Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaraçorlu
Qaraçorlu bu mənalarda gələ bilər: Qaraçorlu eli — Azərbaycan ellərindən biridir. Bulud Qaraçorlu — Şair Cəfərqulu xan Qaraçorlu — Qaraçorlu elinin hakimi, Qacarlar ordusunun sərkərdəsi, Əmir Tuman. Xanmurad bəy Qaraçorlu — Qarabağ bəyi, Sultan bəyin babası.
Bulud Qaraçorlu
Bulud Qaraçorlu Səhənd (1926, Marağa, Şərqi Azərbaycan ostanı – 1979, Tehran) — Azərbaycanlı şair. == Həyatı == Bulud Qaraçorlu Səhənd 1926-cı ildə Marağada anadan olub. İlk təhsilini Marağa və Təbrizdə alan Bulud 17 yaşında ikən Razi, az müddət keçdikdən sonra isə Səhənd təxəllüsü ilə şeirlər yazmağa başlayır. Səhəndin gənclik illəri İranda Azərbaycan xalqının milli istiqlaliyyəti uğrunda apardığı çətin mübarizə dövrünə – 40-cı illərdən başlayan milli-azadlıq hərəkatına təsadüf edir. O, milli hərəkatda fəal iştirak edirdi. 1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə Güney Azərbaycan Milli Hökumətinin qurulması, ölkədə aparılan misli görünməyən mütərəqqi islahatlar onda böyük ruh yüksəkliyi yaradır. Səhənd həmin illərdə sevinc və iftixardan doğan şeirlər yazırdı. Lakin vətənin azadlığı uzun sürmədi. Lirik şerlər yazan şair arzu, istək və ağrılarını xalqa çatdırmaq üçün "Dədə Qorqud" dastanlarına üz tutur. Xalq yaradıcılığından yararlanıb məşhur "Sazımın sözü" əsərini yazır.
Qaraçorlu (dəqiqləşdirmə)
Qaraçorlu bu mənalarda gələ bilər: Qaraçorlu eli — Azərbaycan ellərindən biridir. Bulud Qaraçorlu — Şair Cəfərqulu xan Qaraçorlu — Qaraçorlu elinin hakimi, Qacarlar ordusunun sərkərdəsi, Əmir Tuman. Xanmurad bəy Qaraçorlu — Qarabağ bəyi, Sultan bəyin babası.
Qaraçorlu eli
Qaraçorlu — Azərbaycan ellərindən biridir. Əksər mənbələr, o cümlədən "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri", Pyer Oberlin, Mehrdad İzadi və Qiyasəddin Qeybullayev onların əslən Xorasandan olan bir kürd kökənli qrup kimi təsvir etmişdir. Buna baxmayaraq, Əhməd Cəfəroğlu onları İran türklərindən olan bir el kimi hesab edib. Azərbaycan mənbələrinə görə, qaraçorlular xəzərlərin bir qoludur. Əsaslanma ondan ibarətdir ki, ərəb qaynaqlarında xəzərlərin ağ xəzərlər və qara xəzərlər olaraq iki qola bölündüyü qeyd olunmuşdur. Qara xəzərlərin bir adı da, guya saçlarının qara olduğuna görə "qaraçur" idi.Qaraçorlular İranın Şərqi Azərbaycan, Ərdəbil və Qərbi Azərbaycan ostanlarında yaşayırlar. Şərqi Azərbaycan ostanında Qaradağ elinin oymaqlarından və Qərbi Azərbaycan və Ərdəbil ostanlarında Şahsevən elinin oymaqlarından məhsub olunur. Onlardan Qafqazda əsasən Zəngəzur regionunda yaşamışlar. Türkiyənin Tokat vilayətinin Zilə ilində də kürd qaraçorlu tayfaları yaşayır. == Tarixi == === Qaradağ === Türkmənçay sülhünə qədər Qaraçorlu eli Qarabağda yaşamaqda idi.
