Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qanadsızlar
Kivilər, qanadsızlar (lat. Apterygiformes) — tilsiz quşlar dəstəsi. Qanadları zəif inkişaf etmişdir; quyruqsuzdur, ayaqları güclü, caynaqları itidir. Yumşaq lələkləri bədənini eyni dərəcədə örtür. Dimdiyi uzundur. Burun dəlikləri dimdiyinin ucundadır. Gözləri xırdadır. Kivilərin kütləsi 1,4—4 kq-a qədərdir. Kegə quşlarıdır. Yaxşı eşidir və qoxu bilir.
Qanadcıq
Qanadcıq, təyyarədə dönmə/əyilmə hərəkətini təmin edən idarəetmə səthi. Uçuş zamanı təyyarənin bütün hərəkətləri təyyarədəki təzyiq paylanmasından asılıdır. Sabit qanadlı təyyarə üçün əsas nəzarət səthləri, bu səthlərin axına qarşı dayanması və onu pozması və bununla da yüksək təzyiq zonası yaratması prinsipi ilə işləyirlər. Nəzarət səthləri işlədikdə, təyyarənin iki əks tərəfindəki təzyiq simmetriyası pozulur, bu da istənilən hərəkəti təmin edir. Qanadcıqlar qanad uclarının stabilizatorun arxa tərəfinə yerləşdirilir və bir-birinə əks istiqamətdə işləyirlər. Pilot qolu sola əydikdə, solda yerləşən qanadcıq yüksəlir, sağdakı qanadcıq enir. ​​Sağ qanadda müəyyən bir ərazidə geri dönmə artdığı üçün dövranın (sirkulyasiya) şiddəti artır və təyyarə sola yatır. Təyyarə, qanadcıqların sıfır vəziyyətinə gəlmədiyi müddətcə dönməyə davam edir. Qanadcıqların qanad uclarına və flapların qanad diblərinə bağlanmasının əsas səbəbi, flapların eyni istiqamətdə, qanadcıqların isə əks istiqamətdə işləməsidir. Qanadcıqlar əks istiqamətdə işlədikləri üçün iş zamanı qanadda yük yaratmırlar.
Qaydasız döyüş
Qarışıq döyüş sənəti (ing. mixed martial arts, MMA) kimi tanınan döyüş sənəti qədim Yunan erası ərzində ora tutaşmağın və vurmağın kombinasiyaları bacarıqlarını göstərmiş Pankration kimi idman, tanınan qədim Olimpiya döyüşü mövcud idi,onun oxşar müasir forması isə qarışıq döyüş növüləri olmuşdur. Bu idman Qədim Yunanıstanda yarandı və Romalılara sonra ötürüldü. Bu döyüş növü Pride FC və UFC kimi keçirilən beynəlxalq turnirlərdə istifadə olunmağa başladı.
Qanadlı cücülər
Qanadlı həşəratlar (lat. Pterygota) — həşəratlar sinfinə aid heyvan yarımsinifi.
Qanadlı həşəratlar
Qanadlı həşəratlar (lat. Pterygota) — həşəratlar sinfinə aid heyvan yarımsinifi.
Qanadlı islimilər
Qanadlı İslimilər — mürəkkəb formalı islimi elementlərin sağ və sola açılan (yarpaqlarına) iki qollusuna deyilir.
Qanadlı raket
Qanadlı raket — pilotsuz idarə olunan uçuş aparatı. Qanadlı raketlər trapesiya formalı qanadı orta hissədə yerləşən monoplan və raketdən ibarətdir. Qanadlı raket təyyarə mərmi də adlanır. Hazırda dünyanın bir çox ölkələrində istehsal olunan müasir qanadlı raketlərdən strateji hücum vasitəsi kimi istifadə edilməsi nəzərdə tutulur. Məsələn, uçuş uzaqlığı 2500 km olan "Tomaqavk" qanadlı raketi sualtı qayıqlardan və gəmilərdən, AGM-86A tipli qanadlı raket isə strateji bombardmançı təyyarələrdən buraxıla bilər. Öz mühərrikinin köməyi ilə uçan qanadlı raketlər də var. Qanadlı raketin əsas xüsusiyyəti onun alçaq uçmaq (30–100 m) və hədəfi dəqiq vurma qabiliyyətidir.
