Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qalaqayın
Qalağayın və ya Qalaqayın — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd və eyniadlı kənd inzibati ərazi dairənin mərkəzi. Tarixi Səfəvilər dövləti, Cavad xanlığı, Şirvan xanlığının qala şəhəri və Muğan mahalının mərkəzi. Sabirabad rayonunun ən qədim kəndi və etnotoponimlərdən biri Qalaqayındır. Mənbələrə görə başlanğıc tarixi 4-cü əsrə aiddir. Əfsuslar olsun ki, ilkin dövrlərə aid geniş məlumat yoxdur. "Xavər zəmin", yəni "Günəşli torpaq" adı ilə tanınan Muğan torpağı bir çox illər ərəblərin, türklərin, farsların və digər yadelli işğalçıların təqiblərinə məruz qalmış, lakin düşmənlərin bütün hücumlarını dəf edərək basılmaz qalaya çevrilmişdir. O vaxtlardan da "Xavər zəmin" Qalaqayın adı ilə əvəz olunmuşdur. Bu ad qala sözündən və türkdilli kayın (qayın) tayfasının adından ibarət olub, "qayınların qalası" mənasını bildirir. Kayın adlı tayfa indi də Cənubi Azərbaycanda yaşamaqdadır. Bu adda tayfa başqa türkdilli xalqların (qazax, qırğız, başqırd) tərkibində də vardır.
Qaraqaya
Kəndlər Azərbaycanda Qaraqaya (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Qaraqaya (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd. Qaraqaya — Babək rayonunun Alagözməzrə inzibati ərazi vahidində kənd. Ermənistanda Qaraqaya (Qaraqoyunlu) — Ermənistanın Tavuş marzında Qaraqoyunlu mahalına aid kənd. Qaraqaya (Dərələyəz) — Dərələyəz mahalında kənd. İranda ‎Qaraqaya (İcrud) Qaraqaya (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Qaraqaya (Takab) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. Qaraqaya (Sina dehistanı) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Qaraqaya (Dizmar-i Mərkəzi dehistanı) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Qaraqaya (Germi) Dağlar Qaraqaya — Axta rayonunda dağ.
Canaqayıt Zaliyxanlanı
Canaqayıt Zaliyxanlanı (qaraç.-balk. Залийханланы Жанакъайыт Жунусну жашы: 8 noyabr 1917, Gündələn, Nalçik dairəsi ― 26 iyun 1995, Nalçik, Kabarda-Balkariya) ― balkar yazıçı və şair. == Haqqında == Canaqayıt Zaliyxanlanı 1917-ci ildə Gündələn kəndində kəndli ailəsində anadan olub. 1941-ci ildə Sov.İKP Nalçik şəhər komitəsinə rəhbərlik edib. İkinci Dünya müharibəsində iştirak edərək, partizan dəstəsinə rəhbərlik edib. 1944-cü ildə bütün balkar xalqı deportasiya edildiyi üçün 1957-ci ilə qədər o da deportasiya edilərək Qırğızıstanda yaşamağa davam edib. Sürgündə olduğu müddətdə Bişkekdə yerləşən Qırğız Pedaqoji İnstitutunda filologiya fakultəsini bitirib. 1957-ci ildə geri dönməyə icazə verildikdən sonra Nalçikə qayıdıb və ömrünün sonuna qədər burada yaşayıb. 26 iyun 1995-ci ildə Nalçikdə dünyasını dəyişib. . == Yaradıcılığı == Onun ilk əsərləri 1936-cı ildə çap edilib.
Qalaqayın bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qalaqayın məscidi
Qalaqayın məscidi — Səfəvilər dövlətinin inzibati bölgüsü olan Təbriz bəylərbəyliyi Ərdəbil əyalətinin Muğan mahalında tikilmiş məscid. Daş qeydlərdə Hacı Zeynalabidin adlı şəxs tərəfindən 1831-ci ildə təmir edildiyi qeyd edilmişdir. Sonuncu dəfə 1988-ci ildə əsaslı şəkildə təmir olunub. Məscid düzbucaqlı formadadır, divarları ərəbcə Quran ayələri ilə bəzədilib. İbadət evinin bir minarəsi və üç günbəzi var. Minarə dəmirdəndir və onun hündürlüyü 17 metr təşkil edir. Günbəzlər də dəmirdəndir və məscidin damında yerləşir. Sovet dövründə ibadətgah anbar kimi istifadə edilib. 1990-cı ildə məscidin fəaliyyəti bərpa olunub. Baba Samid məqbərəsi Şamaxı məscidi Köhnə hamam mes.mctgov.az.