Qaraçorlu mahalı
Qaraçorlu mahalı — Qarabağda tarixi-coğrafi bölgə. == Ümumi məlumat == Qaraçorlu mahalı cənubdan Kolanı mahalı ilə qərbdən Tatev mahalı ilə sərhəd idi. == Mahalın tarixindən == 1727-ci ilə aid olan və tarix elmləri namizədi H. Məmmədov (Qararamanlı) tərəfindən 2000-ci ildə çapa hazırlanaraq nəşr edilən "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə (bu sənəd də osmanlı arxivlərində saxlanılır) qaraçorlular haqqında qiymətli məlumat vardır: "Qaraçorlu camaatı. Bu camaatın təxminən 400 evi (xanə) olmuşdur. Əcəm (Səfəvi) dövründə itaətsizliyindən dolayı xəzinəyə vergi ödəmirdi. Vergilər öz kəndxudaları tərəfindən mənimsənilmişdir. Rəayanın malını qarət etmələrindən dolayı yaşadıqları Kestasf və Zarıs adlı iki nahiyəni xaraba qoymuş və boşluğa çevirmiş, bir qisim ermənini həm xoşluqla, həm də məcburi şəkildə özlərinin rəayası etmişdir. Zarıs, Keştasf, Məğavuz və Həkəri tərəflərdə əkinçiliklə məşğul olur, lakin üşr və bəhrəni vermirlər. Üzərlərinə əsgər göndərilsə də, sığıncaq yaxınlığında yaşadıqlarına görə sığıncaqlara çəkilib gizlənir və indiyə qədər onlar üzərində qələbə çalmaq əsgərlərə müyəssər olmamışdır. Bu vəziyyət indi də belədir".
Xəzər qarasolu
Xəzər qarasolu (lat. Vimba vimba persa) — Qarasol növünə aid yarımnöv. == Yayılması == Əsasən Cənubi və Orta Xəzərdə yayılmışdır. Samur çayının aşağı axarında Vələmir və Qusar çaylarında, Kürün aşağı axarında, Azərbaycanın cənub çaylarından Viləş, Qumbaşı və Lənkəran çaylarında yayılmışdı. Böyük və Kiçik Qızılağac körfəzlərində nisbətən çoxsaylıdır. Aqraxan və Araqum su hövzələrində, Türkmənbaşı körfəzinə qədər Həsənqulu rayonunda, Xəzərin qərb sahili çaylarından Terekdə, Rubasçayda qeydə alınmışdır. == Morfoloji əlamətləri == Bədən nisbətən alçaqdır. Beli göyümtül-boz, qarnı gümüşü-ağ, bədənin aşağı hissəsindəki üzgəclər solğun-sarımtıldır. Ağzı alt aypara formasındadır. Bel üzgəcində 8, anal üzgəcində 16–19 şüa var.
Bulud Qaraçorlu (Səhənd)
Bulud Qaraçorlu Səhənd (1926, Marağa, Şərqi Azərbaycan ostanı – 1979, Tehran) — Azərbaycanlı şair. == Həyatı == Bulud Qaraçorlu Səhənd 1926-cı ildə Marağada anadan olub. İlk təhsilini Marağa və Təbrizdə alan Bulud 17 yaşında ikən Razi, az müddət keçdikdən sonra isə Səhənd təxəllüsü ilə şeirlər yazmağa başlayır. Səhəndin gənclik illəri İranda Azərbaycan xalqının milli istiqlaliyyəti uğrunda apardığı çətin mübarizə dövrünə – 40-cı illərdən başlayan milli-azadlıq hərəkatına təsadüf edir. O, milli hərəkatda fəal iştirak edirdi. 1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə Güney Azərbaycan Milli Hökumətinin qurulması, ölkədə aparılan misli görünməyən mütərəqqi islahatlar onda böyük ruh yüksəkliyi yaradır. Səhənd həmin illərdə sevinc və iftixardan doğan şeirlər yazırdı. Lakin vətənin azadlığı uzun sürmədi. Lirik şerlər yazan şair arzu, istək və ağrılarını xalqa çatdırmaq üçün "Dədə Qorqud" dastanlarına üz tutur. Xalq yaradıcılığından yararlanıb məşhur "Sazımın sözü" əsərini yazır.
