Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qarabasma
Qarabasan — gerçək olmayan virtual xəyali varlıq və ya türk xalq mədəniyyətində kabus və buna səbəb olan varlıq. Qarabasma (Karabasma/Garabasma) da deyilir. Gecələri insanların üzərinə çökən şər varlıq kabuslara səbəb olur. Ümumi mənada isə insanların pis şeylər görməsi deməkdir. Qorxulu yuxulardır. Bəzi bölgələrdə Qaraqura və ya Kamos adlı bir varlığın səbəb olduğu düşünülür. Ağırbasma ifadəsi də istifadə edilir. Qarabasanlara pis ruhların və ya cinlərin səbəb olduğuna inanılır. Bu ruhlar bəzən öldürücü ola bilərlər. Bəzən yuxuda ölən insanların bu varlıqların hirsləri səbəbindən öldükləri düşünülür.
Qaraboğaz
Qaraboğaz — Türkmənistanın Balkan vilayətinin Xəzər dənizi sahilində yerləşən şəhəri.
Qaraboya
Qaraboya — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Rayon mərkəzindən 25 km məsadəfə Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qaraboya tayfa adı əsasında əmələ gəlib "qaraboya tayfasına mənsub kənd" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Sovet Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Xinkoyan qoyulmuşdur. XIX əsrdə Naxçıvan qəzasında Qaraboya kənd adı ilə mə'naca eynidir. 1919-cu ildə əhalisi qovulmuş və 1920-ci ildə Türkiyədən gəlmə ermənilər yerləşmişlər.
Orxan Qarabasma
Orxan Qarabasma vəya OGB (tam adı: Orxan Oktay oğlu Abbasov ; 18 oktyabr 1987, Bakı) — azərbaycanlı reper, musiqi prodüseri. Orxan Oktay oğlu Abbasov 1987-ci il 18 oktyabrında Bakı şəhərində anadan olub. 2005–2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıb. Rep səhnəsinə 2006-cı ildə "Qarabasma" qrupunun tərkibində başlayıb. 2008-ci ildən solo olaraq musiqi fəaliyyətinə davam edir. 2015-ci ildə reper RG ilə birlikdə "AFTERMAD" labelini yaradıb. 2017-ci ildən isə "Synaps" labeli ilə əməkdaşlıq edir. "Kəllə-Kəlləyə" və bir çox cypher tipli rep layihələrinin həmmüəllifidir. Orxan Qarabasma həmçinin bir çox müğənnilərə yazılan mahnıların müəllifidir.
Qaraboğaz (Qoşaçay)
Qaraboğaz (fars. قره بوغاز‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 29 nəfər yaşayır (5 ailə).
Qaraboğaz düzənliyi
Qaraboğaz düzənliyi — Abşeron yarımadasının şimal-qərbində yerləşən dağ ətəyi düzənlik. Sumqayıt şəhərindən 6–7 km şimalda yerləşir. Abrazion-akkumlyativ dördüncü dövrə aid suxurlar yayılmışdır. Düzənlikdə əsasən Sumqayıt şəhərinin sənaye müəssisələri yerləşir. Ekoloji baxımdan olduqca çirklənmişdir. Sumqayıtçayla Tuğ çayının arasında yerləşir. Yayı quraq, qışı mülayim isti keçən yarımsəhra və quru çöl iqliminə sahibdir. Yay ayları yüksək temperatur, zəif rütubətlilik xarakterikdir. İl ərzində 200–300 mm yağıntı düşür. İlin quraq dövründə (aprel-sentyabr) cəmi 100 mm, rütubətli dövründə isə 150–200 mm yağıntı olur.
