Aral Qaraqumu

Aral Qaraqumu[2]

Aral Qaraqumu səhrası
qaz. Арал қарақұмы
Aral Qaraqumu səhrası
Aral Qaraqumu səhrası
Ümumi məlumatlar
Mütləq hündürlüyü 55 m
Sahəsi 40,000[1]
Yerləşməsi
46°48′47″ şm. e. 60°36′55″ ş. u.HGYO
Ölkə  Qazaxıstan
Aral Qaraqumu səhrası xəritədə
Aral Qaraqumu səhrası
Aral Qaraqumu səhrası
Aral Qaraqumu səhrası (Asiya)
Aral Qaraqumu
səhrası

- qumlu səhra, Qazaxıstanın ön Aral regionunda yerləşir. Şimal-şərqdən Aral dənizi, cənubdan isə Sırdərya ilə əhatələnir.

Ərazi əsasən düzənlik olsa da, Aral gölünə doğru səthin enişi müşahidə edilir. Səthin hündürlüyü 55–118 m təşkil edir.

Ərazi əsasən qumluq sahələrdən ibarətdir. Burada səthi əsasə yarımkol bitkiləri üstünlük təşkil edir. Qumlar hətta 5–25 m hündürlüyə malik olan təpəçiklər əmələ gətirirlər. Burada bitkilərin kökləri hətta 3-8 metr dərinliyə qədər gedə bilirlər. Ümumi boyunca hövzəsində şoranlıqlar mövcuddur. Takırlar ərazini bütünlüklə örtür. İsti yay ayları takırların çadarlaşması müşahidə edilir. Yağışlar və qar suları yeri isladarkən takır və şoranklıqlar su keçirkəz gil suxuları səbəbindən şoran gölməçələr yaranır.

Ərazisində daimi axara malik çay yoxdur. Çaylar əsasən yağışlar və qar suları ilə qidalanır. Müvəqqəti çaylar bir müddətdən sonra quruyur.

Səhranın bitki örtüyü özündə əsasən ot (Yovşan, Anabasis salsa) və yarımkol (yulğun, Cuzqun) bitkiləri üstünlük təşkil edir. Dəvətikanı bitkisi geniş yayılmışdır .

İqlimi təskin kontinentaldır. Mövsümlər arasında kəskin ampletut fərqi vardır. İl ərzində cəmi 120 mm yağıntı düşür.

  • Qış (noyabrın ortalarındam — martın ortalarına qədər) əsasən dumanlı və buludlu olur. Qışda orta günlük temperatur səhərlər −5…—10°s, gecələr isə −20…-25°s təşkil edir (maksimal −42°Cs. Güçlü şaxtalar dekabrdan müşahidə edilir. Yağış əsasən qar şəklində düşür. Qar örtüyü dekabrın ikinci yarısında formalaşır və mart ayının sonuna qədər davam edir. Onun qalınlığı adətən 16 sm (30 sm ola bilir) təşkil edir. Torpağın donması 1,3 metrə qədər müşahidə edilir.
  • Yaz (martın ortasından — aprelin birinci yarısına qədər) mövsümü havanın temperaturu mövsümün əvvələrində -10°s, ortalarında gündüzlər +8 °s +25 °s, gecələr isə -1°s təşkil edir. Yağış əsasən yağış şəklində düşsədə bəzən qar müşahidə edilir.
  • Yay (may — sentyabrın ortaları) isti quru və buludsuz hava xarakterikdir. Havanın temperaturu gündüz gün +30; +35 °s (max +43 °s), gecə isə + 18 °s olur. Yayda tez-tez qum və toz fırtınaları müşahidə edlir.
  • Payız (sentyabrın ortalarından - noyabr ortalarına) əvvəlləri quru və isti sonra buludlu və sərin keçir. Havanın temperaturu gündüz +5; + 25 °s, gecə -5, + 5 °s olur. Noyabrda yağıntılar yağış (çiskin) bəzi halarda isə sulu qar şəklində düşür.

Yaz və yayda əsasən qərb və şimal-qərb, payız və qışda isə şərq və şimal-şərq küləkləri əsir. Küləklərin sürəti 3–7 m/s təşkil edir. İlik 45 günü qum fırtınaları müşahidə edilir. İlin 54 gün yağış, 26 gün duman, 10 gün çovğun, 12 gün fırtına müşahidə edilir.

Qrunt sularının səthə yaxınlığı səbəbindən heyvanların su ilə təminatında çətinlik yaranmır. Qazılan quyular vastəsi ilə içməli suya olan təlabat ödənilir. Surarın səthə yazınlığı səbəbindən heyvanları ota olan təlabatı il boyu odənilə bilir. Qoyunçuluq və dəvəçilik inkişaf etmişdir.

  1. Приаралски Каракум, Посетен на 24. 4. 2013.
  2. «Қазақстан»: Ұлттық энцклопедия / Бас редактор Ә. Нысанбаев – Алматы «Қазақ энциклопедиясы» Бас редакциясы, 1998 жыл. ISBN 5-89800-123-9