Cəfərqulu xan Qaraçorlu
Cəfərqulu xan Rza xan oğlu Qaraçorlu (1800-?) — Qaraçorlu elinin hakimi, Qacarlar ordusunun sərkərdəsi, Əmir Tuman. == Həyatı == Cəfərqulu xan Rza xan oğlu 1800-cü ildə Qaradağ vilayətinin Məvazixan mahalında anadan olmuşdu. Atasından sonra Qaraçorlu elinin hakimi olmuşdu. Qacarlar ordusunun sərkərdəsi idi. Əmir Tuman (general-mayor) rütbəsi daşıyırdı. İran-Əfqan müharibəsində iştirak etmişdi. Cəfərqulu xan Qaraçorlu Herat savaşında yaralanmışdı. Lakin o yarasına fikir verməyib sonadək qəhrəmanlıqla vuruşdu. Məhəmməd şah Qacar bu igidə altın və at bağışladı. Bu ünlü Qaraçorlu əmiri qacarların siyasi həyatında mühüm rol oynamışdı.
Xanlar xan Qaraçorlu
Xanlar xan Hüseynqulu xan oğlu Qaraçorlu (1885, Bocnurd – 1959) — Qaraçorlu elinin başçılarından, Məşrutə hərəkatı üzvü, səfərnamə müəllifi. == Həyatı == Xanlar xan Hüseynqulu xan oğlu 1885-ci ildə Xorasan əyalətində, Bocnurd şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Atasının vəsiyyətinə əsasən böyük şəhərlərə yollanmayıb, əkinçiliklə məşğul olmuşdu. Çuğundur əkmiş, karxanaya təhvil vermişdi. O, Sərdari-Müəzzəz Əzizullah xan Bocnurdinin bacısı oğlu, Yarməhəmməd xan Şadlının qız nəvəsi idi. Sərdari-Müəzzəz general Canməhəmməd xan Əmir-Əlainin əmri ilə tutulub edam edilmişdi. Xanlar xan gün-güzəranın, gündəmin diqtəsi ilə siyasətə atılmışdı. Seçkilərdə iştirak etmişdi. Xanlar xan Qaraçorlu 1959-cu ildə vəfat edib.
Xanmurad bəy Qaraçorlu
Qaraçorlu Xanmurad bəy Xıdır bəy oğlu (1800-?) — Qarabağ bəyi, Sultan bəyin babası. == Həyatı == Xanmurad bəy Xıdır bəy oğlu 1800-cü ildə Qaraçorlu mahalının Hacısamlı bölgəsinin Kürdhacı (Qasımuşağı) obasında doğulmuşdu. Molla yanında oxumuşdu. Ata mülkünü idarə etməklə güzəran keçirirdi. Xanmurad camaat arasında sadəcə Murad adı ilə çağrılarmış.Murad zirək, çalışqan və əməksevər bir gənc imiş.Xırda alverlə məşğul olar, at və qatır saxlayarmış.Yaxşı atı və qatrı tanımaqda Murad mahir imiş.Ona görə də camaat arasında qatırçı Murad kimi tanınırmış. == Ailəsi == Xanmurad Hətəmlər kəndindən Şahverdinin bacısı Ağapəri ilə evlənir. Bir oğlan uşağı dünyaya gəlir, adını Əlipaşa (Paşa) qoyurlar. Xanmurad xırda alverçi olduğu üçün kəndləri gəzir, hamı ilə əlaqə saxlayır, ünsiyyətdə olur.Bir gün Xanmuradın həyat yoldaşı Ağapəri öyrənir ki, Xanmurad Əsəd Soltanlar kəndindən Əsəd Soltanın dul qalmış bacısı Bəyim xanımla evlənmək istəyir. Bu xəbəri eşidən Ağapəri bərk hirslənir. Ağapəri etirazını bildirmək üçün Bəyim xanıma məktub yazır.
Pəriçınqıl Qaragölü
Pəriçınqıl Qaragölü — Laçın rayonu ərazisində göl. Alagöllər dağının (Qarabağ yaylası) cənub-qərb yamacında, 2961 metr yüksəklikdə şirin sulu göldür. Mal-qaranın suvarılmasında istifadə olunur. Ərazidəki Qaragöl adlı bir neçə göldən fərqləndirmək üçün Pəriçınqıl dağının adından istifadə olunmuşdur. Gölün sahəsi 0,94 km², maksimal dərinliyi isə 5,4 metrdir.