Qaraqarın bağrıqara
Qaraqarın bağrıqara (lat. Pterocles orientalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bağrıqarakimilər dəstəsinin bağrıqaralar fəsiləsinin bağrıqara cinsinə aid heyvan növü. Ümumi rəngi sarımtıl—bozdur, döşündə kiçik qara xallar var. Qarnı qaradır. Şərqi Avropa, Asiya və Şimali Afrikada yayılıb. Azərbaycanda Kür-Araz ovalığında, Şirvanda, Abşeron-Qobustanda, Acınohur-Ceyrançöldə, Naxçıvanda məskunlaşır. Yaşayış yerləri kəskin azalıb. Səhra, yarımsəhra və digər bozqır landşaftlar yaşayış yerləridir. Gündüz fəal olur. Azərbaycanda oturaqdır.
Qaraqarın susüpürən
Qaraqarın susüpürən (lat. Sterna acuticauda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Qalaqayın (qala)
Qalaqayın (Qalagah,Qala əl-Nahiyə,Qalaqanı, Həsənqala) — Qalaqayının tarixi mərkəzini əhatə etmiş istehkam və nahiyə qalası. "Qalaqayın" toponimindəki "y" səsi danışıqda əlavə olunmuşdur. Keçən əsrə aid mənbədə kəndin adı "Qalaqanı" kimi qeyd olunmuşdur. XIX əsrin 20-ci illərində tərtib olunmuş mənbədə göstərilir ki, "Qalaqanı" bir qalanın adıdır və ətraf kəndləri idarə edən bəy orada oturur. Görünür ki, bu qala hələ orta əsrlərdə mövcud olmuş,1798-ci ildə orada olmuş alman səyyahı marşal fon Biberşteyn yazır: "Kürlə Arazın qovuşduğu yerdə Qalaqanı adlanan qalanın xarabalıqları görünür. Bu məlumatlardan aydın olur ki, "Qalaqayın" toponimi Qala - "möhkəmləndirilmiş yer" və "Qayın" hissələrinə ayrılır və bütövlükdə "Qayın qalası" mənasını verir. Qeyd edildiyi kimi əslində bu toponim "Qala Qanı" kimi olmuş, lakin danışıqda "y" səsi əlavə edilmişdir. Lakin araşdırmalar göstərmişdir ki, Qalaqayın toponimindəki Qayın (Qanı) sözü bir türk mənşəli tayfanın adıdır. Bu toponimin tərkib hissəsini təşkil edən "Qanı" etnonimi ilə düzəlmiş toponimlər başqa yerlərdə də vardır. Keçən əsrdə Gürcüstanda Kani-turqoba, Qanı-Yurt, Qars əyalətində Qaynı-Dərə kəndlərinin adları məlumdur.
Gizəm Qaradayı
Gizem Karadayı (14 yanvar 1987, Ankara) – türk qadın voleybolçu. Türkiyə milli voleybol komandasının bir nömrəli liberosudur. == Karyerası == Gizem karyerasına Vakıfbankın B komandasında başlamışdır. Daha sonra Türk Telekomun əsas komandasında forma geyinmişdir. Qalatasarayın da bir il forma geyinmiş veloeybolçu 2009-cu ildə Vakıfbanka yenidən trasnfer olunmuşdur. 2010–11 mövsümündə Vakıfbankla Avropanın bir nömrəli kuboku CEV Çempionlar Liqasını qazanır. Turnirin "Ən yaxşı libero"su isə Gizem olur 2012–13 sezonunda Vakıfbankla birlikde beş kubok birdən qazanır türk libero. Bunlar CEV Çempionlar Liqası, Türkiyə Qadınlararası Voleybol Çempionatı, Kulublar arası Dünya Çempionatı, Türkiyə kuboku və superkubokunun mükafatları idi. 2012-ci ildə milli komanda ilə birlikdə London Yay Olimpiya Oyunlarında da iştirak etmişdir.