Qanadlı zantoksilum
Himalay dağlarında, Çin, Koreya və Yaponiyada yayılmışdır. 2–4 m hündürlükdə,yarpağını tökən və ya həmişəyaşıl,budaqları çılpaq,qırmızımtıl-palıdı rəngdə olanağac və ya koldur. 2 sm uzunluqda cüttikanlıdır; gövdəsinin üzərindəki mərcilər хırda olub, açıq rəngdədir. Yarpaqları təklələkli, 6-20 sm uzunluqda olub, 6-11 ellipsvarı, lansetvarı, 3-12 sm uzunluqda yarpaqcığa malikdir. Yarpaqcıqlarının ucu iti, kənarı хırdadişli və ya tamdır, üstdən tünd yaşıl, altdan bir qədər açıq rəngdə olub, əsas damarları qəhvəyi tükcüklərlə örtülüdür. Yarpağının saplağı enli qanadlı və tikanlıdır. Çiçəkləri yaşıl rəngdə olub, хırda, bircinslidir. 2-5 sm uzunluqda süpürgələrə toplanmışdır. Qutucuğu 5 mm diametrdə olub, qırmızı və хallıdır. Toхumları qara və parlaqdır.
Həşərat qanadı
Qanad — həşəratların çoxunda hərəkət edən uçma orqanı. Döş örtüyünün yan büküşlərindən əmələ gələn qanadlar gövdənin döş hissəsinin üst tərəfində yerləşir. Həşəratlarda adətən 2 cüt, bəzən 1 cüt qanad olur. Bəzi 2 cüt qanadlılarda birinci cüt qanad (qanadönlüyü) sərt olub müvazinət, ikinci cüt pərdə şəkilli damarlı qanadlar isə uçma funksiyası daşıyır. İkiqanadlılarda yalnız 1-ci cüt qanadlar inkişaf etmişdir.
Lesko qanadı
Lesko qanadı (fr. Aile Lescot) — Luvr sarayının ən qədim yerüstü hissəsidir. Tikili 1546-1551-ci illərdə memar Pyer Leskonun layihəsi əsasında inşa edilmişdir. İtalyan manyerizminin təsiri altında inşa edilmiş Lesko qanadı Paris intibah stilini formalaşdırmaqla, sonradan yarnmış Fransa klassisizm memarlığı üçün təməl rolunu oynamışdır. == Tarixi == Kral I Fransiskin hakimiyyəti dövründə memar Pyer Lesko (1510-1578) Luvr sarayının inşa işlərinə başçı memar təyin edilir. I Fransiskin ölümündən sonra onun varisi II Henrix də Leskonun işləri davam etməsini təsdiqləyir. Bundan sonra Lesko ölümünə kimi Luvr sarayının inşa işlərinə rəhbərlik edir. Memar yalnız Lesko qanadı, Kral pavilyonu və Karre həyətinin cənub qanadının bir hissəsində inşaat işlərini tamamlaya bilir. Binada Lesko tərəfindən yaradılmış interyerlərdən yalnız Müdafiəçilər otağı (fr. Salle des Gardes) və II Henrix pilləkəni dövrümüzə çatmışdır.
Quş qanadı
Qanad — quşlarda əzələ ilə hərəkət edən uçma orqanı. Heyvan ya da cansız bir obyektin uçmasını təmin edən orqan və ya parça. Xüsusilə quşlarda görülür. Bəzi heyvanlarda uçmasını təmin edə bilməyəcək qədər balacadır. Quş qanadları uçmağa uyğunlaşmış ön ətraflardır. Onların skeleti bazu, said, çox dəyişmiş əldarağı və barmaqlardan ibarətdir. Qanadların dərisi üzərində çalma və örtücü lələklər olur. Qanad lələkləri kirəmit kimi bir-birinin üzərinə yataraq, hava keçirməyən bütöv və yumşaq səth əmələ gətirir. Yarasa qanadlar çox uzanmış əl barmaqları, ayaqlar və quyruq ilə bitişmiş uçma pərdəsindən ibarətdir.
Qaydasız Döyüş (2009)
Film müasir, gənc, intellektual nəsillə, pul, var-dövlət, vəzifə hərisliyini həyat amalı seçən nəsil arasında gedən gizli münaqişəyə həsr olunub. Əslində, hər şey aydındır: köhnə maqnatlar öz yerlərini tenderlə qalib gələn gənclərə verməlidirlər. Amma onlar öz gəlir və postlarından asanlıqla əl çəmək istəmirlər, yüksək vəzifə eşelonlarında arxa axtarır, yeri gələndə kriminal hərəkətlərdən çəkinmirlər.Əsas süjet xətti gənc azad sahibkar Kənan Kərimli ilə mafioz qruplaşmanın başçısı Akif Səmədovun mübarizəsi üzərində qurulub. Akif Səmədov Kənanın milli istehsalı genişləndirmək cəhdlərinin qarşısını hər vəchlə almağa çalışır. Quldurluq, oğurluq, insan ölümü, narkotika alveri və bir çox başqa çirkab işlərdə birbaşa əli olan Akif Səmədovun qadın alverində adı hallanması və bu işə digər qadınları da cəlb etməsi onun qaranlıq və pisliklərlə dolu həyatının ən pik nöqtəsi olur. Gənc biznesmen Kənan Kərimli isə polislərlə bərabər mafioz qruplaşmanın başçısı Akif Səmədovla mübarizə aparır. Lakin təəssüflər olsun ki, insanların güvən yeri sayılan polislər arasında da peşəsinə layiq olmayanlar var.