Salman Qaraçöplü
Salman Bayramov (tam adı: Salman Bayram oğlu Bayramov; 1968) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2014). == Həyatı == Salman Bayramov 1994-ci ildə Perm Dövlət Mədəniyyət İnstitutunun xalq teatrları fakültəsini bitirib. 1996-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram teatrının aktyorudur. Bu illər ərzində bir çox rollar oynamışdır. O, uşaqlar üçün tamaşalarda Kral (V.Livanov "Bremen musiqiçiləri"), Leopold (B.Dmitriyev "Novıye priklüçeniya kota Leopolda"), Baba Yaqa (Y.Çernyak "Vasilisa Prekrasnaya") kimi obrazlar yaratmışdır. Böyüklər üçün tamaşalardan: Corc (A.Ostrovski "Krasaves-mujçina"), Oyunbaz (M.F.Axundov "Lənkəran xanının vəziri"), Antonio (U.Şekspir "12-ci gecə"), Ulus (N.Xəzri "Burla xatun"), Qulam (R.İbrahimbəyov "Neft bumu"), Osvald (U.Şekspir "Kral Lir"), Fərhad (S.Vurğun "Fərhad və Şirin"). == Mükafatları == Salman Bayramov Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Nə gözəldir bu dünya... (film, 1999) Ovsunçu (film, 2002) Bir dəfə Qafqazda (film, 2007) Cavid ömrü (film, 2007) Dayanacaq (film, 2009) Qardaşımdan yaxşısı yox idi (film, 2010) Səhərə inan...
Qaradonlu
Qaradonlu — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qaradonlu 1938-ci ilə qədər İmişli rayon mərkəzi olmuşdur. Həmin il rayon mərkəzi İmişli qəsəbəsinə köçürülmüşdür.
Qarakollu
Qarakollu — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. 14 oktyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Qarakollu kəndi rayon mərkəzindən 13 km cənubda, Qarabağ silsiləsinin ətəyində, Qozluçayın sol sahilində yerləşir. 1600 nəfərə yaxın əhalisi var. Əhali taxılçılıq, baramaçılıq, heyvandarlıq və üzümçülüklə məşğul olur. Kənddə orta məktəb, kitabxana, xəstəxana, rabitə şöbəsi, avtomat telefon stansiyası, mədəniyyət evi və s. var. Qarakollu kəndinin də daxil olduğu mahalı öz tərkibində birləşdirən Qarabağ xanlığına 25 mahal daxil idi. Mahallardan biri də Qarakollu kəndinin də daxil olduğu Xırdapara-Dizaq mahalı idi. 1593-cü ilə aid olan Osmanlı mənbələrində Qarakollu kəndinin adı "Qaraküllü" kimi yazılmışdır.
Qaraxozu
Qaraxozu — Qazax rayonunun Qaymaqlı kəndindən olan qoçu. Qaraxozunun əsl adı Məhəmməd Nəsib oğludur. "Qaraxozu" ləqəbi qonşuluq ərazilərdə yerləşən erməni kəndlərində yaşayan kəndlilər tərəfindən qoyulub. "Xozu" sözü erməni dilində olan "khoz" (erm. խոզ) sözündən yaranıb və tərcüməsi "donuz" deməkdir. Ermənilərə qarşı olan münasibətinə görə onların nifrətini qazanan Qaraxozu hər zaman mənsub olduğu toplumun maraqlarını qorumağa çalışırdı. Qaymaqlı kəndində 1902-ci ildə doğulan Qaraxozu 1977-ci ildə elə bu kənddə də vəfat edib. Onun barəsində olan əhvalatların bir çoxu bütün Qazax mahalında məşhurdur. Qaraxozu əsasən kəndli həyatı sürmüş və eyni zamanda aktiv bir şəkildə qoçuluq fəaliyyət ilə məşğul olmuşdur.