Qaraqaya (Dərələyəz)
Qaraqaya - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 17 km şimal-şərqdə, Erdəpin kəndinin yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində rəng mənasında işlənən qara sözü ilə «dağ» mənasında işlənən qaya sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1873 - cü ildə 141 nəfər, 1886-cı ildə 214 nəfər, 1897-ci ildə 259 nəfər, 1904 - cü ildə 177 nəfər, 1914 - cü ildə 194 nəfər, 1916-cı ildə 303 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan sakinləri ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 193 nəfər, 1926-cı ildə 97 nəfər, 1931-ci ildə 140 nəfər, 1987-ci ildə 400 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Qaraqaya (Karvansaray)
Qaraqaya (1991-ci ildən Dzoravank) — Qаrаqоyunlu mahalında kənd. Qaraqaya (1991-ci ildən Dzoravank) Ermənistan SSR-in Mixaylovka – Çəmbərək rayonunda, Tərsəçayın sol sahilində, rayon mərkəzindən 27 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Meşəkənd (1991-ci ildən Antarameq) heyvandarlıq sovxozu ilə birləşdirilmişdi. Əhalisi 1907-ci ildə 228, 1914-cü ildə 265, 1931-ci ildə 205 nəf-ər azərbaycanlı olub. 1988-ci ilin faciəli olayları zamanı onların hamısı qovulmuşlar. Qaraqaya kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.
Qaraqaya (Kəleybər)
Qaraqaya (fars. قره قيه‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 649 nəfər yaşayır (137 ailə).
Qaraqaya (Meşkinşəhr)
Qaraqaya (fars. قره قيه‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,713 nəfər yaşayır (410 ailə).
Qaraqaya (Miyanə)
Qaraqaya (fars. قره قيه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 100 nəfər yaşayır (24 ailə).
Qaraqaya (Qaraqoyunlu)
Qaraqaya (1991-ci ildən Dzoravank) — Qаrаqоyunlu mahalında kənd. Qaraqaya (1991-ci ildən Dzoravank) Ermənistan SSR-in Mixaylovka – Çəmbərək rayonunda, Tərsəçayın sol sahilində, rayon mərkəzindən 27 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Meşəkənd (1991-ci ildən Antarameq) heyvandarlıq sovxozu ilə birləşdirilmişdi. Əhalisi 1907-ci ildə 228, 1914-cü ildə 265, 1931-ci ildə 205 nəf-ər azərbaycanlı olub. 1988-ci ilin faciəli olayları zamanı onların hamısı qovulmuşlar. Qaraqaya kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.
Qaraqaya (Sayınqala)
Qaraqaya (fars. قره قيه‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 465 nəfər yaşayır (93 ailə).
Qaraqaya (Sərab)
Qaraqaya (fars. قره قيه‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 291 nəfər yaşayır (66 ailə).
Qaraqaya (Takab)
Qaraqaya (fars. قره قيه‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 494 nəfər yaşayır (83 ailə).
Qaraqaya (Yardımlı)
Qaraqaya — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Qaraqaya kəndi Çay Üzü kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Urakəran kəndi mərkəz olmaqla Urakəran kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Qaraqaya (İcrud)
Qaraqaya (fars. قراقيه‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 104 nəfər yaşayır (23 ailə).
Qaraqaya (İsmayıllı)
Qaraqaya — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd “Mərkəzi” turizm zonasında yerləşir. Kəndin əhalisi 355 nəfərdir. Əhali əsasən heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kəndin ərazisində “Kələmərc” istirahət mərkəzi fəaliyyət göstərir. Kənd “İsmayıllı-Lahıc”şossesinin kənarında yerləşir. Kəndin ərazisində yerləşən “Qaranohur” yeməkxanası ilboyu fəaliyyət göstərir. Əhalisi 363 nəfərdir ki onunda 179 nəfəri kişi, 184 nəfəri qadındır.
Qaraqaya SES
Qaraqaya SES (türk. Karakaya Barajı) — Türkiyədə Fərat çayı üzərində inşa edilmiş su-elektrik stansiyası. Stansiya b1987-ci ildə istifadəyə verilmişdir. Cənub-Şərqi Anadolu layihəsi əsasında inşa edilmiş 21 su-elektrik stansiyasından biri. Burada güçü 300 MVt olan turbinlərin sayəsində ümumi güçü 1800 МВт olan elektrik enerji istehsal edilir. Hər ilin su səviyyəsi aşağı düşən dönəmlərdə bir kəndin məscidinə aid olan minarə su səthinə çıxır. Suyun 30 metr üzərinə çıxmasına baxmayaraq dağılmamışdır. Qaraqaya SES önündə 173 metr hündürlüyü olan dəmir-beton konstruksiyalı bənd vardır. Su elektik stansiyanın 1800 MVt gücü sayı 6 olan, hər birinin isə 300 MVt gücə malik turbinlər təşkil edir. Su anbarının sahəsi 298 km²-dir.