Qarabağda minalar
Qarabağ və ətraf ərazilər ən çox minalanmaya məruz qalmış regionlardan biri hesab olunur. Minalar 1990-cı illərin əvvəllərindən bəri Birinci Dağlıq Qarabağ müharibəsi zamanı və ondan sonra həm Azərbaycan, həm də Ermənistan qüvvələri tərəfindən yerləşdirilmişdir. Ən çox minalanmaya məruz qalmış ərazilər Azərbaycan-Ermənistan qoşunlarının təmas xətti boyunca, xüsusilə Ağdam, Füzuli və Cəbrayıl rayonları olmuşdur. Həm Azərbaycandan, həm də Ermənistandan olan hərbi ekspertlərin fikrincə, həmin ərazilərdə yer demək olar ki “mina xalçaları” ilə örtülmüşdür. Bölgə minalar və partlamamış hərbi sursatlar səbəbindən dünyada adambaşına düşən ən yüksək qəza nisbətinə malikdir. Qondarma Dağlıq Qarabağ Respublikası rəsmi açıqlama verərək heç vaxt mina istehsal və ixrac etmədiyini, 1995-ci ildən bəri yeni minalar almadığını bildirmişdir. Onlar iddia edirlər ki, mina anbarları keçmiş Sovet İttifaqından qalan minalardan ibarətdir ( PMN, PMN-2, POMZ-2, OZM-72, TM-57 və TM-62 ). 2013-cü ildə Qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusunun hərbi qüvvələri Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti boyunca, daha çox mübahisəli ərazinin şərqində və şimalında piyada əleyhinə minalar yerləşdirdiklərini bildiriblər. Dağlıq Qarabağda minalarda həlak olan və ya yaralanaraq zərər çəkənlərin dəqiq sayını demək mümkün deyil, çünki Birinci Qarabağ Müharibəsində, eləcə də ondan sonrakı dövrdən 2000-ci ilə qədər baş vermiş partlama hadisələri ilə bağlı tam məlumat yoxdur. Qondarma Dağlıq Qarabağ Səhiyyə Nazirliyinin məlumatına görə, 1993-cü ilin iyunundan 1999-cu ilin mayına qədər minalar da daxil olmaqla, partlayış qurbanlarının sayı 687 (180 ölü və 507 yaralı) olmuşdur.
Qarabağa gəzinti
Qarabağa gəzinti — Aka Morçiladzenin romanı. 2005-ci ildə film rejissoru Levan Tutberidze bu roman əsasında film çəkib.
Dağlıq Qarabağda (1937)
== Məzmun == Film Azərbaycanın ayrılmaz tərkib hissəsi və ən gözəl guşələrindən biri olan Dağlıq Qarabağın səfalı təbiətindən, onun bugünkü işlərindən, alma, üzüm və taxıl yığımından söhbət açır. Filmdə eləcə də arıçılıq, qoyunçuluq və atçılıq fermalarının işindən danışılır. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Əbdül Həsənov Ssenari müəllifi: Vladimir Yeremeyev, Əbdül Həsənov Operator: Vladimir Yeremeyev Səs operatoru: İlya Ozerski == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 54.
Qarabağda alban memarlığı
Qarabağda Alban memarlığını özündə əks etdirən IV- XVI əsrlərə aid bir neçə Alban kilsəsi bizim dövrə qədər gəlib çatmışdır. Onların arasında Laçın rayonunda yerləşən Ağoğlan monastırı, Kəlbəcər rayonunda Xudavəng monastırı, Xocavənd rayonunda Amaras monastırı, Ağdərə rayonunda Müqəddəs Yelisey məbəd kompleksini, Ağdərə rayonunda Gəncəsər monastırı və digərlərini göstərmək olar. IX əsrdə inşa edilmiş və uzun müddət fəaliyyət göstərmiş Ağoğlan monastır kompleksi Laçın rayonunun ərazisində Ağoğlan çayı sahilində yerləşir. Möhkəm bazalt daşdan tikilmiş bu möhtəşəm monastır məharətli konstruktiv həllinə görə alban xristian memarlığı abidələri içərisində xüsusi yer tutur. Monastr binasının daxili həcmi üç hissədən ibarətdir. Daşlardan hörülmüş açır dam örtüyünü saxlayan hündür daş sütunlar silindrik formalı tağbəndlərlə tamamlanır. Məbədin daxili sahəsini işıqlandırmaq üçün divarlarda ensiz və uzunsov pəncərələr vardır. Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sol sahilində yerləşən, xalq arasında Xotavəng və ya Xudavəng, yəni "tanrı məbədi” adlandırılan monastır kompleksi Qafqaz Albaniyası dövləti dağıldıqdan bir əsr sonra IX əsrdə Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olmuşdur. Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərmişdir. Arxeoloji tədqiqatların nəticələrindən məlum olur ki, monastırın əsası VI-VII əsrlərdə qoyulmuşdur.
