Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaraburun
Qaraburun (Talin)
Qaraqorum
Qaraqorum (monq. Xarxorin), orta əsrlərdə Qara Xorum (monq. Xar Xorum) — orta əsrlərdə monqol dövlətinin paytaxtı. Şəhərin adının mənası qədim türk dilində "Qara daşlar" mənasındadır. == Tarixi == Şəhərin xarabalığı Orxon çayının yuxarı axınındadır. Əsasını Çingiz xan qoymuşdur (1220). 1235–1264-cü illərdə Böyük Monqol imperiyasının paytaxtı olmuşdur. XVI əsrə qədər mövcud olmuşdur. Çin salnamələrində, XIII əsr Avropa səyyahlarının (Plano Karpini, Marko Polo və V. Rubruk) xatirələrində Qaraqorum haqqında məlumat var. Rus alimlərindən N. M. Yadrinsev Qaraqorumun yerini müəyyənləşdirmiş (1889), A. M. Pozdneyev isə tarixi məlumatlar əsasında bunu təsdiq etmişdir.
Qaraqurd
Aralıq Dənizi Qaraqurd Hörümçəyi (lat. Latrodectus tredecimguttatus) — Qaraqurd cinsinin növlərinə aid edilir. == Xarakteristikası == L. tredecimguttatus digər qaraqurd növlərinin çoxuna bənzər şəkildə olduğu kimi qara rəngdədir, qarnının dorsal tərəfində on üç nöqtəsi vardır (elə latınca adı on üç nöqtəli deməldir). Bu işarələr adətən qırmızı rəngdə olur lakin həmçinin sarı və ya narıncı rəngdə də ola bilər. Əks təqdirdə Latrodectus cinsinin digər növləri ilə oxşardır. Bu növ əsasən çöllərdə və digər otlaqlarda yaşayır, taxılın əllə yığıldığı ərazilərdə ciddi bir problem meydana gətirə bilir. Erkəyin zəhəri epidermisə nüfuz edə bilmir və yalnızca dişi növün sancması təhlükəlidir (insanlar və ya mal-qara üçün). == Zəhərin təsiri == Qaraqurdun zəhəri ən zəhərli ilanların zəhərindən 15 dəfə güclü təsirə malikdir. Sancılmış nahiyədə qırmızı ləkələr əmələ gəlir, tezliklə də itir. 10-15 dəqiqədən sonra qarın, bel və döş nahiyədə kəskin ağrı başlayır və ayaqlar keyləşir.
Qaraburun (Talin)
Qaraburun, Qırmızılı, Karakert — İrəvan quberniyasının Eçmiədzin qəzasında indi Talin rayonunda kənd. İrəvan xanlığında kənd. == Tarixi == Qaraburun rayon mərkəzindən 18 km məsafədə, Alagöz dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «böyük, iri» mənasında işlənən qara sözündən və «irəli çıxan və ya suya doğru uzanan», «dağ çıxıntısı, dağın qolu, sıldırımlı qaya» mənasında işlənən burun sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 31.VII.1950-ci il fərmanı ilə adı dəyişdirilib Karmraşen (Qırmızı kənd), 21.l.1965-cı il fərmanı ilə yenidən dəyişdirilib Karakert (daş tikintisi) qoyulmuşdur. == İstinadlar == == Xarici keçidlər == Qaraburun (Talin) GEOnet Names Server-də.
Qaraburun (İzmir)
Qaraburun (türk. Karaburun) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 60 km-dir. İlçənin cənubunda Urla ilçəsi; qərbində, şimalında və şərqində Egey dənizi yerləşir. İlçənin sahəsi 421 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 10,759 nəfərdir.
Qaraburun (Əhər)
Qaraburun (fars. كقالققره ب‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (8 ailə).
Qaraburun dağı
Qaraburun dağı — Sədərək rayonu ərazisində dağ (hünd. 945,8 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün şimal kənarındakı Bulaqbaşı silsiləsindən qərbə ayrılan eyniadlı qolun qurtaracağında zirvə. Sədərək kəndindən 4 km şimal-qərbdədir. Orta Devonun Eyfel mərtəbəsinin orta və üst yarımmərtəbələrinə aid Danzik və Qurdqapısı lay dəstələrinin karbonat və terrigen-karbonat süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının şimal tektonik blokuna aid edilir və geoloji quruluşda şimal-şərq istiqamətli fay qırılmaları ilə kiçik bloklara parçalanmış Heydərabad sinklinalının qərb qanadında yerləşir.