Qaraqaya dağı
Qaraqaya dağı (Qax)
Qaraqaya nahiyəsi
Qaraqaya nahiyəsi — Qarabağ bəylərbəyliyinin bölgələrindən biri. Qarabağ bəylərbəyliyinin Xılxına qəzasına bağlı idi. Mərkəzi Göyərçin kəndi olub, 26 yaşayış məskənini və 5 məzrəni birləşdirirdi. Qaraqaya nahiyəsinin əsas əhalisi qaraqoyunlular idi.
Qalağayın
Qalağayın və ya Qalaqayın — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd və eyniadlı kənd inzibati ərazi dairənin mərkəzi. Tarixi Səfəvilər dövləti, Cavad xanlığı, Şirvan xanlığının qala şəhəri və Muğan mahalının mərkəzi. Sabirabad rayonunun ən qədim kəndi və etnotoponimlərdən biri Qalaqayındır. Mənbələrə görə başlanğıc tarixi 4-cü əsrə aiddir. Əfsuslar olsun ki, ilkin dövrlərə aid geniş məlumat yoxdur. "Xavər zəmin", yəni "Günəşli torpaq" adı ilə tanınan Muğan torpağı bir çox illər ərəblərin, türklərin, farsların və digər yadelli işğalçıların təqiblərinə məruz qalmış, lakin düşmənlərin bütün hücumlarını dəf edərək basılmaz qalaya çevrilmişdir. O vaxtlardan da "Xavər zəmin" Qalaqayın adı ilə əvəz olunmuşdur. Bu ad qala sözündən və türkdilli kayın (qayın) tayfasının adından ibarət olub, "qayınların qalası" mənasını bildirir. Kayın adlı tayfa indi də Cənubi Azərbaycanda yaşamaqdadır. Bu adda tayfa başqa türkdilli xalqların (qazax, qırğız, başqırd) tərkibində də vardır.
Marağayi
Marağayi — təxəllüs.
Qarağacı
Qarağacı (əvvəlki adı: Qarahacı) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 344-IIIQ saylı Qərarı ilə Bərdə rayonunun Mirzəcəfərli kənd inzibati ərazi dairəsi tərkibindəki Qarahacı kəndi Qarağacı kəndi adlandırılmışdır.
Qaraqaya (Sina dehistanı)
Qaraqaya (fars. قره قيه‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 54 nəfər yaşayır (8 ailə).
Qarağat
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Qalağayın bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Komarov qarağatı
Komarov qarağatı (lat. Ribes komarovii) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü.
Qarağacı (Bərdə)
Qarağacı (əvvəlki adı: Qarahacı) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 344-IIIQ saylı Qərarı ilə Bərdə rayonunun Mirzəcəfərli kənd inzibati ərazi dairəsi tərkibindəki Qarahacı kəndi Qarağacı kəndi adlandırılmışdır.
Qarağacı qəbiristanlığı
Qarağacı qəbiristanlığı — Ağdamda qədim qəbrstanlıq Şəhərin cənub səmtində, 5 kilometrlik məsafədə yerləşən qəbiristanlığın yaşının 3 min ilə dayandığı deyilir. Burada bizim dövrümüzə gəlib çatan bir qəbirüstü kitabənin isə 1174-cü ilə aid olduğu təsdiqlənib. "Qarağacı"dakı dörd türbə olmuşdur. Uğurlubəyovların türbəsi Qədim Qarağac qəbiristanlığında yerləşirdi. Burada ilkin olaraq Uğurlu bəy Fərəculla bəy oğlu Uğurlubəyov və zaman keçdikcə bəzi yaxın adamları dəfn edilmişdi. Sonralar onların qəbirləri üzərində türbə ucaldılıb və həmin vaxtdan da ona "Uğurlubəyovların türbəsi" adı verilib". 24 fevral 1992-ci il Ağdam rayonunun Qarağacı qəbiristanlığı yaxınlığında yerləşən milis postunun ermənilər tərəfindən atəşə tutulması nəticəsində 16 nəfər azərbaycanlı yaralanıb. Qəbrstanlıq dağıdılmış, 4 türbəsi məhv edilmişdir.