Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çingiz Qaraşarlı
Çingiz Qaraşarlı — dilçi. == Həyatı == Çingiz Məmməd oğlu Qaraşarlı 1951-ci ildə Ağdam şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dillər Universitetini bitirmiş və bir neçə il orta məktəbdə ingilis dili müəllimi işləmişdir. 1979-1982-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitunda kiçik elmi işləmiş, orada "Oğuz qrupu türk dillərində fel tərzləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1983-cü ildən Azərbaycan Dillər Universitetində işləyir. Çingiz Qaraşarlı "Qədim yunan, roman, kelt və german dillərində türkizmlər (Etrusklar danışmağa başlayır)" (2005) və "Aralıq dənizi hövzəsinin erkən sakinləri – Türklər" (2009) adlı kitabların müəllifidir. O, Aralıq dənizi regionunda danışılmış etrusk, troyan, pelasq və başqa dillərə məxsus onomastika və yazılı abidələri tədqiq edərək, həmin dillərin türk mənşəli olması qərarına gəlmişdir. 2009-cu ilin noyabr ayında bu mövzuda doktorluq dissertasiyası müdafiə etmişdir.
Qarabağlı
Qarabağlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Pənahəli xan Qarabağlı — Qarabağ xanlığının yaradıcısı. Mirzə Camal Cavanşir Qarabağlı — Tarixçi, Qarabağ xanlarının baş vəziri, Rizvan Qarabağlı — memar, memarlıq namizədi, Azərbaycan Memarlar İttifaqının üzvü. Telman Qarabağlı — erməni hüquqşünas, yazıçıKəndlər AzərbaycanQarabağlı (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Qarabağlı (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Qarabağlı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd.
Qaracallı
Qaracallı (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Qaracallı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qaracallı (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd. == Həmçinin bax == Qaracəlli — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Qaradağlı
Qaradağlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Aydın Qaradağlı — Azərbaycan diktoru, Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı Vüqar Qaradağlı — müəllim, alim, jurnalist, Əməkdar jurnalist, BDU-nun dosenti. Həsənəli xan Qaradağlı — Azərbaycan maarifpərvəri, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi. Kazım xan Qaradağlı — Qaradağ xanı (1730-1763). Aygül Qaradağlı — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Xanım Qaradağlı — diktor Aydın Qaradağlının qızı.Kəndlər Qaradağlı (Dərbənd) — Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Qaradağlı (Ağdaş) — Azərbaycanın Ağdaş rayonunda kənd. Qaradağlı (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda kənd. Qaradağlı (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd. Qaradağlı (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. Qaradağlı (Xocavənd) — Azərbaycanın Xocavənd rayonunda kənd.
Qaradaşlı
Qaradaşlı — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. 1991-ci ildə adı dəyişdirilərək İtsria (gürc. იწრია) adlandırılmışdır. Kənd rayon mərkəzi olan Bolnisi şəhərindən 15 km qərbdə, dəniz səviyəsindən 750 m yüksəklikdə yerləşir. Əhalisi: 1886-cı ildə 20 ailədə 162 nəfər, 1918-ci ildə 70 nəfər; 1926-cı ildə 11 ailədə 68 nəfər, 2002-ci ildə 61 ailədə 249 nəfər (131 kişi, 118 qadın) əhalisi olmuşdur. İlk məktəb 1932-ci ildə yaradılıb, indi ibtidai məktəb (2005-ci ildə 18 şagird) fəaliyətdədir.
Qaraisalı
Karaisalı — Adana ilinin ilçəsi. == Əhali == 2018-ci ilin məlumatına görə ilçədə 22.308 nəfər yaşayır. == Mühüm günlər == 1 aprel: Kuvayi Milliyə təşkilatının quruluşu və Çuxurovada ilk Milli Mübarizə Hərakatının başlanması. Qızıldağ Yaylası Festivalı: Avqustun son həftəsində qeyd edilir.