Qarabağda döyüşlər (2023)
Qarabağda döyüşlər — 19 sentyabr 2023-cü ildə, səhər saatlarında Qarabağda Azərbaycan Silahlı Qüvvələri və erməni silahlı birləşmələri arasında silahlı toqquşma başladı. Münaqişə Azərbaycan silahlı qüvvələrinin Rusiya Sülhməramlı Kontingentinin 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən yerləşdirildiyi ərazilərdə aparılıdı. Azərbaycanın Müdafiə Nazirliyinin Antiterror əməliyyatı adı verdiyi silahlı toqquşmadan bir neçə saat əvvəl Xocavənd rayonu ərazisində mina partlayışları oldu və nəticədə Daxili İşlər Nazirliyinin polisləri də daxil olmaqla 9 nəfər həyatını itirdi. Ermənistan rəsmiləri bunu Azərbaycanın ermənilərə qarşı təcavüzü adlandırdı. 24 saat davam edən hərbi əməliyyatlar sentyabrın 20-də, saat 13:00-da əldə olunan razılığa əsasən dayandırıldı. Razılığa əsasən Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərindən çıxmalı, qeyri-qanuni erməni silahlı dəstələri buraxılmalı, paralel formada bütün silah-sursat təhvil verilməli və bütün bu proseslər Rusiya Sülhməramlı Kontingenti ilə əlaqələndirilmiş formada aparılması təmin edilməlidir. Həmçinin sentyabrın 21-də Qarabağın erməni əhalisinin nümayəndələri ilə Yevlaxda görüşün baş tutacağı da qeyd edildi. Hərbi əməliyyatlar zamanı regionda 400-dən çox şəxs həyatını itirdi. Rəsmi olaraq Azərbaycan Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusunu həyatını itirdi, 511 hərbi qulluqçusu isə yaralandı. Erməni silahlı dəstələrinin ölüləri barədə dəqiq say açıqlamasa da, qondarma rejimin "ombudsmanı" Geğam Stepanyan 200-dən çox hərbçinin öldüyünü bildirdi.
Qarabağa Səyahət (1968)
Mənzərə filmi Azərbaycanın gözəl guşələrindən biri — Qarabağın əsrarəngiz təbiətindən, bu diyarın adamlarından, Bərdə, Şuşa, Xankəndi və Əsgəranın keçmişdən bu günə kimi mühafizə olunmuş tarixi qala və abidələrindən danışır. Qarabağı musiqisiz, musiqini isə Qarabağsız təsəvvür etmək çətindir. Cabbar Qaryağdı oğlunun, Seyid Şuşinskinin, Qurban Pirimovun adları kimə tanış deyil?! Xan qızı Natəvan, unudulmaz bəstəkarımız, Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəyov və sevimli müğənnimiz Bülbül də bu səfalı dağların övladıdır. Bu gün də burada-hər obada, hər evdə musiqi sədaları ətrafa yayılır, saf sular kimi axıb, min-min ürəyi fəth edir. Bütün bunlar barədə filmdə söhbət açılır. Ekranda diktorun səsi eşidilir: "Qarabağa əlvida demək çətindir;çünki Qarabağdan ayrılmaq mümkün deyil;çünki Qarabağ həmişə ürəklərdədir, onun füsunkar təbiəti, zəngin tarixi, möhtəşəm bu günü bizimdir". Rejissor: Əlibala Ələkbərov Ssenari müəllifi: Məmməd Mərdanov Operator: Əlibala Ələkbərov Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Dağlıq Qarabağda (film, 1937)
== Məzmun == Film Azərbaycanın ayrılmaz tərkib hissəsi və ən gözəl guşələrindən biri olan Dağlıq Qarabağın səfalı təbiətindən, onun bugünkü işlərindən, alma, üzüm və taxıl yığımından söhbət açır. Filmdə eləcə də arıçılıq, qoyunçuluq və atçılıq fermalarının işindən danışılır. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Əbdül Həsənov Ssenari müəllifi: Vladimir Yeremeyev, Əbdül Həsənov Operator: Vladimir Yeremeyev Səs operatoru: İlya Ozerski == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 54.