Qaraçala
Qaraçala — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. == Tarixi == Qaraçala qəsəbəsi indi Azərbaycanın Aran zonasının yüzlərlə Kürqırağı kəndlərindən biri və ən adilərindəndir. Əvvəllər, yəni Sovet dönəmində, 1963-cü ilədək mövcud olmuş Əli Bayramlı rayonuna aid idi, Əli Bayramlı (indiki Şirvan) – Salyan yolunun üstündə, Kür çayının sol – Şirvan sahilində, Əli Bayramlıdan (indiki Şirvan şəhəri) 14, Salyandan 36 km məsafədə yеrləşir. Qəsəbədə, daha doğrusu, kеçən əsrin 90-cı illərinin əvvəllərinədək bu qəsəbə sovеtliyinə daхil olan, inqilaba (1917) qədər olan dövrdə kəndin əsasını qoymuş, adı təəssüf ki, xatirələrdə qalmamış, lakin əməllərindən göründüyü kimi bu yerləri sevmiş və gözəllik yaratmaq aşiqi olmuş rus mülkədar xanımın şərəfinə “Xanım xoturu” (rus dilində kiçik kənd mənasında işlədilən xutor (хутор) sözünün xalq tərəfindən dilimizə uyğunlaşdırılmış forması), Sovet hakimiyyəti qurulduqdan sonra isə bu təsərrüfatda yaradılmış 2 nömrəli pambıq toxumçuluğu sovxozunun mərkəzi malikanəsinə çevrildiyinə görə qısa formada “semsovxoz” (rusca “семенной совхоз» (semennoy sovxoz) adının qısaldılmış forması) adlandırılmışdır. Sovеt İttifaqında ilk sovхozlardan biri kimi 1922-ci ildə yaradılmış 1 nömrəli sovхozun mərkəzi malikanəsinə bitişik, müһaribәdәn dәrһal sonra burada başlamış tikinti-quruculuq işlərini həyata keçirən tikinti-quraşdırma idarəsinin ətrafında salınmış adsız kənddə, sonradan burada Sovet tarixindən bəlli olduğu kimi 1930-cu illərin kollektivləşmə dövründə yaradılmış və fəaliyyət göstəmiş təsərrüfatlararası MTS-in (maşın-traktor stansiyası) rusca “МТС» (em-te-es), azərbaycanca – em-te-es, imtees, MES) abbreviaturasına uyğun olaraq, gah “Mеs”, gah da burada 1980-cı illərədək fəaliyyət göstərmiş dizel-elektrik və su nasos stansiyasının (rusca дизельная электрическая и насосная станция (dizelnaya elektriçeskaya i vodonasosnaya stansiya) adının qısaldılmış formada işlədilən “дизельная электростанция» (ДЭС) (dizelnaya elektrostansiya (DES) adının) abreviaturasına uyğun olaraq “Dеs” adlandırılırdı. XX əsrin əvvəllərində qonşu Kərimbəyli kəndinin cənub qurtaracağında əvvəllər rus mülkədar tərəfindən salınmış malikanə də 30-cu illərdə bu kəndi, həmçinin Qarabağlı və Xalac kəndlərini də əhatə etmiş MTS-in mərkəzi malikanəsi olmuş və sonralar onun malikanəsi Salyanneft neft və qazçıxarma idarəsinə verilmişdi. Kəndin həmin hissəsi indi də sovet dönəminin maşın-traktor stansiyasının (MTS-em-te-ec) adının baş hərflərindən alınmış abbreviaturaya uyğun olaraq “İmtees” adı ilə tanınır. == Ümumi qəsəbə haqqına məlumatlar == Qaraçala qəsəbəsi Salyan rayonunun iri yaşayış məntəqələrindən biridir. Qəsəbədə 5000-ə yaxın sakin (2013-cü ilin məlumatına görə) yaşayır. Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğul olur.
Qarasol
Qarasol (lat. Vimba vimba) — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər fəsiləsinə daxil olan balıq növü. Növün daxilinə aşağıdakı növlər daxildir: Vimba vimba carinata (Pallas, 1814) — Kiçikqaradəniz qarasolu, Azov və Qara dəniz sularında yaşayır. Vimba vimba persa (Pallas, 1814) — Xəzər qarasolu, Xəzər dənizində yayılmışdır. Vimba vimba tenella (Nordmann, 1840) — Kiçik qarasol, Qara dəniz sularında yaşayır Vimba vimba vimba (Linnaeus, 1758), Şimal və Baltik dənizi sularında yayılmışdır.60 sm uzunluğa, 3 kq çəkiyə sahib olur. Maksimal yaşam müdddəti 17 ildir. Əti ağ rəngdə olur və olduqca dadlıdır. Bu səbəbdən qiymətli sənaye balığı hesab edilir. Sürüləmə dövrü may-iyun ayları baş tutur. Vətəgələrdə belə yetişdirilir.