Qaramanlı
Yaşayış məntəqələri AzərbaycandaQaramanlı (Yevlax) — Yevlax rayonunda kənd.Oxşar toponimlərAşağı Qaramanlı — Neftçala rayonunda kənd. Yuxarı Qaramanlı — Neftçala rayonunda kənd.
Qaraqaşlı
Yaşayış məntəqələri AzərbaycandaQaraqaşlı (Ağdam) —Ağdam rayonunda kənd. Qaraqaşlı (Ağsu) — Ağsu rayonunda kənd. Qaraqaşlı (Xaçmaz) — Xaçmaz rayonunda kənd. Qaraqaşlı (İmişli) — İmişli rayonunda kənd. Qaraqaşlı (Neftçala) — Neftçala rayonunda kənd. Qaraqaşlı (Sabirabad) — Sabirabad rayonunda kənd.Oxşar toponimlərÇayqaraqaşlı — Şabran rayonunda kənd. Hacıqaraqaşlı — Şabran rayonunda kənd. Xol Qaraqaşlı — Neftçala rayonunda kənd.
Qaraxanlı
Qaraxanlı (Sərab) — Qaraxanlı (Ağcabədi) — Qaraxanlı (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Qaraxanlı (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd.
Qaraçanlı
Qaraçanlı (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. Orta Qaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonu inzibati ərazi vahidində kənd. Aşağı Qaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonu inzibati ərazi vahidində kənd. Baş Qaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonu inzibati ərazi vahidində kənd. Mozqaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonu inzibati ərazi vahidində kənd.
Qaraçaylı
Qaraçaylılar — əsasən tarixi torpaqları Qaraçay-Çərkəz Respublikasında yaşayan türk xaqlarından biri. Qaraçaylı (Şabran) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Qaraçaylı (Qaşqaylar) — Qaşqay elini təşkil edən tayfalardan biri.
Qarağatlı
Qarağatlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Göyəbaxan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Tovuz rayonunun faktiki mövcud olan Qarağatlı kəndi dəqiqləşdirmə qaydasında Göyəbaxan kənd inzibati-ərazi vahidinin tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qaradağlı (Qaradağlı, Ağdam)
Qaradağlı (digər tarixi adı Kolbasan; kəndin yerləşdiyi yerin tarixi adı Soltanqobu) — Azərbaycan Respublikasının Ağdam rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Qaradağlı Ağdam rayonunun Xaçın nahiyəsində kənd adı. Azərbaycanda (Beyləqan, Bərdə, Goranboy, Xocalı, Xocavənd, Tərtər, Ucar, Füzuli, Xaçmaz və Şəki rayonları) Qaradağlı kənd adları ilə mənşəcə eynidir. XV əsrdə Şah İsmayıl hakimiyyətə gələrkən hərbi qüvvə ilə kömək etmiş qızılbaş tayfalarından biri. Qaradağlı tayfasının adı əslən onların hazırda Cənubi Azərbaycan ərazisində yerləşən Qaradağ mahalından olmaları ilə bağlıdır. Səfəvilər hakimiyyətə gəldikdən sonra Şah İsmayıl hərbi xidmətinə görə bu tayfaya Azərbaycanın müxtəlif bölgələrində ərazilər bağışlamışdır. Bu kənd "Soltan qobu" adlı yerdə qaradağlı tayfasına mənsub yeddi ailənin məskunlaşması nəticəsində yaranmışdır. Bu kəndin digər tarixi adı da Kolbasan olub.XIX əsrin ikinci yarısında Ağdam rayonu ərazisində, Ağdam, Gülablı, Qaraxanlı və Kaqartlı kənd icmalarında dörd Qaradağlı adlı kənd vardı. == Tarixi == Qaradağlı kəndinə erməni quldurları bir neçə dəfə hücuma keçiblər. Həmin hücumların tarixi xronologiyası aşağıdakı kimidir.