Qarabasma kafesi (mini-serial)
Qarabasma kafesi (ing. Nightmare Cafe) — 1992-ci ildə istehsal olunmuş ABŞ filmidir. Bütün seriyaların davam etmə müddəti 6 saatdır. Filmin baş qəhrəmanları Frenk və Fey eyni gündə vəfat edirlər. Bu hadisədən sonra onlar dünyaya ikinci dəfə qayıtmaq şansı əldə edirlər. Onlar qəribə bir kafedə işə düzəlirlər. Qəhrəmanlar kafenin sahibi Blekki ilə birlikdə bura gələn insanları yeni müxtəlif qorxu hissi yaşadırlar. Hər seriyada müxtəlif şəhərlərdə yerləşən kafedə çoxlu hadisələr baş verir... Pilot (azərb. Pilot‎) Dying Well Is the Best Revenge (azərb.
Qarabağda azərbaycanlılara qarşı qətliamlar
Qarabağda azərbaycanlılara qarşı soyqırımlar — erməni-daşnak quldur dəstələrinin Qarabağın Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında azərbaycanlılara qarşı törətdikləri soyqırımı və talanlar. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyası bu vəhşilikləri dərindən araşdırmış, bu haqda çoxlu şahid ifadələri, baxış protokolları, məruzələr, faktik məlumatlar toplamışdır. Sovet Rusiyasının Birinci dünya müharibəsi (1914-18) cəbhələrində hərbi əməliyyatların dayandırmasından əvvəl erməni əsgərləri kütləvi surətdə fərarilik edərək, cəbhədən qaçır və özləri ilə çoxlu oğurluq tüfəng, pulemyot və digər hərbi sursatlar aparırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü N.Mixaylovun toplanmış faktlar əsasında hazırladığı məruzədə deyilirdi ki, Cavanşir qəzasının müsəlman əhalisi qonşuları ermənilərə çox sadəlövhcəsinə inanır və həmin silahların gələcəkdə onlara qarşı yönəldiləcəyini təsəvvürlərinə belə gətirmirdilər. Buna görə də onlar həmin silahların gətirilməsinin qarşısını almaq üçün heç bir tədbir görmürdülər. Rusiyada Oktyabr çevrilişindən sonra isə Yuxarı Qarabağa, o cümlədən Cavanşir qəzasının erməni kəndlərinə silah və sursat, demək olar ki, açıq şəkildə gətirilməyə başladı. N.Mixaylovun məruzəsində göstərilirdi ki, 1917-ci ilin dekabrından başlayaraq, erməni-daşnak quldur dəstələri Kolanı icmasının azərbaycanlı kəndlərinə basqın edir və onlardan hələ yer üzərində mövcud olmayan Ermənistan Respublikasının tanımağı tələb edir və guya öz dövlətləri üçün azərbaycanlılardan zorla vergi yığırdılar. Erməni təqiblərindən bezmiş Cavanşir qəzasının bir neçə kəndinin, o cümlədən İmarət-Qərvənd kəndinin əhalisi və Umudlu kəndi əhalisinin bir hissəsi payız aylarında böyük tələfatla Murovdağı aşaraq, Cavanşir qəzasının aran kəndlərinə üz tutur və orada məskunlaşırlar. N.Mixaylovun 1919-cu il mayın 9-da Fövqəladə Təhqiqat Komissiyasına təqdim etdiyi məruzədə göstərilirdi ki, axır vaxtlar vəziyyət bir qədər yüngülləşsə də, Cavanşir qəzasındakı ermənilər buradakı azərbaycanlıların torpaqlarını Ermənistan Respublikasının ərazisi elan edərək, Azərbaycan Respublikasının hakimiyyətini tanımaq belə istəmir və öz zorakılıq hərəkətlərini əvvəlki kimi davam etdirirlər. Ona görə də Fövqəladə Təhqiqat Komissiyasının üzvləri erməni kəndlərindən keçərək, qəzanın dağətəyi hissəsində dağıdılmış azərbaycanlı kəndlərinə baxış keçirə bilmirdilər.