Qaraburun yarımadası
Qaraburun yarımadası və ya Çeşmə yarımadası (türk. Karaburun Yarımadası, türk. Çeşme Yarımadası) — Türkiyənin qərbində, İzmir ili ərazisində yerləşən yarımada. Xios adasının qarşı tərəfində, İzmir və Bozdağlardan qərbdə yerləşir. Şimal-şərqdən İzmir körfəzi ilə əhatələnir. Sahəsi 550 km²-dir. Kiçik Asiyanın ən böyük yarımadalarından biridir. Burada İzmir Texnologiya İnstitutu yerləşir. Yarımadada yerləşən qədim şəhərlər: Erifrı, Klazomen və Teos. Ən böyük yaşayış məntəqəsi Çerşmədir.
Qaraqurat (Həştrud)
Qaraqurat (fars. قره غورت‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 117 nəfər yaşayır (22 ailə).
Qaraquyruq gəlincik
Qaraquyruq gəlincik və ya Qaqum (lat. Mustela erminea) — dələkimilər fəsiləsinə, Gəlincik cinsinə aid və Azərbaycanda nəsli kəsilmək üzrə olan heyvan növü. == Təsviri == Ölçüləri xırdadır: erkəklərin çəkisi 104 - 150 qr, dişilərinki 50 - 280 qr, bədənin uzuznluğu uyğun olaraq 20 - 40 və 17 - 27, quyruq 6.5 - 12 və 5.5 - 10.5 qulaq 1.5 - 2.4 və 1.4 - 2.3 sm-dir. Ölçülərində cinsi dimorfizm aşkar görünür. Bədəni uzunsov formalı və qısa ayaqlar üzərindədir. Xarici görünüşcə oxşar olan gəlincikdən daha iri ölçüləri, uzun quyruğu və ucunun qara olması ilə fərqlənir. Baş qısadır, girdə qulaq seyvanları vardır. Qışda xəzi sıxdır və qatı ağ rəngdədir (bəzən qarın hissəsi sarımtıl olur), yayda bəzən bədənin üst hissəsi qəhvəyi alt hissəsi ağ olur. Caynaqlar açıq rəngli və itidir. Qafqazda xırda ölçüləri və yay xəzinin kərpici-qəhvəyi rəngi ilə fərqlənən M. (M.) e.
Qaraquyruq iquanlar
Qaraquyruq iquanlar (lat. Hoplocercidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Qaraquyruq çivdimdik
Aral Qaraqumu
Aral Qaraqumu- qumlu səhra, Qazaxıstanın ön Aral regionunda yerləşir. Şimal-şərqdən Aral dənizi, cənubdan isə Sırdərya ilə əhatələnir. == Təbiəti == Ərazi əsasən düzənlik olsa da, Aral gölünə doğru səthin enişi müşahidə edilir. Səthin hündürlüyü 55–118 m təşkil edir. Ərazi əsasən qumluq sahələrdən ibarətdir. Burada səthi əsasə yarımkol bitkiləri üstünlük təşkil edir. Qumlar hətta 5–25 m hündürlüyə malik olan təpəçiklər əmələ gətirirlər. Burada bitkilərin kökləri hətta 3-8 metr dərinliyə qədər gedə bilirlər. Ümumi boyunca hövzəsində şoranlıqlar mövcuddur. Takırlar ərazini bütünlüklə örtür.
Qaraquyu (İğdır)
Qaraquyu — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901-ci ildə Qaraköy olaraq qeyd edilir. 1928-ci ildə ildən bəri Qaraquyu adını almışdır. == Coğrafiyası == İğdırdan 12 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 591 nəfər kürd yaşayırdı.
Zaunquz Qaraqumu
Zaunquz Qaraqumu (Şimal Qaraqumu; türkm. Üňüzaňyrsy Garagum) — Mərkəzi Asiyanın cənubunda, Türkmənistanın şimalında yerləşən qumlu səhra. Qaraqum səhrasının tərkib hissəsini təşkil edir. Sahəsi 102 000 km² təşkil edir. Səhra bölgənin geoloji baxımdan ən qədim hissəsidir. Meridian istiqamətdə hündürlüyü 80—100 metr olan silsilələr keçir. Cənub hissədə hündürlüyü 60–160 m olan pilləvari eniş müşahidə edilir. Unquz çökəkliyi ən dayaz nöqtədir. Geniş sahədə takırlara rast gəlinir.
Çay qaraquşu
Çay qaraquşu (lat. Pandion haliaetus) — qaraquş cinsinə aid quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Status. Nadir, sayı tez azalan növdür. Yayılması. Xəzər sahillərində (başlıca olaraq Astara və Kür çayı mənsəbi arasında) və respublikanın iri daxili su hövzələrində olur. Yaşayış yeri. Balıqla zəngin su hövzələri yaxınlığında yerləşən hündür gövdəli meşələr. Təbiətdə sayı.