Qaracalı
Qaracalı (Əhər)
Aydın Qaradağlı
Qaradağlı Aydın Çingiz oğlu (20 avqust 1929, Quba – 28 yanvar 1980, Bakı) — Azərbaycanlı diktor, Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı. 1946-cı ilin dekabr ayının 18-dən Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinin, 1954-cü ildən Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsinin, 1957-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin, 1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin diktoru işləmişdir. Azərbaycan SSRin əməkdar atisti (1964), ürəklərə nüfuz edən, aydın, təmiz, cilalanmış, məlahətli səs sahibi idi. == Həyatı == Aydın Qaradağlı 20 avqust 1929-cu ildə Qubada anadan olub. 1944-cü ildə orta məktəbi, 1945-ci ildə Gəmiçilik məktəbini (Azərbaycan Dövlət Dəniz Akademiyasını) bitirib. 1946-cı il dekabr ayın 18-də Azərbaycan SSR dövlət radiosuna diktor vəzifəsinə işə qəbul olunmuşdur. 1948-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Teatr məktəbini (aktyor ixtisası ilə), 1949-cu ildə Moskvada Ümumittifaq diktorluq kurslarını bitirib. 1951–1954-cü illər (1951-Gürcüstan SSR, 1952–1954-Rumıniya) Sovet Orsusunda xidmət edib. 1955-ci ildə Gültəkin xanım Cabbarlı ilə ailə həyatı qurub. 1956-cı ildə Xanım, 1959-cu ildə Aygül adlı qızları, 1966-cı ildə isə Vüqar adlı oğlu anadan olur.
Aygül Qaradağlı
Aygül Qaradağlı (1 sentyabr 1959, Bakı) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. == Həyatı == Aygül Aydın qızı Qaradağlı 1959-cu il sentyabrın 1-də Bakı şəhərində görkəmli diktor Aydın Qaradağlı və diktor Gültəkin Cabbarlının ailəsində doğulmuşdur. Xanım Qaradağlının kiçik, Vüqar Qaradağlının böyük bacısıdır. 1964-cü ildə tanınmış rəssam Güllü Mustafayeva "Bizim uşaqlar" silsiləsini yaradarkən Aygül Qaradağlının da şəklini çəkmişdir. Aydın Qaradağlının qızıdır.
Aşağı Qaramanlı
Aşağı Qaramanlı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kəndin adı türkdilli qədim qaramanlı (qaraimanlı kimi də qeydə alınmışdır) tayfasının adı ilə bağlıdır. Oykonimin əvvəlinə aşağı sözü onu digər eyniadlı kənddən fərqləndirmək üçün əlavə edilmişdir.Keçmiş Nuruş Əliyev adına kolxoz bu kənd ərazisində yerləşirdi. Kəndin Lapatin adlanan hissəsində talışlar məskunlaşmışdır və buranın əhalisi Lerikin Lapatin adlı ərazisindən gəlmişdir. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 28 km şimal-qərbdə, Salyan—Neftçala şose yolu kənarında, Kür çayının sağ sahilində, Salyan düzündədir.
Aşağı Qaraçanlı
Aşağı Qaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qaraçanlı kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Aşağı Qaraçanlı Kəlbəcər rayonunun Orta Qaraçanlı inzibati ərazi vahidində kənd. Uluxan çayının (Tərtər çayının qolu) sahilində, dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Zəngəzur qəzasının Qaraçanlı kəndindən (indiki Laçın rayonu ərazisindədir) gəlmiş iki qardaş – Uluxan və Əhmədxan salmışlar. Ona görə də kəndə el arasında Uluxan Qaraçanlı və ya Fərzalıuşağı deyirlər. Əhmədxanın oğlanlarından Fərzalı kəndin Aşağı hissəsində məskunlaşdığı üçün bura Aşağı Qaraçanlı, digər oğlu Məmmədxan kəndin orta hissəsində məskunlaşdığı üçün bura Orta Qaraçanlı, Uluxanın əmisi oğlu Bayram (Balo) isə kəndin yuxarı hissəsində məskunlaşdığı üçün həmin yer Baş Qaraçanlı adlandırılmışdır (bu kənd Balouşağı da adlanır).
