaycanda (PDF). Bakı: Ol. 2013. səh. 32. ISBN 978-9952-484-53-3. 2023-02-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-24.
  8. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 106. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  9. Mehmet Rıhtım, Mehman Süleymanov. Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu. Bakı: Qafqaz Araşdırmaları İnstitutu. 2008. səh. 214. ISBN 9952-426-23–2. 2023-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-24.
  10. Mehman Süleymanov. Nuru paşa və silahdaşları. Bakı. 2014. səh. 137. 2020-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-17.
  11. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). I. Bakı: Lider nəşriyyat. 2004. səh. 192. ISBN 9952-417-14-2. 2022-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  12. 1 2 Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 117. ISBN 978-9952-5513-4-1.
  13. Şəmistan Nəzirli. "İyirminci ildə Qarabağ döyüşləri" (az.). anl.az. 2017-08-08. 2022-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  14. Mehman Süleymanov. Azərbaycan Ordusunun tarixi: noyabr 1918-aprel 1920. II. Bakı: Maarif. 2018. səh. 620. ISBN 978-9952-37-139-0. 2023-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-17.
  15. Azərbaycan Milli Ensiklopediyası / ƏSGƏRAN DÖYÜŞÜ (1920). VIII. Bakı: AMEA "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. Archived from the original on 2020-04-07. İstifadə tarixi: 2023-02-15.
  16. Vilayət Quliyev. Из наследия политической эмиграции Азербайджана в Польше: 30-ые годы XX века. Torun: Изд-во Адама Маршалека. 2010. səh. 285. ISBN 978-83-7611-754-6. 2023-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-23.
  17. Xanlar Bayramov. Gəncə Üsyanı – 1920 (az.). Bakı: «Ləman» nəşriyyat-poliqrafiya. 2010. səh. 54. 2023-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-24.
  18. Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 118. ISBN 978-9952-5513-4-1.
  19. 1 2 Mehman Süleymanov. Azərbaycan Ordusunun tarixi:1920-1922. III. Bakı: Maarif. 2018. səh. 82-83. ISBN 978-9952-37-140-6. 2023-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-24.
  20. Vilayət Quliyev. Из наследия политической эмиграции Азербайджана в Польше: 30-ые годы XX века. Torun: Изд-во Адама Маршалека. 2010. səh. 289. ISBN 978-83-7611-754-6. 2023-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-23.
  21. Xaləddin İbrahimli. Azərbaycan mühacirəti tarixi. Bakı: Elm və təhsil. 2012. səh. 50. 2023-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-17.
  22. Çingiz Salahlı. "Он освобождал Баку" (rus). zerbaijan.com. 2003-09-13. 2008-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-24.
  23. Vilayət Quliyev. Из наследия политической эмиграции Азербайджана в Польше: 30-ые годы XX века. Torun: Изд-во Адама Маршалека. 2010. səh. 295. ISBN 978-83-7611-754-6. 2023-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-23.
  24. 1 2 3 4 Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 119. ISBN 978-9952-5513-4-1.
  25. Orxan Cəbrayıl. "Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad" (az.). interposta.info. 2017-12-10. 2023-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  26. Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 196. ISBN 9789752552364. 2023-01-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-28.
  27. Abdulhamit Avşar. Türkiyənin İstiqlal müharibəsində Azərbaycan türkləri: Türkiyə arxiv sənədləri və mətbuatında: 1919-1922. Bakı: AzAtaM. 2007. səh. 45. 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-24.
  28. Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 197. ISBN 9789752552364. 2023-01-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-28.
  29. Orxan Cəbrayıl. "Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad" (az.). interposta.info. 2017-12-10. 2023-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-17.
  30. Vasif Qafarov. "Azərbaycanlıların Türkiyəyə etdiyi yardımı Osmanlı arxivlərindən öyrənmək olar" (az.). Azərbaycan qəzeti. 2015-04-25. 2018-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-17.
  31. "Soy adı kanunu" (PDF), T.C. Resmî Gazete, Ankara, 1, 1934-07-02, 2022-03-03 tarixində arxivləşdirilib (PDF)
  32. 1 2 Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 121. ISBN 978-9952-5513-4-1.
  33. 1 2 Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 120. ISBN 978-9952-5513-4-1.