Qarıncaların yuvasında iki cür qarınca olur: qanadlı və qanadsız.
Kəpənəklər uçuşur; Qarıncalar qaçışır; Azuqəsin toplayır.
□ Qarınca (yuvası) kimi qaynaşmaq (qaynamaq) – bax qarışqa kimi qaynamaq (“qarışqa”da).
Qarınca kimi qaynaşmaqda olan minlərcə adamları bir-bir gözdən keçirdi.
[Nadir] yenə bu ailəyə [fəhlələrə] qoşuldu, onunla bitişdi və onun ayrılmaz bir hissəsi olaraq, qarınca yuvası kimi qaynayan mədənlərin arasında itib-batdı.