Baş Qaraçanlı
Baş Qaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qaraçanlı kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Tarixi == Baş Qaraçanlı kəndi Uluxan çayının sahilində, dağətəyi ərazidədir. Etnotoponimdir. Baş türkmənşəli topoformant kimi umumtürk toponimiyasında mürəkkəb toponim yaradıcılığında geniş istifadə olunur. "Əsas", "birinci", "böyük", "ust", "yuxarı" mənalarını bildirir. Baş komponenti dağ, qaya zirvələrinin, çay, bulaq mənbələrinin adlandırılmasında istifadə olunur və Sibir, Cin, Orta Asiya, Qafqaz, Balkanlar, Kicik Asiya, Ukrayna, Volqaboyu, Rusiyanın Mərkəzi Qaratorpaq, Qazaxıstan, Azərbaycan və s. əhatə edən geniş Avrasiya regionunda təsadüf edilir. Konkret olaraq bu oykonim də "yuxarı" mənasına uyğundur.
Kür Qaraqaşlı
Kür Qaraqaşlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kür çayının sahilində, Salyan düzündədir. Yaşayış məntəqəsi keçmişdə Şirvanda yaşamış qaraqaşlı tayfasına mənsub ailələrin Kür çayı sahilində məskunlıaşması nəticəsində yaranmışdır. Oykonim Kür hidronimindən və Qaraqaşlı kənd adından ibarət olub, "Kür çayı sahilindəki Qaraqaşlı kəndi" mənasındadır. == Əhalisi == === Şəxsiyyətləri === Ağaxan Ağabəyli — alim Əliağa Kürçaylı — şair, dramaturq, tərcüməçi, 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Mehmet Qaramanlı
Mehmet Qaramanlı — Osmanlı imperiyasında xidmət etmiş, Osmanlı Tripolitaniyası və Liviyanın hakimi. Əhməd Qaramanlının oğludur. == Hakimiyyəti == Mehmet Qaramanlının hakimiyyətinin ilk illərində dəniz quldurluğu aktivliyi az idi, lakin xəzinə azaldıqca Neapol və Siciliya gəmilərinə hücuma icazə verməyə başladı. Daxili siyasət sakit idi. İngiltərə və Fransa ilə sazişlər imzalamışdı. Ölümündən sonra yerinə qardaşı Əli Qaramanlı keçdi.
Məhəbbət Qarabağlı
Məhəbbət Qarabağlı (tam adı: Məhəbbət İsmayıl oğlu Qarabağlı; 5 may 1941, Kəpənəkçi, Lüksemburq rayonu – 25 dekabr 2017) — Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı (1999-2005) == Həyatı == Məhəbbət Qarabağlı 5 may 1941-ci ildə Gürcüstanın Bolnisi rayonunun Kvemo-Bolnisi kəndində anadan olmuşdur. 1956-cı ildə kənd 8 illik, 1958-ci ildə isə Bolnisi rayon orta məktəbini bitirmiş və elə həmin il Bolnisi Rayon Xalq Maarifi Şöbəsinin əmri ilə doğma kənd 8 illik məktəbinə ibtidai sinif müəllimi təyin edilmişdir. Orada uğurla işləyərək iki il pedaqoji iş stajı topladıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə qəbul olunmuşdur. Çalışqanlığı və ictimai fəallığı ilə başqalarından seçilərək hələ birinci kursda ikən institutun Tələbə Elmi Cəmiyyətinə sədr seçilmişdir. Bir neçə dəfə qonşu ölkələrdə keçirilən tələbə elmi konfranslar çıxış edərək təhsil aldığı ali məktəbi təmsil etmişdir. Məhəbbət Qarabağlı 1966-cı ildə ali təhsilini başa vuraraq, təyinatla Mingəçevir şəhər 11 nömrəli orta məktəbə ixtisası üzrə müəllim göndərilmişdir. 1970-ci ildə şəhər 7 nömrəli 8 illik məktəbə, 1976-cı ildə isə şəhər 14 nömrəli orta məktəbə direktor təyin edilmişdir. 1976-1978-ci illərdə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin qiyabi şöbəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1977-ci ildən Mingəçevir Şəhər Xalq Maarif Şöbəsinə rəhbərlik etmişdir. 1982-ci ildə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsi sədrinin I müavini, 1990-cı ildə isə alternativ səsvermə yolu ilə Mingəçevir Şəhər Sovetinə sədr seçilmişdir.