Afra Saraçoğlu
Afra Saraçoğlu - Türk televiziya ve kino aktrisası. == Həyatı == Afra Saraçoğlu 2 dekabr 1997-ci ildə anadan olmuşdur. Eskişehir Anadolu Universitetində bir şagird olan Afra Saraçoğlu, Özcan Deniz vasitəsilə ictimai medianı tapmaq imkanı tapdı. Afra Saraçoğlu, Özcan Deniz və Nurgül Yeşilçay'ın ikinci şanslı filmdə oynadığı, Yeşilçay'ın qızının qızı, oyunçu rolunu oynadı. Hal-hazırda bir çox filmlərdə rol alır. == Filmoqrafiya == == Mükafatları == Ən Yaxşı Aktrisa Mükafatı 45.
Qaraçala qəsəbəsi
Qaraçala — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. == Tarixi == Qaraçala qəsəbəsi indi Azərbaycanın Aran zonasının yüzlərlə Kürqırağı kəndlərindən biri və ən adilərindəndir. Əvvəllər, yəni Sovet dönəmində, 1963-cü ilədək mövcud olmuş Əli Bayramlı rayonuna aid idi, Əli Bayramlı (indiki Şirvan) – Salyan yolunun üstündə, Kür çayının sol – Şirvan sahilində, Əli Bayramlıdan (indiki Şirvan şəhəri) 14, Salyandan 36 km məsafədə yеrləşir. Qəsəbədə, daha doğrusu, kеçən əsrin 90-cı illərinin əvvəllərinədək bu qəsəbə sovеtliyinə daхil olan, inqilaba (1917) qədər olan dövrdə kəndin əsasını qoymuş, adı təəssüf ki, xatirələrdə qalmamış, lakin əməllərindən göründüyü kimi bu yerləri sevmiş və gözəllik yaratmaq aşiqi olmuş rus mülkədar xanımın şərəfinə “Xanım xoturu” (rus dilində kiçik kənd mənasında işlədilən xutor (хутор) sözünün xalq tərəfindən dilimizə uyğunlaşdırılmış forması), Sovet hakimiyyəti qurulduqdan sonra isə bu təsərrüfatda yaradılmış 2 nömrəli pambıq toxumçuluğu sovxozunun mərkəzi malikanəsinə çevrildiyinə görə qısa formada “semsovxoz” (rusca “семенной совхоз» (semennoy sovxoz) adının qısaldılmış forması) adlandırılmışdır. Sovеt İttifaqında ilk sovхozlardan biri kimi 1922-ci ildə yaradılmış 1 nömrəli sovхozun mərkəzi malikanəsinə bitişik, müһaribәdәn dәrһal sonra burada başlamış tikinti-quruculuq işlərini həyata keçirən tikinti-quraşdırma idarəsinin ətrafında salınmış adsız kənddə, sonradan burada Sovet tarixindən bəlli olduğu kimi 1930-cu illərin kollektivləşmə dövründə yaradılmış və fəaliyyət göstəmiş təsərrüfatlararası MTS-in (maşın-traktor stansiyası) rusca “МТС» (em-te-es), azərbaycanca – em-te-es, imtees, MES) abbreviaturasına uyğun olaraq, gah “Mеs”, gah da burada 1980-cı illərədək fəaliyyət göstərmiş dizel-elektrik və su nasos stansiyasının (rusca дизельная электрическая и насосная станция (dizelnaya elektriçeskaya i vodonasosnaya stansiya) adının qısaldılmış formada işlədilən “дизельная электростанция» (ДЭС) (dizelnaya elektrostansiya (DES) adının) abreviaturasına uyğun olaraq “Dеs” adlandırılırdı. XX əsrin əvvəllərində qonşu Kərimbəyli kəndinin cənub qurtaracağında əvvəllər rus mülkədar tərəfindən salınmış malikanə də 30-cu illərdə bu kəndi, həmçinin Qarabağlı və Xalac kəndlərini də əhatə etmiş MTS-in mərkəzi malikanəsi olmuş və sonralar onun malikanəsi Salyanneft neft və qazçıxarma idarəsinə verilmişdi. Kəndin həmin hissəsi indi də sovet dönəminin maşın-traktor stansiyasının (MTS-em-te-ec) adının baş hərflərindən alınmış abbreviaturaya uyğun olaraq “İmtees” adı ilə tanınır. == Ümumi qəsəbə haqqına məlumatlar == Qaraçala qəsəbəsi Salyan rayonunun iri yaşayış məntəqələrindən biridir. Qəsəbədə 5000-ə yaxın sakin (2013-cü ilin məlumatına görə) yaşayır. Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğul olur.