Qarabağda azərbaycanlılara qarşı soyqırımlar

Qarabağda erməni vandalizmi (2020)
Qarabağda erməni vandalizmi 2020 — Dağlıq Qarabağ atəşkəs bəyanatının nəticəsi olaraq ermənilərin tərk etməli olduqları ərazilərdə törətdikləri yanğın, dağıntı, söküntü və talama aktları. 27 sentyabr 2020-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri intensiv atəşə tutulur. Bundan sonra Azərbaycan ordusunun əks hücumu başlayır. Bu əks hücum əməliyyatı tarixə İkinci Qarabağ müharibəsi kimi düşür. Azərbaycan ordusu qısa zaman kəsiyində Qarabağ müharibəsi zamanı itirdiyi torpaqların bir qismini geri qaytarmağa müvəffəq olur. Üstəlik Ermənistan ordusuna vulan zərbələr nəticəsində müharibə aparmaq qabiliyyəti zəyifləyən ordunun rəhbərliyi Azərbaycanın irəli sürdüyü bəzi tələblərin yerinə yetirilməklə tam məğlubiyyətdən xilas olaraq atəşkəs bəyanatını imzalamaq məcburiyyətində qalır. Dağlıq Qarabağ atəşkəs bəyanatının 2-ci və 6-cı maddələrində göstərildiyi kimi Ermənistan ordusu 15 noyabra kimi Kəlbəcər, 20 noyabra kimi Ağdam və nəhayət 1 dekabra kimi Laçın rayonunu tərk etmək məcburiyyətində qalır. Bəyanatın imzalandığı günün ertəsindən ilkin olaraq Kəlbəcər rayonunda ordunun və qanunsuz məskunlaşan əhalinin köçü başlayır. İlkin olaraq Kəlbəcərdə qanunsuz məskunlaşan ermənilər rayon ərazisini tərk etməli olur. Bu köç zamanı ermənilər yaşadıqları evləri yandıraraq Azərbaycan torpaqlarından çıxırlar.
Qarabağda döyüşlər (sentyabr, 2023)
Qarabağda döyüşlər — 19 sentyabr 2023-cü ildə, səhər saatlarında Qarabağda Azərbaycan Silahlı Qüvvələri və erməni silahlı birləşmələri arasında silahlı toqquşma başladı. Münaqişə Azərbaycan silahlı qüvvələrinin Rusiya Sülhməramlı Kontingentinin 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən yerləşdirildiyi ərazilərdə aparılıdı. Azərbaycanın Müdafiə Nazirliyinin Antiterror əməliyyatı adı verdiyi silahlı toqquşmadan bir neçə saat əvvəl Xocavənd rayonu ərazisində mina partlayışları oldu və nəticədə Daxili İşlər Nazirliyinin polisləri də daxil olmaqla 9 nəfər həyatını itirdi. Ermənistan rəsmiləri bunu Azərbaycanın ermənilərə qarşı təcavüzü adlandırdı. 24 saat davam edən hərbi əməliyyatlar sentyabrın 20-də, saat 13:00-da əldə olunan razılığa əsasən dayandırıldı. Razılığa əsasən Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərindən çıxmalı, qeyri-qanuni erməni silahlı dəstələri buraxılmalı, paralel formada bütün silah-sursat təhvil verilməli və bütün bu proseslər Rusiya Sülhməramlı Kontingenti ilə əlaqələndirilmiş formada aparılması təmin edilməlidir. Həmçinin sentyabrın 21-də Qarabağın erməni əhalisinin nümayəndələri ilə Yevlaxda görüşün baş tutacağı da qeyd edildi. Hərbi əməliyyatlar zamanı regionda 400-dən çox şəxs həyatını itirdi. Rəsmi olaraq Azərbaycan Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusunu həyatını itirdi, 511 hərbi qulluqçusu isə yaralandı. Erməni silahlı dəstələrinin ölüləri barədə dəqiq say açıqlamasa da, qondarma rejimin "ombudsmanı" Geğam Stepanyan 200-dən çox hərbçinin öldüyünü bildirdi.