Rza bəy Qaraşarlı
Rza bəy Qaraşarlı (1891, Şuşa) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin baş katibi, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, müəllim, ictimai xadim. == Həyatı == Rza bəy Kərbəlayı Baba bəy oğlu 1891-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şəhər real məktəbini bitirmişdi. Sonra ali savad almışdı. 1918-ci ilədək müxtəlif məktəblərdə riyaziyyat müəllimi işləmişdi. Sonra Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətində çalışmışdı. == Siyasi fəaliyyəti == Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdu. Parlamentin 16 fevral 1920 tarixli sayca yüz iyirmi beşinci iclasında Bağır Rzayev baş katib postundan istefa verdi. Parlamentin 19 fevral 1920 tarixili sayca yüz iyirmi altıncı iclasında baş katib postuna sosialistlərdən Rza bəy Qaraşarlı seçildi. 1920-ci ildən sonra Bakı baş milisinin rəis müavini işləmişdi.
Orta Qaraçanlı
Orta Qaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qaraçanlı kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Tarixi == Orta Qaraçanlı kəndi Uluxan çayinın (Tərtər çayının qolu) sahilində, Dağətəyi ərazidədir. XIX əsrdə Zəngəzur qəzasında mövcud olmuş Qaraçanli adlı kəndin əsasında yaranmiş Baş Qaraçanlı (Laçın rayonu), Aşağı Qaraçanlı və Orta Qaraçanlı (Kəlbəcər rayonu) adlı yaşayış məntəqəlarindən biridir. Oykonim “ortada, mərkəzdə yerləşən Qaraçanlı kəndi” mənasındadır.Rayon mərkəzindən 9–10 km aralı, Kəlbəcər-İstisu yolunun sol tərəfində, Uluxan çayının sahillərində yerləşir. 3 kənddən, bir inzibati vahiddən ibarətdir. Bir orta məktəb, bir kitabxana, bir tibb məntəqəsi var idi. Buz bulaqları, gözəl yaylaqları, uca dağları, qonaqpərvər insanları var idi.
Qaraqanlı (Miyanə)
Qaraqanlı (fars. قره قانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 94 nəfər yaşayır (23 ailə).
Qaraqaşlı (Ağdam)
Qaraqaşlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Kəngərli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Ağdam rayonunun Qaraqaşlı kəndi Göytəpə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kəngərli kəndi mərkəz olmaqla, Kəngərli kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kənd 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik və heyvandarlıq təşkil edir.
Qaraqaşlı (Ağsu)
Qaraqaşlı — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Qaraağaclı
Qaraağaclı (əvvəlki adı: Qırmızı Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbəsi Yenikənd kənd Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Qırmızı Samux kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qırmızı Samux qəsəbəsi Qaraağaclı qəsəbəsi adlandırılmış, Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi Qaraağaclı qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. == Əhalisi == Əhalisi 3 mindən artıqdır. Əhalinin 99%-ni azərbaycanlılar təşkil edir. Etnik millətlərdən rusları qeyd etmək olar. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı ilə bağlıdır. == Təhsil == Kənddə Habil Məmmədov adına məktəb fəaliyyət göstərir. 2013-cü ildə məktəb təmir olunub. Habil Məmmədov Sovet Oğlu 31.05.1971-ci ildə bu kənddə anadan olub, könüllü olaraq 1992-ci ilin sentyabr ayında müharibəyə gedir.
Qarahacılı
Qarahacılı (Balakən) — Azərbaycanın Balakən rayonunun inzibati ərazi vahidində kənd. Qarahacılı (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Qarağacı
Qarağacı (əvvəlki adı: Qarahacı) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 344-IIIQ saylı Qərarı ilə Bərdə rayonunun Mirzəcəfərli kənd inzibati ərazi dairəsi tərkibindəki Qarahacı kəndi Qarağacı kəndi adlandırılmışdır.