Qaradonlu bələdiyyəsi
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraçopuq (Bünab)
Qaraçopuq (fars. قره چپق‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 5,915 nəfər yaşayır (1,528 ailə).
Qaraçal (Məlikan)
Qaraçal (fars. قره چال‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,234 nəfər yaşayır (517 ailə).
Qaracalı
Qaracalı (Əhər)
Qaracüzlü
Qaracüzlü — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Baş Qafqaz silsiləsinin ətəyindədir. Əsl adı Qaraqozludur. XIX əsrdə Qozlu çayının sahilində maldarlıqla məşğul olan 13 ailədən ibarət kiçik elin adıdır. Sonralar Qaraqozlu adı qoz sözünün dialektlərdə həm də cöüzlcövüz formasında tələffüzünə görə Qaracövüzlü/Qaracüzlü şəklinə düşmüşdür. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 215 nəfər əhali yaşayır.
Qaragöl
AzərbaycandaQaragöl (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunda göl. Qaragöl (göl, Kəlbəcər) — Kəlbəcər rayonu ərazisində şirin sulu, axarlı göl. Qaragöl — İsmayıllı rayonu ərazisində şirin sulu kiçik göl. Qaragöl (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunda kənd.
Qaraçöp
Qaraçöp — Gürcüstan Respublikasında əhalisi azərbaycanlılardan ibarət özündə əsasən 8 məhəlləni birləşdirən qəsəbə. Bu məhəllələrə daxildir: Qazlar, Tüllər, Ləmbəli, Keşəli, Muğanlı, Qarabağlı, Düz - Əyrəm və Baldoy. == Tarixi == Qaraçöp qədim döyüşçü türk boyları (əsasən oğuz, az sayda qıpçaq) tərəfindən yurd edilmişdir. Buraya Qarabağ, Gəncə, Qazax və Borçalıdan başqa türkmənlər də köç etmişlər. == Əhalisi == Qaraçöp əhalisi demək olar ki, bütünlüklə azərbaycanlılardan ibarətdir. Dini inancları islamdır. Əhali əsasən maldarlıq və ticarətlə məşğul olur. Sovet dövründə əhalinin var-dövləti dövlət tərəfindən müsadirə edilmişdir. Buna görə hətta kənddə üsyan baş qaldırmışdır. Kəndə girə bilməyən əsgərlər onu uzaqdan top atəşinə tutmuşlar.
Qaracalı (Bicar)
Qaracalı (fars. قراجلو‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 141 nəfər yaşayır (35 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Qaracalı (Nazlı)
Qaracalı (fars. قره جلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Nazlı bəxşi ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 108 nəfər yaşayır (29 ailə).
Qaracalı (Poldəşt)
Qaracalı (fars. قره جالو‎) - İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 468 nəfər yaşayır (89 ailə).
Qaragözlü (Qoşaçay)
Qaragözlü (fars. قره قوزلو‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 702 nəfər yaşayır (177 ailə).
Qaragözlü (Əhər)
Qaragözlü (fars. قره گوزلو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Qaragözlü oymağı
Qaragözlü oymağı — Bəydili boyunun Şamlı elinin oymağı. Əsasən Həmədan əyalətinin ətrafında yaşayırlar. Qacarlar dövründə bu əyalətə Qaragözlü oymağından çıxan hakimlər başçılıq edirdilər. Qaragözlü oymağının Hacılı, Aşıqlı və başqa tayfaları var. Oymağın bir çox şəxsiyyətləri İranın ictimai-siyasi həyatında mühüm rol oynayıblar. Bu oymağının nümayəndələrindən Hacı Abdulla xan Qaragözlünün, Hacı Məhəmməd xan Qaragözlünün, Həsən xan Qaragözlünün, Məhəmmədhüseyn xan Qaragözlünün, Əbülqasım xan Qaragözlünün, Hacı Məhəmmədcəfər Məczubun və başqalarının adı məlumdur. Qaragözlü oymağının adı ilə bağlı Azərbaycanda toponimlərə rast gəlinir. Hacı Məhəmməd xan Qaragözlü bu oymağın bir tirəsini Qaradağ vilayətində yerləşdirmişdi. == Mənbə == Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" elmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.