Qanadlı Şəfavericilər (1990)
Sabit qanadlı təyyarə
Sabit qanadlı hava nəqliyyatı, qanadlarının quruluşu və irəliyə doğru hərəkətinin nəticəsində formalaşmış hava sürətinin yaratdığı daşıma ilə uçan hava nəqliyyatı vasitəsi. Bu baxımdan fırlanan qanadlı hava nəqliyyatından ayrılırlar.
Qaydasız döyüş (film, 2009)

Qaydasız döyüş (teleserial, 2009)

Qanadlı sehirbazlar (film, 1978)
Qanadlı şəfavericilər (film, 1990)
Qara qanadlı ördək (personaj)
Qara qanadlı ördək (ing. Darkwing Duck) — 1991-ci ildə "Walt Disney Animation Studios" şirkəti tərəfindən yaradılan cizgi filmi personajı. Bu personaj 1991-1992-ci illərdə istehsal edilən "Qara qanadlı ördək" serialının baş qəhrəmanıdır. Onun əsl adı Dreyk Mallard (Drake Mallard) dır. Personaj komiks müəllifi olan Karl Barks tərəfindən yaradılan, uydurulmuş Sen-Kanar şəhərində yaşayan adi şəxslərdən biridir. Həmçinin, super qəhrəmandır. Cinayətkarlara qarşı mübarizə aparır. Daim ən yaxşı qəhrəman olmaq üçün çalışır. Qara qanadlı ördəyə "Qara Plaş" da demək olar. Çünki o, qara, daha doğrusu bənövşəyi plaş geyinir.
Sabit qanadlı hava nəqliyyatı
Sabit qanadlı hava nəqliyyatı, qanadlarının quruluşu və irəliyə doğru hərəkətinin nəticəsində formalaşmış hava sürətinin yaratdığı daşıma ilə uçan hava nəqliyyatı vasitəsi. Bu baxımdan fırlanan qanadlı hava nəqliyyatından ayrılırlar.
Günahsız adam
Günahsız adam (hanqıl: 세상 어디에도 없는 착한 남자; YR: Sesang Eodiedo Eobneun Chakan Namja, ing. The Innocent Man) — 2012-ci il Cənubi Koreya istehsalı olan melodram serialı. Serial 2012-ci ildə sentyabrın 12-dən noyabrın 15-ə qədər yayımlanıb. Və yüksək reytinq göstərib. == Rollarda == Son Qun Ki , Mun Çae Von , Park Si Yeon , Li Kvan Soo , Li Yoo Bi və Li San Yeob. == Mövzusu == "Kang Ma Roo" tibb universitetində oxuyan , gələcəyi ilə əlaqədar parlaq fikirləri olan gənc bir tələbədir. Uşaqlıqdan tanıdığı və sevdiyi "Han Jae Hee" isə həm oxuyub həm də bir televiziya kanalında müxbirlik edən gənc bir qızdır. Bir gün "Kang Ma Roo" evə gəldikdə bacısı "Kang Cho Ko"nun bərk xəstələndiyini görür. Bacısını xəstəxanaya çatdırmaq istəyəndə isə "Han Jae Hee"dən bir telefon zəngi alır. Telefonda "Han Jae Hee"nin səsinin pis olduğunu eşidir və bacısını qoyub özünü onun yanına çatdırır.
Qanadi Malik
Qənati-Məlik (Kirman) — İranın Rabor şəhristanında kənd. Qənati-Məlik (Fars) — İranda kənd.
Günahsız Abdulla (film, 1984)
== Məzmunu == Abdulla (Mikayıl Mirzə) sakit bir müsəlman-kənd adamıdır. Lakin günlərin bir günü onu şərə salırlar və 10 il həbs cəzası alır. Tamaşa boyu Abdullanın həbsxanadakı əzabları əks etdirilir. O günahsız olduğundan həbsxana əzab verir, gündən-günə qisas alma arzusu onda daha da baş qaldırır. Bir gün həbsdən azad olunmağına az bir zaman qalmış o, dözməyərək həbsdən qaçır və tez kəndinə gəlir. Kənddə isə artıq onun yolunu heç kim gözləmirdi. == Televiziya tamaşası haqqında == Film Mixail Cavaxişvilinin eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. == Səhvlər == Hakim Abdullanı dindirəndə onun əlləri arxadan bağlıdır. Lakin növbəti kadrların birində "mən günahsızam" deyərək əllərini önə doğru uzadır. Bir kadr sonra isə onun əlləri yenə də bağlıdır.