Qarabağda yanacaq anbarında partlayış
Qarabağda yanacaq anbarında partlayış — 25 sentyabr 2023-cü ildə Azərbaycanın Xankəndi şəhəri yaxınlığında yerləşən Qarşərabtrestin 2 nömrəli sovxozu yanında qəsəbənin yanacaqdoldurma məntəqəsində baş verən partlayış. Hadisə nəticəsində ən azı 125 nəfər həlak olmuş və 300 nəfər yaralanmışdır. Partlayışdan bir həftə əvvəl Azərbaycan separatçı Dağlıq Qarabağ Respublikasına qarşı genişmiqyaslı hərbi hücum başlatmışdı. Bu zaman 28 mindən çox etnik erməni regionu tərk etməyə başlamışdı. Regionu tərk etmək istəyən insanların yanacaqdoldurma məntəqələrinə axın etmişdi. Partlayış anında stansiyada yüzlərlə insan toplaşmışdı. Partlayışdan sonra Azərbaycanda yerli xəstəxanalar hazır vəziyyətə salınmış, yaralıların təxliyəsi üçün danışıqlara başlanılmışdır. Qarabağın erməni sakinlərinin nümayəndələri bu təklifdən imtina etmişdilər. Birləşmiş Ştatların Milli Təhlükəsizlik Şurasının sözçüsü Edriyenn Votson zərərçəkənlər üçün başsağlığı vermiş və regiona humanitar yardımın çatdırılmasına ehtiyac olduğunu söyləmişdir.
Qarabağda Rusiya sülhməramlılarının ölümü
Qarabağda Rusiya sülhməramlılarının ölümü — 20 sentyabr 2023-cü ildə Qarabağda yerləşən Canyataq kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinin hücumu nəticəsində 5 Rusiya sülhməramlısının həlak olması. Həlak olanlar arasında sülhməramlı kontingentin komandirinin müavini, birinci dərəcəli kapitan İvan Kovqan var idi. Hadisə Qarabağda toqquşmalar və Azərbaycanın əməliyyatları zamanı baş tutmuşdur. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri 5 il müddətinə atəşkəs bəyanatı imzalamışdılar. Bu sazişə əsasən, regionda təhlükəsizliyin təmin edilməsi üçün Qarabağ ərazisində Rusiya sülhməramlı kontingenti yerləşdirilməli idi. Azərbaycan və Ermənistan arasında münasibətlər 2022-ci ildə, avqustda baş verən toqquşmalardan və Xankəndi–Laçın yolunda aksiyalardan sonra kəskin şəkildə gərginləşmişdir. Azərbaycan Silahlı Qüvvələri 19 sentyabr 2023-cü ildə Qarabağda hərbi əməliyyata başlamışdır. 20 sentyabr 2023-cü il tarixində Canyataq kəndi yaxınlığındakı müşahidə məntəqəsindən qayıdarkən 5 Rusiya sülhməramlısının olduğu avtomobil atıcı silahlardan atəşə tutulmuşdur. Maşında olan hərbçilərin hamısı həlak olmuşdur. İlkin olaraq Azərbaycan və Ermənistan tərəfləri baş verənlərlə bağlı şərh verməmişdilər.
Qarabağda azərbaycanlıların etnik təmizləməsi
Qarabağda azərbaycanlıların etnik təmizləməsi — Birinci Dağlıq Qarabağ müharibəsində erməni separatçıları tərəfindən Dağlıq Qarabağda və onun hüdudlarından kənarda yaşayan Azərbaycan türklərinə, Azərbaycan kürdlərinə və Axısqa türklərinə qarşı törədilmiş olan etnik təmizlik. Birinci Dağlıq Qarabağ müharibəsindən əvvəl Dağlıq Qarabağda ən böyük etnik qrup ermənilər idi, ama, Şuşada və ya Xocalıda azərbaycanlıların çoxluq təşkil etdiyi bir neçə ərazilər var idi. Müharibədə erməni separatçı qüvvələri Ermənistanın köməyi ilə, bütün Dağlıq Qarabağ ərazisini və Dağlıq Qarabağdan kənarda yaşayan, tamamilə azərbaycanlıların və kürdlərin yaşadığı 7 rayonları “təhlükəsizlik kəməri” bəhanəsi ilə işğal etmişdilər. Bütün azərbaycanlılar və kürdlər qaçarkən erməni qüvvələrinin onları meşələn “ovladırdılar” diyə mühüm zəruri əşyaları özləri ilə aparmağa vaxt tapmaıyıb və evlərini tərk etməyə məcbur olan bütün azərbaycanlılar və kürdlər vəhşicəsinə həmin rayonlardan çıxarılmışdırlar. Azərbaycanlılara və axısqalılara qarşı olan ən böyük qırğın 1992-ci ilin fevralında, müharibənin başlanğıcında Xocalıda baş vermişdir. Bu qırğında ölənlərin sayı 500-dən 1000-ə qədərdir, rəsmi say isə 613-dür. Ümumilikdə 16.000-dən 30.000-ə qədər azərbaycanlı, axısqalı və kürd öldürülmüşdü, 724.000 ilə bir milyon arasında insan isə qovulub didərgin düşmüşdür. == Fon == Dağlıq Qarabağda dinc əhalinin ilk qırğınları 1988-ci ildə, regiondakı etnik ermənilər Dağlıq Qarabağ üzərində hakimiyyətin Azərbaycan Sovet Sosialist Respublikasından Ermənistan Sovet Sosialist Respublikasına tam dəyişdirilməsini tələb etdikdən sonra başlamışdılar. 1988-ci ilin sentyabr ayında ermənilər və azərbaycanlılar bir-birinə qarşı qırğın başlamış nəticədə Xankəndidən 3.100-dən çox azərbaycanlı qovulmuşdur və Şuşadan 1.409 erməni. 1991-ci ildə həm Ermənistan, həm də Azərbaycan SSRİ-nin dağılmasına az qalmış öz dövlət müstəqilliklərini elan etmişdirlər.
Qarabağa aparan yol (qəzet)
Qarabağa aparan yol — Müstəqil ictimai-siyasi, publisistik qəzet. "Qarabağa aparan yol" qəzetinin ilk sayı 2005-ci ilin sentyabr ayında işıq üzü görmüşdür. "Qarabağa aparan yol" qəzetinin təsisçisi və baş redaktoru Əli Mahmud, baş redaktorun müavini Fariz Çobanoğludur. Qəzet ayda iki dəfə nəşr olunur. Qarabağa aparan yol Arxivləşdirilib 2012-08-13 at the Wayback Machine "Qarabağa aparan yol" qəzeti "Qarabağa aparan yol" qəzeti, №21(167), 13 dekabr 2012-ci il.
Qarabağa gəzinti (film, 2005)
Qarabağa gəzinti (gürc. გასეირნება ყარაბაღში — Qaseirneba Karabağşi) — gürcü rejissoru Levan Tutberidzenin Gürcüstandakı vətəndaş müharibəsi və Qarabağ müharibəsi haqqında çəkdiyi film. SSRİ dağılandan sonra Qafqazda vətəndaş və etnik münaqişələr alovlanır. Filmin qəhrəmanları — sıravi tiflisli gənc Qoqliko və Suxumili snayper Spartak — Dağlıq Qarabağa yollanarkən yol yoldaşı olurlar. Biri qumarda uduzduğu pulları geri qaytarmaq, digəri komandirin əmrini yerinə yetirmək istəsə də, onlar birgə hərəkət etməli və bir-birinə dəstək verməli olurlar. Bir-birinə oxşamayan insanların taleyi münaqişə bölgəsində kəsişir. Film 1990-cı illərdə Gürcüstanda baş vermiş real hadisələrdən bəhs edən, yazıçı Aka Morçiladzenin eyniadlı hekayəsi əsasında çəkilib. Filmdə rus, gürcü, azərbaycan, erməni aktyorları çəkilib. 2005-ci ildə Anapada keçirilmiş "Kinoşok" kinofestivalında MDB və Baltikanın 14-cü açıq festivalının əsas mükafatını qazanmışdır.
Qarabağa səyahət (film, 1968)
Mənzərə filmi Azərbaycanın gözəl guşələrindən biri — Qarabağın əsrarəngiz təbiətindən, bu diyarın adamlarından, Bərdə, Şuşa, Xankəndi və Əsgəranın keçmişdən bu günə kimi mühafizə olunmuş tarixi qala və abidələrindən danışır. Qarabağı musiqisiz, musiqini isə Qarabağsız təsəvvür etmək çətindir. Cabbar Qaryağdı oğlunun, Seyid Şuşinskinin, Qurban Pirimovun adları kimə tanış deyil?! Xan qızı Natəvan, unudulmaz bəstəkarımız, Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəyov və sevimli müğənnimiz Bülbül də bu səfalı dağların övladıdır. Bu gün də burada-hər obada, hər evdə musiqi sədaları ətrafa yayılır, saf sular kimi axıb, min-min ürəyi fəth edir. Bütün bunlar barədə filmdə söhbət açılır. Ekranda diktorun səsi eşidilir: "Qarabağa əlvida demək çətindir;çünki Qarabağdan ayrılmaq mümkün deyil;çünki Qarabağ həmişə ürəklərdədir, onun füsunkar təbiəti, zəngin tarixi, möhtəşəm bu günü bizimdir". Rejissor: Əlibala Ələkbərov Ssenari müəllifi: Məmməd Mərdanov Operator: Əlibala Ələkbərov Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Qarağac küçəsində qarabasma (film, 1984)
Qarağac küçəsində qarabasma (ing. A Nightmare on Elm Street) – 1980-cı illərin məşhur qorxulu, sleşer filmlərindən biridir. Film 1984-cü ildə ABŞ rejissoru Ues Kreyven tərəfindən çəkilmişdir. "Qarağac küçəsində qarabasma" filmi 1985-ci ildə Avoriaz Fantastik Film Festivalında tamaşaçılar tərəfindən mükafatlandırılmışdır. Filmin B filmləri kateqoriyasına daxil olmasına baxmayaraq, böyük müvəffəqiyyət qazanmışdır. Filmin büdcəsi 1,8 milyon, gəliri isə 25,5 milyon ABŞ dollarıdır. Bu film tənqidçilər tərəfindən müsbət qarşılandı və onun davamı olaraq bir sıra teleseriallar və filmlər çəkilir. Bu film qorxu filmi janrında çəkilmişdir. Ayrıca filmin qəhrəmanı Freddi kino tarixində ən çox tanınan pis xarakter oldu. Həm tənqidçilər həm də Ues Kreyven filmin müvəffəqiyyətində sleşer növündə olan (gənclərin psixopat bir ardıcıl qatil tərəfindən qətl edildiyi filmlərə deyilir) və qorxu filmlərinin qızıl çağını başladan Hellouin filminin əhəmiyyətli rol oynadığını ifadə edirdilər.